Bəxtiyar Vahabzadə - Vətən Marşı (öz səsindən)

Поділитися
Вставка
  • Опубліковано 5 чер 2023
  • Bəxtiyar Vahabzadə - Vətən Marşı (öz səsindən, sözləri ilə)
    Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
    Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
    Sənin öz dövlətin, öz millətin, öz cəddin var
    Vətən uğrunda ölənlər ölümündən doğular.
    Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
    Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
    Mənim öz ulduzumu bağrına basmış hilalım,
    Dedi öndər: "Yönü bayraqdakı üç rəngdən alım".
    Sən bu gül bayrağın altında məramınca yaşa,
    Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
    Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
    Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
    Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
    Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
    Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
    Ər oğullar, ər igidlər, kişi - qızlar Vətəni.
    Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
    Tapmar haqqa və insanlığa haqqdan doğulan.
    Bəşərin dərdini öz dərdi bilib millətimiz.
    Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
    Musiqi: Ramiz Quliyev - Ləpələr
    Video: Vahid Hasano

КОМЕНТАРІ • 10

  • @PervizBaxseliyev-ft3km
    @PervizBaxseliyev-ft3km 8 місяців тому +2

    Can Azerbaycan Azerbaycan Azerbaycan Vətənimiz!

  • @Mammedoffchannel
    @Mammedoffchannel 6 місяців тому +2

    👏👏✊

  • @kamaqyulmamedova2241
    @kamaqyulmamedova2241 4 дні тому

    ❤Allah Rehmet elesin🙏🙏🙏🙏🙏🙏

  • @usaq0
    @usaq0 10 місяців тому +3

    Can Əziz Müqəddəs Azərbaycan Azərbaycan Azərbaycan Vətənimiz

  • @mammadli114
    @mammadli114 10 місяців тому +2

    Canım Qurban olsun vətənimin hər qarışına doğma elim obam Azərbaycanıma🇦🇿

  • @nasibamamedova2538
    @nasibamamedova2538 9 місяців тому +3

    Salamlayıram. ALLAH SƏNƏ QƏNİ QƏNİ RƏHMƏT ETSİN VƏTƏNİNİ TORPAGINI ELİNİ MİLLƏTİNİ SEVƏN FƏDAKAR EL OGLU BƏXTİYAR MÜƏLLİM.SƏNİNDƏ GÖZÜN AYDIN ..RUHUN ŞAD OLSUN DƏYANƏTLİ ŞAİRİMİZ. .DEDİYİN İGİD ƏRƏNLƏRİMİZ ANA,VƏTƏNİ MURDAR XƏYANƏTKAR ŞƏRƏFSİZLƏRDƏN AZAD ETDİLƏR.ŞƏHİDLƏRİM RUHUNUZ ŞAD OLSUN AMİN. YAŞA CƏNNƏT MƏKANIMIZ AZƏRBAYCAN..🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿✌️✌️✌️✌️✌️♥️♥️♥️♥️♥️🇦🇿🇦🇿🇦🇿🇦🇿👑👑👑🇦🇿🇦🇿

  • @user-wu2ly5el3k
    @user-wu2ly5el3k 9 місяців тому +1

    Аллах рехмет етсин!!!

  • @melikasbaz6801
    @melikasbaz6801 8 місяців тому +2

    Allah sene rehmet elesin ey kozel sair ve esil veten oglu . ruhun sad olsun , yerin Allah qatinda cennet olsun .❤

  • @narservice-wp7tf
    @narservice-wp7tf 9 місяців тому +1

    Salam necəsiz mənəm tanımadınız mənim adım şahin❤di Salam ..Bəxtiyar Vahabzadə sənin adın 4din çi sinif kitabindadir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊❤😊😊❤😊❤❤❤😊❤😊😊❤😊❤😊❤😊❤😊