Zakir Əliyev Biri var idi biri yox

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 340

  • @colonna322
    @colonna322 8 років тому +126

    Bu cur ıfanı bu sozlerı beyenmeyen ınsanların gorsen nedense anlayıwları var?!!😒😏

  • @firuzean8759
    @firuzean8759 9 років тому +112

    Canım atam başımın tacı atam Allah sənə rəhmət eləsin.Bu mahnıya qulaq asanda ürəyim qan aglayır.Zakir Əliyev Allah sənə can saglıgı versin.Səsin həmişə yüksəklərdən gəlsin.

    • @aliyexudiyeva5658
      @aliyexudiyeva5658 7 років тому +3

      Firuze A allah rehmet elesin

    • @rovshenmemmedov2102
      @rovshenmemmedov2102 6 років тому +2

      Bu mahnının bəstəkarı gözəl insan Namazəli müəllimə Allah qəni qəni rəhmət eləsin

    • @snanzamanl3180
      @snanzamanl3180 5 років тому

      Allah atanıza rəhmət etsin. Allah sizə də səbr versin.

    • @enverxudat3151
      @enverxudat3151 3 роки тому

      @@rovshenmemmedov2102 Allah rəhmət eləsin. Gözəl insan idi.

    • @elnurrecebov5438
      @elnurrecebov5438 2 роки тому

      🥀

  • @J.Shahin
    @J.Shahin 8 місяців тому +12

    18 yaşım olmasına baxmayaraq bu musiqi zövqünə sahibəm...

  • @maryamesra3657
    @maryamesra3657 4 роки тому +61

    Mən qurbetdeyem... Bu mahnı meni torpağımda hiss elətdirir.. Vətəndə olanlaradi ailəsinin yanında olanlaradi sözüm.. Qədrini bilin.. Yazımı görənlər like edinki hədəfə görüb təkrar qulaq asim...

  • @raminmeherremov8134
    @raminmeherremov8134 5 років тому +59

    İl 2020 hələ de qulaq asanlar nece kovrelirem bu ifaya qulaq asanda yaman tesir edir mənə

  • @qametyusifov5733
    @qametyusifov5733 2 роки тому +18

    Canim Atam gözüm atam çox darıxmışam sənin üçün.Allah məkanını cennet eləsin inşəallah ..seni çox çox seviremmmm

  • @vesileeliyeva3893
    @vesileeliyeva3893 9 років тому +175

    Wukurler olsun heyatimda her zaman her wey olub. Anam, atam ,ailem ,cevrem hamisi butov olub.. Amma.. her defe bu ifaya qulaq asanda kovrelirem.. hetta gozlerimden damla damla yawlar axir.. niye? bilmirem. belke de ozumu o insanlarin yerine qoyuram?! Arzu edirem ki hesret, nisgil hec bir uwagin qelbini sizlatmasin...

    • @seyyadelimemmedov1766
      @seyyadelimemmedov1766 7 років тому +1

      Vesile Eliyeva 😢

    • @sgddehfggg545
      @sgddehfggg545 7 років тому +5

      Amma bizim evdə həqiqətəndə biri vardı biri yox 😔

    • @mehbareehmedov8887
      @mehbareehmedov8887 7 років тому +4

      Bizdede biri vardı biri yox.men ataml tez itirmişəm.

    • @elcinsemedov3808
      @elcinsemedov3808 7 років тому +1

      inanki mende özmi saxlaya bilmrem tam semimi deyrem Alah valdeynlermze can saxlqi versin

    • @kamranatayev4799
      @kamranatayev4799 6 років тому +1

      məndə isə heç vaxt heç biri olmayıb indi biri dünyasını dəyişib o biri isə yenə yoxdu bazmayaraq kiözüm 3 uşaq atasıyam amma o vaxtlardakı kimi kövrəlirəm mənimki isə heç vaxt başqa uşaqlar kimi olmadı

  • @aygulmehdiyeva2934
    @aygulmehdiyeva2934 4 місяці тому +2

    Bu mahni cixanda atam da var idi, anam da, ancaq men usaq olmagima baxmayaraq bu mahniya qulaq asanda gozumden bir ixtiyari leysan tokulurdu,indi ise atam heyatda yoxdu,anami ise agir xestelikden itirmek qorxusu yasayiram...mahnini yasayirdim sanki tam xosbext vaxtlarimda bele 😞

  • @asifhuseynov9711
    @asifhuseynov9711 Рік тому +16

    2023 qulaq asan var ? 1:32

  • @kohnazrbaycanl5456
    @kohnazrbaycanl5456 3 роки тому +3

    Çoox xoşuma gəlir mahnı da ifaçı da Allah uzun ömür versin oxusun biz də dinləyək

  • @ruhinizami1811
    @ruhinizami1811 6 років тому +15

    Sanki atamin uwaqliginin resmidi bu mahni. Atam da atasiz boyuyub cetinlikde yoxsulluqda. Biri olanda o biri olmayib . Canim atam Allah qorusun seni !!!😢😢😢😢😢

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 3 роки тому +10

    Allah gözəl sənətkarlarımıza,həmçinin Nüsrət Kəsəmənliyə qəni--qəni rəhmət etsin!
    Zakir Əliyevin ömür yolunu nurlu,səsini də var eləsin!Allah onu qorusun!
    AMİN!!!

  • @eltacibrahimov7316
    @eltacibrahimov7316 11 років тому +16

    Allahdan arzu edek hec kimin heyatinda biri var bir yox olmasin qoy haminin heyatinda her wey olsun Amin!

  • @xelilsairov9518
    @xelilsairov9518 8 років тому +11

    Bu mahniya qulaq asada şehidleri xatırlayıram ağlayıram Allah rehmet elesın yeri cenet olsun

  • @gunayismayilova6274
    @gunayismayilova6274 5 років тому +9

    Sanki ürəyimdə qaysag bağlamış yarami qopardı bu mahni😥

  • @tunkaesrefzade2555
    @tunkaesrefzade2555 3 роки тому +6

    Bəli biri var biri yox🥺🥺

  • @musennufbayramov814
    @musennufbayramov814 5 років тому +8

    Ataliydi analiydi uşaqlar.
    Bizim evdə biri vardı biri yox!!!
    Sözlər,ifa, duyğu mükəmməl...

  • @mikamika9274
    @mikamika9274 3 роки тому +2

    Canim ANAM ALLAH sene rehmet elesin , bilseydin nece sene ehtiyacim var , kaw ki quru nefesin menim ustumde olardi. Yadima gelir 2003-2004-de bu klipe baxanda sen aglayardin nenem ve babam ucun, indi men bu klipe baxib sene gore aglayiram 🥺🥺🥺

  • @lileo9534
    @lileo9534 5 років тому +3

    Allah Size uzun omur versin Zakir muellim. Her dinledikde kovrelib aglayiram. Iki evlad boyutmusem atasiz. Deyirler Atasiz usaq QANADSIZ QUSDUR. TEK QANADLA UCA BILMIR. Men atani evez ede bilmedim. Bacardigimi etdim .
    Kim onlarin ve menim qelbimi sindirdiysa Allah hevale etdim.
    Allah deyir :
    Kim yetimi sevindirse , men de onu sevindirerem.
    Kim yetimi aglatsa , men de onu AGLADARAM.
    ALLAHA COX SUKURLER OLSUN. Hec kim sabah ne olacagini bilmir.

  • @u.k.a._7358
    @u.k.a._7358 5 років тому +6

    En gozel ses, en gozel ifa, en gozel mahni. Allah sene omur versin gozel insan.

  • @seidebagirova4054
    @seidebagirova4054 6 років тому +3

    Allah sene rehmet elesin menim çilekeş babam senin hayatına yazilib evveller seninle dinleyib aglayardim indi yene qulaq asib agliyiram amma sensiz bu dünyada bir xos gün görmedin menim cennetlik babam😢😢😢😢😢😢😢😔😔😔😔😔😔

  • @vicdanlbiri4522
    @vicdanlbiri4522 4 роки тому +1

    bu mahnını eşidəndı qəlbim tufan qoparır. Nüsrət kəsəmənli kimi dahi insanın bioqrafiyası gözümün önündə canlanır və seirində belə bir misra var bir evdə ata yad bir evdı ana yad. çox təəssüf ki menimdə övladım bu heyatı yaşayacaq 😣😢

  • @rovshenmemmedov2102
    @rovshenmemmedov2102 10 років тому +50

    Bu mahninin bestekari Namazeli Mehdiyeva Allah rehmet etsin!

    • @rovshenmemmedov2102
      @rovshenmemmedov2102 6 років тому

      @Rasim Balayev Fan Allah rəhmət eləsin. Gözəl insan, peşəkar musiqiçi idi

    • @maryjane2006
      @maryjane2006 5 років тому

      Allah rəhmət eləsin görəsən başqa mahnılarını bilən varmı?İlahi elə bil ürəkləri oyur qılınc kimi kəsir.

    • @manaf74gashimov5
      @manaf74gashimov5 5 років тому

      Allah geni geni rehmet elesin ruhu şad olsun,cox gozel insan idi,minnetdaram size ki onun adinida bildirisiz kimdi bu mahnini muellifi

    • @manaf74gashimov5
      @manaf74gashimov5 5 років тому +1

      Eslinde başligda adi yazilmalidi rehmetliyin,kimdi bu mahninin bestekari tanisinlar,bir ruhuna salavat deyerler bir ixlas suresini oxuyarlar hec olmasa onunda ruhu şag olsun

    • @smsyagmur1075
      @smsyagmur1075 4 роки тому +2

      Nüsrət Kəsəmənliyə də Allah rəhmət eləsin ruhu şad olsun
      Sözlər də ürəkdağladandır.
      Möhtəşəm vəhdətdir söz ilə melodiya

  • @nasirmemmedov8172
    @nasirmemmedov8172 8 років тому +32

    səslənən bu ifaya görə Zakir Əliyevə Sizə dərin təşəkkürümü bildirirəm.

  • @lemanbayramova9883
    @lemanbayramova9883 9 років тому +25

    Atalıydı,analıydı uşaqlar. bizim evdə biri vardı biri yox. 😢😢😢

    • @babash094
      @babash094 5 років тому +1

      Yetim olub bunu yazan. Ona gore Nusret Kesemenli

    • @elnuresedov2869
      @elnuresedov2869 4 роки тому

      Manda takam

  • @agatalibagatalib1333
    @agatalibagatalib1333 6 років тому +4

    Mukemmel soz musiqi ve ifa.Allah mahninin yaradicilarina rehmet elesin.Zakir mellime deAllah can saqliqi versin Bele eserler her zaman yaranmir

  • @ehmedehmed4715
    @ehmedehmed4715 9 років тому +30

    ömrü boyu belə gəlib mənimkii((((((((( uşaq olmasamdaa atalılara həsədlə baxıram...
    gözəl ifa...

    • @eminamrahov8548
      @eminamrahov8548 6 років тому +6

      Ehmed Ehmed men seni cox gozel basa dusurem.Oglan usagi ucun atasizliq qeder dehsetli agri ola bilmez.Xeyli yashim var amma hele de atali insanlara baxib koks otururem.Biri var sen boyuyenden sonra atani itiresen bir de var 1 yashin olanda itiresen.Uzunu bele xatirlamayasan.Esl facie budur.Senin de menim de atama allah rehmet elesin

    • @konulquliyeva9706
      @konulquliyeva9706 5 років тому +1

      Eynen.....

    • @konulquliyeva9706
      @konulquliyeva9706 5 років тому +4

      Esl facie atali atasizliqdir. (

    • @guncikhacili4745
      @guncikhacili4745 5 років тому

      @@konulquliyeva9706 Beli duz buyurdunuz. Bunu men yasadim. Cox heyif balalarim da men yasadiqlarimi yasayir 😢

    • @aygunvaqifqizi1428
      @aygunvaqifqizi1428 5 років тому

      😭😥

  • @mnimvtnimaze3110
    @mnimvtnimaze3110 Рік тому +1

    Çox sıxılanda dinləyirəm bir az yəni olduğu kimi gözlərindən bir neçə damcı yaş axır sakit oluram.Səsinə qüvvət sahibi versin.

  • @yagmurqarabagli1184
    @yagmurqarabagli1184 7 років тому +7

    Senetkar bu mahnını yaşayıb♥

  • @rashadaliyev6760
    @rashadaliyev6760 8 років тому +83

    Olan olub, keçən keçib bəlkə də,
    İndi daha kövrəlməyin yeri yox.
    Ömrüm boyu belə gəlib mənimki
    Əvvəlindən biri vardı, biri yox.
    Uzaqdaydı mən istəyən ocaqlar,
    Urəyimdən gəlib keçdi sazaqlar.
    Atalıydı, analıydı uşaqlar,
    Bizim evdə biri vardı, biri yox.
    Gözlərimə doldurmuşam yağışı,
    Bir köynəkdə çıxarmışam mən qışı.
    Şalvar-pencək geyinirdi tay-tuşum,
    Məndə isə biri vardı, biri yox.
    Üzüm güldü, tələbəyəm deyəndə,
    Sıxılırdım dost pencəyi geyəndə.
    Müəllimlə dil tapa bilməyəndə
    Qiymətimin biri vardı, biri yox.
    Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
    Dara düşdüm, əl ummadım heç kimdən
    Məclislərdə can deyib can eşidən
    Dostlarımdan biri vardı, biri yox.
    Mən orduya nələr görüb getmidim,
    Ürək alıb, ürək qırıb getmişdim.
    İki qıza könül verib getmişdim,
    Qayıdanda biri vardı, biri yox...
    Uzaq gəzdi əmi, dayı, bibilər,
    Sözarası mənə “evlən” dedilər.
    Nişan üçün iki şey istədilər,
    Məndə isə biri vardı, biri yox.
    Vaxt gələcək bu günü görəcəksən,
    Çox suala gözünü döyəcəksən.
    Vaxt gələcək sən özün deyəcəksən,
    Deyəcəksən: “biri vardı, biri yox!”

  • @mq3511
    @mq3511 8 років тому +15

    Nusret kesemenliye Allah rehmet elesin. bu mahniya qulaq asanda butun uwaqliq illerim gozunun onunden kecir . cox kovreldir meni .

  • @ayselabishova1075
    @ayselabishova1075 9 років тому +26

    her defe bu klipe baxanda aglamamagima soz verirem ama gozler insani dinlemez

  • @reyhanreyhanreyhanreyhan8114
    @reyhanreyhanreyhanreyhan8114 2 роки тому +1

    Çox duyğulandırıcı bir həzin mahnı bizim evdə ən yaxın istədiylərimiz və bizə yaxın olan doğmalarımız yoxdur kaş ki bu gün olar yanımız da olası idilər Allah bütün dünyasın dəyişib yanımız da olmayan Əzizlərimizə Rəhmət eləsin🤲🖤🖤🖤🥺😢😢😢🥀🥀🥀😢

  • @renaelekberova4379
    @renaelekberova4379 6 років тому +15

    😔 ürəyim göynəyir . Ama özümə görə yox. Ogluma görə. Vaxt olub balamın gözündə o yaşı görmüşəm və mən səssiz aglamışam. İlahi bir bilsəydiz ki susub aglamag nə deməkdi. ((
    ALLAH heç kimi atasız anasız etməsin.

  • @talehmirze8125
    @talehmirze8125 2 роки тому +1

    Kash bu mahni klip teze cixan illere qayidardiq...nece maraqsizdashdi heyat iyrenc bir yere cevrildi birden bire...kimler kocubse bu heyatdan olara paxilliq edirem...

  • @elmarmesimov7934
    @elmarmesimov7934 6 років тому +4

    Çox gõzəl ifadır bu mahnı hər dəfədə ürəyimi sızladır sanki həyatımı oxuyur 😢😢

  • @kamranibrahim9575
    @kamranibrahim9575 9 років тому +6

    Can Zakir mellim bu mahniya qulaq asanda kövrelmemek mümkün deyil Allah size can sagliqi versin

  • @revanresulov6430
    @revanresulov6430 7 років тому +2

    Böyuk sair Nusret Kesemenli ölumuyle bizi nece nece gözel eserlerinden mehrum buraxdı.Allah rehmet elesin.

  • @vefanamazova3122
    @vefanamazova3122 4 місяці тому

    Cox yawamisam bu anlari anamla canim anam oda rehmete getdi tek qoydu bu heyatda😢😢

  • @oktayaliyev
    @oktayaliyev 2 роки тому

    Allah rəhmət eləsin böyük şair N. Kəsəmənliyə. Z. Əliyev bu mahnını çox gözəl ifa edib.

  • @nahidisgenderov7117
    @nahidisgenderov7117 6 років тому +1

    Ay Zakir sesin var olsun yadima telebelik illeri dusdu o gozel hemise qelbimizde yasayan telebelik illeri biz seninle fexir edirik

  • @isgenderovfariz4705
    @isgenderovfariz4705 2 місяці тому

    Allah Nüsrət Kəsəmənli və Namazəli Mehdiyevə rəhmət eləsin. Allah Zakir müəllimə can sağlığı versin. Super ifa, söz və musiqi.

  • @mahiragaev9316
    @mahiragaev9316 4 роки тому +2

    Mohtewemdi, mohtewem!!! Menim hemiwe gucum vardi, ishim yox(((

  • @arzuvagifarzumanli2592
    @arzuvagifarzumanli2592 5 років тому +27

    Bizim evde de 1 vardi 1 yox, ata yaninda gezen ushaqlara baxanda ureyim aglayirdi. Ana yaninda boyudum ata hesreti ile....

  • @aygunabbasova4130
    @aygunabbasova4130 7 років тому +24

    bizim evde de biri vardi biri yox. amma men bu yoxlugu hiss etmedim. bu usagin aglayanda ki goz ifadesi meni heyatdan silir.... ilahi bu qeder amansizmis heyat, insanlar? ilk defe pis heyat yoldasina qadinlarin "usagim ucun dozurem" demesini anladim

  • @tebrizyusubzade474
    @tebrizyusubzade474 10 років тому +2

    Gözlərim doldu qardaş nə qəmli oxumusan halaldı sizə

  • @muhammedali9582
    @muhammedali9582 7 років тому +2

    En gozel mahnilardan biri Soz musigi ses hamisi ureyimin simini oynadir.Allah butun valideyinlere can saligi versin menim cox wukur valideyinlerim sagdilar.Bu mahni oxuyanda anam yadima duwur cunki anam korpe 2-3aylig olanda atasi dunyasini deyiwib.Bu gune kimi nese problemi olanda atam sag olsaydi bele olmaz idi deyir(( Dunyasini deyiwen butun valideyinlere Allah Rehmet elesin

  • @jasminjasmin1318
    @jasminjasmin1318 6 років тому +3

    Cox sevirem Zakirin ifasini. Halal olsun. Hemiwe seve -seve dinleyirem. Sesinize sagliq.

  • @xeyalmustafayev7184
    @xeyalmustafayev7184 6 років тому +3

    2018ci il dinleyirem helede.. Min wukur ailem yanimdadi. Ama sanki bir yanim eksiydi. Musiqini dinledikde gozunden yaw gelir.

  • @winnerstar6072
    @winnerstar6072 Рік тому +1

    Bu ifa ve mahniya qulaq asanda ancaq daşurekli insan kovrelmez yeqin ..Allah rehmet elesin Nusret Kesemenliye..sőzleri insanın qelbini delib deşir..musiqi de mukemmel..

  • @musviqaliyev5988
    @musviqaliyev5988 7 років тому +1

    Ureyim parcalanir bu mahniya qulaq asdiqca allah rehmet elesin ATA

  • @raufgusejnov555
    @raufgusejnov555 5 років тому +3

    chox gozel ifa ,gozel musigi ve hedden artig gozel sozleri.KESEMENLI REHMETLIY CHOX DAHI SHAIR IDI. ALLAH REHMET ELESIN,ZAKIR GARDASHIMADA CAN SAGLIGI ARZULAYIRAM. CHOX SAG OL.

  • @afaqshiraliyeva6299
    @afaqshiraliyeva6299 4 роки тому

    Yegane musiqi eseridir ki. ifacîsï tekdir.Òzù de nece oxuyub.

  • @liliyaanatoliyevic3481
    @liliyaanatoliyevic3481 5 років тому +3

    Bu mahnini yalniz Zakir müellimin ifasinda sevirem.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @zaminavelizade5215
    @zaminavelizade5215 5 років тому +4

    Salam Zakir muellim.sizin sesinize heyranam,cox fexr ediremki,kendimizin qeyretli oglu,istedadli mugennisi.allah sesine quvvet versin🙏

  • @mila-xy4wy
    @mila-xy4wy 2 роки тому +1

    İl 2022 və hələ də dinləyirəm,atam da dinləyir babam rəhmətə gedib ona görə ona daha çox təsir edir

  • @ИнараМузаффар
    @ИнараМузаффар 7 років тому +1

    super bir ifa super bir ürək sızladan mahnı.agzinida sağlıq.sesinize qüvvət Zakir bəy.

  • @ayselaysel5275
    @ayselaysel5275 6 років тому +3

    heyatimi qeleme alib sair ifada gozel her dinleyende kovrelmek demirem... icden icden aglamamaq munkun deyil

  • @aseftagiyev
    @aseftagiyev 9 років тому +6

    Zakir bey men bu mahniya aglamamis gulag asa bilmirem .Bu mahni menim neveme hesr olunub .Onda da birivar biri yox Allah sesinize guvvet versin.

  • @elmarcikelmar3150
    @elmarcikelmar3150 10 років тому +10

    Namazeli Mehdiyev mene solfeciadan ders deyib, Allah ona rehmet elesin ! Esl senetkar idi.Gozel muellim idi.lap kovreldim :((((((((

    • @isgenderovfariz4705
      @isgenderovfariz4705 2 місяці тому

      Məndə o illərdə Zakir müəllimin tələbəsi olmuşam. Allah Namazəli Mehdiyevə rəhmət eləsin. Gözəl sənətkar idi. Qalsaydı bəlkə də nələr yaradacağdi.

  • @aga-talibmisirxanov4926
    @aga-talibmisirxanov4926 8 років тому +3

    halal olsun zakir eliyevin cox gozel sesi var

  • @aytanfettaxova4249
    @aytanfettaxova4249 3 роки тому +3

    Uşaq olmaq ne gözəl hisslər imiş niyə bu gədər tez böyüdük😥😥

  • @user-lo2pe9vv3z
    @user-lo2pe9vv3z 6 років тому +3

    Çox gözəl mahnıdı Allah sizi qorusun ..bizim evdədə biri vardı biri yox😔😢😢😢😢

  • @emilyamusevi6366
    @emilyamusevi6366 9 років тому +8

    Allahim sen valideyinlerimize can saqliqi ver.Rehmete geden valideyinlerein qebri nurla dolsun.

  • @empirehistory4055
    @empirehistory4055 2 роки тому

    Nusret Kesemenlinin gozel ve menali seiri bu cur gozel ifa ile tamamlanir , Super 👍

  • @heyraneskerova5783
    @heyraneskerova5783 7 років тому +1

    Allah Size uzun,saqliqli omur versin,boyuk wairimiz Nusret Kesemenliye rehmet elesin.Her defe bu mahnini dinlerken kovrelirem.Cunki bunlari men de yawamiwam.Cox saq olun ki,Siz de bele virtouz senet eserlerini xalqa catdirirsiniz.Tewekkurler!

  • @elvinabbasov8080
    @elvinabbasov8080 4 роки тому +1

    Son gunler en cox dinlediyim mahni Sesinize sagliq Zakir Muellim👍👏🙏

  • @seferelieyvazov5647
    @seferelieyvazov5647 5 років тому +3

    bizim evde biri var biri yox Allah heç bir evi böyüksüz elemesin AMİN.

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 2 роки тому +1

    Zakir Əliyev,allah sizi var eləsin!Yaxşı ki,sizin kimi sənət incilərimiz var!

  • @jahangira4273
    @jahangira4273 8 років тому +33

    dəhşətli mahnıdı bu mənim həyatimdi...sanki həyatimin rəsmi çəkilib bu mahnlda

  • @mnaszheyat7373
    @mnaszheyat7373 4 роки тому +2

    Beh Beh nə gözəl oxuyursuz Zakir Bey)))

  • @zakirqadirov9094
    @zakirqadirov9094 9 років тому +9

    Halaldi adaw .gozel sozleri gozel IFA eliyirsen.mende hec biri yoxdu

  • @usmanaqa5772
    @usmanaqa5772 8 років тому +16

    bizim evdede biri vardi biri yox SAQOL ZAKİR BEY ÜREYİMİ SİZLATDİN ALLAH REHMET ELESİN HÜSRET KESEMENLİYEDE HEYATİNA YAZİB BU SÖZLERİ

  • @turalrehmanov902
    @turalrehmanov902 8 років тому +4

    Allah can sağlığı versün . super ifa

  • @bozqurdturaneller6069
    @bozqurdturaneller6069 7 років тому +1

    BU ĮFAYA BIRINCI DEFE IDI QULAQ ASDIM ÖZUMDEN ASLI OLMADI AĞLADIM GÖZLERIM YAŠARDI ÖZ TALEIME ÇOXXXXX ÇOOOOOX OXŞADI ALLAH ZAKIR BEYE UZUN ÖMUR VERSIN HALALOLSUN VAR OLSUN

  • @xomixursi7898
    @xomixursi7898 10 місяців тому

    Türkiye deki türkler size kurban olsun sizde gerçekten türkçenin üst seviyesinde müzikal var..

  • @mehemmedyt3997
    @mehemmedyt3997 5 років тому +2

    Cox dehşetli bir mahnidi halaldir yazanada ifa edenede

  • @samireibrahimova6103
    @samireibrahimova6103 9 років тому +1

    en cox sevdyim sesini sevdyim mugenni.ugur daima.

  • @ШахназГараева-т4е
    @ШахназГараева-т4е 3 роки тому +2

    Bizim boyuk mehle evimiz var idi aradan 15 il kecib hec ne evvelki kimi deyil nedeki ne biri var bir yox hec kes qalmiyib heyetde hec kim heyatimzde emim oglu da yasayirdi bizden kicik idi yasda bu il oda sehid olub bizi yandirdi hec vaxd bilmezdim ki onu itereymizi bizim decelimiz tarix yazdi sen deme sonrada sehid olmus

  • @amazonmastera
    @amazonmastera 5 років тому +3

    Eh eh...insanın ürəyi parçalanır.

  • @sevdaabdullayeva7478
    @sevdaabdullayeva7478 7 років тому

    cox saqolsun zakir bay allah ona can saqliqi versin nusrat kasamanliyada allah rahmat elasin butun ruhumuzu titradir bu mahni tawakur ediram mahnin arsaya kalmasinda zahmati kecan butun insanlara halal olsun zakir bayin sasinin kur salyan ruhu korunur tawakurlar

  • @cinaregulmemmedova1721
    @cinaregulmemmedova1721 8 років тому +13

    Sumqayiyimizin fexri sizinlə qürur duyuruq və sevirik ugurlar

  • @gultekinqedirli2708
    @gultekinqedirli2708 8 років тому +6

    dinledikce insanin ruhu dincelir

  • @tahiralimirzayev9671
    @tahiralimirzayev9671 7 років тому +1

    Gozel mahni ve gozel ifa

  • @senanhesenli6499
    @senanhesenli6499 5 років тому +3

    Uzaqdaydi men isteyen ocaqlar, ureyimnen gelib kecdi sazaqlar, ataliydi analiydi usaqlar, bizim evde biri vardi biri yox 😥😥

  • @anarrehimov2713
    @anarrehimov2713 Рік тому +4

    2023 de qulaq asib 2003 u yadina salanlar burdasiz?

  • @xeyale4175
    @xeyale4175 2 роки тому

    Bizim evdə də biri vardı biri yox bu mahnı iliklərimə işləyir hər dəfə hönkürürəm

  • @aidakerimova2754
    @aidakerimova2754 8 років тому +16

    menim beynimi donduran mahni😢😢😢 Ataliydi Analiydi usaqlar. bizim evde biri yox

    • @aqilmikaylov2572
      @aqilmikaylov2572 7 років тому

      Aida Kerimova Bəli Aida xanım mənim evimdədə 1- i var 1- yox cox cətindi.........

  • @rovsenhesenzade9169
    @rovsenhesenzade9169 9 років тому

    Zakir muellim bu ifaniz hem insani kovreldir hemde duwundurur bravo deyirem ne yaxwiki sizin kimi senetkarlar var bu ifa ureylere yol tapir ele bil bu mahni sizincun bestelenib yawa Zakir yawa

  • @rovshanovramin8502
    @rovshanovramin8502 6 років тому +5

    Mende biri var biri yoxdu mene pis tesir edir bu ifa canim anam yoxdur bir nece ildir terk edib bizi

  • @lalehuseynova809
    @lalehuseynova809 7 років тому

    Allah Sene rehmet elesin Gozel wair Nüsrət kəsəmənli sən həyatımın wahidimi olmusan😢bizim evde biri vardı biri yox qəlbim yandı ilk sevgimnen ewqimnen😢gozel səs gozel ifa👏👏

  • @eyvazovm1214
    @eyvazovm1214 5 років тому +2

    Bizim evdə biri vardı biri yox uffff 😔😔😔😔😢😢😢😢

  • @qarabag4436
    @qarabag4436 3 роки тому +1

    Canım atam allah sene rehmet eləsin.bizim evdedə biri vardı biri yox.anam bunu bizə hiss etdirməmək üçün əlindən gələni edib amma bu yaşımdada sene ehtiyavım var yetin görünür ata.

  • @asimmammedli6020
    @asimmammedli6020 5 років тому +3

    Halal olsun.aferin bax bu bashqa mesele insanin ruhunu oxshayir

  • @nicatqedirov6132
    @nicatqedirov6132 2 роки тому +1

    Vallah ana basqadi ata basqadi 33 yasim var.Allah anama omur versin amma atamin yeri cox görünür ey valideynləri olanlar vaxtinda qədrini bilin Allah şahiddir dünyaların dəyişəndən sonra ne etsen artiq gecdir

  • @baxramaleskerov9221
    @baxramaleskerov9221 11 років тому +7

    Zakir bəy, nə gözəl oxuyarsan. Maşaallah olsun.Heç kim sənin kimi oxuya bilmir. Nə səhnələri qamarlamış xalq artistləri, Nə Məcnun rolunu özününküləşdirmişlər. Nə xaricə gedəndə adı siyahiya birinci yazılanlar. Heç biri sənin əlinə su tökməyə belə yaramırlar. Bunu xalq da bilir onlar özləri də. Tez-tez özün öz başına duz hərlə. Gözü tökülsün sənin yolunu kəsənlərin!!!

  • @cavadzahidov213
    @cavadzahidov213 3 роки тому +3

    Allah bütün valideynlərə rəhmət etsin! Sağada rəhmət var.

  • @AbdullayevKamran
    @AbdullayevKamran 8 років тому +1

    cox gozel mahnidi cox gozel sozleri var

  • @xatkaguseynova3944
    @xatkaguseynova3944 10 років тому

    Cox gozel seirdi..Cox gozel ifadi..Heqiqeten ne vaxt dinlesem aglatmagi bacarir meni...Replay knopkasina saldirdimm=((((

  • @Ayaz_Quliyev_
    @Ayaz_Quliyev_ 9 років тому +5

    Allah Nusret Kesemenliye rehmet elesin gozel seir yazib oxuyan da yaradib