Eyyub Yaqubov - Ana (Rəsmi Musiqi Videosu)
Вставка
- Опубліковано 25 лис 2024
- Eyyub Yaqubovun "Ana" adlı mahnısı artıq onlayndır.
Eyyub Yaqubova UA-cam-da abunə ol: mikpro.az/eyaq...
Musiqi: Elçin İmanov
Söz: Mikayıl Müşfiq
Eyyub Yaqubov sosial şəbəkələrdə:
Facebook: mikpro.az/eyaq...
Instagram: mikpro.az/eyaq...
Genius: mikpro.az/eyaq...
Eyyub Yaqubov rəqəmsal platformalarda:
Keçid: mikpro.az/eyaq...
Sözlər:
[Bənd 1]
Ana dedim, ürəyimə yanar odlar saçıldı
Ana dedim, bir ürpəriş hasil oldu canımda
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı
Ana dedim, fəqət onu görməz oldum yanımda
Ana dedim, xəyalıma gəldi ağ saçlarıyla...
[Nəqərat]
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Ay ana, qurban ollam mən sana...
[Bənd 2]
Ana, ana! Bu kəlmənin vurğunuyam əzəldən
Onu gözəl anlatamaz düşündüyüm satırlar
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən
Çünki onun xilqətində ayrıca bir füsun var...
[Nəqərat]
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay ana, qurban ollam mən sana
[Çıxış]
Ay ana, qurban ollam mən sana
Ay ana, qurban ollam mən sana...
Eyyub Yaqubov tərəfindən ifa olunan "Ana" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2021
Etiketlər:
#EyyubYaqubov #Ana #mikpro
CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR .( MƏHƏMMƏD s .ə . və s . )
Uşaq olanda Eyyub bəyi dinləmirdim, indi 27 yaşım var, özümü onu dinləyərkən tapıram. Çox qəribədir...
Allah bütün analara can sağlığı versin.❤ Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin 🤲
Türkiye’den selam cok guzel bir Sanatci çok hüzünlü bir şarkı beğendikçe gelip dinlerim
Bu yorumu göz yaşım ilə yazıram.Ana qurban olaram o ağaran saçına həqiqətən 😢
5 aydır anam yoxdu yanımda. Məni bu dünyada yalnız qoydu getdi😢😢😢😢😢😢. Qurban olum sənin cansız bədəninə ay Ana.
Caan ANA ALLAH rehmet etsin. Onu hec kim evez ede bilmir.
DUNYA bir penceredir
Her gelen baxar geder.......
ALLAH RƏHMƏT ELƏSİN
Allah rəhmət eləsin.
4 aydi menim anam yoxdu .canim yoxdu nefesim yoxdu😢😢😢😢😢😢
@@aylinamammedova1567 Allah rəhmət eləsin
Allah rəhmət eləsin 🤲 dünyadan köçən analarımıza 😢
Mende Anami isteyirem🥲🥲🥲Allah dunyasini deyisenlere rehmet etsin. Qalanlara uzun omur versin Amin🤲🤲🤲 Ne qederki Ananiz yasayir , ondan ayrilmayin
Canım anam, çox ehtiyacımız var sənə. Əfsus...
Keşkə anamın əllərindən , gözlərindən öpə bilsəydim 😢
Can ay baci mende darixiram
Canım ANAM uzaq qalmaq nə pis şeydir.Kaş bu qədər uzaq olmazdıq.Elə imkan olsun ki,bir-birimizi tez görək.😢😢
Bu gözəl mahnıya niyə az like gəlirki.Çox sevirem bu mahnını😢
Anasız ömür ömür deyil. Allah
Can sağlığı versin Eyyub bəyə. Anama canım qurban ❤️
💔
Дузди Аллах реhмет еласин бутун Аналара менде хеч доймадым Анамдан 18 яшындан гурбетде олдум йерлери ченнетлий олсун бутун Аналарын❤️❤️
Allah ömür versin
🇩🇪. RUHUN. SHAD. OLSUN. ANAM. MENIM. GELBIM. MENIM. GOZEL. ANAM. SESINI. ESHITMIYENDE OZUME. YER. TAPA. BILMIRDIM INDI. NECE. DOZUREM. BILMIREM. BAGISHLA. MENI. BAGISHLA.
ALLAH RƏHMƏT ELƏSIN YERI CƏNNƏT OLSUN INŞALLAH 🙏🙏🙏🥀🥀
Yeri cennet olsun
Allah rəhmət eləsin
Qebri nurla dolsun
Derdimiz eynidi😢😢😢😢😢😢😢
aAna..cennet.meleyim.idi.Indii.rehmete.gedib.yuxullarimda.goruremanani.hec.Kim.evez.ede.bilmezAllah.sizden.razi.olsun.❤❤❤
Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir.Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək:
- Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, - dedi, - ac adam bunun ikisini güclə yeyər.
Dostlar gülüşdülər. Rəsulun anası isə dedi:
- Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin.
Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı:
- Görəsən, anam sağ olsaydı...
Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı:
Ana dedim, ürəyimə yanar odlar saçıldı, Mikayıl Muşfiq
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin çilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!
Anlatdıkınız Müşfik hakda bu xatireleriniz üçün çox saq olun. Varve varlı olasız inşallah aminn.
@@bshshdhshdjdjd3674 Tesekkur edirem,Sizde sagolun,xatirliram harda oxumusdum bu yazini, gozel bir paylasim idi, mende bele bir gozel musigi altinda her kesin bu musiginin tarixini bilmesi ucun paylasdim.
ne gözel melumatdır,təşəkkürlər.
Təşəkkür edirik🫶🏻
Cox sag olun deyerli melumat ucun😢
7 ildi artıq bizim qayğımızı tək çəkirsən , ay Ana .Allah səni başımızın üstündən əskik etməsin , ay Ana❤
Menim canim anam Allah senin yoxluqunu gostermesin mene 10 yasim var anamsiz olerem 😢
Mende anami isteyirem. Anam menim . Allah dunyasini deyisen valideyunlere rehmet elesin. Heyatda olanlara Allah can sagligi versin. Ananalariniz qedrini bilin.
Sizi allah qorusun!Rehmetlik anamin dogum gunudur.Yerine duwdu
Təranə xanım,Allah rəhmət eləsin ,qəbri nurla dolsun, yeri behiştlik olsun.Ana adı gələndə mənim göz yaşlarımı saxlamaq olmur.
Amin
Аллах Рехмет Елесин Ичинде Меним Анам Атам Олмагла 20 23 яшларымда итирмишем((
@@alializade6894 Allah rəhmət eləsin.Biliraiz? Əsas odur ki , yaxşı övladsınız,valideyinləri yad edirsiniz. Çox çətindir,övladın neçə yaşı olursa olsun valideyin qayğısına ehtiyacı var.Nur içində yatsınlar.
Can Allah ananiza rehmet elesin mekani cennet olsun😒
📿Bakılıların Fəxri Eyyub🖤🤙🏻
💗💖💟💗💖💟💗💖💟💟💟💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💖💖💖💖💖💖💖
Tek bakili yox Qazax rayonundanam,,Eyyubun fanatiyam,,onun sesi,,mahnilarile dincelirem😢
Belə 👏
Allah dünyasını dəyişən Ana Atalarımıza rəhmət eləsin. Bu acını yaşayanlar bilər🥹🥹
Ömürlük həsrətim Atam💔💔❤️🩹❤️🩹
Bu dunyada Anadan shirin shey var goresen🙏🏼Allah butun valideynleri qorusun,olenlere rehmet dileyirem..🤲
Ехтур олада билмяз 🥲❤️
Var.Bala.Mənə elə gəlir ki , atadan, anadan,qardaşdan şirin övladlarımızdır.Analar atalar məni bağışlayar, düşünürəm...
Mikayil Musfiq Azerbaycan tarixinin en gorkemli ve en ozel shairidi.
Canim anam Allah sene sefa versin🙏🙏tezlikle eve bizim yanimiza qayit. Seni cox sevirem. Bugun senin ad gunundu canim anam💕men hazir deyilem anacan senin yoxluquna hec hazir deyilem🥹🥹bunu bize esla yasatma 🙏🙏🙏Allahim anama komek ol🙏🙏🙏08.11.2023
Ananin yerini hec kim tuta bilmez😢😢
BOGAZIM DUYUN BAGLIDI.MAMA SENE SEVGIM AYRIDI.BUTUN ANALARA CAN QURBAN
Allah Atamızı,Anamızı Qorusun ❤🙏
Təəssüfki,Onların Əziyyətini Sonradan Başa Düşürük ..
Ana deyəndə burnumun ucu góynəyir😭😭
😢😢😢
Özü de nece!!!Kaş ki,sesini eşideydim!Gözlerinden öpe bileydim!Çox darıxıram!!!
@@renanovruzova422 AY ALLAH DEME DARIXMAQ DEHSET.CAN ATAM ANAM 😪😪😪😪😪
Allah rəhmət eləsin
Yorumların çoxunda rəhmət oxudular ölənlərə. Valideynin qədrini vaxtında bilmək lazımdı. Allah ölənlərə min rəhmət, qalanlara möhkəm can sağlığı versin amin.
Kimin Anasi dünyadan köçüb 😢😢😢Allah ruhlarini şad etsin😢😢😢😢😢😢😢mende Anami itirmisem alti ildirki goxusuna həsrətəm 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
Yavaş-yavaş məndə sizə yaxınlaşıram günbəgün atam, anam. Sizin üçün bərk darıxmışam atam, anam.
🤲🤲🤲😔
Can qardas
Hamımız anamızın atamızın yanına gedeceyimiz günü səbrsizliklə gözləyirik…
Hamınizin anası sağ olanlara can sağlığı rəhmətə gedənlərə məkanları cənnət olsun mənim anam xəstədir çox heyif onun sağlam canından möhtacdır balalarına can ay anam hanı bəs sənin gözəl günlərin ❤😢😢😢😢🙏🤲
Can ANA ........
ALLAH MIKAYIL MUSFIQE REHMET ETSIN. GENC NAKAM
VETENPERVER SAIR.
RUHU GOYLERDE MEKANI DENIZ.
ALLAH SIZE CAN SAGLIGI VERSIN EYYUB MUELLIM.
Özüm yollardayam (tır sürücüsü) bu mahnı mənə hər gün güvvət verir
Allah yoluna daş deydirmesin...
Çox sağ olun
Allah qorusun qardaş səni həmişə
Я думаю, Ейюб, самый лучший,кто спел про Маму. Это Я так думаю.!!!
Правильно делаете! Вы правы! У эййуба очень красивый и шикарный голос!
👍👍
Nə gözəl mahnıdı. Bu mahnıya kövrəlməmək mümkün deyil həqiqətən. ALLAH sizə can sağlığı versin Eyyub Yaqubov😔
hər dəfə bu mahnıya qulaq asanda kövrəlirəm allah bütün dünyadan köçən analara rəhçət eləsin
Amin
AMİN
Bu musiqi yenə ağlatdı bizi düzdü anam sağdı ama onsuz həyat heçdi 😢
Самая замечательная песня! Давайте слушать наших мам, пока они с нами. Больше всего мы злимся на Маму. Я
Про парней.
Artıq 7 ildir ki Anam yanımda yoxdu.Anasız insan 50 taşında da yetimdi.hər dəfə deyirəm ki kaş 1 saatlık yanımda olaydı ürəyimdə ona deyəcək nə çox sözlərim var ama maləsef.😥😥😥😟😔😔🥀🥀.Səsiniz avazınız var olsun Eyyub bəy.bözəl sənətkar.təşəkküŕlər bəsdələyənə və ifa edənə 😥😥🙏🙏🙏
АЛЛАХ Рехмет Елесин Ичинде Меним Анам Атамла Бирликде
3 gün əvvəl seni itirdim Aayyy aaannnaaa. Qurban olum nəfəsinə ürəyinə. Yetim qaldım 😢😖😖😖😭
Yatdığın torpağa qurban olum ay ana
Men de qaqas
@@imranrzayev7385 Allah razı olsun qaqas
😢😢😭
Allah rehmet elesin😢
Allah analarımıza bərəkətli ömür dünyasın dəyişən analarımıza rəhmət nəsib eləsin 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻
Sağ olun, hörmətli Eyyub müəllim! Gözəl pianoçu, gözəl mahnıların ifaçısı! Hər gün sizi məmnuniyyətlə dınləyirəm! Can bakılımdı!
Gozumun ışığı ANAM Allah seni qorusun❤️❤️❤️❤️❤️❤️
Canım ana'm. Səni hecnə əvəz edə bilməz😢
Allah var elesün seni bakılıların fexri eyyub yaqubov allah cemi anaları qorusun allah dunyadan koçenlere rehmet elesin
Amin
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var…♥️
Könlünüzə, səsinizə sağlıq✨
"Vayvrum" deyenden elbetteki olmaz. O ne sözdü? Vayvrum ana sözüdü?)
Wave room?)
@@jabrail2366 ümid edirəm ki, bir gün başqalarının səhvini özünüzü alçaltmadan düzəldə bilməyi öyrənərsiniz :)
Analarınızın qədrin bilin anadan başqa heç kəsin sizə canı yanmır.səni ürəkdən təmənnasız seven yeganə varlıqdır ANA
Eyyub Yaqubov🙏🏽♥️ Siz hemishe var olun. Bakililar sizii hamidaan çoox istiyir, yaxshi ki varsiz!!!♥️
Большое спасибо вам за песни,супер подбор , Аллах комегиниз олсун,отдыхаю ,мне так плохо было , супруг в тяжёлом состоянии дома,инсульт,мучается,ваши песни мне дали позитив,спасибо ещё раз
Y aşa gözel senetkar !Ana sı olanlar öpürem ellerinden
😢😢😢 adam yaşa dolduqca anlayır ama çox gec olur herşey 😢😢
Anam biraz olar rəhmətə getdi allah cəmi analara rəhmət elesin
Bu sese ne yazsan azdı deyerli senetkarımıza
Operem ellerinden operem gozlerinden canim anam ....kaw sag olaydin nur uzlum😪😪
Ele sheyler var ki,etmek olmaz...dushune bilerik...etmek olmaz...❤❤❤❤❤❤❤😊
Bakililarin fexri Eyyub Yaqubov Allah sene ömür versin
Cox sağ ol Eyyub!
Super mahni,gözəl sözlər,əla ifa,ama hər dəfə kövrəldir.😔
DÜNYANIN ƏN BÖYÜK VARLIĞIDIR ANA.
Слезы текут от души спасибо да хранит вас Аллах
ALLAH bütün analari qorusun menim anamida canım anam ad günün mübarek seni cox sevirem ❤
Эльмира Шабанова! Прекрасная актриса.
Analar olmasa
Dağılar cahan
Sen ele dünyanın özüsen ana❤❤❤❤❤❤❤
Allah sizlere,,ve xalqima bereket versin, amin,,,,Ana bir candir vallahi
Gozel mehriban ANAM ALLAH sene rehmet elesin mekanin Cennet olsun coxxxxxx darixmiwamm senin ucun😢
Canım Anam❤Allah səni mənə çox görməsin🤲🤲🤲🤲🤲
Canım anam❤ Allah bütün Anaları, valideynleri qorusun, Amin🤲🏻
❤❤❤❤Allah butun analari qorusn.Rehmete gedenleride Allah rehmet elesin
KİMİN ANASİ VARSA DEMELİ DUNYANİN EN XOŞBEXTİDİR VALLAH DUZ DEYİREM ANAATA QONAQDİ BU DUNYADA QEDRİNİ BİLİN SONRA GEC OLACAQ
Möhtəsəm əsər və ifa . Bu tandemə uzun ömur və can saqliqi arzu edirəm.
Absolutely emotional song with accompanying great video
Это песня про маму
@@ilxamaradjabova1921 Thank you Ilxama, I am aware of this! :)
SESİNİZDEKİ O SEHİR NEDENDİR,EYYUB BEY? NE BEXTEVER MİLLETİK Kİ,EVEZOLUNMAZ EYYUBUZ VAR...
Canim anam❤ dunyam.Eziz anam yaxsi varsan😊.Seni cox isdiyrem.Allah butun analara can sagligi versin.Rehmete geden analara da allah rehmet etsin.
Ana olmaz bize her yovrum deyen gözelden! Beli,Allah Eyyub Bey Size can sagligi versin Amin! Çox derin menasi var bu eserin. Valideyne sağliğında deyer verib hemise destek olmaq lazimdir 😢❤
Nəbilime ay qaqaş..
22.04.2023..Mənim üçün canımın parçasının getdiyin gün oldu..Bayrama Hazırlaşarkən sübh namazı vaxtı getdi anam...Qollarımda gözünü yumdu, mənimüçün hər sözün və kəlmənin bittiyi an idi. Əziz anam indi sənsiz elə çox darıxıramki ürəyim ağrıyır...😢😢😢😢😢..Anam gözəl anam məni tək qoydun getdin..😢😢😢😢😢😢
Allah sizi var eləsin ecazkar səsli nur çöhrəli əvəzolunmaz Eyyubumuz necə də gözəl ifa edirsiniz valehəm sizə bütün ifa etdiyiniz musiqilərə möhür vurmusunuz sizin kimisi yoxdur Bakımızın işığı Allah sizi qorusun bizlərə çox görməsin Aminn bir dənəsiz 🤲🤲🤲❤🌹🌹🌹
Amin
Canim anam , yoxluyun cox agirdir😢😢😢
Məkanın cənnət olsun ay anaa. Kaş səni bircə gün görsəydim.1 il 3 aydır səni görmürəm.😢
1 gün sirrrrdirrr...Mucize......Reyalliqdir......❤😂😊😊😊
Anami 7 ildir itirmişəm hələdə gözum axtarir onu həmişə mənə dəstək olurdu hər sirrimi onu deyirdim.Anamin üçun cox darixiram(((Allah dunyasini dəyişmiş analara rəhmət qalanlara can sagligi versin!
Ana, muqeddes insan! En boyuk derd - anasizliqdir.
Hayat sirrlerle mucizelerle ❤❤❤❤❤dolu......❤❤❤❤❤❤😊😊😊😮
Allah bütün rəhmətə getmiş analara qəni-qəni rəhmət etsin min defe Amin Amin Amin Amin. Sağ olan anaların canlarını sağlam etsin MİN DƏFƏ AMİN AMİN AMİN AMİN AMİN.
Allah anama uzun omur versin.Anamsiz bir gunum olmasin.Yoxlugunu duşunmek meni daxilen mehv edir
Allah bütün anaları qorusun
Sənnən Son dəfə qulaq asdığım mahnı… eşiden kimi İnci qaç tezz gəl demişdin o zaman dinləyib zövq almışdım indi harda eşitsəm ancaq göz yaşına boğulacam nənə..səni heçvaxt unutmuyacam canım nənəm💔
Gyoz yawlarlslz dinleye bilmirem bu mahnlnl Allah omur versin bestekara waire oxuyana
Uşaq vaxtı bu klipi gözləyirdim ki, baxam. İndi 27 tamam olub yaş yenə yadıma düşdü 😊
Amma niyə kövrəlirəm bu mahnıdan sonra bilmirəm
Yaşım çoxdur , amma yenə bu mahnı məni kövrəldir , anamı bir anlıq görmək istəyirəm !
BU NASIL GÜZEL BIR YORUM NASIL GIZEL BIR SESTIR MAŞALLAH,YÜREGINE DİLİNE SAGLIK👏👏👏🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷
Əvəzolunmazım, gözəl anam, sənsiz necə yaşayıram, heç özum də bilmirəm. Hər dəqiqə, hər an gözümün qarşısındasan...
ALLAH dünyadan köçən Analara qəni-qəni rəhmət eləsin, məkanları cənnət olsun, mənim mələk Anamla birlikdə
...🤲🤲🤲😭
Ağzına sağlık Eyyub Allah sənə can sağlığı versin.Nakam Müşfiq Allah sənə rəhmət eləsin.
Allah bütün analara can sağlığı versin❤
Fikirleri yerinden laxlatmaq olmazzzz.travma yashatmak olmazzzz.her shey oldughu gibidirrr.❤❤❤😂😊
Uşaq vaxtı baxdığım, amma mənasını sadəcə ana haqqında bildiyim klip. İndi isə tamam başqa duyğularla izləyirəm. Yəqin bir o qədər də böyümüşəm, ya da özüm valideyn olduğum üçün fərqli gözlərlə baxıram həyata. Allah Mikayıl Müşfiqə rəhmət eləsin, Eyyub Yaqubova can sağlığı versin, İnşallah.
Realliqda ele sheylerrr olmazinn olmurrr...olmurrr.sirrrdirrr....hayat mucizelerle doluuuu....❤❤❤❤😂😊
ALLAH butin Analara can saligi versin Olenlere rehmet elesin
Senı Sasına kurban olurum Abi
Ömrüne Dünyanın Yükünü Sırtlayan ANAM.
Deyerdiler inanmazdim ama qoxun ucun burnum sizildiyir sesin ucun qulagim sizildiyir melek simancun ureyim goynuyur ay mama axi mennen cox hec kimi isdemirdin meni niye tek qoydun getdin ne etibarsiz oldun meni 8 ildi sensiz qiydun men axi sensiz hec 1 gunde ayri qala bilmirdim senden menimcun bes men sensiz 8 ildi nece qaldim ay mamam canim mamam heyatjm mamam hebsdeki analara efv cixir balalarina qovuwurlar menim de ureyim hebsdedi sensiz ay ana
Rabbim ne olar onu anasına bağışla