Sevgilim el bilir mən əhli-dərdəm Səndən başqasını sevsəm namərdəm Qüssədən ölürəm neylim ki, hər dəm Məni qoyub baxır yana gözlərin. Kipriyin xəncərdir qaşların kaman Yıxdığın acizə verməzsən aman. Dedilər cəlladsan etməzdim güman Salacaqdır məni qana gözlərin. Sənin əlindədir hər ixtiyarım Zalım öldür məni qəmdən qurtarım Bəs kimə söyləyim kimə yalvarım Gətiribdir məni cana gözlərin. Könlümü salacaq zülfün kəməndə Həsrətin qoymayıb can qalsın məndə O gözlər var ikən nə qədər səndə Alacaq könlümü sona gözlərin. Vahidəm sevgilim mən də qanıram Fitnəkar gözəli üzdən tanıram Necə deyim sənə qəmdən yanıram Mənim tək od tutub yana gözlərin! Əliağa Vahid
Gözəl səs.gözəl sənətkar🎉🎉🎉🎉
Super ifa ❤
Sevgilim el bilir mən əhli-dərdəm
Səndən başqasını sevsəm namərdəm
Qüssədən ölürəm neylim ki, hər dəm
Məni qoyub baxır yana gözlərin.
Kipriyin xəncərdir qaşların kaman
Yıxdığın acizə verməzsən aman.
Dedilər cəlladsan etməzdim güman
Salacaqdır məni qana gözlərin.
Sənin əlindədir hər ixtiyarım
Zalım öldür məni qəmdən qurtarım
Bəs kimə söyləyim kimə yalvarım
Gətiribdir məni cana gözlərin.
Könlümü salacaq zülfün kəməndə
Həsrətin qoymayıb can qalsın məndə
O gözlər var ikən nə qədər səndə
Alacaq könlümü sona gözlərin.
Vahidəm sevgilim mən də qanıram
Fitnəkar gözəli üzdən tanıram
Necə deyim sənə qəmdən yanıram
Mənim tək od tutub yana gözlərin!
Əliağa Vahid
Mətnə görə sagolun
❤