☑️Qəbələ üçqulağı. Qebele paxlavasi, üçqulaq paxlava👍

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2021
  • Lazım olan ərzaqlar
    İçlik üçün (Şəkərbura içliyi ilə eynidir)
    Fındıq -- 1 kq
    Şəkər tozu --içlik(fındıq) qədər
    Üyüdülmüş hil --yarım ç.q
    Qurudulmuş lavaş -- 1 stəkan
    Pörtmə lavaş-- üzəri üçün
    Hazırlanması
    Fındığı təmizləyib qabığını təmizləyirik. Bir az da qızardırıq, onda daha dadlı olur. Hil və üyüdülmüş quru lavaşı əlavə edirik. (Əslində fındıqlı içliyə quru lavaş vurulmur, qozlu içliyə vurulur, yağlılığını azaltmaq üçün. Mən göstərmək üçün azca vurdum)
    Pörtmə lavaşları 4 barmaq qalınlığında uzununa kəsirik
    3 bucaq formada büküb içliklə doldururuq
    sonda əlimizi su ilə isladıb yapışdırırıq. Su əvəzi yumurtanın ağını, un və sudan hazırlanmış sıyıq da istifadə edə bilərik.
    sonda üçqulaq paxlavaları duru yağda qızardırıq.
    Göz haqqınızı halal edin😘
    #paxlava #ucqulaq #findiq #qebelepaxlavasi #sirniyyat

КОМЕНТАРІ • 33

  • @aytenaxmedova9636
    @aytenaxmedova9636 Рік тому +1

    Keçmişdə analarımız bunlarla ayrı ayrı "oynayardı"
    Qurusunu da özləri,təpitməsini də özləri edərdi. Qoz-fındıqlı içi də ayrı.
    Əziyyətli iş idi.

  • @user-fu1hw8fg8j
    @user-fu1hw8fg8j 8 місяців тому

    👌 👍 super

  • @mehdizadmehriban1928
    @mehdizadmehriban1928 Рік тому

    SUPER 👍🏻❤️🥰

  • @nigarmemmedli6327
    @nigarmemmedli6327 3 роки тому +1

    Yedim ve dadli idi 🥰🥰

  • @rahlababayeva6216
    @rahlababayeva6216 2 роки тому

    Ellerine sağlık canım

    • @azfoods8827
      @azfoods8827  2 роки тому

      Təşəkkür edirəm ☺️🌺

  • @RahileGulmaliyeva
    @RahileGulmaliyeva 2 місяці тому

    KƏRƏ YAĞDA QIZARDANDA DAHA KƏZZƏTLİ OLUR

  • @ferqaneresidova5185
    @ferqaneresidova5185 3 роки тому

    dadli gorunur, əllərinizə sagliq 🥰

  • @nezrinsadiqli5207
    @nezrinsadiqli5207 2 роки тому

    Ne gozeldi

  • @orxanaab6922
    @orxanaab6922 3 роки тому

    Bereketli olsun ellerine saliq cox gozel alindi🥰

  • @rkyglr9455
    @rkyglr9455 3 роки тому

    Good food tube kanalimiz elinize saglik nefissssssssss

  • @ArzuIbrahimova-qy1dl
    @ArzuIbrahimova-qy1dl Рік тому

    Yorulmayasız xanım👍

  • @ayniz1919
    @ayniz1919 Рік тому +3

    Biz də Qəbələliyik ancaq içliyə yuxa qatmırıq sırf ləpədən edirik

    • @azfoods8827
      @azfoods8827  Рік тому

      elə də olar. sırf qozla edəndə yuxa qatılır, yağlılığını azaltmaq üçün.ama mütləq deyil. mən göstərmək üçün qatmışam

    • @omerezemmedli1967
      @omerezemmedli1967 Рік тому

      Mənim anam həmişə qatıb .qatıla bilir yəni.mende Qebeleliyem.

  • @user-ny4el7xc4g
    @user-ny4el7xc4g 3 роки тому

    Çox sagolun ,ellerinize saliq.

  • @nigarmemmedova2788
    @nigarmemmedova2788 2 роки тому

    Qəbələdən salamlar

    • @azfoods8827
      @azfoods8827  2 роки тому

      Aleykum salam, xoş gəldiniz😊

  • @senanfeyruzlu7728
    @senanfeyruzlu7728 3 роки тому +1

    Əla 👍👍👍

  • @user-zs9zg6fn3q
    @user-zs9zg6fn3q 2 роки тому

    Самарадан Ветеним Гебелейе саламлар.

  • @aydanmursliyeva2158
    @aydanmursliyeva2158 3 роки тому

    Ellerinize sagliq yuxani mutleqdi içliye elave etmek?

    • @azfoods8827
      @azfoods8827  3 роки тому

      Təşəkkür edirəm😊 findiga əlavə edilmir əslində, mən göstərmək üçün əlavə eləmişəm, qoza vurulsa yaxşı olar, çünki qoz çox yağlı olur. Mütləq deyil😊

  • @pervizmemmedov4296
    @pervizmemmedov4296 3 роки тому +1

    Ərdək deirlər buna oğuzda

  • @nihatnagiyev1548
    @nihatnagiyev1548 Рік тому +1

    Bir Qebeleli olaraq deye bileremki biz bele hazirlamiriq,içine lavaş qatmağ olmaz,yari qoz yari findiq lepesinden olur

    • @azfoods8827
      @azfoods8827  Рік тому

      Düzdü, elə də edirik. Bu üsul çox bilinən üsul deyil, ama belə üsul da var deyə mən bunu cəkib göstərmək istədim, digər üsulları məşhurdu☺️

    • @nurlana340
      @nurlana340 Рік тому

      😂😂vallah biizm paxlavanin yaninda hecnedi