Xanım İsmayılqızı - Bir də gəl

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • Şeir: Xanım İsmayılqızı - Bir də gəl
    Səsləndirmə: Xanım İsmayılqızı
    Biraddımla'ya UA-camda abunə olmaq: bit.ly/3gsJpm1
    Biraddımla'nın sosial şəbəkə ünvanları:
    Instagram: bit.ly/3gsKkms
    Facebook: bit.ly/3GoODKl
    TikTok: bit.ly/3r3sAHt
    Telegram: bit.ly/3unQMn8
    E-poçt: biraddimlayol@gmail.com
    XANIM İSMAYILQIZI - BİR DƏ GƏL
    Bir də gəl, bir də gəl, sonra bir də get,
    Bir də görüm səni, bir də vidalaş.
    Bir də küsüm səndən, bir də barışım,
    Bir də həyatıma gəl yavaş-yavaş.
    Bir də bu sevginin dəlisi olum,
    Bir də gecələrin pərdəsini aç.
    Bir də günəş kimi asıl gözümdən,
    Bir də bu dünyadan azadlığa qaç.
    Bir də nağıllara inandır məni,
    Bir də biri varın, biri yox olsun.
    Bir də ruhumuzla şəkil çəkdirək,
    Bir də bu şəkildə diri çox olsun.
    Bir də göydən yerə üç alma düşsün,
    Bir də payımızı bölüşə bilək.
    Bir də qəfil yuxu aparsın səni,
    Bir də birdən oyan, görüşə bilək.
    9 oktyabr, 2016
    Xanım İsmayılqızı:
    “Yaradıcı adamların ruhunun görmə bucağı fərqlidir, hissiyyatları daha qabarıqdır. “Üçüncü göz” deyilən mistik anlayış var. Bu digərlərindən fərqli görənlərin, hiss edənlərin gözüdür. Hər şeyi daha çılpaqlığı, dərinliyi, aydınlığı ilə görüb, duyub həzm etmək, bu və ya digər formada onu üzə çıxarmaq, ifadə etməkdir. Ona görə də çoxluqda deyil, azlıqda olanların həm özünə, həm ətrafına, həm də cəmiyyətə təsiri başqadır. Salvador Dalinin həm özü, həm yaratdıqları ruh halının nələrə qadir olduğunun birbaşa nümunəsidir.
    1980-ci ilin qış ayları idi. Evdə dəm qazından zəhərlənərək kliniki ölüm keçirmişdim və o anda gördüklərim ayılandan sonra məni heyrətə gətirmişdi. Ruhumun gördükləri ilə həqiqətdə olanlar eyni idi. Məni geri qaytarmaq üçün həyat yoldaşımın çabalarını, süni nəfəs verməsini, uşaqların necə ağladıqlarını, döşəmədə uzanıqlı vəziyyətdə qaldığımı kənardan görmüşdüm. Ruhum bədənimdən çıxsa da, sanki bu mənzərəyə dözə bilməyib qayıtdı. Özüm öz səsimə diksinmişdim. Ağlaya-ağlaya gözlərimi açmışdım. Amma bu qayıdışa çox sevinmişdim.
    Şeirlər də, nəğmələr də əslində elə ruh kimidirlər. Ruhun müxtəlif halı, nəfəsi və üzüdür. Ələ gəlmirlər, sözə, səsə gəlirlər. Sadəcə mən bir vasitəçiyəm, ötürücüyəm, çatdıranam. Hər şey bir anda baş verir, duyğulanıram, ruhlanıram və çevrilmə baş verir. Şeirlərim də, musiqilərim də ruh halımın şəklidir. O anda necə olursa, ondan doğulan da elə olur. O qədər sözə, nəğməyə çevrilmədən ölən hisslərim olur ki. Bu, izahedilməz bir prosesdir. Amma o dəqiqdir ki, ruhun yaratdığı beyindən və ürəkdən qopanlardan daha sehrli, möcüzəvidir”.
    #xanımismayılqızı #birdəgəl #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #xanimismayilqizi #xanimismayılqızı #kitab #yazar #yazıçı #şeirlərimiz #şairlərimiz #biraddimla #biraddimlayol

КОМЕНТАРІ •