“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

Поділитися
Вставка
  • Опубліковано 9 тра 2024
  • 30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb.
    Bakının baş planında nəzərdə tutulan layihəyə əsasən, “Koroğlu” metrosundan Həsən Əliyev küçəsinə kimi avtomobil yolu inşa olunacaq. AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyir ki, bazarın söküləcəyi hələ dəqiq bilinmir, ərazidə tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Üfüqdə buldozer görən satıcılar xəbəri eşidər-eşitməz iş yerlərini itirəcəklərinin nigaranlığı içində qalıblar.
    Bazarda geyim satan 72 yaşlı Şövkət Bayramova buranın söküləcəyi təqdirdə icarədarların başqa bir yerlə təmin olunmasını tələb edir.
    Keşlə bazarında balıq satanlardan tutmuş, ayaqqabı təmirçisinə kimi tapmaq olar. 30 illik tarixi olan bazarın özünəməxsus, azdan-çoxdan müştəri bazası da var. Həyatlarının çox hissəsini bazarda keçirən işçilər burada icarə qiymətlərinin də münasib olduğunu deyir.
    Bazarın sökülüb-sökülməyəcəyi, bu qərarın nə zaman rəsmi şəkildə açıqlanacağı bəlli deyil. Ancaq işçilər deyir ki, bu xəbər yayılandan bazarın müştəriləri azalıb.

КОМЕНТАРІ • 31

  • @aqamemmedov9096
    @aqamemmedov9096 18 днів тому +11

    40-min taksinin necə dolanacağı ilə maraqlanmayan hökumət 100-200-ticarətlə məşğul olanı heç düşünməz .

  • @orxanmemmedov-df4dn
    @orxanmemmedov-df4dn 19 днів тому +3

    Həqiqətən pis xəbərdir

  • @nerimanbabayev9683
    @nerimanbabayev9683 18 днів тому +1

    Keşlə bazarı ən ucuz bazalardan biridir.Bazarı sökməkdənsə o bazar əksinə ğenişləndirilsin abadlaşdırılsın,anti sanitariya qaydaralarına uygun şərait yaradılsın.Onsuzda işsizlik tügyan edir.,pensiyalar çox aşagı ,maaşlar çox çox aşagı .Yolu əyin keçsin başqa yerdənBakıda o qədər yöndəmsiz,köhnə ,təhlükəli binalar varki.Sökün onları,verin xalqa ğözəl binalardan evlər.Dövləti yaradırlar ki, dövlət xalqa xidmət etsin..Bizim bütün məsələlərə baxışımız dəyişilməlidir.Hər nə olursa olsun ,yolda,tikintidə,ğöydə yerdə nə olursa olsun xalqın ğüzaranı yaxşı olsun deyə olmalıdır.

  • @user-lq3mb9lu5u
    @user-lq3mb9lu5u 19 днів тому +13

    İlham Eliyov müzeffer, qoyma bidene yer qalsin, her yeri kapat, gör havaya zada şotcik qoya bilsen onuda ele, halaldi, yaşasin ali baş komandan, daxili ve xarici siyaset. URRA!

    • @esmiraaliyeva5351
      @esmiraaliyeva5351 15 днів тому

      İlham Əliyevin yürütdüyü siyasət, apardığı idarəçilik olmasaydı bu millət hal-hazırda hansı vəziyyətdə olardı bilinməzdi. Çünki elə problemləri həll edib milləti düzlüyə çıxardan da Əliyev olub. Nəyisə görməməzlikdən gəlib elə danışmayaq ki sanki bu idarəçilik aparılsa da aparılmasa da vəziyyət xalqı qane etmiş olacaqdı

  • @ulviumman7770
    @ulviumman7770 18 днів тому

    Sökə --- sökə gedirlər.İş yerləri ixtisar olunur.Bu millətin aqibəti necə olacaq?

  • @vusalmaharramlifaberlic4883
    @vusalmaharramlifaberlic4883 19 днів тому +1

    Kocurecekler mence. Amma xeberin musterilere ne aidi varki. Geden yenede ordan alacaqdaa)) bagli deyilki

  • @emilaxundov8717
    @emilaxundov8717 17 днів тому

    Onsuzda bir bazar sökülür, digər bir bazar inşa edilir. Onlarla bu crü sökülmüş və yeni inşa edilmiş bazarlar var, təbii ki, yeni yol salınan zamanı bazar söküləsi olsa ordakı insanların yerləşdirilməsi dövlət səviyəsində həll olunacaqdır.

  • @rehmankerimov7132
    @rehmankerimov7132 18 днів тому

    Sökülməsin......

  • @user-qn6qw5td2k
    @user-qn6qw5td2k 17 днів тому

    Bir aksakal demişdi kim istərsə vicdan almağa getsin keşlə bazarına orda satılır
    yəgin daha vicdan galmayıb satmağa

  • @kamaleabbaszade5945
    @kamaleabbaszade5945 17 днів тому

    Hələ bazarın sökülməsi ilə bağlı heç bir fikir yoxdur. Əgər plana düşərsə, sökülmək qərarı verilərsə təbii ki, insanları işsiz qoyası deyillər, başqa bazarlara yerləşdirəcəklər. Bu baxımdan narahatçılığa da əsas yoxdur. Səbrli olmaq lazımdır.

  • @ordanburdan7333
    @ordanburdan7333 18 днів тому

    EliPaşa rejimiylə Geriyə

  • @tarakanjukoglu411
    @tarakanjukoglu411 18 днів тому

    TROLAR YENE AT OYNADIR

  • @mubarizresulov-wy2sp
    @mubarizresulov-wy2sp 18 днів тому

    БАШКА. БИР. БАЗАР. ВЕРЯРЛЯР.

  • @user-yp4hh1dr4q
    @user-yp4hh1dr4q 18 днів тому

    езжайте в свои районы и там создавайте себе условия для жизни ,торгуйте там.

    • @eduardodarin7406
      @eduardodarin7406 18 днів тому

      Why don't you do this, you soviethead? Come on, go and establish a new civilization for yourself in one of the districts.
      (Btw the comment tab should be closed, for zygotes who don`t understand the cause effect relationship)

    • @tabrizahmad1056
      @tabrizahmad1056 18 днів тому +1

      Кто должен этого делать люди сами? Без поддержки государства? Или ты сам будешь помочь?

  • @jonasm4815
    @jonasm4815 16 днів тому

    Ilhamnan ireli.....niye heckes demedi?

  • @audentesfortunajuvat8804
    @audentesfortunajuvat8804 18 днів тому

    Bu milləti və torpaqı bu yezidi kürd hökuməti dağıda-dağıda gedir.... Heyif bizim xalqımızdan.... Heç səsinizidə çıxarda bilmirsiniz, yalvarmaqdan başqa....

    • @esmiraaliyeva5351
      @esmiraaliyeva5351 15 днів тому

      Milləti dağıdır dediyin hökumət necə dağıdırsa bu millət əksinə günü-gündən qabağa gedir. Mİllət məhv olsa daxildəki vəziyyət də ürəkaçan olmazdı, üstəlik narazılıq, xaos da baş qaldırardı

  • @user-fu7dl5ry7n
    @user-fu7dl5ry7n 18 днів тому

    Mənim fikrimcə burda heç bir nigarançılığa ehtiyac yoxdur. Bununla bağlı lazımı qurumlarımıza müraciət edin. Onlar sizin bu müraciətinzilə bağlı məsələyə baxış keçirib bir həll yolu taparlar.

  • @nuranem-va9142
    @nuranem-va9142 19 днів тому

    Allah hər kəsin ruzisin yetirsin

  • @anarkarimli5441
    @anarkarimli5441 18 днів тому

    SÖKÜLSÜN YENİ YOLLAR AÇİLSİN

    • @MK-zr6br
      @MK-zr6br 18 днів тому +2

      düzdü eşq olsun qazlı maşınlara

  • @vaqifbagrov3408
    @vaqifbagrov3408 18 днів тому

    Şikayəti olan vətəndaş adiyyəti qurumlara yaxınlaşaraq problemine çarə tapa biler. Ümid edirem adiyyəti qurumlar tez bir müddetde vətəndaşımızın şikayətinə baxar və lazımı köməklikləri gösdererler.