Gəgəli bələdiyyəsinin sədri Qəbələ şəhərində mülki müdafiə kursunda iştirak edib|19-23.02.2024-cü il

Поділитися
Вставка
  • Опубліковано 23 лют 2024
  • Ağsu rayonu İcra hakimiyyəti başçısı aparatından daxil olan 31 yanvar 2024-cü il tarixli 5-34-2/2-7-23/2024 saylı məktuba əsasən Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Qəbələ şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.1998-ci il tarixli, 193 saylı Qərarına və Mülki Müdafiə kurslarının Ağsu rayonu üzrə komplektləşdirilməsi planının təsdiq edilməsi barədə Ağsu rayonu İcra hakimiyyəti başçısının 06.12.2023-cü il tarixli, 5-34/3-8-146/2023 nömrəli Sərəncamına əsasən Fariz Xəlilli 19 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixə kimi "Bələdiyyə sədrləri" kateqoriyası üzrə Qəbələ şəhəri Şimal-qərb Regional Mərkəzin Mülki Müdafiə kursunda iştirak etmişdir. Kursun sonunda Fariz Xəlilliyə "Rəhbər heyətin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində hazırlanamsı" proqramı əsasında hazırlıq kursu üzrə 23 nömrəli şəhadətnamə təqdim olunmuşdur.

КОМЕНТАРІ •