Memmedbagir Bagirzade - Axşamlar

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @ruslannuraynilay6784
    @ruslannuraynilay6784 3 роки тому +3005

    Atamın 60 illiyini keçirirdik. Ofsiyant oğlan musiqi qoşurdu. Dedi, nə qoşaq? Dedim, nə bilim. Dedi, gəlin, Röyanı qoşaq, hamının xoşu gələcək. Dedim, yox əşi. Qoşdum, Məmmədbağır Bağırzadə, "Axşamlar". Axşamçağı, dəniz kənarı, musiqinin verdiyi ləzzəti heç bir musiqi əvəz etmir. Allah rəhmət eləsin,.

    • @gunelgg334
      @gunelgg334 2 роки тому +67

      Salam.Urəksiz.Var olsun atanizda

    • @zinanemetova2846
      @zinanemetova2846 2 роки тому +48

      @@gunelgg334 alan rehmet etsın en cowduqum muqenı Eşl kıwı ıdı

    • @elbrusmuhbeliyev9246
      @elbrusmuhbeliyev9246 2 роки тому +21

      Amin

    • @muradsaliyev3751
      @muradsaliyev3751 2 роки тому +23

      Çox təsirli oldu bu cümleler həqiqətən))

    • @Jfjxuztjdh
      @Jfjxuztjdh 2 роки тому +47

      Məni ciddi qəbul edin amma yazdığınız sözü elə gözəl yazmısızki elə bil ernest heminqueyin QOCA VƏ DƏNİZ əsərini oxuyuram

  • @fru798
    @fru798 11 місяців тому +31

    06.01.2024 bu mahnı ölməz əsərdi. Allah hər kəsə bu mahnını xoş günlərdə qulaq asmağı nəsib etsin. Sənətkarın da məkanı cənnət, ruhu şad olsun.

  • @IBRAHIMHALILBALAYOGULLARI
    @IBRAHIMHALILBALAYOGULLARI 2 роки тому +190

    Sibirdə universitetdə oxuyurdum, 17 yaşım hələ bitməmişdi, Azərbaycandan yeni getmişdim... və axşam, qaranlıq düşəndən sonra çörək almağa getmişdim, çöldə isə 40 dərəcə şaxta vardı, başıma da papaq qoymamışdım..sadəcə Böyük Sənətkar deyil, həm də sənəti qədər Böyük Şəxsiyyət Məmmədbağır Bağrızadənin çox sevdiyim bu mahnısını bir evdən eşitdim, küçədə dayanıb sonuna qədər bu səsləndirməni dinlədim və sonra utancaqlıq, sıxılma hissinə güc gələrək həmin mərtəbəyə qalxıb onu dinləyən həmyerlimizlə tanış oldum, dostlaşdım.. heyif ondan, heyif ki, belə Böyüklərimiz əlimizdən, aramızdan tez getməklə bizləri ağrı-acı içində, ruhumuzu isə yetim qoyurlar! Amma illər, yüzillər keçəcək, heç zaman Azərbaycanın, TÜRKün ürəyindən onun və onun kimilərin getməsi mümkün olmayacaq, daim özlərini yaşayan bilənlərin çoxlarından daha canlı, daha yaşayan olaraq qalacaq!! Ruhun qarşısında baş əyirəm!!

  • @zulfiyyramazanova3814
    @zulfiyyramazanova3814 2 роки тому +85

    Uşaq vaxtı atamın maşınında ən çox Məmmədbağır Bağırzadənin mahnılarına qulaq asardıq. Allah rəhmət eləsin. Yoxdur daha belə səslər.Çoox təəssüflər olsun:(

    • @Muradelizade499
      @Muradelizade499 2 роки тому +6

      He mende.2000 illərdə.Heyif o illərdən

    • @haqqadalet6866
      @haqqadalet6866 2 роки тому +4

      @@Muradelizade499 hardasa 94-99 illər. 2000 də lütüşlər çıxmışdı meydana. 6-10 yaşımız var idi. Çox maraqlı zamanda olmuşuq biz

  • @zamanmeherremov1429
    @zamanmeherremov1429 3 роки тому +135

    Çoox heyif belə sənətkardan birdə gəlməz. Səhnəmiz qaldı bambılıların əlində

    • @фахаджиро-д9х
      @фахаджиро-д9х 3 роки тому +8

      Бели гардашым чох дузгун йазмысан Аллах Дахи Сенеткарымыза рехмет елесин гебрин даима нурлу олсун 🤲

    • @zamanmeherremov1429
      @zamanmeherremov1429 3 роки тому +4

      @@фахаджиро-д9х Amin

  • @aygunsardarova8036
    @aygunsardarova8036 10 місяців тому +58

    Gor Azerbaycan musiqisi Haralardan haralara gelib. Ele bilirem tek menem bu mahnilara qulaq asan.

    • @BehruzH041
      @BehruzH041 9 місяців тому +2

      Belə gözəl mahnılara qulaq asmamaq olar

    • @UlkerEzizova-ur1bf
      @UlkerEzizova-ur1bf 5 місяців тому +1

      Olmaz😂​@@BehruzH041

  • @ЗахирМамедов-п8с
    @ЗахирМамедов-п8с 2 роки тому +20

    Allah seni rehmet etsin ruhun hemişe şad olsun gözel sesli muğenimiz Memmedbağir Bağirzade

  • @bextiyarmmdov4749
    @bextiyarmmdov4749 3 роки тому +34

    Səsiylə tarixə düşən gözəl müğənni.üzü səsindən nurlu.allah yerinizi behişt etsin.amin

  • @zamanmeherremov1429
    @zamanmeherremov1429 3 роки тому +29

    Çox heyif ki sizi kimi sənətkarı belə tez itirdik.Allah sizə rəhmət eləsin nur üzlü sənətkar.

  • @ikiminonuch
    @ikiminonuch 3 місяці тому +20

    Uşaq vaxtı evdəkilər dinləyərkən heçnə baş açmadığım musiqi illər sonra ruhumun sarı siminə toxunur. Səsinin şirinliyi, musiqinin sözləri, mənasının dərinliyə və insanların orjinal vaxtları. Bizlərə ötürdüyün bu möhtəşəm hiss üçün təşəkkür edirik! Ruhun Şad olsun!

  • @maisa.5892
    @maisa.5892 3 роки тому +30

    Əlaqa Vahid kimi ustad, qəzəlxan şairə bərabər bir sənətkar, muqam ustasıdır Memmedbaqır Baqırzade! Allah hər iki ustada rəhmət eyləsin məkanları behişt olsun! Amin!

  • @kenans184
    @kenans184 3 роки тому +134

    Səsi bal kimi şirin, üzü nurlu,mədəniyyəti ,tərbiyəsi ilə örnək di.Gəncliyimin sevimli müğənnisi.

  • @orkhanorkhan2425
    @orkhanorkhan2425 3 роки тому +10

    Daha gelmez bele medeniyeytli sanballi insanan dünyaya Allah sizə rəhmət eləsin ruhunuz şad yeriniz cənnət olsun böyük sənətkar Məmmədbağır bağırzadə

  • @sabirsharifbekli7641
    @sabirsharifbekli7641 2 роки тому +10

    ALLAH güzel insan ,güzel sanatçı Merhum Memmedbağır Bağırzadeni Gani Gani Rahmet Eylesin, Makamı ÇenEt olsun, Ruhu Şad olsun

  • @ilkinhaciyev7786
    @ilkinhaciyev7786 9 місяців тому +39

    35 yaşim men bu mahnılara qulaq asiram yaşıdlarım mene gulur ancaq menim ruhum dincelir Allah rehmet elesin Memmedbagir bagirzadayə.

    • @arazasgarly167
      @arazasgarly167 9 місяців тому +7

      28 yaşım var düz 6 ildi bu mahnını aralıqsız dinləyirəm. Bəzən kədərlənirəm, bəzən sevinc hissinə qapılıram..

    • @hedisbayramli981
      @hedisbayramli981 9 місяців тому +8

      17 yaşım.var bu mahnını o qədər sevirəm ki və ya belə musiqiləri

    • @elyanurar
      @elyanurar 7 місяців тому +2

      21 yaşım var bu mahnı sadəcə mükəmməldir yayda kənd toylarında axşam qoyardılar mən onda lap balaca idim

  • @ayaz3354
    @ayaz3354 2 роки тому +22

    İndikilər bilməz təbii oxumaq buna deyilir) Allah rəhmət eləsin dahi və əvəz olunmaz sənətkarımız 😔

  • @maisekazimova2539
    @maisekazimova2539 3 роки тому +24

    ,, Axşamlar''mahnısı təkcə MƏMMƏDBAĞIR BAĞIRZADƏyə məxsusdu məncə. ,,Dilkəş'' ansamblı kimi musiqinin özəlliyini, sevimli, dəyərli sənətkarımız kimi mahnının gözəlliyini kimsə belə diqqətli, məzmunlu təqdim edə bilməyəcək... DÜŞƏNDƏ ÇİYNİNƏ O QARA SAŞLARIN, DƏRİN XƏYALA DALIRAM. BAXDIQCA DOYMURAM , O MƏH CƏMALƏ AXŞAMLR ... ☀️ ☀️ ☀️ ☀️ ☀️ ☀️ ☀️ ☀️ ☀️

  • @ТогрулТанарвердиев-р6ъ
    @ТогрулТанарвердиев-р6ъ 7 місяців тому +53

    2024 -de hele qulaq asanlar nedi? Bu mahnilar sonsuza qeder dinlenecek 🔥

    • @familmiqbilov4144
      @familmiqbilov4144 6 місяців тому +1

      Oldu

    • @EliMemmedov-nu5dz
      @EliMemmedov-nu5dz 6 місяців тому +2

      İndiklər bu mahnını bilməz ləzətini

    • @SolmazınDünyası
      @SolmazınDünyası 4 місяці тому +1

      Onlarda bizi yaşa çatanda qulaq asacaqlar. Hələ qoy cavanlıq etsinlər :)))​@@EliMemmedov-nu5dz

  • @gulnarahaciquliyeva2946
    @gulnarahaciquliyeva2946 3 роки тому +83

    Damarlarda qanı coşduran musiqilər ifa edən böyük sənətkarımız Allah sənə rəhmər eləsin səndən birdə olmayacaq

  • @nebilsevsff9628
    @nebilsevsff9628 2 роки тому +14

    1985 ci ılin ən romantik mahnısı tələbəlik illərim yadima düşdü cox duygulandım gözəl əsl sənətkarımız hönkürə hönkürə agladıgım insan Allah rəhmət eyləsin

  • @БЯНИЗСАФАРЛИ
    @БЯНИЗСАФАРЛИ 3 роки тому +70

    Талантливый великий певец, достойный сын Азербайджана с ним вместе поёт и моя душа и сердце.Аллах рехмет елесин.🤲🥀🥀😪

    • @фахаджиро-д9х
      @фахаджиро-д9х 3 роки тому +4

      Да такого Сенеткара больше не будет Аллах рехмет елесин гебрин нурла долсун Дахи Сенеткар 🤲

    • @ЯшарСолтанов-ъ2щ
      @ЯшарСолтанов-ъ2щ 3 роки тому +2

      Duzdu sayqili soydasimiz rusbas

  • @pourpresoleil2110
    @pourpresoleil2110 3 роки тому +13

    Allah rəhmət eləsin məkanı cənnət olsun. Əvəzolunmaz sənətkar idi çox heyif tez getdi həyatdan

  • @camel3832
    @camel3832 2 роки тому +23

    Azerbaycan müziği dünyanın bir numarasıdır net👏🇹🇷🇦🇿

  • @zohraalimuradova2064
    @zohraalimuradova2064 2 роки тому +12

    Allah qəni qəni rəhmət eləsin gözəl sənətkarımıza .Amin . Azərbaycan musiqi sənətinin nadir incilərindən biri ...Bu səsdən gəlməyib hələ ki ...

  • @Minara34629
    @Minara34629 18 днів тому +15

    Sesinin sehrinden doymadigim Memmedbagir.Allah seni rehmet elesin

  • @v13zero64
    @v13zero64 Рік тому +26

    02.02.2023
    Əvvəl atam qulaq asırdı mən uşağ idim başa düşmürdüm deyirdim necə belə mahnılara qulaq asırsan il olub 2023 indi özüm axşamlar qulaq asıram.

  • @letafethasimova4172
    @letafethasimova4172 2 роки тому +27

    Bu səsdən bir də gəlməyəcək Qəbri nurla dolsun 🤲🙏

  • @kamransuleymanov8542
    @kamransuleymanov8542 11 місяців тому +8

    Allah rəmət eləsin böyük sənətkara. Elə bir sənətkar yoxdur ki , heç olmasa 5 -3 nəfər bəyənməyəni olsun. Amma MƏHƏMMƏDBAĞIR BAĞIRZADƏ nəinki səsi ilə həm də nur üzü ilə xalqın sevimlisi idi. İnşəallah məkanı cənnətdir.

  • @nebilsevsff9628
    @nebilsevsff9628 2 роки тому +16

    1986 cı illərdə aglıya aglıya qulaq asdıgım gəncliyimin ən gözəl mahnı Allah sizə rəhmət eyləsin gözəl insan sənətkar

  • @mubarizxancanov4823
    @mubarizxancanov4823 3 роки тому +3

    Məmmədbağır müəllim sağlığında dəvət olunan toyları çox gözəl apardır ki sanki elə bil toy sahibi ilə və toyda olan insanıarla neçə illərdi dostdur qardaşdır. Çox mehirban və səmimi insan idi. Onun oxuduğu bütün mahınıları çox həvəslə dinləyirəm dəfələrlə təkrar dinləyirəm və dinləməkdən yorulmuram. Onun xüsusən bu axşamlar mahınısını daha çox sevirəm. Onun oxuduğu mahınlar çoxu şən mahınılardı. Allah sizə rəhmət etsin Məmmədbağır müəllim. Sizin unudulmayan sənətkarmısız. Sizin oxuğduğnuz mahınıları indi də sevə sevə dinləyirlər və gələcəkdə gələcək nəsillərmizdə sevə sevə dinləyəcəklər

  • @alibabayev6408
    @alibabayev6408 3 роки тому +14

    Böyük sənətkara Allahdan rəhmət diləyirəm.Məkanı cənnət olsun

  • @faiqpasayev1810
    @faiqpasayev1810 7 місяців тому +11

    Gözəl sənətkar Allah sənə rəhmət eləsin onun musiqilərilə böyüdük əvəzolunmaz sənətkar çox heyif bu dünyadan tez köçdü mən Məmmədbağır məllimi ilk dəfə 1997 ci ildə baksovet metrosunun yanında gördüm 07 si var idi orda evinə gəlmişdi uşağnan uşaq böyügünən böyük idi.şəxsinə və sənətinə hörmətlə yanaşanlardan biriyəm

  • @qoncaaliyeva5770
    @qoncaaliyeva5770 3 місяці тому +10

    GÖR NECƏ İNSANLARI İTİRMİŞİK, DEMƏY OLARKİ, İNCƏSƏNƏTİN ƏN GÖZƏL İNSANLARININ ÇOXUNU İTİRMİŞİK. GÖZƏL OĞULLARIMIZI ŞƏHİD VERMİŞİY, YARALI QAZİLƏRƏDƏ BAXSN YOXDUR. GÖZƏL İNSAN SƏNİ ALLAH RIHMƏT ELSİN, RUHUN ŞAD OLSUN MƏNİM YERLİM, ATAMIN DOSTU.❤❤❤

  • @gulnarememmedova8238
    @gulnarememmedova8238 2 місяці тому +18

    Uşaq vaxtı eşidib mənasıni başa dusmediyimiz mahnılari bir az yaş alan kimi axtarmaqa başlayırıq.Ele bil ki, ruhumuza hopub bu gözel mahnılar.Dinleyerken meni bir anlıq uşaqlıq illərime apardı.Hansi ki,onda çox doğmam həyatda idi😢😢😢

  • @maqaratte
    @maqaratte 2 роки тому +27

    Ruhu qidalandıran ifa,mahnı...Möhtəşəm. Allah sənətkarımıza rəhmət etsin

  • @surememmedova1767
    @surememmedova1767 Місяць тому +13

    Bu mahnını bu gün işdən evə dönəndə ilk dəfə avtobus sürücüsü dinləyərkən eşitdim.həqiqətən cox kövrəldim.Gəlib axtarış etdim və tapdım. Halal olsun o Avtobus sürücüsünə. Belə mahnı duyumu var imiş. Və ana haqqında bu cür mahnıya dəfələrlə yol boyunca qulaq asdı və cox kədərli idi.mən onu tanımıram.amma ona təşəkkür etdim. 144 nömrəli avtobusun sürücüsü.Mərdəkan buzovna kənd avtobusu.😢😢

    • @Karma___777
      @Karma___777 Місяць тому +4

      Bu mahnını dinləyən insanlar bu həyatda çox şeyini itirmiş insanlardır ona görə 😢😢

  • @imamelidadasov2713
    @imamelidadasov2713 3 роки тому +73

    ,,Axşamlar ,,mahnısını müğənniıərin əksəriyyəti oxuyub.Heç kimin haqqına girmək fikrim yoxdur,hər müğənniyə ayrı ayrılıqda hörmətim var.Amma.....
    Məmmədbağır Bağırzadənin,,Axşamlar,,ı baldı bal.
    Qəbrin nurla dolsun qardaş.

  • @abdulazimovamatanataydin4710
    @abdulazimovamatanataydin4710 3 роки тому +21

    Mənim Atam dünyanin ən saf Atasıdır Allah qorusun ürəyim Atamı Amin

    • @roya5569
      @roya5569 2 роки тому +1

      Menimde atama Allah rəhmət eləsin

  • @lileo9534
    @lileo9534 Рік тому +19

    2023 u il dekabr ayi......
    Sesin sirinliyinden doymaq olmur.
    Senden bir de olmayacaq...
    İndi Dunya da basqadi İnsanlarda.
    7 ay evvel eziz qardasimi itirdim.
    Onunla birlikde men de olmusem. Heyat cox can sixicidir.

    • @ilkinilkin9339
      @ilkinilkin9339 11 місяців тому +2

      Allah rəhmət eləsin məkanı cənnət olsun🤲🤲🤲🤲😞😞😞😞

  • @36kartlar
    @36kartlar 9 місяців тому +22

    Bədənim üşüyür, tüklərim tikan tikan olur bu mahnıya qulaq asanda

  • @naqedakerimova7672
    @naqedakerimova7672 3 роки тому +77

    Кароль паеть для Каролей. Маммедбагир поменял нашу покаление. У него был совсем иное взгляд и манера исполнителя. Та радость и свабода который он принес Азербайджанскому культуру перевернула все и дал толчок и развития более естественному исполнение. Он всегда останется великий достоянием Азербайджана.

  • @kemalehaciyeva
    @kemalehaciyeva Рік тому +27

    O vaxtın mahnılarına heç nə çatmaz. Nəyinki mahnılara, həm də sənətkarlara çatmaz indikilər

  • @СафарАлиев-ч7н
    @СафарАлиев-ч7н 3 роки тому +16

    Azərbaycan musiqi sənətinin , mahnı, muğam ifaçılığının yüksək səviyyəli təqdimatı Məmmədbağır Bağırzadəyə məxsusdur.
    Allah rəhmət eləsin

  • @KartalKara-z1m
    @KartalKara-z1m 3 місяці тому +15

    Gerçek sanatkar bunlardı. Allah rahmet etsin. Türkiye'den selamlar.

  • @natiqcfrov3225
    @natiqcfrov3225 3 роки тому +14

    Allah Rəhmət Eləsin Böyüg Sənətgarımıza Qəbiri Nurla Dolsun Amin Məmmədbağır Bağırzadə Allah Rəhmət Eləsin

  • @vusalekerimova8529
    @vusalekerimova8529 2 роки тому +8

    Allah sene qeni qeni rehmet elesin usdad her qulaq asanda kovreliremses deyile bulbuldu bu dunyanin bulbulu.indi cennetde bulbuller icinde olasan Aminn

  • @zamanmeherremov1429
    @zamanmeherremov1429 3 роки тому +19

    Super ifa bu mahnının möhürünü vurub Məmmədbağır müəllim.

  • @ilkinqasimov4441
    @ilkinqasimov4441 2 роки тому +6

    Allah Məmmədbağiri Məhəbbət Kazimovu rəhmət eləsin. Səhnə mədəniyyəti gözəl musiqilər bularla getdi. Kişi simalari idi rəhmətliklər.

  • @narminaabbasova1021
    @narminaabbasova1021 3 роки тому +41

    Gənclik illərim yadıma duşdu.Gəncədə konsertinə getmişdim rəfiqəmlə..Alla ona da rəhmət eləsin,gəzəl sənətkarımıza da.😭😭

  • @namigbekov1564
    @namigbekov1564 Рік тому +10

    GözeL insan aLLah sene rehmet eLesin.

  • @emrahamrahov5177
    @emrahamrahov5177 2 роки тому +10

    1981 ci il ,qayqisiz genclik.Onun mahnisi meni cavanliq illerime geri qaytarir.Kendimizin sesli ,kuylu axşamlari yadima duşur.Allah rehmet elesin .Evezolunmaz senetcilerimizden idi.

  • @zeynalramazanov3357
    @zeynalramazanov3357 2 роки тому +12

    Sòz Əliaqa Vahid musiqisi Məmmədbaqir Baqirzadə Allah hər ikisinə rəhmət eləsin unudulmaz ustadlar

  • @QəribəHəyatlar
    @QəribəHəyatlar 9 місяців тому +13

    Mahnı adamı keçmişə aparır. Allah rəhmət elesin

  • @elvin__a_ov
    @elvin__a_ov 11 місяців тому +11

    Allah gozel senetkarimiza rehmet elesin bezi cavanlar bele deyerli ifalarin qiymetini cox gec bilecek heyif baxmayaraqki mende cavanam ama doymuram bu ifalardan

  • @babat3lekom907
    @babat3lekom907 2 роки тому +12

    Yadfaşlarda,ürəklərdə əbədi yaşayan sevimli sənətkarımız ruhun şad olsun! 👐Heyif, çox heyif səsinizə ,özünûzə,sizsiz òksüz qalan mahmılarınıza!

  • @aynuraliyev242
    @aynuraliyev242 Рік тому +17

    Bilmirəm nədənsə bu musiqini eşidəndə kövrəlirəm,Allah rəhmət eləsin sənətkara,

  • @smr4828
    @smr4828 3 роки тому +17

    Sevdiyim müğənni və əvəzsiz ifa..Allah rəhmət etsin...Bal səsli müğənnim..

  • @merdanhuseynov7950
    @merdanhuseynov7950 3 роки тому +5

    ALLAH rəhmət etsin unudulmaz sənətkarı Məmmədbaqır Baqırzadəni.Usdadın oxuduqu mahnıları çoxları ifa edir,amma rəhmətlin oxuduqu şirinlik ürək daqlayan səs eşidilmir.

  • @arifhuseynov43
    @arifhuseynov43 2 роки тому +10

    ALLAH qəni-qəni rəhmət eləsin BÖYÜK sənətkarımıza,məkanı cənnət olsun inşəALLAH.

  • @lileo9534
    @lileo9534 2 роки тому +18

    2022 il. Hele de dinleyirem.
    Yerin Cennetdir. Gozel Sade INSAN. Heyf ki omrun qisa oldu. ALLAH rehmet etsin.

  • @sukranklckaya3021
    @sukranklckaya3021 2 роки тому +19

    Mekani cennet olsun allahin rahmeti üzerine olsun o yattikca nesli var olsun bu güzel ses acaba nesline gecmismi bilmem ben Turkiyeden yazıyorum allaha emanet olun hayranlıkla dinliyorum

  • @SalehHuseynov-tu3xp
    @SalehHuseynov-tu3xp 9 місяців тому +22

    Rəhmətliyin bu mahnısı mənim ruhumun dərmanıdır Allah rəhmət eləsin

  • @samedquliyev2084
    @samedquliyev2084 2 роки тому +14

    ALLAH SENE REHMET ELESIN/Goresen senden birde gelecekmi.Tekrarsiz bextever'

  • @cosqunaliyev3638
    @cosqunaliyev3638 Рік тому +12

    Allah rəhmət eləsin gözəl sənətkara
    02.02.2023
    Hələdə eyni həvəslə dinlənilən gözəl musiqi gözəl sənətkar

  • @TosuTosu-sp8yp
    @TosuTosu-sp8yp Рік тому +13

    Bu yaşımda bu mahnıları sevdiyim ücün özümlə fəxir edirəm❤Allah rəhmət etsin

  • @Caelbaeskeid
    @Caelbaeskeid 6 місяців тому +20

    Hermosa música. Saludos 🙋🏽‍♂️ azerbaiyanos desde la hermosa Cuenca Ecuador Sudamérica 19-06-2024. Vengan a conocer, les va a gustar.

  • @asiyedoruk4769
    @asiyedoruk4769 8 місяців тому +10

    Allah rehmet etsin bu mahnı insanı uzaqlara aparir

  • @ЕВАЕВА7575
    @ЕВАЕВА7575 3 роки тому +25

    Qəbrin nurla dolsun gözəl insan əvəz olunmaz səs🥀

  • @shehlaferecovfa7136
    @shehlaferecovfa7136 10 місяців тому +12

    Toylarımızın ləzzəti sizinlə getdi Şənliklərimizdə qəribsəyib sizlər üçün Ruhunuz şad olsun Şəhla Günay Nardaranlı

  • @Sebastian_barnavas
    @Sebastian_barnavas 8 місяців тому +23

    16yaşım var yaxşıki yaşıdlarımın gulag asdıgı mahnılara gulag asmıram, və bunlara gulag asıram

  • @guneyrzayeva1168
    @guneyrzayeva1168 2 роки тому +22

    Rəhmətlik Nənəmin ən çox sevdiyi muğənni idi Məmmədbağır Bağırzadə😔 97 ci ildə Rəhmətlik Zöhrə xanımla duetləri çıxmışdı,hər dəfə kasetləri çıxanda Nənəm alırdı yığırdı nəvələrini başına oynayırdıq😔 kaş ki, o illər olardı Allah rəhmət eləsin Sənətkara🤲🏻birdə gəlməz sizin tək insan bu dünyaya! 😔💔

    • @Chaeluvi1
      @Chaeluvi1 2 роки тому +3

      Əllbəttə birdə bucur sənətkardan gəlməyəcək həyata.

  • @telmanxelilov
    @telmanxelilov 2 роки тому +14

    Əvəzsiz sənətkar idi heyifki aramızdan tez ayrildi Allah rəhmət eləsin. Mahnılarını heçkim özü kimi oxumur səsi gözəl idi avazı gözəl idi birdə belə sənətkar gəlməz dünyaya

  • @fidanelizade522
    @fidanelizade522 Рік тому +12

    Evimiz Məmmədbağırın kasetləri ilə dolu olardı, hər yeni kasetin originalını atam alıb getirməli idi, o qədər qulaq asırdıq ki indi də bütün mahnılarını əzbərdən bilirəm...
    Amma bu mahnılara ağlaya ağlaya qulaq asacağımı heç düşünməzdim, atam da Məmmədbağır kimi tez getdi dünyadan, Allah rəhmət eləsin həm sənətkara, həm də atama...

  • @QetibeEsgerova-b3p
    @QetibeEsgerova-b3p 7 місяців тому +5

    Super mahnı.Super ifa.Ruhumuzda əbədi kök salan əvəzolunmaz ifa.Məkanın cənnət olsun gözəl sənətkar.

  • @nigarqulamova7048
    @nigarqulamova7048 2 місяці тому +10

    Atamın musiqilərini ən çox sevdiyi müğənni mən də qulaq asıram Allah rəhmət eləsin gözəl səsli insanı

  • @aysell_h
    @aysell_h 3 місяці тому +14

    Bu mahnının möhürünü bu sənətkar vurub kim oxusa da çata bilməz bu ifaya.Musiqi zövqü olmayanlar ancağ gedib başqalarına qulağ asa bilər

  • @natisabdullayeva7149
    @natisabdullayeva7149 2 роки тому +10

    Memmedbaqir Baqirzade sizin neqmeleriniz qelbimize hezinlik getirir. Gozel neqmekar senetkar ureyimde yeriniz var. Cox heyif

    • @Etibar904
      @Etibar904 2 роки тому +1

      Məkanı cənnət olsun

  • @rovsennebiyev8658
    @rovsennebiyev8658 2 роки тому +17

    BÖYÜK ŞƏXSİYYƏT,DAHİ SƏNƏTKAR İDİ.ALLAH RUHUN ŞAD ELƏSİN.

  • @khaganishiraliyev2788
    @khaganishiraliyev2788 3 роки тому +12

    Allah rəhmət eləsin,gözəl senetkara

  • @elsenmustafayev7007
    @elsenmustafayev7007 3 роки тому +11

    Heyf belə musiqiçilər belə mahnılar daha yoxdur.Bu musiqilər bizim xəzinəmizdi.Yaşatmaq lazımdır.Yoxsa indiklər
    Əxlaqsızlar mügənnilik edirlər.Adını batırırlar bu sənətin.

  • @terlanosmanova1115
    @terlanosmanova1115 2 роки тому +24

    Kaş o iller olaydi😔 yene bele gozel mugenillerimiz ifa ederdiler

  • @zumrudaliyeva8821
    @zumrudaliyeva8821 6 місяців тому +6

    Ruhun qabağında səni sevənlər baş əyir. Allah məkanını cənnət etsin, Məmmədbağir ABagirzadə. Amin!

  • @nurlaneliyev3912
    @nurlaneliyev3912 3 роки тому +19

    Allah rehmet eləsun gozel senetkarimiz Nerderanimizin fəxri.

  • @hokumhuseynova5530
    @hokumhuseynova5530 2 роки тому +4

    Azərbaycan xalq musiqi sənətində şedevr.Bu sənətkarın yaradıcılığına dair nə yazsaq onun sənəti və insanlığı qarşısında kiçik qalır.Allah rəhmət eləsin.

  • @zuleyxaaliyeva1036
    @zuleyxaaliyeva1036 3 роки тому +19

    Əvəz olunmaz sənətkar mədəni gözəl insan yerin cənnət olsun Amin.

  • @NicatAlicanov-m9b
    @NicatAlicanov-m9b 6 місяців тому +7

    Allah rəhmət eləsin nur içində yat dəyərli sənətkar Məmmədbağır Bagirzade ❤😢

  • @АскероваМансура-г3щ
    @АскероваМансура-г3щ 3 роки тому +31

    Bu səsdən çətin ki,bir də ola .Bu bi r İJAHİ istedaddır ❤👏

  • @hakantac491
    @hakantac491 2 роки тому +4

    kral adamdi allah gani gani rahmet eylesin menin favorimdi memmed bagir zade mekani cennet olsun insaallah

  • @ilqareliyev1097
    @ilqareliyev1097 4 місяці тому +9

    Kişiləri olub bu millətin.Ağırlığı ilə hörməti ilə nümunə olublar.Heç kim də onlara lağ eləməyib.Hörmət izzət sahibləri olublar.Allah rəhmət eləsin.Səsləri də bir başqa aləm.

  • @МушвигАлыев-х8з
    @МушвигАлыев-х8з 3 роки тому +8

    Allah rəhmət eləsin. Ķözəl sənətkar idi.Rəhmana da Allah CAN sağlığı versin.

  • @cavidmust7561
    @cavidmust7561 Рік тому +10

    Atamin ailəmizin ən sevimli mugənnisi bir torpaqda yatirlar atamla allah hər ikisinə rəhmət elesin nardaran torpaginda hayif atamdan hayif bu cur mugənnidən

  • @tahireeliyeva5651
    @tahireeliyeva5651 3 роки тому +8

    Qulaq asdiqca, sesinden doymadiqim senetkar.Sizden bir de hec vaxt olmayajax.Ruhunuz sad olsun.

  • @saraleyla4698
    @saraleyla4698 4 місяці тому +11

    Papamın en sevdiyi mahnı onun üçün çox darıxıram Allah rəhmət etsin😢 Her ikisini

  • @aliyeayhan180
    @aliyeayhan180 2 роки тому +4

    Kimse senin qeder gözel sesli gözel avazli ola bilmez mekanin cennet olsun. Her kes sevirdi seni Memmedbağir bey Allah sene rəhmət eyləsin🤲😢😢😢

  • @Neman548
    @Neman548 2 роки тому +9

    Gözəl unudulmaz sənətkar. Ruhu şad olsun. Allah rəhmət eləsin!

  • @user-cg2hd7xq5w
    @user-cg2hd7xq5w 2 роки тому +9

    Allah rəhmət eləsin.Azərbaycan müsiqisi, mədəniyyəti Sizlərlə getdi.

  • @aygunhuseynova2846
    @aygunhuseynova2846 10 місяців тому +11

    Sözlər bir başqa aləm musiqi bir başqa aləm. İfaya da söz ola bilməz. Allah sizə rəhmət eləsin

  • @nizamiqudrtli1684
    @nizamiqudrtli1684 3 роки тому +6

    Təkrarsiz Dahi Sənətkar, Allah rəhmət eləsin, Kollektiv Gözəl müşayət

  • @simal.kanali7083
    @simal.kanali7083 2 роки тому +14

    Nə qədər səhnə mədəniyyəti var hevik sendən Allah rehmet elesin ♥🎤

  • @ferhadtagiyev9759
    @ferhadtagiyev9759 2 роки тому +12

    Allah rəhmət eləsin,Kəramət demiş az yaşamagda bir mədəniyyətdir.