Məhsulun bazarda FƏRQLƏNMƏSİ || MÖVQELƏNMƏ

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Məhsulun bazarda mövqelənməsi nədir? Belə bir sual verilə bilər ki, öz biznesimizin bazarda rəqiblərdən fərqləndirəcək mövqeləndirməsini necə edək? Necə edək ki, şirkət bazarda olan rəqib şirkətlərdən fərqlənsin və müştərilərin beynində nə iləsə yadda qalsın?!
    Demələ, şirkətin və ya daha detallı məhsul və xidmətin bazarda möqvelənmə strategiyası bir neçə səpgidə ola bilər. Gəlin elə, Azərbaycanda son zamanlar eyni sektorda fəaliyyət göstərən xaricdən yük gətirən, karqo şirkətlərinə toxunağın.Məsələn ,elə ola bilər ki, həmin şirkətlərdən biri , öz reklamlarında , və ya istənilən müştəri ilə olan əlaqələrdə həmin şirkətin müştəri xidmətlərinin çox yüksək olduğunu və rəqibləri geridə qoyduğunu bildirə bilər. Və həqiqətən də praktikada alıcılar bu şirkətin müştəri xidmətlərindən çox razı qala bilər.Beləliklə,bu gördüyümüz həmin karqo şirkətinin, müştərilərin ağlında və ya qavramında ,rəqiblərdən fərqləndirəcək , daha yüksək müştəri xidmətləri olacaq. Yəni, misal göstərdiyimiz keysdən də görüdyümüz kimi, bu misalda, karqo şirkəti müştəri xidmətləri nöqteyi nəzərdən bazarda mövqeləndi,digər tərəfdən,tutaq ki, qiymət, çatdırılma sürəti və.s kimi amillər rəqiblərdən aşağı-yuxarı eynidir.Burda bir incə məqamı da hesaba qatmaq lazımdır ki, əgər şirkət müştəriləri ilə görüşlərdə və ya reklamlarında vəd etdiyi müştəri xidətlərini dediklərindən aşağı edərsə, artıq bu müştərilərdə əks-effekt verəcək.Yəni ki, deyilənlər müştərilərinin gözləntilərindən aşağıda olduğuna görə,onlar bu şirkətlə bağlı mənfi rəylər bildirəcəklər.
    Bu hal bazarda mövqelənmə ilə bağlı vurğuladığımız birinci strategiyadır.
    İkinci bir hal kimi ,yəni ikinci mövqeləndirmə strategiyası kimi , ola bilsin ki, həmin karqo şirkəti ,müştəri xidmətləri baxımından yox,bazarda ümumi xidmət rahatlığı baxımından mövqelənmək istəyir.Ümumi baxdıqda xidmət rahatlığı yöndən mövqelənmə strategiyası vurğulayır ki, nəyə görə bu şirkətin məhsul və ya xidmətindən yararlanmaq rəqiblərdən daha rahatdır.Məsələn, tutaq ki, A adlı karqo şirkətindən yaralanmaq,digər rəqib karqo şirkətlərdən daha rahatdır.Belə ki, burda rahatlıq özü-özlüyündə geniş bir anlayışdır. Misal üçün , bu, siz sifariş etdiyiniz məhsulu götürərkən maşınınıza parkinq yeri olub olmamasını, yaxud vebsaytın sürətli yoxsa yavaş işləməsi və.s kimi bir çox faktorlar ola bilər.Başqa bir real misal kimi,bəzi karqo şirkətlərinin Bakı şəhərində və bölgələrdə bir çox filialları var, bu da müştəri rahatlığı üçün atılan bir addımdır.Belə ki, həmin ərazilərdə yaşayan insanlar böyük şəhərlərə getmədən, sürətli şəkildə öz bağlamalarını götürə bilirlər.
    Bazar Araşdırması vebinar - • Marketinq - Bazar Araş...
    Bazar Araşdırması 2 - • Bazar araşdırması | 1-...
    Bazar Araşdırması 3 - • Bazar araşdırması | 2-...
    Bazar Araşdırması 4 - • Bazar araşdırması | 3-...
    Hədəf kütlənin seçilməsi - • Yeni başlayan bizneslə...
    Hədəf kütlənin seçilməsi vebinar - • Marketinq - Seqmentasi...
    4P konsepti - • Bazara çıxarılan məhsu...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV
    Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks​​
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent müəllifi: Kamran Tağıyev
    Səsləndirmə müəllifi : Kamran Tağıyev
    Animasiya müəllifi : Ülkər Axundova

КОМЕНТАРІ • 17