🔴Naxçıvan mətbəxinin məşhur Novruz təamlarından🔴ORDUBAD ÇÖÇƏSİNİN🔴hazırlanması💯
Вставка
- Опубліковано 5 лют 2025
- Xəmir üçün;
(Stəkan ölçüsü-200ml)
500 qr un(4stəkandan 2 silə xörək qaşığı əskik un)
Yarım çay qaşığı duz
1ədəd yumurta
100 qr xama
150 qr tam yumşalmış kərə yağı
100ml ilıq süd(yarım stəkan)
1çay qaşığı quru maya
İçlik üçün;
250 qr qoz ləpəsi
500 qr soğan
100 qr kərə yağı
1çay qaşığı duz
Yarım çay qaşığı sarıkök(zövqə görə)
Yarım çay qaşığı istiot(zövqə görə)
Üzəri üçün; 2 yumurta sarısı.
Öncədən isidilmiş 180 dərəcədə konveksiya rejimində 25-30 dəq bişirdim.Konveksiyasız sobalarda isə 190 dərəcədə bişirilir.
для теста;
(размер стакана-200мл)
500 г муки
Половина чайной ложки соли
1 яйцо
100 г сметаны
150 г полностью размягченного сливочного масла
100 мл теплого молока (полстакана)
1 чайная ложка сухих дрожжей
Для начинки;
250 г грецких орехов
500 г лука
100 г сливочного масла
1 чайная ложка соли
Половина чайной ложки куркумы (по вкусу)
Половина чайной ложки перца (по вкусу)
Для выше; 2 яичных желтка.
Я готовила 25-30 минут при 180 градусах в режиме конвекция. В неконвекционных печах готовят при 190 градусах.
for the test;
(glass size-200ml)
500 g flour
Half a teaspoon of salt
1 egg
100 g sour cream
150 g fully softened butter
100 ml warm milk (half a cup)
1 teaspoon dry yeast
For filling;
250 g walnuts
500 g onion
100 g butter
1 teaspoon salt
Half teaspoon turmeric (to taste)
Half teaspoon pepper (to taste)
For above; 2 egg yolks.
I cooked for 25-30 minutes at 180 degrees in convection mode. In non-convection ovens, they cook at 190 degrees.
SALAM KEMALE XANIM 26 İLİN EVDAR XANIMIYAM HER ŞEY HAZIRLAYIRAM NE HAZIRLASAM YENEDE YUTUBA BAXARAM Kİ BELKE NESE YENİLİK OLAR SİZİNDE EL İŞLERİNİZE HEMİŞE BAXMIŞAM ELLERİNİZ VAR OLSUN
HER BİR XANIMA YENİ AİLE QURAN GENCLERE KÖMEYİNİZ DEYİR CANLI SİZLERE BAXIB HAZIRLAYIRLAR BİZİM VAXTIMLZDA BELE DEYİLDİ BAKIDAN NAXÇIVANA MOBİL TELEFONDA YOXUYDU KODLA YIĞIB ANAMDAN SORUŞURDUM ÇOX GÖZEL HAZIRLADINIZ👏👏👏💐 NAXÇIVANIMIZIN ÇÖÇESİNİ MENDE HEMİŞE ANAMLA BİŞİRİRDİM ONDAN ÖYRENMIŞEM O DA ÇOX GÖZEL BİŞİRİR🥰 ELİNİZE, AĞZINIZA SAĞLIQ EZİYYET ÇEKİRSİZ HAQQINIZI HALAL EDİN 😘💐♥️ BÜTÜN YORUMLARIDA OXUDUM Kİ GÖRÜM YERLİKERİM NE YAZIB🥰 DİQQET YETİRDİM HER KESE DE VAXT AYIRIB TEŞEKKÜR YAZMISINIZ DİQQETİNİZE GÖREDE ÇOX SAĞ OLUN 😘💐♥️
Salam Nuray xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verib pozitiv enerji dolu xoş sözlər yazdığınız üçün çox sağ olun, minnətdaram. Allah anamıza sağlam ömür verib, böyüklüydən əskik etməsin. Amin! 🤲
Salam , sağ olun bəyəndim hazırladım ürəyimcə oldu.
gözəl Naxçıvanımın gözəl çöçəsi
Super.Elleriniz var olsun
Bereketli olsunnn
Səlam Kəmalə bacım bunu bizdə içinəlobyada qaynadıb əzib qstırıq əlinizə sağlıq mən sizin vidyoların hamısına baxıram
Salam Almaz xanım, hər vaxtınız xeyir. Bacım, videolarımı izləyib bəyəndiyiniz üçün çox sağ olun.
KƏMALI KƏRİMLİ ALLAH SƏNDƏN RAZI OLSUN BACARIQLI XANIM
Can Naxcıvanlılar
Çox saĝ olun meni de heveslendirdiz,mutleq bişirecem.Ellerinize saĝliq.
Salam xanım sizə öz biznesnizi onlayın şəkldə evdə idarə etmək haqında iş təklifi edirəm marqlı olsa buyurun geniş məlumatlar verim sizə işimiz haqqında.
Salam kəmalə xanım həmişəki kimi cox gözəl səliqəli əlləriniz var olsun dediz naxvıvanlı izləyicilərim yazsın onu deyim ki bu hazırladığınız cöcə əslində ordubadındı mən ordubaddanam bizlərdə bunu 10 k un bişirəndə deyirdilər ki az oldu indi bakida yaşayırıq yenədə tez tez bişiririk cox dadlıdır sağ olun ki paylaşırsınız mən cox şad oldum əllərinizə sağlıq
Salam Sevda xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun, hər gününüz gözəl olsun.
Su cershenbeniz mubarek cox gozel hazirladiniz bizde qirmizi lobyaynanda bishiririk xamur eyni ile bele olur lobyani qaynadiriq ezirik soqn qovurub ezimish lobyaya qatib duz istiot qatib qatisdiririq shekerbira kimi xamuru acib icine iclik qyuruq uzerine yumurta sarisi birde guncut vururuq Naxcivanda lobyali coceye aci cocede deyirler bir daha ellerinize saqliq aci cocede coox gozel olur
Salam hər vaxtınız xeyir. Təşəkkür edirəm, sizinlə bahəm. İnşAllah növbəti çəklişlərdə onu da hazırlayarıq.🌹
Salam Kemale xanim sizin reseptlerin her biri gözəl olur mende bezi reseptlerinizden yararlanıriram ve memnunam saq olun
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, hər gününüz gözəl olsum. Reseptlərimlə faydalı olduğuma sevindim.🌹
Əllərniz dərd görmesin kəmlə xanım mən özüm Ordubaddanam sizdə gözəl elediniz ama buna süd yag maya duz zövqə görə isdəsəniz yumurtada vura bilərsiz biz ama buna icliy edende soganca qızarır umac olunur qızardılır sonrada qoz töklür duz istiot birdə sarı gül vurulur biz bunu təndiri qalıyıb təndirdə bişririy cöcələrin üzərinədə sarıgülü isdadıb sürtürüy cox dadlı olur
Salam xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.
Şu cersenbeniz mübarek gozel xanim. Elleriniz var olsun. Sizin hazirladiginiz her şey tam ölçüsünde ve süper alınır. Allah can saligi versin size. siz bisiresiz bizde baxaq oyrenek
Salam Könül xanım, hər vaxtınız xeyir. Sizinlə bahəm, gözəl görən gözləriniz NURLA dolsun. Allah hər birimizə can sağlığı versin.Amin! 🤲
Elleriniz var olsun
Salam Kemale xanm.Cox sagolun,bu reseptlere gore.👍mende,hazlayacam,
Salam Kəmalə xanım.Əlləriniz dərd görməsin.Mən yemişəm bundan.Qonşum Naxçıvandan idi.Bayramda mənə də pay gətirmişdi.Cox dadlıdır.Sizə nuş olsun.
Salam Lalə xanım, hər vaxtınız xeyir. Çox sağ olun, təşəkkür edirəm.
Əııərinə sagliq çox bəyəndim Allah can sagligi versin Turkuyədən baxiram
Salam Zema xanım, hər vaxtınız xeyir.Təşəkkür edirəm, Allah cümləmizə can sağlığı versin.🌹 ❤️ 🌹
Elinize sağlık
Cox saq olun cox gozel
Əllərinə sağlıq Kəmalə bacım.
Var ol. Çox sağol.
Əllərinizə sağliq
Salam Kamalə xanim ellerinize sagliq biz onun icliyine umac qovurub qatiriq,birde yasil mercimek qaynadib süzüb qatiriq onda soğanın dadı ıtır Cox lezzetli olur
Mükemmel iş edirsiz her zaman maşallah
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, maşAllah gününüz olsun.
cox lezzetli olur elinize sagliq
Salam Kəmalə xanım əlinizə sağlıq əla alındı mənim rəhmətlik nənəm bu içliyə əti didib qovururdu qatırdi daha ləzzətli olurdu uşaqlığımın ən yadda qalanı bayramın olmazsa olmazı adına balıq çörəyi deyirdi belə büküb üstünə maqqaşla bəzək atardı elə bil balığın puludu bir dəfə də elə hazırlayın
Salam Melisa xanım, hər vaxtınız xeyir. Hər zaman paylaşdığım videoları bəyənib, zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun. Allah nənənizə rəhmət eləsin. Amin! 🤲
Sizi ona göre seve seve baxırıq reseptler dadlı ve sadə👌👍Var olun zehmetkeş xanım👐❤🌹
Can gözel qabiliyyətli Azerbaycan xanımı. Elin qolun ağrımasın. İşin her zaman su kimi axarlı daxarlı olsun. Su çerşenben mübarek.
Salam dəyərli bacım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, arzularınız qarşlıqlıdır. Çoxdandı sizin şərhlərinizi görməyib narahat oldum, salamatçılıqdır? Allahtəala gözəl görən gözlərinizdən NURU əskik etməsin. Amin! 🤲
Ne gözel anlatdiz teşekkürler🌺
Afərin qızım vallahi bir dənəsən mütləq nəvələrim üçün hazırlayacam sağ olun var olun
Salam dəyərli Adilə xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun. Allah nəvələrinizi qorusun. Amin! 🤲
Kəmalə xanım,mənim bir Naxçıvanlı qonşum var idi,onlar köçüb getdilər Naxçıvana.Bir dəfə onlarda yemişdim bu çöçədən,inanın dadı hələ də damağımda qalıb.Amma sonralar çox təəssüfləndim ki, reseptini qonşumdan soruşmadım.Bu gün sizin paylaşdığınızı görüb çox sevindim.Allah sizdən razı olsun ki,bu cür gözəl reseptləri bizimlə də paylaşırsız.Sabah bişirəcəm Allah qoysa.🤲😘⚘♥️
Salam Nərgiz xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, Allah hər zaman sizi sevindirsin. Allah cümləmizdən razı olsun. 🌹 ❤️ 🌹
Belə ərzaqlarla dadlı olmasına hec şübhə etmirəm. Çox sağolun ki, bu reseptl bizimlə paylaşırsız
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm.
YAQ +SUD+ MAYA+ DUZ +UN BUNLAR YETER .GOZEL ETIRLI DADLI BEREKETLI NAXCIVAN COCESI👍🤗SAQOLUN KEMALE XANIM.
Salam Axşamınız xeyir. Mən sizi izleyirem. Özum de Naxçıvanlıyam. Naxçıvan kökesini düzgün hazırladız Biz bunu şirin çayla içmeyi xoşlayırıq Ellerinize sağlıq Hazırladığınız hər şey gözəldir
Salam Məhluqə xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verib xoş sözlər yazdığınız üçün çox sağ olun, Allah sizə gözəl günlər nəsib etsin. Amin! 🤲
Axsaminiz xeyirli ugurlu olsun InsAllah!!! Cox mohtesem.Hem gozel hem de cox dadli gorunur. Cox tesekkurler!!!👌👌👌👌👌👍👍👍👍💖💖💖💖💖
Salam dəyərli Saidə xanım, hər vaxtınız xeyir.Xoş sözləriniz üçün var olun, gözəl görən gözləriniz NURLA dolsun.🌹 ❤️ 🌹
Salam Kəmalə xanım sizde su çərşənbəniz mubarekdi ellerinize sağlıq çox gozel
Salam bacım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, sizinlə bahəm, hər gününüz gözəl olsun.
Salam Kəmalə xanm.Sizində Novurz Bayramınız Mübareknən gəlsin inşəAllah Ruzili bərəkətli olsun Süfrelerimz.Əllərinizə sağlıq.İzliyrem sizi və bəyənirem.Və evimdə məndə hazrlıyıram öyrenirem.
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, sizinlə bahəm. Goranboydakı bütün izləyicilərimi salamlayıram.
Salam Kəmalə xanım sizində su çərşənbəniz mübarəkhər zamanki kimi super
Salam Pərvanə xanım, hər vaxtınız xeyir. Var olun, təşəkkür edirəm.
Salam deyerli eziz can bacim Axşamin xeyrli olsun MaşAllah olsun bu resepi birnci defedi görem əlerne saliq çox beyendim yaxşki varsan bizim kimde izleycler örgenrik senden🤲🥰👍😘😋😋😋👍👍👍🤗🤗🤗😍😍😍😍
Salam dəyərli Ramilə xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm bacım, canınız heç zaman ağrı görməsin.🌹🌹 ❤️ 🌹🌹
Əla əllərinə sağlq
Xanım qızım bu bizim qədimdən bayramda süfrəmizin ən ləziz çöçəsidir mən göz açıb dünyaya gələndən indiyə qədər bunu göfmüşəm artıq indi mənim 70 yaşım var mənim rəhmətlik bibim elə bişirərdiki ağıza qoy əriyib gedərdi Sizin bütün çərşənbələriniz mübarək olsun .Amin.
Salam xanım sizə öz biznesnizi evdən onlayın şəkildə qurmaqla bağlı iş təklifi edirəm , əyər maraqlı gələrsə buyurun mən işimiz haqqında geniş məlumatar verim.
Salam dəyərli ana, hər vaxtınız xeyir. Təşəkkür edirəm, sizinlə bahəm. Allah sizi böyüklüydən əskik etməsin. Allah bibinizə rəhmət eləsin. Amin! 🤲
Gul qurusu ve saricicekde vurulur?
Salam Kəmalə xanım. Əl işlərinizi bəyənib, hər zaman izləyirəm. Allah can sağlığı versin. Əlləriniz var olsun.
Salam Vəfa xanım, hər vaxtınız xeyir. Bəyənib dəyər verdiyiniz üçün var olun, təşəkkür edirəm. Allah cümləmizə can sağlığı versin.🌹
Seve seve vidyolariniz7 izleyir ve Naxcivanlı olaraaq bzimde bu cur sirniyatimizi bsirsib teqdim etdiyimiz ucun size tsk edirem.bunun icl7yini qozla ve ya lobya ile de etmek olar.qirmizi lobya.en cox sevdiyim
Salam xanım, hər vaxtınız xeyir. Hər zaman videolarımı izləyib bəyəndiyiniz üçün var olun, minnətdaram.
Salam Kemale xanım, çox sağolun sizində su çərşənbəniz mübarək olsun necə belə gözəl illərə çıxasiniz,, her zaman sizi izləyirəm ve sizi çoxx bəyənirəm, cox ətraflı her şeyi bawa salırsınız təşəkkürler sizə
Salam Nara xanım, hər vaxtınız xeyir. Bəyənib, xoş sözlər yazdığınız üçün çox sağ olun, təşəkkür edirəm. 🌹 ❤️ 🌹
Qızım hər vaxtınız xeyirli olsun.Çox gözəl alındı.Bu içliyi qoğalın içinə qoyaraq bişirildiyini görmüşdüm.O da qəşəng alınır.Şirin ağızla yeyin,nuş olsun.
Salam Hörmətli və Dəyərli Ədalət ana, hər vaxtınız xeyir.Var olun, gözəl görən gözləriniz NURLA dolsun.
Salam! Bayramınız mübarək! Mən sizin videolara zövqlə baxıram, amma bu videoya 23.03.2023-də baxıram. 😊😊😊
Çox sağ olun bacı💝Allah razı olsun sizinlə bahəm inşəAllah 🙏
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, Allah cümləmizdən razı olsun.🌹
@@kemale.kerimli82 ♥️
Əlin qolun var olsun Allah köməyiniz olsun teşekkür edirem ❤
Salam xanım, hər vaxtınız xeyir. Allah cümləmizin köməyi olsun. Amin! 🤲
Coxxx əla❤💜💜💜💜🙏🙏🙏🙏
Salam Kəmalə xanım su çərşənbəniz mübarək olsun.Neçə belə gözəl çərşənbələrə çıxasız ailənizlə,övladlarınızla birgə,balanız da sağ-salamat gəlsin əsgərlikdən.Maşallah əlləriniz qızıldı, çox dadlı görünür. Özüm bu çöçədən heç yeməmişəm,bayramda bişirib dadına baxacam mütləq.Sizin bişirdiyiniz hər şey mükəmməldi öpürəm sizi💋♥️🌹👍
Salam Aysel xanım, hər vaxtınız xeyir. Var olun, inşAllah Novruz bayramı gəlişi ilə sizin ailəyədə sevinc dolu günlər gətirər. 🌹 ❤️ 🌹
əllərnizə sağlıq 👏💖
Düz deyirsiniz çox dadlı olur
Salam Kəmalə xanım, hər gününüz xeyirlə açılsın. Əllərinizə sağlıq, yenə izləyicilərə maraqlı bir resept təqdim etdiniz. Çox sağ olun ki, bahaçılıq olduğu bir zamanda ekonomik reseptlər paylaşırsınız.Allah ailənizi, əsgər oğlunuzu qorusun. Amin! 🤲
Salam hər vaxtınız xeyir. Çox sağ olun, təşəkkür edirəm. Allah sizin də doğmalarınızı qorusun. Amin! 🤲
Salam dostlar yotubdan pul qazmaq isdeyirem abone artirmaqa etiyacim var abone olun
ela esl ev xanımı çox sağ olun
Salam qızıl eller bacım ellerine sağlıq hemiseki kimi supersuz
Salam Elnarə xanım, hər vaxtınız xeyir. Bacım, hər zaman xoş sözlər yazıb dəyər verdiyiniz üçün çox sağ olun.🌹
Salam Kamale xanim mən levengi ile edirem Piroq eyni bu reseptlə,Sadece qoz soğan qarişimina quru şorda elave edirem ve birazda zövgə göre sumax çox dadli alinir.Sizinde ellerinize sağliğ ve sehifenizide reseptlərinizide inanilmaz çox beyenirem ❤
Salam Sveta xanım, hər vaxtınız xeyir. Çox sağ olun, təşəkkür edirəm.🌹 ❤️ 🌹
Bəh bəh super
Salam Kəmalə xanım xoş gördük.əllərinizə sağlıq.
Salam Türanə xanım, hər vaxtınız xeyir. Çox sağ olun, xoş gününüz olsun.🌹
Salam kemale xanim mende sirniyyatciyam sizi hemise seve seve izdiyirem ellerinize sagliq
Salam xanım, hər vaxtınız xeyir. Var olun, təşəkkür edirəm.
Salam Kemale xanim bizim yerlerimizinde cocesi n hazirladiqiniz ucun co saq olun 😊bizim kentde ise eyni bele xemir amma icliyi biraz yaqli soqan kartoska lobya noxud bisirib et masinindan kecirib soqanla qizardib bisiririy onuda bisirsez cox beyenersiz eminemki elbbetde bunnanda bisiririy cox dadli olur sizde izlemey dahafa xosdu😍
Salam Gülsabah xanım, hər vaxtınız xeyir. 🌹Var olun, təşəkkür edirəm. 🌹
Ehsen axirki bir naxcivanli dogru resepti yazdi.naxcivan cocdsinin olmazsa olmazidi lobya ceyirtdeyi
Kəmalə xanim qizim su çərşəmbənizi təbrik eliyirəm inşAllah əsgər balamizda bayramda gələr birlikdə olarsiz əllərinə sağliq çox gözəl oldu mən Naxcivanli olduğum üçün yaş böyük (67) bu içli çöçənin bütün işləmlırini sizə bir mesajnan bildirəcəm dəqiq resept olacaq bişirdiyində çox gözəldi əllərinə sağliq evdən qiraqda olduğum üçün indi olmaz inşAllah Allah ömür versə görüşədə bilərik afiyetlənuş edin sağliqla qalin 🤌🤌😋💗⚘️💗⚘️😘
Salam dəyərli Dilqənd ana, hər vaxtınız xeyir. Var olun, hər gününüz gözəl olsun. İnşAllah görüşərik. Allah sizi böyüklüydən əskik etməsin.Amin! 🤲
💧SU ÇƏRŞƏNBƏNİZ💧mübarək olsun əziz və dəyərli izləyicilərim.Həyatınız hər zaman su kimi aydın,ömrünüz su qədər uzun,saf və təmiz olsun.
Sizinlə bahəm Kəmalə xanım,biz də sizi təbrik edirik.O gün olsun övladınız sağ- salamat hərbi xidmətin başa vurub gəlsin.Allah əziyyətinizin bəhrəsin versin.Siz çox zəhmətkeş xanımsız.Allah sizi var etsin🤲♥️
Kəmalə xanım,diqqətə və təbrikə görə çox sağ olun, minnətdaram. Sizin də ilk su çərşənbəniz mübarək. Allah sizə sağlam bir-birindən gözəl günlər nəsib etsin.Amin! 🤲
Salam Kemale xanim siz qeyd elemediz soqan temiz ceki yarim kq olmalidi yoxsa qabiqnan qotrum yarim kilo. Zehmet olmasa deyerdiz
@@iradahuseynova3706 Salam xanım,hər vaxtınlz xeyir.Mən qabığlı halda çəkdim 500 qr soğanı,amma soyulmuş da 500 qr götürə bilərsiz.Çünki,yarım kq soğanın qabığının çəkisi çox az edir,elə bir fərq olmur.
Salam Kəmalə xanim Su çərşənbəndə mübarək olsun.Dadli olur.Əlınızə sağliq.Allah bərəkətıznızı bol etsın.
Ellerine sağliq şirin ağizla yeyin ,zehmet olmasa ,, mujuskoy kapriz" salatin hazirlayin
Salam xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, inşAllah növbəti çəklişlərdə hazırlayaram.
Allah sizdən hər zaman razı olsun Kəmalə xanım Əllərinizə sağlıq Çooox sağ olun
Salam xanım, hər vaxtınız xeyir. Var olun, Allah cümləmizdən razı olsun. Amin! 🤲
MaşAllah əllərinizə sağlığ 💐👍
Layk Super
Salam Kemale xanim.Ellerinize emeyinize saglig cox gözel oldu 👍🏻🤗🌹🌺
Salam xanım, hər vaxtınız xeyir. Var olun, Allahtəala sizə gözəl günləri görməyi nəsib etsin. 🌹 ❤️ 🌹
@@kemale.kerimli82 Cox sag olun Kemale xanim.Allah razi olsun🤗🌺
@@kemale.kerimli82salam
əla.Ordubadıma salamlar.
Salam hər vaxtınız xeyirli olsun dəyərli,əlləri qızıl bacım.Əllərinizə əməyinizə saglıq.Bu çöçədən bir-iki dəfə məclislərdə yemişəm.Çox gözəl hazırladınız.Yurdumuzun hər zonasının yeməkləri ləziz olur.Allah sizi var eləsin.Amin🤲🤲🤲❤❤❤🌹🌹🌹
Salam dəyərli və fəal bacım, hər vaxtınız xeyir. Gözəl gününüz olsun, hər zaman dəyər sahibi olasınız. Allah cümləmizi var eləsin. 🌹🌹 ❤️ 🌹🌹
MOHTEWEMSİZ
Salam ellerinize sagliq her sey eladir ona qizil gul de eleve edende lap dadli alinir
Salam Xuraman xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, məndə qızıl gül olmadığına görə əlavə eləmədim.
Qoz de qovrulur qozla bahem?
Sabahiniz xeyir Kemale xanim. Necesiz
Cox xowluyuram bu cocekeri. Mene pay vermiwdiler yemekle doymag olmurdu. Cox sagolun cox. Mutleg edecem . Allah razi olsun Sizden 🤲❤️👍👍
Salam Cəmilə xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, siz yaxşı olasınız. Allah cümləmizdən razı olsun. 🌹 ❤️ 🌹
Çoox gözel ,elinize saĝliq.Bir naxçivanli kimi beyendim 👍👍
Salam Nəzakət xanım, hər vaxtınız xeyir. Çox sağ olun, minnətdaram.🌹
SALAM KEMALE XANIM MENDE NAXCIVANLI OLARAQ COCEMIZI GORUB SEVINDIM.BU BAYRAM COCESI ICLI COCEDE DEYIRIK NENELERIMIZDEN BIZE MIRASDI.TESEKKURLER SIZE ELA ALINIB.OZUDE DADIDA ETRIDE MOHTESEM👍👍👍👍👏👏👏👏
Salam Səadət xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun, hər zaman sevinəsiniz. Allah nənələrimizə rəhmət eləsin, bizlər üçün gözəl reseptlər miras qoyublar.
Əllərinizə sağlığ Sumqayıt.
Salam Xalidə xanım, hər vaxtınız xeyir. Çox sağ olun, Sumqayıtdan olan bütün izləyicilərimə qucaq dolusu salam göndərirəm.🌹
Dadli olur
Allah razı olsun .Təsəkkür edirəm
Kəmalə xanım sağ olun mən də eyni sizin kimi edirəm çox faydalı alınır.
Halaldlr ey
Salam Vüsalə xanım, hər vaxtınız xeyir. Təşəkkür edirəm.
Əlaaa
Haqqlnlzl halal edin gozel baclm
Salam dəyərli bacım, hər vaxtınız xeyir. Halal xoşunuz olsun, gözəl görən gözlərinizdən NUR əskik olmasın.🌹
Kəmalə xanim su cərşənbəniz mübarək olsun əllərinə qüvvət Cox,sag ol gözəl qızım var olasan
Salam dəyərli Səmayə xanım, hər vaxtınız xeyir. Sizinlə bahəm, gözəl görən gözlərinizdən NUR əskik olmasın. Amin! 🤲
Salam Gözəl Kəmalə bacım, hər vaxtınız xeyir. Bacım, sizin məlahətli səsinizi eşidən kimi rahatlıq tapıram bu şirniyyata ilk dəfədir ki, rast gəlirəm.Nə yaxşı varsınız, nə yaxşı sizin yutub kanalınıza abunə olmuşam. İnşAllah bunu hazırlamağa çalışacam. 🌺 🌺 🌺 🌹 🌹 🌹
Salam aktiv bacım, hər vaxtınız xeyir. Hər zaman zəhmətə dəyər verib xoş sözlər yazdığınız üçün var olun, hər zaman rahatlıq içində olasınız.🌹 ❤️ 🌹
Bu Naxcivana mexsusdur,Novruz bayraminin en birinci atributudur yeni cocesiz Novruz olmaz👍
Salam Kemale xanim men cox sevirem. Bu wirniyati Weki zonalarinda bundan cox hazirlayirlar ellerinize sagliq cox gozel hazirladiz mende hazirladim sizin reseptle cox gozel oldu tewekkurler Allah bereketinizi bol etsin👍🏻 🤗😘😘❤
Onu da deyim ki bizde bunu wirniyyat kimide hazirlayib biwiriler men sizin kimide hazirladim cox gozel lezetli oldu ellerinize saglik
Salam xanım, hər vaxtınız xeyir.Zəhmətə dəyər verdiyiniz üçün çox sağ olun. Sizin də əllərinizə sağlıq, hər gününüz gözəl olsun. 🌹 ❤️ 🌹
superdi
Coxx saqolun reseptə görə təşəkkürlər canım 👍👍♥️
Salam Zülfiyə xanım, hər vaxtınız xeyir. Var olun, canınız ağrımasın. 🌹 ❤️ 🌹
🙏🙏🙏Thank you 🤲🤲🤲⚘
Salam Kəmalə xanım sizində çərşənbəniz mübarək.Əlləriniz yorulmasın heç yeməmişəm inşaallah hazırlayacam😘👄
Salam Məlahət xanım, hər vaxtınız xeyir. Dəyər verdiyiniz üçün var olun, təşəkkür edirəm. 🌹 ❤️ 🌹
Əladir super bəyəndik.
Çox əla
Axşamınız xeyir kəmalə bacı Çərşənbəniz uğurlu olsun.İnanın ki soğanla qozu bir arada sevmirəm əslində amma bunu siz hazırlamısız diyə inşallah sınıyacam. Çünki sizin hazırladığınız çox şeyi sınamışam hər biri də dadlı alınıb .əllərinizə əməyinizə sağlıq .Allah əsgər balanızı qorusun. Qızlarımın da telinən sizə Abunəyəm🫢
Salam fəal bacım, hər vaxtınız xeyir. Reseptlərimə güvənib istifadə etdiyiniz üçün çox sağ olun, təşəkkür edirəm Allah o gözəl qız balalarımızı 🌹 XOŞBƏXT 🌹eləsin. Amin! 🤲
@@kemale.kerimli82 Amin.🤲 Bacı çox sağ olun.
*SALAM CANIM KƏMALƏ 💜XANIM ÇOX SEVİRƏM🌻 BU ÇÖÇƏLƏRİ LƏZZƏTLİ🦋 OLUR ƏLLƏRİNİZƏ🕊 SAĞLIQ ALLAH CAN🌹 SAĞLIĞI VERSİN SİZƏ 🌻HƏMİŞƏ EVİNİZ RUZULU OLSUN🤲👍💜🍂🌼🍀🍃🌸🌺🌾🌼🌷🌻🦋🕊🌹🍂🌱🍁🍀🍃🌸🌺🌾🌼🌷🌻🦋🕊🌹🍂🌱🍁💜💋🥰*
Salam dəyərli Samirə xanım, hər vaxtınız xeyir. Var olun, canınız heç zaman ağrı görməsin. 🌹🌹 ❤️ 🌹🌹
Men de cox sevirem bu coceni Naxcivanli qonşularim sag olsunlar bişirib verirdiler Onlardan evvel bunun ne oldugunu bilmirdim Yadima saldiniz İndi rayonda bişirecem inşallah
Ilk defe idi biwirdim cox gozel alindi .cox saq ol
Ellerinize sağlıq 👏👏👏
Salam çox dəyərli Kəmalə xanım çerşenbeniz mübarək olsun bizə belə gözəl faydalı dəqiq reseptler gösterdiyiniz üçün çoxlu təşəkkür edirem çox müsbet auranız var çox gözəl izah edirsiz ...sizdən salat reseptleri gözleyirem inşallah ..zehmet olmasa Allaha əmanət olun☺️
Salam xanım, hər vaxtınız xeyir. Zəhmətə dəyər verib xoş sözlər yazdığınız üçün çox sağ olun, sizinlə bahəm. İzləməyə davam edin, inşAllah sizin xətrinizə növbəti çəklişimizdə salat hazırlayarıq.👍
çox sagolun varolun Allah sizə can saglıgı bol bol ruzi xoş günlər nəsib etsin
Salam dəyərli və işgüzar Kəmalə xanım, hər vaxtınız xeyir. Bacım, sizinlə bahəm sizin də çərşənbənizi təbrik edirəm. Əlləriniz dərd görməsin super alınıb. Evdə hansısa şirniyyatı hazırlamaq istəyirəmsə kanalınıza baxıb sizin üsulla edirəm.😘 ❤ ❤ ❤ 😘Dəfələrlə sizin resepti sınamışam və mükəmməl nəticə əldə etmişəm. Allah sizi qorusun. 🤲 🤲
Salam bacım, hər vaxtınız xeyir. Təşəkkür edirəm, reseptlətimə güvənib hazırladığınız üçün çox sağ olun. 🌹 ❤️ 🌹 Allah cümləmizi qorusun. Amin! 🤲
Əllərinizə saglıq. Rəhmətlik anam Ordubaddan idi. Hər Novruzda bişırərdi. Cox sag olun
Əla ,olsada yesək😊
Salam Kəmalə xanım bu gözəl kükələr bizim Ordubadın məşhur kükələridi əlləriniz var olsun❤