Yapon Həkim Nişinin Sirri - Onurğa və Bel Ağrılarını Sağaldır

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2024
  • #BirBax #Azerbaycan #Nişi
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Müasir dünyada bel ağrılarından əziyyət çəkən insanların sayı günbəgün artmaqdadır. Səbəblər sırasında qeyri-aktiv həyat tərzi, anormal duruş, onurğadakı xroniki xəstəliklər, daimi gərginlik və s. var. Onurğadakı diskomfort hissinin aradan qaldırılması və ağrıların azalması üçün yaponiyalı loğman Katsuzo Nişi`nin sistemini sizə təqdim edəcəyik. O, şəxsi təcrübələrinə əsaslanaraq bel ağrılarını müalicə edirdi. Onun gimnastika təliminə təkcə gimnastik hərəkətlər deyil, həmçinin, düzgün qidalanma da daxil idi. Nişi sistemini tətbiq edənlər sağlamlığının qeydinə qalacaq, gec qocalacaq, stressə qarşı müqavimətli olacaq.
    Katsuzo Nişi`nin sistemini istənilən naşı adam, istənilən yaşda öz həyatına tətbiq edə bilər. Loğman Nişi`nin özü uşaqlıqdan daim sağlamlığı ilə bağlı problemlər yaşayıb. O, daim ağrıyırdı. 7 yaşında bağırsaq vərəminə yoluxur. Bundan əlavə, onun limfa sistemində xroniki xəstəlik vardı. Həmin vaxt həkimlər onun uzun yaşamayacağı qənaətində idilər. Bu qədər xəstəliklə o, 20 yaşınadək ancaq çatardı. Amma gələcəyin loğmanı həkimlərin bu qənaəti ilə razı deyildi. Nişi aktiv uşaq idi; qılınc oynadırdı, tez-tez meditasiya ilə məşğul olurdu. Diaqnozdan 3 il sonra onu yenidən müayinə edən həkimlər bu dəfə daha optimist idilər. Beləcə, Katsuzo Nişi uzun bir ömür yaşadı və 75 yaşında dünyasını dəyişdi.
    O, bütün ömrü boyu tibbi araşdırmalarla məşğul olub və öyrəndiklərini öz üzərində sınaqdan çıxarıb. Uzun illər ərzində topladığı təcrübəni, nəhayət, bir gün kitab halına salır. 40 yaşında Nişi əhali arasında olduqca populyar idi. Çarə axtaran insanlar ölkəsinin, hətta dünyanın müxtəlif bölgələrindən Nişi`nin yanına gəlirdi.
    Nişi`nin metodunun əsasında “insan orqanizminin vahid sistem olması” fikri dayanırdı. Bu yanaşmaya görə, hər orqanı ayrılıqda götürmək düzgün deyil. Nəsə tətbiq ediləcəksə, proses kompleks şəkildə, yəni, bütün orqanizmə sirayət edəcək şəkildə həyata keçirilməlidir. Nişi`nin fikrincə, sağlamlığın zəmanəti ruh və bədən sağlamlığının balanslaşdırılmasıdır. O, düşünürdü ki, dərman preparatları, sadəcə, simptomları aradan qaldırır, xəstəliyin əsas səbəbini deyil. Beldəki ağrıların səbəbini onurğada və onurğaətrafı əzələlərin, vətərlərin qan dövranının pozulmasında axtarmaq lazımdır. Bundan əlavə, bel ağrılarının səbəbləri sırasında qeyri-düzgün qidalanmanın və tənəffüs yollarındakı hər hansı problemin olduğunu da deyirdi. Çünki bunlar hərəkət-dayaq sistemi üçün enerji və oksigen deməkdir.
    Nişi sisteminin faydaları
    Bu sistemin tətbiqi ilə təkcə onurğanın deyil, daxili orqanların da sağlamlığına dəstək olmaq mümkündür.
    Müsbət effekt verəcək olan üsulları məşq etməyi seçsəniz, orqanizminizdə bunlar baş verəcək:
    -immunitet möhkəmlənəcək;
    -qan dövranı yaxşılaşacaq;
    -ürəyin və damarların işi normallaşacaq;
    -qidaların həzmi yaxşılaşacaq, bağırsaqların işindəki problemlər aradan qalxacaq;
    -baş ağrıları və ya diş ağrıları azalacaq;
    -zehin aydınlanacaq, yaddaş güclənəcək, diqqət dağınıqlığı aradan qalxacaq;
    -yuxu rejimi düzələcək, yuxunun keyfiyyəti artacaq, yuxuya getmə asanlaşacaq;
    -orqanizmdə cavanlaşma gedəcək, ömür uzanacaq;
    Nişi təliminin texnikası və əsasları:
    Loğmanın sistemi müxtəlif faktorların kompleks tətbiqinə əsaslanır.
    1. Düzgün qidalanma;
    2. Düzgün duruş;
    3. Xüsusi təlimlər;
    Bunlar orqanizmin sağlamlığını dəstəkləyir və bel ağrılarından yaxa qurtarmağa kömək edir. Gərək, rasiona elə qidalar daxil edilsin ki, onlar əzələ-vətər sistemini gücləndirsin. Fosfor, kalsium və D vitamini tərkibli qidalar da unudulmamalıdır.
    Nişi sisteminin əsasında dayanan 4 element budur:
    -özünə nəzarət və pozitivlik-sağlamlığın zəmanəti;
    -düzgün qidalanma-orqanizmin daxildən təmizlənməsi;
    -dəriyə qulluq-daxili orqanları xarici mühitdən qorumaq;
    -bədənimizin dayağı ayaqlarımızdır;
    Nişi sisteminin 6 qaydası:
    Ən birincisi, mütləq bərk və düzgün səthdə yatılmalıdır. Bu məqsəd üçün ən əlverişli üsul döşəmədə yatmaqdır. Bu cür yatış onurğanı məhv olmaqdan qoruyur, həmçinin, onun mütənasibliyini təmin edir. Onurğadakı mütənasiblik isə, öz növbəsində, daxili orqanların, ümumiyyətlə, orqanizmin düzgün işləməsinə stimul verir. Böyük, hündür yastıqların yerinə, kiçik, orta bərklikdə mütəkkələr yetərlidir. Onu da başın altına deyil, boyunun altına qoymaq lazımdır. Bu duruş boyunun sağlamlığının qorunmasına xidmət edir. Düzdür, bu cür vəziyyətdə yuxuya getmək asan deyil. Amma vərdiş edə bilsəniz, müsbət dəyişikliklərin fərqinə varmaqda gecikməyəcəksiniz.

КОМЕНТАРІ • 288

  • @birbaxkanal
    @birbaxkanal  Рік тому +40

    Nişinin təlimləri haqda nə düşünürsünüz? Edənlər zəhmət olmasa fikirlərini bizimlə bölüşsün🙏

    • @asifesgerov3284
      @asifesgerov3284 Рік тому +3

      Fikirleriniz cox gozeldi .

    • @aidaxalilova4673
      @aidaxalilova4673 Рік тому +7

      Nişinin kitabı yeni çıxanda, kitabı aldım. Oxudum və başladım bu cür qidalanmağa. Özümü çox gözel, yüngül hiss etdim. Bizim metbexle buna emel etmek mümkün olmadı)

    • @rasimxelilov3268
      @rasimxelilov3268 Рік тому +7

      Mən 20-il əvvəl nişinin kitabını aldım. oxudum və idman hərəkətlərini elədim çox yaxşı təsir edir bütün xəstəlikləri müalicə etmək olur

    • @Sala-sz3sl
      @Sala-sz3sl Рік тому +6

      Cox gözel.indi baxdım.ederem bu hareketleri. Ayaqlarım dilerim ağrıyır. Şeker xəstəsiyəm. Gerek xeyir edecekmi

    • @aidaxalilova4673
      @aidaxalilova4673 Рік тому +6

      @@Sala-sz3sl Allah Şefa versin. Çox kömek edir

  • @elmansharifov6773
    @elmansharifov6773 Рік тому +89

    Mən dahi Yapon alimi Nişinin əvəzolunmaz sisteminin köməyilə ağır onurğa xəstəliklərindən sağaldım və 13 ildir ki onun sayəsində enerji dolu tam sağlam həyat yaşayıram Sizə də mənim kimi Nişşinin yaratdığl bu möhtəşəm sistemlə pozitiv və sağlam həyat arzulayıram

    • @talehmemmedov9137
      @talehmemmedov9137 Рік тому +6

      Eldar Əzimzadə,, Möcüzəsis möcüzə " kitabi

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +2

      Daim sağlam olun🙏

    • @migeldimitros384
      @migeldimitros384 Рік тому +1

      O filosof olub

    • @Maqa466
      @Maqa466 Рік тому +13

      ​@@talehmemmedov9137 Ərşad Əzimzadə

    • @sevdakerimova7049
      @sevdakerimova7049 Рік тому +1

      ​@@talehmemmedov9137 mueyyen yalnisliqlar var o kitabda. Meselen: bagarsaqlarin temizlenmesi heftede bir deyil, ayda ve ya iki ayda bir olmalid.....

  • @ferdyusfl-md8zo
    @ferdyusfl-md8zo 11 місяців тому +10

    Allah bu bir bax kanalını yaradanlardan razı olsun baxib yararlaniriq Allah bütün xesdelere şəfa versin ya Allah

  • @fuzulihuseynov2861
    @fuzulihuseynov2861 Рік тому +6

    Nəəhayət ki,bəşəriyyətin ən böyük alimi böyük Katsudzo Nişinin,və ən dəyərli nəzəriyyənin (Nişi təlimi) adıni çəkdiniz.Buna təşəkkürlər.O ki qaldı bundan faydalanmaq istəyən insanlara,deyə bilərəm ki,ilk növbədə kifayət qədər savadlı olmalıdır, "insan təbiətin evladıdır"fəlsəfəsini dərk etməlidir.Daha çox demək olar.

  • @xeyalehaciyeva7271
    @xeyalehaciyeva7271 Рік тому +2

    Salam. Menim.anam.96-ci ilden bu idmani eliyir. Qaymaritden eziyyet cekirdi.beli eyilmiwdi. Bu idman sayesinde ozunu sagaldib.i dide eliyir. Cox gozel idmandi meslehetdiki hami elesin."Mocuzesuz mocuze" Erwad Ezimzadenin kitabinda her wey yazilib. Alin oxuyun. Anam indide Erwad beye minnetdardi

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Рік тому +14

    Allah razı olsun sizdən

  • @azerrustamov1353
    @azerrustamov1353 Рік тому +11

    Paylasdiginiz videolarin en mukemmlidir. Nişi haqqinda cox oxumusam, 70-80 % riayet edirem. Yaxşı olar sonra da Nişinin qidalanmagi haqqında məlumat vererdiniz.

  • @abyevameysar6044
    @abyevameysar6044 Рік тому +15

    Nəşrinin tövsiyələrinə əməl edərək ayaqda durmuşam ruhuna təşəkkür edirəm

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 Рік тому +5

    ALLAH razı olsun. 👍♥️♥️♥️👍

  • @bshshdhshdjdjd3674
    @bshshdhshdjdjd3674 Рік тому +5

    Çox saq olunki, çox deyerli yapon alimi Nişinin deyerli tövsiyelerini tedbik edirsiz. Var ve varlı olasız inşallah.

  • @reyhanqarayeva649
    @reyhanqarayeva649 8 місяців тому +3

    Allah sizden razı olsun 🤲🤲😘😘

  • @Green_edits.
    @Green_edits. Рік тому +7

    Bu kanalı çox sevirəm gözəl məsləhətlər verirsiniz.

  • @xanimzeynalova950
    @xanimzeynalova950 Рік тому +6

    Allah sizi qorusun🤲

  • @zohreeliyeva6091
    @zohreeliyeva6091 7 місяців тому +1

    Nişinin qaydaları çox ə'ladır.Çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  6 місяців тому

      Siz sağ olun💗

    • @fidannur6426
      @fidannur6426 6 місяців тому

      nisi ozu nece qidalanirdi cox maraqlidir

  • @zizseyidova8103
    @zizseyidova8103 Рік тому +6

    Gözəl vidodur çox sağ olun

  • @zumrudbetul5115
    @zumrudbetul5115 Рік тому +2

    Allah Əršad Əzimzadeden razi olsun. Nişini Azerbaycana tanitdi. Onun vasitesile men de illerdir 6 qizil qaydani meşq edirem.Heqiqeten möcüzedir. Əsil yoqadir. Uşaqlarima, doğmalarima õyretmişem. Çox xeyrini gõrmüşem.Ənənəvi tibbin gücü çatmayan bir çox meseleleri həll edir. Men yastiqda yata bilmirem.Ele öyreşmişem berk Nişi boyunluğuna.

    • @tebriz.valexzadeh
      @tebriz.valexzadeh Рік тому

      Kitabın adı nədir zəhmət olmasa deyərsiz,çox əziyyət çəkirəm

    • @ayaskerova6172
      @ayaskerova6172 Рік тому

      ​@@tebriz.valexzadehMöcüzəsiz möcüzə

  • @letifemesimov3861
    @letifemesimov3861 Рік тому +3

    Məsləhətiniz üçün təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Siz sağ olun

    • @nicatmustafayev7032
      @nicatmustafayev7032 Рік тому

      Məndə xərcənk vardı özüde daqılmış formada nişinin dediji kimi elədim otyz ildi jaşajiram harda analiz verirəm hecnə cıxmır şükür.

  • @togrulliyev9633
    @togrulliyev9633 Рік тому +2

    Allah razı olsun sizden

  • @laleceferova6094
    @laleceferova6094 Рік тому +8

    25 ildən artıqdır ki bu sistemlə məşğul oluram. Əvəzolunmaz sistemdir. Hava su vannaları da mütləqdir. Mütləq bu sistemlə məşğul olmaq lazımdır. NİŞİ DAHİDİR. TƏŞƏKKÜRLƏR.

  • @sadthmdova4303
    @sadthmdova4303 Рік тому +5

    Çox çox sağ olun, gözəl, faydalı məsləhətləriniz üçün. Xahiş edirəm diz ağrısı və diz qığrdağının yeyilməsi haqqında da məlumat verin zəhmət olmasa 🙏🙏🙏🙏

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Yaxşı. Siz sağ olun

    • @resadismayilov7535
      @resadismayilov7535 Рік тому

      @@birbaxkanal cox xais edrem esebe göre hansı hareketler lazimdi onuda deyin gosdern

  • @nizamiguliyev4506
    @nizamiguliyev4506 Рік тому +2

    Çox saqol. Çox yaxşı iş gördünüz.👍

  • @mahirmamedov7304
    @mahirmamedov7304 Рік тому +5

    Bu kanala abunəyəm peşman olmamışam çox sağolun

  • @clilovarubab4780
    @clilovarubab4780 Рік тому +5

    Çox sag olun🙏💞

  • @royasukur4194
    @royasukur4194 Рік тому +4

    Nişinin etdiyi idmanı əməl etsək çox effektli olardı, Allah hər birimizə müvəffəq etsin Amin

    • @tutumdova887
      @tutumdova887 Рік тому +1

      Kitabı varmı şəkilləri gondererdiz hecolmasa bilək oxuyaq

    • @nizamihsnov8028
      @nizamihsnov8028 Рік тому

      Yutubda baxa bilərsiniz,Maya Qoqulan gostərir

  • @yusifyunis9316
    @yusifyunis9316 Рік тому +5

    Məhv olmuş kapilyar damarları bərpa etmək üçün uzanaraq ayaqları və əlləri havada sirkələklə məşğul olmuşam . Bu çox faydalıdır .
    Ürəyə , beyinə qan çatmayanda , nəfəs almaq çətinləşəndə , ürəyim göynəyən vaxtlarımda xüsusən ( kapilyar damarlar məhv olduğu üçün ), bunu gündə hər biri 3 dəqiqə olmaqla 6-5 dəfə edirdim , təx. 15 gün . Əlbətdə , vərdişə salıb hər gün səhər - axşam etmək daha yaxşıdır .

  • @HuseynBayramov-p6c
    @HuseynBayramov-p6c 7 місяців тому +1

    Bir bax davamlı olsun ❤❤❤❤

  • @resadismayilov7535
    @resadismayilov7535 Рік тому +3

    Cox gozel ardı gelsin inseAllah

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Çox sağ olun

    • @resadismayilov7535
      @resadismayilov7535 Рік тому

      ​@@birbaxkanal isdeyrem nevraloji xestelikden ezyet çekenler üçün paylaşım edesiz

  • @susaahmedov2811
    @susaahmedov2811 Рік тому +1

    NİŞİN HƏKİM TEŞƏKKÜRLƏR

  • @vusal3773
    @vusal3773 Рік тому +17

    Bu sistemi mende bilirem 2000 ci iller idi anam xesteydi erşad ezimzadenin kitabıynan anam bütün xesteliklerden dermansız müalice olundu

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      Allah şəfa versin. Daim sağlam olsun🙏

    • @Mr_As1f
      @Mr_As1f Рік тому

      hardan tapmag olar o kitabi qardas

    • @tebriz.valexzadeh
      @tebriz.valexzadeh Рік тому

      Kitabın adı erşad ezimzadedi?

    • @MissBrill
      @MissBrill 10 місяців тому

      ​@@tebriz.valexzadehMöcüzəsiz Möcüzə kitabın adı.

  • @ilqaralizade4040
    @ilqaralizade4040 Рік тому

    Davamlı sağlıq arzu edirik

  • @kdkdkkjekdksk9452
    @kdkdkkjekdksk9452 Рік тому +1

    çox gözəl ....

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 Рік тому +2

    Faydalı məsləhətinə görə sağ ol.Düz:gözlərə qulluq haqda danışmağınızı xaxiş edirəm

  • @zazastom444
    @zazastom444 Рік тому +4

    AY BAJI. DAY BUNDANSA DEGINEN KI, NAMAZ QILIN DA .BU HEREKETLERIN ÇOXU NAMAZDA VAR VALLAHI- BILLAHI.

    • @rumeyseummurumeyse3129
      @rumeyseummurumeyse3129 10 місяців тому +1

      Beli düz deyirsiz bu hərəkətlərin çoxunu ALLAH rəsulu bizə namaz vasitəsiylə çatdırıb. Namaz qilmaqla həm sağlam qaliriq he de Allaha ibadət edirik

  • @NA-le8uw
    @NA-le8uw 9 місяців тому

    Bizede böyle insanlarla karşılaştirmayi nasip etsin Rabbim benim oğlum da skolyoz var 40 derece

  • @ayxanmirzeyev2016
    @ayxanmirzeyev2016 6 місяців тому +1

    Salam.Bu qaydaları neçə gün etsek nəticə alarıq??məndə pratruziya var kəskin şəkildədir

  • @tahirsultanova3260
    @tahirsultanova3260 Рік тому +2

    Düz ağrılarından necə qurtara bilərik . Bu barədə də məlumat verin zəhmər olmasa .

  • @ehedhasilov438
    @ehedhasilov438 Рік тому +3

    Bəyəndim

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Çox sağ olun

    • @esmerveliyeva2381
      @esmerveliyeva2381 Рік тому +1

      @@birbaxkanal Erwad Ezimzadenin "Mocuzesiz mocuze"kitabini tapin oxuyun orda cox faydali meslehetler var

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      ​@@esmerveliyeva2381 Yaxşı

    • @abdullah.seferli623
      @abdullah.seferli623 9 місяців тому

      Salam mən nişinin kitabını oxuyub 8 ay bu idmanla məsgul oldum cix gizəldi bel ağrılarımi apardı əsas düz yerdə yatmaq boyun ardına balaca bərk yastıq qoymaq lazımdır

  • @zenfiragulueva6855
    @zenfiragulueva6855 Рік тому +1

    Yene gözel ses ❤

  • @ГульназШиринова-х6т

    Niwi sistemiyle 40 gun acliq etdim revmatoydniy artritden saqaldim👍

  • @necefqarayev6652
    @necefqarayev6652 Рік тому +5

    NİŞİNİN MALİCƏ ÜSULLARIN ÇOX GÖRMƏK EŞİTMƏK İSDƏRDİK.

  • @aygunmemmedquliyev7784
    @aygunmemmedquliyev7784 9 місяців тому

    Çox duzdu men ortopedik matras aldım ve üzerinde döşəksiz yatiram çox yaxşı təsir gösderdi yumuşaq yerde yatanda agşıdan dururdum saat4,5 gecə

  • @Seva422
    @Seva422 Рік тому

    Cox sağ olun

  • @samayahbibova5999
    @samayahbibova5999 Рік тому

    Cox sağol

  • @orxanumudov5345
    @orxanumudov5345 6 місяців тому

    Xahiş edirk, yazı yazılan zaman çıxan səsi yığışdırın,pis təsir edir və izləməyimizə mane olur

  • @nuraneorucova
    @nuraneorucova Рік тому

    Cox doğrudur bu idman edenler biler yeqinki

  • @migeldimitros384
    @migeldimitros384 Рік тому +13

    Mən özüm Nişi sistemi ilə 2002 dən məşğul olmuşam, əvvəli çətin olsada sorası həyat tərzim oldu ,əsas 6 qızıl qaydadısıdır ,diqqətlə baxsaq həmən qaydada demək olar ki bütün lazımı elementlər var əfsuslar olsun sonradan atdım kaş atmazdım ,sonradan insult oldun ,oları əzbər bilirəm ,hamısını edə bilməcəndə bəzilərini edirəm, gözəl sistemdi hər kəsə məsələt görürəm,əvvəllər buklet şəklində kitabları satılırdı, maya qoqulanda ondan götürüb ,bizdə ərşad soyadın bilmirəm nəisə axtaran tapar Azərbaycan dilində

    • @AInci-vy4ut
      @AInci-vy4ut Рік тому +5

      Ərşad Əzimzadə "Möcüzəsiz möcüzə" kitabı.

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Allah şəfa versin🙏

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +1

      ​@@AInci-vy4ut bəli🙏

    • @migeldimitros384
      @migeldimitros384 Рік тому

      Minnətdaram, Nişi sistemi bu bir həyat tərzidi ,ona yaxın ətrafındakılar dəstəyi və iradə lazımdı ,xəstəliyim ona heç bir aidiyyəti yoxdu əksinə kömək edirdi, əvvəl dediyim kaş atmazdım davam edərdim bu xəstəliy100%olmazdı

    • @resadismayilov7535
      @resadismayilov7535 Рік тому +1

      @@migeldimitros384 men nevrozam onunda mualicesu var kitaba

  • @sevdakerimova7049
    @sevdakerimova7049 Рік тому +1

    Salam. Hava, gunes, su, duzgun qidalanmaq, qidalari qarisdirmamaq ve s. Mueyyen qeder yalnisliqlar var melumatlarda. Meselen: hereketleri bir qeder duzgun icra etmediler. Birde onu deyim ki, vitaminler, menerallar....beden ucun qederinde yeni israf qeder olmamali,cen vacibi genindeyisdirlimis qidalardan imkan daxilinde uzaq qalmaq.....

  • @violetline1460
    @violetline1460 Рік тому

    Teşekkürler

  • @SehrizadSehrizad
    @SehrizadSehrizad 8 місяців тому

    Sag ol Nişi

  • @orxanletifov558
    @orxanletifov558 Рік тому

    Bizdede ancaq qiymet oxuyub emeliyyata devet edirler ele qorxudurlarki az qalirsan heyecannan yerindece olesen

  • @duyguu_16
    @duyguu_16 Рік тому +1

    Bu sadece agrıları sağaldır? Yoxsa onurğa əyriliklerrini düzəldir?

  • @mahirmamedov7304
    @mahirmamedov7304 Рік тому +1

    Sagolun

  • @valehhuseynli2258
    @valehhuseynli2258 8 місяців тому

    Salam....bu idmanı her gün elemek olar...həkim mənə demişdi ki 10 gün idman ele 10 gün istrahet ele ....

  • @malahatbayramova8091
    @malahatbayramova8091 Рік тому +2

    Həmişə Nişinin müalicə metodlarını göstərin

  • @HuseynBayramov-p6c
    @HuseynBayramov-p6c 7 місяців тому

    Menim anamin da beli ağrıyır 😢 Allah razi olsun 0:40

  • @fotbro27.
    @fotbro27. 4 місяці тому

    ƏLA

  • @xayallkaziimov6647
    @xayallkaziimov6647 Рік тому

    Menim boynumda da belimde de yırtıq var illerdir baş boyun bel aģrılarından eziyyet cekirem iyne derman hec biri kòmek etmir yalnız Erşad Əzìmzadenin Mòcùzesiz mòcùze kitabında olan Nişinin idmanları ile aģrılarımı azaldıram her gùn seher 30 40 deqiqe bu idmanları edirem bunu bir heyat terzine cevirmey lazımdır yazdîm ki belke menim kimi aģrıyan insanlar da oxuyub faydalansın esas odur insan tenbellik etmesin hamıya şefa dileyirem

    • @entertv.faridabdullayev4305
      @entertv.faridabdullayev4305 9 місяців тому

      Məndə siz dərdliyəm, boyun və bel nahiyəsində qrijam var. Həyatdan bezmişəm. Ağrılar mənə cana gətirib, birdən tutulur yeriyə bilmirəm. Mənə nə məsləhət görürsünüz?

    • @xayallkaziimov6647
      @xayallkaziimov6647 5 місяців тому

      Salam mesajınız indi qarşıma cızdı gec oldu üzrlü sayın mən sizə Ərşad Əzimzadənin " Möcüzəsiz möcüzə " kitabını məsləhət görürəm mən o kitabda olan idmanları edirəm vəminanın ki onun hesabına yaşayıram kitabda olan idmanl hır səhər etməyə calışıram 30 40 dəq vaxtımızı alır ancaq 10 15 gündən sonra ağrılarınızın nə qədər azaldığını görəcəksiz kitabda olan yemək tərzinə riayət etsəniz daha fayda görəcəksiz ancaq təəssüf ki bu həmişə alınmır, birdə ağır şeyləri qaldırmamağa calışıram sizə sağlamlıq arzulayıram, kitabı kitab köşklərində tapa bilərsiz

  • @nergizkerimova9116
    @nergizkerimova9116 Рік тому +1

    Düz yerde yatsinlar.Setkali kirafadi tullasinlar.😊😅

  • @asifesgerov3284
    @asifesgerov3284 Рік тому +4

    Belim agraylr 2il iyne dərman mualicesi aldlm xeyri olmadl .Ancaq Turkə careler və bioloji tebabetde mualiceden xeyr gõrdum

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому +2

      Allah şəfa versin

    • @samsungzbzzhz9830
      @samsungzbzzhz9830 Рік тому +1

      Menim qızım da onurğa eyriliyinden eziyyet çekir fizioterapiyaya gedir masaja toka gedir yaxşı olur 2 3 ay sonra yene ağrımağa başlayır

    • @asifesgerov3284
      @asifesgerov3284 Рік тому +1

      Allah õzü kõmək olsun

    • @samsungzbzzhz9830
      @samsungzbzzhz9830 Рік тому

      Bilmeiden oldu bağışlayın

    • @AynurHuseynova-if4ud
      @AynurHuseynova-if4ud Рік тому +1

      Aidin Salih kitabını oxuyun tam qurtulun...Mən ele sağaldim çox şükür..

  • @sariyyavahabova9306
    @sariyyavahabova9306 Рік тому +6

    Men Nisinin idmani illerdir emel edirem ve neticeni gorurem

  • @sariyyavahabova9306
    @sariyyavahabova9306 Рік тому +6

    Ersad Ezimzadenin kitabini tapin ordA her sey aydin yazilib

  • @xeyalquliyev5157
    @xeyalquliyev5157 Рік тому +1

    Möcüzələr möcüzəsi kitabın müəllifi

  • @almazalmaz2766
    @almazalmaz2766 Рік тому +5

    Salam Ersad Ezimovun Mocuzesiz Mocuze kitabi evveller metrolarda satilirdi Men ozum illerdir 6 qizil qaydani edirem Cox eladir

  • @haqqyerinitapar3567
    @haqqyerinitapar3567 Рік тому +1

    Ərşad müellimin kitabı yadınızdan cıxmasın

  • @VusallAbdullayev
    @VusallAbdullayev 10 місяців тому

    Niişi ürəkdi

  • @nihadtahirovv
    @nihadtahirovv 5 місяців тому

    Ağrıları aradan qaldırır yoxsa əyriliyi düzəldir?

  • @nesimiatakisiyev737
    @nesimiatakisiyev737 Рік тому

    Unvan hardadi zehmet olmasa bilsen yazsin

  • @azadahasanov8037
    @azadahasanov8037 Рік тому

    Ela

  • @Askerova277
    @Askerova277 9 місяців тому

    onugaya iyne ne derman lazim dor ancaq idman lazimdi

  • @duyguu_16
    @duyguu_16 Рік тому

    Bu videonun ortalarında başdıyan bütün edilen idmanlar onurğaya aid dir?

  • @Seva111
    @Seva111 Рік тому +1

    Nişinin kitabı var orda hər cür məlumat var kitabın adı Möcüzəsiz möcüzə

    • @duyguu_16
      @duyguu_16 Рік тому

      Neçiyedi kitab?

    • @Mr_As1f
      @Mr_As1f Рік тому

      Neciyedir ve hardan elde elemek olar?

  • @nemetalesov4258
    @nemetalesov4258 Місяць тому +1

    Piskolok izzet güllüyü dinleyin

  • @ArzumanMemmedov-v4t
    @ArzumanMemmedov-v4t 6 місяців тому

    Salam dokdur menim belimin emerte cavabında yazılıbki,L5.S1 diskde sağ subartikulayar yırtığı 8.5mm sağ ninir kökukunun kompirsiyasyası disk degenerasyalıdır.yazılıb men indi neynemeliyem özumde gencede qalıram

  • @eminbaba6336
    @eminbaba6336 Рік тому +1

    Bu muhəndis tibbi həkiçmllərdən qat_ qat yaşə bilirdi

  • @phonephoness8379
    @phonephoness8379 6 місяців тому

    Mən neçə illərdir ki, nişinin kitabini oxuyub əməl edirəm

  • @ramizmustafayev171
    @ramizmustafayev171 Рік тому

    Xercenk xesteliji dermansiz qytarir. 10:41

    • @MissBrill
      @MissBrill 10 місяців тому

      Bəli.Bütün xəstəlikləri sağaldır Nişi sistemi.

  • @aydankamilova7099
    @aydankamilova7099 6 місяців тому

    ❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  6 місяців тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @omerhasanov
    @omerhasanov Рік тому +1

    Nişinin məndə kitabı vardı. 3dənə çıxartdırmışdım. Hardadı indi bilmirəm(((

    • @duyguu_16
      @duyguu_16 Рік тому +1

      Neçiyedi kitab?

    • @omerhasanov
      @omerhasanov Рік тому

      @@duyguu_16 mənlə işləyən qız ksero etmişdi, men de ondan etmişdim. O hardan almışdı yadımda deyil, uzun zamandır. Mənə pay vermişdi.

  • @almazismayilova684
    @almazismayilova684 Рік тому +1

    Men xeyrini görürem. Sizde görün.

  • @gulshenisgenderova6946
    @gulshenisgenderova6946 Рік тому +1

    Uşaqlara olar?

  • @sebuhimuradov5779
    @sebuhimuradov5779 Рік тому

    Mene hec komek olmur bud dibinde mrt dediyine gore odem var 2 aydir mualicedeyem ele sag qcimi cekirem

  • @ФиолетовТимур
    @ФиолетовТимур Рік тому

    Гозел диететики гозел видео супер 👍

  • @leylahasanova3632
    @leylahasanova3632 8 місяців тому

    Bacimda onurğa eyriliyi var deye yerimir hekim deyendede qorxur çünki çox olub hekimde ancaq ziyandan başqa heç bir deyisiklik yoxdu

  • @nsiballahverdiyeva9063
    @nsiballahverdiyeva9063 Рік тому +2

    Salam çox xaiş edirəmmənim sualımı cavablandırasız mən belimi düz tuta bilmirəm ayaqlarımda çox arıqladı deyirlər onurğadandı ev şəraitində nə etmək olar

  • @nusabhsnova1904
    @nusabhsnova1904 Рік тому

    Mən də oxumuşam ərşad əzimzadə

  • @Azad-insan
    @Azad-insan Рік тому

    Yeddi yaşında loğman?

  • @nesimiatakisiyev737
    @nesimiatakisiyev737 Рік тому

    Bu kitabi hardan elde etmek olar

  • @Mr_As1f
    @Mr_As1f Рік тому +1

    bu kitabi (Nişinin kitabin) hardan tapa bilerem azerice tercumesi var?😊

    • @sevincismayilov4706
      @sevincismayilov4706 Рік тому

      Ersad Ezimzade yazib onun kitabini.Adida Mocuzesiz mocuze

    • @emilzimli5117
      @emilzimli5117 Рік тому

      Salam Ersad ezimzadenin möcüzəsiz möcüzə kitabın hardan tapa biləriy??

    • @emilzimli5117
      @emilzimli5117 Рік тому

      Zəhmət olmasa deyərdiz bu kitabı hardan əldə biləriy

  • @erestunferzeliyev6491
    @erestunferzeliyev6491 Рік тому

    Xandrozdan çox əziyyət çəkirəm gedərəm məndə bura ünvanı yazın

  • @ramilhesenov385
    @ramilhesenov385 Рік тому

    Ərşad Əzimzadə yazmışdı

  • @sairturkoglu3526
    @sairturkoglu3526 Рік тому +1

    Mən düz yerdə və balıncsız yatıram

  • @aynurliyeva689
    @aynurliyeva689 Рік тому +1

    Kitabın adı Möcusesiz möcuzedir

    • @tebriz.valexzadeh
      @tebriz.valexzadeh Рік тому

      Bu qədər insanan soruçdum demirlər insanlar o qədər paxılaşıblar ki bu qədərmi insanlıq ölüb,çox ühtiyacım var bu kitaba,kitab xanalara yaxınlaşıb bu adı desəm verəcəklər?

    • @aynurliyeva689
      @aynurliyeva689 Рік тому +1

      @@tebriz.valexzadeh kitab satılan her bir yerde axtarıb soruşun inşAllah tapacaqsız.Ərşad Əzimzadənin Möcuzəsiz möcuze kitabı

    • @tebriz.valexzadeh
      @tebriz.valexzadeh Рік тому

      @@aynurliyeva689 choxlu sağ olun,bəs mən elə bilirdim Yapon Həkimi Nişinin kitabıdır bu?

    • @aynurliyeva689
      @aynurliyeva689 Рік тому

      @@tebriz.valexzadeh Dogrudur amma tercume Ərşad Əzimzadeye aiddir

    • @tebriz.valexzadeh
      @tebriz.valexzadeh Рік тому

      @@aynurliyeva689 bildim Choxlu sağ olun.

  • @esmerveliyeva2381
    @esmerveliyeva2381 Рік тому

    Salam menim 1 taniwim var o nece illerdi kitab satir (men ondan almiwdim bu kitabi cox iller evvel) bir muddet onu oxuyub emel edirdim ,sonra dayandirdim,heyf ki kimse bu kitabimi apardi ve qaytarmadi ,men ondan oyrenim eger qalibsa bu kitabdan ozum de alacam ve o adamin telefon nomresin paylawaram ozunden alarsiniz.

  • @duyguu_16
    @duyguu_16 Рік тому

    Men heçne anlamadım bu ne sistemidi xais edirem basa salardınızda?😢

    • @MissBrill
      @MissBrill 10 місяців тому

      Nişi yapon alimi olub.Araşdırma aparıb və yeni bir metod yaradıb.Onun kitabını Azərbaycan Ərşad Əzimzadə yazıb,tanıdıb.

  • @ramizmustafayev171
    @ramizmustafayev171 Рік тому

    Mende oxymyśam

  • @gizli12x
    @gizli12x Рік тому

    Of sizində bu reklam olmuya

  • @elnuryunusov7432
    @elnuryunusov7432 Рік тому

    Görəsən youtube də 1 dənədə olsun reklamsız vidyo izləmək olar?

    • @elnuryunusov7432
      @elnuryunusov7432 Рік тому

      Sırf bu vidyoya aid deyil rəyim.Ammaki bu vidyodada 2 reklam var.Daa nəysə baxım görüm nə göstərillər vidyoda

  • @ramilhesenov385
    @ramilhesenov385 Рік тому

    Bəli oxumuşuq möcüzəsiz möcüzə kitabını, nişi sistemi çox xeyirlidir

  • @bnovszeynalova8933
    @bnovszeynalova8933 Рік тому

    2000ci ildə oxumusam

  • @RedmiTell-z3l
    @RedmiTell-z3l 7 місяців тому

    .