“Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarına fantastik vurğunluq.

Поділитися
Вставка
  • Опубліковано 15 тра 2022
  • Qarabağ atlarına fantastik vurğunluq: milli mədəniyyət incilərimiz britaniyalıların qəlbini fəth edir.
    Böyük Britaniya və Şimali İrlan¬diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” 2022-ci ilin 12 may tarixində start götürmüşdür.
    2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyətimizin hər il nümayiş etdirdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilmişdir.
    Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sayəsində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsünkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi yer tutur.
    Cari ildəki “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil etmiş, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarmışlar. Təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənmiş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazanmışdır.
    Cari ildə Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq “Odlar Yurdu” adlı şou-kompozisiya hazırlanmışdır. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərini ifadə edən bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil etmişdir.
    Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru - Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov, xoreoqrafı - Azərbaycan Respublikasının əməkdar artisti Fərid İbrahimovdur.
    Milli musiqi alətlərimiz tütək, zurna, balabanda ifa olunan “Qarabağ cəngisi”nin bənzərsiz sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlamışdır. 6 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları diqqəti xüsusi cəlb etmişdir.
    Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılanmış, böyük tamaşaçı kütləsinin zövqünü oxşamış, tamaşaçılar ayağa qalxaraq təmsilçilərimizi sürəklə alqışlamışlar.

КОМЕНТАРІ •