Orkhan Zeynalli x Uran - Kor Zabit | "Buz Uşağı" Konserti

Поділитися
Вставка
  • Опубліковано 21 тра 2024
  • Orkhan Zeynalli-nın Uran ilə birgə konsertdə "Kor Zabit" parçasının ifası.
    Orxan Zeynalli-ya UA-cam-da abunə ol: mikpro.az/ozeynalliyt
    Musiqi: Orxan Zeynallı, Uran, Hacı Əliyev
    Söz: Orxan Zeynallı, Uran
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Bənd 1: Orkhan Zeynalli]
    Salam, əsgər! Danışır Vətən
    Sağ ol ki, varsan!
    Bünövrəsi millət olan evdə sən, bil ki, divarsan
    Həm oğulsan, həm ata
    Həm qardaş, həm də ki yarsan
    Bilirdim, gələcəksən
    30 ildir, tərk-i diyarsan
    Döyüşə gedir igidlər
    Gedir ömürlük burada
    Əmrini verir komandir
    Qışqırır bölük burada
    '92 fevralında qar içində qaçan körpələr
    Əridib buzlar içində
    Böyüyüb dönüb qurda
    Döyüşə gedir igidlər
    Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm"
    "Kor Zabit", "Okaber - Taboo"
    "Guantanamero", "Marş"
    "İgid Əsgər - Şəmistan"
    Sənə hər an can qurban
    Sən olasan Gülüstan
    Nigaran ananın göz qapaqlarında gir, islan
    Əllərindən öpürəm, ana
    Qəlbində bitsin üsyan
    Doğsun Günəş camalında
    Kəsilsin əbədi leysan
    Oğlun bitirdi hicranı
    Evinə dönür, gör, neçə insan
    [Nəqərat]
    Kor zabit, onun gözlərini onun torpağı alıb
    Kor zabit narahatdır, çünki hələ qisas qalıb
    Kor zabit müdrikdir, inanır, vaxt gələcək
    Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
    Kor zabit, onun gözlərini onun torpağı alıb
    Kor zabit narahatdır, çünki hələ qisas qalıb
    Kor zabit müdrikdir, inanır, vaxt gələcək
    Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
    [Bənd 2: Uran]
    93-cü illər, döyüşlər, Ağdam
    Axıdılan bir qram qan
    Bir parça torpaq deməkdir
    Bunu döyüşən hər adam yaxşı başa düşür
    Müharibə meydanında, adətən
    Ölüm və həyat mələkləri görüşər
    Qanlı döyüşlərin birində
    Partlayan mərmidən qopan qəlpədən
    Biri bu zabiti edir kor
    O fikirləşir, ya gör, ya da belə yaşamaq olmaz
    Göz azadlıqdır, qanadsız quş havada qalmaz
    Hərbi hospital, 1 saat cərrahiyyə əməliyyatı
    İnsan mənəviyyatı, insan iradəsi
    Bu əməliyyatın hər dəqiqəsi
    İşıqla qaranlığın mübarizəsi
    İnsanla ölümün, nuru qayıtmır zabit gözünün
    Qayıdır ürəyi, həyat enerjisi, çox şükür
    Cərrah həkim bunu etmək üçün yaman tər tökür
    Amma tale döyüşdə, adətən, çox qəddar
    Zabit çıxır hospitaldan, əldə əsas ona həmkar
    Çox həkim ümid verir
    Çox həkim deyir: "O görəcək"
    Hamı fikirləşir: "Zabit sevinəcək bunları eşidib’’
    Düzdür, dövlət ona verib
    Təltiflər və medallar
    Zabitə isə lazımdır
    Gözünü alan torpaqlar
    Satqınçılıqla verilən yerlər
    Mənfəətlə birləşən göylər
    Alçaqlıq, ikiüzlülük
    Bunlar qalacaq kor zabitin yaddaşında ömürlük
    Biz insanlar bəzən görərək
    Ürəyimiz döyünərək yaşamırıq, ölürük
    [Nəqərat]
    Kor zabit, onun gözlərini onun torpağı alıb
    Kor zabit narahatdır, çünki hələ qisas qalıb
    Kor zabit müdrikdir, inanır, vaxt gələcək
    Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
    Kor zabit, onun gözlərini onun torpağı alıb
    Kor zabit narahatdır, çünki hələ qisas qalıb
    Kor zabit müdrikdir, inanır, vaxt gələcək
    Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
    [Bənd 3: Uran]
    Bir gün oğul nəsə deyir zabit atasına
    Dediyi sözlər duz tökür veteran zabitin yarasına
    Həyat ağrılarının hamısına dözən zabitə gəlir qəribə
    Yeni nəslin bu səhv düşüncəsi
    Oğul deyir: "Müharibə başlayarsa
    Əgər birisi gizlənir"
    Başqasının ölüsü, dirisi
    Haqdan xəbəri yox
    Onda hanı vətənpərvərlik?
    Hanı milliyyətçilik hissi?
    Belə şeylər, əziz atam
    Öldürmürmü həvəsi?
    Kor zabit qalxır ayağa oturduğu yerdən
    Sol əli əsir, damla yaş çıxır gözündən
    Birdən bədəni əsir əsəbdən
    Oğul peşmandır suala
    Ağsaqqal gözlərin göstərib deyir
    Məni bu hala salan mənim mənliyim
    Mənim vicdanımdır, halaldır qanım
    Bu torpağa görə şikəst canım
    Qeyrətim bayrağımdır
    Ürəyim Azərbaycanın
    Ölüm, külə dönüm, yanım
    Məhv olum, solum-sağım olsun
    Milliliyini danan zibillər
    Amma bu ellər götürüb silah dönəcək yenə səngərə
    Əgər hərə çəkilsə bir qırağa
    Onda Qarabağa və digər torpaqlara
    Axı kim olacaq cavabdeh?
    Ancaq səfeh insanlar bu dünyada özün düşünür
    Yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür
    Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq
    Gözlərim cəhənnəmə
    Əsas Azərbaycan yaşayacaq!
    [Nəqərat]
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ
    Kor zabit, onun gözlərini onun torpağı alıb
    Kor zabit narahatdır, çünki hələ qisas qalıb
    Kor zabit müdrikdir, inanır, vaxt gələcək
    Kor gözləri torpaqlar qayıdandan sonra görəcək
    [Çıxış]
    Və gördü...
    İnşAllah
    İnşAllah
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Uran #mikpro

КОМЕНТАРІ • 180

  • @MuzafferIsmayilov
    @MuzafferIsmayilov Місяць тому +301

    Şəhid kapitan Rəşad Əliyevin həyat yoldaşından müsahibə alırdıq. Gedəndə ailəsinə mən gələcəkdə uşaqlarımız sülh içində yaşasın , daha şəhid xəbəri eşidilməsin deyə gedirəm demişdi.Naxçıvanda yaşayırdılar, həyat yoldaşına isə Naxçıvana gələn yollar azad olunacaq , ordan dağlarnan gələcək deyilmişdi . Buna görə hər gün o yollara baxırmış xanımı. Təkbaşına 13 erməni öldürən kapitan özü də şəhid olur döyüşlərdə. Hər dəfə Zəngəzurla bağlı xəbər gedəndə o şəhid ailəsi yadıma düşür. İnşallah bir gün o torpaqlarımız da azad olar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tezliklə Zəngəzurun azad olunmasını xəbərini eşitmək diləyi ilə. Mahnının sözlərində deyildiyi kimi...
    Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ
    Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ
    De, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?
    Olmaz bir qarışından düşmənə pay, Qarabağ

    • @gunaymammado
      @gunaymammado Місяць тому +5

      👌🏻🤌🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @Atillabey.1
      @Atillabey.1 Місяць тому +4

      Şada da zabitim olub :( Şahbuz

    • @user-ze8ln5tn5v
      @user-ze8ln5tn5v Місяць тому +1

      Sen Qubali Resad Eliyevden danisirsan????

    • @MuzafferIsmayilov
      @MuzafferIsmayilov Місяць тому +1

      @@user-ze8ln5tn5v yox qardaş, Rəşad Əliyev aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Siz dediyiniz səhv etmirəmsə əslən Qubalı olan Polkovnik-leytenant Rəşad Quliyevdir. Oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

    • @CosqunAgayev-si5tb
      @CosqunAgayev-si5tb 23 дні тому +2

      Nefçalanın Qardaşbəyli kəndinin şəhididi xidməti Naxçıvanda olub.Allah rehmət eləsin Amin🤲

  • @rufomhmdv
    @rufomhmdv Місяць тому +127

    Xidmətimin bitməyinə 6 ay qalıb bəyənin xatirəsi qalsın 🫡 🇦🇿

    • @behruzselim2528
      @behruzselim2528 Місяць тому +3

      Sag salamat qayidin🙏🏻🙏🏻🙏🏻

    • @aysenurh6688
      @aysenurh6688 8 днів тому +2

      Görüşümüzə 6 ay qaldı, ey əsgərim, mən səni gözləyərkən evim Beytülahzan adlanır.

    • @rufomhmdv
      @rufomhmdv 8 днів тому

      @@aysenurh6688 burda her yer Beytülhazan

    • @rufomhmdv
      @rufomhmdv 8 днів тому

      @@aysenurh6688 burda her yer Beytülhazan

    • @rufomhmdv
      @rufomhmdv 8 днів тому

      ​@@aysenurh6688 burda her yer Beytülhazan

  • @shadowdarkblue
    @shadowdarkblue Місяць тому +110

    Gözlərim cəhənnəmə əsas Azərbaycan yaşayacaaaaqq!!!!
    Mənim üçün Azərbaycan repinin 1 nömrəsi Urandır. Mən də varam izləyənlər bilər. Adam bədahətən nəfəs almadan freestyle deyirdi. Kim etiraz edir etsin. URAN ❤️

  • @By.Mehdizadeh
    @By.Mehdizadeh Місяць тому +56

    Uran sağolasan...Sözlərin hər Vətənin sevən adamın qəlbində sevgisin daha da ucaldır.

  • @arzu_poladova
    @arzu_poladova Місяць тому +40

    -Bir nəfəsə oxuduz, bir nəfəsə dinlədikk. Mükəmməll.. 🤍

  • @isikoalieff1800
    @isikoalieff1800 Місяць тому +15

    2ci qarabag Veterani Olaraq Tuklerim biz biz Olaraq Dinleyib Ozum ozumle Azerbaycanla Fexr edib qururlandim❤

  • @bunyaminbehmenzade5458
    @bunyaminbehmenzade5458 Місяць тому +45

    Bunu səhnədə canlı dinləmək bir ömür unudulmayacaq iz buraxdı. Mükəmməlsiz

  • @7eykemiya
    @7eykemiya Місяць тому +119

    Bağışlasın Şəhid Anaları
    Qələbə Sevincimizi 🥀💔

  • @ilkin2017
    @ilkin2017 29 днів тому +9

    Nc nc nc Uran Kor Zabit, Sade bir qız.
    Dəyirman Ya Qarabağ Ya Ölüm
    Host un oxuduqlari
    Biz bunlarla boyuduk beli bunlarla
    Belkem de ona görə biz bele Vətənpərvər, Əxlaqli , Qeyrətli, Namuslu olduq. Veteni Anani Atani sevmeyi qorumagi bele Vətənpərvər mahnilarla oyrendik...

  • @gozely1006
    @gozely1006 Місяць тому +25

    Düzdür, dövlət ona verib
    Təltiflər və medallar
    Zabitə isə lazımdır
    Gözünü alan torpaqlar …
    🙌🏻👏🏻

  • @azerhesimov0000
    @azerhesimov0000 Місяць тому +43

    Uran girərkən o səsləri unutmayacam

  • @xeyaledilek
    @xeyaledilek Місяць тому +32

    Sözlər yetməz bu anlara❤ Amma bir anlıq təsvvür etdim ki, Hüseyn Dərya da sağdır və bir səhnədə yer alırsınız🥹 Sizə uzun ömürlər arzu edirik, Uran, Orxan🙏

    • @O77-vnnt
      @O77-vnnt Місяць тому +2

      Yuzz faiz . Çox heyıfkı ölûm hakdı.

    • @orxanrustamov9127
      @orxanrustamov9127 Місяць тому

      😔

    • @sxyeva.3085
      @sxyeva.3085 Місяць тому +1

      Sesini eşiden kimi, Hüseyn Deryani xatirlamaq.....Uğurlar...

    • @frid8339
      @frid8339 23 дні тому +1

      Kaşki Bu Kaşkilər Olmayaydı.
      Allah Rəhmət Eləsin Sözləri Bir Dərya Olan Hüseyinə

    • @EmilElekberov-yo5ij
      @EmilElekberov-yo5ij 13 днів тому

      Hüseyn Derya yek uran super orxanda pis deyil

  • @user-by9zu2xu2d
    @user-by9zu2xu2d 3 дні тому +1

    Mükəmməl ifa.2012-ci ildən Hərbi xidmət,Hərbi Akademiya ,kursantlıq həyatı və s. keçdi gözümün önündən.28.06.2024 -ci il :Rütbə Kapitan
    İnşallah Təqaüdə çıxdığım gün bu yazını xatırlayacam🙏❤️

  • @W1se5
    @W1se5 Місяць тому +33

    16 yaşımda olmağıma baxmayaraq vətən pərvərlik hissi ruhuma fərqli təsir bağışlayır
    Tüklərim biz-biz oldu.
    Uran Kor zabit və Torpaqdan ev ayrılıqda çox dinləyirdim belə isə tam bir əfsanədir .
    Orxan ❤ Uran

  • @aytnmmmdzad5067
    @aytnmmmdzad5067 Місяць тому +9

    Həmin konsertdə idim, bu hissəni xüsusi zövqlə izlədim

  • @elsadcfrov3590
    @elsadcfrov3590 3 дні тому

    Qeyrətim bayrağımdır. Vətənim Azərbaycanım 🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @surxaysurxay3091
    @surxaysurxay3091 Місяць тому +10

    2007 ci ildə qulaq asmışdım Kor Zabit trackinə və dillərimizdə əzbər olmuşdu.Bu gün bu trackin əslindən də qəşəng səslənəcəyi ağlıma gəlməzdi,əhsən Uran əhsən Aid.

  • @behruzyusifov1261
    @behruzyusifov1261 23 дні тому +4

    Allah butun 1ci Qarabag,2ci Qarabag o cumleden butun sehidlerimize rehmet elesin .Qazilerimize can sagligi.Allah Ordumuzu Qorusun .amin.

  • @MrMamed70
    @MrMamed70 Місяць тому +10

    URAN ORXAN, BU NE BURULĞAN İDİ QARDAŞ, KÖVRELTDİN ❤❤❤✊🏽🇦🇿🇦🇿🇦🇿 QARABAG AZERBAYCANDIR!!!

  • @eyyubhebilli1220
    @eyyubhebilli1220 Місяць тому +19

    Hər dinlədiyimdə bütün hüceyrələrimə qədər hiss etdiyim iki ifa, yeniyetməlik illərimin qəhrəmanları...

  • @cemilrizvanl
    @cemilrizvanl Місяць тому +7

    2005 ci il yadıma düşür.Bu rep mənim üçün bir travmadı.Var ol Uran👍

  • @nizamiismaylov2162
    @nizamiismaylov2162 Місяць тому +6

    Vətən varlilarin yaxşi yaşamasi ucun kasiblarin öldüyü yerdir😢😢

  • @tofiqcebrayilov2572
    @tofiqcebrayilov2572 Місяць тому +5

    Əslində zabit zahirən kordur lakin biz insanlığın çoxluğu ruhən koruq.
    Biz insanlar bəzən görərək, ürəyimiz döyünərək, yaşamırıq ölürük.

  • @feqanehmedov4374
    @feqanehmedov4374 Місяць тому +6

    Bu treckə qulaq asarkən gozlərimi bağladim.Sadəcə doyus yolu canlandi beynimde.Bu trecki sadəcə muharibədə canini qoyanlar cox dərin anlayar.Cox heyf .

  • @livgerrsteven7636
    @livgerrsteven7636 Місяць тому +6

    Uranın 1 saniyə belə lyric ekranına baxmaması 🔥

  • @yaqubisgenderli7626
    @yaqubisgenderli7626 Місяць тому +9

    Ancaq səfeh insanlar bu dünyada özün düşünür
    Yaxşı ki gözlərim görmür, lakin qəlb döyünür
    Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq
    Gözlərim cəhənnəmə
    Əsas Azərbaycan yaşayacaq!

  • @aligojaev2201
    @aligojaev2201 Місяць тому +4

    Gözlərim doldu, əsas da son verse'de. Bu gün əgər azrapda da vətənpərvərlik hiss daşınırsa bunun səbəbkarı Uran və Dəyirmandı. Halal olsun Ustad... Kim gəlirsə gəlsin, sənin yerin bəllidi bizdə...

  • @behruzyusifov1261
    @behruzyusifov1261 23 дні тому +2

    Gozlerim yasardi.hem kor zabitin sozleri hem yanimda sehid olan qardaslarim,qazi olan qardaslarim yadima dusdu.halaldi usaqlar.

  • @ElvinYusifov-pg2jg
    @ElvinYusifov-pg2jg 15 днів тому

    Ehsen cox qururverici ve vetenperver bir sozler.

  • @herbici0523
    @herbici0523 26 днів тому +2

    Tarix oxuyub Tarix yazan bir Qazidir bunu yazan...🫂🇦🇿

  • @azebaku4276
    @azebaku4276 Місяць тому +4

    Bilirdim gələcəksən, 30 ildir tərkidiyarsan... Bağışla bizi Vətən, 30 ildən sonra gəldik...

  • @xeyalesamilzade5817
    @xeyalesamilzade5817 Місяць тому +3

    Orda olub əzbər oxudum.İnsanın iliklərinə qədər işləyir sözləri.😢

  • @user-ne6yz4mk3q
    @user-ne6yz4mk3q 22 дні тому +1

    MOHTESEM❤❤❤MOHTESEM❤❤❤MOHTESEM❤❤❤

  • @gulummehmanzade2133
    @gulummehmanzade2133 Місяць тому +4

    Bu ikilini bir yerde gormek mene lezzet eledi.sag olun ....gencliyimi geri qaytardiniz bu deqiqelerde...😢

  • @feridenagiyeva1642
    @feridenagiyeva1642 Місяць тому +2

    Allah bütün şəhidlərimizə rəhmət qazilərimizə şəfa versin .Vətənimizin müstəqilliyi əbədi olsun 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿❤️❤️❤️

  • @farizmammadov5428
    @farizmammadov5428 Місяць тому +3

    Mən 7ci dəfə qulaq asıram. Uran çox gözəl emosiyaları baxışladı. Hər ikinizə uğurlar

  • @kovakadini88
    @kovakadini88 Місяць тому +9

    Xeyirli olsun hərkəsə xoş dinləmələr 🙋🤌✨

  • @K.Lala79
    @K.Lala79 Місяць тому +3

    Ağladım....🥺🥺Ruhunuz şad olsun,əziz oğullar, qardaşlar,atalar,ərlər....

  • @anarofficial4852
    @anarofficial4852 Місяць тому +5

    Yaxski varsan ❤ mekteb illerimden dinlediyim qaraqan aid okaber ❤❤❤

  • @zakakhalilov
    @zakakhalilov Місяць тому +4

    Dogurdan kor zabit kimi ogullar canini verdi ,torpaqlarimizi geri qaytardi❤️

  • @heckim6588
    @heckim6588 Місяць тому +7

    Hər kəlməsi qızıldı, möhtəşəmsiniz!

  • @raminisgenderov8873
    @raminisgenderov8873 Місяць тому +1

    ❤️🇦🇿🔥 canim Azerbaycanim. Cox wukur Bu gunumuzu bize yawadan wehidlerime Allah rehmet elesin. Qazilerimize Allah wefa versin

  • @shahnazbaghirova1149
    @shahnazbaghirova1149 24 дні тому +1

    Uranın səsi çox təmizdir

  • @rafi_6_3
    @rafi_6_3 6 днів тому

    ❤ hemiwe uzun yol gedende mawinda tek olanda ya kor zabit yada aidin mahnilarini dineyirdim yorgunlugumu alirdi yolu daha maraqli eliyirdi . Biraz kecmiwe qayitdim ✌🏿

  • @OkaberKarabin13
    @OkaberKarabin13 Місяць тому +3

    Mükəmməl+mükəmməl

  • @rakidaa
    @rakidaa Місяць тому +4

    Qarşınızda baş əyirəm✌️😘

  • @ramingasanov1521
    @ramingasanov1521 26 днів тому

    ƏHSƏN 👏👏👏🇦🇿🇦🇿🇦🇿

  • @elnurfeyzizade7666
    @elnurfeyzizade7666 Місяць тому +2

    Repden daha artigi . mohtewemsiz.zehmeti olan her kese sonsuz tewekkurler.

  • @ulviemin8340
    @ulviemin8340 Місяць тому +1

    Kor zabit. Bu trek tək Uranın yox, xalqın şedevrdir.

  • @samiraismayilova1017
    @samiraismayilova1017 Місяць тому +1

    Allah bütün şəhidlərimizin ruhunu şad etsin.

  • @ilaheniftalyeva
    @ilaheniftalyeva Місяць тому +2

    Hər konsertdə bu track insanda dərin duyğular oyadır🥹💙

  • @efqanhuseynov1824
    @efqanhuseynov1824 29 днів тому

    ALLAH rehmet elesin sehidlerimize. Qazilerimize sefa dileyirem. En boyuk mesuliyyet herbici heyatina aid cunki onlar dusmenle her an uz be uzdu. Onlarsiz veten yoxdur. Onlar bizim qururumuz

  • @Economist1000
    @Economist1000 29 днів тому

    MÖHTƏŞƏMSİZ!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HaciOgullari
    @HaciOgullari Місяць тому +1

    Tüklərim biz biz olur buna və Ya Qarabağ Ya Ölümə qulaq asanda.Müharibədə olanları nə qədər danışsaqda yaşamayana hə danış anlamaz.Arzu etmirəm kimsə müharibə görsün.Ömrlük getdi travmamız...

  • @nerminmemmedli2492
    @nerminmemmedli2492 Місяць тому +2

    Enerjini necə ötürürsüüzzz,möhtəşəəəmmmm!!!!... 💣💥💥💥

  • @efqanibrahimxelilov2494
    @efqanibrahimxelilov2494 20 днів тому

    Yaşlı gözlerle dinledim😢😢😢😢

  • @alizadeh5555
    @alizadeh5555 Місяць тому +2

    Enerjiniz nece mohtesemdi Orxan Uran yasayin yasadin

  • @elgundenizmeyxanac6743
    @elgundenizmeyxanac6743 Місяць тому +1

    Uran mənim üçün başqa aləmdir Orxan da başqa aləm.Bu uşaqları sevirəm də həqiqətən.Vəhşidilər də.🫵🤘🇦🇿🤙

  • @gunaybextiyarova1988
    @gunaybextiyarova1988 Місяць тому +2

    Kor Zabit nostaji 👍👍

  • @SADiGNURi
    @SADiGNURi Місяць тому

    Uran sən neynədin uran belə gedəssən irəli👍

  • @mehdicabbarov8101
    @mehdicabbarov8101 26 днів тому

    Bunun yenisini yazmaq lazimdir.cunki qaytardiq o torpaqlari.o kor zabit artiq ruhen gorur.

  • @IlqarEhmedli
    @IlqarEhmedli Місяць тому +2

    Uran canavarsan 🐺

  • @heybetadam
    @heybetadam Місяць тому +2

    Belə bir mövzuda mahnı ifa edirsiz amma dj in konsertdə səsləndirdiyi musiqilər arasında erməni bəstəsi də var idi. Çox təəssüf ki, belə şeylərə diqqət etmirsiz. Birinci erməni bəstəsi verib, sonra bu mahnı....

  • @user-qi3hd7sj8x
    @user-qi3hd7sj8x 26 днів тому

    Uran sanki özü yaşayıb bu hadiseni o cür təsvir edir

  • @Muslim01233
    @Muslim01233 Місяць тому +3

    Bu çox gözəl alınıb

  • @perfect_gamer-cs6mb
    @perfect_gamer-cs6mb 8 днів тому

    Əla

  • @user-ux8zh2ij8y
    @user-ux8zh2ij8y Місяць тому +1

    Uraaaan supeeerrr hər zaman olduğu kimi👍👍👍

  • @perviznamaz
    @perviznamaz 15 годин тому

    Uran sen başqasan 👍

  • @xeyalibadullayev5105
    @xeyalibadullayev5105 Місяць тому +1

    Super Super
    Çox sağ olun Qardaşlar

  • @behruzselim2528
    @behruzselim2528 Місяць тому

    Hay daa Urana halal olsun, canli repi cox super ifa etdi. Orxan abi de hec de, ikisi de super👍👍👍

  • @cevahiraliyeva
    @cevahiraliyeva Місяць тому

    MÖH TƏ ŞƏMMM❤

  • @juneydhasanli3097
    @juneydhasanli3097 Місяць тому +2

    Çox dəyəlidir, çox sağ olun! Uğurlar!

  • @bxtiyarxankisiyev732
    @bxtiyarxankisiyev732 16 днів тому

    Uran sən başqasan qardaş❤

  • @feyyazbutayev9446
    @feyyazbutayev9446 26 днів тому

    İkinizi biyerde görmey ❤❤

  • @FezailKarabin
    @FezailKarabin Місяць тому

    Möhtəşəm

  • @MaraqliTV42
    @MaraqliTV42 Місяць тому +2

    Kor zabit 🇦🇿

  • @tapomansur6299
    @tapomansur6299 19 днів тому

    Urann❤❤ Yenə olsun

  • @tuhhhj7928
    @tuhhhj7928 Місяць тому

    Saqol qardasim 👍👍👍

  • @mirsalamzizov6157
    @mirsalamzizov6157 Місяць тому +2

    Bunu döyüşən hər adam yaxşı başa düşür müharibə meydanında adətən ölümlə həyat mələyləri görüşür

  • @Malish_13
    @Malish_13 29 днів тому +1

    🎭🔥

  • @FikoZulfuqarli
    @FikoZulfuqarli Місяць тому +1

    Kor zabit nuru qayıtdı gözünün 💪

  • @ar2102
    @ar2102 Місяць тому +1

    2 kosmik gəmi yer kürəsində❤

  • @mehmancavadov6256
    @mehmancavadov6256 Місяць тому

    Ne gozel ehsen size Orxan Uran👍👍👍👏👏👏👏👏👏👏👏👏👏

  • @Anardiveclub1
    @Anardiveclub1 Місяць тому +1

    Uran kimi istedad batib gedir. Cox heyif

  • @vugarabbasy6510
    @vugarabbasy6510 Місяць тому +1

    Möhtəşəm!!!

  • @yehyaburceliyev7885
    @yehyaburceliyev7885 Місяць тому +1

    Aid və Uran fərqi 😍😍😍

  • @faminmirzeliyev9522
    @faminmirzeliyev9522 25 днів тому

    Uran ❤

  • @saidan_va963
    @saidan_va963 Місяць тому

    Zövq aldım 😍😍🙏🏻

  • @elshadhuseynov2946
    @elshadhuseynov2946 Місяць тому +1

    səhnədə oturanların Urana kilitlenmeyi Kor Zabit track-in böyüklüyünden bəhs edir

  • @mehmanmaharramov6612
    @mehmanmaharramov6612 Місяць тому

    Urannnnnn bir Canlı Əfsanədir!!!

  • @ruslanhasanov88
    @ruslanhasanov88 Місяць тому

    2 əjdaga Halal Olsun Fəxrlərimiz 🇦🇿✊

  • @rufetaliyev3333
    @rufetaliyev3333 27 днів тому

    Çox sağolun uşaqlar... Her ikiniz möhtəşəmsiniz...

  • @ruslanismayilov2068
    @ruslanismayilov2068 Місяць тому

    Gözlərim doldu.

  • @mustafataceddinov6443
    @mustafataceddinov6443 Місяць тому +1

    Əla collabdı

  • @MaraqliTV42
    @MaraqliTV42 Місяць тому +1

    2 möhtəşəm treckin birləşməsi

  • @AydinAlekberov
    @AydinAlekberov Місяць тому

    Siz usaqliqimizsiniz bizim hər an gozlerimiz qulaqimiz nefesimiz gənc kimi izlədim

  • @tafiti4829
    @tafiti4829 Місяць тому +1

    (Satqınçılığla verilən yerlərr). (hələlə qisas qalıb).❤️‍🩹🖤🤌🤌

  • @HSYNN118
    @HSYNN118 Місяць тому

    Bunu gözləyirdim

  • @gonchakhanim1862
    @gonchakhanim1862 Місяць тому

    Mükemmel.

  • @Ismail_1188
    @Ismail_1188 Місяць тому

    Fantastic 💪🏼💪🏼💪🏼