Rasim Ismayiloglu
Rasim Ismayiloglu
  • 68
  • 155 577

Відео

Adamların daşınması II hissə
Переглядів 1613 місяці тому
Adamların daşınması II hissə
Adamların daşınması I hissə
Переглядів 2734 місяці тому
Adamların daşınması I hissə
Uşaqların qrupla daşınması
Переглядів 1165 місяців тому
Uşaqların qrupla daşınması
Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması
Переглядів 3496 місяців тому
Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması Maddə 54
Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi
Переглядів 3997 місяців тому
Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri Maddə 74. Xüsusi siqnalların tətbiqi
Mopedlərin hərəkətlərinə dair tələblər. IV Hissə
Переглядів 1658 місяців тому
Mopedlərin hərəkətlərinə dair tələblər IV Hissə
Ötməyə dair test
Переглядів 1729 місяців тому
Ötməyə dair test
Avtomagistrallarda hərəkət II Hissə
Переглядів 31611 місяців тому
Avtomagistrallarda hərəkət II Hissə
Avtomagistrallarda hərəkət I Hissə
Переглядів 430Рік тому
Avtomagistrallarda hərəkət I Hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. III Hissə
Переглядів 148Рік тому
Mopedlərin hərəkətlərinə dair tələblər III Hissə
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri II hissə
Переглядів 309Рік тому
2.4 ”Yol verin” və 2.5 “Dayanmadan keçmək qadağandır” nişanlarının oxşar və fərqli xüsusiyyətləri II hissə
"Yol verin" və "Dayanmadan keçmək qadağandır" nişanlarının oxşar və fərqli xüsusiyyətləri I hissə
Переглядів 193Рік тому
2.4 ”Yol verin” və 2.5 “Dayanmadan keçmək qadağandır” nişanlarının oxşar və fərqli xüsusiyyətləri I hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. II Hissə
Переглядів 211Рік тому
Mopedlərin hərəkətlərinə dair tələblər II Hissə
Mopedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Переглядів 200Рік тому
Mopedlərin hərəkətlərinə dair tələblər I Hissə
Maddə 46. Mopedlərin, velosipedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Переглядів 267Рік тому
Maddə 46. Mopedlərin, velosipedlərin hərəkətlərinə dair tələblər. I Hissə
Hərəkətə başlama, manevr etmə. IV Hissə
Переглядів 312Рік тому
Hərəkətə başlama, manevr etmə. IV Hissə
Hərəkətə başlama, manevr etmə. III Hissə
Переглядів 366Рік тому
Hərəkətə başlama, manevr etmə. III Hissə
2023 Yeni il təbriki
Переглядів 85Рік тому
2023 Yeni il təbriki
Hərəkətə başlama, manevr etmə. II Hissə
Переглядів 604Рік тому
Hərəkətə başlama, manevr etmə. II Hissə
Hərəkətə başlama, manevr etmə. I Hissə
Переглядів 914Рік тому
Hərəkətə başlama, manevr etmə. I Hissə
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. II Hissə
Переглядів 682Рік тому
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. II Hissə
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. I Hissə
Переглядів 990Рік тому
Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi. I Hissə
Sürücülük vəsiqəsinin kateqoriyaları test 4
Переглядів 481Рік тому
Sürücülük vəsiqəsinin kateqoriyaları test 4
Ötmə və qarşılıqlı keçmə II Hissə
Переглядів 695Рік тому
Ötmə və qarşılıqlı keçmə II Hissə
Ötmə və qarşılıqlı keçmə I Hissə
Переглядів 1,1 тис.2 роки тому
Ötmə və qarşılıqlı keçmə I Hissə
Sürücülük vəsiqəsinin kateqoriyaları test 3
Переглядів 4772 роки тому
Sürücülük vəsiqəsinin kateqoriyaları test 3
Sürücülük vəsiqəsinin kateqoriyaları test 2
Переглядів 5282 роки тому
Sürücülük vəsiqəsinin kateqoriyaları test 2
Sürücülük vəsiqəsinin kateqoriyaları test 1
Переглядів 7922 роки тому
Sürücülük vəsiqəsinin kateqoriyaları test 1
Sürücülük vəsiqəsi II Hissə
Переглядів 4612 роки тому
Sürücülük vəsiqəsi II Hissə

КОМЕНТАРІ

  • @dr_bookk
    @dr_bookk 2 дні тому

    Çox sağ olun,var olun müəllim,sizin blog yazılarınızı da oxuyuram,əlasınız👏👏👏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 дні тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun ,var olun

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 2 дні тому

    чох саголун Расим Маллим 🙏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 дні тому

      Dəyər verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 3 дні тому

    çox sağolun çox gözəl izzah verirsiniz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 дні тому

      Dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 7 днів тому

    чох саголун Расим Маллим

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 6 днів тому

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 8 днів тому

    çox sağolun Rasim müəllim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 8 днів тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 10 днів тому

    чох саголун Расим маллим

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 10 днів тому

      Qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 13 днів тому

    çox sağolun Rasim Müəllim sizin sayənizdə nəsə öyrənirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 12 днів тому

      Dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Ancaq mənə nəsə öyrənirik sözü aydın olmadı. Mövzunu tam öyrənə bilmədiniz?

  • @tugbanadirova1436
    @tugbanadirova1436 16 днів тому

    Super dersdi axirki bu movzunu basa dusdum. Hami qarisiq basa dalirdi amma bu dersde duman haqqinda sirf axiracan danismisiz sora kecmisiz qabarite. Yoxsa qarisiq danisirlar adam basa dusmur ne nedi. Super

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 15 днів тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün çox sağ olun. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @tugbanadirova1436
    @tugbanadirova1436 16 днів тому

    Derse axiracan baxim sora fikrimi yazacam. Cunku evvelden fikrimi yaziram basqa derslerde sora basa dusmurem axiracan baxim. Cunku bu movzuda eziyyet cekirem oyrenib oyrenib gelib catmisam kitabda bu movzuya indi bu isiqlar movzusu mene catmir. Basqa derslerde baxiram evvel deyirem yaxsi serh yaziram sora qarisiq basa salirlar deli oluram

    • @tugbanadirova1436
      @tugbanadirova1436 16 днів тому

      Axiracan baxim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 16 днів тому

      Axıracan bax.Sonra xarici işıq siqnalları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir

  • @NubarCfrova-kl8vf
    @NubarCfrova-kl8vf 16 днів тому

    Allah ömür versin sizə.Çox sağolun gözəl aydın izahınıza görə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 16 днів тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir

    • @NubarCfrova-kl8vf
      @NubarCfrova-kl8vf 16 днів тому

      @@RasimIsmayiloglu bloq yazılarınızı da oxuyuram ilk onunla tanış olmuşam elə.Çox sağolun Əziyyətinizi halal edin

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 16 днів тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Zəhmətimi öyrənmək həvəsli hər bir şəxsə halal edirəm. Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.

  • @severmusayeva4534
    @severmusayeva4534 19 днів тому

    Çox sağolun müellim. Təşəkkürlər.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 19 днів тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də çox sağ olun.

  • @VUSAL_555
    @VUSAL_555 21 день тому

    eyni istiqamətli yolda 1.1duz xəttin tələbin pozmaq qayda pozuntusdur?misalcun koroqlu metrosundan üzü 20yanvara və novbəti sual aeroprt yolunda eyni istiqamətdə qoşa xəttin tələbin pozmaq?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 19 днів тому

      Bütün hallarda 1.3 "Bütöv qoşa xətt"-i kəsib keçmək qadağandır.1.1 "Tək bütöv ağ xətt"-i isə hərəkət hissəsinin kənarını göstərən haldan başqa qalan yerlərdə kəsib keçmək qadağandır.

  • @dr_bookk
    @dr_bookk 21 день тому

    Çox sağ olun,müəllim👏👏videolarınız,izahlarınız əladır,möhtəşəmm🤌🤌😍😍

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 21 день тому

      Zəhmətimə dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @Goddess20029
    @Goddess20029 27 днів тому

    Allah sizdən razı olsun!

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 26 днів тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Allah sizdən də razı olsun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @VUSAL_555
    @VUSAL_555 27 днів тому

    20:51 saniyede əks olunan şəkildə traktoru ötüb keçmək olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 27 днів тому

      Xeyr. Traktoru ötüb keçmək olmaz. Çünki, ortada 1.1 "Tək bütöv uzununa nişanlama xətti" var ki, onu da basmaq qadağandır. Kiminsə qaydanı pozması Sizə qayda pozmağa haqq vermir.

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j 29 днів тому

    çox sağolun sizin sayənizdə nəsə öyrənə bilirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 27 днів тому

      Qiymətləndirdiyiniz üçün Sizi də çox sağ olun.

  • @VUSAL_555
    @VUSAL_555 Місяць тому

    Aeroport yolunda və dərnəgul yolunda çəkilən qoşa xətt səhv etmiremse 1.3nişanlama xəttin istənilən yerdən kəsib kecmək olar?çunki qanunda varki qoşa xətt qarşiliqli hərəkət olan yolllari ayirmaq ücün nəzərdə tutulub ortaya sual çixir bəs neye gore o yolda qoşa xətt var zənnimcə əgər o yollardan birden təmir getsə surucukər alterativ yol kimi həmin yollardan birindən istifadə etsinlər ama yenede siz dəqiq bilərsiz

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 29 днів тому

      Mən yaxşı tanımadığım konkret yol sahəsi barədə heç nə deyə bilmərəm.Qaydaya əsasən 1.3 "Qoşa bütöv xətti bütün hallarda basmaq qadağandır" (maddə 69.VII.1). "Yalnız nişanlanma xətti ilə yeri dəyişdirilə bilən müvəqqəti yol nişanının tələbi ziddiyət təşkil edərsə sürücü müvəqqəti yol nişanının tələbinə əməl etməlidir" (maddə 69.VII.5).

    • @VUSAL_555
      @VUSAL_555 29 днів тому

      @@RasimIsmayiloglu ua-cam.com/video/ysGJIjuVACo/v-deo.htmlsi=mt3H1TU9kp1LRRu0

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 19 днів тому

      Sizin göndərdiyiniz videoya baxdım. Əslində burada hərəkətin təşkilində olan səhv nəticəsində bu sual yaranır. Çünki, 1.3 "Qoşa bütöv xətt" dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınını ayırır (maddə 69.VI.3). Burada isə eyni istiqamətli nəqliyyat axınını ayırır. Qaydaya əsasən 1.3 "Qoşa bütöv xətti bütün hallarda kəsib keçmək qadağandır" (maddə 69.VII.1). Hərəkətin təşkilindəki səhvə baxmayaraq maddə 69.VII.1-ə əsasən qoşa bütöv xətti kəsib keçmək məsləhət görülmür. Çünki, yol- nəqliyyat hadisəsi olsa qoşa bütöv xətti kəsib keçən təqsirkar hesab olunacaq və məhkəmə hərəkətin təşkilinə cavbdeh şəxslər barədə qərardad çıxaracaq.

  • @sevincmuradova6391
    @sevincmuradova6391 Місяць тому

    Çox möhtəşəm izah etdiniz, var olasız🎉

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Місяць тому

      Dəyərləndirdiyiniz üçün çox sağ olun.

  • @sevincmuradova6391
    @sevincmuradova6391 Місяць тому

    Səsiniz var olsun🎉🎉🎉

  • @user-bk2bz6jw6j
    @user-bk2bz6jw6j Місяць тому

    Çox sağolun Rasim Əmi sizin sayənizdə nəsə öyrənirik

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Місяць тому

      Zəhmətimə dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekviz.itləri hər bir videonun sonunda göstərilir

  • @VUSAL_555
    @VUSAL_555 Місяць тому

    videonun 17:21-də avtobus zolaqina girib sonra yola cixmali deyillki?təbiki avtobuslara maneə yaratmamaq şərti ilə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Місяць тому

      SiIzin sualın cavabı Maddə 48.IV-də göstərilir. "5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bİlərlər" Yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağın sərhədi yalnız qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrıldıqda digər nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bİlərlər.Bütöv xətlə ayrıldıqda bu zolağa keçmək qadağandır.

  • @severmusayeva4534
    @severmusayeva4534 Місяць тому

    Təşəkkürlər müəllim.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Місяць тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizə də təşəkkürlər. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstəri

  • @seyidgafar3192
    @seyidgafar3192 Місяць тому

    Salam Rasim müəllim. Zəhmət olmasa bu sualı cavablandırardız. Stop 2.5 nişanı 1.12 xətti qarşısında 2 avto dayanıb 1-ci hərəkətə başladı və yola düzəldi. Arxadaki onun yerinə keçib 1.12 xəttində yenə dayanıb keçməlidir yoxsa 1-cinin arxasıyca davam etməlidir?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu Місяць тому

      2.5 "Dayanmadan keçmək qadağandır" nişanının tələbinə əməl etmək, yəni 1.12 "Stop xəttin" və ya nişanın qarşısında bütün hallarda dayanmadan keçmək qadağandır. Sizin qarşınızdakı avtomobilin dayanmasından asılı olmayaraq Siz də dayanmalısınz. Çünki, o yan yolda digər avtomobilin olmadığını görüb hərəkətə başlasa da, bəlkə o yolayrıcınını keçəndən sonra yan yoldan başqa avtomobil gəlir.

  • @teymurnebiyev5257
    @teymurnebiyev5257 2 місяці тому

    Salam sizle nece elaqe saxlamaq olar?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Telefon nömrəsini yazanda mənə işləməyə mane olurlar. Sualınız varsa yazın cavablandırm.

  • @nigarmurtuzayeva6930
    @nigarmurtuzayeva6930 2 місяці тому

    7.4.1 nishani 3.5 tondan chox olan avtomobillere aiddir?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Yük avtomobilinin şəkil olan 7.4.1 "Nəqliyyat vasitəsinin növü" lovhəciyi quraşdirildiğı nişanın yalnız icazə verilən maksimum kütləsi 3.5 tondan çox olan yük avtomobillərinə şamil olunduöunu bildirir. Azərbaycanda qüvvədə olan "Yol hərəkəti haqqında" Qanun çox qüsurludur. Əlavə məlumat nişanlarına aid 68-ci maddədə bu nişanlar-lövhəciklərin mənası haqda bir kəlmə söz belə yoxdur.Məndə olan məlumata görə hazırda bu qanunun yeni variantı hazırlanır.Yəqin ki, bu çatışmazlıqları nəzərə alarlar. Sonda onu qeyd edim ki, yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

    • @nigarmurtuzayeva6930
      @nigarmurtuzayeva6930 2 місяці тому

      @@RasimIsmayiloglu teshekkur edirem izahiniz uchun. Men sizin bloq yazilarinizi hemishe oxuyuram. Amma orda da ton meselesi qeyd edilmeyib. Ona gore video uzerinden sorushdum

  • @aytan640
    @aytan640 2 місяці тому

    Video ucun cox sagolun 🙏Allah razi olsun❤️Offf nece cetindi ne qeder xirdaliq var beynim yanir

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Zəhmətimə dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Allah sizdən də razı olsun. Çətinlikdən də heç vaxt qorxmayın. İnamla məqsədinizə doğru gedin. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @huseynkerimli7182
    @huseynkerimli7182 2 місяці тому

    Varolasız

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizi də var olasınz. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @huseynkerimli7182
    @huseynkerimli7182 2 місяці тому

    Super, bütün mövzularda videoların olması arzu olunandır və ehtiyac var

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm. Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir. Allah ömür və can sağlığı verdikcə növbə ilə bütün video dərsləri hazırlayıram. Çox vaxt aparan prosesdir. Həm də dəqiq olmalıdır. Minlərlə adam oxuyur. Əsas məqsədlərimdən biri də heç yerə getmədən müstəqil şəkildə hazırlaşanlara kömək etməkdir.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Salam müəllim. B kateqoriyalı yük avtomobili banında və kabinasında icazə verilən max sayda sərnişinlə yaşayış məntəqəsindən kənar yollarda neçə ilə hərəkət edə bilər?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Bu sualınızın cavabı üçün "Adamların daşınması" , "Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi" bloq yazılarını oxuyun. Bu bloq yazılarını oxuduqdan sonra da nəyi isə başa düşməsəniz sual verin.

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      @@RasimIsmayiloglu İmtahan sualında B kateqorihalı yük avtomobilinin ban və kabinasında max sayıda( 8 nəfər sərnişinlə) yaşayış məntəqsindən kənarda hansı sürətlə hərəkət edə biıərmi? Mən bu suala 50 km/saat yazdım cavab səhv çıxdı. Onun üçün bu haqqda məlumat almaq istəyirdimki burda hansı sürət olmalıdı. Bloq yazılarınızı oxumuşam. Çox gözəl və aydın şəkildə hər bir şeui aydınlaşdırmısın. Allah razı olsun sizdən. Sadəcə bu sualımın cavabını tam şəkildə tapa bilməmişəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 2 місяці тому

      Banında adamlar daşıyan yük avtomobilləri 50 km/saatdan yüksək sürətlə hərəkət etməməlidir qaydası ancaq C və C1 kateqoriyalı yük avtomobillərinə aiddir(maddə 56.I;50.II.5). Ona görədə B kateqoriyalı yük avtomobilini idarə etdikdə yaşayış məntəqəsində kənardakı yollarda (avtomagistrallardan başqa) max 90 km/saat sürətlə hərəkət etmək lazımdır.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Salam Rasim müəllim. Mən imtahandan iştirak etdim sizin videoların sayədində bir çox sualı foğru cavablandırdım. Ancaq kəsildim. Kəsildiyim sualların cavabları haqqında heç bir yerdə oxumamışdım. Suallardan biri belə idi: 1)qar duman gur yağış ümumilikdə Məhdudiyyətli görmə şəraitində harada ötmək olar? Bu suala cavablarda ayrıcı zolağı olan 2 zolaqlı yolda eyni istiqamətli 2 zolaqlı yoxuşda olan yolda və s. Cavablar var idi. Ancaq bunu səhv etdim. Mümkündürsə bu suala ətraflı cavab verə bilərdiniz? 2ci sual belə idi. B kateqoriyalı yük avtomobilinin banında və kabinasında maksimum sayda sərnişinlə yaşayış məntəqəsində hansı sürətlə hərəkət edə bilər? Əlavə olaraq baş yol və maksimum 90 km saat nişanı qoyulmuşdu.( səhv etmirəmsə sual belə olmalıydı) mən 50 km/saat seçdim səhv çıxdı. Bilmək istəyirdimki b kateqoriyalı yük avtomobili banında adam daşıya bilərmi? Yoxsa burda adam daşımaq üçün b kateqoriyalı xüsusi kiçik avtobusları nəzərdə tuturlar? Bu sualın cavabı mənə qaranlıq qaldı. 3cü sualda belə idi ikinci dərəcəli yolla dairəvi yol ayırıcına daxil olanda nə zaman ötmək olar? Ümumilikdə dairəvi yolayırıcıda ötmək üçün baş yol və ikinci dərəcəli yol ilə daxil omağın hansısa fərqi varmı? 4cü sualda belə idi ki yolda nizamlanmayan piyada keçidindən sonra tıxac var idi. Bu yol yolayırıcıda deyildi adi ayrıcı zolağı olan 4 zolaqlı yol idi. Soruşulurduki piyada keçidindən sonra tıxac var harda dayanmaq lazımdır? 5metr gözləmək lazımdırmı? Yoxsa bir başa piyada keçidinin qarşısında dayanmaq lazımdır? Bu dualların cavabını heç harda tapa bilmədim.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Piyada keçidində tıxac olduqda harada dayanmaq lazım gəldiyini "Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması" bloq yazımda oxuya bilərsiniz.

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      @@RasimIsmayiloglu zəhmət olmasa linkini paylaşa bilərdiniz?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Bu linkdədir:rasimismayiloglu.wordpress.com/2024/ Bu linki bilməməyinizdən aydın olur ki, Siz bloq yazılarını oxumursunuz.

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      @@RasimIsmayiloglu Mənim daimi internetim olmadığı üçün sizin videoları yükləyib offline izləyirəm. Bloq yazılarınızda ancaq internrtim olan zaman oxuya bilirəm.

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      @@RasimIsmayiloglu Allah razı olsun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Rasim bəy zəhmətiniz üçün çix sağ olun, varolun. Piyadların hərəkət hissəsində yaşayış məntəqsindən kənar və məntəqədə hərəkəti haqqda video hazırlasanız çox gözəl olar. Birdə bu haqqda hansı maddədə məlumat göstərilib?

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Dəyərləndirdiyiniz üçün çox sağ olun. Növbə ilə bütün mövzular haqda videolar hazırlanır. Maddə 40 "Piyadaların vəzifələri" oxuyun.Qaydaların son variantı E-QANUN saytındadır.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Allah razı olsun. Bizi öyrənmədə kömək olduğunuz üçün təşəkkür edirəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Öyrəndiyiniz üçün təşəkkür edirəm. Allah sizdən də razı olsun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    👏👏👏

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Çox sağolun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Çox sağolun Rasim bəy. Allah razı olsun. Sizin sayənizdə çox şey öyrəndim.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Sizi də çox sağ olun.Mənim yox, Allahın və öz zəhmətinizin sayəsində çox şey öyrəndiniz.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Çox sağ olun təşəkkür edirəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Dəyər verdiyiniz üçün mən də Sizə təşəkkür edirəm.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Allah razı olsun. Əməyinizə sağlıq

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Öyrənmək üçün Sizin də əməyinizə sağlıq. Allah sizdən də razı olsun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Təbrikiniz üçün təşəkkürlər. Var olun, Rasim bəy.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Sizə də təşəkkürlər.Sizi də var olun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Çox gözəl videodur. Allah razı olsun.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Qiymətləndirdiyiniz üçün Allah sizdən də razı olsun. Bir gündə çox dərsi oxumayın.Yavaş-yavaş öyrənin.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Əlinizə əməyinizə sağlıq. Allah sizdən razı olsun.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Öyrənmək həvəsinizə görə Allah sizzdən də razı olsun.

  • @mabudpasayev
    @mabudpasayev 3 місяці тому

    Allah sizdən razı olsun, Rasim bəy.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Dəyər verdiyiniz üçün Allah sizdən də razı olsun.

  • @TalehTagbyli
    @TalehTagbyli 3 місяці тому

    Müəllim Allaj size xeyirli uzun ömür nəsib etsin Allahummə əmin

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Zəhmətimə qiymət verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allah sizə də xeyirli uzun ömür nəsib etsin. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

    • @TalehTagbyli
      @TalehTagbyli 3 місяці тому

      @@RasimIsmayiloglu Rasim müəllim çox sağ olun,bu cür zəhmətli bir işə əl qoymusunuz və bu cür marifləndirici bilgiləri bizimlə paylaşırsız.Minnətdarlığımı bildirirəm sizə.Sizin Bloqunuzdakı yazılarıda həvəslə təkrar-təkrar sevərək oxuyuram.Çünki siz təkcə sükan tutmağı deyil.Siz Allahın sizə nəsib etdiyi,öyrətdiyi bu geniş bilgi və təcrübə tələb edən ixtisasın elmini sükan arxasında oturan hər bir sürücüyə öyrədirsiniz.Sürücünün vəzifələrini,sürücünün həm təhlükesizliyini və ən əsasıda etraf mühitə qarşı təhlükəsizliyini .Allah Azzə ve Cəllə sizi sevib razı qaldığı qullarından etsin Allahummə əmin.Bu cəmiyyətə sizin kimi öz işinin əhli müəllimlərə çox ehtiyac var.Mən bir gənc olaraq deyə bilərəmki, etrafımdakı gənclərin kitab oxumağa biliyini artırmağa marağı yoxdur.Nəzəriyyəni öyrənmədən yollara çıxırlar.Çox məsuliyyətsiz yanaşırlar.Məhz,buna görədə hər gün ən bəsit yollarda belə dəhşətli qəzalara şahidlik edirik.Sonra vuran dəmir barmaqlıqalar arasına vurulanda torpağa gedir.Sürücülər hər gün 1 saat sizin yazdıqlarınızı oxuyub videolarınıza baxsa və anlayış üzərə YHHQ-nı mənimsəsə riayət etsə mən ümid edirəmki Allahın izni və diləməsi ilə bu cür qəzalardan insanlar minimal qorunar .Qıssa və öz olaraq sizə bir daha bildiriəmki çox sağ olun var olun.Allah sizə və ailənizə dünya və axirətiniz üçün ən xeyirli olanı yaşam tərzini nəsib etsin.Allahummə əmin.

    • @TalehTagbyli
      @TalehTagbyli 3 місяці тому

      ​​@@RasimIsmayiloglu Rasim müəllim öyrədən Allaha həmd olsun sizin kimi təcrübəli,işinin əhli və ixtisasının haqqını verən bu cür gözəl bir insanı mənim qarşıma çıxartdı.Siz səbəbsiniz YHHQ-rın elmini öyrənməyə ve gözəl şəkildə mənimsəməyə.Təşəkkür edirəm mən sizə.Allah Azze və Cəllə sizi sevib razı qaldığı qullarından etsin və sizə dünya və axirətiniz üçün ən xeyirli həyat tərzini nəsib etsin.Allahummə əmin

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Sürücüləri və sürücü olmaq istəyənləri maarifləndirməyi özümün mənəvi və vətəndaşlıq borcu hesab edirəm.Məqsədim yollarda hərəkətin təhlükəsizliyinə öz töhfəmi verməkdir.Öyrənmək həvəsinizə görə mən də Sizə minnətdaram.Çox təəsssüf ki, sürücülərin savadsızlığı və məsuliyyətsizliyi yollarda qəza riskini artırır. Hər bir vicdanlı sürücü yol hərəkəti qaydalarının təbliğatçısı olmalıdır.

  • @nemmilim
    @nemmilim 3 місяці тому

    Salam, dəyərli və hörmətli müəllim. Mən imtahanı 9 ardıcıl düzlə Şirvan şəhərində keçdim. Sizə xüsusi təşəkkürümü bildirməyə gəlmişəm. Kanalınızda videoları çox səliqəli, nizamlı,ardıcıl paylaşmağınız və izahlarınızın dəqiqliyi ilə mənə çox kömək oldunuz. Kitabı oxuyub başa düşdüyümü zənn etdiyim bütün mövzuları sizin izahlarınız sayəsində deqiqliyi ilə dərk etmişəm. Allah sizin kimi işini gözəl görməyi bacaran insandan razı olsun. Sizə işlərinizdə uğurlar arzu edirəm. Özü hazırlaşmaq istəyən hər kəsə də sizin bu kanalı tövsiyə edirəm və yönləndirirəm. İnşallah izləyiciləriniz çox olar. 🌸

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      Salam siz talıbovun kitabı və bu videoları izləyərək əldə etmisiniz? Yoxsa əlavə başqa videolarıda izləmisiniz?

    • @nemmilim
      @nemmilim 3 місяці тому

      @@mabudpasayev kitabı oxumuşam, Rasim bəyin videolarına baxıb deqiq başa düşmüşəm. 400 və 500 testlik toplu var pdf formada onları və teleqramdakı qruplarda paylaşılan testleri işlemişem.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Zəhmətimə dəyər verdiyiniz üçün Sizə təşəkkür edirəm. Təəssüf ki, insanların çoxu bu işi qiymətləndirə bilmir. Bəzən bir videonu hazırlamaq üçün bir ay vaxt sərf edirəm. Başqalarına hazırlaşmaq üçün bloq yazılarımı oxumağı da məsləhət görün. Orada daha ətraflı məlumat verilir. Başqa kanallardan fərqli olaraq bloq yazısı pulsuzdur.

    • @nemmilim
      @nemmilim 3 місяці тому

      @@mabudpasayev Rasim bəyin videolarını izləmişəm və talıbovun testlerinden başqa teleqram qruplarındakı testleri işlemişem. 400-500 suallıq pdfler var. Kitabı oxuyub, kanalın videoların izləyib , axtarıb tapıb bol bol test işlemeyinizi tövsiye edirem.

    • @mabudpasayev
      @mabudpasayev 3 місяці тому

      @@nemmilim çox sağolun dəyərli məlumatınız üçün. Rasim bəyə də xüsusi təşəkkürlərimi bildirirəm. Onun sayəsində bəzi nüanslarla yeni tanış oldum.

  • @samiehed
    @samiehed 3 місяці тому

    Adamların daşınması (m.56) 2ci hissəsini səbrsizliklə gözləyirəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Adamların daşınmasına aid 2-ci hissədə hazırlanır.Yaxın günlərdə UA-cam qoyulacaq. Mənim maliyyə vəsaitim olmadığına görə hər işi özüm görürəm.

  • @Pku_inci
    @Pku_inci 3 місяці тому

    Təşəkkürlər

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizə də təşəkkürlər. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @Natiq1720
    @Natiq1720 3 місяці тому

    Salam Rasim müəllim. Öncə sizə məlumat verici videolar hazirladiğiniz üçün təşəkkür edirəm. Maşinda texniki nasazliğ baş vermişdi. Arxa stop işiği yanmirdi. Ehtiyyat hissələri satilan yerdə maşını saxlayib nasazliği aradan qaldiran lampani alib dəyişdim.ordada dayanma və durma qadağandir nişanı var idi.Mənə Dayanma və ya durma qaydalarını pozmağa görə cərimə gəlib.çəkdikləri şəkildədə arxa işiğin yanmamasi görsənir. Mən qərardan şikayət vermək istəyirəm. Hesab edirəmki mən qəsdan yox nasazliğ baş verdiyi üçün dayanmişdim. Zəhmət olmasa cavablandirarsiniz.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Mən qərardan şikayət verməyi məsləhət görmürəm. Çünki, mən Sizn yazdıqlarınızdan belə başa düşdüm ki, Siz qəza dayanması işıq siqnalını yandırmamısınız və ya qəza dayanması nişanını quraşdırmamısınız.( Maddə 55.II, Maddə 55.III). Maddə 1.30. Məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Maddə 55.II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Maddə 55.III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. Bu məcburi hərəkətdir.Bundan başqa bu gündüz vaxtı olubsa Siz sol qolunuzu yuxarı qaldırmaqla tormozlama siqnalı verə bilirsiniz. (Maddə 42. II. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur). Qolu yuxarı qaldırmaqla tormozlama barədə siqnal verməklə texniki nasazlıın doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması tələb edilmir.Siz qolunuzu yuxarı qaldıraraq tormozlama barədə siqnal verməklə dayanmanın qadağan edilmədiyi yerdə avtomobili saxlayaraq bu mağazadan lampanı alıb dəyişə bilərdiniz.

    • @Natiq1720
      @Natiq1720 3 місяці тому

      @@RasimIsmayiloglu ətraflı məlumat üçün çox sağolun Rasim müəllim. Həmin ərazidə səhər, günorta , axşam çoxlu sayda maşinlar dayanir , taksi(taksi dayanacaği işarəsi yoxdu) , manatliğ. Yolu bağlayirlar, avtobus dayanacağa girə bilmir. Hər gün bu o ərazidə baş verir.Onlari çəkmir nəsə, ama gecə heçbir maneə törətmədən saxlayanda çəkirmiş. Mən qanunun pozulmasinin tərəfdari deyiləm, ama əgər çəkirsənsə fərq qoymamalısan.binə ticarətin qabağindan maşin əlindən keçmək oımur, orda dayanmağ qadağandir nişani var. 3,4 sira saxlayirlar, di gəl 100 metr arxada boş ərazidə saxlayan kimi gəlib çəkir. Axi bunu çəkən biraz irəlidə olanı dəhşətli mənzərəni necə olurki görmür?! Bax bunu bilmirəm. Bir daha sizə çox sağol deyirəm.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 3 місяці тому

      Göstərdiyiniz çatışmazlıqların səbəbi odur ki, bir dəfəyə çox sayda sürücüyə cərimə yaza bilməzlər. Çünki, deycəklər ki, belə vəziyyətin yaranmasına niyə göz yumursunuz. Profilaktik tədbir görməlisiniz ki, belə hal baş verməsin. Tək dayanan avtomobilə isə rahatlıqla cərimə yzırlar. Onu da qeyd edim ki, belə vəziyyətin yaranmasında tək YPX günahkar deyil. Şəhərsalmada o qədər nöqsanlara yol verilib ki, indi avtomobili saxlamağa yer tapmaq olmur. Sonda isə onu qeyd edim ki, qaydanı heç bir şəraitdə pozmayın. Hər kəs öz hərəkətinə cavbdehdir.Nə edək ölkəmiz belədir.

  • @user-zm6vx8tc7g
    @user-zm6vx8tc7g 4 місяці тому

    Çox sağ olun.Allah köməyiniz olsun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 місяці тому

      Dəyər verdiyiniz üçün Sizi də çox sağ olun. Sizin də Allah köməyiniz olsun. Yol hərəkəti qaydaları haqqında ətraflı məlumat almaq üçün daha geniş şəkildə olan bloq yazılarımı da oxumağınızı məsləhət görürəm. Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz. Həm də UA-cam-də imkanlar məhduddur. Bloq yazılarımın rekvizitləri hər bir videonun sonunda göstərilir.

  • @nemmilim
    @nemmilim 4 місяці тому

    Çox gözəl izah edirsiniz, müəllim. İnşallah izləyiciləriniz çox olar.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 місяці тому

      Kanalın 2500-dən çox izləyicisi var. Mən vicdanla öz işimi yerinə yetirirəm. Kimlərsə öyrənmək, savadını artırmaq istəmirsə bu onun öz problemidir.

  • @nemmilim
    @nemmilim 4 місяці тому

    Bu cür izahlar veren müellimin videolarına cəmi 8 bəyənmə gəlib😮.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 місяці тому

      Hər kəsin öz fikri var. Hamısına da hörmətlə yanaşıram.Bəzi adamlar bəyənmə işarəsini vurmağa da tənbəllik edir.

  • @nemmilim
    @nemmilim 4 місяці тому

    Ümid edirem istismara aid de video hazırlayarsınız. Məsələn, hansı çatmazlıqlar, nasazlıqlar təmir yerinədək istismara icazə verir ve ya ona belə icazə vermir.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu 4 місяці тому

      Başqa mövzular haqda da növbə ilə videolar hazırlanır.Video hazırlamaq çox vaxt aparan prosesdir.Həm də dəqiq olmalıdır.Minlərlə sürücü bu videoya baxır.