Nəriman Həsənzadə - Özgə əllərəmi tapşırdın məni.

Поділитися
Вставка
  • Опубліковано 10 жов 2024
  • Aygün Bəylər 🎙 Ozün gunahkarsan & Xəzər Süleymanlı 🎙Özgə əllərəmi tapşırdın məni dueti #nerimanhesenzade #xəzərsüleymanlı #aygunbeyler
    ☆☆☆
    Gözlədə-gözlədə qocaltdın məni,
    Mən ki, yuxudaydım, ayıltdın məni.
    Nə tutdun əlində, nə atdın məni,
    Özgə əllərəmi tapşırdın məni?
    Ətrimi gül aldı, çiçək apardı,
    Üzümün rəngini bir rəng apardı.
    Çağırdım, səsimi külək apardı,
    Əsən yellərəmi tapşırdın məni?
    Bu günü gözlədim, sabaha qaldı,
    Sevincin axırı bir aha qaldı.
    Yeganə ümidim Allaha qaldı,
    Gələn illərəmi tapşırdın məni?
    Dağlara çən düşdü, xəbər tutmadın,
    Saçıma dən düşdü, xəbər tutmadın.
    Ayrıldıq, gen düşdük, xəbər tutmadın,
    Yaman dillərəmi tapşırdın məni?
    Könlümü alanda, könlüm deyərdin,
    Məni iyləyərdin, gülüm deyərdin,
    Adımı deməzdin, Leylim deyərdin,
    Məcnun, çöllərəmi tapşırdın məni?
    Nəriman Həsənzadə

КОМЕНТАРІ • 5

  • @gulermammedli6579
    @gulermammedli6579 10 місяців тому +1

    Xezer bey çox saq olun . Men her gece bu şeirlerle aqlayıb yatïram , her şeyi yarıda qoyub getdi.Zalım dilleremi tapşırdın meni....

  • @qemloqemlo-xy5xc
    @qemloqemlo-xy5xc 10 місяців тому

    Nə gözel

  • @nargizcalxankaya3068
    @nargizcalxankaya3068 9 місяців тому +1

    Сен тез тапдын хеуанети кулум багышламыр кет кетичсе уадлаш

  • @ismetquliyeva1165
    @ismetquliyeva1165 8 місяців тому

    Kime tapwrdin Elcin😢😢😢😢

  • @asiftelekom4770
    @asiftelekom4770 3 місяці тому

    MENI KIME TAPSIRDI BES BIIMIREM