Bir zamanlar minbərlərdə azan verən Aydın Xırdalanlını nə öldürdü? - Ruhuna ehtiramla...

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2024
  • Biri var idi, əvvəl səsi Xırdalan məscidindən eşidildi, sonra bu səs Azərbaycana yayılıb milyonlarla adamın ruhuna yatdı. Biri var idi - meyxana tarixinin bu günə qədər yetişmiş ən böyük sənətkarı - Aydın Xırdalanlı...
    Quliyev Aydın Hacı oğlu 1977-ci il iyulun 31-də Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. Ailədə 3 qardaş, bir bacı olublar. Xırdalan kənd məscidinin yanında yaşayıb, 1 saylı orta məktəbdə oxuyub. O, uşaqlıqda bəstəboy və arıq bir uşaq olub.
    Aydın Xırdalanlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb.
    Tələbəlik illərində namaz qılırdı. Şəxsi istedadı və ustadı Azər Sanidən aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. Dini məsələləri də kifayət qədər səlis ifadə etməyi, dini mövzuları ustalıqla nəzmə çəkməyi vardı. Xırdalanda Cümə məscidinin gözətçisi olub, məsciddə azan verdiyi vaxtlar da var idi.
    Meyxanaçılar arasında yaşadığı ərazinin adını təxəllüs kimi götürmək dəbi Aydının “Xırdalanlı” təxəllüsünü götürməsindən sonra başlayıb.
    Bu gün Aydın Xırdalanlı xridarlar və meyxanaçılar tərəfindən meyxana tarisixinin gəlmiş-keçmiş ən güclü meyxanaçısı kimi qəbul edilir. Onu əvəzedilməz edən həm dini, əruz və ədəbi bilgilərinin dərin olması, bu müstəvidə yetərincə sanballı söz demək istedadı, həm də toyxanalarda, deyişmələrdə rəqiblərini əyləncəli şəkildə məğlub etmək bacarığı idi. O, hər meydan üçün lazım olduğu formada deməyi bacarırdı. Aydın meyxana tarixinin ən maraqlı yarışmalarından olan “De, gəlsin” yarışmasının ilk qalibidir. O, dediyi unikal ev tapşırıqları ilə də meyxana tarixinə düşdü. Onun yazdığı ev tapşırıqları mövzu, gündəm xətrinə deyilən sözlər deyildi. Ona görə də bu gün də istifadə olunmaqdadır
    Allah Aydına əruz, meyxana istedadını kompleks vermişdi. Onun həm şimşək kimi istedadı, həm dəvə səbrilə topladığı biliyi, həm də qədimdən bu günə ahəngini dəyişməyən bulaq kimi avazı var idi. Aydın bu keyfiyyətləri cəmləyib, hər gün bir üfiq fəth edirdi. Lakin bu vergilərin bədəli də çox ağır olacaqdı, bəlkə də fələk onu ən çox qorxduğu o dünyaya günahsız yollamaq üçün bu dünyada yetərincə ağrıya, əzaba, cəhənnəmə düçar etdi. Ömrünü son bir neçə ilini tükənməyən ağrılar, depressiya ilə yaşadı.
    Aydının meyxana tarixinə düşəcək parçalarından bir işi də indi təqdim edəcəyimiz parçadır. Bu parçada əruzu rok enerjisi ilə birləşdirən meyxanaçı ortaya öz müstəvisində inqilabi bir məhsul çıxarır.Nə Aydınından qabaq, nə də bu günə qədər heç bir meyxanaçı Aydın qədər meyxana üçün zəhmət çəkməyib. Söhbət ortada olan məhsuldan gedir:
    “Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim.”
    Artıq 2019-ci ilin Novruzu idi. Qaraciyəri və digər orqanları tamam sıradan çıxmışdı. Anası onun ölüm saatlarını bu cür təsvir edir: “Səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar. Qayıtdı yenə evə, elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy, baxım. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi”.
    Aydın Xırdalanlı 23 mart 2019-ci ildə, axşam saatlarında dünyasını dəyişir. Böyük bir izdihamın müşayəti ilə doğma məkanı Xırdalanda dəfn olunur. Ölümündən sonra Xırdalan məscidinin axundu, Aydının ustadı Azər Xırdalanlının verdiyi müsahibə də Aydını sevənlər tərəfindən birmənalı qəbul edilmədi. Axund Azər müsahibəsində Aydının sənətkarlığını vurğuladıqdan sonra təəssüf edir ki, o dünyada insanları şeirlə, qəzəllə deyil, bəndə kimi sınağa çəkirlər.
    Bu müsahibədə Aydını sevənlərin bir hisssini qıcıqlandıran məqam bu sözləri meyxanaçının ustadının deməsi oldu. Axudun dediyi həqiqət idimi? Təbii. Amma Azər Xırdalanlı bu müsahibəni axund kimi vermişdi, yoxsa Aydının ustadı, dostu kimi? Azər Xırdalanlı fikrini daha yumşaq formada ifadə edə bilərdimi? Bu suallar ətrafında düşünmək olar...
    Biri var idi, oturub, durub özünə anidən gələn məşhurluğu qınayırdı. Çünki o bu məşhurluqdan istifadə edib laqeyd şəkildə, yana, arxaya baxmadan yalnız özünü düşünərək gedəcək adam deyildi. O ətrafına laqeyd qalmadı və onun mövqeyində olan bir adam üçün bu faciə idi. Öz faciəsini görən Aydın uçan göyərçin yerdə dən yeyən tayını gördükdə qanad salan kimi bəlasının üstünə qondu...

КОМЕНТАРІ • 1 тис.

  • @1000production
    @1000production  3 роки тому +82

    Bu da mərhum mehxanaçı Vüqar Biləcəri haqqında hazırladığımız video:
    ua-cam.com/video/FS2vttS9Vlk/v-deo.html

    • @bakuubakuu1841
      @bakuubakuu1841 3 роки тому +3

      Zəhmət olmasa mirsadıq və bayram haqqında çeklişlər edəsiz

    • @emirmemmedov573
      @emirmemmedov573 3 роки тому +1

      Aydının kitabı çıxanda xəbər edə belərsiz ?

    • @xalideseferova4322
      @xalideseferova4322 3 роки тому +3

      aydini allah rehmet elesin axund azerde gardasdi ne diyorse duz deyir

    • @sadqmemmedov7943
      @sadqmemmedov7943 3 роки тому +2

      Allah səni var elədin Vuqarada rəhmət eləsin Amin

    • @sadqmemmedov7943
      @sadqmemmedov7943 3 роки тому +2

      Axund düz danışır Allah Aydına rəhmət eləsin Amin

  • @AliAli-zj1ug
    @AliAli-zj1ug 3 роки тому +318

    Aydin, gözəl insan idi. Mənim üçün o çox xoş insan idi.
    Axund Azər dedikləri isə tam mükəmməl idi😢

    • @1000production
      @1000production  3 роки тому +23

      Allah rəhmət eləsin!

    • @Kjkjkjaksksk
      @Kjkjkjaksksk Рік тому +2

      ​@@1000production Aydın Xırdalanlı məniş üçün əvəzolunmaz şairdi.Kaş o yola düşməzdi.Qızıl nidanı alanda mən onun ürəyinin genişliyindən xəbər tutdum.Allah rəhmət eləsin.Qəzəlləri dilimdən düşmür

  • @mucahidmucahid2815
    @mucahidmucahid2815 3 роки тому +337

    Axund o sözü tək Aydın üçün yox , bütün bəndələr üçün deyir .

    • @xeyyammusayev3903
      @xeyyammusayev3903 3 роки тому +25

      Bəli razıyam.Haqq dünyasına hər birimiz Allahın bəndəsi kimi gedirik.O biri dünyada soruşmurlar ki,sən meyxana deyənsən,alimsən ya da ki nazir.

    • @Triumph_Sport_Club
      @Triumph_Sport_Club 3 роки тому +13

      Əhsən sizə

    • @mmtvofficial9293
      @mmtvofficial9293 3 роки тому +4

      Aydin Xirdalanli Meyxanada Gözəl Cavab verdi :
      ua-cam.com/video/vygDM9iaJlE/v-deo.html

    • @tunzalebabayeva9526
      @tunzalebabayeva9526 3 роки тому +7

      ALLAH RƏHMƏT ETSİNNN GÖZƏL İNSANNN SƏNİİİ YERİN CƏNNƏTDİR BİLİRƏM

    • @vusaleliyev1127
      @vusaleliyev1127 3 роки тому +5

      @@tunzalebabayeva9526 Can. qelbine qurban olaram. Aydinin yeri cennetdir Allahin izni ile

  • @merdimerdane7201
    @merdimerdane7201 3 роки тому +110

    Azer qardas duz deyir, Allahdan uzaqlasdi ne tapdi ki, Allaha yaxinlasan ne itirsin? Aydin sehvini oz seirlerinde onu sevenlere mencede aydin sekilde catdirdi.

  • @nizamabbasov9640
    @nizamabbasov9640 3 роки тому +25

    Allah rəhmət eləsin Aydına. Axund Azərin sözü nəinki bir nəfərə, bütün bəşərə dərsdir.

  • @semistanveliyev8519
    @semistanveliyev8519 3 роки тому +48

    Allah teqsiratini ehv elesin,mekanin cennet ustad

  • @NureddinElimemmedov9775
    @NureddinElimemmedov9775 3 роки тому +68

    AXUND HAQQI DEYİB(ağırda olsa)

  • @lalaasadova516
    @lalaasadova516 3 роки тому +29

    Sizə təşəkkür ediram Aydının Ruhu Şad olsun.AMİN.

  • @hafizmasall
    @hafizmasall 3 роки тому +10

    Allah rəhmət eləsin Aydın ustad səni 🙏 Sənətkar idin sözün əsl mənasında Ruhun şad olsun Haqqın əziz şairi 👑

  • @ramizhmdov5637
    @ramizhmdov5637 3 роки тому +12

    Her yerde danisilacaq adam Aydin Xirdalanli🖤

  • @elieliyev4936
    @elieliyev4936 3 роки тому +58

    Allah günahlarıni bağışlasın,məkanı cənnət olsun inşallah.Allah valideynlərinə səbr versin.

  • @miri10ilonce2
    @miri10ilonce2 3 роки тому +29

    Her defe diyirler mene Aydin daha tergiz
    her defe cavabim bu oLurki bayag atdim.
    ALLah sene rehmet elesun sade ustad

    • @1000production
      @1000production  3 роки тому +1

      ...

    • @ТофигСейфуланов
      @ТофигСейфуланов 3 роки тому

      @@1000production е

    • @mmtvofficial9293
      @mmtvofficial9293 3 роки тому

      Aydin Xirdalanli Meyxanada Gözəl Cavab verdi :
      ua-cam.com/video/vygDM9iaJlE/v-deo.html

    • @miri10ilonce2
      @miri10ilonce2 3 роки тому

      @@kerimoffa Axund Azer ele aydinin ustadi olubda ona o biliyi verenlerden biri idi qarwisin acanlardan idi heyif her wey insanin ozunnen asldi

    • @miri10ilonce2
      @miri10ilonce2 3 роки тому

      @@kerimoffa uzrlu dushmenin olsun o ne dimeydiki estegfurlah.Beli Azer hem gozel insan hemde gozel senetkardi vactiz olanda Mescide gedib canli dinlemeyi tovsiye edirem

  • @seldabagcan6997
    @seldabagcan6997 3 роки тому +50

    Aydın elə belə şair deyildi VALLaH, o dahi idi. Hər şey bir yana. Amma ki Aydın haqq şairidi. Onun nə qədər satirik şeirləri, qəzəlləri var. Ədəbiyyata salınmalıdır bu şair. Meyxana da yeganə şair idiki, qorxmadan kişi kimi haqqı dedi ədalətli oldu qorxmadı. Bu şair N1di ! Kim istəyir sübut edərəm. Kitabında da əsərləri var satirik. Gətirin görəy hansı meyxanaçı bu qədər satiraya meyilli olub ? Çoxu sevgilisinə yazırdı !

  • @Faiq.1978
    @Faiq.1978 3 роки тому +16

    ALLAH RƏHMƏT ELƏSİN AYDINA.GOZƏL SƏNƏTKAR VƏ SƏMİMİ İNSAN İDİ.MƏKANİ CƏNNƏT OLSUN İNŞAALLAH

  • @tomar-cw6bb
    @tomar-cw6bb 3 роки тому +1

    Yaxı insan, əsl sənətkar, gözəl səs..... Allah rəhmət eləsin. Amin deyən dillər var olsun!👍👍👍

  • @azadgadirov6186
    @azadgadirov6186 3 роки тому +2

    Meyxane aleminin gelmish getmish en boyuk senetkari ... Allah rehmet elesin

  • @seldabagcan6997
    @seldabagcan6997 3 роки тому +7

    Çox sağolun ki, Aydını yad etdiz 🙏

    • @ilkini-ov7002
      @ilkini-ov7002 3 роки тому +1

      ehhh

    • @1000production
      @1000production  3 роки тому +1

      Biz də izlədiyiniz üçün təşəkkür edirik

    • @seldabagcan6997
      @seldabagcan6997 3 роки тому +1

      @@1000production siz yetər ki, paylaşın. Xiridara izləmək düşər 🙏

  • @cavidsalim2195
    @cavidsalim2195 3 роки тому +9

    ALLAHIN HÖKMÜ VƏ QOYDUĞU QAYDALAR KİMİNSƏ KEFİYLƏ DEYİL.

  • @xuramanquliyeva8018
    @xuramanquliyeva8018 3 роки тому +126

    Allah narkotikle evler yıxan,satdıranlara,min lenet elasin. 7 arxa dönenin mehv etsin. Neça neça cavanları mehv etdiribler. Cehennem olacaq bu dünyada,axiretde narkobaronlara.

    • @ilkini-ov7002
      @ilkini-ov7002 3 роки тому +16

      en boyuy narkabaron basda oturannardi

    • @xuramanquliyeva8018
      @xuramanquliyeva8018 3 роки тому +17

      @@ilkini-ov7002 Men deya bilmerem kimdi. Her kimliyinden asılı olmayaraq,bu mundar işde eli olan,qazanc götüren her bir şexsi Allah mehv etsin.

    • @ilkini-ov7002
      @ilkini-ov7002 3 роки тому +9

      @@xuramanquliyeva8018 İnşəAllah

    • @lbbeykyamehdi5703
      @lbbeykyamehdi5703 3 роки тому +4

      Xanım 7 arxa dönən nə günahı var?? Bu nədərəcədə sağlam bir düşüncədir????

    • @xuramanquliyeva8018
      @xuramanquliyeva8018 3 роки тому +5

      @@lbbeykyamehdi5703 Allah uzaq etsin cavanlarımızdan. Ailesin yaxından tanıdıgım birinin övladın çekdiler o yola. Siz bilmirsiniz o aile,bacı,qardaş neler çekirler. Onsuzda Qadir Allah verir cezaların. Düşünceni o narkobaronlar düşünsünler. Övladına günah qazandırmasınlar.

  • @mesiagayeva3178
    @mesiagayeva3178 3 роки тому +10

    En sevdiyim meyxanaciydi..heyf....

  • @bakinecbakl5760
    @bakinecbakl5760 3 роки тому +7

    Allah Aydına rəhmət eləsin Allah onun ürəyində olan Allaha sevgiyə,Əhlibeyt ə.s olan sevgiyə xatir bağışlasın amin.

  • @azerresulov3424
    @azerresulov3424 3 роки тому +8

    Allah rəhmət eləsin aydına ondan gelmeyecek birdaha bu duyaya meyxananin kiralı idi

  • @cavansirsahbazli1086
    @cavansirsahbazli1086 3 роки тому +1

    Axund azer cox gozel vurquladi .yoldaw
    Aparici mead movzusu haqqinda da maraqlansan cox gozel olardi.insanliqin tezahuru allaha c.c. bendelikdi

  • @elcinzeynalov1625
    @elcinzeynalov1625 3 роки тому +5

    Sag ol Axund duz ele duzdu

  • @fatehagammmdzade
    @fatehagammmdzade 3 роки тому +17

    Allah rəhmət eləsin.

  • @zaurismayilov5673
    @zaurismayilov5673 3 роки тому +2

    Allah Rehmeti olsun, Aydın Xırdalanlı ya,dahi sənətkar 👍

  • @quluagayev1146
    @quluagayev1146 2 роки тому +1

    Allah sənə rəhmət etsin böyük sənətkar böyük ustad gözəl şair

  • @maliksuleymanov2509
    @maliksuleymanov2509 3 роки тому +2

    Meyxana Senetinin Şahı Aydın..Allah Günahlarını bağışlasın...

  • @insandavefayoxdu1245
    @insandavefayoxdu1245 3 роки тому +7

    Kimler geldi kimler vaxtsiz getdi,lazim olanlar getdi,bezi lazimsizlar qaldi...heyif 😔

  • @elvnmrzelyev5111
    @elvnmrzelyev5111 2 роки тому

    Qardas butun videolarina baxiram.verdiyin deyerli melumatlar ucun coxsagol

  • @fikretagayev2741
    @fikretagayev2741 3 роки тому +4

    ALLAH REHMET ELESİN

  • @افشینمحمدی-م7ح
    @افشینمحمدی-م7ح 2 роки тому +1

    Allah rahmat ilasin 😢😢💔🌹🌺♥️

  • @yaqubmuradov2173
    @yaqubmuradov2173 Рік тому

    Çox sağ ol Sərdar minnətdaram əməyin böyükdür ustad barədə bu videoda
    Ustadımızın Ruhu şad olsun

  • @ИльгарАсадов-я4ф
    @ИльгарАсадов-я4ф 2 роки тому

    Salam!! Cox duz deyir! Allah raxmat etsin!

  • @АхмедАхмедов-м9ц
    @АхмедАхмедов-м9ц 3 роки тому +1

    Айдын рехмет олмацыб. О йашайыр бизим урейимизде. Хайыф ону итирдик.

  • @yataganxalq8380
    @yataganxalq8380 3 роки тому +15

    Salam xahiş edirəm Vüqar Biləcərlinində həyatını işıqlandırın.

    • @seldabagcan6997
      @seldabagcan6997 3 роки тому

      Vüqardan danışıb da

    • @1000production
      @1000production  3 роки тому +2

      Kanaldakı digər videolara baxın, Vüqardan veriliş hazırlanıb artıq və həmin video 200 mindən çox baxılıb. İzləyə bilərsiniz

    • @yataganxalq8380
      @yataganxalq8380 3 роки тому

      @@1000production Salam bilmirdim, bayaq baxdım çox sağol bu yolda sizə uğurlar.

  • @ke6305
    @ke6305 3 роки тому +12

    13:40 imadedin Nesimiden səhf tutan Axund)) Aydina ne baxır. Allah rəhmət eləsin ((

    • @ke6305
      @ke6305 3 роки тому +2

      ua-cam.com/video/8m7Yg6ououw/v-deo.html

    • @ke6305
      @ke6305 3 роки тому +5

      İmadəddin Nəsiminin
      Mən qulami xanədanam, padişahımdı Əli,
      Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
      Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
      Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
      Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
      Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
      Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
      Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
      Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
      Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
      Nuri çeşmimdir İmam Zeynul-İbad,
      Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
      Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
      Museyi-Kazım İmam Rzaya kəmtərəm,
      Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
      Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
      Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
      Hakim onlardır bu gün layiq dir onlar hörmətə,
      Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
      Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.
      Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
      Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
      Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
      Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

    • @ke6305
      @ke6305 3 роки тому +6

      İmadəddin Nəsimi
      Ta əzəldən bil mənim könlümdə Sultandır Əli,
      Həm əlif, həm nüqteyi, həm hərfi Qurandır Əli.
      Bağladı ifritə divan dəstini Gəhvarədə,
      Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
      Bir nəzər qıldı Mədinədən şəhi-düldül-səvar,
      Asi yabanlara bek şəbbürdə kəşandır Əli.
      Museyi-İmran həmodur, Yusifi kənan həm,
      Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
      İsmi Heydər şahi-Qəmbər gör nəsiriçün dedi:
      Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
      Həm qopartdı qapısini Xeybərin oldəmdəkim,
      Həm olan ruh ilə minə pirüxəndandır Əli.
      Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
      Saqeyi kosər həm odur cümleyi-candır Əli.
      Şah Həsən xəl qirizadır, həm Hüseyni Kərbəla,
      Həm diniiz haredən, həm kəşfi pünhandır Əli.
      Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqideyim,
      Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
      Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
      Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
      Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
      Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
      Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
      Həm Məsihanındəmi, həm Xizri dövrandır Əli.
      Həm görən, həm göstərən nizə səkan və həm kaman,
      Həm xəvaric gözlərinə tiri-peykandır Əli.
      Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
      İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
      Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
      Zülfüqari xarici boynunda bürrandır Əli.

    • @mercibaku8072
      @mercibaku8072 3 роки тому +6

      @@ke6305 sağ olun Nəsiminin bu qəzəllərini çatdırdığınıza görə. Qaldı ki, bu din tüccarlarından inciməyə dəyməz.
      Bunlar elə bilirlər ki, Hz. Əli zamanında yaşasaydılar onu dərk edib tanıya bilərdilər?
      Nəsimini dərk edə bilmirləsə Hz. Əlini necə dərk edə bilərdilər? Nəsimi elə Hz. Əlinin elmini bizə açıqlayıb .

    • @ФазлиАсадов-н3т
      @ФазлиАсадов-н3т 3 роки тому +3

      @@ke6305 çox teşekkürler sizə. Allah razı olsun.
      Azerbaycan Sovet ədəbiyyatçı alimler Nəsimi yaradıcılığını üç dövrə bölürler. Dini mövzuda yazdığı, hürufi təsiri altında yazdığı və ondan sonraki dövr. Çünkü Nəsimi hürufilərin təsiri altına düşmeklə dindən uzaqlaşmışdır. Ola bilsin Axund bunu nəzərdə tutur.

  • @ekberqasimov9081
    @ekberqasimov9081 10 місяців тому

    Allah sizə rəhmət etsin böyük şair Aydın Xırdalanlı ve Vüqar bileceri heyif size

  • @vusaltunar8143
    @vusaltunar8143 3 роки тому +1

    Aydin haqda ne deseniz az olacaq.ama kaski sagliginda bu xos sozlerle onun senetini her kesin beynine salardiz.cox heyfki itirdikden sonra qedrini bilirik.Allah rehmet elesin boyuk senetkar ustad Aydin xirdalanliya.

  • @yardmlbalas5948
    @yardmlbalas5948 3 роки тому +17

    Aydının məkanı cənnət olar inşallah

    • @qribxyal4947
      @qribxyal4947 3 роки тому +1

      Hə .Cənnət elə onun yolunu gözləyirdi?Cənnət əməlnən ibadətnən itaətnən qazanılır qardaş.

    • @resadceferov7813
      @resadceferov7813 3 роки тому +5

      @@qribxyal4947 Aydının cənnətə gedib getməyəcəyini Allahdan başqa hec kim bilə bilməz.
      Həyatda ideal insan yoxdur.

    • @seldabagcan6997
      @seldabagcan6997 3 роки тому

      @@resadceferov7813 ay sağol

  • @irkajamal9028
    @irkajamal9028 3 роки тому +8

    Səfsiz insan yoxdu Allah 🤲rehmət etsin günahların bağışlasın Amin

  • @ilhamemazanova369
    @ilhamemazanova369 3 роки тому

    Aydini men çox beyenirdim Meyxanada esil senetkardı.Mekkanı Cennet olsun.

  • @xudayarhesenov3371
    @xudayarhesenov3371 3 роки тому +1

    Məkanın cənnət olsun Aydın qardaş çox heyif ki, səni sevənləri vaxtsız tərk etdin😢

  • @yazhrayabablhvaic9531
    @yazhrayabablhvaic9531 3 роки тому +7

    Ostad duz diyib,cunki Azər Aydını cox istiyərdi.Ordada ona narahatdı ki,kaş ibadət,və Allaha yaxşı bəndə olduqu ucun istiyib.Aydın urəyidi,ostadı Azərə Allah səbr versin...Anasına Allahdan səbr diləyirəm

  • @elsendergahov9440
    @elsendergahov9440 3 роки тому

    ALLAH O DUNYASINA VERSIN

  • @qismetnadirov9602
    @qismetnadirov9602 3 роки тому +3

    Halladir zehmetin Gözelliy budur

  • @gulnaramecidova4896
    @gulnaramecidova4896 3 роки тому +3

    Allah rəhmət eləsin.Amin.

  • @susqunof
    @susqunof 3 роки тому

    Аллах Рахмат еласин йери цаннат олсун амин амин

  • @faridkazimovski
    @faridkazimovski 3 роки тому

    Belə videoya görə təşəkkür edirəm sizə

  • @aytinqamanov5478
    @aytinqamanov5478 3 роки тому

    Allah rəhmət eləsin meyxananın mənim üçün şahı Aydın

  • @ayxand9639
    @ayxand9639 2 роки тому +1

    ALLAH rəhmət eləsin

  • @anaraxverdiyev152
    @anaraxverdiyev152 3 роки тому +3

    Allah rahmet eylesin

  • @maqsudmammadov2
    @maqsudmammadov2 2 роки тому

    Axund bawqa cüre deye bilmezdi deseydi özü sef edeceydi.Allah Aydln Qardawl baglwlasln inwallah

  • @vusalabilov4664
    @vusalabilov4664 3 роки тому +2

    Aydin nomre 1 idi Meyxanada her terefli sair idi

  • @hacicafarov3453
    @hacicafarov3453 3 роки тому +1

    Meyxananı çox adam deyir. Əsas dediyi meyxana da söz yığını yox deyilən sözlər dərin məna verməlidir. Bu Aydında vardı. Kərim Vuqar da yaxşı deyir. İnsan özünə elədiyin heç kim eləyə bilməz. Axund düz dedi

  • @aydinmohbaliyev1830
    @aydinmohbaliyev1830 3 роки тому +6

    Meyxananı mənə sevdirən

  • @r.v.a.7879
    @r.v.a.7879 Рік тому

    Allah gunahlarini bagislasin, mekanin cennet olsun Aydin Xirdalanli.

  • @SSFFQQ
    @SSFFQQ 2 роки тому +1

    Mekanı cennet olsun in şə Allah 🥺💙

  • @МушфигСадыхов
    @МушфигСадыхов Рік тому

    Аллах рехмат еласин

  • @rufanmemmedov8022
    @rufanmemmedov8022 3 роки тому

    Cooox gözəl.Vuqar Biləcəri haqqında gelsin

  • @АмирВагиев
    @АмирВагиев 3 роки тому

    allah ayıdına rəhmət eləsin o dərya idi. qaldı o biri dunyaya allah bilər kimin nə gunahı varsa özüdü cavab verer. hec kim bilmir onun axırı necə olacaq

  • @huseynhaqverdiyev5395
    @huseynhaqverdiyev5395 3 роки тому

    Axund Azərin istər ustad kimi , istər axund kimi dediklərini başa duşəcək baş səndə yoxdur ay aparıcı özunu əziyyətə salma başın çıxan işlərlə məşğul ol.
    Allah Aydına rəhmət eləsun.

  • @xeyalhsnzad8973
    @xeyalhsnzad8973 2 роки тому

    Ardından olmayıb olmayacaq heç kim onun yerini tuta bilməz

  • @ramilseferov393
    @ramilseferov393 3 роки тому

    Allah rəhmət eləsin qəbri nurla dolsun yeri cənnət olsun Amin inşallah

  • @vasifelekberov1566
    @vasifelekberov1566 3 роки тому +1

    Allah rehmet elesin Allah boyukdur insaallah gunahlarin bagislayar gozel sair idi

  • @xanimabdullayeva9048
    @xanimabdullayeva9048 3 роки тому

    Allah sene rehmet elesin usdad sair Aydin

  • @qaqasqaqas6630
    @qaqasqaqas6630 3 роки тому +4

    Axund duz deyib.aydinida cox usteyirdi.

  • @avsarturk9889
    @avsarturk9889 3 роки тому

    ALLAH RƏHMƏT ELƏSİN

  • @masallahmamedov1203
    @masallahmamedov1203 3 роки тому

    Аллах рехмет елесин

  • @ЗелёныйСвет-ъ5ц
    @ЗелёныйСвет-ъ5ц 3 роки тому

    Allah rehmet elesin.Qinamag olmaz...Allah günahlarin bagiwlasin.Aci heqiqet beledi...

  • @saminbeyleqanlofficial8806
    @saminbeyleqanlofficial8806 3 роки тому +1

    Allah rəhmət etsin ustada 😔

  • @hesenhesenov3480
    @hesenhesenov3480 3 роки тому

    Dahi insan

  • @irsadibrahimov2496
    @irsadibrahimov2496 3 роки тому

    Layk etdim #axundazər görə

  • @user-es7et3xq5f
    @user-es7et3xq5f 3 роки тому

    Allah rehmet elesin məkani cənnət olsun

  • @fizulikerimov2028
    @fizulikerimov2028 3 роки тому +5

    Meyxana Aydin ile defn olundu((

  • @Rios1407
    @Rios1407 3 роки тому

    Allah rəhmət etsin .Ölüm haqlayana qədər tövbə edibsə bu Allahla bəndənin arasında olan məsələdir.Birdə ki hörmətli Axund Azərin və bizlərin gizlində deyə bilməyəcəyimiz sözləri aşkarda qorxmadan deyib.

  • @nicat9621
    @nicat9621 3 роки тому

    ALLAH qebirin nurlu eyilesin.

  • @ziyahuseynov814
    @ziyahuseynov814 3 роки тому

    Allah rəhmət eləsin günahlarını bağışlasın Amin İnşaAllah

  • @faridkazimovski
    @faridkazimovski 3 роки тому

    Xalqa belə insanlar daha yaxşı tanıdın, çoxlarının bunlardan xəbəri yoxdu

  • @تولدیدوباره-ث7ق
    @تولدیدوباره-ث7ق 3 роки тому

    Man allahdan actiram axert Donyacenda aydinəna bir yerda yasiyem

  • @israilnbiyev2259
    @israilnbiyev2259 2 роки тому

    Aydin barede olum sozu demeyin. Aydin yashayir,Aydin var Aydin hemishe bizim ureyimizde canimizda yer tutub.O bizim kicik gardashimiz canimizdir. O gozel shair gozel gezelxandir onun dunyasini deyishmesi tek onun ailesi ucun yox butun xalg ucun agrili oldu. Aydin sen hemishe varsan bizim gelbinizde

  • @turalturalrzayevrzayev8176
    @turalturalrzayevrzayev8176 3 роки тому +1

    Axund pis soz demirki. dogru deyirde bundan da yumusaq

  • @muhammedibnihuseyin4336
    @muhammedibnihuseyin4336 2 роки тому

    Ustadida ozu kimi semimi olub ne var ki bunda... ve sevgisinin ichinin yangisinin uze vurmasi olub o sohbet

  • @vuqarkrimov5576
    @vuqarkrimov5576 3 роки тому +4

    Fitri isdedad idi rehmetıik !

  • @turxanveliyev5189
    @turxanveliyev5189 3 роки тому +4

    Vuqar haqdada deses yaxsi olardi

    • @elgunrahimli4430
      @elgunrahimli4430 3 роки тому +3

      Ona aidde var

    • @turxanveliyev5189
      @turxanveliyev5189 3 роки тому +2

      Cox sagolun dediynize gore.

    • @1000production
      @1000production  3 роки тому

      Vüqarla bağlı video hazırlamışıq və 200 mindən artıq baxılıb. Kanaldakı digər videolara baxın, görəcəksiniz, Turxan bəy

  • @bynis9329
    @bynis9329 3 роки тому +3

    Polad Hesimovun sekilini niye senetcilerin siyahisina qatmisiz goresen o Milli Qehremandi axi... her halda Allah hamisina qeni qeni rehmet elesin

    • @1000production
      @1000production  3 роки тому

      Layihədə kimlər olacaq hamısının adını yazmışıq

    • @bynis9329
      @bynis9329 3 роки тому

      @@1000production hee tesekkurler..

  • @behruzcabarov1738
    @behruzcabarov1738 3 роки тому

    Пусть бог простит его он был великим поетом

  • @simsimteam9536
    @simsimteam9536 3 роки тому +3

    Azer Sani olani deyir , o yalan danisa bilmez ozumuzu aldatmiyaq .cirnamagada esas yoxdu Azer sizce yalan danisib gunahmi qazanmaliydi?xeyir tebiiki Azer Sani auran ayesini deyir orda xeberiniz varsa

  • @azadlqazadlq4174
    @azadlqazadlq4174 3 роки тому

    Allah sənə rəhmət eləsin qardaş

  • @ДжониАлиев-з7н
    @ДжониАлиев-з7н 3 роки тому +4

    Azer xirdalanli bu yatmiş millete oyan demek isteyir.teqvasizlarin hamisinin yeri cehennemdi bunu birdefelik anlayin namazin yoxdursa sen hec kimsen o dunyada.demeyin ureyin duz olsun.namaz yox emel duz deyil her gun gunah 100 qram icim başqasinin qizina arvadina baxim ele ureye tupurum.

  • @ПоладовАбдул95ПРО
    @ПоладовАбдул95ПРО 3 роки тому +3

    Allah yolunu atib .mey xanəəəə yolunu tutdu. Günah içində öldü. Allah hidayət versin Allah yolundan çixanlara

    • @1000production
      @1000production  3 роки тому +1

      Allah rəhmət eləsin!

    • @elcinagayev9280
      @elcinagayev9280 3 роки тому +1

      O istedadı bəs ona kim vermişdi, sizcə?

    • @ПоладовАбдул95ПРО
      @ПоладовАбдул95ПРО 3 роки тому +1

      @@elcinagayev9280 falçiya.. sehir baza .Hətta kafir şairədə istedadi. Allah verir. Cənnət Cəhənnəmdə içki . Suyuda Allah yaradir. Allah deyir seç yolunu. Haram girsən cəhənnəmə . Halala yönəlsən cənnətə girəcəksən. Özü deyib hətta namazi atib meyxanaya meyil saldim və bu günə düşdüm . Kaşi məşhur olmayaydim əvvəli ki iman sahibi olardim

    • @elcinagayev9280
      @elcinagayev9280 3 роки тому +2

      @@ПоладовАбдул95ПРО ,razıyam.Amma sizin ilkin rəyiniz kobud görsənur və qavranılır. Nə isə...

  • @sadiqnazarov212
    @sadiqnazarov212 2 роки тому

    Allah Aydini da,Vuqari da ve dunyasini deyiwen senetkarlara rahmet elesin..

  • @terlanabasov3402
    @terlanabasov3402 3 роки тому

    Axund həqiqəti və həm də yerində.dedi.

  • @rahimshukurov7019
    @rahimshukurov7019 3 роки тому

    Onu heç kim bilməz kim hara düşəcək.istiyir axund desin istəyir molla ,hər kəsin bir günahı var,Allahı sevin və inanın.

  • @zeferasgerov626
    @zeferasgerov626 2 роки тому

    Allah Aydın Xırdalanlı və Vuqar Biləcəriyə rəhmət eləsin.

  • @ХаганиАзер
    @ХаганиАзер 3 роки тому

    Allah rəhmət etsin Aydına

  • @qartal228
    @qartal228 Рік тому

    Allah rehmet etsin

  • @Kenzo-500
    @Kenzo-500 3 роки тому +124

    Nömrə 1 idi rəhmətlik.. Allah rəhmət eləsin.

  • @sahilazimov7392
    @sahilazimov7392 2 роки тому +2

    Allah rəhmət eləsin.

  • @vuqarisayev2315
    @vuqarisayev2315 3 роки тому

    ALLAH RƏHMƏT ELƏSİN.