Yaşını kiçildən, sevgilisinin maşınının nömrəsini oğurlayan Vüqar Biləcəri niyə evlənmədi?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2024
  • Paşayev Vüqar Zakir oğlu 1987-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Atası yük maşını sürücüsü olub. Ailənin böyük övladı olan Vüqarın özündən başqa bir bacısı və qardaşı var. 1993-cü ildə Biləcəri qəsəbəsi, 4 nömrəli - indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. 12-13 yaşından etibarən Füzulini oxumağa başlayıb. Vüqarı ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.
    Vüqarın təvəllüdü və mənsub olduğu rayonla bağlı çoxuna bəlli olmayan faktlar ondan ibarətdir ki, əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Ancaq uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.
    Köhnə meyxanaçılardan olan Rauf Binəli deyir ki, Vüqarın böyüdüyü küçədə xalamgilin evi var idi. Bir gün ora gedəndə gördüm ki, uzaqdan bir uşaq gəlir. Köksünə də qalın bir kitabı sıxıb. Soruşdum, ay uşaq, adın nədir, hardan gəlirsən? Dedi, adım Vüqardı, məsciddən gəlirəm. Qucağına sıxdığı kitaba baxanda gördüm ki, Füzulinin kitabıdır. Əylib alnından öpdüm və Vüqarla ilk tanışlığım belə başladı.
    Elə məktəbdə oxuduğu illərdən əruza olan marağı onu meyxanaya çəkib. Ardınca Mədəniyyət və İncəsənət universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayırdı. Biləcəridə onun və dostlarının meyxana dediyi məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orada uzun müddət meyxana deyib. Vüqar həmin illərdə universitet, məscid və həmin qarajdan başqa demək olar ki, heç yerə getməyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin kitablarının üstünə qoyub yatmış halda görüblər.
    İlk dəfə “De gəlsin” yarışmasına çıxdıqda hələ yarışmada sms mübarizəsi yox idi. Qalibi münsiflər seçirdi. Vüqar 16 yaşında qatıldığı yarışda finala qədər gəlib çıxır. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, Mehan Əhmədli Vüqar Biləcərilinin istedadının bənzərsiz olduğunu etiraf etsə də, Vüqar texniki səhvdən, təkrardan, həyəcandan adaşı Vüqar Şiriyevə uduzur. Vüqar ikinci dəfə də “De gəlsin” layihəsinə çıxır yenə də, özünəməxsus iz qoyur. Onun ikinci layihədə xüsusən də ev tapşırıqları bu gün də meyxanasevərlərin dilindədir.
    Həmin illərdə meyxanada daim sanballı sözlərə, fikirlərə üstünlük verdiyindən Vüqarın dediklərini kütlə həzm edə bilmirdi. Kütləviliyə hesablanmış bayağı meyxana demədiyi üçün onu demək olar ki, ətrafından başqa kimsə tanımırdı. Həmkarları deyirdi, Biləcəri də bir oğlan var, Vüqar, adam dahidi! Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Başqa işlərdə çalışaraq özünü təmin etmək istəyirdi. Düzdür, həmin ərəfələrdə artıq bütün meyxanaçıların yeni bir rəqibin meydana çıxdığını aydın başa düşürdü.
    Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub:
    “Salam. Mənəm, özünü bədbəxt eləyən şair". Ardınca qeyd edib ki, ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın.
    Vüqar Biləcərlinin uşaqlıq dostu Hacı Rövşən onun ölüm anından dəqiqələr öncə başının üstündə imiş. O deyir ki, artıq danışa bilmədiyini, gözlərin bağlandığını gördükdə əlini sinəsinə qoyub “Ayətül-kürsü” oxuyub. Vüqarın səsi çıxmasa da ağzını açıb bağlayaraq ona təşəkkür edib. Sonra Rövşən onun qismən rahatlaşdığını görüb xəstəxananın həyətinə düşüb. Qayıdanda isə Vüqarın artıq reanimasiyada olmadığını görüb. Həkimlərdən onun hansı palataya köçürüldüyünü soruşanda, tibb bacısı başını yelləyərək deyib ki, ürəyi dayandı.
    Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir:
    “Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O, vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inama, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu. Halbuki, xəstə mən idim”.

КОМЕНТАРІ • 62

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 5 місяців тому +30

    Əsrimizin Nizamisi, Fizulisi... Sevgi şairi. Məkanı cənnət olsun

  • @Xabarman123
    @Xabarman123 5 місяців тому +29

    Öləndən sonra daha çox dəyər gördü... Olmazdı ki, sağlığında bu sevgini görüb sevinərdim?

    • @BARSELONA436
      @BARSELONA436 5 місяців тому +4

      Vuqar bileceri sagdi

    • @Xabarman123
      @Xabarman123 5 місяців тому +5

      Necə yəni sağdı?

    • @BARSELONA436
      @BARSELONA436 5 місяців тому +1

      @@Xabarman123 o yasayirda guc

    • @raffine92
      @raffine92 5 місяців тому +3

      Sağlığında bu qədər dəyər verilən ikinci bir adam olmayıb Azərbaycan da sən sonradan tanıyanlardansan ona görə sənə belə gəlir

    • @user-ei5cy2ee7h
      @user-ei5cy2ee7h 5 місяців тому

      Biz millet olaraq oldurub seven milletik

  • @daglibalasi918
    @daglibalasi918 5 місяців тому +12

    Elinize saqliq qardawlar.Allah Vuqar a rehmet elesun heyf cox heyf.🥀
    12.01.2024

  • @user-ri8co7dq4j
    @user-ri8co7dq4j 5 місяців тому +4

    Vuqar dahi idi❤

  • @Aydin_Mamedov
    @Aydin_Mamedov 5 місяців тому +3

    Vüqar Biləcəri meyxana aləmində gəlmiş keçmiş ən üsdün meyxanaçıdır..!!!! Allah rəhmət eyləsin.

  • @motors806
    @motors806 5 місяців тому +17

    Allah rəhmət eləsin şair 🥀

    • @1000production
      @1000production  5 місяців тому +7

      Amin...

    • @Xabarman123
      @Xabarman123 5 місяців тому +8

      Tez köçdü dünyadan. Yaxşılar tez gedir(

    • @BARSELONA436
      @BARSELONA436 5 місяців тому +5

      ​@@1000productionvuqar bileceri sagdi

    • @Bilginize
      @Bilginize 5 місяців тому +2

      Necə yəni sağdı? Ölüb axı

    • @motors806
      @motors806 5 місяців тому

      @@Bilginize ruhən deyir sağdır

  • @isasalimofficial
    @isasalimofficial 5 місяців тому +5

    Görürlər baxış lazımdı, keçirlər Vüqardan eyni şeyləri deməyə.

  • @azerbabazade2558
    @azerbabazade2558 5 місяців тому +3

    Çox sağolun ki bu verlişi tırtib eləmsiz varolun çox kövrəldim allah rəhmət eləsin😢😢😢
    2dəfə məclisimə dəvət etmək istəmşəm alınmyaıb indiyə kimi heyfslənrəm heyif 😢😢😢

  • @meyxana_klub
    @meyxana_klub 4 місяці тому +1

    ALLAH RƏHMƏT ETSİN KƏBLEYİ 😢😢

  • @corleoneMichaeldon
    @corleoneMichaeldon 4 місяці тому +1

    ALLAH rəhmət eləsin ŞAİRƏ

  • @user-td9zh5gt1b
    @user-td9zh5gt1b 5 місяців тому +1

    Аллаh реhмет елесин!

  • @camalcavadov2522
    @camalcavadov2522 5 місяців тому +3

    Allah rəhmət eləsin nur üzlü şairim🥲🥲

  • @IlkinMemmedov-nd8ry
    @IlkinMemmedov-nd8ry 3 місяці тому

    ALLAH RƏHMƏT ELƏSİN NUR İÇİNDƏ YAT VUQARİM 😔

  • @qurbanhuseynov6552
    @qurbanhuseynov6552 5 місяців тому +5

    Mekani cennet olsun

  • @cemilememmedzade8171
    @cemilememmedzade8171 5 місяців тому +1

    ALLAH REHMET ELESIN USTAD😢

  • @user-vj9vb5co9e
    @user-vj9vb5co9e 5 місяців тому +3

    Allah rəhmət eləsin ruhu şad olsun gozel insan idi rehmetlik

  • @eminsirvanzad4375
    @eminsirvanzad4375 5 місяців тому +3

    Allah rəhmət eləsin.

  • @Kanal37
    @Kanal37 5 місяців тому +5

    Əruzun şahı 💪

  • @mehemmedmemmedov372
    @mehemmedmemmedov372 5 місяців тому +1

    ALLAH rəhmət eləsin məkanı cənnət olsun inşallah gözəl insan gözəl şair idi heyif tez getdi 😔🥀

  • @rubabaliyeva9551
    @rubabaliyeva9551 5 місяців тому +3

    MEKANI CENNET OLSUN🤲

  • @cemilenuruyeva6026
    @cemilenuruyeva6026 5 місяців тому +6

    Özünü bədbəxt edən şair...O narkotiki çıxaranın Allah bəlasın versin

    • @techdentbaku
      @techdentbaku 5 місяців тому

      Bildin bilmedin danışma
      Narkotik nədi????

  • @meyxana_klub
    @meyxana_klub 4 місяці тому +1

    Rəşad Dağlıdan da çəkin verliş

  • @xeyalkerimov7150
    @xeyalkerimov7150 5 місяців тому +1

    Heyf şair səndən

  • @Ibragimovvv_444
    @Ibragimovvv_444 5 місяців тому +2

    Gerdesim,eyni sozderi,verlister cekmek ne menasi var ,bu tekrardi ✌🏼

  • @ibadet_ehli_313
    @ibadet_ehli_313 5 місяців тому +2

    😢

  • @telmanmustafayev5545
    @telmanmustafayev5545 5 місяців тому +1

    😔

  • @ilkincabbarov9903
    @ilkincabbarov9903 5 місяців тому +1

    Bizde olenden sonra deyer verilir qedrini billiler Allah rehmet etsin

  • @eliqemberov2220
    @eliqemberov2220 5 місяців тому +2

    🖤

  • @elcinagadadasov6667
    @elcinagadadasov6667 5 місяців тому +1

    Köhnə 4 indiki 299 n li məktəb.....

  • @azerresulov3424
    @azerresulov3424 5 місяців тому +2

    Allah rehmet əlesin gelməyecek senden ay kərbalayl

  • @lalxanmliyeva9881
    @lalxanmliyeva9881 5 місяців тому +1

    Ağlı olsaydi dul qadına və özündən böyük xanıma vurulmazdı.

  • @bekertilly5809
    @bekertilly5809 5 місяців тому

    ay qardas maykavi utulede)))

  • @ariznagyev1406
    @ariznagyev1406 5 місяців тому +2

    Niyə axı öləndən sonra qədri bilinir

  • @FuadAhmed01
    @FuadAhmed01 5 місяців тому

    Eyni şeyləri təkrarən önümüzə qoymağın nə mahiyyəti var axı?Rəhmətlikdən minlərlə bu cür video hazırlamaq olar...

  • @turalhesimiv6892
    @turalhesimiv6892 5 місяців тому +1

    Hər kəs səni öyüb tərifləyə bilər amma qorx o gündən ki sən Allah qatında bir şey deyilsən

  • @eminhuseynov7396
    @eminhuseynov7396 5 місяців тому +3

    Biri var idi verlisini təkrar eləmisən halaldinsənə isteedad

  • @eminhuseynov7396
    @eminhuseynov7396 5 місяців тому +1

    Bu verlişi bu formada bir dəfə cəkiblər axi sozləri əl hərəkətləri belə təkrar eləmisən bu nədi ala

  • @user-yh9ni3dv2y
    @user-yh9ni3dv2y 4 місяці тому

    Təkrar verliş

  • @ismaylagayarov7812
    @ismaylagayarov7812 5 місяців тому

    Obiri qaqaşın dediklərin təkrarın nöş deyirsən

  • @vusalnabiyev5808
    @vusalnabiyev5808 5 місяців тому

    Meyxanada kimsə nə əruzun şahı olub nədə meyxananın

  • @F.H20
    @F.H20 5 місяців тому

    Gelen defe koyneyivi utle

  • @qismettagiyev57
    @qismettagiyev57 2 місяці тому

    Qardaş eruzun sahi yox bilicisi.eruzun son sahi haci mahir elemdar nardalanli olub .bizde vurari isteyirik herenin adiyla cagirag

  • @MehmanHemidov-xb4hs
    @MehmanHemidov-xb4hs 5 місяців тому

    Ay qardaş sən get başqa bir iş tap başqa iş məşğul ol. Sən güya ki araşdırma aparmısan Vüqarla bağlı ? Hamı kimi çəklişlərdən eşitdiylərivi danışmısan. Heyif bu verlişə ayırdığım vaxtıma çox Heyif.

  • @user-fo9dn4xd2q
    @user-fo9dn4xd2q 5 місяців тому +1

    Vüqarı pati öldürdü