Yolun nişanlanması. II Hissə

Поділитися
Вставка
  • Опубліковано 23 жов 2024

КОМЕНТАРІ • 50

  • @AgazadeCeyhun
    @AgazadeCeyhun 3 роки тому +3

    Çox sağ olun əziyyətinizin qiyməti yoxdur👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Zəhmətimə dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də UA-cam-də imkanlar məhduddur.

  • @siyaf1990
    @siyaf1990 3 роки тому +2

    Coxsagolun Rasim muellim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +1

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.Videoları dəyərli hesab edirsinizsə başqa sürücülərə də məsləhət görün ki, abunə olub öyrənsinlər.Sürücülük vəsiqəsi almaqla iş bitmir.Əsas məsələ təhlükəsiz və cəriməsiz avtomobili idarə etməkdir.

  • @partizan5251
    @partizan5251 3 роки тому +3

    Çox sağolun.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +2

      Dəyər verdiyinizə görə Sizi də çox sağ olun.Çalışın ki,bütün sürücülər savadlı olsunlar.

  • @umid3461
    @umid3461 2 роки тому

    Təşəkkürlər Rasim müəllim. Əziyyətiniz çox dəyərlidir

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Zəhmətimə dəyər verdiyiniz üçün mən də Sizə təşəkkür edirəm. Sürücü və sürücü olmaq istəyənlər bu videolardan və bloq yazılarından faydalandıqca çəkdiyim əziyyətlər də yadımdan çıxır.

  • @gulyamusayeva4816
    @gulyamusayeva4816 2 роки тому +1

    Allah size can sagligi versin,Rasim muellim.Çox gozel,etrafli başa salirsiniz.Selist danişiginiz var.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Alllah sizə də can sağlığı versin.Zəhmətimə dəyər verdiyinizə görə çox sağ olun.

  • @m.m.e.o3976
    @m.m.e.o3976 3 роки тому +2

    Çox sağ olun, müəllim!

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +3

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Sürücülər arasında təbliğat aparın ki, hamı qaydaları yaxşı öyrənsin.

  • @mehemmedvelizade5752
    @mehemmedvelizade5752 3 роки тому +2

    Təşəkkür edirəm Rasim müəllim çox səlis,aydın izah edirsiz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm.Tək özünüz öyrənməklə kifayətlənməyin.Başqa sürücüləri də maarifləndirin.Yolların təhlükəsizliyi bütün sürücülərdən asılıdır.

  • @Jumpstartauto436
    @Jumpstartauto436 2 роки тому

    Təşəkkürlər

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Qiymət verdiyiniz üçün Sizə də təşəkkürlər.

  • @mma-vb2fr
    @mma-vb2fr 3 роки тому +1

    Super təşəkkürlər🖤

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +1

      Dəyər verdiyinizə və öyrənmək həvəsinizə görə Sizə də super təşəkkürlər. Eyni zamanda videolara baxanların hamısından xahişim budur ki, yol hərəkəti qaydalarını mükəmməl öyrənmək üçün tanıdığınız sürücülər arasında təbliğat aparın.Yolların təhlükəsizliyi hamı üçün vacibdir.

  • @aytacceferova7278
    @aytacceferova7278 3 роки тому

    Sizi dinlemekle deyesen vesiqemi ala bilecem. InsaAllah hemin gun burda da yazaram. Emeyinize sagliq 🙏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +1

      Ciddi hazırlaşsanız əlbəttə ki, Allahın köməyi ilə sürücülük vəsiqəsini ala bilərsiniz. Zəhmətimə də qiymət verdiyiniz üçün Allah sizdən razı olsun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də UA-cam-də imkanlar məhduddur.

    • @aytacceferova7278
      @aytacceferova7278 3 роки тому

      @@RasimIsmayiloglu minnetdaram Rasim muellim. Haqqinizi halal edin. Cox eziyyet cekirsiniz. Videolariniz eladir. Davamini gozleyirem.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Əziyyətimi dəyərləndirdiyinizə görə mən də Sizə minnətdaram. Zəhmətimi öyrənmək həvəsi ilə videolara baxan və bloqdakı yazılarımı oxuyan hər bir şəxsə halal edirəm.Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.Allahın köməyi ilə növbəti videolar da hazırlanır.

  • @m.m.e.o3976
    @m.m.e.o3976 3 роки тому +2

    müəllim yeni videoları nə vaxt yükləyəcksiz?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +2

      Növbə ilə yeni videolar hazırlanıb yüklənir.Çox vaxt aparan prosesdir.Həm də tam dəqiq olmalıdırr, çünki çox adam öyrənir.Abunə olsanız yeni video yüklənən anda xəbəriniz olar.

  • @vusalvusal2300
    @vusalvusal2300 Рік тому

    Salam.Videonun 6.10-cu deqiqesindeki şəkildə əgər 1.18 nişanlanması yolayrıcının sonuna qədər qüvvədədirsə deməli sağ solaqdan sağa 1ci və 2ci döngələrin hər ikisindən dönmək olarmi?egər olmasza nəyə görə?zəhmət olmasa izah veresiz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Yalnız məcburi hərəkət istiqaməti 4.1.1-4.1.6 nişanlarının (“Düzünə hərəkət” və s.) qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 5.8.1 “Zolaqlarda hərəkət istiqamətləri”, 5.8.2 ”Zolaqda hərəkət istiqamətləri” nişanlarının və 1.18 “Yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətləri” nişanlamasının qüvvəsi kəsişən yolda ayırıcı zolaq olduqda və ayırıcı zolaqda başqa istiqamət göstərən belə nişan və nişanlama olmadıqda bütün yolayrıcına şamil edilir.
      Bu şəkil başqa ölkənin saytından götürüldüyündən şəkildə çatışmazlıq var. Nişanlama ilə hər iki kəsişmədən sağa dönməyə icazə verilir. Lakin bu zaman sağa birtərəfli hərəkət olmalıdır və sağa yolda “Birtərəfli hərəkət” nişanı vurulmalıdır ki, sürücülərdə çaşqınlıq yaranmasın.
      Buna görə də şəkildə natamamlıq olduğundan Siz cavabımı oxuduqdan sonra videonun bu hissəsini siləcəm. Məsləhətim budur ki, bloq yazısında bu hissəni oxuyasınız. Eyni zamanda yollarda belə nişanlama olduqda diqqətli olun. Çünki, hərəkətin təşkilində səhvlər ola bilər.

  • @eminrzayev6592
    @eminrzayev6592 Рік тому

    Salam. 1.25 nişanını tam anlaya bilmirəm. Zəhmət olmasa izahını bir də yazsaydız çox sevinərdim. Çünki onun barəsində heç yerdə tam məlumat yoxdur

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Mən keçən dəfə də Sizə cavab verəndə yazmışdım ki, bloq yazılarımı da oxuyun. Bloq yazımda "Yolun nişanlanması" mövzusunu oxusanız orada 1.25 nişanlaması haqda tam ətraflı yazılıb.

  • @namazaliyev621
    @namazaliyev621 Рік тому

    Salam aleykum zehmet olmasa deyerdiz ayirici zolaqi olan nizamlanan yol ayricinda 1.18 nisani ( duzune ve saga) 4.14 nisani ilebirlikde olarsa 2 ci kesismede sola donmeye icaze verilir?Əgər Ayirici zolaqda həmçinin yol ayrici boyu heç bir nişan təkrarlanırsa

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Yəqin ki, Siz 4.1.4 nişanını nəzərdə tutursunuz. Həm 4.1.4 ”Düzünə və ya sağa hərəkət” nişanının, həm də 1.18 nişanlanmasının qüvvəsi qarşısındakı yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. İkinci kəsişmədə istiqamət göstərən başqa nişan və nişanlanma yoxdursa sola dönmək olar.Eyni zamanda bunu da bilməlisiniz:
      Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin (yolun nişanlaması) tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır ( Maddə 61. VI-I).
      Həm də Sizə də məsləhətim odur ki, ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxuyasınız. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur.

    • @namazaliyev621
      @namazaliyev621 Рік тому +1

      @@RasimIsmayilogluTəşəkkür edirəm. bəli düz buyurdunuz nöqtə düşməyib 4.1.4 nişanı ilə 1.18 nişanından söhbət gedir. Səhv etmirəmse 1.18 nişanı yol ayrıcında sona qədər qüvvədə olur ona gorede məndə çaşqınlıq yaratdi

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm.

  • @nemmilim
    @nemmilim Рік тому

    1.18 yol xetti ucun qoydugunuz sekilde. Sag zolaqdan sola donmeye icaze verirse, o zolaqdan geriye de donmek olarmi?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Videoda da qeyd olunur ki, sol kənar zolaqdan sola icazə verən 1.18 nişanlanmasında geriyə hərəkətə də icazə verilir. Videoya diqqətlə qulaq asın.

    • @nemmilim
      @nemmilim Рік тому

      @@RasimIsmayiloglu o aydindir. Sol zolaqdan sola ve geriye. Sag zolaqdan sola icaze varsa, geriye donmek olar yoxsa sadece sola donmeye icaze verir?

    • @nemmilim
      @nemmilim Рік тому

      @@RasimIsmayiloglu 2 ci sualim da var. Geriye dönerken eks istiqametli yolda istenilen zolaga daxil olmaq olar ?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Yalnız sol kənar zolaqdan geriyə dönməyə icazə verilir. Başqa zolaqdan sola icazə verilsə də geriyə dönməyə icazə verilmir.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      2-ci sualınıza növbəti videoda ətraflı cavab veriləcək.

  • @nairmahmudov8044
    @nairmahmudov8044 Рік тому

    1.18 nişanı zolaqda 2 dəfə çəkilməlidimi?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      Yəqin ki, Siz “Yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini” göstərən 1.18 nişanlamasını nəzərdə tutursunuz. Sizin verdiyiniz sualın cavabı “Yol hərəkəti haqqında” Qanunda Maddə 69.18 -də göstərilib.
      Maddə 69.18 1.18 nişanlaması - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 "Zolaqlarda hərəkət istiqamətləri", "Zolaqda hərəkət istiqamətləri", nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
      Bu maddədən göründüyü kimi nişanlanmanın zolaqda iki dəfə çəkilməyi haqda tələb yoxdur. Lakin nişanlanmanın zolaqda iki dəfə çəkilməsi vaxtında zolaq dəyişməyə şərait yaratmaqla təhlükəsizliyi daha yaxşı təmin edir.

  • @togrulnecefov318
    @togrulnecefov318 2 роки тому

    1.18 niwani uzur istyirem.yalniz sola qoyulub.ve 5.8.1 5.8.2 yoxdu.mene cerime gelib

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Bu səbəblərdən də məhkəməyə də müraciət etsəniz də protokol qüvvədə qalacaq.Eyni zamanda yol hərəkət qaydalrı üzrə ekspert Ərşad Hüseynov da :Yol hərəkət qaydalrının kommentariyası" kitabında da göstərib ki,belə halda yolayrıcına çatana qədər bu nişanlanma ən azı bir dəfə təkrarlanmalıdır. Əgər Sizin qeyd etdiyiniz yolda hərəkət intensivdirsə bu zaman hərəkətin təhlükəsizliyi üçün 5.8.1 və 5.8.2 nişanlarıının vurulması faydalıdır.Ərşad Hüseynovun bu kommentariyasına istinad edərək Siz BDYPİ-nin rəhbərliyinə bu barədə müraciət edə bilərsiniz ki, nişanlar vurulsa sürücülər səhv etməzlər.

  • @fatimaahmedova9615
    @fatimaahmedova9615 3 роки тому +1

    Dərsin sonunda dərsə aid Nümunə suallar ve izahında yerlesdirsez əla olar.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +2

      Hər hansı mövzuya aid videoya baxdıqdan və bloq yazısını diqqətlə oxuduqdan sonra Talıbovun 2021-ci il test kitabından bu mövzuya aid testləri cavablandırın.Kitabda test cavablarının izahı da verilib.Əgər mövzunu diqqətlə öyrənmisinizsə bütün testlərə cavab verməyi bacarmalısınız.Mən bütün vaxtımı dərs materialları hazırlamağa sərf edirəm.

  • @Jumpstartauto436
    @Jumpstartauto436 2 роки тому

    Hörmətli Rasim müəllim 6:40 qeyd etdiyiniz cümlə yanlışdır.1.19 nişanlanma xətti 5.8.5 və 5.8.6 nişanları ilə birlikdə tətbiq edilə bilməz.Bu YHQ-nın 69-cu maddə 19-cu bəndinə ziddir.1.19 nişanlanma xətti yalnız yolun *sağdan,soldan və hər iki tərəfdən* daralması nişanları ilə birlikdə tətbiq olunur.
    Xahiş ediəm videoya düzəliş edəsiniz ki,digər insanları çaşdırmasın və testlərdə səhvə yol verməsinlər.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Siz düzgün irad bildirmirsiniz. 6.40-da olan 1.19 nişanlanma xəttinə aid olan videonun bu hissəsində heç bir səhv yoxdur. Sizin istinad etdiyiniz Maddə 69.1.19-da “yalnız” sözü yoxdur. Həmin maddənin bu hissəsini E-qanun.az-dan sizə göndərirəm:
      19) 1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
      Bütün qanunların son variantı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin E-qanun.az saytında yerləşdirilir. Gördüyün kimi burada yalnız sözü yoxdur.
      Əgər rus dilini bilirsinizsə rus saytlarında “Zolağın qurtaracağı”nişanı haqda oxuyun. Görəcəksiniz ki, bu nişanlada 1.19 nişanlanma xətti vurulur. 1.19-da yazılıb ki, həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə yaxınlaşmanı göstərir. Əgər avtomobil idarə edirsinizsə məlumatın həm nişan, həm də nişanlanma xətti ilə verilməsi çox yaxşı effekt verir.Bunlardan biri sürücünün diqqətindən qaçırsa digəri onun diqqətini cəlb edir.

    • @Jumpstartauto436
      @Jumpstartauto436 2 роки тому +1

      @@RasimIsmayiloglu müəllim belə bir test qarşıma çıxmışdı.Variantlarda Yolun daralması ilə yanaşı həmçinin 5.8.5 və 5.8.6 da var idi.DOĞRU cavab 1.19-un Yolun daralaması ilə tətbiq edilməsi idi.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Bilmirəm testin müəllifi kimdir.Bütün hallarda qanuna əsaslanmaq lazımdır.Qanunda da yazılıb ki,həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə yaxınlaşmağı da bildirir.