Anar Atakishi - Özgə əllərəmi tapşırdın məni… / Nəriman Həsənzadə - şeiri /

Поділитися
Вставка
  • Опубліковано 10 жов 2024
  • Gözlədə-gözlədə qocaltdın məni,
    Mən ki, yuxudaydım, ayıltdın məni.
    Nə tutdun əlində, nə atdın məni,
    Özgə əllərəmi tapşırdın məni?
    Ətrimi gül aldı, çiçək apardı,
    Üzümün rəngini bir rəng apardı.
    Çağırdım, səsimi külək apardı,
    Əsən yellərəmi tapşırdın məni?
    Bu günü gözlədim, sabaha qaldı,
    Sevincin axırı bir aha qaldı.
    Yeganə ümidim Allaha qaldı,
    Gələn illərəmi tapşırdın məni?
    Dağlara çən düşdü, xəbər tutmadın,
    Saçıma dən düşdü, xəbər tutmadın.
    Ayrıldıq, gen düşdük, xəbər tutmadın,
    Yaman dillərəmi tapşırdın məni?
    Könlümü alanda, könlüm deyərdin,
    Məni iyləyərdin, gülüm deyərdin,
    Adımı deməzdin, Leylim deyərdin,
    Məcnun, çöllərəmi tapşırdın məni?
    #nərimanhəsənzadə #anaratakishi #şeir #qiraət

КОМЕНТАРІ • 43

  • @rhmanliyev9210
    @rhmanliyev9210 12 днів тому

    Çox gözəl səsləndirirsiz axı😊.Şeirlər insanı dincəldir

  • @sanur23
    @sanur23 11 місяців тому +3

    Sizin, Xezerin və Adil mellimin sesi möhteşemdir...❤❤❤

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 Рік тому +6

    _Her zaman olduğu kimi möhteşem.Uğur ve şans her zaman sizin olsun Anar bey_

  • @gultkinliyeva8470
    @gultkinliyeva8470 Рік тому +2

    RUHANİ BİR SƏS ÇOX GÖZƏL ŞEİR ÇOX GÖZƏL SƏSLƏNMƏ BRAVOOO👍🙏

  • @uzaqlarnqadn-1719
    @uzaqlarnqadn-1719 Рік тому +13

    _Danışma sevgidən, danışma eşqdən,_
    _Söz salma vurulan dəli aşiqdən._
    _Mən ki istəmədim məni sevməni,_
    _Elə ürəyində gizli sev məni._
    🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
    _Hərdən oğrun-oğrun baxışlarınla,_
    _Kipriyin düzülmüş göz yaşlarınla,_
    _Axan damla ilə savaşlarınla,_
    _Elə ürəyində gizli sev məni._
    🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
    _Bu sevgi yandırar səni köz eylər,_
    _Heç kimə söyləmə, bilən söz eylər,_
    _Eyhamlı eyhamlı baxar, göz eylər_
    _Elə ürǝyində gizli sev məni._
    🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
    _Gözlərin hər yerdə arayar məni,_
    _Dəli aşiq olan anlayar səni,_
    _Yığılar el gələr, qınayar məni,_
    _Elə ürəyində gizli sev məni._
    🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
    _Nə səni anlarlar, nə də ki məni_
    _Çiskini sevməzlər, nə də ki çəni,_
    _Secib yalnızlığı bir də ki qəmi_
    _Elə ürəyində gizli sev məni._
    🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸
    _Gəl əl çək sevdandan, bu inadından,_
    _Demirəm gəl unut, çıxart yadından,_
    _Bacarsan uzaqdan bir dost adından_
    _Elə ürəyində gizli sev məni._

  • @adilseferoff678
    @adilseferoff678 Рік тому +4

    Cox gozel weerdi öten illeri xatırladım 👍☝️

  • @xuramanisayev5173
    @xuramanisayev5173 Рік тому +2

    ƏHSƏN SIZE ANAR BƏY GÖZEL ŞEIRLERE GORE TEŞEKKUR EDIREM 👏👏👏

  • @taxminaasrafova4147
    @taxminaasrafova4147 7 місяців тому +2

    👏👏👏

  • @sevincfidanmamedova3269
    @sevincfidanmamedova3269 Рік тому +2

    Çox gözəldir.İnsanı valeh edir.Seirlərinizdə hər insan özünə aid olanı tapır.Buna görə də sevilirsiz.Sizə sonsuz təşəkkürlər😊

  • @selalememmedova5632
    @selalememmedova5632 Рік тому +2

    Möhtəşəm

  • @rauf3482
    @rauf3482 Рік тому +2

    Cox gozel

  • @RaisaBagisova
    @RaisaBagisova Рік тому

    Cox sagol gozel insan

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 19 днів тому

    ❤❤❤❤

  • @rauflkbarov3815
    @rauflkbarov3815 Рік тому

    Əhsən Allah zelinversin 👏👍

  • @lifatih5219
    @lifatih5219 7 місяців тому +1

    Eynən....

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 19 днів тому

    ELƏ BİL,GÖZ DƏYDİ SEVGİMİZƏ.
    HƏSRƏT QALDIQ, BİRBİRİMİZƏ.
    DÜŞDÜ DƏRD ÜRƏYİMİZƏ.
    TALAN OLUB,BİTDİ ÖMRÜMÜZ.
    ƏVVƏLİ SEVİNC,SONU HİCRAN OLUB,BİTDİ ÖMRÜMÜZ.

  • @gulu162
    @gulu162 Рік тому

    Səsinizə saqlıq

  • @cicikiz324
    @cicikiz324 8 місяців тому

    Dinledikce, çox kovrelirem 🥺🥺😔😔😔😌🤔🤔

  • @severmamedova1170
    @severmamedova1170 Рік тому

    Bravo❗

  • @aytekinqasimova
    @aytekinqasimova Рік тому +2

    Var olun bəy👏👏👏👏👏

  • @surxaygozelov5747
    @surxaygozelov5747 Рік тому

    mohtesem

  • @Вовтлслалаь
    @Вовтлслалаь Рік тому

    Gozel weyirdi amma vefaszlara deymez sevmek

  • @kenanrzayev4284
    @kenanrzayev4284 6 місяців тому

    Agstafali şairə eşq olsun

  • @Nerminbaxisova2023
    @Nerminbaxisova2023 7 місяців тому

    Bəıkə də bir zaman sonra,qovuşdurar. 26.02.2024

  • @y.a.3800
    @y.a.3800 Рік тому +3

    Adımı deməzdin......😔🥀

  • @tbrizislamogluborcal3575
    @tbrizislamogluborcal3575 Рік тому +1

    Sənə olan sevğimi,
    Ğizli ürəyimdə saxladım,
    Nə məktub yazmadim,
    Nə söz ismarramadim.
    Səni sevdiyimi niyə acmadım?
    Sevğinin yükünü təkçə daşıdım,
    Səhv etdiyimi onda anladım,
    Nə vaxt ki mən sənsiz qaldım.
    Bagışla ğünahkararam məni,
    Özğə əllərinə tapşırdım səni,
    Didir, parcalayır sucum ürəyimi,
    Qoruya bilmədim məhəbbətimizi.

  • @fidanqocayeva1985
    @fidanqocayeva1985 Рік тому

    Esen yelleremi tapşırdın meni 😔😔

  • @gulnaribrahimova1822
    @gulnaribrahimova1822 Рік тому

    Özgə əllərəmi tapşırdın məni..💔🥺

  • @mleykatakisiyeva4498
    @mleykatakisiyeva4498 Рік тому

    👍👍👍

  • @Lena-hz2rv
    @Lena-hz2rv Рік тому

    👍👍👍👍👏👏👏

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 19 днів тому

    MƏN PƏRVANƏ MİSALİ,YANAN ŞƏMNƏN,ƏSƏR QALMAYIB.
    ÇƏKDİYİM HƏSRƏTİ,QƏMNƏN, ƏSƏR QALMAYIB.
    EY YAR,HƏMƏN MƏHƏRRƏM NƏN ƏSƏR QALMAYIB.
    DƏRDİN HOPUB CANIMA,GÖRSƏN TANIMARSAN MƏNİ.
    GƏLSƏN ƏGƏR YANIMA,GÖRSƏN TANIMARSAN MƏNİ.
    XƏSTƏLİK DÜŞÜB QANIMA,GÖRSƏN TANIMARSAN MƏNİ.

  • @My_Dream_Life_of_Luxury77
    @My_Dream_Life_of_Luxury77 19 днів тому

    EY İNSAN,DÜŞÜB EŞQƏ,NƏ QAZANDIN?
    HƏR KƏSİ,VƏFALIMI SANDIN?
    SEVİB SONDA,HƏSRƏT İLƏ ALIŞIB,YANDIN.
    MƏHƏBBƏTİN OLMADIĞINI,AXIRDA QANDIN.
    PEŞMAN OLSANDA,FAYDASI YOXDU.
    ONSUZDA ÖTƏN GÜNLƏR,HƏDƏR GEDİB.
    KEÇMİŞİ DÜŞÜNMƏYİN,MƏNASI YOXDU!
    YAXŞI DA PİS DƏ OLSA,ÖMÜR BİRTƏHƏR GEDİB.

  • @sanur23
    @sanur23 Рік тому

    Ugurlar !👍👏
    Sizin instagram sehifəniz varmı? Mən tapa bilmədim((

  • @gunelturksoy9413
    @gunelturksoy9413 11 місяців тому +1

    👏👏👏👏