İmam Hüseyn üçün göz yaşı axıtmaq - Hacı Şahin - Məhərrəm ayı

Поділитися
Вставка
  • Опубліковано 30 лип 2022
  • İmam Hüseyn üçün göz yaşı nə üçündür ? Hacı Şahin - Məhərrəm ayı
    Kanalımızın əsas məqsədi İlahiyyatçı Hacı Şahin Həsənlinin yeni xütbələrini sizlərə çatdırmaqdır.
    Bizi instagram, telegram və facebookda izləyə bilərsiniz.
    Xətib Tv - Kanala abunə olun
    Hacı Şahin cümə, Hacı Şahin canlı yayım, Hacı Şahin yeni xütbələr, Hacı Şahin Quran, Hacı Şahin dualar, Hacı Şahin qədr gecəsi, Hacı Şahin rəğaib gecəsi, Hacı Şahin hacət namazı, Hacı Şahin bağışlanmaq üçün dualar, Hacı Şahin tövbə, Hacı Şahin zikrlər, Hacı Şahin Rəcəb ayı, Hacı Şahin Şəban ayı. Hacı Şahin Ramazan ayı, Hacı Şahin ata-ana haqqında, Hacı Şahin övlad haqqında, Hacı Şahin qız övladı, Hacı Şahin ailə haqqında, Hacı Şahin gecə namazı, Hacı Şahin Məhərrəmlik ayı, Hacı Şahin İmam Hüseyn, Hacı Şahin aşura günü, Hacı Şahin dost haqqında, Hacı Şahin sinə vurur, Hacı Şahin göz yaşı, Hacı Şahin on gecə, Hacı Şahin xətib tv, Hacı Şahin cümə günü, Hacı Şahin Qarabağ, Hacı Şahin məscidlər, Hacı Şahin tövbə namazı, Hacı Şahin məşədi Dadaş məscidi, Hacı Şahin Qədr gecələri, Hacı Şahin mərsiyələr, Hacı Şahin Kərbəla haqqında, Hacı Şahin şəhidlərimiz haqqında, Hacı Şahin işləmək çalışmaq, Hacı Şahin ruzi qazanmaq, Hacı Şahin sübh namazı, Hacı Şahin ruzi duaları, Hacı Şahin haram, Hacı Şahin halal nemətlər, Hacı Şahin möminlər, Hacı Şahin məhəbbət, Hacı Şahin səbr, Hacı Şahin cəmiyyət, Hacı Şahin islam dini, Hacı Şahin imamət, Hacı Şahin Əyyami Fatimə, Hacı Şahin Həcc ziyarəti, Hacı Şahin əsirlər karvanı, Hacı Şahin cümə gecəsi, Hacı Şahin Qədir xum bayramı, Hacı Şahin intaharlar, Hacı Şahin yuxular, Hacı Şahin tezdən oyanmaq, Hacı Şahin şəhid ailələri, Hacı Şahin zina, Hacı Şahin qeybət, Hacı Şahin təkəbbür, Hacı Şahin cənnət, Hacı Şahin cəhənnəm, Hacı Şahin ölüm anı, Hacı Şahin can vermək, Hacı Şahin bərzəx aləmi, Hacı Şahin eşq, Hacı Şahin Allahın rəhməti, Hacı Şahin qəbr həyatı, Hacı Şahin novruz bayramı, Hacı Şahin şirk etmək, Hacı Şahin kafirlər, Hacı Şahin mələklər, Hacı Şahin Qafqaz Müsəlmanları İdarəsi, Hacı Şahin din-dövlət, Hacı Şahin hicab, Hacı Şahin ləzzət almaq, Hacı Şahin axirət nemətləri. Hacı Şahin vahabilik. Hacı Şahin təkfirçilik.
    Haci Shahin. Haci Shahin Hesenli
    #hacışahin #məhərrəmlik
    / @xetib_tv

КОМЕНТАРІ • 224

  • @Xetib_Tv
    @Xetib_Tv  2 роки тому +15

    ua-cam.com/channels/oTPnST-UzoboNLfOhZTbkg.html

    • @mehmanhmidov1012
      @mehmanhmidov1012 2 роки тому +1

      Allah sizlərdən razı olsun. Hacımıza can sağlığı versin. 🤲🤲Amin.

  • @ruqyyasfrlizad7852
    @ruqyyasfrlizad7852 2 роки тому +38

    Ay Allahım Sənə and verirəm Hz. Huseyin xatirinə mənim balaca qızım Rüqəyyə də şəfa ver Aamiin🤲💚🕋💚🧕🏻

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 2 роки тому +55

    Əssəlamu Əleykə Ya Əba Əbdillah Ya Hüseyn 💚 Allah bizləri Sənin Yolundan ayrı salmasın Aminn 🤲🤲🤲

  • @dilfuzarasuleva5804
    @dilfuzarasuleva5804 2 роки тому +6

    Спасибо вам очень красиво расказываети это правда слушать про Имама Хусейна просто радость и удовольствие

  • @xanmbagrova
    @xanmbagrova 2 роки тому +5

    Allaha həmd səna olsun ki nəyimiz varsa imam Hüseyn əleyhissəlam sevgisindən, bərəkətindəndir.

  • @lalasukurova1871
    @lalasukurova1871 2 роки тому +5

    Allahim sen bizlerden oz merhemetini esirgeme🤲

  • @arzumusayeva9919
    @arzumusayeva9919 2 роки тому +36

    İmam Hüseynin düşmanlarına lənət Ləbeyk ya Hüseyn Allah sizi ve bizim imam Hüseyn yolundan ayırmasın.Allah sizden razı olsun inşallah.

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +1

      Kimdiki Düşmənləri bircə deyə bilərdiz.Sünnüləər?

    • @soltanmuradsoltanov555
      @soltanmuradsoltanov555 2 роки тому +1

      @@Nurdanebabayeva Əksinə sünnilər qədər İmamları sevən yoxdur, sevgi zəncir vurmaqdır? aglamagdi? sinə vurmaqdi? nə bilim daha nələr, halbuki İmamlarin yaxınları dünyasını dəyişəndə onlar belə etmiyiblər, onlari sevmək onların yolun getməkdir Əlhəmdulillah sunillərdə onların yolun gedir, Allah bizlərə cənnət nəsib etsin Əmin

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому

      @@soltanmuradsoltanov555 Doğry.Amin🤲 .

    • @xanmbagrova
      @xanmbagrova 2 роки тому

      @@Nurdanebabayeva ay xanım bu nə sualdır ( qəzəbli, qərəzli, hikkəli)? Bu gündən demirəm hələ sovetlər dönəmində məscidlərə girmək qadağan vaxtdan bizim rayonun kəndlərindən ( əhli sünnə) bütün ailə üzvləri ilə birlikdə, hər il imam Hüseyn ə məclislərində iştirak edər və bu yolda kasıb halları ilə ehsan verər qazanclarını xərcləyərdilər. Sünni camaatı peyğəmbəri və ailəsini hamıdan çox sevir. İmam Hüseyn əleyhissəlam bütün islam aləminin, müsəlman dünyasının göz bəbəyidir.

    • @nikommdoff
      @nikommdoff 2 роки тому +1

      @@Nurdanebabayeva Yezidi sevənlər.

  • @imanova16imanova79
    @imanova16imanova79 2 роки тому +8

    YA ALLAHIM🤲🤲🤲HƏMD olsun ALƏMLƏRİN RƏBBİ ALLAHIMA🤲🤲🤲

  • @user-tq4sh5bv7p
    @user-tq4sh5bv7p 25 днів тому +2

    Allah rəhmət eləsin Hacı can məkanın cənnət olsun ruhun şad olsun 😢😢😢😢😢😢

  • @xanimabdulev701
    @xanimabdulev701 Рік тому +2

    Allah rəhmət edsin məzarın nurla dolsun 😢

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 2 роки тому +20

    Allah sizdən razı olsun üreyində İmam Hüseyn Əhli Beyt eşqiylə döyünən dəyərli Hacım Allah sizin Xidmətlərinizi ən Ali dərəcədə qəbul eləsin Aminn 🤲🤲

    • @feridagayev3873
      @feridagayev3873 2 роки тому

      Amin qardaşlm. necesiniz işiniz gücünüz gözel ananız necedir işlerin nece gedir aile qurmamlsan

  • @elsvrkrimov3177
    @elsvrkrimov3177 2 роки тому +9

    Allah bizə, özmizi təmizləməyə komək eləsin

  • @xlilaslanov6708
    @xlilaslanov6708 2 роки тому +14

    ALLAHIMA QURBAN OLUM AĞAM İMAM HÜSEYİNƏ ƏHLİBEYİTƏ QURBAN OLUM

  • @xlilaslanov6708
    @xlilaslanov6708 2 роки тому +11

    ALLAHIMA QURBAN OLUM ANAMIZ XANIM FATMEYİ H.Z ZƏHRAYƏ ANAMIZ XANIM H.Z ZEYNƏBƏ XANIM ANAMIZ H.Z RUQAİYƏ QURBAN OLUM

  • @elnurisrafil396
    @elnurisrafil396 2 роки тому +6

    Allah zalimlara lənət eləsin

  • @anarhesenof3225
    @anarhesenof3225 18 днів тому

    ALLAH TƏALA sənə rəhmət eləsin ay Hacı 😔😔😔🥺🥺🥺🤲🤲🤲

  • @xlilaslanov6708
    @xlilaslanov6708 2 роки тому +6

    ALLAHIMA QURBAN OLUM

  • @zeynblnkranhuseynci1229
    @zeynblnkranhuseynci1229 2 роки тому +6

    😢Canım Ya Hüseyn ağam Canım Canım Qurban dəyərli Canıva Susuz Məsum övladlarıva Xanım Rüqəyyivə Canım qurban olsun🤲🤲🤲

  • @zaurhesenli2688
    @zaurhesenli2688 23 дні тому

    😢😢Allah seni imam Hùseyinen ayri salmasin haci😢😢

  • @naibaalakbarova5857
    @naibaalakbarova5857 24 дні тому

    Allah rəhmət eləsin haçıı,yezidə lənət

  • @AzerZaliyev
    @AzerZaliyev 2 роки тому

    Salam olsun sizlere qardaslar

  • @fenizmahmud
    @fenizmahmud 2 роки тому +3

    insan eledikleri gunahlara gore goz yasi tokse diz cokub allahdan bagislanmasi edse belke o dunyada qurutulus olar

  • @nizamlkerlmov6569
    @nizamlkerlmov6569 2 роки тому +2

    Бизим шахидларымызы яда салын

    • @vuqarteymurov8009
      @vuqarteymurov8009 2 роки тому

      Her duada zaten shehidlerimiz uchun dua da edilir.Narahat olma

  • @sahibmemmedov5861
    @sahibmemmedov5861 2 роки тому +6

    Əlhəmdulillah şiyəlikdən tövbə etdim əhli sünnə tövhid əhli ( İmam Huseyini sevirik ama ilahlasdirmiriq) Ey iman gətirənlər Müşrüklər murdardi Tövbə 28 əraf 194

    • @vuqarteymurov8009
      @vuqarteymurov8009 2 роки тому

      Zato uzu tuksuz cavan oglana " allah " deyirsiniz .Goydedir geceler yere enir,eli,ayagi,uzu var ,ayagini qiyametde cehenneme soxacaq deyirsiniz .Shirk budur.Beli mushrikler murdardir

    • @sahibmemmedov5861
      @sahibmemmedov5861 2 роки тому

      @@vuqarteymurov8009 Ok

  • @vesilememmedzade3345
    @vesilememmedzade3345 2 роки тому

    👍👍👍👍

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +13

    “Həqiqətən, Hüseyn ibn Əli (ə.s.) hidayət çırağı və nicat gəmisidir.”
    Mənbə: Əllamə Məclisi, “Biharul-Ənvar”, cild 36, səhifə 205.

  • @reqsanemikayilova1880
    @reqsanemikayilova1880 2 роки тому +3

    Can ağam senin yollarina qurban olaram.Rebbim menede qismet etsin İnsallah Hz Hüseyn ve Hz Ebelfez ağami ziyaret etmeyi amin Allahim 💔😭😭😭😭canim feda olsun Əhlibeyte və Məhəmməd Əleyhissalam yollariniza ağalarim😭🥀

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +11

    4-cü hissənin davamı:
    10. “Ya RəsulALLAH (s.ə.a.s.), sən də ağlayırsan?
    “Həzrət (s.ə.a.s.) buyurdu:
    “Ey Ovfun oğlu, övladının ölümündə göz yaşı tökmək ALLAHIN (C.C.) lütf və mərhəmətidir.”
    Sonra buyurdu:
    “Göz ağlayır, qəlb qəmgin olur. Lakin ALLAHI (C.C.) razı salan sözdən başqa heç bir söz demərik. Ey İbrahim, biz sənin ayrılığına qəmginik!”
    Mənbə: “Səhih əl-Buxari”, cild 2, səhifə 85; “Səhih Müslim”, “Kitab əl-fəzail”, “Bab Rəhmətuhu bi əs-sibyan”, cild 4, səhifə 1808; İbn Əbd Rəbbih, “əl-İqd əl-fərid”, “Kitab ət-təziyə”, cild 3, səhifə 19; İbn Macə, “Sünən”, “Bab ma caə fi əl-buka əla əl-meyyit”, cild 1, səhifə 506, hədis 1589; Əbd ər-Rəzzaq, “əl-Müsənnəf”, “Bab əs-səbr və əl-buka və ən-niyahə”, cild 3, səhifə 552, hədis 6672.
    11. Ümmü Əymən deyir: “Mən ALLAH (C.C.) Rəsulunu (s.ə.a.s.) Əbd əl-Müttəlibin yatağının aşağı tərəfinə gedərək ağladığını gördüm.”
    Mənbə: Sibt ibn əl-Cəuzi, “Təzkirə əl-xəvas”, səhifə 7.
    12. Həzrət Əli (ə.s.) buyurur: “Mən Əbu Talibin (ə.s.) ölüm xəbərini Həzrətə (s.ə.a.s.) verdikdə ağladı və mənə belə buyurdu: “Get ona qüsl ver, kəfənlə və torpağa tapşır! ALLAH (C.C.) onu bağışlasın və Öz mərhəmətində qərarlaşdırsın!””
    Mənbə: İbn Səd, “ət-Təbəqat əl-kubra”, cild 1, səhifə 105.
    13. “Bir gün ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) Əbva şəhərində anası Amənənin qəbrini ziyarət etdi. Tarixçilərin dediyinə görə, Həzrət (s.ə.a.s.) anasının qəbrinin kənarında ağladı və yoldaşlarını da ağlatdı.”
    Mənbə: Hakim ən-Nişapuri, “əl-Müstədrək”, cild 1, səhifə 357; İbn Şəbbə, “Tarix əl-Mədinə”, cild 1, səhifə 118.
    14. Fatimə hicrətin 3-cü ilində dünyasını dəyişdi. Peyğəmbər (s.ə.a.s.) onu öz anası kimi bildiyi üçün onun dünyadan köçməsinə qəmləndi və ağladı. Tarixçilər belə deyir: “Peyğəmbər (s.ə.a.s.) ona namaz qıldı, qəbrinin içində yatdı və ağladı.”
    Mənbə: ət-Təbəri, “Zəxair əl-uqba”, səhifə 56.
    15. Peyğəmbər (s.ə.a.s.) Osman ibn Məzun öləndən sonra onu öpdü və ağladı.
    Mənbə: Hakim ən-Nişapuri, “əl-Müstədrək əla əs-səhiheyn”, cild 1, səhifə 514, hədis 1334; ət-Tirmizi, “Sünən”, “Kitab əl-cənaiz bab ma caə fi təqbil əl-meyyit”, cild 3, səhifə 314, hədis 989; ət-Təbərani, “əl-Mucəm əl-Kəbir”, bab Aişə bint Qüddamə ibn Məzun əl-Cəmhiyyə, cild 24, səhifə 343, hədis 855; əl-Beyhəqi, “əs-Sünən əl-kəbir”, cild 3, səhifə 407, hədis 6503; əz-Zəməxşəri, “Rəbi əl-əbrar”, cild 4, səhifə 187; İbn əl-Əsir, “Cami əl-üsul”, cild 11, səhifə 105.
    16. “Səd ibn Rəbi Uhudda şəhid olandan sonra ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) Mədinəyə qayıtdı... ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) onun evinə daxil oldu, biz də Həzrətlə (s.ə.a.s.) birgə daxil olduq. And olsun ALLAHA (C.C.) ki, o evdə ev əşyaları və döşənəcək yox idi. Biz Həzrətin (s.ə.a.s.) yanında oturduq. Həzrət (s.ə.a.s.) bizim üçün Səd ibn Rəbinin şəxsiyyəti haqqında danışdı və onun üçün ALLAHDAN (C.C.) rəhmət dilədi... Bu sözləri eşidən qadınlar ağlamağa başladılar. Həzrətin (s.ə.a.s.) gözləri də doldu və qadınları ağlamaqdan çəkindirmədi.”
    Mənbə: Vaqidi, “əl-Məğazi”, cild 1, səhifə 329-330; Təqi əd-Din əl-Muqrizi, “İmta əl-əsma”, cild 13, səhifə 269.
    17. “Peyğəmbər (s.ə.a.s.) cənazə müşayiət etmək üçün evdən çıxdı, Ömər də Onunla idi. Bu zaman qadınların ağlamaq səsləri eşidildi. Ömər sərt şəkildə onların ağlamasının qarşısını almağa çalışdı. Peyğəmbər (s.ə.a.s.) Ömərə buyurdu: “Onlardan əl çək, çünki gözləri yaşlıdırlar, canları müsibət görüb və (ölən adamı) təzəlikcə itiriblər.”
    Mənbə: “Əl-Müstədrək əla əs-səhiheyn”, “Kitab əl-cənaiz”, cild 1, səhifə 381, hədis 1406; ən-Nəsai, “Sunən əs-suğra”, “Kitab əl-cənaiz”, bab ər-rüxsə fi əl-bukai əla əl-meyyit, cild 4, səhifə 19, hədis 1850; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, Bab musnədi Əbi Hüreyrə, cild 2, səhifə 444, hədis 9729; İbn Macə, “Sünən”, Kitab əl-cənaiz, Babu ma caə fi əl-bukai əla əl-meyyit, cild 1, səhifə 505, hədis 1587.

  • @crazyman0895
    @crazyman0895 2 роки тому +3

    Hüseynim laylay hüseynim laylay Qurban olum hüseyne . Allah sizden razi olsun çox gözəl söpətdi menim üçün Allah imamlar onun tayfasiH Hüseyinimiz.Canimiz

    • @EhlibeytAsiqleri
      @EhlibeytAsiqleri 2 роки тому

      Allahın salamı olsun üzərinizə... Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız.. Allah razı olsun...

  • @nizamlkerlmov6569
    @nizamlkerlmov6569 2 роки тому

    Сиз

  • @elsvrkrimov3177
    @elsvrkrimov3177 2 роки тому +1

    salam

  • @semayeabdulzade4291
    @semayeabdulzade4291 2 роки тому +2

    ALLAH,CƏMİ BƏNDƏLƏRİ,BU MƏCLİSLƏRDƏN BİNƏSİB ETMƏSİN,AMİN. ALLAH,HACI,SİZİ, BU DÜNYADA,İMAM HÜSEYNİN,ZİYARƏTİNDƏN,AXİRƏTDƏ
    ĞÖRÜŞ VƏ ŞƏFAƏTİNDƏN BİNƏSİB ETMƏSİN,SİZİ,.NƏFSDƏN,BƏLALARDAN QORUSUN,AÇİN,YA RƏBBƏL ALƏMİN.
    ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.💯🕋🙏🙏🙏😢

  • @n1b.a.k.u768
    @n1b.a.k.u768 2 роки тому +9

    Hüseyin və ya əhlibeyit olmasa biz Allahi belə yad eliyə bilmərik ! Təbi ki anlayanlar ücün !

    • @soltanmuradsoltanov555
      @soltanmuradsoltanov555 2 роки тому +3

      Əstəğfürullah, Tövbə et qardaş

    • @heseneminov3220
      @heseneminov3220 2 роки тому +3

      @@soltanmuradsoltanov555 niyə tövbə edir duz deyir İmam Hüseyin bütün ailəsindən kecdi ki Allahın varlığını sübut elədi yenədə qəlblər kordur

    • @soltanmuradsoltanov555
      @soltanmuradsoltanov555 2 роки тому

      @@heseneminov3220 Bütün Peyğəmbərlər İmamlar Səhabələr Allahın varlığını sübut etmək üçün çalışdılar və Nail oldular İslam dinin dünyaya yaydılar, indi biz bunların hamısı üçün yas saxlamalıyıq? Ya ayrı seçkilik etmək necə düzgündür? Bəziləri üçün saxlayırsiz bəziləri üçün yox, ama luboy qohumunuz rəhmətə gedəndə yaxşısına pisinə baxmirsiz onada yas saxlayırsiz, qohumlarınız Peyğəmbərlərdən üstündü? Qohumuva yas saxlayırsan Peyğəmbərə yox. Bu o deməkdir ki DİNDƏ ümumiyyətlə yas anlayışı yoxdur, biz isə tək yas vaxtı yox, hər vaxtı Əhli beyti yad edirik və gözəl şəkildə sevirik onların yolunu gedmeye çalışırıq və bununla fəxr eliyirik

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +2

      Sevginizi bu şəkilde bildirməyə çalışırsız.ama şirk etməyin.Allahı yad etmərik nə deməkdit.Deyinki Rəsulullah buyurmuşki Məni sevən Hüseyni sevsin.Hüseyni sevənidə Allah sevsin

    • @n1b.a.k.u768
      @n1b.a.k.u768 2 роки тому

      @@Nurdanebabayeva yani onlar Allaha görə üc gün oruc tutub və suynan aciblar və ya imam həsən üc dəfə malinin yarsini toplayib kasiblara verib və imam hüseyin aga kelbəlada öz yaxin qohumlarindan 19 nəfərə yaxin şəhid verdi və hər şeyi getmişdi ama yenədə belə deyirdi Allaha bir can nədi ki sənin yolunda qurban getsin. Yani biz də baxib görək ki bu Allah necə bir Allah di ki bu əhlibeyit Allah yolunda uf demədən hər şeyini qurban verdi və bizdə istər istəməz Allahi xatirlayiriq bu şəkildə. Ümüd edirəmki anlata bildim.

  • @nizamlkerlmov6569
    @nizamlkerlmov6569 2 роки тому

    Ман горхмадан деячам Бабака аглыячам

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +9

    Şiə əqidəsinə görə Aşura günü oruc tumaq barədə:
    Hədislər:
    1. İmam Muhəmməd ibn Əli - Baqirdən (ə.s.) nəql olunan hədis: “Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.”
    Mənbə: “Mən la yəhzuruhu əl-fəqih”, cild 2, səhifə 51, № 224.
    2. “..... Abdullah (ibn Ömər) deyir: “Sən Aşura gününün nə olduğunu bilirsənmi?” Əşas dedi: “Nədir ki?” Abdullah dedi: “O, RəsulALLAHIN (s.ə.a.s.) ancaq Ramazan orucu nazil olmamışdan öncə oruc tutduğu bir gündür. Ramazan orucu nazil olduqda tərk edildi. .....”
    Mənbə: “Səhih Müslim”, cild 2, səhifə 794, № 1127; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi (Əhli-Sünnə mənbəsidir).
    3. “Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.”
    Mənbə: Şeyx Kuleyni, “əl-Kafi”, Aşura və Ərəfə orucları babı, cild 4, səhifə 146, hədis 4.
    4. İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) nəql olunur: “Aşura günü İmam Hüseynin (ə.s.) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə.s.) şəmatət (Onun (ə.s.) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə.) və onlara kömək edənlər İmam Hüseynin (ə.s.) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə.s.) öldürülsə, Hüseynə (ə.s.) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə.) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə.s.) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan şükranlıqdır. İmam Hüseyn (ə.s.) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə.s.) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.”
    Mənbə: Şeyx Tusi, “Əmali”, səhifə 667, hədis 1397/4.
    5. “Zeyd ən-Nərsi deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Aşura orucu haqqında soruşulduğunu eşitdim. Həzrət (ə.s.) belə buyurdu: “Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar.” Dedim: “Onlar bu gün nə bəhrə aparıblar?” Buyurdu: “Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən ALLAHA (C.C.) pənah aparıram.”
    Mənbə: “əl-Kafi”, cild 4, səhifə 147, hədis 6; “Təhzib”, cild 4, səhifə 301, hədis 912; “əl-İstibsar”, cild 2, səhifə 135, hədis 443.
    6. Muhəmməd ibn Sinan deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə.s.) belə buyurdu: “Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir.”
    Mənbə: Şeyx Hürr Amili, “Vəsail əş-şiə (Alul Beyt)”, cild 10, səhifə 460, № 13847.
    7. “İmam Əli ibn Musa - Rza (ə.s.) buyurur: Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün ALLAH (C.C.) qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.
    Mənbə: Şeyx Səduq, “İləl əş-şəraye”, cild 1, səhifə 227.
    Fətvalar:
    “Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın).”
    Mənbə: “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul”, 16-cı cild, 361-ci hədis.
    Müctehidlərin fətvaları:
    1. Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
    2. Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
    3. Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkruhdur (bəyənilmir).”
    4. Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” - 1717-ci məsələ.
    5. Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” - 1469-cu məsələ.
    Qeyd: Məsləhətdir ki, Məhərrəm ayının 9, 10 və 11-i oruc tutulmasın!!!

  • @vuqarteymurov8009
    @vuqarteymurov8009 2 роки тому +3

    Heci Allah razi olsun!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +6

    Əzadarlıqda ağlamaq barədə:
    1. “Peyğəmbər (s.ə.a.s.) Səd ibn Rəbidən danışır və ona rəhmət oxuyurdu. Qadınlar bunu eşitdikdə ağlamağa başladılar. Peyğəmbər (s.ə.a.s.) də ağladı və onları ağlamaqdan çəkindirmədi.”
    Mənbə: Məqrizi, “İmtaul-isma”, cild 13, səhifə 269.
    2. “Peyğəmbər (s.ə.a.s.) bir cənazənin dəfn olunması üçün yola çıxdı və onunla birlikdə Ömər ibn Xəttab da var idi. Ömər ağlayan qadınların səsini eşitdi və onları buna görə azarladı. Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Ey Ömər, onları rahat burax. Həqiqətən gözlər yaşlı, canlar müsibətlidir və onlar (ölən şəxsi) yeni itiriblər.”
    Mənbə: Hakim Nişapuri, “əl-Müstədrək”, cild 1, səhifə 381.
    Peyğəmbərin (s.ə.a.s.) Öməri bu işdən çəkindirməsiylə bir daha başa düşürük ki, ölən insan üçün ağlamağın din baxımından heç bir maneəsi yoxdur.
    3. Peyğəmbərin (s.ə.a.s.) dünyadan köçmüş övladı İbrahim (r.ə.) üçün ağlamağı:
    “Göz ağlayır, qəlb hüznlənir. Və biz ALLAHIN (C.C.) razı olduğundan başqa bir şey demirik. Həqiqətən, biz, sənin ayrılığında çox hüznlüyük, ey İbrahim.”
    Mənbə: “Səhih Buxari”, cild 2, səhifə 85.
    4. Aişə deyir: “… (Peyğəmbər (s.ə.a.s.) dünyasını dəyişdikdə) Qadınlarla birlikdə döyünməyə və üzümə vurmağa başladım (Peyğəmbərin (s.ə.a.s) vəfatında mən digər qadınlarla birgə üz və sinəmizə vururduq).”
    Mənbə: “İrvaul ğalil”, Müəllif: Albani, cild 7, səhifə 86; “Musnədi Əhməd ibn Hənbəl”, cild 6, səhifə 274, hədis 26391 (26348).
    Şueyb əl Arnaut deyir: Hədis həsəndir (yaxşıdır).
    5. Tənuxi Bəsri öz atasından rəvayət edir: “Camaat Hənbəlilərin sərt qarşılamalarına və təəssübkeşliklərinə görə, əzadarlıq etməyə qorxurdular. Miladin 10-11 ci əsrində İraqın Bağdad şəhərində Xələb adlı kəramət sahibi olan qadın yaşayırdı. O, İmam Hüseynə (ə.s.) və Əhli-Beytə (ə.s.) növhə və mərsiyə deyərdi. Hənbəli məzhəbinin çox təəssübkeş alimlərindən biri əmr etdi ki, o qadını tutun və öldürün.
    Mənbə: “Nişvarul muhazirə və əxbaul muzakirə”, cild 2, səhifə 233.
    Qeyd: Azərbaycan Respublikası ərazisində əzadarlıq müddətində, məscidlərdə əzadarlıq məclisləri təçkil olunur, eləcə də təyin olunmuş günlərdə, vaxtlarda və yerlərdə qanvermə aksiyaları keçirilir!!! ƏLHƏMDÜLİLLAH!!!

    • @redmi9tredmi9t23
      @redmi9tredmi9t23 2 роки тому

      Aglamaq olar sadece sac bas yonmadan agi demek olmaz suvenlik etmek olmaz

  • @adszqz7384
    @adszqz7384 2 роки тому +3

    Canım Yolunda qurban olsun Can Hüseyin😥

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +5

    O Həzrət (ə.s.) üçün matəm saxlamağın bir çox fəlsəfəsi vardır, onlardan bəzilərini qeyd edirik:
    1. İslama yeni həyat bəxş etmək və sünnəti diriltmək;
    2. İmam Hüseyn (ə.s.) məktəbinin və şəriətin qorunması;
    3. Xalqın din maarifi ilə tanışlığı nəticəsində dini inancların möhkəmləndirilməsi;
    4. Doğruçu ülgü və nümunələrlə ümmətin dərin ruhi bağlılığı;
    5. Məzluma qarşı vəfadarlıq və zalıma qarşı müxalif olmağın elan edilməsi.

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +4

      3 gündən artıq yas saxlanılması Haramdır.Qadağandır.Əgər belə deyilsə mənə bir hədis bir ayət gətirki 40 gün yas saxlamalıyık İmamlarımızı və ya Ölülərimizə.Din bunu demirsə özünüzdən niyə çıxarırsızki.İmamlarımızı Məndən çoxmu sevirsən.həyatlarını oxuyub ağlayan mən ama heç vaxt özümü göstəriş üçün camaat içində ağlayıb ağlatmamışam.Evdə oxu səmimi ağla və unutma Hər halimizi O Görür zatən.Önəmli olan Odur.

    • @esqvilayti6339
      @esqvilayti6339 2 роки тому +2

      @@Nurdanebabayeva Əssalamu əleykum. Siz öz bildiyiniz kimi edin.

  • @reqsanemikayilova1880
    @reqsanemikayilova1880 2 роки тому +1

    Allahim lənət etsin Yezide Şimre Hermeleye min lənət 😡

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    5-ci hissənin davamı:
    13. Bu rəvayət Əhməd ibn Hənbəlin “Fəzail əs-səhabə” kitabında da mötəbər sənədlə gəlmişdir. Əbu Bəkr ibn Malik əl-Qətii Əhməd ibn Hənbəlin “Fəzail əs-səhabə” kitabının ziyadəsində (əlavəsində) rəvayət edir:
    Əhməd ibn İsrail bizə dedi ki, Əhməd ibn Muhəmməd ibn Hənbəlin bir kitabda öz xətti ilə belə yazdığını gördüm: Əsvəd ibn Amir Əbu Əbd ər-Rəhman deyir ki, Rəbi ibn Munzir atasından nəql edir ki, Hüseyn ibn Əli (ə.s.) buyurur: “Kimin gözləri bizə görə yaşarsa, və ya bir damla göz yaşı axıtsa Uca ALLAH (C.C.) onu Cənnətdə məskunlaşdırar.”
    Mühəqqiq Vəsiyullah ibn Əhməd Abbas haşiyədə yazır yazır:
    “Əhməd ibn İsrail əl-Qətiinin şeyxlərindəndir. Amma onu müəyyən edə bilmədim, digər raviləri isə siqə (güvənilən) şəxslərdir.”
    Mənbə: Əhməd ibn Hənbəl, “Fəzail əs-səhabə”, cild 2, səhifə 840-841, hədis 1154; Dar İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı; təhqiq: Vəsiyullah bin Əhməd Abbas.
    Dr.Vəsiyullahın da qeyd etdiyi kimi Əhməd ibn İsrailin məchul olduğu deyilir. Bununla bərabər o, digər bütün ravilərin siqə olduğunu bildirmişdir. Deməli, Dr.Vəsiyullahın rəyinə əsasən Əhməd ibn İsraili problemi həll olunsa, başqa məsələ qalmır və rəvayətin sənədi mötəbərdir.
    Əhməd ibn İsrail - onun dörd adı var ki, həmin adlarda atasına deyil, babalarına istinad edilib. Bu barədə əl-Xətib əl-Bağdadi yazır:
    Əbu Bəkr Əhməd ibn Salman ibn Həsən ən-Nəccad...
    o, Əhməd ibn Yunus əl-Qətiidir
    həmçinin o, Əhməd ibn Salman ibn Həsən ibn İsraildir ibn Yunusdur, Ömər onu babasının babasına nisbət vermişdir,
    həmçinin o, Əbu Bəkr ibn Malik əl-Qətiinin ondan rəvayət etdiyi Əhməd ibn İsraildir.
    Mənbə: əl-Xətib əl-Bağdadi, “əl-Muvazzah əhvam əl-cəm və ət-təfriq”, cild 1, səhifə 464; Dar əl-Marifə, Beyrut, 1407/1987; təhqiq: Əbd əl-Muti Əmin Qəlaci
    Həmçinin, “Tarixi Bağdad” kitabının 4-cü cildində (bəzi nəşrlərdə 5-ci cild) əl-Xətib deyir:
    “O, doğrudanışan və arif şəxs idi. “əl-Müsnəd” (adında kitab) toplamış və sünnə barədə böyük bir kitab yazmışdır. Ondan Əbu Bəkr ibn Malik əl-Qətii, əd-Darəqutni, İbn Şahin və digər qədim alimlər rəvayət etmişlər.”
    Mənbə: əl-Xətib əl-Bağdadi, “Tarixi Bağdad”, cild 4, səhifə 412; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1997; təhqiq: Mustafa Əbd əl-Qədir Ata.
    Şəms əd-Din əz-Zəhəbi onun barəsində yazır:
    “İmam, mühəddis, fəqih, hafiz, müfti və İraq şeyxidir... Ondan Əbu Bəkr əl-Qətii hədis nəql etmişdir...”
    Mənbə: Şəms əd-Din əz-Zəhəbi, “Siyər əlam ən-nubəla”, cild 15, səhifə 502-503; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut.
    Beləliklə, Dr.Vəsiyullah ibn Muhəmməd Abbas sadəcə olaraq ravi barədə məlumat tapa bilməmişdir, ancaq göründüyü kimi ravi məlumdur və etibarlı şəxsdir. Dr.Vəsiyullahın başqa heç bir iradı olmamışdır və o digər ravilərin hamısının siqə şəxslər olduğunu bildirmişdir.
    Qeyd: Yenə vurğulayırıq!!! Hədisdə qeyd olunan savabın qazanılması üçün bəndənin gərək üzrsüz səbəb olmadan vacib əməlləri (namaz, oruc və s.) yerində olsun! Yəni, heç bir şey etmədən belə savab fikirləşmək olmaz! Əzadarlıq məclislərində iştirak hər bir halda xeyirli və savabdır! Söhbət hədisdə olan savabın qazanılmasından gedir!!! İNŞAALLAH!!! Əzadarlıq məclislərində iştirak edərkən vacib əməlləri etməyən bacı və qardaşlar ALLAHDAN (C.C.) onları hidayət etməsini istəsinlər! Həzrət Hüseyn (ə.s.) hörmətinə!!! ALLAH (C.C.) bizi bağışlasın!!! AMİN!!!
    14. Kərbəla hadisəsindən sonra İmam Səccadın (ə) göz yaşları bir an dayanmadı. Onu bu halda görənlər bunun səbəbini soruşdular. Həzrət (ə) cavabında buyurdu:
    “Məni danlamayın! Həzrət Yaqub (ə.s.) övladlarından birini itirdi, o qədər ağladı ki, gözlərinin görmə qabiliyyətini əlindən verdi. O övladın ölməsi də məlum deyildi. Lakin mənim gözümün qarşısında ailəmdən bir gün ərzində 14 nəfərin başını kəsdilər. Siz güman edirsiniz ki, bu qəm-qüssə məndən əbədi olaraq uzaqlaşacaq?”
    Mənbə: Cəmal əd-Din əl-Mizzi, “Təhzib əl-Kəmal”, cild 20, səhifə 399; İbn Kəsir, “əl-Bidayə və ən-nihayə”, cild 9, səhifə 125; İbn Əsakir, “Tarix Mədinəti Dəməşq”, cild 41, səhifə 386.
    15. “Atam Əli ibn Hüseyn (ə.s.) buyururdu: “Hüseyn (ə.s.) və dostları (r.ə.) üçün göz yaşı tökən hər möminə ALLAH-Təala (C.C.) Cənnətdə bir otaq verəcək. Düşməndən çəkdiyimiz əzab-əziyyətlərə görə göz yaşı tökən hər möminə ALLAH (C.C.) Cənnətdə gözəl yer verəcək!”
    Mənbə: Süleyman əl-Qunduzi, “Yənabi əl-məvəddə”, cild 3, səhifə 102; İbn Həcər əl-Əsqəlani, “əl-İsabə”, cild 2, səhifə 438; “Lisan əl-mizan”, cild 2, səhifə 451.
    Qeyd: Yenə vurğulayırıq!!! Hədisdə qeyd olunan savabın qazanılması üçün bəndənin gərək üzrsüz səbəb olmadan vacib əməlləri (namaz, oruc və s.) yerində olsun! Yəni, heç bir şey etmədən belə savab fikirləşmək olmaz! Əzadarlıq məclislərində iştirak hər bir halda xeyirli və savabdır! Söhbət hədisdə olan savabın qazanılmasından gedir!!! İNŞAALLAH!!! Əzadarlıq məclislərində iştirak edərkən vacib əməlləri etməyən bacı və qardaşlar ALLAHDAN (C.C.) onları hidayət etməsini istəsinlər! Həzrət Hüseyn (ə.s.) hörmətinə!!! ALLAH (C.C.) bizi bağışlasın!!! AMİN!!!
    16. İmam Sadiq (ə.s.) da öz atalarına (ə.s.) tabe olaraq Kərbəla və Aşuranı əzəmətli tutmağa sifariş etmiş və buyurmuşdur:
    “Aşura hadisəsi qəlblərimizə od vurdu, gözlərimizin yaşını axıtdı. Biz Kərbəla qəm-qüssəsinin varisləriyik. Ağlayanlar Hüseyn (ə.s.) kimisinə ağlasın! Çünki ey möminlər, ona ağlamaq günahları məhv edib aradan aparır.”
    Mənbə: Əbu İshaq Əsfərayini, “Nur əl-eyn fi məşhəd əl-Hüseyn (ə.s.)”, səhifə 84.

  • @user-rj2fj2lw5l
    @user-rj2fj2lw5l 2 роки тому +2

    Lebbeyke ya Imam Huseyn. ALLAHU AKBAR.

  • @vuqarteymurov8009
    @vuqarteymurov8009 2 роки тому +1

    Berekallahu fikhum!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    ŞİƏ CAVAB VERİR:
    “Niyə bütün Peyğəmbərlərə (ə.s.) (əsasən zülmə məruz qalmış Peyğəmbərlərə (ə.s.)) əzadarlıq etmirsiniz???” SUALINA QISA CAVAB:
    Qeyd: Xütbə Hacı Ramil Bədəlova məxsusdur (ALLAH (C.C.) ondan razı olsun! AMİN!)
    Mutəal ALLAH (C.C.) bütün Peyğəmbərləri (ə.s.) insanlar üçün zəruri olan bütün göstəriş, tövsiyyə və tələbləri yer üzündə yaşayan insanlara çatdırmaları üçün bir-birinin ardınca göndərmişdir. Beləliklə, Adəmdən (ə.s.) Xatəmən-Nəbiyyə (s.ə.a.s.) qədər bütün Peyğəmbərlər (ə.s.) lazımi dini məsələləri özündə cəm edən bir “bina” inşa etmişlər. Bəni-Üməyyə hakimiyyəti dövründə, əsasən Yezid ibn Müaviyənin (lən.) xəlifəliyi dövründə Peyğəmbərlər (ə.s.) tərəfindən inşa olunmuş həmin o “bina” təhlükədə idi. Məhz bu təhlükənin aradan qaldırılması üçün Həzrət Hüseyn (ə.s.) öz canını, ailəsini, yaxınlarını ALLAH (C.C.) yolunda fəda etdi! Yəni, qısacası elə məhz Həzrət Hüseynə (ə.s.) əza saxlamaq, bütün zülmə məruz qalmış Peyğəmbərlərə (ə.s.), eləcə də bütün şəhidlərə, məzlumlara əza saxlamaq deməkdir!!!

  • @renaferecova7571
    @renaferecova7571 2 роки тому +1

    Essalamu eleyke Ya Eba Ebdillah.Ya Huseyn

  • @resadrehimov3192
    @resadrehimov3192 2 роки тому +1

    Tövsiyə edirəm, gəlin öz günümüzə aglıyaq ona görəki bizlərin halı bəlli deyil, Allahin salamı cümlə imamların üzərinə olsun inşəallah onlar cənnət sahibləridir bəs bizlər? hec olmasa onların 1faiz etdikləri əməldən edək bu qədər.

  • @crazyman0895
    @crazyman0895 2 роки тому

    CANİM HÜSEYİNİM Əzizim mənim ürəyim laylay hüseyinim hocam teşşür edirem gözel söpətdi düzdü Canim hüseyinim

  • @neymarscomeback8860
    @neymarscomeback8860 2 роки тому

    Bir adamın bir yaxını dünyasını dəyişəndə
    Fəryad edir bununla barışmaq istəmir İmam Hüseynin oğulları qardaşları
    Qardaşı uşaqları bacısı uşaqları hamısı
    Gözünün qabağında şəhid oldu buna necə dözmək olar

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    Yezid ibn Müaviyə (lən.) İmam Hüseyn ibn Əlinin (ə.s.)
    qətlinə göstəriş veribmi? sualına Əhli-sünnə mənbələri ilə CAVAB - 2:
    “Yezid (lən.) Vəlid ibn Utbəyə belə yazdı: “... Hüseyni (ə.s.), Abdullah ibn Öməri, Əbdürrəhman ibn Əbu Bəkri və Abdullah ibn Zübeyri rüsxətsiz və rəhm etmədən beyət üçün tut, onlardan kim beyətdən üz döndərsə BOYNUNU VUR VƏ BAŞINI MƏNƏ YOLLA, VƏSSALAM.”
    Mənbə: İbn Xaldun, “Tarixu-ibn Xaldun”, cild 3, səhifə 19, naşir: Müəssəsətul ələmi, Beyrut, 4-cü çap, 1403-cü h.q. ili.

    “Yezid (lən.) tərəfindən bir elçi gəldi və Ubeydullaha (lən.) göstəriş verdi ki, Hüseynin (ə.s.) başını və onun övladlarından qalanları, Əhli-Beytini və qadınlarını ona göndərsin.”

    Mənbələr:
    1) İbn Səd, “Təbəqati ibn Səd (Tərcümətul İmam Hüseyn (ə.s.)”, səhifə 81, naşir: Müəssəsətu Alıl-beyt li ihyait-turas;
    2) Əbul-Fərəc ibn Covzi, “ər-rəddu ələl-mutəəssibil-ənid əl-mane min zəmmi Yezid (lən.)”, səhifə 56, naşir: Darul-ktubil-elmiyyə, Beyrut, 1405-ci h.q. ili.
    “İbn Ziyad (lən.) Kufədə Hüseynin (ə.s.) başını nizəyə vurdu və onu (kəsilmiş başı) Kufə şəhərində gəzdirməyə başladı. Daha sonra Zəhr ibn Qeys əl-Cofini çağırıb, Hüseynin (ə.s.) və əshabının başlarını və Onun (ə.s.) ailəsini Yezid ibn Müaviyəyə (lən.) yolladı.”
    Mənbələr:
    1) Bəlazəri, “Ənsabul-əşraf”, cild 3, səhifə 212, çap: Məcməu-ihyais-səqafətil-İslamiyyə, 2-ci çap, 1419-cu h.q. ili;
    2) İbn Əsakir, “Tarixu-mədinəti-Dəməşq”, cild 18, səhifə 445, çap: Darul-fikr, Beyrut, 1415-ci h.q. ili;
    3) Təbəri, “Tarixut-Təbəri”, cild 4, səhifə 351, çap: Müəssəsətul-ələmi, Beyrut, 4-cü çap, 1403-cü h.q. ili;
    4) Səlahuddin əs-Səfədi, “Əl-vafi bil-vəfayat”, cild 14, səhifə 127, çap: Daru-ihyait-Turasil-Ərəbi, Beyrut, 1420-ci h.q. ili.

  • @Terlan-rv8zf
    @Terlan-rv8zf 2 роки тому +1

    Salam olsun Əhli beyte Ləbeyik Ya Hüseyin

  • @Aqil395
    @Aqil395 2 роки тому +2

    Uca Allaha şükürlər olsun ki, bizim belə gözəl alimlərimiz var

  • @abusaleh4175
    @abusaleh4175 2 роки тому +1

    iranın

  • @user-gb2xd9dl8r
    @user-gb2xd9dl8r 2 роки тому +2

    Coxsu bilmir, imam Huseyin (RA) kimdir. Yalandan gedir orada ozunu doyur qilincla zencirle.Amma onu bilmirlerki , ozune xeseret yetirmek , boyuk gunahdir. inne lillehi ve inne ileyhi reciun. Allahdab geldik ,ona doneceyik. Allahu Teale butun Sehidlerimizi o dunyada, Muhemmed Peygemberiz (sav) cennetde qonsu eylesin insallah. Amin.

    • @vuqarteymurov8009
      @vuqarteymurov8009 2 роки тому

      Sine vurmaq,uzu ,bashi doymek ziyanli,haram sheydirse onda Aishe ananiz haram ish gorub.Chinki hedislerinizde Aishe Peygemberin vefatinda ozunu doyub)))

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +4

    Həzrət Fatimə Zəhranın (əleyhəssəlam) əhli-sünnə hənəfi aliminə
    İmam Hüseynə (ə.s.) növhə oxumaq üçün göstəriş verməsi:
    Atam mənə danışdı ki, bir gün Əbülhəsən əl-Katib bizə gəldi və dedi: “Siz Bağdadda İbn Əsdəq deyilən bir nəfəri tanıyırsınızmı?” Məclis əhli arasından məndən başqa kimsə onu tanımırdı. Mən dedim ki, bəli. Niyə onun haqqında soruşursan ki? O dedi: “Nə iş görür?” Dedim ki, Hüseynə (ə.s.) növhə söyləyir.
    Deyir: “Əbülhəsən ağladı və dedi: “Yanımda bir yaşlı qadın var, o mənə (uşaqlıqdan) tərbiyə vermişdir. O, Kərx əhlindəndir. Dili ərəbcə danışaraq söz söyləməkdə acizdir. Ərəbcə bir kəlmə belə olsun düzgün şəkildə deyə bilmir. O ki, qalsın şeir rəvayət etsin. O, saleh müsəlman qadınlardandır. Çoxlu oruc tutur və gecənin bir hissəsini oyaq qalırdı. Dünən gecə yarısı oyandı. Onun yataq yeri mənim yerimə yaxındır. Məni çağırdı ki, ey Əbülhəsən. Dedim ki, nə olub sənə? Dedi ki, yanıma gəl. Yanına getdim. Gördüm ki, əsir. Dedim ki, nə baş verib? Dedi ki, gecə ibadətini edirdim, sonra yatdım və həmin vaxt yuxumda gördüm ki, sanki Kərx darvazalarından birindəyəm. Birdən təmiz bir otaq gördüm ki, (divarları) ağdır və sacı (hazırlandığı ağac) gözəl idi. Qapısı açılmış halda idi. Qadınlar onun yanında durmuşdular. Onlara dedim ki, kim ölüb? Nə xəbərdir? Onlar evin içərisinə işarə elədilər. İçəri girdim və bir lətif hücrə gördüm. Olduqca gözəl idi. Ortasında bir gənc qadın vardı, mən ondan yaraşıqlısını, qəşəngini və gözəlini heç vaxt görməmişdim. Üzərində gözəl libas vardı, ağ, dolu (enli), yumşaq idi. Üstünü örtmüşdü, yuxarısında olduqca ağ izar vardı. Ətəyində adam (kişi) başı vardı ki, (oradan) qan axırdı.
    Dedim ki, sən kimsən? Dedi ki, səninlə işim yoxdur. Mən ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) qızı Fatiməyəm (ə.s.). Bu da oğlum Hüseynin (ə.s.) başıdır. Mənim tərəfimdən İbn Əsdəqə de ki, bu şeiri növhə kimi (oğlum Hüseynə (ə.s.)) oxusun:
    “Onu xəstəlik tutmamışdı (xəstəlik üzündən dünyasını dəyişmədi), elə isə, (bunu) yerinə yetirin. Xeyr, bundan öncə də xəstə deyildi.”
    Mən qorxu içində ayıldım.
    Deyir: Yaşlı qadın dedi: “ləm əratahu”, “ta” ilə. Çünki “dad”ı bərqərar edə bilmirdi (yəni “dad” hərfi əvəzinə “ta” dedi). Ondan sakit oldu, ta ki yatdı.
    Sonra (Əbülhəsən) mənə dedi: “Ey Əbülqasim, indi ki, İbn Əsdəqi tanıyırsan, (xatun) sənə əmanət qoymuşdur və sənə zəruri etmişdir ki, bu xəbəri İbn Əsdəqə çatdırasan.” Dedim ki, eşidərək və itaət edərək (bunu yerinə yetirərəm). Çünki aləm qadınlarının xanımı (ə.s.) əmr etmişdir.
    (Əbülqasim davamında) deyir: “Bu, şəbanda baş vermişdi. Camaat hairə (İmam Hüseynin (ə.s.) ziyarətinə) getmək istədikdə hənbəlilər tərəfindən ciddi cəhdlə (təzyiqlə, maneə ilə) qarşılaşdılar (və azar gördülər). Mən o qədər səy göstərdim ki, nəhayət özümü şəbanın yarısı hairə çatdıra bildim. İbn Əsdəq barədə sorğu-sual edirdim, nəhayət, onu gördüm. Ona dedim ki, Fatimə (əleyhəssəlam) sənə göstəriş verib ki, içində “Onu xəstəlik tutmadı, odur ki, (bunu) yerinə yetirin... Xeyr o, bundan öncə də xəstə olmayıb” olan qəsidəni növhə oxuyasan. Mən bundan öncə o qəsidəni bilmirdim. İbn Əsdəq bundan gərginləşdi, səsini ucaltdı. Mən ona və iştirak edənlərə əhvalatı kamil şəkildə danışdım. Onlar hamılıqla hönkürtü vurub ağladılar. Həmin gecə yalnız bu qəsidə növhə deyildi:
    Əvvəli belə idi: Ey iki göz, göz yaşı tökün... şiddətlə ağlayın və qurumayın”.
    Mənbə: “Nəşvarul-muhazərəti və əxbarul-muzakərəti”, cild 1, səhifə 396-397; “Dar Sadir” - Beyrut, 1416/1995; təhqiq: Əbbud əş-Şalici.
    İbn əl-Ədim yazır:
    “Adıçəkilən Əbülhəsən əl-Kərxi Əbu Hənifənin böyük əshabından olmuşdur.”
    Mənbə: “Buğyətut-tələb fi tarixi Hələb”, cild 6.
    Yafei Əbülqasim ət-Tənuxi haqqında yazır:
    Əbülqasim Əli ibn Məhəmməd ət-Tənuxi əl-Qazi əl-Hənəfi (hənəfi məzhəbinin qazilərindən biri), dünya zəkalılarından, şeir rəvayət edənlərdən, kəlam və nəhvə arif olan biri olmuşdur. Onun şeir divanı vardır.”
    Mənbə: Əl-Yafei əl-Yəməni əl-Məkki, “Miratul-cinan və ibrətul-yəqzan”, cild 2, səhifə 251.
    Həzrət Fatimə Zəhranın (əleyhəssəlam) İmam Hüseyn (əleyhissəlam) üçün növhə oxumaq barədə göstəriş verməsi
    İbn Əbdürrəhim deyir: Mənə Xale danışıb dedi ki, 346-cı ildə azyaşlı idim, atamla birlikdə kitabsatanlarla zərgərlər (bazarı) arasında yerləşən əl-Kəbuzi məscidində idim. Ora adamla dolu idi. Birdən bir kişi gəlib yetişdi. Əynində yamaqlı libas vardı. Əlində su tuluğu, yemək torbası və əsa (əl çubuğu) vardı. Saçları pırtlaşıq idi (yaxud tör-töküntü günündə idi). Uca səslə camaata salam verib, dedi: “Mən Fatimə Zəhranın (salavatullahi əleyha) elçisiyəm.” Onlar dedilər: “Mərhəba, xoş gördük!” Onlar ona ehtiram etdilər. O dedi: “Mənə növhəxan Əhməd əl-Müzəvvəqi (yaxud Müzəvviqi) tanıtdıra bilərsinizmi?” Dedilər: “Bəli, bax burada oturandır”. O dedi: “Mən yuxuda xatunumuzu (əleyhəssəlam) gördüm. Mənə dedi ki, Bağdada yollan və onu (Əhmədi) axtar. Ona de ki, oğluma növhə desin, o icad edənin (Əli ibn Abdullah ibn Vəsif) şeirilə ki, orada deyir:
    Bəni Əhməd, qəlbim sizin (matəminiz) üçün parça-parça olur.
    Sizin barədə olan müsibətlərim kimisi eşidilməyib.
    Naşi (yazıçı) həmin məclisdə iştirak edirdi. Möhkəm şəkildə üzünə döyəclədi. Onun ardınca əl-Müzəvvəq və başqaları hamılıqla ona qoşuldular. Hamıdan çox Naşi, sonra isə əl-Müzəvvəq təsirlənmişdi. Sonra həmin gün camaat zöhr namazını qılanadək və məclis bitənəcək bu qəsidəni oxudular. Çox çalışdılar ki, həmin adam onlardan bir şey qəbul eləsin. O dedi: “ALLAHA (C.C.) and olsun ki, dünya verilsəydi belə, mən onu götürməzdim. Rəva bilmirəm ki, mən xatunumun (əleyhəssəlam) elçisi olum, sonra da bunun əvəzini götürüm.” O (həmin yerdən) ayrıldı və heç bir şey qəbul etmədi.”
    Mənbə: Yaqub əl-Həmavi, “Mucəmul-üdəba”, cild 4, səhifə 149-150; “Darul-ğəribil-islami” - Beyrut, 1414/1993; təhqiq: İhsan Abbas.
    Qeyd: Yuxarıda qeyd olunanlar həm Yezidə (lən.) lənət oxumağın məkruh olmasını, eləcə də rəhmət deyilməsini müstəhəb sayanlara cavab, eləcə də İmam Hüseyn ibn Əliyə (ə.s.) əzadarlıq keçirilməsinin, insanların əvvəldən onun haqlı olduğu halda zülmə məruz qalmasına kövrəlməsinə, ağlamasına bir sübutdur!!! ALLAH (C.C.) bizi bu qapıdan ayrı salmasın!!! AMİN!!!

  • @veteran8948
    @veteran8948 2 роки тому +8

    Ləbbeykə Ya İmam Hüseyn

    • @vuqarteymurov8009
      @vuqarteymurov8009 2 роки тому +1

      Seudiyyede Salman kral olanda ,hami yerden lebbeyk Salman deyirdiler.Onda hrch lebbeyk Allah yadlarina dushmur.Huseynin adi gelende dushur😆

  • @kxkdkfkjfjfjfjfjfk1445
    @kxkdkfkjfjfjfjfjfk1445 2 роки тому +9

    Nə qədər suni sürətdə ağlıyıb insanları inandırmaq olar? Bəs Allahı necə inandıracaqsınız? İmam Hüseyin şəhid olub şəhid olmuyub ki siz onun şəhidliyin dən istifadə eliyəsiniz pul qazanasınız onun şəhidliyi sizin ücün göydən duşmə olub. Ordakı insanların coxu hec bilmir İmam Hüseyin kimdi və onu gecəynən tək qoyub qacannar kimlər olub Onu nəyə görə tək qoyub qacıblar o qacannar kimlər olub ondan danış. Cox incə surətdə insanları Allahdan Peyğənbərdən uzaqlaşdırıb İmam Hüseyini allah kimi təbliğ eləmək nə deməkdi? İnsanlarda artıq belə bir fikir formalaşıb ki nə gunah eliyirsən elə bir dəfə ya Hüseyin de bəsdi bütün günahların yuylacaq. Bütün özünü müsəlman sayan insanların ürəyində İmam Hüseyin sevgisi var. Ancaq bəzi insanlar bunu xusisi surətdə qabartmaqla məqsəd ona qarşı sevgidən əmələ gəlmir niyyət başqadı

    • @vuqarteymurov8009
      @vuqarteymurov8009 2 роки тому

      Yalanchinin Allah ebedi cehenneminde yandirsin Amin!
      Amin demeyen diller lal olsun!

  • @umid2763
    @umid2763 2 роки тому +1

    Huseynim vayyy.Sehid gardasim huseynim vayyy indi Ehli beytle sene agliyiram Huseynim.

    • @EhlibeytAsiqleri
      @EhlibeytAsiqleri 2 роки тому

      Allahın salamı olsun üzərinizə... Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız.. Allah razı olsun...

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    Matəm və əzadarlıqda qara rəngdə geyinmək barədə:
    1. Nə üçün şiələr matəmlərdə qara geyinirlər? Bir halda ki, bir neçə şiə kitabında qeyd edilir ki, qara geyinmək pisdir və ALLAH (C.C.) düşmənlərinin geyimidir.
    Mənbə: “Mən la yəhzurul fəqih”, cild 1, səhifə 251 və s… .
    Cavab:
    Bu hədis etibarsız və zəif hədisdir. Çünki hədisi deyənlər içərisində, etibarsız sayılan Səhl ibn Ziyad və kimliyi bilinməyən bir şəxs də vardır. Hədis elminin qanunlarına sasən, belə hədis qəbul edilmir!
    “Əgər düzgün hədis olsaydı, qara geyinməyi alimlər haram deyərdi, nəinki məkruh. Ona görə də qara paltarla namaz qılmağı bəyənilməz (məkruh) bilirlər. Nəinki haram.”
    Mənbə: “Vəsailuş şiə”, cild 4, səhifə 382.
    “Amma qara əmmamə, əba və çadra ilə namaz qılmaq məkruh deyil.”
    Mənbə: “Usul kafi”, cild 3, səhifə 403.
    2. Yaxud mümkündür bu qadağa hər hansı bir zaman və məkana aid imiş.
    Əhli-Beytin (ə.s.) matəmlərində qara geyinmək, pis sayılmır. Necə ki: Peyğəmbərin (s.ə.a.s.) əmisi Həmzə (ə.s.), Uhud döyüşündə şəhid oldu. Ümmü Sələmənin (r.ə.) qızı Zeynəb, Həmzəyə (ə.s.) görə qara geyinmişdi və üç gün ağladı. Peyğəmbər də (s.ə.a.s.) Zeynəbin bu əməlinə görə ona mane olmadı, ona bunu qadağan etmədi və onu danlamadı.
    Mənbə: “Təhzibul luğət”, Müəllif: Əzhəri, cild 12, səhifə 172 (Əhli-Sünnə mənbəsi).
    3. Peyğəmbər (s), əmisi oğlu Cəfər Təyyarın şəhadətində, qadınların qara paltar geyinmələrinə göstəriş verir.
    Mənbə: “Musnədi Əhməd”, cild 6, səhifə 438; “Səhihi ibn Həbban”, Kitabul cənaiz. Hədis: 3227.
    4. “İmam Hüseyn (ə.s.), atası İmam Əlinin (ə.s.) şəhadətində qara geyinmişdir. Bu geyimlə camaat arasına gəlib, çıxış (xütbə) etmişdir.”
    Müəllif: “Siru elamun nubəla”, Müəllif: Zəhəbi, cild 3, səhifə 267.
    5. “İmam Həsənin (ə.s.) şəhadətində, qadınlar bir il qara geyinmişdi.”
    Mənbə: “Əl mustədrək”, cild 3, səhifə 189.
    6. “İmam Hüseynin (ə.s.) şəhadətində, İmam Səccad (ə.s.) və Bəni Haşim qadınları qara geyinmişdilər.”
    Mənbə: “Biharul ənvar”, cild 45, səhifə 196; “Əlməhasin”, cild 2, səhifə 240.
    7. “Peyğəmbərin (s.ə.a.s.) xanımı Ümmü Sələmə (r.ə.), İmam Hüseynin (ə.s.) şəhadətini eşidəndə, Peyğəmbər (s.ə.a.s.) məscidində xeymə qurdu və qara paltar geyindi.”
    Mənbə: “Uyunul əxbar və fununul asar”, səhifə 109.
    Fətvalar:
    Əzadarlıq günlərində qara paltar geyinmək müstəhəbdirmi?
    1. Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi:
    “Ümumi şəkildə qara paltar geyinmək dini şüarları dirçəltmək məqsədi ilə olsa, savabdır.
    2. Ayətullahul-uzma Seyid Əli Sistani, “İstiftaat”, səhifə 2053:
    “Yaxşı və bəyənilmiş işdir.”

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    İmam Hüseyn ibn Əli (ə.s.) üçün əzadarlığa qarşı çıxanlara dair:
    1. İbn Kəsir: “Nasibilər Aşura günü sevinc və şadyanalıq edirdilər.”
    Məşhur əhli-sünnə tarixçisi və təfsir alimi İbn Kəsir İmam Hüseynin (ə.s.) qətl gününü bayram kimi qeyd edən Əhli-beyt (ə) düşmənləri haqqında yazır:
    “Şamın nasibiləri Aşura günü şiə rafizilərin etdiyinin əksini edirdilər. Onlar Aşura günü dənli bitkilər bişirir (qovurur, yaxud dənli bitkilərdən yemək bişirir), çimir, ətirlənir, ən gözəl libaslarını geyinir, o günü bayram edir, cürbəcür yeməklər bişirir, sevinc və şadyanalıq edirdilər. Bütün bunlarla rafizilərin inadına davranmaq və onların əksinə getmək istəyirdilər.”
    Mənbə: İbn Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, cild 8, səhifə 283; nəşr: Vəqflər və İslam İşləri Nazirliyi - Qətər, 1436/2015; təhqiq: Əbdül-Qadir əl-Ərnaut və Bəşşar Əvvad Marufun rəhbərliyi altında tədqiqat qrupu; Kəsir əd-Diməşqi, “Əl-Bidayə vən-nihayə”, cild 11, səhifə 577; nəşr: Darul-Hicr.

  • @kamilakafarova7173
    @kamilakafarova7173 2 роки тому +1

    Essalamu aleyka ya Eba Abdulla.Allah Imam Huseynin qatillerine lenet elesin Min lenet.Amin 🤲🤲

    • @EhlibeytAsiqleri
      @EhlibeytAsiqleri 2 роки тому

      Allahın salamı olsun üzərinizə... Xahiş edirik səhifəmizə daxil olaraq abunə olasınız və daha çox insanın abunəçi olması üçün kanalımızı paylaşaraq vasitəçi olasınız.. Allah razı olsun...

  • @zizagaabdullayev3312
    @zizagaabdullayev3312 2 роки тому +1

    YA HÜSEYN

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    Sələfilərə (vəhhabilərə) rədiyyə:
    İmam Hüseyn ibn Əliyə (ə.s.) əzadarlıq, matəm saxlama bidətdirmi?)))))))))
    7-ci hissə: Əhli-Sünnənin özündə əzadarlıq:
    1. “Əbd əl-Mömin ibn Xələf Zahirilik məzhəbinin fəqihlərindən və Məhəmməd ibn Davudun ideoloji məktəbinin davamçılarından olmuşdur. Əbu Cəfər ən-Nəsəfi onun cənazə müşayiətinin və orda əzadarlıq keçirilməsini nəql etmişdir.”
    Mənbə: İbn Əsakir, “Tarix Mədinə Dəməşq”, cild 10, səhifə 272; Şəms əd-Din əz-Zəhəbi, “Siyər əlam ən-nübəla”, cild 15, səhifə 480.
    2. Əz-Zəhəbi İmam əl-Hərəmeyn əl-Cuveyninin ölümü və onun üçün əzadarlığın keçirilməsi barədə belə yazır:
    “Onu atasının yanında dəfn etdilər. Əza məclisində onun minbərini sındırdılar. Bazarları bağladılar. Onun məclisində qəsidələr oxudular. Onun 400-ə yaxın tələbəsi var idi. O tələbələr bütün qələmlərini, mürəkkəb qablarını sındırdılar və bir il əza saxladılar. Onlar bir il başlarına bağladıqları çalmanı bağlamadılar. Bu işə o qədər israr etdilər ki, heç kəs başına çalma bükməyə cəsarət etmirdi. Bu müddətdə tələbələr şəhərin küçə və bazarlarında gəzir, növhə oxuyur, ifrat dərəcədə qışqırıb dözümsüzlük göstərirdilər.”
    Mənbə: Şəms əd-Din əz-Zəhəbi, “Siyər əlam ən-nübəla”, cild 18, səhifə 476.
    3. Xalid ibn Rəbi deyir: “… göy və yer qırx gecə-gündüz Ömər ibn Əbd əl-Əziz üçün ağladı!!!”
    Mənbə: Şuəyb əl-Hurəyfiş, “ər-Rəvz əl-faiq”, səhifə 255.
    4. İbn Əsakirin vəfatında asimanın ağlaması:
    Oğlu deyir: “Həmin il yağış yağmamışdı. İbn Əsakir vəfat edəndən sonra və cənazəsini yerdən götürəndə asiman yağmaq vəziyyətinə düşdü. Sanki bu yağış asimanın göz yaşları idi, belə ki, bol-bol və şiddətlə yağacağını göstərirdi.”
    Mənbə: Yaqub əl-Həməvi, “Mucəm əl-udəba”, cild 4, səhifə 41, “Bəlx tərəfdə 246-cı ildə görünməmiş qan yağdı”, səhifə 17.
    5. “Əl-Əğani” kitabının müəllifi bu məsələyə əlavə də etmişdir:
    “Əbu Bəkr əl-Həzli deyir: “Ömər ibn əl-Xəttab Bəni Məxzum qəbiləsinin qadınlarının Xalid ibn Vəlid üçün ağlamaq səslərini eşidib ağlamağa başladı və dedi: “Qadınlara deyin ki, Əbu Süleyman (Xalid ibn Vəlid) haqqında nə bilirlərsə, etsinlər, lakin yalan danışmasınlar! Ağlayanlar Əbu Süleyman kimilərinə ağlasınlar!”
    Mənbə: Əbu əl-Fərəc əl-İsfahani, “əl-Əğani”, cild 22, səhifə 98.
    6. Ömərin ölümü ilə əlaqədar İbn Məsudun əzadarlıq etməsi:
    “(Ömərin ölümündən sonra) İbn Məsud onun qəbrinin kənarında dayanıb ağladı.”
    Mənbə: İbn Əbd Rəbbih, “əl-İqd əl-fərid”, cild 4, səhifə 283.

  • @vuqarteymurov8009
    @vuqarteymurov8009 2 роки тому +5

    Nece aglamayaq?! Huseyne yerler aglar,goyler aglar😭

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +3

    12. Əhli-sünnə alimi Hafiz əl-Heysəmi nəql edir:
    Zühridən belə dediyi nəql edilmişdir: Əbdülməlik mənə dedi: “Sən kimsən? Mənə deyə bilərsən ki, Hüseyn ibn Əli (ə.s.) öldürülən gün nə kimi hadisələr baş verdi?” Dedim: “Beytül-Məqdisdə hansı daşı qaldırırdılarsa, altında təzə qan olduğunu görürdülər”. Əbdülməlik dedi: “Mən də elə belə bilirəm”.”
    Bunu ət-Təbərani rəvayət etmişdir, raviləri siqə şəxslərdir.
    Mənbə: Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid”, cild 9, səhifə 230, №15159; “Darul-kutubil-ilmiyyə” - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata.
    13. Əbül-Fərəc İsfahani deyir:
    “Mütəxxir (sonrakı dövr) şairlərindən bəziləri Huseyn ibn Əliyə (ə.s.) mərsiyə demişlər, lakin uzunçuluğa yol vermək üçün onları qeyd etmirəm. Əvvəlki dövr şairlərindən isə bizə bu barədə birşey yetişməyib. Şairlər bəni-üməyyədən qorxub-çəkindiklərindən bu işə yanaşmırdılar.”
    Mənbə: Əbül-Fərəc İsfahani, “Məqatilut-talibiyyin”, səhifə 121 (Əhli-Sünnə mənbəsidir).
    14. Ənəs ibn Haris ibn Nubeyh atasından (RəsulALLAHIN (s.ə.a.s.) Süffə əhlindən olan səhabələrindən idi) belə rəvayət edir: “RəsulALLAH (s.ə.a.s.) qucağında Hüseyni (ə.s.) əyləşdirdiyi halda belə dediyini eşitdim. Bu oğlum İraq adlı bir yerdə şəhid olacaq. Həmin zamana qədər kim yaşasa ona kömək etsin.”
    Mənbə: Müttəqi, “Kənzul ummal”; cild 12, səhifə 126; İbn Əsir, “Usdul Ğabə”, cild 1, səhifə 349.
    15. Səlma deyir: “Ümmü Sələmənin (r.ə.) yanına daxil oldum. Ağladığını görub niyə ağlayırsan?- deyə soruşdum. Cavabında dedi: yuxuda RəsulALLAHI (s.ə.a.s.) gördüm. Saç ve saqqalı torpaq idi. Mən soruşdum: Nə olub sənə ya RəsulALLAH (s.ə.a.s.)? Dedi:
    İndi Hüseynin (ə.s.) qətlə yetirildiyini gördüm.”
    Mənbə: Tirmizi, “Sünən”, cild 2, səhifə 306; cild 5, səhifə 615; Hakim Nişapuri, “Mustədrak ələs Səhiheyn”, cild 4, səhifə 19-20; Beyhəqi, “Dəlailun Nubuvvə”, cild 7, səhifə 48; İbn Həcər Əsqaləni, “Təhzibut Təhzib”, cild 2, səhifə 356; Muhibuddin Təbəri, “Zəxairul uqbə”, səhifə 148; İbn Əsir, “Usdul Ğabə”, cild 2, səhifə 23.
    16. Ümmü Sələmə (r.ə.) deyir: “Mən cinlərin Hüseyn ibn Əli (ə.s.) üçün nohə dediklərini eşitdim.”
    Mənbə: Heysəmi, “Məcməuz zəvaid mənbəil Fəvaid”, cild 9, səhifə 199 (Heysəmi: “Bu hədisi nəql edənlər “Səhih”in raviləridir, “Məcməuz Zəvaid”, cild 18, səhifə 574, hədis 15173, naşir: Darul-Minhac); Təbərani, “Mucəmul Kəbir”, cild 3, səhifə 5 (cild 3, səhifə 130, naşir: məktəbətu-ibn teymiyyə); İbn Həcər, “İsabə”, cild 1, səhifə 335; İbn Həcər, “Təhzibut Təhzib”, cild 2, səhifə 355.
    Qeyd: Rəvayətdə “tanuhu” ibarəsi gəlmişdir ki, bu ibarənin aşağıdakı mənaları da vardır: Ağlamaq, nohə (rozə, mərsiyə) oxumaq, fəryad qoparmaq, inləmək, özünü döymək.
    17. Əhli-Sünnənin alimlərindən olan Əbu Nəim İsfəhani öz sənədləri ilə Həbib ibn Əbu Sabitin, Məymunənin, Ümmü Sələmənin (r.ə.) və bir sıra digər şəxslərin belə dediklərini nəql edir: “Cinlərin Hüseynə (ə.s.) mərsiyə deyib əza saxladıqlarını eşitdik.”
    Mənbə: Əbu Nəim İsfəhani, “Mərifətus-Səhabə”, cild 2, səhifə 668, naşir: Darul-Vətən.
    Qeyd: Bu rəvayətlərdə “tənuhu, yənuhunə” ibarələri gəlmişdir ki, bu ibarələrin mənaları “mərsiyə deyib əza saxlamaqdır”, həmçinin bu ibarələrin “özünü döyərək əza saxlamaq” mənaları da vardır.
    18. Sabit dedi:
    “Muizzu-dövlət insanlara bazarları bağlamağı tapşırdı. Şirniyyatçılara və aşbazlara yemək bişirməyi qadağan etdi.
    Bazarlarda qübbələr ucaldıb üzərindən parçalar asdılar. Başları açıq, fəryad edən qadınları çölə çıxardır, onlar da lətmə vurub Huseynə (ə.s.) matəm saxlayırdılar. Bu, Bağdadda onun üçün nohə oxunan ilk gün idi.”
    Mənbə: Zəhəbi, “Tarixul islam”, cild 2, səhifə 11.
    19. Yezid ibn Muaviyə ibn Əbu Süfyan (lən.) barədə Əhli-sünnə alimi Mahmud əl-Alusi: “Alimlərdən bir dəstə şəxs qəti şəkildə onun kafirliyinə hökm vermiş və açıqca onun lənətlik olduğunu bildirmişlər. Onlara misal olaraq hafiz, nasirus-sünnə İbn əl-Cəvzini və ondan qabaq Qazi Əbu Yəlanı göstərmək olar. Əllamə ət-Təftəzani isə demişdir: “Biz onun barəsində və imanı barədə heç danışmırıq (yəni, ümumiyyətlə, o imansızdır). ALLAH-Təalanın (C.C.) lənəti olsun ona, ənsarına və yardımçılarına.” Ona açıqca lənət edən şəxslərdən biri də Cəlal əs-Süyutidir, əleyhir-rəhmə.”
    Və mən deyirəm: Mənim daha çox ehtimal verdiyim şey budur ki, xəbis heç Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiq etməyib! Onun ALLAHIN (C.C.) hərəminin və Onun Peyğəmbərinin (s.ə.a.s.) hərəminin və pak və təmiz itrətinin (sağlıqlarında və öldükdən sonra) başlarına gətirdiyi işlər və ondan sadir olan rüsvayçı əməllər, onun Peyğəmbərin (s.ə.a.s.) risalətini təsdiqləmədiyinə Qurani-Kərimin vərəqini çirkab yerə atmasından daha az dəlalət etmir. Zənn etmirəm ki, o dövrdə onun məsələsi (imansız, kafir olması) müsəlmanların möhtərəm şəxslərinə gizli qalmışdır. Lakin onlar məğlub və basılmış vəziyyətdə idilər və səbr etməkdən başqa yolları yox idi. Əgər fərzən qəbul edilsə ki, xəbis (Yəzid) müsəlman olub, o zaman o bəyan edilə bilməyəcək qədər böyük günahlar etmiş bir müsəlman olmuşdur. Mənim nəzərim budur ki, onun mislində olan bir şəxsə açıq-aşkar adını deməklə lənət etmək caizdir. Hərçənd ki, fasiqlər içərisində onun kimi birisinin olması təsəvvür edilməsə belə! Zahir budur ki, o tövbə etməmişdir. Onun tövbə etmiş olması ehtimalı, onun imanı olması ehtimalından daha zəifdir (bu insanın imanı sübuta yetməyib, o ki qala tövbəsi sübuta yetə - müt). İbn Ziyad, İbn Səd və bir dəstə şəxs də onun kimidirlər. ALLAH - Əzzə və Cəll - onların hamısına, yardımçılarına, köməkçilərinə, tərəfdarlarına və onlara meyl edən hər bir kəsə qiyamət gününədək və gözlər Əba Əbdillah Hüseynə (ə.s.) ağladığı müddətcə lənət etsin!”
    Mənbə: 1) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 13, səhifə 227-228; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1415; təhqiq: Əli Əbd əl-Bari Atiyyə; 2) Mahmud əl-Alusi, “Ruh əl-məani fi təfsir əl-Quran”, cild 26, səhifə 72-73; “İdarə ət-Tibaa əl-Muniriyyə” və “Dar İhya ət-Turas əl-Ərəbi” nəşriyyatları.

  • @user-of4fh2il5p
    @user-of4fh2il5p 2 роки тому

    Эла сиз де хестесиз да йыгылмысыныз ора

  • @Ella77.3.10
    @Ella77.3.10 2 роки тому +1

    Bacılar qurban.İmam Hüseyine.

  • @Aqil395
    @Aqil395 2 роки тому +1

    Ya Hüseyn

  • @user-rd2de4wo5b
    @user-rd2de4wo5b 2 роки тому +1

    Men heyatimda bu qeder savatli ve o qederde bisavat insani gormeyime Cox pesmanam heyf sene Haci ki bu dusuncedesen heyf

  • @zahirememmedova8075
    @zahirememmedova8075 2 роки тому +2

    İM HÜSEYN Ə.S. HAQQI DEYİB ŞƏHİD OLUB SİZ NECƏ HAQQI DEYİRSİZ? ONUN YOLU İLƏ ĞETMƏK LAZIMDIR AGLA HƏMDƏ YOLUNU ĞET HƏR ADAMIN İŞİ DEYİL OTURUB AGLAMAGLA HECNƏ DÜZƏLMİR HAQQI DEMƏYƏNƏ ALLAH LƏNƏT EYLƏSİN

  • @gulbanizxubaliyeva4372
    @gulbanizxubaliyeva4372 2 роки тому

    Salam.men imam huseyin tesviri sekillerine asiqem sevirem bir böyug kimi bir kisi kimide sanki asiq olmusam

  • @tebrizmusayev5837
    @tebrizmusayev5837 2 роки тому

    İmam Hüseyne olan zülüm çox təsirlidir amma mesele bundadır ki imam Sevmək onunçün ağlamağ deyil onun kimi yaşamağdir

  • @vuqarteymurov8009
    @vuqarteymurov8009 2 роки тому +3

    Qanli qilinc Kerbelada pas tutar
    Shie olan Agasina yas tutar

  • @allahukbr2348
    @allahukbr2348 2 роки тому

    Can Hüseyn ağam

  • @durdanaqasimova639
    @durdanaqasimova639 2 роки тому

    😢😢😢Чан Гардашым

  • @Nurdanebabayeva
    @Nurdanebabayeva 2 роки тому +5

    Ağlamag lazımdır deyilir.ama deyilmirki özünüzü döyün və ya başınıza gılınc vurun gan çıxarın.Allaha hesab vermək çətin olacak.İmamların düşməni kim ola bilərki Sizcə?

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +2

      Yani indiki zamanda İmamları kimlər sevmir onları yaza bilərsizmi biriniz

    • @goldaks4545
      @goldaks4545 2 роки тому

      Salam əleykə xanım yəqinki əhli sünnə olarsız yadaki şiə,biz ona görə ki sinə döyürük,ona görə başımızı yarırıqki İmam Hüseyn kimi ağamızı şəhid olub Əbəlfəzl Abbas kimi ağamız şəhid olub ona görə İmam Hüseyn əleyhissəlamın başı yezidin murdar əlində olduğuna görə belə edirik

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +1

      @@goldaks4545 Vealəykum selam.Bəs bunun Günah olduğunu bilirsizmi? ALLAH VƏ RƏSULU BU ŞƏKİLDƏ YAS SAXLANILMASINI ÖZÜNƏ ZƏRƏR VURULMASINI QADAĞAN ETMİŞ.HARAM OLDUĞUNU BİLDİRMİŞ BİZLƏRƏ.HƏDİSLƏR OXUMURSUZMU.HANSI AYƏDƏ HANSI SURƏDƏ YAZILIBKI İMAMLARIMIZ ÜÇÜN BELƏ EDİN.HZ İMAM ƏLİDƏ FACİYƏVİ ŞƏKİLDƏ ÖLMÜŞ ONUN ŞƏHADƏTİNƏ BƏS NİYƏ BELƏ ETMİRSİZ.DEMƏKKİ YALNIZ İKİ Mİ İMAMIZ OLAN HƏSƏN HÜSEYNİ QƏBUL EDİRSİZ ,YADAKI SİZƏ DEYİLƏNLƏRİ EDİRSİZ.

    • @goldaks4545
      @goldaks4545 2 роки тому

      @@Nurdanebabayeva biz bütün imamlara yas saxlayırıq ancaq ki İmam Hüseynin Və İmam Əlinin Şəhadəti o biri İmamlarımızdan üsdün olubdurİmam Hüseyn əleyhissəlamın şəhadəti döyüş meydanında Hz Əbəlfəzin şəhadəti döyüş meydanında olmuşdur İmam Əli Əleyhissəlamda ümmətimiz Peyğəmbəri Əkrəm və Vilayətimizdə İmam Əlinin Vilayətindəndir təbikidə bütün İmamlara yas saxlayırıq bizim ata Anamızdan bizə yaxındırlar üstündürlər axirətdə bizə şəfaətçi olacaxlar onlara ağlamaq və sinə döymək borcumuzdur

    • @Nurdanebabayeva
      @Nurdanebabayeva 2 роки тому +3

      @@goldaks4545 mən demirəmeki burda özündən nələrsə yaz.Deyirəmki ainə döymək özünə zərər vermək və yas saxlamag harda yazılıb.hansı Ayətdə.bunu mənə yaze.nağıl danışma özündən.İmamlarımıza Canım gurban olsun onların həyatlarını oxuyub ağlayanlardan biridə mənəm.amma ki Sizin kimi etmirəm.Xəbəriniz varmı ki Sizin əzadarlık etməniz zincirlə özünüzü döymək hakda qanun çıxıb.Qadağandır yaniki

  • @rahileseyidova605
    @rahileseyidova605 2 роки тому

    Allahin salamı üzərinə olsun Hacı Şahin ağa Zeynəb s.ə danışdın necə onu o ucalığı necə vəsf elədin necə danışa bildin ağam siz alimlər danışa danışa o hadisələri necə nəcür yaşamısınız.Zeynəb s.ə deyəndə İslam dini deməkdir İslam dinin bayraqdarı deməkdir.Əhlibeyitin həqiqətlərini insanlığa catdira catdıra özunuz əhlibeyidən olmusunuz.Mənim dilim aciz olur Əli ə.s qızı Zeynəbdən danışanda.Kərbiəlanı bütünləşdirən yaşadan Zeynəb s.ə öz şücaəti ilə alimlər yetişdirən Zeynəb s.ə .Allah qorusun sizləri

  • @niyamxankisiyev7360
    @niyamxankisiyev7360 2 роки тому +1

    Lebbeyk ya Huseyn

  • @saidanovruzova6983
    @saidanovruzova6983 2 роки тому

    YA HUSEYN SEN BUTUN DELILERE YOLUNDAN AZANLARA KÖMEK ELE DUNYA DAĞILIB GEDIR

  • @firudinpasayev2396
    @firudinpasayev2396 2 роки тому

    Tək goz yasi ile yad etmek deyil İmam Husey ə.s . İmam Husey ə.s min misiyyasindan hedeflerinden Zalima qarsi İnqilabindan niye danismirsiz? Niye İmamin Boyuk hedeflerin kicildirsiz? Niye Zalimlari tanitmirsiz İnsanlara? Minberler Bir zamanlar Beni Umeyye memunlarinin eline dusmusdur,indi ise bezi memunlar zalima yaltaqliq edir

  • @qabilismayilov450
    @qabilismayilov450 2 роки тому +2

    Bu imam hüseyn ya Məhəmməd bütün imamlar Müsəlman xalqına nə verib?
    Sən namaz qılana qədər,
    Mən bir bel sapı düzəldirəm satıb yşaqlarıma çörək alıram!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    Sələfilərin (vəhhabilərin) irəli sürdüyü iddialara əsasən Aişə ümmətdən deyil???
    Əhli-Sünnəyə bir sual:
    Hamıya məlumdur ki, Əhli-Sünnənin nəzərində “Səhih-Muslim” mötəbər hədis qaynağıdır. O kitabda olan hədislər Əhli-Sünnəyə görə səhihdir.
    İndi bir hədisə nəzər salaq:
    “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür.”
    Mənbə: “Səhih-Müslim”, İmarət, (58), 1851-ci hədis.
    Bildiyimiz kimi, İmam Hüseyn ibn Əli (ə.s.) xəlifə Yezidə (lən.) beyət etməmiş və Kərbəlada şəhid edilmişdir.
    Zəhmət olmasa, buna bir elmi cavab verin!!!

  • @minnurmemmedov3434
    @minnurmemmedov3434 2 роки тому +3

    10 deq qulaq asdim mecbur dayandirdim cunki Islama aid hecne gormedim . sanki insanlari konserte cagirir.

    • @allahtkdir260
      @allahtkdir260 2 роки тому +2

      🤣🤣🤣🤣🤣👍🏻

    • @dolunaycelik1402
      @dolunaycelik1402 28 днів тому +1

      @minnurmemmedov3434 çünkü qəlbin qəsavət bagliyib, cunku şeytan sende mesken salib ona göre sene ele gelib

    • @minnurmemmedov3434
      @minnurmemmedov3434 26 днів тому

      @@dolunaycelik1402 Bəli düz deyirsən mənim qəlbim bidətlərə qarşı qəsavət bağlayıb

  • @bakcellofical1749
    @bakcellofical1749 2 роки тому

    Бу Шахин Гери галмыш нагылчы йаланчы бисавад инсанлары архасынча хурафата апарыр

    • @allahtkdir260
      @allahtkdir260 2 роки тому

      Nağılbazdı konkret küçə ağzı ilə danışır

  • @nihadehedov7051
    @nihadehedov7051 2 роки тому

    Allah günahlarımı bağışlasın amma mən bizim kənddə keçirilən məclislərdən ləzzət almıram. Ondansa burdakı söhbətlərə qulaa asmağı üstün tuturam. Telefondakı ilahilər,mərsiyyələr daha çox ləzzət edir mənə. Hacı, sizin bölgələrdəki məclislərdən xəbəriniz yoxdu. İki üç mərsiyyədən sonra molla başlayır 1manatdan, 5manatdan yığıb dua eləməyə. Savadsız ,cahil millət başa düşnür ki mən niyə 1manat verirəm bu mollaya ki,mənə dua elə. Əstağfürüllah o molla allah deyil, peyğəmbər deyil sənin özün kimi o da 1insandı daa. Otur özün allaha yalvar daa. Bax burda o məclislərin sirri,sehri pozulur. İnsanı allah evindən didərgin salır belə mollalar. Allaha canım qurban, allah bizi peyğəmbər, imam yolundan uzaq salmasın inşaallah

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    Əzadarlıqda ağlamaq barədə:
    1. “Peyğəmbər (s.ə.a.s.) Səd ibn Rəbidən danışır və ona rəhmət oxuyurdu. Qadınlar bunu eşitdikdə ağlamağa başladılar. Peyğəmbər (s.ə.a.s.) də ağladı və onları ağlamaqdan çəkindirmədi.”
    Mənbə: Məqrizi, “İmtaul-isma”, cild 13, səhifə 269.
    2. “Peyğəmbər (s.ə.a.s.) bir cənazənin dəfn olunması üçün yola çıxdı və onunla birlikdə Ömər ibn Xəttab da var idi. Ömər ağlayan qadınların səsini eşitdi və onları buna görə azarladı. Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Ey Ömər, onları rahat burax. Həqiqətən gözlər yaşlı, canlar müsibətlidir və onlar (ölən şəxsi) yeni itiriblər.”
    Mənbə: Hakim Nişapuri, “əl-Müstədrək”, cild 1, səhifə 381.
    Peyğəmbərin (s.ə.a.s.) Öməri bu işdən çəkindirməsiylə bir daha başa düşürük ki, ölən insan üçün ağlamağın din baxımından heç bir maneəsi yoxdur.
    3. Peyğəmbərin (s.ə.a.s.) dünyadan köçmüş övladı İbrahim (r.ə.) üçün ağlamağı:
    “Göz ağlayır, qəlb hüznlənir. Və biz ALLAHIN (C.C.) razı olduğundan başqa bir şey demirik. Həqiqətən, biz, sənin ayrılığında çox hüznlüyük, ey İbrahim.”
    Mənbə: “Səhih Buxari”, cild 2, səhifə 85.
    4. Aişə deyir: “… (Peyğəmbər (s.ə.a.s.) dünyasını dəyişdikdə) Qadınlarla birlikdə döyünməyə və üzümə vurmağa başladım (Peyğəmbərin (s.ə.a.s) vəfatında mən digər qadınlarla birgə üz və sinəmizə vururduq).”
    Mənbə: “İrvaul ğalil”, Müəllif: Albani, cild 7, səhifə 86; “Musnədi Əhməd ibn Hənbəl”, cild 6, səhifə 274, hədis 26391 (26348).
    Şueyb əl Arnaut deyir: Hədis həsəndir (yaxşıdır).
    5. Tənuxi Bəsri öz atasından rəvayət edir: “Camaat Hənbəlilərin sərt qarşılamalarına və təəssübkeşliklərinə görə, əzadarlıq etməyə qorxurdular. Miladin 10-11 ci əsrində İraqın Bağdad şəhərində Xələb adlı kəramət sahibi olan qadın yaşayırdı. O, İmam Hüseynə (ə.s.) və Əhli-Beytə (ə.s.) növhə və mərsiyə deyərdi. Hənbəli məzhəbinin çox təəssübkeş alimlərindən biri əmr etdi ki, o qadını tutun və öldürün.
    Mənbə: “Nişvarul muhazirə və əxbaul muzakirə”, cild 2, səhifə 233.
    Qeyd: Azərbaycan Respublikası ərazisində əzadarlıq müddətində, məscidlərdə əzadarlıq məclisləri təçkil olunur, eləcə də təyin olunmuş günlərdə, vaxtlarda və yerlərdə qanvermə aksiyaları keçirilir!!! ƏLHƏMDÜLİLLAH!!!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    Şiə əqidəsinə görə Aşura günü oruc tumaq barədə:
    Hədislər:
    1. İmam Muhəmməd ibn Əli - Baqirdən (ə.s.) nəql olunan hədis: “Ramazan ayının orucu vacib olmamışdan qabaq Aşura günü oruc tutmaq vacib idi, lakin Ramazan ayının orucu vacib olan kimi Aşura orucu tərk olundu.”
    Mənbə: “Mən la yəhzuruhu əl-fəqih”, cild 2, səhifə 51, № 224.
    2. “..... Abdullah (ibn Ömər) deyir: “Sən Aşura gününün nə olduğunu bilirsənmi?” Əşas dedi: “Nədir ki?” Abdullah dedi: “O, RəsulALLAHIN (s.ə.a.s.) ancaq Ramazan orucu nazil olmamışdan öncə oruc tutduğu bir gündür. Ramazan orucu nazil olduqda tərk edildi. .....”
    Mənbə: “Səhih Müslim”, cild 2, səhifə 794, № 1127; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi (Əhli-Sünnə mənbəsidir).
    3. “Ramazan ayının vacib olması ilə tərk olunan bir orucdur. Tərk olunmuş orucu tutmaq da bidətdir.”
    Mənbə: Şeyx Kuleyni, “əl-Kafi”, Aşura və Ərəfə orucları babı, cild 4, səhifə 146, hədis 4.
    4. İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) nəql olunur: “Aşura günü İmam Hüseynin (ə.s.) şəhadətə çatdığı gündür. Əgər İmam Hüseynə (ə.s.) şəmatət (Onun (ə.s.) başına gələnlərə sevinc izhar) etmək istəyirsənsə, Aşura günü oruc tut. Bəni-Üməyyə (l.ə.) və onlara kömək edənlər İmam Hüseynin (ə.s.) öldürülməsinə belə nəzir etdilər ki, əgər Hüseyn (ə.s.) öldürülsə, Hüseynə (ə.s.) qarşı olan şəxslər salamat qalsa və xilafət məqamı Əbu Süfyan (l.ə.) ailəsinin nəsibi olarsa, Aşura gününü özləri üçün bayram qərar verərək o günü şükranlıq üçün oruc tutsunlar. Buna görə də bu iş bu günə qədər insanlar arasında sünnə olaraq qaldı. İnsanlar ümumi şəkildə onlara iqtida etdilər. Bəli, elə buna görə də Aşura gününü oruc tuturlar və bu gündə öz ailələrini sevindirirlər. Sonra Həzrət (ə.s.) buyurdu: Bəli bu günün orucu müsibət üçün deyil, çünki Bəni-Üməyyənin salamatçılığı üçün olan şükranlıqdır. İmam Hüseyn (ə.s.) bu gün müsibət görübdür. Əgər sən də müsibət görmüsənsə, bu günü oruc tutma. Əgər Əhli-beytə (ə.s.) şəmatət etmək istəyirsənsə və Bəni-Üməyyənin salamatlığından razısansa, onda bu günü oruc tut.”
    Mənbə: Şeyx Tusi, “Əmali”, səhifə 667, hədis 1397/4.
    5. “Zeyd ən-Nərsi deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Aşura orucu haqqında soruşulduğunu eşitdim. Həzrət (ə.s.) belə buyurdu: “Hər kəs bu gün orcu tutsa, İbn Mərcanə və Ali-Ziyadın apardığı bəhrəni aparar.” Dedim: “Onlar bu gün nə bəhrə aparıblar?” Buyurdu: “Cəhənnəm atəşini. Nəticəsi cəhənnəm atəşi olan əməldən ALLAHA (C.C.) pənah aparıram.”
    Mənbə: “əl-Kafi”, cild 4, səhifə 147, hədis 6; “Təhzib”, cild 4, səhifə 301, hədis 912; “əl-İstibsar”, cild 2, səhifə 135, hədis 443.
    6. Muhəmməd ibn Sinan deyir ki, İmam Cəfər ibn Muhəmməd - Sadiqdən (ə.s.) Məhərrəm ayında Tasua və Aşura gününün orucu haqqında soruşdum. Həzrət (ə.s.) belə buyurdu: “Bu günlər oruc tutmaq üçün deyildir. Çünki bu günlər asiman və yer əhlinin və bütün möminlərin hüzn və müsibət günüdür, İbn Mərcanə, Ali-Ziyad və Şam camaatının isə sevinc günləridir.”
    Mənbə: Şeyx Hürr Amili, “Vəsail əş-şiə (Alul Beyt)”, cild 10, səhifə 460, № 13847.
    7. “İmam Əli ibn Musa - Rza (ə.s.) buyurur: Aşura günü onun üçün müsibət, qəm-qüssə günü olan kəs üçün ALLAH (C.C.) qiyamət gününü şadlıq günü qərar verər və behiştdə onların gözlərini bizimlə işıqlandırar.
    Mənbə: Şeyx Səduq, “İləl əş-şəraye”, cild 1, səhifə 227.
    Fətvalar:
    “Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın).”
    Mənbə: “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul”, 16-cı cild, 361-ci hədis.
    Müctehidlərin fətvaları:
    1. Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
    2. Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
    3. Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkruhdur (bəyənilmir).”
    4. Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” - 1717-ci məsələ.
    5. Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” - 1469-cu məsələ.
    Qeyd: Məsləhətdir ki, Məhərrəm ayının 9, 10 və 11-i oruc tutulmasın!!!

  • @esqvilayti6339
    @esqvilayti6339 2 роки тому +2

    Matəm və əzadarlıqda qara rəngdə geyinmək barədə:
    1. Nə üçün şiələr matəmlərdə qara geyinirlər? Bir halda ki, bir neçə şiə kitabında qeyd edilir ki, qara geyinmək pisdir və ALLAH (C.C.) düşmənlərinin geyimidir.
    Mənbə: “Mən la yəhzurul fəqih”, cild 1, səhifə 251 və s… .
    Cavab:
    Bu hədis etibarsız və zəif hədisdir. Çünki hədisi deyənlər içərisində, etibarsız sayılan Səhl ibn Ziyad və kimliyi bilinməyən bir şəxs də vardır. Hədis elminin qanunlarına sasən, belə hədis qəbul edilmir!
    “Əgər düzgün hədis olsaydı, qara geyinməyi alimlər haram deyərdi, nəinki məkruh. Ona görə də qara paltarla namaz qılmağı bəyənilməz (məkruh) bilirlər. Nəinki haram.”
    Mənbə: “Vəsailuş şiə”, cild 4, səhifə 382.
    “Amma qara əmmamə, əba və çadra ilə namaz qılmaq məkruh deyil.”
    Mənbə: “Usul kafi”, cild 3, səhifə 403.
    2. Yaxud mümkündür bu qadağa hər hansı bir zaman və məkana aid imiş.
    Əhli-Beytin (ə.s.) matəmlərində qara geyinmək, pis sayılmır. Necə ki: Peyğəmbərin (s.ə.a.s.) əmisi Həmzə (ə.s.), Uhud döyüşündə şəhid oldu. Ümmü Sələmənin (r.ə.) qızı Zeynəb, Həmzəyə (ə.s.) görə qara geyinmişdi və üç gün ağladı. Peyğəmbər də (s.ə.a.s.) Zeynəbin bu əməlinə görə ona mane olmadı, ona bunu qadağan etmədi və onu danlamadı.
    Mənbə: “Təhzibul luğət”, Müəllif: Əzhəri, cild 12, səhifə 172 (Əhli-Sünnə mənbəsi).
    3. Peyğəmbər (s), əmisi oğlu Cəfər Təyyarın şəhadətində, qadınların qara paltar geyinmələrinə göstəriş verir.
    Mənbə: “Musnədi Əhməd”, cild 6, səhifə 438; “Səhihi ibn Həbban”, Kitabul cənaiz. Hədis: 3227.
    4. “İmam Hüseyn (ə.s.), atası İmam Əlinin (ə.s.) şəhadətində qara geyinmişdir. Bu geyimlə camaat arasına gəlib, çıxış (xütbə) etmişdir.”
    Müəllif: “Siru elamun nubəla”, Müəllif: Zəhəbi, cild 3, səhifə 267.
    5. “İmam Həsənin (ə.s.) şəhadətində, qadınlar bir il qara geyinmişdi.”
    Mənbə: “Əl mustədrək”, cild 3, səhifə 189.
    6. “İmam Hüseynin (ə.s.) şəhadətində, İmam Səccad (ə.s.) və Bəni Haşim qadınları qara geyinmişdilər.”
    Mənbə: “Biharul ənvar”, cild 45, səhifə 196; “Əlməhasin”, cild 2, səhifə 240.
    7. “Peyğəmbərin (s.ə.a.s.) xanımı Ümmü Sələmə (r.ə.), İmam Hüseynin (ə.s.) şəhadətini eşidəndə, Peyğəmbər (s.ə.a.s.) məscidində xeymə qurdu və qara paltar geyindi.”
    Mənbə: “Uyunul əxbar və fununul asar”, səhifə 109.
    Fətvalar:
    Əzadarlıq günlərində qara paltar geyinmək müstəhəbdirmi?
    1. Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi:
    “Ümumi şəkildə qara paltar geyinmək dini şüarları dirçəltmək məqsədi ilə olsa, savabdır.
    2. Ayətullahul-uzma Seyid Əli Sistani, “İstiftaat”, səhifə 2053:
    “Yaxşı və bəyənilmiş işdir.”