Aparıcını başını kəsməklə hədələyən, qadın toylarında tar çalan Baloğlan Əşrəfov

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2021
  • Uzun illər efirə buraxmadılar, iran boğazları edir deyib ciddiyə almadılar, ancaq o səbrlə gününü gözlədi və sonda öz pərəstişkarlarını tapıb ürəyii boşaltdı... Biri var idi, uşan quşlarla ürəklərə girən, indi isə əlləri əlimizə nə vaxtdı dəyməyən Baloğlan Əşrəfov...
    Baloğlan Xanoğlan oğlu Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində müəllim ailəsində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəblə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.
    Baloğlan Əşrəfov xatirələrinin birində deyir:
    “Atam direktor idi. Məktəbin radio qovşağından fasilələrdə musiqi səsləndirirdim. Məktəbdə hamıdan seçilirdim. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də mən olmuşam. 7-8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedirdim. İlk dəfə o vaxt əlimə pul gəldi. 14-15 yaşım olardı. Qazandığım pul da atama böyük dayaq olurdu. Kənddə yavaş-yavaş tanınmağa başladım. Rayon mərkəzində bir müsabiqə keçirilirdi. Gedib iştirak edib qayıtdım. Qayıdandan sonra kəndimizin mədəniyyət evində tədbirlər keçirməyə başladım. Bakıdan mötəbər bir şəxs kəndimizə gəlmişdi. Mən də uzun zaman idi məşq edirdim. Mənim orada oxuduğum mahnı o qədər maraqla qarşılandı ki, hər kəs əl çaldı. İkinci dəfə oxudum. Bir günün içində hər kəs məni tanıdı.”
    Baloğlan Əşrəfov evin tək uşağı olub. 20 yaşında valideynlərinin istəyi ilə ailə həyatı qurub. İki qızı, iki oğlu olub. Sənətçinin on nəvəsi var, onlardan biri isə sənətçinin adını daşıyır.
    1978-ci ildə ADU-nun filologiya fakültəsini başa vurandan sonra 5 il kənddə müəllim işləyib.
    1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
    1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
    Bakıya gələndən sonra bir müddət fərdi fəaliyyət göstərir. Daha sonra İslam Rzayevin ansamblında çalışmağa cəhd edir. Lakin deyilənlərə görə, İslam Rzayev Baloğlan Əşrəfovu və bu qəbildən olan müğənniləri ansamblında oxumağa icazə vermir, onları İran boğazları ilə oxuduğuna görə qınayırmış. Lakin, sonradan ansamblla birgə çalışan müğənni Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edir.
    1989-cu ildə yaratdığı "Şəhriyar" ansamblı ilə Bakının bütün böyük konsert salonlarında çıxış edib.
    Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edir. Daha çox “Ay uçan quşlar”, "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" kimi mahnılarla məşhurluq qazanıb.
    Haqqında "Səsi quran sədasıdır" adlı kitab yazılıb. Kitabda bütün böyük sənətkarlar öz müsbət rəylərini veriblər.
    2007-ci ildə müğənninin səhhəti pisləşir. 2007-ci il martın 8-də kəskin qaraciyər serrozu diaqnozu ilə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilir. Daha sonra Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılıb. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülüb.
    Baloğlan Əşrəfov üçün qaraciyər donoru lazım olur. Onun üçün Türkiyəyə könüllü olaraq 26 donor yola düşür. Lakin onlardan heç kim uyğun gəlmir. Yalnız bir nəfər dindar şəxs öz istəyi ilə onun göndərilməsini xahiş edir və lazım olan donorun məhz özü olduğunu deyir. Əməliyyat uğurla keçir. Baloğlan Əşrəfov öz donoruna nə qədər pul təklif etsə də, qəbul etmir, hətta buna görə bir müddət müğənnidən inciyir.
    Sovet vaxtı Baloğlan Əşrəfovun mahnılarının efirdən səslənməsinə icazə vermirdilər. İnsanlar ona avtobus dayanacaqlarında, avtobuslarda, taksilərdə, şəxsi evlərdə qulaq asırdılar. Onun kasetləri ən ucqar kəndlərə qədər gedib çıxmışdı.
    Bir müddət əvvəl "Space" telekanalında yayımlanan "Onda başladıq" verilişində aparıcı Elçin Əlibəyli ilə Baloğlan Əşrəfov arasında gərginlik yaranır. E.Əlibəyli B.Əşrəfovun əvvəllər Üzeyir Hacıbəyli barədə "O, şərq musiqisinə ziyan vurub" dediyini xatırladıb. B.Əşrəfov isə bundan bərk qəzəblənərək deyib:
    “Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında Şərq koloriti var. Dedim, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub. Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər, sənin yazdıqlarından Şərq iyi gəlir, get, səni Sibirə göndərmirik, amma yazdıqlarına bir az düzəliş et. O da tarın pərdələrindən artıq şeyləri söküb. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazıb.”
    Baloğlan Əşrəfovun bir ayğında problem olub. Ona görə efirdə heç vaxt çevik hərəkət etməyib.
    On səkkiz gün koronavirus əziyyət çəkdiyi deyilən müğənni az əvvəl açıqlama verərək, xəstəliyə harda yoluxmasına aydınlıq gətirib:
    “Xəstəlik bütün kanallarda var. Amma bəzi şeylərdən şübhələndiyimə görə mənə belə gəlir ki, ARB kanalında, Zaur Nəbioğlunun “Heç vaxt, heç yerdə” adlı verilişində yoluxmuşam.

КОМЕНТАРІ • 172

  • @nesibeelekberova7316
    @nesibeelekberova7316 2 роки тому +48

    ALLAH RƏHMƏT ELƏSİN,qəbri nurla dolsun. O gözəl, qəlb titrədən səsin sahibi, yatdığın yer BEHİŞT olsun..

  • @amidsami4509
    @amidsami4509 2 роки тому +34

    Xalq Baloğlanı həqiqətən sevirdi.ALLAH rəhmət etsin!

  • @user88815
    @user88815 2 роки тому +20

    Allah rehmet elesın Ruhu wad olsun Amın

  • @heqiqetmanafli7383
    @heqiqetmanafli7383 2 роки тому +14

    Allah rəhmət etzın gözəl sənətkara.Mən bu gözəl insanın fanatı idim. Onun yoxlugu mənə cox pis sir etdi. Allah onun məkanı cənnət etsin Allah ailə üzvülərinə səbir versin. Cox gözəl insan idi.Tərbiyəsi' əxlaqi ılə secılirdi.Cox heyif.

  • @narqizmextiyeva1216
    @narqizmextiyeva1216 2 роки тому +20

    Allah sevimli mugennimiz Baloglan Ewrefova rehmet etsin. Mekani cennet ruhu wad olsun. Amin

  • @intizaraliyeva9100
    @intizaraliyeva9100 2 роки тому +17

    Şərhlərə baxdım bir nıfər də olsamüğənni haqqında mənfi fikir söyləməyib. İnsana əsil qiymət öləndən sora verilir. Doğru deyirlərmiş ki insan bu dünyadan köçəndə ya rəhmət aparır ya lənət. Hamı rəhmət oxuyur. Biz də deyək ALLAH RƏHMƏT ELƏSİN

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 роки тому +7

    Аллах рахмат еласин Балоглан муаллима.Гозал инсан,истедадлы мадани,коврак,мехрибан бир инсан кими биз ону таныдык.Махнылары галды.Галбимиздада хамишалик галачаг.Ери чаннат олсун!🌹🌹🌹🌹

  • @ulviyyeataxalilova4969
    @ulviyyeataxalilova4969 2 роки тому +13

    Səslndə olan məlahət , fərqli oxu tərzi , seçilmiş mahnıları ilə , ruhumuza , qəlbimizdə işləyən, yaddaşlara yazılan, uşaqlığımızln müğənnisi, gözəl insan😢..məkanın cənnət olsun..🙏

  • @zumrudseferova1510
    @zumrudseferova1510 2 роки тому +12

    Elimizin əvəzolunmaz sənətkarı Allah sizi rəhmət eləsin

  • @hacxanmnzmirnzrova6941
    @hacxanmnzmirnzrova6941 2 роки тому +13

    Allah rəhmət eləsin. Məkanı cənnət olsun Amin

  • @d.t.x.d.t.x9806
    @d.t.x.d.t.x9806 2 роки тому +27

    O QƏDƏR İRANA GİZLİ YOLLA APARMIŞAM BALOĞLANIN KASSETLƏRİNİ YAXŞI PUL QAZANIRDIM. ÇOX SEVİRLƏR İRANDA RƏHMƏTLİYİ.

  • @azrbayca5577
    @azrbayca5577 2 роки тому +12

    Allah rəhmət etsin gözəl insan

  • @asifmamedov2952
    @asifmamedov2952 2 роки тому +18

    Allah cənnət qismət eləsin

  • @faiqwixbabayev9222
    @faiqwixbabayev9222 2 роки тому +14

    Allah sene rehmet etsin Baloqlan muellim

  • @rozaquliyeva1177
    @rozaquliyeva1177 2 роки тому +12

    Allah rəhmət eləsin gözəl sənətkar idi.çox çox heyif

  • @sadbirinsan2848
    @sadbirinsan2848 2 роки тому +12

    Xıdo rəhmət bıkə

  • @yeganesheydayeva3408
    @yeganesheydayeva3408 2 роки тому +15

    Cox sevduyim můqenni,Allah size rehmet elesin.

  • @hamilnurullayev2502
    @hamilnurullayev2502 2 роки тому +8

    Gözyaşı ilə qulaq asdım.Allah rəhmət eləsin

  • @allahinqulu3514
    @allahinqulu3514 2 роки тому +5

    Allah rehmet elesin inwallah

  • @user-iq2vj2vm7h
    @user-iq2vj2vm7h 2 роки тому +16

    Allah Baloğlan Əşrəfovu və Nofəl Suleymanovu rəhmet eləsün.