1 ədəd NAR 40 Xəstəliyi Necə Sağaldır?

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • #BirBax #nar #sağlamlıq
    Faydası saymaqla bitməyən nar meyvəsi. Zərərli maddələri orqanizmdən xaric edir, qocalmanı ləngidir, zehni aydınladır. Lakin bütün bunlarla yanaşı, nar bəzi hallarda orqanizmə mənfi təsir göstərə bilir. Yəni, faydalılıq dərəcəsinin yüksək olmasına baxmayaraq, hərdən nar da orqanizmin “düşməninə” çevrilə bilir. Bu gün narın zərərləri və əks təsirlərindən danışacam. Diqqətiniz məndə olsun, videomuz başlayır.
    Bir şeyi unutmayaq ki, nar təzyiqi qaldırmır. Əksinə, arterial təzyiqi kəskin şəkildə aşağı salır.Buna görə də, təzyiqin qeyri-stabil olmasından əziyyət çəkənlər nar yeyərkən ehtiyatlı olmalıdırlar. Əgər təzyiqin aşağı olduğu vaxt nar yesəniz, yaxud nar şirəsi içsəniz, vəziyyət ürəkaçan olmayacaq...
    Nar diş minasına zərər verən turşu ilə zəngindir. Ona görə də, nar şirəsini plastik içki borusu ilə içmək məsləhətdir. Ardınca da, ən azından, 3-4 qurtum təmiz su içmək yaxşı olar. Nar şirəsi bəzi dərmanlarla reaksiyaya girdikdə də orqanizmə mənfi təsir edir. Ona görə də, qəbul etdiyiniz hər hansı dərman varsa, nar şirəsi içməyi, nar yeməyi dayandırın. Menyudan narı çıxarmaq çətindirsə, heç olmasa, qəbul etməzdən qabaq həkimlə məsləhətləşin.
    Nar sidikqovucu xassəyə malikdir. Yəni, nar yeyərkən, nar şirəsi içərkən diqqətli olun. Təbii, artıq mayenin bədəndən xaric olması yaxşıdır. Amma orqanizmi susuzluq çəkməyə də vadar etmək olmaz. Mədədə turşuluğu artıran nar qastrit zamanı erroziyanı dərinləşdirir. Ümumiyyətlə, son illərdə aparılan elmi araşdırmalar göstərib ki, qastrit zamanı meyvələrin əksəriyyəti vəziyyəti daha da pisləşdirir. Belə ki, qastritdən əziyyət çəkənlər də rasionlarına nar daxil etməzdən əvvəl həkimlərinə baş çəksələr, yaxşı olar.
    Bağırsaq xəstəlikləri və babasil zamanı da nar yeyəndə ehtiyatlı olmaq lazımdır. Həzm sistemində başdan-başa turşuluğu artırmaq qabiliyyətinə malik olan nar Qastroezofageal Reflüks Xəstəliyinə (QERX) də səbəb olur. Qeyd edim ki, reflüks (QERX) mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir.
    Narın tərkibində bəzi zəhərli birləşmələr da mövcuddur. Məhz bu səbəbdən də, narın qəbulunda nizamlı, ölçülü olmaq lazımdır. Xüsusilə, nardan hazırlanan məhlulları dərman vasitəsi kimi qəbul edərkən ehtiyatı əldən verməməliyik ki, sağalmaq əvəzinə zəhərlənməyək... Mütəxəssislər deyir ki, yetkin insanlar gün ərzində cəmi 1 ədəd orta ölçülü nar yeyə, yaxud yarım stəkan nar şirəsi içə bilər. Şirənin içilməsində də müəyyən şərtlər var:
    Təzə çəkilmiş olsun;
    Təmiz, filtrdən keçmiş su ilə qarışdırılsın;
    Bir də xatırladıram: gün ərzində yarım stəkan nar şirəsi içə bilərsiniz. Stəkanı doldursanız, normanı keçəcəksiniz. Çünki 1 stəkanı doldurmaq üçün, ən azı, 2-3 orta ölçülü narın şirəsini sıxmaq lazımdır.
    Fermentlərin fəaliyyəti.
    Narın tərkibindəki fermentlər qaraciyərin rahat işləməsinə dəstək olur. Amma qaraciyərdə xroniki xəstəlik varsa, yaxud orqanla bağlı hər hansı bir dərman qəbul edilirsə, nar yeməzdən əvvəl mütəxəssis rəyi almaq mütləqdir.
    Tərkibindəki yüksək miqdarda şəkərə görə, diabet zamanı narın qəbul edilməsi məsləhət görülmür. Diabet xəstələri acqarına nar şirəsi içmək kimi bir riskə girməməlidirlər. Çünki nar şirəsi qanda şəkərin miqdarını qəfildən qaldırır.
    Həzm sisteminə təsiri.
    Bayaq da qeyd etdim ki, meyvənin normadan artıq yeyilməsi insan səhhətində müəyyən problemlər yarada bilir. Məsələn; ishal, mədə ağrıları, ürəkbulanma və s. Bu hallar əksərən, qısamüddətli olur; cəmi bir neçə saat çəkir. Amma nəticədə mədə-bağırsaq traktatı böyük zərər görür.
    Allergiya
    Nar yemək allergik reaksiyaların meydana çıxması ilə də nəticələnə bilir. Dəridə səpkilər və qızarma, qarın ağrısı, ağız ətrafında şişkinliklər, nəfəs tıxanıqlığı kimi əlamətlər orqanizmin nara qarşı həssaslığından xəbər verir. Əgər nar yedikdən həmən sonra bu əlamətlərdən hər hansı biri ilə üzləşsəniz, mütləq həkimə müraciət edin.
    Normasında və ehtiyatı əldən verməyərək qəbul edilən nar bir çox xəstəliklər zamanı müalicəvi effektə malikdir.
    -ürək-damar sistemini gücləndirir;
    -öd kisəsinin funksiyasını yaxşılaşdırır;
    -qanın tərkibini zənginləşdirir, xüsusilə, hemoqlobinin miqdarını artırır;
    -bakteriyalarla mübarizə aparır;
    -soyuqdəymə əleyhinə vasitədir;
    -vərəmin profilaktikasında effektivdir;
    -yaddaşı gücləndirir;
    -damarları təmizləyir;
    -beyinin iş qabiliyyətini artırır;
    -damarları elastikləşdirir;

КОМЕНТАРІ • 93

  • @SalamS00-js7nv
    @SalamS00-js7nv 2 місяці тому +17

    Meyvədən insana ziyan dəyməz.Yediyimiz zərərli qidalardansa meyvə yemək daha yaxşıdır.

  • @LətifZeynalov-w1g
    @LətifZeynalov-w1g 2 місяці тому +11

    Zəhmət çəkib, qızıldan qiymətli vaxtınızı sərf edib öyrəndiklərinizi bizlərə çatdırdığınız üçün Sizə 🌹 TƏŞƏKKÜRLƏR 🌹

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @yeganeqaniyeva8706
    @yeganeqaniyeva8706 2 місяці тому +2

    Salam Xəyalə xanım Allah sizdən razı olsun narı çox sevirəm amma təəssüf

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 2 місяці тому +9

    ÇOX SAĞOLUN XƏYALƏ XANIM

  • @xeyaleeliyeva8175
    @xeyaleeliyeva8175 2 місяці тому +8

    Cox sagol Adawim nari da sevirem seni de 😊❤😊Allah seni qorusun

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +3

      Sizi də, var olun🌹🙏🏻

  • @SekliRamanali
    @SekliRamanali Місяць тому +4

    Təşəkkürlər 👍🏼
    Əlhəmdulilləhi Rəbbil aləmin 🤲

  • @aygun8484
    @aygun8484 2 місяці тому +5

    Çox saq ol qizim nə gozəl izah edirsiz Allah sizi qorusun❤

  • @İlaheQuliyeva-v1o
    @İlaheQuliyeva-v1o 2 місяці тому +1

    Nar yeye yeye baxıram teşekkürler 💖🌸👐

  • @solmazmemmedova-li3xr
    @solmazmemmedova-li3xr 24 дні тому

    Məsləhətinizə görə çox sağ olun

  • @hikmtyaqubov2256
    @hikmtyaqubov2256 15 днів тому +3

    Mən bir oturuma 8-9 nar yeyirəm və heçbir ziyanıda yoxdu.

  • @AnarAslanl
    @AnarAslanl Місяць тому +2

    Təşəkkürlər xanım.

    • @birbaxkanal
      @birbaxkanal  Місяць тому

      İzlədiyiniz üçün təşəkkürlər ❤

  • @azeri6040
    @azeri6040 Місяць тому +1

    Nar super xeyirli meyvedir

  • @elmanhabiyev8482
    @elmanhabiyev8482 Місяць тому

    Çox qözəl reseptləriniz var

  • @sevincimanova7173
    @sevincimanova7173 2 місяці тому +4

    Nardan bawqa hec bir meyveni yrmekden sonra yemek olmaz.Ancaq nari yemekden sonra yeyende yemek tez hezm olunur.Min derdin dermanidi

  • @Refleks-ls9kv
    @Refleks-ls9kv 4 дні тому

    Nar isanin ganini temzinleyir o gani tezeleyir❤

  • @mirlanallahverdiyev
    @mirlanallahverdiyev Місяць тому +2

    Meyveden insana ziyan deymez xanim.Her seyin coxu ziyandi bele goturende.Ama menim 32 yasim var bu yasima kimi her gun gunde 1 defe nar yeyirem.Xeyrin gormusem neinki ziyanin.MEYVENIN ZIYANI OLMAZ👆

  • @LetifeHuseynova-sz2gk
    @LetifeHuseynova-sz2gk 2 місяці тому +4

    Cox gözəl

  • @imamelimemmedov5927
    @imamelimemmedov5927 17 днів тому

    Şəxsən nar mənə çox gözəl təsir edir

  • @sahilmemmedov951
    @sahilmemmedov951 Місяць тому +1

    Təşəkkürlər.

  • @asifesgerov3284
    @asifesgerov3284 2 місяці тому +6

    Cox sag olun

  • @roma7410
    @roma7410 2 місяці тому +4

    👍👍👍❤

  • @turkoglu520
    @turkoglu520 2 місяці тому +6

    Nar❤👍🏽👍🏽👍🏽

  • @fazilosmanov9820
    @fazilosmanov9820 2 місяці тому +5

    👍👍👍👍👍

  • @RaminTehmezov
    @RaminTehmezov 2 місяці тому +3

    Salam Xeyale xanim,zehmet olmasa,magnezium haqqinda video paylasa bilersiz.🙏

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Yaxşı, mütləq paylaşacam

  • @ReqsaneEfendiyeva
    @ReqsaneEfendiyeva Місяць тому +2

    Şirəni hazirlayib həmən icmək olmur hərkəs isdə dərsdə..şirəni hazir edib gun ərzində ailə üzuvlərinə içirməyə çalışiram.Vitamini gedir və ya qaldıqca zərərlimi olur? 3sat 5 saat və s qalsə nə olur

  • @telmanwabanov9792
    @telmanwabanov9792 2 місяці тому +7

    Turw nari xowlayiram hetda bir bow qal deneleyib yeyirem

  • @Ajsjsj-y8e
    @Ajsjsj-y8e 2 місяці тому +4

    ❤❤❤❤

  • @esiresulovaghndl60
    @esiresulovaghndl60 2 місяці тому +7

    Nar hələ yetişməyib yetişsin ki yeyək birdə ki hansı meyvə tərəvəzi öz vaxtında yeyirik ki hər şeyin vaxtı dəyişib

  • @EldarEsedov-hn2uk
    @EldarEsedov-hn2uk 2 місяці тому +9

    Selam nardan ziyan gelmez qani temizliyir

  • @vahidquliyev8254
    @vahidquliyev8254 2 місяці тому

    Allah Sizərəhmət eləsin Ulu Öndər. Məkanınız cənnət ruhunuz şad olsun.Xalq Sizi sevib sevir sevəcək.🇦🇿❤🇦🇿❤🇦🇿❤🇦🇿❤🇦🇿❤🇦🇿❤🇦🇿

  • @АхмедовМаариф
    @АхмедовМаариф 2 місяці тому +3

    Добрый день Хайала ханум.Скажите пожалуста у кого подагра ,можно есть гранат.спасибо заранее.❤

  • @hafisceferov5549
    @hafisceferov5549 2 місяці тому +12

    Min bir dərdin dərmanidi nar. Yalan deyir. Yeyin nə qədər yeyə bilirsiz

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +1

      Biz faydaları haqda məlumat vermişik. Bəzi hallarda zərər verə bilər. Burada yalan məlumat yoxdur

    • @НарубаМирзоева
      @НарубаМирзоева 2 місяці тому +1

      Мне было 12-13 лет сама вжмала несколько гранат в стакан добавляла 0,5чл солью в граненый стакан пила всегда, сейчас мне больше 70л жива здоровья, ради коментари вы незнате что писать? Всем здоровья и Мира над головой и земле, живите дружна. ❤

  • @albinaseyfullaeva7563
    @albinaseyfullaeva7563 21 день тому

    АПЕЛЬСИН ХАГГЫНДА ДА МЕЛУМАТ ВЕРСЕНИЗ ЙАХШЫ ОЛАР. ЧОХ САГ ОЛУН !

  • @rustemovimam343
    @rustemovimam343 13 днів тому

    Gunde 5 dene nar yerimem superde his edirem ozumu

  • @elmarehmedov7615
    @elmarehmedov7615 Місяць тому

    🙏🙏🙏❤❤

  • @pericherkezova9339
    @pericherkezova9339 23 дні тому

    Sağlığında bir probkem yoxdursa,gündə 4 ədəd də yemək olar,mənim kimi😅

  • @Azerelizad
    @Azerelizad 20 днів тому

    Her gun uc dene yeyirem

  • @Nahid_Quliyev012
    @Nahid_Quliyev012 3 дні тому

    Ruslarda ən bahalı meyvedə nardı.

  • @abbasesedov-vd7cs
    @abbasesedov-vd7cs Місяць тому +1

    Gah deyir xeyirlidi gah deyir ziyanı coxdu

  • @xosbextmemmedov1283
    @xosbextmemmedov1283 2 місяці тому +6

    Nar alanlardan birinci həkimdən arayış təıəb olunur😂

  • @ferqanemirzeyeva6978
    @ferqanemirzeyeva6978 2 місяці тому +2

    🙏❤️❤️❤️👍🌹🌹🌹🌹🌹👍❤️❤️❤️🙏

  • @islamquliyev1001
    @islamquliyev1001 17 днів тому

    Nağıl danışırsan.Gedək onda çipsi,dönər,və ya zərərli şirniyyatlar yeyək.Təbii meyvələrin heç bir zərəri olmaz.Mənim mədəmdə problemlər var.Ancaq 2 ,3 ədəd turş olmayan nar qəbul edirəm .Meyvələr zərərli qidalardan daha xeyirlidir.

  • @albinaseyfullaeva7563
    @albinaseyfullaeva7563 21 день тому

    Бир созле мене чох хейирлидир.
    Мен нар йейенде озимде йунгиллик Хис едирем

  • @huseynaliyev9634
    @huseynaliyev9634 28 днів тому

    Salam məndə prostat var dərmanda içirəm narda yeyirəm

  • @Ayaz_Qurbanov
    @Ayaz_Qurbanov 24 дні тому

    Hər gün 3 nar yeyirəm

  • @Ramilİbrahimov-z8i
    @Ramilİbrahimov-z8i 25 днів тому

    4 dənə nar yedikdən sonra qarşıma çıxdı 😂😂

  • @Adil849
    @Adil849 28 днів тому

    Noldu Fizuli hekim bari cpx yeyin deyir soz az yeyin deyirsiz .kime inanaq.ama bir onu bilirem nar cox faydali meyvedir

  • @User335-i9p
    @User335-i9p Місяць тому

    Mən nar şirəsi. içəndə özümü pis hiss ddirəm nəsə 🥺

    • @birbaxkanal
      @birbaxkanal  28 днів тому

      təzyiqiniz var

    • @User335-i9p
      @User335-i9p 28 днів тому

      @@birbaxkanal oynaq təziq olur məndə

  • @FeruzMemmedov-n8e
    @FeruzMemmedov-n8e Місяць тому

    Нары чох йемек олмаз гебз олур

  • @РамРам-ъ2н
    @РамРам-ъ2н 17 днів тому

    Nar ınsana bunu verır ? Başqa ne verır ?

  • @TeymurHuseynov-nz1lm
    @TeymurHuseynov-nz1lm 5 днів тому

    Vopwe siz meyvələr halda daniwmayin bahadur müəllim fizuli həkimlər daniwsin

  • @SamsungA03-g5j
    @SamsungA03-g5j 29 днів тому +1

    Sən narın xeyirlərinə deyil ,ziyanları təhlil etdin .

  • @kazlmkazlmll3847
    @kazlmkazlmll3847 8 днів тому

    qebiz edir

  • @idrakyusubov1608
    @idrakyusubov1608 26 днів тому

    Narın oqədər ziyanlarınan danışdın heç xeyri görülmədi adındakı kimi

  • @Wworis
    @Wworis Місяць тому

    Mənim 8 deqiqemi geri qaytarin

  • @AmilMmmdov-ys8bf
    @AmilMmmdov-ys8bf Місяць тому

    Salam zəhmət olmasa oxuyub cavab yazasız mən hər nar yeyəndə və ya sonunu içəndə başımda tərləmə olur ildən təşəkkür sadəcə bilmək istəyirəm bunun ziyanı və ya xeyri varm

  • @FərqiyeCəfərova
    @FərqiyeCəfərova 24 дні тому

    3 stekan içirem....

  • @kamal6827
    @kamal6827 2 місяці тому +20

    Nar elə də faydalı deyil.Şirin nar təzyiqi qaldırır

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому +5

      Təəssüf ki təzyiqi olan şəxslərdə problem yaradır

    • @etibaraslanov6972
      @etibaraslanov6972 2 місяці тому +13

      Narın əlavə olaraq faydaları da çoxdur, nə danışırsınız. Mən şəxsən payızda narı çox qəbul edəndə, qripə yoluxmuram. Nə varsa Qadir Yaradan torpaqdan yaradıb, bitkilərlə qidalanmaq lazımdır.

    • @vuqarcavadov5821
      @vuqarcavadov5821 Місяць тому +2

      Nar hezim sistemine xeyirdi

    • @gsvdgdhdhsvdgd2184
      @gsvdgdhdhsvdgd2184 Місяць тому +3

      Tezyiqinizi qaldirirsa turş nar yeyin
      Təzyiqinin aşagidisa şirin nar yemek ıazimdi.

    • @muradramazanov289
      @muradramazanov289 Місяць тому +1

      Eeeeee

  • @TeymurHuseynov-nz1lm
    @TeymurHuseynov-nz1lm 5 днів тому

    Ay xanım salam fizuli həkim nar halda müsbət daniwir sizsə qarağat qarağat danışırsız bəsdir sən mənim canim kak burda nar ziyandimi bawiniza çıxmır Az sayaqlayin Boooooooo

  • @blackwhite224z
    @blackwhite224z Місяць тому

    😂

  • @ŞovqiMirzezade
    @ŞovqiMirzezade 8 днів тому

    Gedin yalani basqa yerde satin