Yalçın Rzazadə - Nə bəxtiyardıq ( Arxiv görüntülər - köhnə Bakı)

Поділитися
Вставка
  • Опубліковано 23 тра 2023
  • Ey alovlu günlərim,
    Qəlbimdə yurd salan sevincim, kədərim,
    Ah nələri, nələri tapdıq, itirdik..🥀♥️
    Əfsuslar ki, ömürdən keçən illər, istər Bakımızı, istərsə də, bəzi insanları dəyişdi.. Mənə elə gəlir ki, həyatımızın ən gözəl günləri elə məhz o dövrdə yaşandı...
    Saf eşqləri, səmimi düşüncələri ilə...
    XIX əsrin sonu...
    Milennium dövrünün ilk illəri...
    Zaman - çox şey əksiltdi həyatımızdan...
    Normalar, etalonlar dəyişdi...
    Amma dəyişilməyən, düşüncələrini təmiz saxlayan, xatirələrinə sahib çıxan insanlarda az deyil...
    Şəhərin keçmiş görüntüsünü xatırlayanda, indi şəhərin necə boş olduğunu görürük...
    Xatirələr göz önündə canlanır...
    Köhnə pasaj...(Nizami küçəsi),
    metro çıxışlarının klassikası - kirayə telefonlar,
    1947 - ci ildən fəaliyyət göstərən uşaq tramvay xətti (Gənclik metrosundan zooparka qədər),
    Bakının ən zərif incisi Mirvari kafesi...
    Nizami kinoteatrı ilə üzbəüz yerləşən ən retro restoranı Portofino restoranı...
    Bulvarın ən gözəl attraksionları: "Веселые горки", karusel....
    Bulvarı bəzəyən təkcə attraksionlar deyildi...
    Xüsusi meyvə siropları doldurulmuş , soyuq şirə satan məkanlar var idi. Hələ içinə qaz vursalar, (yanılmıramsa) 30 qepik əlavə verirdik. Şəhərdə səyyar şəkildə əhliləşdirilmiş ayı oynadılır, fil gəzdirirdilər..
    Və əlbəttə faytonlar...
    Bakının misilsiz bəzəyi...
    Faytonları unutmaq günah olardı...
    Troleybuslar var idi, Nərimanovdan hərəkət edən...
    Qatarlar var idi, anidən arxa qapıdan minməyə çalışdığımız..
    İntiharlar yox idi..
    Mavi ekranda gözəl, səviyyəli verlişlər və o verlişləri o aparan, dəyərli diktorlar var idi. Спокойной ночи малыши - verilişini izləməmiş yatmayan bir nəsil yetişirdi..
    Hələ yazmadığım nə qədər xatirələr qaldı.
    Bəs sizin o dövrlə bağlı hansı xatirələriniz var?
    Fikirlərinizi rəy bölməsində qeyd etməyi unutmayın...
    Qeyd etmək yerinə düşər ki, videoçarxda səslənən əsər - sözləri Hüseyn Arif'ə, musiqisi isə İbrahim bəy Topçubaşov'a aid "Nə bəxtiyardıq" şedevridir...
    Əsəri görkəmli sənətkar, mərhum xalq artisti Yalçın Rzazadə səsləndirir🎙
    Bəyənməniz diləyi ilə...
    Bach'zadeh 🎶
    #saçlarınagüldüzüm #bachzadeh #yalcinrzazade #retromusiqi #oldbaku #retroazerbaijan #retroazerbaijanmusic

КОМЕНТАРІ • 3

  • @firengizsalmanova6368
    @firengizsalmanova6368 4 місяці тому

    Bəlkə də ən xoşbəxt günlərimiz o illərdə qaldı . Həm orta məktəbdə , həm tələbəlik illərində uşaqlarla birlikdə dərsdən qaçıb hind filmlərinə baxmağa gedirdik .Son zəngdə həm müəllim , həm sinif yoldaşlarımızla bütün gecəni bulvarda keçirməyimiz , səhər günün doğmasını izlədikdən sonra evə qayıtmağımız yadda qalan xatirələrdir . 1 May Zəhmətkeşlərin həmrəylik günündə xüsusi geyimlərlə şəhərə nümayişə çıxırdıq . Bunun üçün isə məktəbdə xüsusi hazırlıq keçirdik . 2 mayda isə Bakıxanov dağında ( əvvəlki Razin dağı ) şənlik keçirilərdi . Ailəmizlə , qonşularla yığışıb ora gedərdik .

  • @sahinibadov692
    @sahinibadov692 7 місяців тому +1

    ,, O illər... Küçədə,bizimlə yaşayan küçə uşağlarına birlikdə qoşulub oynayardiq...O zaman bilmirdik ki, ,,biz nə vaxtsa da öləcəyik,bu dünyadan,əbədi dünya köçəcəyik...Məktəbdə oxuduğumuz zaman kitablar oxuyardiq hər gün...Hind filmlərinə bacardıq... Neçə --necə növbədə dayanmış kütləni görərdik...Zalda hind filmlərindəki mahnı bizdə bu həyata qarşı o qədər sevgi,məhəbbət yaradardı ki ?! Hətta hind mahnısı...bizə elə gəlirdi ki, ,, heç kim ölməyəcək...Hindisdanda yaşayan insanlar hamısı xosbəxtirlər, bəxtiyardırlar " İnstituta daxil olub sevincimiz....
    Biz onda nə bəxtiyardiq !"

  • @Mammadova78
    @Mammadova78 10 місяців тому

    🥺