Gəgəli TV
Gəgəli TV
  • 108
  • 41 711
"Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalı"01-02 iyun 2024- cü il.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib.
Festivalı “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. Festivala qatılan yerli və xarici qonaqları, kənd sakinlərini və turistləri salamlayıb. Əvvəlcə şəhidlərin əziz xatirəsi sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin idarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu rayon İcra hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyə Cümhuriyyəti Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliya Respublikasından professor Luici Skrinzi, Gürcüstan Respublikası Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev açılış nitqi ilə çıxış ediblər.
Festivalın açılış bədii hissəsində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli festival haqqında geniş məlumat verib. Festivalın yaranma tarixindən və gələcək planlardan danışıb. "Alaca" milli geyimlərin təbliği müəssisəsinin qurucusu, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova milli geyimlərimiz haqqında məruzə edib. "Alaca" milli geyimlərini geyinmiş Ağdam rayonu “Nənə qızlar” ansamblının kollektivi maraqlı proqramla çıxış ediblər. Ağsu rayonunu təmsil edən Aşıq Amil Bicolunun "Çoban yaylağı" peşrovu ilə başlanan çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələ rayonu "Gülüstan" folklor kollektivi, Sumqayıt şəhər mədəniyyət mərkəzinin “Veteranlar” xalq xoru zəngin proqramla çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir ifaçısı Çətin Adıgözəlin mahnıları festivala ayrı rəngarənglik gətirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət və qeyri maddi-mədəni irs şöbəsinin Qeyri maddi-mədəni irs sektorunun müdiri Nuriyyə Məmmədova və Starteji inkişaf və layihələrin idarəedilməsi şöbəsinin strateji inkişaf sektorunun baş məsləhətçisi Şəfiqə Rəhimova sərgi-yarmarka ilə tanış olublar və festivalın bədii hissəsini izləyiblər. Nuriyyə Məmmədova festivalla bağlı təəssürat və düşüncələrini təşkilatçılarla bölüşüb.
Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Əvvəlcə H.Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev çıxış edib və məktəbin şagirdləri folklorla bağlı yerli bayatıları səsləndiriblər. Sonra Qusar Mədəniyyət Mərkəzinin “Mel” xalq folklor kollektivi, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq ansamblı, Saatlı Mədəniyyət Mərkəzinin "Adıgün" Axısqa türk xalq folklor kollektivi maraqlı proqramla çıxış edib. Zorxana ustası Xəyyam Orucov milli oyunlarımızı, o cümlədən zorxananı nümayiş etdirib. Ağdaşlı kəndirbaz Məhəmməd Paşayevin ailə kollektivi kəndirbazlıq nümunələri göstəriblər. Tonqal ətrafında oturma və musiqili proqramla festival davam edib.
Səhər tezdən bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıb və yerli sakinlərin binəsinə qədər uzun yol qət ediblər. Tərəkəmə obasında səhər yeməyindən sonra qrup yabanı qızılgüllərin yetişdiyi yamacları keçərək Tərəkəmə yurduna qayıdıblar. Marafon iştirakçıları sertifikatla mükafatladırılıblar.
İkinci gün Şamaxılı xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə bədii hissə davam edib. Lahıc folklor qrupu, Tovuz rayonu “Misri” Aşıq ansamblı, Masallı Mədəniyyət Mərəkəzinin “Halay” xalq folklor kollektivi, Salyan Mədəniyyət Mərkəzinin"Cəngi" milli nəfəsli xalq kollektivi, Gəncə şəhəri “Xəmsə” nağara ansamblı maraqlı proqramla çıxış edib. Göygöl şəhərindən Əhəd İsmayılov kamança, Qobustan rayonundan Baxış Bünyatovun balaban ifası maraqla qarşılanıb. Şamaxılı Aşıq Rza aşıq havalarını səsləndirib.
Festival boyunca paralel fəaliyyətlər davam edib. "Çardaq" art platforması üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və qonaqlar üçün ustad dərsləri də keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiriblər. Qonaqlar kənd evlərində yerləşib, yerli sakinlərlə ünsiyyət bağları qurublar. Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər.
Переглядів: 215

Відео

Dr. Fariz Xəlillinin "2023-cü ildə Ağsuda arxeoloji tədqiqatlar" seminarı | 17.04.2024
Переглядів 992 місяці тому
Dr. Fariz Xəlillinin "2023-cü ildə Ağsuda arxeoloji tədqiqatlar" seminarı | 17.04.2024
"2023-cü ildə Ağsuda arxeoloji tədqiqatlar sərgisi"nin açılışı | 17.04.2024
Переглядів 1682 місяці тому
17 aprel tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Xidmətinin "Orta Əsr Ağsu Şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı, Ağsu rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon mədəniyyət mərkəzi və Uşaq Musiqi M...
Gəgəli bələdiyyəsinin "Sıfır tullantı" vebinarı | 30.03.2024-cü il
Переглядів 1032 місяці тому
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bizi kənd yerlərində, bələdiyyə ərazilərində sıfır tullantı məlumatlılığının artırılmasına həvəsləndirir. Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın 2018-ci ildən başlatdığı Sıfır tullantı hərəkatı qlobal əhəmiyyət qazanıb. Türkiyədə son illərdə sıfır tullantı nəşrləri, informasiyaları artır, məktəblərdə tədris ...
Haqqın 44 günü tamaşası | 31.03.2024-cü il
Переглядів 6712 місяці тому
Martın 31-də Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının "Haqqın 44 günü" tamaşası oynanılıb. Tamaşa Şuşa şəhərinin 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olmasına, nümayişi isə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Lənkəran Dövlət Dram Teatrının heyəti əvvəlcə Gəgəli...
“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğunda Novruz tədbiri | 18.032024
Переглядів 3413 місяці тому
18 mart 2024-cü il tarixində “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Ağsu rayon Gəgəli bələdiyyəsi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Bahar ənənələri” adlı tədbir keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin...
"Zeyvə nənə" qəbristanlığında abadlıq işləri görülür | 07.03.2024-cü il
Переглядів 4203 місяці тому
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla yanaşı, Avropada Görməli Qəbristanlıqlar Asossiasiyası 24 may - 2 iyun tarixlərini Avropa qəbristanlıqlarını kəşf həftəsi elan etmişdir. Məlum olduğu kimi Gəgəli bələdiyyəsi 6 qəbristanlığı öz inventarına qəbul etmişdir. Bunları n...
“Uzun ata” orta əsr abidəsində tədqiqatlar aparılacaq | 03.03.2024 - cü il
Переглядів 2403 місяці тому
Ağsu rayonu Gəgəli kəndi ərazisində antik, ilk orta əsr və orta əsrlərə aid zəngin abidələr yerləşir. Belə abidələrdən biri “Uzun ata” orta əsr abidəsidir. “Uzun ata” abidəsi Türk dünyasının məşhur övliyası Xoca Əhməd Yəsəvi ilə əlaqələndirilir. Abidənin ətrafında bir yaşından kiçik körpələr dəfn edildiyi üçün qəbristanlıq Uşaq qəbristanlığı kimi də tanınır. Abidənin öyrənilməsinə, tarixinin mü...
Gəgəli kəndində Ümumdünya Mülki Müdafiə günü tədbirləri keçirilib | 01.03.2024-cü il
Переглядів 3133 місяці тому
Ağsu rayonu Gəgəli bələdiyyəsinin 2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 1 mart 2024-cü ildə Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu Folklor turizmi məkanında “Ümumdünya Mülki Müdafiə günü” tədbirləri keçirilib. Tədbirdə Gəgəli bələdiyyəsinin və müəssisələrinin işçiləri iştirak etmiş, bələdiyyənin bazasında yaradılan Mülki Müdafiə qüvvələrinin əmlak və avadanlıqlarının im...
Ağsu rayonu Gəgəli bələdiyyəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib - 27.02.2024
Переглядів 2454 місяці тому
Ağsu rayonu Gəgəli bələdiyyəsinin 2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 27 fevral 2024-cü ildə Ağsu rayonu Gəgəli bələdiyyəsində rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi təmin edilmişdir. Məşqdə Gəgəli bələdiyyəsinin və müəssisələrinin işçiləri iştirak etmiş, bələdiyyənin bazasında yaradılan Mülki Müdafiə qüvvələrinin əmlak və avadanlıqlarının imkanları haqqında...
2024-cü il Gəgəli məktəbinin 100 illiyidir
Переглядів 9304 місяці тому
2024-cü il Gəgəli məktəbinin 100 illiyidir.Gəgəli TV əməkdaşları Ağsu rayon S.Mütəllimov adına Gəgəli tam orta məktəbində olublar.Məktəbin direktoru Vəlcan Mikayılov Gəgəli məktəbinin 100 illiyi ilə əlaqədar görülən və görüləcəkişlər barədə məlumat verib.
Gəgəli bələdiyyəsinin sədri Qəbələ şəhərində mülki müdafiə kursunda iştirak edib|19-23.02.2024-cü il
Переглядів 2964 місяці тому
Ağsu rayonu İcra hakimiyyəti başçısı aparatından daxil olan 31 yanvar 2024-cü il tarixli 5-34-2/2-7-23/2024 saylı məktuba əsasən Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Qəbələ şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli, 193 saylı Qərarına və Mülki Müdafiə kurslarının Ağsu rayonu üzrə komplektləşdirilməsi planının təsdiq edilməsi...
Gəgəli əsilli Taekvando idman ustası Vüqar Kərimov
Переглядів 8134 місяці тому
Gəgəli əsilli idman ustası Vüqar Kərimov Ağsuda taekvando idman növünün inkişafı üçün çalışır. Onun tələbələri həm ölkəmizdə, həm də beynəlxalq yarışlarda medallar qazanıb, yer tutublar. Gəgəli TV əməkdaşları Vüqar Kərimovla görüşərək taekvando idman növünün Ağsuda hazırki vəziyyətini öyrəniblər.
Gəgəli bələdiyyəsinin 2024 cü ilin birinci yarısında görəcəyi işlər barədə | 19.02.2024-cü il
Переглядів 1584 місяці тому
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli 2024-cü ilin birinci yarısında görüləcək işlər haqqında məlumat verib. Qeyd edək ki, Ağsu rayonu Gəgəli bələdiyyəsi əməkdaşlarının genişləndirilmiş iclası keçirilib. İclasda bələdiyyə sədri, bələdiyyə sədrinin müavini və bələdiyyə müəssisələrinin direktorları iştirak edib.
Ağsu rayonu Gəgəli Bələdiyyəsi 2023-cü ilin maliyyə hesabatını təqdim edib | 18.02.2024-cü il
Переглядів 6314 місяці тому
Ağsu rayonu Gəgəli bələdiyyəsi əməkdaşlarının genişləndirilmiş iclası keçirilib. İclasda bələdiyyə sədri, bələdiyyə sədrinin müavini və bələdiyyə müəssisələrinin direktorları iştirak edib. Sədr Fariz Xəlilli 2023-cü ilin maliyyə hesabatını təqdim edib və görülən işlərdən danışıb. Gəgəli TV həmin görüşdən bir hissəsini təqdim edir.
Ağsu rayonu Gəgəli kəndində yeni açılmış Güləş İdman klubu | 15.02.2024
Переглядів 1,2 тис.4 місяці тому
Ağsu rayonu Gəgəli kəndində yeni açılmış Güləş İdman klubu | 15.02.2024
Əməkdar müəllim Akif Kərimov | 09.02.2024
Переглядів 1,3 тис.4 місяці тому
Əməkdar müəllim Akif Kərimov | 09.02.2024
Prezident seçkiləri | 06.02.2024
Переглядів 2814 місяці тому
Prezident seçkiləri | 06.02.2024
Gəgəli Noxudu
Переглядів 1795 місяців тому
Gəgəli Noxudu
20 yanvar 1990- cı il hadisələrinin 34- cü ildönümünə həsr olunmuş tədbir | 19.01.2024-cü il.
Переглядів 3195 місяців тому
20 yanvar 1990- cı il hadisələrinin 34- cü ildönümünə həsr olunmuş tədbir | 19.01.2024-cü il.
"Tərəkəmə Yurdu" folklor turizmi məkanı / İctimai Radio
Переглядів 1935 місяців тому
"Tərəkəmə Yurdu" folklor turizmi məkanı / İctimai Radio
Gəgəli kəndində ilk qar | 14 yanvar 2024-cü il
Переглядів 6595 місяців тому
Gəgəli kəndində ilk qar | 14 yanvar 2024-cü il
"Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" tamaşası
Переглядів 7535 місяців тому
"Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" tamaşası
"Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" tamaşası
Переглядів 4795 місяців тому
"Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda" tamaşası
Ədliyyə müşaviri Mübariz Abdullayevin Birinci Gəgəli Simpoziumunda çıxışı
Переглядів 1346 місяців тому
Ədliyyə müşaviri Mübariz Abdullayevin Birinci Gəgəli Simpoziumunda çıxışı
Birinci Beynəlxalq Bələdiyyələr Tarixi Gəgəli Simpoziumunun açılışı
Переглядів 506 місяців тому
Birinci Beynəlxalq Bələdiyyələr Tarixi Gəgəli Simpoziumunun açılışı
Gəgəli kəndi haqqında qısa arayış
Переглядів 2516 місяців тому
Gəgəli kəndi haqqında qısa arayış
Gəgəli bələdiyyəsi Təmiz kənd layihəsi haqqında
Переглядів 3356 місяців тому
Gəgəli bələdiyyəsi Təmiz kənd layihəsi haqqında
Prof.Dr. Rubin Zemon - Center for Advanced Reseraches
Переглядів 166 місяців тому
Prof.Dr. Rubin Zemon - Center for Advanced Reseraches
Dos.Dr. Məhəmməd Hüseynov - Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı
Переглядів 536 місяців тому
Dos.Dr. Məhəmməd Hüseynov - Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı

КОМЕНТАРІ

  • @Tocalifeideas2013
    @Tocalifeideas2013 7 днів тому

    Rəqs məni məndən aldı

  • @ayselliyeva4741
    @ayselliyeva4741 2 місяці тому

    Allah rəhmət eləsin başınız sağ olsun məkanı cənnət olsun

  • @FarizKhalilli
    @FarizKhalilli 2 місяці тому

    Anar Babalıya tamaşaya görə minnətdarlıq edirəm.

  • @cosqun1915
    @cosqun1915 2 місяці тому

    😔

  • @fatehmikayilov6086
    @fatehmikayilov6086 2 місяці тому

    Geglinin qehraman ovladlari yeriniz cennet olsun

  • @xanndvqarmoncuamin3224
    @xanndvqarmoncuamin3224 3 місяці тому

    ❤❤❤

  • @elvinbabayev9124
    @elvinbabayev9124 3 місяці тому

    Uğurlar

  • @Nice_qj5h
    @Nice_qj5h 3 місяці тому

    Ooo maşalllah

  • @YalchinValiyev
    @YalchinValiyev 3 місяці тому

    Allah rehmet etsin! Balamirze emiye

  • @elshanmusaev8461
    @elshanmusaev8461 3 місяці тому

    ❤ халал олсун

  • @rovshanrovshan282
    @rovshanrovshan282 3 місяці тому

    Abidənin ətrafnın abadlaşdırılması əla fikirdi.

  • @ilkinguliyev902
    @ilkinguliyev902 3 місяці тому

    Yüzlərcə şagirdin tədris və tərbiyəsində iştirak etmiş babalarım Ağababa məllim, Qardaşalı müəllimə və dünyasını dəyişmiş digər müəllimlərimizə Allah rəhmət eləsin, həyatda olub təqüddə olan və işləyən müəllimlərimizə can sağlığı uzun ömür arzu edirəm, var olsunlar.

  • @mehdisamsung1798
    @mehdisamsung1798 4 місяці тому

    Ərəbuşağı kənd orta məktəbində Akif müəllim, Vəliməmməd müəllim, Aratkənd kənd 8-illik məktəbində Faiq müəllim qabaqcıl müəllimlər olublar.

  • @mehdisamsung1798
    @mehdisamsung1798 4 місяці тому

    Çox gözəl danışırsınız, çox xoşuma gəldi. Gəgəli kəndi savadlı müəllimləri, mütəxəssislıri ilə tanınır.

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ ▪︎GÖZƏL PLANLAR VƏ FİKİRLƏRLƏ İRƏLİLƏYİRİK FARİZ MÜƏLLİMLƏ...UĞURLAR ARZU EDİRİK🫂❤

  • @user-ib8zc8wv8q
    @user-ib8zc8wv8q 4 місяці тому

    Cox gozel fikir ve ideyadir. Yaxsi olardi ki, tekce muellimler yox, bu elm ocagini bitirmis, butun ziyalilar, taninmis mutexessisler mektebe devet edilsin, gozel tedbirler, gorusler teskil edilsin. Cunki, bu tehsil ocaginin oz mezunlari ile fexr etmeye hemise menevi haqqi vardir. Mektebimizin butun muellimlerine salamlar gonderirem. Cox gozel tesebbusdur. Ugurlar olsun.

  • @mehdisamsung1798
    @mehdisamsung1798 4 місяці тому

    Planlar, tədbirlər yaxşıdır amma bir az hazırlaşıb çıxış eləsəniz daha yaxşı olar. Tez-tez pauza vermək (eeeeee.....) çıxışınıza kölgə salır. SSRİ vaxtı Gəgəli kəndi savadlı müəllimlər yetişdirirdi, əslən Gəgəli kəndindən olan Ərəbuşağı kənd orta məktəbində tarix müəllimi işləyən (70-80 -cı illər) Vəliməmməd müəllimin gözəl nitq gabiliyyəti var idi.

  • @elshanmusaev8461
    @elshanmusaev8461 4 місяці тому

    Esq olsun fariz mallim

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ ❤

  • @user-nm1mw3lp9p
    @user-nm1mw3lp9p 4 місяці тому

    Cox sag olun ishiqlandirdiginiz ve cemiyete catdirdiginiz ucun.Yubileyin mubarek Mektebimiz,yuzlerle,minlerle yetirmelerin dunyaya yayilib.Her bir Gegeli ovladinin tebrikini qebul et Mekteb ve daha da yuksek seviyyeli shexsiyyetler yetishdir Inshallah.

  • @user-wj1ny5lt2h
    @user-wj1ny5lt2h 4 місяці тому

    ALLAH RƏHMƏT ELƏSİN RUHUN ŞAD OLSUN QARDAŞ

  • @user-ng3qd8ys6z
    @user-ng3qd8ys6z 4 місяці тому

    Uguralain bol olsun Qardawim

  • @user-bn4ki5lj5b
    @user-bn4ki5lj5b 4 місяці тому

    Uğurlarımız daimi olsun.🙏🏻

  • @fatehmikayilov6086
    @fatehmikayilov6086 4 місяці тому

    Vuqar ureydi

  • @teymurbhramoglu8793
    @teymurbhramoglu8793 4 місяці тому

    FARİZMELLİM DEYERLİ SAVADLI İNSANDI

  • @teymurbhramoglu8793
    @teymurbhramoglu8793 4 місяці тому

    Xeyirri olsun beli

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    ✔︎ ᴜɢ̆ᴜʀʟᴀʀ... ↻ ⊲ Ⅱ ⊳ ↺

  • @xzrhuseynli8891
    @xzrhuseynli8891 4 місяці тому

    MaşAllah😍🐺

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    *Çox Qəşəng Və Mükəmməl həmdə, Faydalıdır Uğurlar Arzu Edirik...♥️*

  • @rashadaliyev6665
    @rashadaliyev6665 4 місяці тому

    Alqişa layiqdi. Ugurlar. Kende gelende gelib baxacam geleceyin dünya çempionu olsunlar. Fexr etek

  • @onemansdream6054
    @onemansdream6054 4 місяці тому

    🎉

  • @alxanyadigarov5068
    @alxanyadigarov5068 4 місяці тому

    Sizə uzun ömür can saglıgı arzulayıramKəndimizin Fəxrisiniz Alxan Yadigarov

  • @heydereliyev9438
    @heydereliyev9438 4 місяці тому

    Siz hem yaxsi valideyinsiz,hem yaxsi Emimsiz,siz yaxsi Mellimsiz,siz yaxsi Agsaqqlsiz,Allah seni qorusun.Fariz mellim diqqetivize gore cox sagolun. (Seymur Kerimov)

  • @user-xw3xx3oo2t
    @user-xw3xx3oo2t 4 місяці тому

    Gözəl insan , səmimi , zəhmətkeş ziyalı, sevimli müəllimlərimizdən biri Akif müəllim - ALLAH sizə can sağlığı, uzun ömür versin. Ağsu rayonunun Gəgəli kəndi müəllimləri , həkimləri , alimləri ilə sayılıb -seçilən kəndənlərdən olmuşdu. İndi də bu ənənə davam edir.

  • @ziyadqanbayev8064
    @ziyadqanbayev8064 4 місяці тому

    Allah uzun ömür can sağlığı versin sizə dəyərli, hörmətli Akif müəllim

  • @mehdisamsung1798
    @mehdisamsung1798 4 місяці тому

    Allah sizə can sağlığı versin Akif müəllim, 1975-77 ci illərdə Ərəbuşağı kənd orta məktəbində siz mənə kimya fənnindən dərs demisiniz. Gözəl insan, savadlı müəllim mən sizə sağlam uzun ömür arzulayıram.

  • @user-zk7gc6hs3c
    @user-zk7gc6hs3c 4 місяці тому

    Allah sizə can sağlığı versin dəyərli müəllim kaş sizin kimi müəllimdən ikicə dənəsi bizə dərs deyərdi

  • @user-iz7lp3wh5n
    @user-iz7lp3wh5n 4 місяці тому

    Akif muəllim .Allahdan can sağlıgı arzuluyuram

  • @user-lz6eg3zi6y
    @user-lz6eg3zi6y 4 місяці тому

    Allah sizə cansağlığı uzun ömür versin dəyərli müəllim

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    ▪︎Bu Həm Əməkdar Müəllim Həmdə Mənim doğma babamdır allah uzun ömür can sağlığı versin ❤

  • @Vaz.Mahnilari
    @Vaz.Mahnilari 4 місяці тому

    Bu cür gözəl Müəllimin nəvəsi olmaq hərkəsə qismət olmaz )

    • @alxanyadigarov5068
      @alxanyadigarov5068 4 місяці тому

      İnsan həyatda 1 ci valideynə 2 ci müəlliminə hörmət etməlidir Akif müəllim sizə uzun ömür can saglıgı Arzulayıram Yeni ugurlar Arzulayıram Alxan Yadigarov

    • @Vaz.Mahnilari
      @Vaz.Mahnilari 4 місяці тому

      @@alxanyadigarov5068 çox sagol)

  • @kerimovazer4539
    @kerimovazer4539 4 місяці тому

    Sizin kimi müəllimin övladı olmaq çox qürur vericidir. Fariz müəllim çox sağolun diqqətinizə görə. Xoş söz yazan hər kəsə minnətdarıq!

  • @Elmedin_Veliyev
    @Elmedin_Veliyev 4 місяці тому

    Mən bildiyimə gorə Gəgəli kəndin yaşca ən böyük Əməkdar müəllimi Əlisimiran müəllim olmalidi Allah Akif müəllimede can sagligi versin

    • @FarizKhalilli
      @FarizKhalilli 4 місяці тому

      Prezident sərəncamı ilə Əməkdar müəllim adı ilə kəndimizdən indiyə qədər bir müəllim təltif olunub: Akif Kərimov. Əlsimran müəllim böyüyümüzdür. Amma belə bir adla təltif edilməyib.

  • @rovshanrovshan282
    @rovshanrovshan282 4 місяці тому

    Əla

  • @user-np6bk8qf1k
    @user-np6bk8qf1k 4 місяці тому

    ALLAH ömur versin

  • @idealideal9368
    @idealideal9368 4 місяці тому

    Allah ömür versin siznkimi gözəl insalara

  • @user-ih4uq5vp7k
    @user-ih4uq5vp7k 4 місяці тому

    Allah uzun ömur can saglıgı versin sənə.

  • @zahidqedimov8528
    @zahidqedimov8528 4 місяці тому

    ALLAH can saĝliĝi versin hòrmetli mùellimimize

  • @mustafaiskenderov1158
    @mustafaiskenderov1158 4 місяці тому

    Allah uzun, saglam omur versin Insallah🤲

  • @ruslanmusayev1909
    @ruslanmusayev1909 4 місяці тому

    Əziz və hörmətli müəllim allah sizə can sağlığı uzun ömür qismət etsin