Ağsu rayonu Gəgəli bələdiyyəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilib - 27.02.2024

Поділитися
Вставка
  • Опубліковано 28 лют 2024
  • Ağsu rayonu Gəgəli bələdiyyəsinin 2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 27 fevral 2024-cü ildə Ağsu rayonu Gəgəli bələdiyyəsində rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi təmin edilmişdir.
    Məşqdə Gəgəli bələdiyyəsinin və müəssisələrinin işçiləri iştirak etmiş, bələdiyyənin bazasında yaradılan Mülki Müdafiə qüvvələrinin əmlak və avadanlıqlarının imkanları haqqında məlumat verilmişdir. Məşq zamanı mülki müdafiə rəhbəri verilən əmrlər və mülki müdafiə sahəsində görüləcək işlər barədə danışmışdır. Kənddə yanğın və sel hallarından mühafizə üçün əməli işlərin görülməsi üzrə təkliflər səsləndirilmişdir. 01 mart Ümumdünya Mülki müdafiə günü tədbirlərinin mülki müdafiə sahəsində innovativ texnologiyalar mövzusuna həsr edildiyi bildirilmiş və tədbir haqqında danışılmışdır. Kənd sakinlərinin, maraq qruplarının tədbirlərə qatılması təşviq edilmişdir.
    Sonra 2023-cü ilin may ayında baş verən sel fəsadlarının aradan qaldırılması ilə bağlı işlərə yerindəcə baxış keçirilmişdir. Gələcəkdə belə halların baş verməməsi üçün dərə yataqlarının açıq saxlanılması və təmizlənməsi üzrə fikir mübadiləsi aparılmışdır. Mülki müdafiə rəhbəri rəhbər heyətə öz tapşırıq və tövsiyələrini vermişdir.

КОМЕНТАРІ • 3

  • @mehdisamsung1798
    @mehdisamsung1798 4 місяці тому

    Planlar, tədbirlər yaxşıdır amma bir az hazırlaşıb çıxış eləsəniz daha yaxşı olar. Tez-tez pauza vermək (eeeeee.....) çıxışınıza kölgə salır.
    SSRİ vaxtı Gəgəli kəndi savadlı müəllimlər yetişdirirdi, əslən Gəgəli kəndindən olan Ərəbuşağı kənd orta məktəbində tarix müəllimi işləyən (70-80 -cı illər) Vəliməmməd müəllimin gözəl nitq gabiliyyəti var idi.

  • @elshanmusaev8461
    @elshanmusaev8461 4 місяці тому

    Esq olsun fariz mallim