Məmmədbağır Bağırzadə - Ninnə Yarım

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2022
  • Məmmədbağır Bağırzadə kanalına abunə olmaq üçün bu linkə daxil olun:wedia.link/MemmedbagirBagirzade
    Kərkük Xalq Mahnısı
    Arxiv : İmam Əli Dadaşov
    Sözlər :
    Evlərinin önü yonca
    Yonca qalxmış dam boyunca, dam boyunca
    Boyu uzun, beli incə, ninnə yarım, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Boyu uzun, beli incə, ninnə yarım, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Evlərinin önü darçın
    Fələk qoymur gözüm açım, gözüm açım
    Səni alım, hara qaçım, ninnə yarim, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Səni alım, hara qaçım, ninnə yarim, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Evlərinin önü lalə
    Saqi olub ver piyalə, ver piyalə
    Yoldaş olup, düşək yola, ninnə yarım, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Yoldaş olup, düşək yola, ninnə yarım, ninnə
    Əsmər yarım, ninnə
    Ninnə, ninnə
    Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
    #MemmedbagirBagirzade #NinneYarim #MemmedbagirNinneYarim

КОМЕНТАРІ • 19

  • @user-ky1ow7ph1t
    @user-ky1ow7ph1t Рік тому +1

    Dahi , gözəl. Sənətkar Məmmədbağır Bağırzadə !Gözəl insan Sizə qulaq asanda unsanın əsəbləri sakitləşir.Allah Sizə rəhmət eləsin , nurlar icində yatın.Amun.

  • @resadhaciyev8024
    @resadhaciyev8024 Рік тому +1

    Allah rəhmət eləsin dahi sənətkar, gözəl xanəndə çox heyf ki tez getdi.😓

  • @zekaqedimov5834
    @zekaqedimov5834 3 місяці тому +1

    Allah rəhmət eləsin

  • @zabithuseynov7489
    @zabithuseynov7489 Рік тому +1

    Allah rəhmət eləsin.

  • @maisekazimova2539
    @maisekazimova2539 2 роки тому +8

    Səsin gözəlliyinə, cazibədarlığına, şirinliyinə elə valeh olursan ki, sanki hər şey, bütün dadsıslıqlar, qəm, kədər yaddan çıxır, eləcə ətirli çıçəklərə, xoş təbəssümlərə, işığa, nurlu şəfəqlərə bürünürsən.
    İnsan ruhu ritmik musiqinin, ovsunlu nəğmələrin, nadir, incə, mükəmməl səsin həzin tərənnümü əhatəsində azad, rahat nəfəs alır !

  • @maisekazimova2539
    @maisekazimova2539 2 роки тому +7

    MƏMMƏDBAĞIR BAĞIRZADƏ sənətini bizlərə sevdirən, unudulmaz edən müqəddəs yaradıcılığındakı paklıq, saflıq, dərinlikdir. Yaradıcılıq dünyası həmişə öz təravətini, ülviliyini, müdrikliyini qoruyub saxlamış, izləyicilərinə yüksək keyfiyyətlər aşılamış, ən müqəddəs, dəyərli ideyalara səslənmişdir .
    İşıqlı, sehirli, billur nəğmələr çələngi bulaq kimi çağlayıb izləyicilərini ovsunlayıbdı hər zaman !

  • @AaBb-nt2gh
    @AaBb-nt2gh 2 роки тому +5

    Əvəzolunmaz sənətkarımıza Allah rəhmət eləsin.

  • @samxalhaciagazade5340
    @samxalhaciagazade5340 2 роки тому +4

    Allah rəhmət eləsin!

  • @maisekazimova2539
    @maisekazimova2539 2 роки тому +4

    Dəyərli SƏNƏTKARımızın doğma , əziz, müqəddəs yaradıcılıq dünyası son dərəcə zəngin, rəngarəng, geniş, parlaq və işıqlıdır.
    Əfsanəvi, həmişəyaşar SƏNƏTKAR hər zaman ön cərgələrdə olubdu, öz mövqeyini qoruyub- saxlamış, ən uca zirvələrə yüksəlmişdir !

  • @maisekazimova2539
    @maisekazimova2539 2 роки тому +5

    Möhtəşəm yaradıcılığına xas cəhətlər _ sadəlik, səmimilik, nikbinlik, duyğularındakı dərinlik və zənginlik öz əksini tapmışdır nəğmələr dünyasında. Çox təbii ki, hər bir nəğməsi izləyici qəlbini nura boyayır, rirrətə gətirir daima.
    Ən gözəl hisslər - sevgi duyğuları necə incəliklə, nəcibliklə nəğmələrdə tərənnümünu tapır , könülləri bəzyir, ruhu, xəyalları uçurur. Təkrar - təkrar dinləsək də belə doymaq olmur, ən ülvi gözəlliklərə aparır bizləri !

  • @naila730
    @naila730 2 роки тому +4

    Allah rəhmət eyləsin xalqın dərin hörmətini və məhəbbətinə qazanmış ustad sənətkarımızı, məzarı nurla dolsun, amin Allah! Hər bir mahnısını dinləyəndə Allahdan rəhmət diləyirik, ruhu şad olsun unudulmaz sənətkarımızın, amin!

  • @maisekazimova2539
    @maisekazimova2539 2 роки тому +5

    MƏMMƏDBAĞIR BAĞIRZADƏ yaradıcılığı olduqca möhtəşəmdir, rəngarəngliyi, əlvanlığı, şirinliyilə hər zaman duyğulandırır, rövnəqləndirir arzu - duyğularımızı. Bu günəş şəfəqli nəğmələr çələnginin bizlərə bəxş etdiyi nəciblik, zəriflik , əsrarəngiz gözəlliklər dünyası sehirləyir, əfsunlayır hər zaman izləyicilərini !

  • @user-kw9ch6sw5d
    @user-kw9ch6sw5d 2 роки тому +2

    Чох йахшы махныдыр ела охуду. Аллах рехмет елесин, Аллах оглун сахласын.

  • @balagakazimov4011
    @balagakazimov4011 2 роки тому +3

    Əziz sənətkar allah rəhmət edsin sizə

  • @nihadvahabzade
    @nihadvahabzade 2 роки тому +3

    Allah rehmet elesin.

  • @lindan1921
    @lindan1921 4 місяці тому +1

  • @alishdayi
    @alishdayi 2 роки тому +2

    Mükəmməl ....

  • @user-rb2jk8km3r
    @user-rb2jk8km3r 2 роки тому +2

    Allah rehmet elesin

  • @nairae
    @nairae 2 роки тому +2

    🇦🇿🎼