Qarabağ atları: onlar da artıq köçkün deyil - REPORTAJ

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Biz hazırda Binə Atçılıq Mərkəzindəyik. Burada saxlanılan 150 atdan 20-si Qarabağ atıdır. Elə bura gəlişimizin əsas səbəbi də sizi Qarabağ atları ilə daha yaxından tanış etməkdir.
    Qarabağ dünyada təkcə füsunkar təbiəti musiqiləri, tarixi abidələri ilə deyil, həm də əfsanəvi atları ilə məşhurdur. Rəssamların, şairlərin, yazıçıların ilham qaynağına çevrilən Qarabağ atları həm də öz sahiblərinə olan vəfalılığı ilə seçilirlər.
    Bu atların boyları 1.45-1.55 santimetr arasında, rəngləri isə sarı-qızılı, parlaq narıncı qızılı, qonur rəngində olur. Azərbaycan filmlərində igidlərin ən yaxın köməkçisi kimi tərənnüm edilən əfsanəvi Qarabağ atlarının döyüş meydanında sahiblərini qoyub qaçmaması da öz əksini tapıb:
    Təlimatçı İmran Əhmədli deyir ki, Qarabağ atlarının digər atlardan fərqləri çoxdur: “Onlar yol gedərkən dözümlüdürlər, yol gedərkən yorulmurlar, insana qarşı çox vəfalıdırlar. Qarabağ atları ilə Londonda, İsveçrədə çıxışlarımız olub, 15-20 baş at aparmışıq. Çox ölkələrdə Qarabağ atları ilə Azərbaycanın bayrağını dalğalandırmışıq. Bunların baxımı insan baxımı kimidir. Gündə 3 dəfə ot, yem, su verilir. Məşqlərə çıxırlar, gündüz vaxtı çimizdirilirlər”.
    Hələ xanlıqlar dövründən at bağışlamaq ən qiymətli hədiyyə sayılırdı. ARAF-nın baş katibi Bəhruz Nəbiyevin sözlərinə görə, 1956-cı ildə isə Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayır: “2012-ci ildə biz ilk dəfə kraliçanın böyük atçılıq tədbirlərinə dəvət aldıq. Kraliçanın da Qarabağ atları ilə bir bağlılığı var. 1956-cı ildə “Zaman “ləqəbli Qarabağ atı kraliçaya hədiyyə olunmuşdu. Kraliça həmin cinsi yenidən İngiltərədə görmək istəyir və bizə belə bir dəvət yollayır. Üç Qarabağ atını biz oraya apardıq. Daha sonra 2016-cı ildə keçirilən tədbirdə biz 20 baş atın iştirakı ilə çıxış etdik. 2018-2019-cu illərdə isə biz yenidən kraliçanın tədbirlərində iştirak etdik”.
    Qarabağ atlarının nə qədər yaşaması haqqında dəqiq rəqəm bəlli olmasa da, uzunömürlü olmalarına səbəb onlara yaxşı qulluq edilməsidir. Almaniyada saxlanılan “Səmərqənd” adlı bu Qarabağ atı 36 yaşında ölüb.
    Qarabağın mirvarisi sayılan bu atlar 30 il boyunca Qarabağın havasını udub suyunu içməyə məhrum qaldılar. Bəs bu ayrılıq atlarda hansı dəyişikliklərə səbəb olub?. “Ümumiyyətlə cins atların yetişdirilməsi mütəxəssislər tərəfindən təyin olunmuş xüsusi yerlərdə təşkil olunur. Ağdam atçılıq zavodu Ağdamın Eyvazxanbəyli kəndində yerləşməsi təsadüfi deyildi. Mütəxəssislər həmin ərazinin təbii şəraitinə görə seçmişdilər. Təbii ki, at yetişdirmə yeri dəyişdiriləndə onun keyfiyyətinə mənfi təsir edir. Qarabağ atları dağlıq ərazilərdə, keçilməsi çətin olan ərazilərdə yetişdiriliblər. Daha sonra onlar Ləmbərana, düzənlik əraziyə köçürülüblər. Ümid edirik ki, dövlət yaxın zamanda bu qərarları verər, həmin atlar da Ağdama geri dönərlər”.
    “30 il sonra Azərbaycanın möhtəşəm qələbəsindən Qarabağ atları da öz nəsibini aldı. İllərdir yurd-yuvalarından ayrı düşən, köçkün həyatı yaşayan bu atlar indi aid olduqları yerə, Qarabağa qayıtmağa hazırlaşırlar”.
    Bu yaxınlarda Moskvanın Mərkəzi İppodromunda Qarabağ atlarına həsr olunan “Datse” qısametrajlı bədii filminin təqdimatı keçirilib. Filmin süjet xətti Qarabağ atlarına olan sevgi hekayəsinə əsaslanır. Qarabağ atlarının füsunkarlığı Azərbaycana işgüzar səfərə gələn Latviyalı rəssam Datse Ştrausun da diqqətini çəkir. Və o, Qarabağ atlarının silsilə şəkillərini çəkmək üçün bir neçə il ölkəmizdə qalır. Filmin yaranmasında əsas məqsəd isə bu at cinsini yaşatmağın vacibliyini dünyaya çatdırmaqdır. Qarabağ atlarının öz yurdlarına qayıdışını da “Datse” filmində izləmək mümkün olacaq.
    At muraddır deyiblər. Biz də, elə Qarabağ atları da 30 ildir gözlədiyimiz muradımıza çatdıq. Bundan sonra bu atlar Qarabağın suyundan içib, Qarabağın torpağında gəzəcəklər. Qədim Şuşamızın Cıdır düzü isə at yarışlarının keçirildiyi ən böyük, ən möhtəşəm yarış meydanı olacaq.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag
    #apatv #apaxeber #apacanli

КОМЕНТАРІ • 1

  • @elcinyaqubov287
    @elcinyaqubov287 3 роки тому +1

    Mənimdə var atim 100 faiz natura Qarabağ ati