Ramin Edaletoglu - Ata (Seir)

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • Ramin Ədalətoğlu - Ata (Şeir)
    Söz Müəllifi: Ramin Ədalətoğlu
    Ramin Ədalətoğlu-nun ifa etdiyi bütün audio və video məzmunlar "NK Media" tərəfindən qorunur. Nüsxələnməsi və təkrar yayımı qadağandır!
    #RaminEdaletoglu #Ata #AtaSeir
    Şeir sözləri
    Ürəyim yaman doludu ay Ata
    Deyiləsi sözlər o qədərdiki
    Sən Susannan yadlar dil açdı dindi
    Atasız bilib çoxları sevindi
    Dön geri gəl yerin görünür indi
    Xəbərlər çoxdu bu nə xəbərdiki
    Gecələr yatmıram oyağ qalıram
    Ətrini paltarlarından alıram
    Xəyal edib səni yada salıram
    Pəncərədən baxıram səhərdiki
    Çoxmu xoşun gəlir o dörd divardan
    Əl çəkmirsən həsrətdən intizardan
    Durub gəlmək istəmirsən məzardan
    De məndə gəlim o yer nətərdiki
    Üzünü görmədikcə üzülürəm
    Mən bir gün ölmürəm hər gün ölürəm
    Kimsə üzülməsin deyə gülürəm
    Görənlərdə deyir bəxtəvərdiki

КОМЕНТАРІ • 15