Mübariz Tağıyev - Yad et

Поділитися
Вставка
  • Опубліковано 8 лют 2023
  • Yad et!
    Vəqta ki gülər bahari-amal,
    Hər yerdə yaşıllanır çəmənlər.
    Vəqta ki, olar müsaid iqbal
    Bülbüllər ötər, susar zəğənlər(1),
    Parlaq bir işıq alar fəzanı,
    Dünyanın üzü dönər cinanə(2),
    Gəzdikcə o aləmi-ziyanı,
    Baxdıqca o gülşəni-cəhanə,
    Yad et, məni - şairanə yad et!
    Vəqta ki gələr sevimli ati,
    Bir dairəyə girər həqayiq.
    Nuru bürüyər bütün cihati(3),
    Ulduzlar ilə yanar məşariq(4)...
    Vəqta ki bulud, duman görünməz,
    Qalmaz daha zülmdən nişanə,
    Yerlərdə bəşər üzü sürünməz,
    Qurd-quş sığınar bir aşiyanə,
    Yad et məni - Şaiqanə yad et!
    Atəşli, münir5 əməllərimlə,
    Bir gün düşərəm soyuq məzarə.
    Əşari-təranəpərvərimlə
    Bir gün susaram dönüb qubarə6.
    Vəqta ki bu şairi-vətəndən
    Dünyada nə iz qalar, nə bir nam,
    Üzdükcə səadət içrə şən-şən.
    Sürdükcə dəmadəm ömrü-xoşkam,
    Yad et məni - qaibanə yad et!
    1908 -ci il.
    1. Qara qarğalar
    2. Cənnət`lərə
    3. Tərəf`ləri
    4. Şərqlər
    5. Parlaq
    6. Toz`a
    Söz: Abdulla Şaiq ✍🏻
    Musiqi: Zeynəb ismayılzadə 🎵
    İfa: Mübariz Tağıyev🎙

КОМЕНТАРІ • 2

  • @atimadat4432
    @atimadat4432 10 місяців тому +2

    Yenə buradayam. Mənəvi qida, düşündürən əsər👏🏻

  • @atimadat4432
    @atimadat4432 Рік тому +2

    👏🏻👏🏻👏🏻👏🏻