Məhərrəm ayının ilk on gecəsi başlandı - Hacı Şahin

Поділитися
Вставка
  • Опубліковано 9 сер 2021
  • Məhərrəm ayının ilk on gecəsi başlandı - Hacı Şahin
    Kanalımızın əsas məqsədi İlahiyyatçı Hacı Şahin Həsənlinin yeni xütbələrini sizlərə çatdırmaqdır.
    Bizi instagram, telegram və facebookda izləyə bilərsiniz.
    Xətib Tv - Kanala abunə olun
    Hacı Şahin cümə, Hacı Şahin canlı yayım, Hacı Şahin yeni xütbələr, Hacı Şahin Quran, Hacı Şahin dualar, Hacı Şahin qədr gecəsi, Hacı Şahin rəğaib gecəsi, Hacı Şahin hacət namazı, Hacı Şahin bağışlanmaq üçün dualar, Hacı Şahin tövbə, Hacı Şahin zikrlər, Hacı Şahin Rəcəb ayı, Hacı Şahin Şəban ayı. Hacı Şahin Ramazan ayı, Hacı Şahin ata-ana haqqında, Hacı Şahin övlad haqqında, Hacı Şahin qız övladı, Hacı Şahin ailə haqqında, Hacı Şahin gecə namazı, Hacı Şahin Məhərrəmlik ayı, Hacı Şahin İmam Hüseyn, Hacı Şahin aşura günü, Hacı Şahin dost haqqında, Hacı Şahin sinə vurur, Hacı Şahin göz yaşı, Hacı Şahin on gecə, Hacı Şahin xətib tv, Hacı Şahin cümə günü, Hacı Şahin Qarabağ, Hacı Şahin məscidlər, Hacı Şahin tövbə namazı, Hacı Şahin məşədi Dadaş məscidi, Hacı Şahin Qədr gecələri, Hacı Şahin mərsiyələr, Hacı Şahin Kərbəla haqqında, Hacı Şahin şəhidlərimiz haqqında, Hacı Şahin işləmək çalışmaq, Hacı Şahin ruzi qazanmaq, Hacı Şahin sübh namazı, Hacı Şahin ruzi duaları, Hacı Şahin haram, Hacı Şahin halal nemətlər, Hacı Şahin möminlər, Hacı Şahin məhəbbət, Hacı Şahin səbr, Hacı Şahin cəmiyyət, Hacı Şahin islam dini, Hacı Şahin imamət, Hacı Şahin Əyyami Fatimə, Hacı Şahin Həcc ziyarəti, Hacı Şahin əsirlər karvanı, Hacı Şahin cümə gecəsi, Hacı Şahin Qədir xum bayramı, Hacı Şahin intaharlar, Hacı Şahin yuxular, Hacı Şahin tezdən oyanmaq, Hacı Şahin şəhid ailələri, Hacı Şahin zina, Hacı Şahin qeybət, Hacı Şahin təkəbbür, Hacı Şahin cənnət, Hacı Şahin cəhənnəm, Hacı Şahin ölüm anı, Hacı Şahin can vermək, Hacı Şahin bərzəx aləmi, Hacı Şahin eşq, Hacı Şahin Allahın rəhməti, Hacı Şahin qəbr həyatı, Hacı Şahin novruz bayramı, Hacı Şahin şirk etmək, Hacı Şahin kafirlər, Hacı Şahin mələklər, Hacı Şahin Qafqaz Müsəlmanları İdarəsi, Hacı Şahin din-dövlət, Hacı Şahin hicab, Hacı Şahin ləzzət almaq, Hacı Şahin axirət nemətləri. Hacı Şahin vahabilik. Hacı Şahin təkfirçilik.
    Haci Shahin. Haci Shahin Hesenli
    / @xetib_tv

КОМЕНТАРІ • 108

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 2 роки тому +17

    Ləbbeykə Ya Hüseyn Kərbəla müsibətinə günahkar bəndələr qurban Aminn 🤲🤲🤲

  • @bakubaku5449
    @bakubaku5449 2 роки тому +16

    Ləbbeykə Ya Huseyin

  • @turkanbayramova9750
    @turkanbayramova9750 6 днів тому +1

    İlk Məhərəm ayıdıki sənsiz Ya Əli ya Hüsün deyiriy Hacı Allah sənə rəhmət etsin yerin cənnəti buna oqədər inanıramki 😢

  • @Allahiqulu
    @Allahiqulu 2 роки тому +13

    Salamunaleykum ey eziz baci ve qardawlarim,Allah ezirizi versin!

  • @nikoarda5321
    @nikoarda5321 2 роки тому +4

    CANIM FEDA YA EBELFEZ CANIM FEDA OLSUN İMAMLARIMIZA

  • @cfrhuseynovcografiya2399
    @cfrhuseynovcografiya2399 2 роки тому +5

    Allah razı olsun Ləbbəykə Ya Hüseyn ...

  • @ceyhunkazimov8993
    @ceyhunkazimov8993 2 роки тому +7

    Ya Hüseyin 🥺

  • @nikoarda5321
    @nikoarda5321 2 роки тому +7

    CANIM FEDA OLSUN EBELFEZE İMAMHÜSEYİNE

  • @guldanaxalilli8163
    @guldanaxalilli8163 6 днів тому

    Hacı Şahin nur içində yatasan. 😢😢😢Sən kimi hec gəlməyəcək dünyaya kiməsə qulaq asa bilmirik.

  • @behruznezerov948
    @behruznezerov948 2 роки тому +5

    İLAHİ BU ONGÜN HÖRMETİNE
    KÖMEY OL BİZLERE YA ƏBAS YA HÜSEN 😢😢😢😢

    • @user-tb3ho8ru3u
      @user-tb3ho8ru3u 2 роки тому +1

      Allah buyurub ki , 3 gün yas saxlayın . Bəsdirin başınız yuduz bu mollalarla . Tövbe edin düzgün yola gəlin . Qorxun Allahdan !!! Hüseyn ele sizi axirət günü lenetleyecek !

  • @firdovsitalbov5335
    @firdovsitalbov5335 2 роки тому +3

    Allah xalqımızı İmam Hüseyn Ağanın yolundan ayrı salmasın.

  • @LahicLahicsoy-zq2xc
    @LahicLahicsoy-zq2xc 4 дні тому

    Canım feda olsun ağam hüseyne.

  • @krblayiblfz3593
    @krblayiblfz3593 2 роки тому +5

    👍🏻👍🏻

  • @z.a880
    @z.a880 2 роки тому +7

    Hacı Şahin əmi Maşallah olsun çox gözəl hədislər danışırsınız Allah sizə qüvvət versin Amin İnşallah ❤

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 2 роки тому +11

    Allah Əzadarlığınızı ən Ali dərəcədə qəbul eləsin nurumuz dəyərli Hacımız Allah sizi Cənnətdə İmam Hüseynlə qonşu eləsin Aminn 🤲🤲🤲

  • @user-ps3cj2cv2c
    @user-ps3cj2cv2c 2 роки тому +13

    CAAN IMAMHÜSEYN🕊 HEZRETIM KERBALAWEHIDLERI🖤 CANIMIZ SIZLERE YOLUNUZDA FEDA AMIN
    EHLIBEYIT🕊 MEHERREM🖤🕊

  • @kamilakafarova7173
    @kamilakafarova7173 2 роки тому +10

    Allah sizden razi olsun, cox sag olun. Cox duzqun qozel moizedir Allah bizi Ehlibeyt (e.s.)ayri salmasin in we Allah Amin ya Rebbel Alemin 😪😪😪🤲🤲

  • @vuqarteymurov8009
    @vuqarteymurov8009 2 роки тому +7

    Geldi ol dem ki ,qilim canimi canane feda
    Eyleyim erzi mehebbet ,qilim izhari vefa
    M.FUZULI (Imam Huseyne hesr olunan sherlerden)

  • @user-wu2mc4bv4j
    @user-wu2mc4bv4j 2 роки тому +6

    Canım qurban olsun Kərbəla şəhərində İmam Hüseyinə!!!
    Cox Hörmətli Hacı Şahin müəllim Qarabağ Şəhidlərimizə də vaxt ayırın yayın bütün dünyaya İmam Hüseyn deyib can verən balalari danışın danışın hər il hər həftə Cümələrdə
    Cox təəssüf edirəm ki çoxları unutdu Şəhidlərimizi,

  • @LahicLahicsoy-zq2xc
    @LahicLahicsoy-zq2xc 4 дні тому

    Nur evezolunmaz ustadim haci Şahinim.

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +13

    5-ci hissənin davamı:
    6. Ümmü Sələmə (r.ə.) başqa bir hədisdə deyir:
    “Peyğəmbər (s.ə.a.s.) mənə buyurdu: “Qapıda otur və heç kəsi içəri daxil olmağa qoyma!” Mən otağın qapısının ağzında oturdum. Hüseyn (ə.s.) evə daxil oldu. İstədim ki, onu Peyğəmbərin (s.ə.a.s.) otağına girməsinə mane olum, lakin o, otağa məndən tez daxil oldu. Mən də içəri daxil olub dedim: “Ey ALLAHIN (C.C.) Peyğəmbəri (s.ə.a.s.), siz mənə əmr etmişdiniz ki, otağa heç kəsi qoymayım, lakin sənin oğlun gəldi, istədim durub içəri girməsinə mane olum, o, məndən əvvəl otağa daxil oldu.”
    Uzun bir müddət sonra yenidən içəri daxil oldum. Gördüm ki, Həzrətin (s.ə.a.s.) hər iki əlində bir şey var, gözlərindən yaş axır, Hüseyn (ə.s.) Həzrətin (s.ə.a.s.) qucağındadır. Bunun səbəbini soruşdum. Həzrət (s.ə.a.s.) buyurdu: “Bəli, Cəbrayıl (ə.s.) indi mənə nazil oldu və mənə xəbər verdi ki, mənim ümmətim bu uşağı qətlə yetirəcək. Bir az da Hüseynin (ə.s.) türbətindən mənim üçün gətirdi. İndi həmin torpaq mənim əlimdədir.”
    Mənbə: Ət-Təbərani, “əl-Mucəm əl-kəbir”, cild 3, səhifə 109; İbn Rəhaveyh, “əl-Müsnəd”, cild 4, səhifə 131.
    7. Peyğəmbərin (s.ə.a.s.) başqa bir xanımı olan Aişə deyir:
    “Hüseyn ibn Əli (ə.s.) Peyğəmbərin (s.ə.a.s.) otağına daxil oldu. Peyğəmbərə (s.ə.a.s.) vəhy nazil olurdu. Həzrət (s.ə.a.s.) arxasını dayamışdı. Cəbrayıl (ə.s.) Peyğəmbərə (s.ə.a.s.) dedi: “Ya Muhəmməd (s.ə.a.s.), Hüseyni (ə.s.) sevirsənmi?” Həzrət (s.ə.a.s.) buyurdu: “Ya Cəbrayıl (ə.s.), niyə öz oğlumu sevməyim ki?” Cəbrayıl (ə.s.) dedi: “Sənin ümmətin səndən sonra onu qətlə yetirəcək!” Sonra Cəbrayıl (ə.s.) əlini uzadıb Hüseynin (ə.s.) ağ rəngli türbətindən Həzrətə (s.ə.a.s.) gətirib dedi: “Adı Təff olan bu yerdə oğlun qətlə yetiriləcəkdir.” Cəbrayıl (ə.s.) gedəndən sonra Həzrət (s.ə.a.s.) əlində türbət, ağlayaraq bayıra çıxdı və buyurdu: “Ya Aişə, Cəbrayıl (ə.s.) mənə xəbər verdi ki, oğlum Hüseyn (ə.s.) Təff adlı yerdə qətlə yetiriləcək və mənim ümmətim məndən sonra fitnə törədəcək.” Sonra Həzrət (s.ə.a.s.) səhabələrin yanına gedib ağladı. Səhabələrin içində Əli (ə.s.), Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar, Əbu Zərr də var idi. Soruşdular: “Ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) səni ağladan nədir?” Həzrət (s.ə.a.s.) buyurdu: “Cəbrayıl (ə.s.) mənə xəbər verdi ki, oğlum Hüseyn (ə.s.) Təff adlı yerdə qətlə yetiriləcək və mənə bu türbəti verdi. Mənə xəbər verdi ki, Hüseyn (ə.s.) bu torpaqda dəfn ediləcək.”
    Mənbə: Ət-Təbərani, “əl-Mucəm əl-kəbir”, cild 3, səhifə 107; Əl-Heysəmi, “Məcmə əz-zəvaid”, cild 9, səhifə 187.
    8. Əbu Səid əl-Əşəc bizə rəvayət etdi (və dedi): Əbu Xalid əl-Əhmər bizə rəvayət etdi (və dedi): Rəzin bizə rəvayət etdi (və dedi): Səlma mənə rəvayət etdi (və dedi): “Ümmü Sələmənin (r.ə.) yanına daxil oldum, o ağlayırdı.” Ona dedim: “Səni ağladan nədir?” Dedi: “Peyğəmbəri (s.ə.a.s.) yuxuda gördüm. Başı, saqqalı torpaqlı idi. Dedim: “Ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.), nə olub sənə?” Dedi: “Bir az bundan əvvəl Hüseynin (ə.s.) qətlə yetirilməsinin şahidi oldum.”
    Mənbə: Əbu İsa ət-Tirmizi, “əs-Sünən”, “Babu fəzail əs-səhabə”, “babu mənaqib əl-Həsən (ə.s.) və əl-Hüseyn (ə.s.)”, cild12, səhifə 195.
    9. “Həzrət Əli (ə.s.) ilə Siffeyn döyüşünə gedəndə Neynəva adlı bir yerə yetişdik. Həzrət (ə.s.) uca səslə buyurdu: “Ya Əba Əbdillah, Furat kənarında səbrli olasan!” Bu cümləni iki dəfə təkrar etdi. Dedim: “Bu nə sözdür?” Buyurdu: “Bir gün Peyğəmbərin (s.ə.a.s.) yanına getdim. Gördüm ki, mübarək gözləri yaşla dolub. Ərz etdim: “Ey ALLAHIN (C.C.) Peyğəmbəri (s.ə.a.s.), səni kim qəzəbləndirmişdir ki, belə ağlayırsan?” Buyurdu: “Bir az bundan əvvəl Cəbrayıl (ə.s.) mənim yanıma gəlmişdi. Mənə Hüseynin (ə.s.) Furat kənarında öldürüləcəyini xəbər verib dedi: “Hüseynin (ə.s.) türbətindən iyləmək istəyirsənmi?” Dedim: “Bəli.” Əlini uzadıb Hüseynin (ə.s.) şəhadətə çatacağı türbətdən bir ovuc mənə verdi. Dözə bilmədim və ağlamağımın qarşısını ala bilmədim.”
    Əl-Heysəmi bu rəvayəti nəql etdikdən öz nəzərini belə qeyd etmişdir:
    “Bu hədisi Əhməd, Əbu Yəla, əl-Bəzzar, ət-Təbərani rəvayət etmişlər və raviləri siqədir. Bu hədisi digərləri də rəvayət etmişdir.”
    Mənbə: İbn Həcər əl-Heysəmi, “Məcmə əz-zəvaid”, cild 9, səhifə 187.
    10. “Həzrət Əli (ə.s.) Siffeynə gedən zaman Fərata yaxın yerdə Neynəvaya yetişdi. Dayandı və bu yerin adını soruşdu. Dedilər ki, bu yerin adı Kərbəladır. Bu adı eşidən kimi o qədər ağladı ki, yer Həzrətin (ə.s.) göz yaşları ilə islandı. Buyurdu: “ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) məhzərində idim, Həzrət (s.ə.a.s.) ağlayırdı.” Ərz etdim: “Səni ağladan nədir?” Buyurdu: “Bir az bundan əvvəl Cəbrayıl (ə.s.) yanımda idi və mənə xəbər verdi ki, oğlum Hüseyn (ə.s.) Fərat kənarında, Kərbəla adlı yerdə qətlə yetiriləcək.” Sonra o yerin türbətindən bir az iyləmək üçün mənə verdi. Bu zaman gözlərim yaşla doldu.”
    Mənbə: Əhməd ibn Həcər əl-Heysəmi, “əs-Səvaiq əl-muhriqə”, səhifə 193.
    11. Əli ibn Muhəmməd əş-Şafei əl-Məğazəli, Əbu Əhməd Amirdən, o da Həzrət Əli ibn Musa ər-Rzadan (ə.s.), o da hörmətli atalarından (ə.s.), onlar da Əmir əl-möminindən (ə.s.) Peyğəmbərin (s.ə.a.s.) belə buyurduğunu nəql edir:
    “Qızım Fatimə (ə.s.) qiyamət günü qanlı paltarla məşhur olacaq. Bu zaman əlini ALLAHIN (C.C.) ərşinin sütunlarından birinə qoyaraq buyuracaq: “Ey Cabbar və Adil ALLAH (C.C.), mənimlə oğlum Hüseynin (ə.s.) qatili arasında hökm et!” And olsun Kəbənin Rəbbinə (C.C.) ki, ALLAH-Təala (C.C.) Özünə xas surətdə qızım barəsində hökm edəcək.”
    Mənbə: İbn Məğazəli, “Mənaqib Əli ibn Əbu Talib”, səhifə 66; Süleyman əl-Qunduzi, “Yənabi əl-məvəddə li zəvi əl-qurba”, cild 3, səhifə 47.
    12. Neynəva çölünün məşhur şəhidi Həzrət İmam Hüseynin (ə.s.) buyurduğu hədis də bu qəbildəndir: “Hər kəs bizim əzamızda bir damla göz yaşı axıtsa, ALLAH-Təala (C.C.) ona cənnəti əta edir.”
    Mənbə: Muhib əd-Din ət-Təbəri, “Zəxair əl-uqba”, səhifə 19; Suleyman əl-Qunduzi, “Yənəbi əl-məvəddə”, cild 2, səhifə 117.
    Qeyd: Yenə vurğulayırıq!!! Hədisdə qeyd olunan savabın qazanılması üçün bəndənin gərək üzrsüz səbəb olmadan vacib əməlləri (namaz, oruc və s.) yerində olsun! Yəni, heç bir şey etmədən belə savab fikirləşmək olmaz! Əzadarlıq məclislərində iştirak hər bir halda xeyirli və savabdır! Söhbət hədisdə olan savabın qazanılmasından gedir!!! İNŞAALLAH!!! Əzadarlıq məclislərində iştirak edərkən vacib əməlləri etməyən bacı və qardaşlar ALLAHDAN (C.C.) onları hidayət etməsini istəsinlər! Həzrət Hüseyn (ə.s.) hörmətinə!!! ALLAH (C.C.) bizi bağışlasın!!! AMİN!!!
    DAVAMI NÖVBƏTİ ŞƏRHDƏ…

  • @mostafacfrbyli
    @mostafacfrbyli 2 роки тому

    Biz İranda həmişə gözəl sözlərinizdən istifadə edirik, Allah sizə mükafat versin🌹🌹🌹🌹

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +5

    4-cü hissənin davamı:
    10. “Ya RəsulALLAH (s.ə.a.s.), sən də ağlayırsan?
    “Həzrət (s.ə.a.s.) buyurdu:
    “Ey Ovfun oğlu, övladının ölümündə göz yaşı tökmək ALLAHIN (C.C.) lütf və mərhəmətidir.”
    Sonra buyurdu:
    “Göz ağlayır, qəlb qəmgin olur. Lakin ALLAHI (C.C.) razı salan sözdən başqa heç bir söz demərik. Ey İbrahim, biz sənin ayrılığına qəmginik!”
    Mənbə: “Səhih əl-Buxari”, cild 2, səhifə 85; “Səhih Müslim”, “Kitab əl-fəzail”, “Bab Rəhmətuhu bi əs-sibyan”, cild 4, səhifə 1808; İbn Əbd Rəbbih, “əl-İqd əl-fərid”, “Kitab ət-təziyə”, cild 3, səhifə 19; İbn Macə, “Sünən”, “Bab ma caə fi əl-buka əla əl-meyyit”, cild 1, səhifə 506, hədis 1589; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf”, “Bab əs-səbr və əl-buka və ən-niyahə”, cild 3, səhifə 552, hədis 6672.
    11. Ümmü Əymən deyir: “Mən ALLAH (C.C.) Rəsulunu (s.ə.a.s.) Əbd əl-Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.”
    Mənbə: Sibt ibn əl-Cəuzi, “Təzkirə əl-xəvas”, səhifə 7.
    12. Həzrət Əli (ə.s.) buyurur: “Mən Əbu Talibin (ə.s.) ölüm xəbərini Həzrətə (s.ə.a.s.) verdikdə ağladı və mənə belə buyurdu: “Get ona qüsl ver, kəfənlə və torpağa tapşır! ALLAH (C.C.) onu bağışlasın və Öz mərhəmətində qərarlaşdırsın!””
    Mənbə: İbn Səd, “ət-Təbəqat əl-kubra”, cild 1, səhifə 105.
    13. “Bir gün ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) Əbva şəhərində anası Amənənin qəbrini ziyarət etdi. Tarixçilərin dediyinə görə, Həzrət (s.ə.a.s.) anasının qəbrinin kənarında ağladı və yoldaşlarını da ağlatdı.”
    Mənbə: Hakim ən-Nişapuri, “əl-Müstədrək”, cild 1, səhifə 357; İbn Şəbbə, “Tarix əl-Mədinə”, cild 1, səhifə 118.
    14. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s.ə.a.s.) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir: “Peyğəmbər (s.ə.a.s.) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.”
    Mənbə: ət-Təbəri, “Zəxair əl-uqba”, səhifə 56.
    15. Peyğəmbər (s.ə.a.s.) Osman ibn Məzun öləndən sonra onu öpdü və ağladı.
    Mənbə: Hakim ən-Nişapuri, “əl-Müstədrək əla əs-səhiheyn”, cild 1, səhifə 514, hədis 1334; ət-Tirmizi, “Sünən”, “Kitab əl-cənaiz bab ma caə fi təqbil əl-meyyit”, cild 3, səhifə 314, hədis 989; ət-Təbərani, “əl-Mucəm əl-Kəbir”, bab Aişə bint Qüddamə ibn Məzun əl-Cəmhiyyə, cild 24, səhifə 343, hədis 855; əl-Beyhəqi, “əs-Sünən əl-kəbir”, cild 3, səhifə 407, hədis 6503; əz-Zəməxşəri, “Rəbi əl-əbrar”, cild 4, səhifə 187; İbn əl-Əsir, “Cami əl-üsul”, cild 11, səhifə 105.
    16. “Səd ibn Rəbi Uhudda şəhid olandan sonra ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) Mədinəyə qayıtdı... ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) onun evinə daxil oldu, biz də Həzrətlə (s.ə.a.s.) birgə daxil olduq. And olsun ALLAHA (C.C.) ki, o evdə ev əşyaları və döşənəcək yox idi. Biz Həzrətin (s.ə.a.s.) yanında oturduq. Həzrət (s.ə.a.s.) bizim üçün Səd ibn Rəbinin şəxsiyyəti haqqında danışdı və onun üçün ALLAHDAN (C.C.) rəhmət dilədi... Bu sözləri eşidən qadınlar ağlamağa başladılar. Həzrətin (s.ə.a.s.) gözləri də doldu və qadınları ağlamaqdan çəkindirmədi.”
    Mənbə: Vaqidi, “əl-Məğazi”, cild 1, səhifə 329-330; Təqi əd-Din əl-Muqrizi, “İmta əl-əsma”, cild 13, səhifə 269.
    17. “Peyğəmbər (s.ə.a.s.) cənazə müşayiət etmək üçün evdən çıxdı, Ömər də Onunla idi. Bu zaman qadınların ağlamaq səsləri eşidildi. Ömər sərt şəkildə onların ağlamasının qarşısını almağa çalışdı. Peyğəmbər (s.ə.a.s.) Ömərə buyurdu: “Onlardan əl çək, çünki gözləri yaşlıdırlar, canları müsibət görüb və (ölən adamı) təzəlikcə itiriblər.”
    Mənbə: “Əl-Müstədrək əla əs-səhiheyn”, “Kitab əl-cənaiz”, cild 1, səhifə 381, hədis 1406; ən-Nəsai, “Sunən əs-suğra”, “Kitab əl-cənaiz”, bab ər-rüxsə fi əl-bukai əla əl-meyyit, cild 4, səhifə 19, hədis 1850; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, Bab musnədi Əbi Hüreyrə, cild 2, səhifə 444, hədis 9729; İbn Macə, “Sünən”, Kitab əl-cənaiz, Babu ma caə fi əl-bukai əla əl-meyyit, cild 1, səhifə 505, hədis 1587.

  • @vuqarhuseynov1485
    @vuqarhuseynov1485 2 роки тому +3

    Can Hüseyin🏴

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +7

    5-ci hissənin davamı:
    13. Bu rəvayət Əhməd ibn Hənbəlin “Fəzail əs-səhabə” kitabında da mötəbər sənədlə gəlmişdir. Əbu Bəkr ibn Malik əl-Qətii Əhməd ibn Hənbəlin “Fəzail əs-səhabə” kitabının ziyadəsində (əlavəsində) rəvayət edir:
    Əhməd ibn İsrail bizə dedi ki, Əhməd ibn Muhəmməd ibn Hənbəlin bir kitabda öz xətti ilə belə yazdığını gördüm: Əsvəd ibn Amir Əbu Əbd ər-Rəhman deyir ki, Rəbi ibn Munzir atasından nəql edir ki, Hüseyn ibn Əli (ə.s.) buyurur: “Kimin gözləri bizə görə yaşarsa, və ya bir damla göz yaşı axıtsa Uca ALLAH (C.C.) onu Cənnətdə məskunlaşdırar.”
    Mühəqqiq Vəsiyullah ibn Əhməd Abbas haşiyədə yazır yazır:
    “Əhməd ibn İsrail əl-Qətiinin şeyxlərindəndir. Amma onu müəyyən edə bilmədim, digər raviləri isə siqə (güvənilən) şəxslərdir.”
    Mənbə: Əhməd ibn Hənbəl, “Fəzail əs-səhabə”, cild 2, səhifə 840-841, hədis 1154; Dar İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı; təhqiq: Vəsiyullah bin Əhməd Abbas.
    Dr.Vəsiyullahın da qeyd etdiyi kimi Əhməd ibn İsrailin məchul olduğu deyilir. Bununla bərabər o, digər bütün ravilərin siqə olduğunu bildirmişdir. Deməli, Dr.Vəsiyullahın rəyinə əsasən Əhməd ibn İsraili problemi həll olunsa, başqa məsələ qalmır və rəvayətin sənədi mötəbərdir.
    Əhməd ibn İsrail - onun dörd adı var ki, həmin adlarda atasına deyil, babalarına istinad edilib. Bu barədə əl-Xətib əl-Bağdadi yazır:
    Əbu Bəkr Əhməd ibn Salman ibn Həsən ən-Nəccad...
    o, Əhməd ibn Yunus əl-Qətiidir
    həmçinin o, Əhməd ibn Salman ibn Həsən ibn İsraildir ibn Yunusdur, Ömər onu babasının babasına nisbət vermişdir,
    həmçinin o, Əbu Bəkr ibn Malik əl-Qətiinin ondan rəvayət etdiyi Əhməd ibn İsraildir.
    Mənbə: əl-Xətib əl-Bağdadi, “əl-Muvazzah əhvam əl-cəm və ət-təfriq”, cild 1, səhifə 464; Dar əl-Marifə, Beyrut, 1407/1987; təhqiq: Əbd əl-Muti Əmin Qəlaci
    Həmçinin, “Tarixi Bağdad” kitabının 4-cü cildində (bəzi nəşrlərdə 5-ci cild) əl-Xətib deyir:
    “O, doğrudanışan və arif şəxs idi. “əl-Müsnəd” (adında kitab) toplamış və sünnə barədə böyük bir kitab yazmışdır. Ondan Əbu Bəkr ibn Malik əl-Qətii, əd-Darəqutni, İbn Şahin və digər qədim alimlər rəvayət etmişlər.”
    Mənbə: əl-Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, cild 4, səhifə 412; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1997; təhqiq: Mustafa Əbd əl-Qədir Ata.
    Şəms əd-Din əz-Zəhəbi onun barəsində yazır:
    “İmam, mühəddis, fəqih, hafiz, müfti və İraq şeyxidir... Ondan Əbu Bəkr əl-Qətii hədis nəql etmişdir...”
    Mənbə: Şəms əd-Din əz-Zəhəbi, “Siyər əlam ən-nubəla”, cild 15, səhifə 502-503; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut.
    Beləliklə, Dr.Vəsiyullah ibn Muhəmməd Abbas sadəcə olaraq ravi barədə məlumat tapa bilməmişdir, ancaq göründüyü kimi ravi məlumdur və etibarlı şəxsdir. Dr.Vəsiyullahın başqa heç bir iradı olmamışdır və o digər ravilərin hamısının siqə şəxslər olduğunu bildirmişdir.
    Qeyd: Yenə vurğulayırıq!!! Hədisdə qeyd olunan savabın qazanılması üçün bəndənin gərək üzrsüz səbəb olmadan vacib əməlləri (namaz, oruc və s.) yerində olsun! Yəni, heç bir şey etmədən belə savab fikirləşmək olmaz! Əzadarlıq məclislərində iştirak hər bir halda xeyirli və savabdır! Söhbət hədisdə olan savabın qazanılmasından gedir!!! İNŞAALLAH!!! Əzadarlıq məclislərində iştirak edərkən vacib əməlləri etməyən bacı və qardaşlar ALLAHDAN (C.C.) onları hidayət etməsini istəsinlər! Həzrət Hüseyn (ə.s.) hörmətinə!!! ALLAH (C.C.) bizi bağışlasın!!! AMİN!!!
    14. Kərbəla hadisəsindən sonra İmam Səccadın (ə) göz yaşları bir an dayanmadı. Onu bu halda görənlər bunun səbəbini soruşdular. Həzrət (ə) cavabında buyurdu:
    “Məni danlamayın! Həzrət YAqub (ə.s.) övladlarından birini itirdi, o qədər ağladı ki, gözlərinin görmə qabiliyyətini əlindən verdi. O övladın ölməsi də məlum deyildi. Lakin mənim gözümün qarşısında ailəmdən bir gün ərzində 14 nəfərin başını kəsdilər. Siz güman edirsiniz ki, bu qəm-qüssə məndən əbədi olaraq uzaqlaşacaq?”
    Mənbə: Cəmal əd-Din əl-Mizzi, “Təhzib əl-Kəmal”, cild 20, səhifə 399; İbn Kəsir, “əl-Bidayə və ən-nihayə”, cild 9, səhifə 125; İbn Əsakir, “Tarix Mədinəti Dəməşq”, cild 41, səhifə 386.
    15. “Atam Əli ibn Hüseyn (ə.s.) buyururdu: “Hüseyn (ə.s.) və dostları (r.ə.) üçün göz yaşı tökən hər möminə ALLAH-Təala (C.C.) Cənnətdə bir otaq verəcək. Düşməndən çəkdiyimiz əzab-əziyyətlərə görə göz yaşı tökən hər möminə ALLAH (C.C.) Cənnətdə gözəl yer verəcək!”
    Mənbə: Süleyman əl-Qunduzi, “Yənabi əl-məvəddə”, cild 3, səhifə 102; İbn Həcər əl-Əsqəlani, “əl-İsabə”, cild 2, səhifə 438; “Lisan əl-mizan”, cild 2, səhifə 451.
    Qeyd: Yenə vurğulayırıq!!! Hədisdə qeyd olunan savabın qazanılması üçün bəndənin gərək üzrsüz səbəb olmadan vacib əməlləri (namaz, oruc və s.) yerində olsun! Yəni, heç bir şey etmədən belə savab fikirləşmək olmaz! Əzadarlıq məclislərində iştirak hər bir halda xeyirli və savabdır! Söhbət hədisdə olan savabın qazanılmasından gedir!!! İNŞAALLAH!!! Əzadarlıq məclislərində iştirak edərkən vacib əməlləri etməyən bacı və qardaşlar ALLAHDAN (C.C.) onları hidayət etməsini istəsinlər! Həzrət Hüseyn (ə.s.) hörmətinə!!! ALLAH (C.C.) bizi bağışlasın!!! AMİN!!!
    16. İmam Sadiq (ə.s.) da öz atalarına (ə.s.) tabe olaraq Kərbəla və Aşuranı əzəmətli tutmağa sifariş etmiş və buyurmuşdur:
    “Aşura hadisəsi qəlblərimizə od vurdu, gözlərimizin yaşını axıtdı. Biz Kərbəla qəm-qüssəsinin varisləriyik. Ağlayanlar Hüseyn (ə.s.) kimisinə ağlasın! Çünki ey möminlər, ona ağlamaq günahları məhv edib aradan aparır.”
    Mənbə: Əbu İshaq Əsfərayini, “Nur əl-eyn fi məşhəd əl-Hüseyn (ə.s.)”, səhifə 84.

  • @aishansalim6784
    @aishansalim6784 2 роки тому +1

    Lebbeyk Ya ALLAH

  • @elxan165msdi9
    @elxan165msdi9 2 роки тому +4

    ALLAH BÜTÜN. ÇÜSƏLMANARA KƏLBƏL. Ziyarət. Nəsb etsin. Vdyonu bəyənin. Sünülər vəhablər. Pisdiyir. Bəyənin

  • @mehricanschlieger1014
    @mehricanschlieger1014 2 роки тому +4

    🤲😭😭😭😭🤚🌷🌷🌷

  • @valideliyev
    @valideliyev 11 місяців тому

    Lebbeyke Ya EbaEbdullah Lebbeyke Ya Ebelfezdil Abbas

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +10

    7. “Bir qrup şəxs Şafeinin “(qurban) bayram(ı) ilə eyni vaxtda günəş tutulması baş versə…” sözünə etiraz edərək demişlər: Bu, mümkünsüzdür. Çünki günəş tutulması yalnız ayın 28-ci və ya 29-cu günündə baş verə bilər.
    Şafeinin əshabı buna bir neçə cavab vermişlər. Onlardan biri belədir: Bu, astronomların sözüdür. Biz deyirik ki, sözügedən müddətdən başqa vaxtlarda da günəş tutulması baş verə bilər; çünki ALLAH-Taala (C.C.) hər bir şeyə qadirdir. Belə bir şey rəvayətdə də gəlmişdir. Məsələn, səhih hədisdə Peyğəmbərin (s.ə.a.s.) övladı İbrahimin (ə.s.) vəfat etdiyi gündə günəş tutulması baş verdiyi bildirilir. Zübeyr ibn Bəkkar “Əl-Ənsab” kitabında nəql edir ki, İbrahim (ə.s.) Rəbiul-əvvəl ayının 10-cu günündə vəfat etmişdir. Beyhəqi də Vaqididən belə nəql etmişdir. Eləcə də, Hüseynin (ə.s.) Məhərrəm ayının 10-cu günündə qətlə yetirilməsi məşhurdur, Beyhəqi də həmin gündə günəş tutulması baş verdiyini nəql etmişdir.”
    Mənbə: Muhyiddin ən-Nəvəvi, “Ravdatut-talibin və umdətul-müftin”, cild 2, səhifə 88; “Məktəbətul-İslami” - Beyrut, 1412/1991; təhqiq: Zuheyr əş-Şaviş.
    8. Şəmsuddin əz-Zəhəbinin “şafeilərin şeyxi, dinin rəhbəri, əcəm və ərəblərin alimi” kimi vəsf etdiyi Əbdül-Kərim in Muhəmməd ər-Rafei yazır:
    “Hüseynin (ə.s.) Məhərrəm ayının 10-cu günündə qətlə yetirildiyi məşhurdur. Beyhəqi Əbu Qubeyldən belə nəql etmişdir: Hüseyn (ə.s.) qətlə yetirildiyi vaxt günəş elə bir şəkildə tutuldu ki, günün günorta çağı ulduzlar göründü. O dərəcədə ki, elə bildik artıq o (yəni, qiyamət) baş verir.”
    Mənbə: Əbdül-Kərim in Muhəmməd ər-Rafei, “Fəthul-əziz bi-şərhil-vəciz”, cild 5, səhifə 83-84.
    9. İbn əl-Cəuzi: “Aşura günü üfüqün qızarması cinayətin nə qədər böyük olduğunu göstərir.”
    İmam Əbülfərəc ibn əl-Cəuzi “Ət-Təbsirə” kitabında İbn Sirindən belə nəql etmişdir: “Hüseyn (ə.s.) qətlə yetirildikdən sonra dünya üç gün qaranlığa qərq oldu. Sonra göydə qırmızılıq peyda oldu.”
    Əbu Səid deyir ki, Hüseyn (ə.s.) öldürülən vaxt dünyanın harasında bir daşı qaldırırdılarsa, altından təzə qan axırdı. O gün səmadan qan yağmışdı. O qan hansı paltarın üstünə düşmüşdüsə, paltar cırılıb aradan gedənə qədər ləkə onun üstündə qalmışdı.
    Səlim əl-Qazı deyir: Hüseyn (ə.s.) qətlə yetirildikdə səmadan qan yağdı.
    Suddi deyir: Hüseyn (ə.s.) qətlə yetirildikdə səma ağladı. Səmanın ağlaması qırmızı rəngdə olur.
    Şeyx Əbülfərəc ibn əl-Cəuzi deyir: İnsan əsəbiləşdiyi vaxt üzü qızarır və bununla onun əsəbiləşdiyi bilinir. Qırmızılıq insanın əsəbiləşməyinin əlamətidir. ALLAH-Taala (C.C.) isə cisim olmadığı üçün Onun (C.C.) Hüseynin (ə.s.) qatillərinə qarşı qəzəblənməsinin əlaməti üfüqün qırmızılaşması şəklində təzahür etmişdir. Bu hadisə cinayətin nə qədər böyük olduğunu göstərir.
    Həmçinin deyir: Bədr günü Abbas əsir düşdükdə, Peyğəmbər (s.ə.a.s.) onun iniltisini eşitdi və o gecəni yata bilmədi. Elə isə gör Peyğəmbər (s.ə.a.s.) Hüseynin (ə.s.) iniltisini eşitsəydi nə olardı.
    Həmçinin deyir: Həmzənin (ə.s.) qatili Vəhşi müsəlman olduqda Peyğəmbər (s.ə.a.s.) ona dedi: “Üzünü məndən gizlət (gözümə görünmə). Mən sevimli şəxsləri qətlə yetirən kəsləri sevmirəm.” Düşünün; İslamı qəbul etmək keçmiş günahları sildiyi halda Peyğəmbər (s.ə.a.s.) Vəhşiyə belə deyir. Elə isə Peyğəmbər (s.ə.a.s.) Hüseynin (ə.s.) başını kəsən, yaxud onun ölümünə fərman verən və onun ailəsini dəvələrin belinə mindirən şəxsi görməyə necə təhəmmül edə bilər?!”
    Mənbə: Muhəmməd ibn Yusuif əz-Zərəndi əl-Hənəfi, “Nuzum durərus-simteyn”, səhifə 280-281; “Daru-ihyait-turasil-ərəbi” - Beyrut, 2004.
    10. Əhli-sünnə alimi Hafiz əl-Heysəmi yazır:
    “Zühridən belə dediyi nəql edilmişdir: Hüseyn ibn Əli (ə.s.) öldürüldükdə, Şamda hansı daşı qaldırırdılarsa, altından qan axırdı.”
    Bunu ət-Təbərani rəvayət etdi, raviləri “əs-Səhih”in raviləridir.
    Mənbə: Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid”, cild 9, səhifə 230, № 15160; “Darul-kutubil-ilmiyyə” - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata.
    11. Əhli-sünnə alimi Hafiz əl-Heysəmi yazır:
    “Ümmü Həkimdən belə dediyi nəql edilir: “Hüseynin (ə.s.) şəhid edildikdən sonra - mən o vaxt balaca bir qız idim - göy üzü bir neçə gün qırmızı rəngdə qaldı.”
    Bu hədisi ət-Təbərani nəql etmişdir, Ümmü Həkimə qədər bütün ravilər “əs-Səhih”in raviləridir.
    Mənbə: Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid”, cild 9, səhifə 230, №15161; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata.
    12. Əhli-sünnə alimi Hafiz əl-Heysəmi nəql edir:
    Zühridən belə dediyi nəql edilmişdir: Əbdülməlik mənə dedi: “Sən kimsən? Mənə deyə bilərsən ki, Hüseyn ibn Əli (ə.s.) öldürülən gün nə kimi hadisələr baş verdi?” Dedim: “Beytül-Məqdisdə hansı daşı qaldırırdılarsa, altında təzə qan olduğunu görürdülər”. Əbdülməlik dedi: “Mən də elə belə bilirəm”.”
    Bunu ət-Təbərani rəvayət etmişdir, raviləri siqə şəxslərdir.
    Mənbə: Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid”, cild 9, səhifə 230, №15159; “Darul-kutubil-ilmiyyə” - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata.

    • @mirihuseynov3591
      @mirihuseynov3591 2 роки тому +1

      Allah səndən razı olsun mənim müsəlman qardaşım

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +2

      @@mirihuseynov3591 ALLAH (C.C.) cümləmizdən razı olsun İNŞAALLAH!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +5

    İmam Hüseyn ibn Əli (ə.s.) üçün əzadarlığa qarşı çıxanlara dair:
    1. İbn Kəsir: “Nasibilər Aşura günü sevinc və şadyanalıq edirdilər.”
    Məşhur əhli-sünnə tarixçisi və təfsir alimi İbn Kəsir İmam Hüseynin (ə.s.) qətl gününü bayram kimi qeyd edən Əhli-beyt (ə) düşmənləri haqqında yazır:
    “Şamın nasibiləri Aşura günü şiə rafizilərin etdiyinin əksini edirdilər. Onlar Aşura günü dənli bitkilər bişirir (qovurur, yaxud dənli bitkilərdən yemək bişirir), çimir, ətirlənir, ən gözəl libaslarını geyinir, o günü bayram edir, cürbəcür yeməklər bişirir, sevinc və şadyanalıq edirdilər. Bütün bunlarla rafizilərin inadına davranmaq və onların əksinə getmək istəyirdilər.”
    Mənbə: İbn Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 283; nəşr: Vəqflər və İslam İşləri Nazirliyi - Qətər, 1436/2015; təhqiq: Əbdül-Qadir əl-Ərnaut və Bəşşar Əvvad Marufun rəhbərliyi altında tədqiqat qrupu; Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, cild 11, səhifə 577; nəşr: Darul-Hicr.

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    13. Əbül-Fərəc İsfahani deyir:
    “Mütəxxir (sonrakı dövr) şairlərindən bəziləri Huseyn ibn Əliyə (ə.s.) mərsiyə demişlər, lakin uzunçuluğa yol vermək üçün onları qeyd etmirəm. Əvvəlki dövr şairlərindən isə bizə bu barədə birşey yetişməyib. Şairlər bəni-üməyyədən qorxub-çəkindiklərindən bu işə yanaşmırdılar.”
    Mənbə: Əbül-Fərəc İsfahani, “Məqatilut-talibiyyin”, səhifə 121 (Əhli-Sünnə mənbəsidir).

  • @vidadiquliev2309
    @vidadiquliev2309 2 роки тому +1

    Min bir gecənin nagılları

  • @zulfuqarmgribi4958
    @zulfuqarmgribi4958 2 роки тому +11

    ua-cam.com/video/GMGe0sGFep4/v-deo.html İmam Hüseynin (ə) qətl günü nələr baş verdi?

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    Şiə əqidəsinə görə Aşura günü oruc tumaq barədə:
    Hədislər:
    1. İmam Muhəmməd ibn Əli - Baqirdən (ə.s.) nəql olunan hədis: “Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.”
    Mənbə: “Mən la yəhzuruhu əl-fəqih”, cild 2, səhifə 51, № 224.
    2. “..... Abdullah (ibn Ömər) deyir: “Sən Aşura gününün nə olduğunu bilirsənmi?” Əşas dedi: “Nədir ki?” Abdullah dedi: “O, RəsulALLAHIN (s.ə.a.s.) ancaq Ramazan orucu nazil olmamışdan öncə oruc tutduğu bir gündür. Ramazan orucu nazil olduqda tərk edildi. .....”
    Mənbə: “Səhih Müslim”, cild 2, səhifə 794, № 1127; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi (Əhli-Sünnə mənbəsidir).
    3. “Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.”
    Mənbə: Şeyx Kuleyni, “əl-Kafi”, Aşura və Ərəfə orucları babı, cild 4, səhifə 146, hədis 4.
    4. İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) nəql olunur: “Aşura günü İmam Hüseynin (ə.s.) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə.s.) şəmatət (Onun (ə.s.) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə.) və onlara kömək edənlər İmam Hüseynin (ə.s.) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə.s.) öldürülsə, Hüseynə (ə.s.) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə.) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə.s.) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan şükranlıqdır. İmam Hüseyn (ə.s.) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə.s.) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.”
    Mənbə: Şeyx Tusi, “Əmali”, səhifə 667, hədis 1397/4.
    5. “Zeyd ən-Nərsi deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Aşura orucu haqqında soruşulduğunu eşitdim. Həzrət (ə.s.) belə buyurdu: “Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar.” Dedim: “Onlar bu gün nə bəhrə aparıblar?” Buyurdu: “Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən ALLAHA (C.C.) pənah aparıram.”
    Mənbə: “əl-Kafi”, cild 4, səhifə 147, hədis 6; “Təhzib”, cild 4, səhifə 301, hədis 912; “əl-İstibsar”, cild 2, səhifə 135, hədis 443.
    6. Muhəmməd ibn Sinan deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə.s.) belə buyurdu: “Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir.”
    Mənbə: Şeyx Hürr Amili, “Vəsail əş-şiə (Alul Beyt)”, cild 10, səhifə 460, № 13847.
    7. “İmam Əli ibn Musa - Rza (ə.s.) buyurur: Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün ALLAH (C.C.) qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.
    Mənbə: Şeyx Səduq, “İləl əş-şəraye”, cild 1, səhifə 227.
    Fətvalar:
    “Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın).”
    Mənbə: “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul”, 16-cı cild, 361-ci hədis.
    Müctehidlərin höhkləri:
    1. Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
    2. Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
    3. Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkruhdur (bəyənilmir).”
    4. Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” - 1717-ci məsələ.
    5. Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” - 1469-cu məsələ.

  • @RoyalSlimli-iz7nw
    @RoyalSlimli-iz7nw Місяць тому

    Hamısı 60 gün olur

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    19. Yezid ibn Muaviyə ibn Əbu Süfyan (lən.) barədə Əhli-sünnə alimi Mahmud əl-Alusi: “Alimlərdən bir dəstə şəxs qəti şəkildə onun kafirliyinə hökm vermiş və açıqca onun lənətlik olduğunu bildirmişlər. Onlara misal olaraq hafiz, nasirus-sünnə İbn əl-Cəvzini və ondan qabaq Qazi Əbu Yəlanı göstərmək olar. Əllamə ət-Təftəzani isə demişdir: “Biz onun barəsində və imanı barədə heç danışmırıq (yəni, ümumiyyətlə, o imansızdır). ALLAH-Təalanın (C.C.) lənəti olsun ona, ənsarına və yardımçılarına.” Ona açıqca lənət edən şəxslərdən biri də Cəlal əs-Süyutidir, əleyhir-rəhmə.”
    Və mən deyirəm: Mənim daha çox ehtimal verdiyim şey budur ki, xəbis heç Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiq etməyib! Onun ALLAHIN (C.C.) hərəminin və Onun Peyğəmbərinin (s.ə.a.s.) hərəminin və pak və təmiz itrətinin (sağlıqlarında və öldükdən sonra) başlarına gətirdiyi işlər və ondan sadir olan rüsvayçı əməllər, onun Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiqləmədiyinə Qurani-Kərimin vərəqini çirkab yerə atmasından daha az dəlalət etmir. Zənn etmirəm ki, o dövrdə onun məsələsi (imansız, kafir olması) müsəlmanların möhtərəm şəxslərinə gizli qalmışdır. Lakin onlar məğlub və basılmış vəziyyətdə idilər və səbr etməkdən başqa yolları yox idi. Əgər fərzən qəbul edilsə ki, xəbis (Yəzid) müsəlman olub, o zaman o bəyan edilə bilməyəcək qədər böyük günahlar etmiş bir müsəlman olmuşdur. Mənim nəzərim budur ki, onun mislində olan bir şəxsə açıq-aşkar adını deməklə lənət etmək caizdir. Hərçənd ki, fasiqlər içərisində onun kimi birisinin olması təsəvvür edilməsə belə! Zahir budur ki, o tövbə etməmişdir. Onun tövbə etmiş olması ehtimalı, onun imanı olması ehtimalından daha zəifdir (bu insanın imanı sübuta yetməyib, o ki qala tövbəsi sübuta yetə - müt). İbn Ziyad, İbn Səd və bir dəstə şəxs də onun kimidirlər. ALLAH - Əzzə və Cəll - onların hamısına, yardımçılarına, köməkçilərinə, tərəfdarlarına və onlara meyl edən hər bir kəsə qiyamət gününədək və gözlər Əba Əbdillah Hüseynə (ə.s.) ağladığı müddətcə lənət etsin!”
    Mənbə: 1) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 13, səhifə 227-228; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415; təhqiq: Əli Əbd əl-Bari Atiyyə; 2) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 26, səhifə 72-73; “İdarə ət-Tibaa əl-Muniriyyə” və “Dar İhya ət-Turas əl-Ərəbi” nəşriyyatları.

  • @rubabecelilova8683
    @rubabecelilova8683 2 роки тому +2

    Hacı İranda yoxdu elə şey hec bir ölkədə yoxdu niyə məhz Azərbaycandadır?niyə qoymurlar ki,Ağamızı doyunca ağlayaq ziyarətinə gedək onun həsrətində olanlar var ,qəbiri şərifini görməyənler yanıb alışanlar var .Neynəyim mən ki,gedə bilmirəm həsrətəm.😢😢😢😢

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    Sibt İbn əl-Cəuzi əl-Hənəfinin rövzə oxuması
    (Əbülfərəcin qız nəvəsi)
    Hələb sahibi hökmdar Nasirin zamanında (Sibt Cövziyə) Aşura günü barədə sual verilər ki, Hüseynin (ə.s.) məqtəlindən camaata bir şey danışsın. O, minbərə qalxdı və uzun-uzadı oturdu, danışmadı. Sonra üzünə bir dəsmal qoydu və hönkürtü vurub ağladı. Sonra ağlayan halda şeir oxuyaraq dedi:
    Və yaradılışın yenidən dirilməsi üçün sur çalındıqda,
    Şəfaət verənləri öz düşmənləri olanların vay halına!
    (yəni, Peyğəmbər (s.ə.a.s.) və Əhli-Beyt (ə.s.) Qiyamət günü şəfaət verəndirlər, onlar Yezidin (lən.) düşmənidir)
    Şübhəsiz, Qiyamət günü Fatimə (ə.s.) məşhər yerinə köynəyi Hüseynin (ə.s.) qanına bulaşmış halda gələcək.
    Sonra ağlaya-ağlaya minbərdən düşdü. Bu halda da Salehiyyəyə (mədrəsəyə) getdi. ALLAH (C.C.) ona rəhmət eləsin.
    Mənbə: İbn Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, cild 15, səhifə 303; nəşr: Vəqflər və İslam İşləri Nazirliyi - Qətər, 1436/2015; təhqiq: Əbdül-Qadir əl-Ərnaut və Bəşşar Əvvad Marufun rəhbərliyi altında tədqiqat qrupu;
    Digər mənbələr: Bədrəddin əl-Əyni, “İqdul-Ciman fi tarixi Əhliz-zəman”, səhifə 30, Əbdülqadir ibn Muhəmməd ən-Nueymi əd-Diməşqi, “əd-Darisu fi tarixil-mədaris”, cild 1, səhifə 367; Əbdülqadir Bədran, “Mənadəmətul-ətlalu və məsamərətul-xəyal”, cild 1, səhifə 155.

  • @leylamemmedova6291
    @leylamemmedova6291 2 роки тому +1

    😢😢😢🤲🤲🤲

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    Həzrət Fatimə Zəhranın (əleyhəssəlam) İmam Hüseyn (əleyhissəlam) üçün növhə oxumaq barədə göstəriş verməsi
    İbn Əbdürrəhim deyir: Mənə Xale danışıb dedi ki, 346-cı ildə azyaşlı idim, atamla birlikdə kitabsatanlarla zərgərlər (bazarı) arasında yerləşən əl-Kəbuzi məscidində idim. Ora adamla dolu idi. Birdən bir kişi gəlib yetişdi. Əynində yamaqlı libas vardı. Əlində su tuluğu, yemək torbası və əsa (əl çubuğu) vardı. Saçları pırtlaşıq idi (yaxud tör-töküntü günündə idi). Uca səslə camaata salam verib, dedi: “Mən Fatimə Zəhranın (salavatullahi əleyha) elçisiyəm.” Onlar dedilər: “Mərhəba, xoş gördük!” Onlar ona ehtiram etdilər. O dedi: “Mənə növhəxan Əhməd əl-Müzəvvəqi (yaxud Müzəvviqi) tanıtdıra bilərsinizmi?” Dedilər: “Bəli, bax burada oturandır”. O dedi: “Mən yuxuda xatunumuzu (əleyhəssəlam) gördüm. Mənə dedi ki, Bağdada yollan və onu (Əhmədi) axtar. Ona de ki, oğluma növhə desin, o icad edənin (Əli ibn Abdullah ibn Vəsif) şeirilə ki, orada deyir:
    Bəni Əhməd, qəlbim sizin (matəminiz) üçün parça-parça olur.
    Sizin barədə olan müsibətlərim kimisi eşidilməyib.
    Naşi (yazıçı) həmin məclisdə iştirak edirdi. Möhkəm şəkildə üzünə döyəclədi. Onun ardınca əl-Müzəvvəq və başqaları hamılıqla ona qoşuldular. Hamıdan çox Naşi, sonra isə əl-Müzəvvəq təsirlənmişdi. Sonra həmin gün camaat zöhr namazını qılanadək və məclis bitənəcək bu qəsidəni oxudular. Çox çalışdılar ki, həmin adam onlardan bir şey qəbul eləsin. O dedi: “ALLAHA (C.C.) and olsun ki, dünya verilsəydi belə, mən onu götürməzdim. Rəva bilmirəm ki, mən xatunumun (əleyhəssəlam) elçisi olum, sonra da bunun əvəzini götürüm.” O (həmin yerdən) ayrıldı və heç bir şey qəbul etmədi.”
    Mənbə: Yaqub əl-Həmavi, “Mucəmul-üdəba”, cild 4, səhifə 149-150; “Darul-ğəribil-islami” - Beyrut, 1414/1993; təhqiq: İhsan Abbas.
    Qeyd: Yuxarıda qeyd olunanlar həm Yezidə (lən.) lənət oxumağın məkruh olmasını, eləcə də rəhmət deyilməsini müstəhəb sayanlara cavab, eləcə də İmam Hüseyn ibn Əliyə (ə.s.) əzadarlıq keçirilməsinin, insanların əvvəldən onun haqlı olduğu halda zülmə məruz qalmasına kövrəlməsinə, ağlamasına bir sübutdur!!! ALLAH (C.C.) bizi bu qapıdan ayrı salmasın!!! AMİN!!!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    Yezid ibn Müaviyə (lən.) barədə:
    2-ci hissə:
    10. İbn Abbasın Yezidin (lən.) məktubuna yazdığı cavabda da, buna təkid olunub: “Elə bilirsən ki, sənin Hüseyni (ə.s.) və Əbdülmütəllib cavanlarını şəhid etdirdiyini unutmuşam?! Hər nəyi unutsam da, Hüseyni (ə.s.) Peyğəmbərin (s.ə.a.s.) hərəmindən uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, oradan da, hiylə və məkrlə Kufəyə tərəf səfər etməyə sövq etdiyini unutmamışam. Sonra isə “Mərcanənin oğlu”na (İbn Ziyada (lən.)) dəfələrlə məktub yazaraq Hüseynlə (ə.s.) müzakirəni uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, İbn Ziyad (lən.) Hüseyni (ə.s.) və Əbdülmütəllib cavanlarını öldürdü. Halbuki, onlar Peyğəmbərin (s.ə.a.s.) pak Əhli-beyti (ə.s.) olaraq, ALLAH (C.C.) tərəfindən hər cür çirkinlik və pislikdən uzaq olmuşlar.”
    Mənbə: “Tarixi-Yəqubi”, cild 2, səhifə 249; “Kamil”, cild 3, səhifə 318; İbn Cövzi, “Təzkirətül-xəvas”, səhifə 275.
    11. Yezidin (lən.) oğlu Müaviyə bu barədə deyir: “Atam, Peyğəmbərin (s.ə.a.s.) Əhli-beytini (ə.s.) şəhid etdi, onlara ehtiramsızlıq göstərdi...”
    Mənbə: “Tarixi-Yəqubi”, cild 3, səhifə 254.
    12. “İmam Hüseynin (ə.s.) kəsilmiş başını Yezidə (lən.) verdikdə, o şadlıq edərək, bu işin şərəfinə böyük bir ziyafət təşkil etdii. Orada İmamın (ə.s.) başını ortaya qoyaraq, əlindəki dəmir çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi. O (lən.), İmam Hüseynin (ə.s.) başını üç gün ağacda saxladı.”
    Mənbə: “Ər-Rəddul mütəəssibul-ənid”, səhifə 45; “Kamil”, cild 3, səhifə 298; İbn Kəsir, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 222; “Əl-Xütut”, cild 2, səhifə 289; “Siyru əlamün-nübəla”, cild 3, səhifə 319; Məsudi, “Mürucüz-zəhəb”, cild 3, səhifə 77; İbn Cövzi, “Təzkirətül-xəvas”, səhifə 260; “Əl-Fütuh”, cild 5, səhifə 324; “Tarixül-xüləfa”, səhifə 208; “Tarixi-Təbəri”, cild 4, səhifə 358.
    13. “Aşura müsibətindən sonra İbn Ziyad (lən.), Yezidin (lən.) yanında daha da hörmətli və sevimli oldu. O, Yezidin (lən.) şəxsi eyş-nuş və kef məclislərinin ən əziz qonağı sayıldı. Və Yezid (lən.) ölənə qədər İbn Ziyad Kufə, Bəsrə valisi vəzifəsində qaldı.”
    Mənbə: “Kamil”, cild 3, səhifə 219-220 və 300; “Tarixi-Təbəri”, cild 4, səhifə 288-289; İbn Cövzi, “Təzkirətül-xəvas”, səhifə 238; “Tarixül-xüləfa”, səhifə 208; İbn Kəsir, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 209 və 254; “Əl-Fütuh”, cild 5, səhifə 252; Məsudi, “Murucuz-zəhəb”, cild 3, səhifə 77.
    14. Yezid (lən.) İmam Hüseyni (ə.s.) şəhid etdikdən sonra Məkkə üsyanını amansızca yatırması, Mədinə əhalisini qətlə yetirərək, namuslarını üç gün öz əsgərlərinə halal etməsi və bu kimi digər insanlıqdan uzaq hərəkətləri də buna sübutdur.
    Mənbə: “Tarixi-Yaqubi”, cild 2, səhifə 254; “Tarixül-xüləfa”, səhifə 209; “Əxbari-Məkkə”, cild 1, səhifə 202; Məsudi, “Murucüz-zəhəb”, cild 3, səhifə 79; “Tarixi-Təbəri”, cild 4, səhifə 379-372; “Kamil”, cild 3, səhifə 310-313; İbn Kəsir, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 219-221; “Əl-İmamə vəs-siyasə”, cild 1, səhifə 216; “Tarixül-xüləfa”, səhifə 209.
    Günahsız insanları qətlə yetirmək onun üçün sanki bir “əyləncə” xarakteri daşıyırdı. Təbiidir ki, daim eyş-işrətə məşğul olan Yezid (lən.) tövbə haqqında fikirləşmək belə istəmirdi.
    15. Yezidin (lən.) zahirdə İmam Hüseynin (ə.s.) şəhid olmasına təəssüflənməsi və İbn Ziyadı (lən.) lənətləməsinin isə tək bir səbəbi vardır. Aşura hadisəsindən sonra Mədinə, Məkkə, Kufə, Bəsrə və hətta Şam şəhəri də, Yezidə (lən.) nifrət etməyə başladı. Hər bir yerdə əzadarlıq mərasimləri quruldu. Hətta Yezidin (lən.) öz sarayında belə ən yaxın adamları, həmçinin səhabələr və xarici səfirlər də, ona şiddətli şəkildə çəkinmədən, öz etirazlarını bildirdilər. Çoxsaylı saray adamları Yezidin (lən.) qəzəbinə və sərvətinə azacıq da olsa belə etina etmədən, ondan üz çevirib getdilər.
    Mənbə: “Tarixün-nihayə”, səhifə 90 və 132; İbn Cövzi, “Təzkirətül-xəvas”, səhifə 240; “Tarixi-Təbəri”, cild 4, səhifə 356; “Kamil”, cild 3, səhifə 298.
    16. Doktor Taha Hüseyn (Misirli mütəfəkkir) yazır: “Bəzi şəxslər elə güman edirlər ki, Yezid (lən.) İmam Hüseyni (ə.s.) belə faciəli şəkildə şəhid etdikdən sonra peşman olaraq tövbə etdi. Və özünün belə fərman vermədiyini söyləyərək, İbn Ziyadın (lən.) özbaşınalıq etdiyini, yalnız onun günahkar olduğunu demişdir. Maraqlıdır, əgər belədirsə, nə üçün Yezid (lən.) azacıq da olsa İbn Ziyadı (lən.) cəzalandırmadı? Nə üçün onu vali vəzifəsindən uzaqlaşdırmadı?”
    Mənbə: “Əl-Fitnətül-Kəbir”, cild 2, səhifə 265.

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    Yezid ibn Müaviyə (lən.) barədə:
    1-ci hissə:
    1. “(Peyğəmbərin (s.ə.a..s) bir hədisinə əsasən) üç “şər” baş verəcəkdir. (Həmin hədisdə deyilən) üçüncü şər Müaviyənin (lən.) oğlu Yezidin (lən.) xilafəti dövrü ilə başlamışdır. Yezid (lən.), onun əksər valiləri və ondan sonra gələn Bəni-Üməyyə (Əməvi) xəlifələri (Peyğəmbərin (s.ə.a.s.) buyurduğu) “Onlar Cəhənnəm qapılarına çağıran şəxslərdirlər. Kim onların çağırışlarına cavab versə, onlar o şəxsi Cəhənnəmə atarlar” kəlamının tam məzhəridirlər. Onlar doğru yolla addımlamamış, ədalətli qəzavət etməmişlər. Onların həyat yollarına nəzər salıb əhvalatlarını oxumaqla buna əmin olmaq olar.”
    Mənbə: Əhməd ibn Ömər əl-Qurtubi, “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitabi Muslim”, cild 4, səhifə 56; “Darul-kəlimit-təyyib”, “Dar İbn Kəsir” - Beyrut/Dəməşq, 1417/1996.
    2. Əhli-sünnə alimi Mahmud əl-Alusi: “Alimlərdən bir dəstə şəxs qəti şəkildə onun kafirliyinə hökm vermiş və açıqca onun lənətlik olduğunu bildirmişlər. Onlara misal olaraq hafiz, nasirus-sünnə İbn əl-Cəvzini və ondan qabaq Qazi Əbu Yəlanı göstərmək olar. Əllamə ət-Təftəzani isə demişdir: “Biz onun barəsində və imanı barədə heç danışmırıq (yəni, ümumiyyətlə, o imansızdır). ALLAH-Təalanın (C.C.) lənəti olsun ona, ənsarına və yardımçılarına.” Ona açıqca lənət edən şəxslərdən biri də Cəlal əs-Süyutidir, əleyhir-rəhmə.”
    Və mən deyirəm: Mənim daha çox ehtimal verdiyim şey budur ki, xəbis heç Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiq etməyib! Onun ALLAHIN (C.C.) hərəminin və Onun Peyğəmbərinin (s.ə.a.s.) hərəminin və pak və təmiz itrətinin (sağlıqlarında və öldükdən sonra) başlarına gətirdiyi işlər və ondan sadir olan rüsvayçı əməllər, onun Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiqləmədiyinə Qurani-Kərimin vərəqini çirkab yerə atmasından daha az dəlalət etmir. Zənn etmirəm ki, o dövrdə onun məsələsi (imansız, kafir olması) müsəlmanların möhtərəm şəxslərinə gizli qalmışdır. Lakin onlar məğlub və basılmış vəziyyətdə idilər və səbr etməkdən başqa yolları yox idi. Əgər fərzən qəbul edilsə ki, xəbis (Yəzid) müsəlman olub, o zaman o bəyan edilə bilməyəcək qədər böyük günahlar etmiş bir müsəlman olmuşdur. Mənim nəzərim budur ki, onun mislində olan bir şəxsə açıq-aşkar adını deməklə lənət etmək caizdir. Hərçənd ki, fasiqlər içərisində onun kimi birisinin olması təsəvvür edilməsə belə! Zahir budur ki, o tövbə etməmişdir. Onun tövbə etmiş olması ehtimalı, onun imanı olması ehtimalından daha zəifdir (bu insanın imanı sübuta yetməyib, o ki qala tövbəsi sübuta yetə - müt). İbn Ziyad, İbn Səd və bir dəstə şəxs də onun kimidirlər. ALLAH - Əzzə və Cəll - onların hamısına, yardımçılarına, köməkçilərinə, tərəfdarlarına və onlara meyl edən hər bir kəsə qiyamət gününədək və gözlər Əba Əbdillah Hüseynə (ə.s.) ağladığı müddətcə lənət etsin!”
    Mənbə: 1) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 13, səhifə 227-228; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415; təhqiq: Əli Əbd əl-Bari Atiyyə; 2) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 26, səhifə 72-73; “İdarə ət-Tibaa əl-Muniriyyə” və “Dar İhya ət-Turas əl-Ərəbi” nəşriyyatları.
    3. Tarixçilər Yezidin (lən.) Mədinə valisinə Hüseyndən (ə.s.) zorla da olsa beyət almasını və imtina etdiyi halda qətlə yetirilməsi haqda əmr etdiyinə yekdildirlər: “Yezid ibn Müaviyə (lən.) h.q. 60-cı ilin Rəcəb ayında Mədinə valisi Vəlid ibn Ütbəyə belə yazmışdır: “Yazım sənə çatan kimi Hüseyn ibn Əlini (ə.s.) və Zübeyr ibn Abdullahı tapıb mənim üçün beyət al. Beyətdən boyun qaçırtsalar boyunlarını vurub mənə göndər.”
    Mənbə: 1) İbn Şəhraşub, “Mənaqib”, 4-cü cild, səhifə 88; 2) “Əl-imamətu vəssiyasət”, 1-ci cild, səhifə 203; 3) “Tarixi Yaqubi”, 2-ci cild, səhifə 229 (241); 4) “Fusulul-mühimmə”, səhifə 163; 5) “Təzkirətul-xəvass”, səhifə 235.
    4. “Yezid (lən.) tərəfindən bir elçi gəldi və Ubeydullaha (lən.) göstəriş verdi ki, Hüseynin (ə.s.) başını və onun övladlarından qalanları, Əhli-Beytini (r.ə.) və qadınlarını ona göndərsin.”
    Mənbə: İbn Səd, “Tərcumətul-İmam Hüseyn”, “Təbəqati ibn Səd”, səhifə 81, naşir: Müəssəsətu Ahli-beyt lo ihyait-turas; İbn Covzi, “ər-Rəddu ələl-mutəəssibil-ənidil-mane min zəmmi Yezid”, səhifə 56, naşir: Darul-kutubil-elmiyyə, Beyrut, 1405-ci h.q. ili.
    5. “İbn Ziyad (lən.) Kufədə Hüseynin (ə.s.) başını nizəyə vurdu və onu (kəsilmiş başı) Kufə şəhərində gəzdirməyə başladı. Daha sonra Zəhr ibn Qeys əl-Cofini çağırıb, Hüseynin (ə.s.) və əshabının (r.ə.) başlarını və onun ailəsini Yezid ibn Müaviyəyə (lən.) yolladı.”
    Mənbə: Bəlazəri, “Ənsabul-əşraf”, cild 3, səhifə 212, çap: Məcməu-İhyais-səqafətil-İslamiyyə, 2-ci çap, 1419-cu h.q. ili; İbn Əsakir, “Tarixu-mədinəti-Dəməşq”, cild 18, səhifə 445, çap: Darul-Fikr, Beyrut, 1415-ci h.q. ili; Təbəri, “Tarixut-Təbəri”, cild 4, səhifə 351, çap: Müəssəsətul-ələmi, Beyrut, 4-cü çap, 1403-cü h.q. ili; əs-Səfədi, “əl-Vafi bil-vəfəyət”, cild 14, səhifə 127, çap: Daru-İhyait-Turasil-Ərəbi, Beyrut, 1420-ci h.q. ili.
    6. “Yezid (lən.) sarayında əlində qamçı ilə Həzrət Hüseynin (ə.s.) dişlərinə və ağzına vururdu. Orada olan Peyğəmbər (s.ə.a.s.) səhabələrindən Əbu Bərzə əl-Əsləmi qışqırdı: “Sən Hüseynin (ə.s.) dişlərinə və ağzına vurursan? Halbuki mən dəfələrlə Peyğəmbərin (s.ə.a.s.) onları öpdüyünü görmüşəm.” O, buna dözməyib saraydan çıxdı.”
    Mənbə: Təbəri, “Tarix”, cild 4.
    7. Xətib Xarəzmi, Əbulfərəc ibn Cuzi, Şeyx Abdullah Şəbravi Şafei yazırlar:
    “İmam Hüseynin (ə.s.) kəsilmiş başı Yezidin (lən.) qarşısına qoyulanda o, yəhudi və xristian qonaqlarının qarşısında -
    “bu gün Bədr gününün müqabilində bir gün oldu ya Muhəmməd!” deyərək bu şeiri oxumağa başladı:
    “Kaş Bədr günü ölən babalarım indi burda olaydılar.
    Sevincdən fəryad edib deyərdilər: əlin var olsun Yezid!
    Onların ən böyüklərini öldürdün.
    Bu Bədrin cavabı idi, indi oldu heç-heçə.
    Bəni-Haşim səltənətlə oyun oynadı, necə.
    Yoxsa, nə bir xəbər var idi, nə də vəhy gəlmişdi.
    Xəndəfin (babalarından biri) oğlu olmazdım əgər,
    Muhəmmədin balalarından intiqam almasaydım.
    Əziz övladını öldürüb Əlidən öz qisasımızı aldıq...”
    Bu şeirlərin sahibinə haqq qazandırmaq, ona “ALLAH (C.C.) rəhmət etsin!” demək İslamın əsaslarını ayaq altına qoymaq deyilmi?
    8. Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və mütəfəkkirləri “İmam Hüseyni (ə.s.) qətlə yetirmək əmrinin” Yezidin (lən.) birbaşa öz əmri olduğunu və onun görünməmiş səbirsizliklə buna israr etdiyini yazmışlar.
    Mənbələr: 1) Təftazani, “Şərhi-əqaidi nəsfiyyə”, səhifə 181; 2) Cahiz, “Rəsail”, səhifə 298; 3) Alusi, “Ruhül-məani”, cild 26, səhifə 73; 4) Şəbradi, “Əl-İthaf bi hubbil-əşraf”, səhifə 62-66.
    9. Yezidin (lən.), İbn Ziyadı (lən.) Kufə şəhərinə vali təyin etməsi (“Tarixi-Təbəri”, cild 4, səhifə 258; İbn Əsir, “Kamil”, cild 3, səhifə 268; İbn Kəsir, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 164), İmam Hüseynlə (ə.s.) bağlı bütün işlərdə birbaşa onun özü ilə məşvərət etməsinə dair göstərişi (“Tarixi-Təbəri”, cild 4, səhifə 254 və 285; “Kamil”, cild 3, səhifə 298), Mədinə valisi Vəlidə məktub yazaraq; “ya bizə beyət al, ya da onu tez öldür!”-deyə tapşırıq verməsi (“Tarixi-Yaqubi”, cild 2, səhifə 241 (229); “Əl-Fütuh”, cild 5, səhifə 10-11; “Tarixi-Təbəri”, cild 4, səhifə 251; “Kamil”, cild 3, səhifə 264; İbn Kəsir, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 157-158; “Əl-İxbarüt-təval”, səhifə 228), Məkkədə belə onu öldürtməyə çalışması (“Tarixi-Təbəri”, cild 4, səhifə 289; “Kamil”, cild 3, səhifə 276; “Lühuf”, səhifə 82), İbn Ziyada, “Kərbəlada işi uzatma, onu öldür!” məzmunlu məktub yazması (“Tarixi-Dəmeşq”, cild 14, səhifə 208 və cild 28, səhifə 19; “Əl-Fütuh”, cild 5, səhifə 89 və 135; “Tarixi-Yaqubi” cild 2, səhifə 242; “Məqtəl”, cild 1, səhifə 140; “Əl-Əqdül-fərid”, cild 5, səhifə 130; “Tarixül-xüləfa”, səhifə 165), Şimr ibn Zilcövşəni oraya göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid (lən.) tərəfindən planlaşdırıldığına danılmaz bir sübutdur.
    DAVAMI NÖVBƏTİ ŞƏRHDƏ...

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    Həzrət Fatimə Zəhranın (əleyhəssəlam) əhli-sünnə hənəfi aliminə
    İmam Hüseynə (ə.s.) növhə oxumaq üçün göstəriş verməsi:
    Atam mənə danışdı ki, bir gün Əbülhəsən əl-Katib bizə gəldi və dedi: “Siz Bağdadda İbn Əsdəq deyilən bir nəfəri tanıyırsınızmı?” Məclis əhli arasından məndən başqa kimsə onu tanımırdı. Mən dedim ki, bəli. Niyə onun haqqında soruşursan ki? O dedi: “Nə iş görür?” Dedim ki, Hüseynə (ə.s.) növhə söyləyir.
    Deyir: “Əbülhəsən ağladı və dedi: “Yanımda bir yaşlı qadın var, o mənə (uşaqlıqdan) tərbiyə vermişdir. O, Kərx əhlindəndir. Dili ərəbcə danışaraq söz söyləməkdə acizdir. Ərəbcə bir kəlmə belə olsun düzgün şəkildə deyə bilmir. O ki, qalsın şeir rəvayət etsin. O, saleh müsəlman qadınlardandır. Çoxlu oruc tutur və gecənin bir hissəsini oyaq qalırdı. Dünən gecə yarısı oyandı. Onun yataq yeri mənim yerimə yaxındır. Məni çağırdı ki, ey Əbülhəsən. Dedim ki, nə olub sənə? Dedi ki, yanıma gəl. Yanına getdim. Gördüm ki, əsir. Dedim ki, nə baş verib? Dedi ki, gecə ibadətini edirdim, sonra yatdım və həmin vaxt yuxumda gördüm ki, sanki Kərx darvazalarından birindəyəm. Birdən təmiz bir otaq gördüm ki, (divarları) ağdır və sacı (hazırlandığı ağac) gözəl idi. Qapısı açılmış halda idi. Qadınlar onun yanında durmuşdular. Onlara dedim ki, kim ölüb? Nə xəbərdir? Onlar evin içərisinə işarə elədilər. İçəri girdim və bir lətif hücrə gördüm. Olduqca gözəl idi. Ortasında bir gənc qadın vardı, mən ondan yaraşıqlısını, qəşəngini və gözəlini heç vaxt görməmişdim. Üzərində gözəl libas vardı, ağ, dolu (enli), yumşaq idi. Üstünü örtmüşdü, yuxarısında olduqca ağ izar vardı. Ətəyində adam (kişi) başı vardı ki, (oradan) qan axırdı.
    Dedim ki, sən kimsən? Dedi ki, səninlə işim yoxdur. Mən ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) qızı Fatiməyəm (ə.s.). Bu da oğlum Hüseynin (ə.s.) başıdır. Mənim tərəfimdən İbn Əsdəqə de ki, bu şeiri növhə kimi (oğlum Hüseynə (ə.s.)) oxusun:
    “Onu xəstəlik tutmamışdı (xəstəlik üzündən dünyasını dəyişmədi), elə isə, (bunu) yerinə yetirin. Xeyr, bundan öncə də xəstə deyildi.”
    Mən qorxu içində ayıldım.
    Deyir: Yaşlı qadın dedi: “ləm əratahu”, “ta” ilə. Çünki “dad”ı bərqərar edə bilmirdi (yəni “dad” hərfi əvəzinə “ta” dedi). Ondan sakit oldu, ta ki yatdı.
    Sonra (Əbülhəsən) mənə dedi: “Ey Əbülqasim, indi ki, İbn Əsdəqi tanıyırsan, (xatun) sənə əmanət qoymuşdur və sənə zəruri etmişdir ki, bu xəbəri İbn Əsdəqə çatdırasan.” Dedim ki, eşidərək və itaət edərək (bunu yerinə yetirərəm). Çünki aləm qadınlarının xanımı (ə.s.) əmr etmişdir.
    (Əbülqasim davamında) deyir: “Bu, şəbanda baş vermişdi. Camaat hairə (İmam Hüseynin (ə.s.) ziyarətinə) getmək istədikdə hənbəlilər tərəfindən ciddi cəhdlə (təzyiqlə, maneə ilə) qarşılaşdılar (və azar gördülər). Mən o qədər səy göstərdim ki, nəhayət özümü şəbanın yarısı hairə çatdıra bildim. İbn Əsdəq barədə sorğu-sual edirdim, nəhayət, onu gördüm. Ona dedim ki, Fatimə (əleyhəssəlam) sənə göstəriş verib ki, içində “Onu xəstəlik tutmadı, odur ki, (bunu) yerinə yetirin... Xeyr o, bundan öncə də xəstə olmayıb” olan qəsidəni növhə oxuyasan. Mən bundan öncə o qəsidəni bilmirdim. İbn Əsdəq bundan gərginləşdi, səsini ucaltdı. Mən ona və iştirak edənlərə əhvalatı kamil şəkildə danışdım. Onlar hamılıqla hönkürtü vurub ağladılar. Həmin gecə yalnız bu qəsidə növhə deyildi:
    Əvvəli belə idi: Ey iki göz, göz yaşı tökün... şiddətlə ağlayın və qurumayın”.
    Mənbə: “Nəşvarul-muhazərəti və əxbarul-muzakərəti”, cild 1, səhifə 396-397; “Dar Sadir” - Beyrut, 1416/1995; təhqiq: Əbbud əş-Şalici.
    İbn əl-Ədim yazır:
    “Adıçəkilən Əbülhəsən əl-Kərxi Əbu Hənifənin böyük əshabından olmuşdur.”
    Mənbə: “Buğyətut-tələb fi tarixi Hələb”, cild 6.
    Yafei Əbülqasim ət-Tənuxi haqqında yazır:
    Əbülqasim Əli ibn Məhəmməd ət-Tənuxi əl-Qazi əl-Hənəfi (hənəfi məzhəbinin qazilərindən biri), dünya zəkalılarından, şeir rəvayət edənlərdən, kəlam və nəhvə arif olan biri olmuşdur. Onun şeir divanı vardır.”
    Mənbə: Əl-Yafei əl-Yəməni əl-Məkki, “Miratul-cinan və ibrətul-yəqzan”, cild 2, səhifə 251.

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    ŞİƏ CAVAB VERİR:
    “Niyə bütün Peyğəmbərlərə (ə.s.) (əsasən zülmə məruz qalmış Peyğəmbərlərə (ə.s.)) əzadarlıq etmirsiniz???” SUALINA QISA CAVAB:
    Qeyd: Xütbə Hacı Ramil Bədəlova məxsusdur (ALLAH (C.C.) ondan razı olsun! AMİN!)
    Mutəal ALLAH (C.C.) bütün Peyğəmbərləri (ə.s.) insanlar üçün zəruri olan bütün göstəriş, tövsiyyə və tələbləri yer üzündə yaşayan insanlara çatdırmaları üçün bir-birinin ardınca göndərmişdir. Beləliklə, Adəmdən (ə.s.) Xatəmən-Nəbiyyə (s.ə.a.s.) qədər bütün Peyğəmbərlər (ə.s.) lazımi dini məsələləri özündə cəm edən bir “bina” inşa etmişlər. Bəni-Üməyyə hakimiyyəti dövründə, əsasən Yezid ibn Müaviyənin (lən.) xəlifəliyi dövründə Peyğəmbərlər (ə.s.) tərəfindən inşa olunmuş həmin o “bina” təhlükədə idi. Məhz bu təhlükənin aradan qaldırılması üçün Həzrət Hüseyn (ə.s.) öz canını, ailəsini, yaxınlarını ALLAH (C.C.) yolunda fəda etdi! Yəni, qısacası elə məhz Həzrət Hüseynə (ə.s.) əza saxlamaq, bütün zülmə məruz qalmış Peyğəmbərlərə (ə.s.), eləcə də bütün məzlumlara əza saxlamaq deməkdir!!!

  • @huseynaxundov2018
    @huseynaxundov2018 2 роки тому +2

    Allahın salamı olsun sizlərə çox xahiş edirəm deyə bilərsiniz? Saat neçədə başlıyır canlı yayım

    • @zhrabalas3134
      @zhrabalas3134 2 роки тому

      ua-cam.com/video/vnXBYTuRPuQ/v-deo.html

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +2

      Əleykum salam. Saat 21:00-da İNŞAALLAH!

    • @huseynaxundov2018
      @huseynaxundov2018 2 роки тому +1

      @@esqvilayti6339 Allah razı olsun sizdən🤲

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +1

      @@huseynaxundov2018 Cümləmizdən İNŞAALLAH!

  • @TACmedia-N1
    @TACmedia-N1 2 роки тому +1

    Uğurlar deyerli dosd desdeye buyur

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    “Həqiqətən, Hüseyn ibn Əli (ə.s.) hidayət çırağı və nicat gəmisidir.”
    Mənbə: Əllamə Məclisi, “Biharul-Ənvar”, cild 36, səhifə 205.

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +9

    Əhli-Sünnəyə bir sual:
    Hamıya məlumdur ki, Əhli-Sünnənin nəzərində “Səhih-Muslim” mötəbər hədis qaynağıdır. O kitabda olan hədislər Əhli-Sünnəyə görə səhihdir.
    İndi bir hədisə nəzər salaq:
    “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür.”
    Mənbə: “Səhih-Müslim”, İmarət, (58), 1851-ci hədis.
    Bildiyimiz kimi, İmam Hüseyn ibn Əli (ə.s.) xəlifə Yezidə (lən.) beyət etməmiş və Kərbəlada şəhid edilmişdir.
    Zəhmət olmasa, buna bir elmi cavab verin!!!

    • @mehemmedince367
      @mehemmedince367 2 роки тому

      Bu ne uwagski sualdi meselen mesur hedis ayat al kursini kim namazdan sonra deyerse onnan cennet arasinda bir mesatcilig olur oda olum buna da oxsar cox hedis indi buda de,eydiki bidefe namaz gilag deyey ayat kursini ele vseda selleney bir gun

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +2

      @@mehemmedince367 Əvvəla salam. Siz sualın miqyasını bir kənara qoyun. Söhbət Əhli-sünnənin nəzərində səhihliyinə heç bir şəkk-şübhə olmayan bir kitabdan gedir.

    • @mehemmedince367
      @mehemmedince367 2 роки тому

      @@esqvilayti6339 Eliye hammi beyet elemisdi ?

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +1

      @@mehemmedince367 Yox. Hamı beyət eləməmişdi. Hətta səhabələrdən beyət etməyəni var idi. Mənim sözüm odur ki, sizin kitablarda olan hədislər bizim üçün keçərli deyil. Amma sizin Səhih-Muslim ən mötəbər hədis kitablarından 2-cisidir. Və orda olan hədislər sorğu-sualsızdır. Ona görə də sual Əhli-Sünnəyədir!
      Həm də hədisdə deyilir ki, kim beyət olmadan ölsə... Həmin şəxslər ki, İmam Əliyə (ə.s.) beyət etməmişdilər onların həmin vaxt dünyalarını dəyişib-dəyişmədikləri araşdırılmalıdır.
      Amma konkret olaraq İmam Hüseyn ibn Əli (ə.s.) şəhid ediləndə boynunda beyət yox idi!!!
      əhih-Muslimdə olan hədisi və hadisəni tutuşdurduqda müəmmalı vəziyyət alınır!
      Bir nəfər elmlə cavab versə yaxşı olar!!!

    • @mehemmedince367
      @mehemmedince367 2 роки тому

      @@esqvilayti6339 sem kafi kitabini ac 9yasdi sud emen giznan emismeye bax sonra muslimi zat oxuyarsan

  • @faridallahverdiyev1538
    @faridallahverdiyev1538 2 роки тому

    LƏBBEYK sözün tərcüməsi "itaət etmək, boyun əymək, əmri yerinə yetirmək" mənasını verir. Termin olaraq, həcc və ümrə ziyarəti zamanı ehram bağlayan şəxsin bu zaman dediyi sözləri də təlbiyə adlandırırlar. Həmçinin, təvaf zamanı da təlbiyə söyləmək müstəhəbdir.
    Təlbiyənin ərəbcə deyilişi və tərcüməsi belədir: "Ləbbeyk Allahümmə ləbbeyk. La şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülk la şərikə ləkə ləbbeyk". Tərcüməsi: "Allahım, həmişə Sənin əmrindəyəm. Sənin şərikin yoxdur. Əmrindəyəm, ey Allahım! Bütün həmdü sənalar və şükürlər Sənədir. Mülk sahibi Sənsən. Sənin şərikin yoxdur. Əmrindəyəm, Allahım"
    O ki,qaldı bu sözü başqa mənaya çevirənlərə onların nəzərinə aşağıdakı ayələri çatdırın!!!
    Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? [Əraf surəsi, 191]
    De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha - dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz”. [Əraf surəsi, 29]
    Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! [Ənbiya surəsi, 92]
    Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. [Nəml surəsi, 60]
    Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin! [Mümin surəsi, 14]
    Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir! [Ali İmran surəsi, 151]
    Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir. [Yusif surəsi, 38]

  • @hesenliserker5675
    @hesenliserker5675 2 роки тому

    millət sizə rəhbər kimi baxır, siz isə səhrada ilğım kimisiniz!

  • @vidadiquliev2309
    @vidadiquliev2309 2 роки тому

    Mənim sizə bir sualım var: Əhli beytdən ilk olaraq kim əzadarlıq edib, üz gözünə çırpıb, zəncir vurub, palçığa girib, sürünüb, və: "Mən Hüseynin itiyəm" - deyib. Ümumiyyətlə qeyd etdiyim formalarla ilk olaraq imamlardan, əhli beytdən kimlər edib? əgər deyirsiz ki, biz etiqadımızı əhli beytdən götürürük, onlar da Rəsulullahdan (ﷺ) götürüblər, o zaman suala cavab verin. Halbuki, bizə görə əhli beyt bu bidətlərdən uzaqdırlar. Suala cavab verməyi unutmayın.

  • @SabirAbdulla-sx2mg
    @SabirAbdulla-sx2mg 11 місяців тому

    Allah lenet etsin peygember balalarinin dusmenlerine.😢

  • @ehed7361
    @ehed7361 2 роки тому +1

    Islam dininde meherremlik ayi deyilen bir sey yoxdu bu ne cahillik

    • @zhrabalas3134
      @zhrabalas3134 2 роки тому +3

      İslam dinində Məhərrəmlik ayı niyə yoxduki? Düşünüb danışın zəhmət olmasa.İndi daxil olduğumuz ay Məhərrəmlik ayıdır.Məhərrəmlik ayında Peyğəmbər(s.ə.s)in nəvələri qətlə yetirlidi.Heç olmasa Peyğəmbər(s.ə.s) ə görə belə danışıb ürəyimizi bulandırmayın.Dildə guya iman gətiriblər Peyğəmbərə..Əşi nəysə..

    • @ehed7361
      @ehed7361 2 роки тому +1

      Meherremlik ayi bele yoxduki islam dininde huzun kederi nezerde tutub deyirem meherremlik ne demekdi men bilmirem basa sal zehmet deyilse

    • @zhrabalas3134
      @zhrabalas3134 2 роки тому +2

      @@ehed7361 Əvvəla sən əgər Peyğəmbəd(s.ə.s)in ailəsinə hörmət etmirsənsə demək ki,Peyğəmbər(s.ə.s)ə də hörmət etmirsən.Biz sadəcə onların ehtiramını saxlayrıq.Dildə demirik iman gətirmişik.Əməldə də göstəririk.Həmd olsun!

    • @ehed7361
      @ehed7361 2 роки тому

      Hormet gosdermek basqa seydi men demek isdemedim hormet gosderme yas saxlamaq olmaz

    • @zhrabalas3134
      @zhrabalas3134 2 роки тому

      @@ehed7361 deyəsən sən anlamadn hələdə yenə beynində olan fikirləri deyirsən.BİZ PEYĞƏMBƏD(S.Ə.S) Ə XATİR BU AYIN HÖRMƏTİNİ SAXLAYIR,ONLARIN HÖRMƏTİNİ SINDIRMIRIQ.!