İş Həyatında Dəyişim || İmran Bağırov

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • Korporotiv işinizi tərk etməkdən qorxursunuz? Bu yaxınlarda bir qərar verdim. Azərbaycanda yüksək səviyyəli Telecom şirkətlərinin birindən idarə heyətindəki vəzifəmi tərk etdim. Bəli, mən daha yaxşı paraşüt qurub arzularımı daha yaxşı həyata keçirərkən yarı paraşütlə təyyarədən atladım. Niyə yarı paraşüt? Çünki başqa bir təklifi qəbul edərək ayrılmadım, özümlə mərc gəlib gələcəyə qaçdım. Düzdür, bu asan bir qərar deyil və mən bilirəm ki, bir çox professional insan bu qərardan çəkinir və qorxurlar. Bu yazını yazaraq keçid mərhələsində olan və növbəti həyatı haqqındaki dəyişiklikləri ciddi düşünənlərlə öz təcrübəmi bölüşməyi səbirsizliklə gözləyirəm. Bu yeni keçid mərhələsinə hələ 1-2 həftədir keçmişəm, lakin ümid edirəm ki, insanlarla bu keçid haqqında daha uğurlu paylaşımlar edəcəm. Mən əsas 3 nöqtəyə diqqət yetirmək istərdim:
    İşinizi tərk etmək üçün səbəblər.
    Atlayışa necə hazırlaşmalı?
    Yeni reallıqları qəbul etmək.
    1. İşinizi tərk etmək üçün səbəblər. Mən belə şeyləri kateqoriyalara ayırmağı sevirəm, buna görə də burdakı potensial səbəbləri sıralamaq istərdim. Öz müşahidələrimə görə ən çox yayılmış səbəb insanların işlərindən məmnun olmamasıdır. A- Siz işlədiyiniz şirkətdə inkişaf etmirsiniz. Bu, insanlardan eşitdiyim ən çox yayılmış səbəblərdəndir. İnkişaf sözünü, öyrənmək və ya karyera yüksəlişi olaraq da başa düşə bilərik. Bu ortaq ifadə hər şey bildirə bilər. Siz irəli getdiyinizi hiss etmirsiniz. Əgər sizdə bu hiss uzun müddətdir varsa, mənim ən yaxşı məsləhətim birbaşa menecerinizlə danışmaqdır. Bundan sonra nə olacağını anlamaq üçün kömək etmələrini xahiş edin. Əgər siz artıq bu addımları atmısınızsa və heçnə baş vermirsə bu işinizi tərk etməyi düşünmək üçün səbəbdir. B- İşinizdəki maaş ədalətli deyil. Gəlin özümüzə açıq danışaq. Pul kritik məsələdir. İşdə olarkən öz bilik və bacarıqlarınızı pula dəyişirsiniz. Ayın sonunda plastik kartınızı bankomat adlanan metal maşına qoyursunuz və sehr baş verir. Sənə pul verilir. İndi sual budur. Sizə olunan ödəniş ədalətlidirmi? Termin- ədalətli olmaq qismən subyektiv bir şeydir, amma qərarınız üçün edə biləcəyiniz ümumi araşdırmaları burdan araşdıra bilərsiniz. Öz şirkətinizdəki rəqiblərinizin, şirkətdəki işçilərin aldığı maaşları qarşılaşdıra bilərsiniz. Əlbəttə ki, maaş haqqında məlumatlar gizlidir, amma dostlarınızdan maaşla bağlı bir neçə məlumatlar ala bilərsiniz. Mən işçilərdən maaş soruşmağınızı qətiyyən məsləhət görmürəm, olduğunuz vəziyyəti, niyyətinizi açıqlamalı olduğunuzu düşünürəm. Aşağıda tədqiqat nəticələrinin nümunələri var. Mediadan daha çox cavab əldə edə bilərsiniz. Araşdırma apararkən eyni vəzifəni və iş həcmini müqayisə etməyi unutmayın. Əksi təqdirdə nəticələr yaxşı olmaya bilər. Hər bir ölkədə əmək haqqı sorğusu ilə bağlı məlumatlar mövcuddur. İnsan resurslarında müxtəlif təşkilatlardan dostlarınız varsa, işiniz üçün bazar dəyəri haqqında düzgün məlumatlar əldə edə bilərsiniz. Onlardan əmək haqqı sorğusu ilə bağlı olan nəticələri istəməyin, çünki bu çox etik olmayacaq.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Əlaqə: / businestalks...​
    Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: İmran Bağırov
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Jalə Həsənzadə
    Layihə Meneceri : Kamran Tağıyev

КОМЕНТАРІ • 21

  • @bextiyarali
    @bextiyarali 2 роки тому +2

    İstər animasiya, istərsə də mətn, səslənmə məntiqi birləşmələr hərşey istədiyim kimidir. Sevə sevə izləyirəm 🤝👍

  • @easymarketingschool
    @easymarketingschool 2 роки тому

    👍🏻👍🏻👍🏻

  • @subhsgrova6869
    @subhsgrova6869 2 роки тому +1

    Təşəkkürlər, faydalı oldu🤩

  • @mexxdi9399
    @mexxdi9399 2 роки тому +9

    24 yaşım var.ali təhsilliyəm (diplom parçası).ailəliyəm.təzəcə 1 qızım dünyaya gəlib.1 ildi tanınmış mağazaların birində satış mütəxəssisi işləyirəm.rayondan bakıya gəlmişəm pul üçün.çörək üçün.hər şey həmd oldun çox gözəldi.mənəvi olaraq varlı biriyəm.Allahım nə istəmişəmsə hər şeyi verib mənə və verir də.bu işimdə azda olsa əlimə pul yığa bilmişəm.ama gələcək baxımından vaxt itkisidir sadəcə.universited illərində və ya orta məktəb vaxtlarından yol göstərən olmayıb deyə indi kiminsə varlanmağına səbəb oluram.buna da şükür.işdən ayrılmağı və sevdiyim işi (programlaşdırma,kripto valyutalar,internetdən pul qazanmaq) tam mənimsəyib öyrənmək var ən əsası beynimdə.bu gün 24 iyun 2022.təxmini 1 aydan sonra işdən çıxmağımı qətiləşdirəcəm.və 1 il ərzində 60+ da istədiyimi görmək üçün əlimdən gələnin ən yaxşısını edəcəm.və 1 ildən sonra yenə gəlib sahib olduqlarım və uğurlarım barəsində rəy yazacam.Komfort sahəsini tərk edirəm
    Video üçün təşəkkür edirəm

  • @youneesgafar1261
    @youneesgafar1261 2 роки тому

    Təşəkkürlər, əməyiniz böyükdür. 👍

  • @ami4044
    @ami4044 2 роки тому

    Təşəkkürlər

  • @ulviyyaaliyeva-nx6vj
    @ulviyyaaliyeva-nx6vj Рік тому

    60+çek nədir?
    (Çox həvəslə izləyirəm videolarınızı😊) təşəkkürlər

  • @Arizziko
    @Arizziko 2 роки тому +1

    👍👍👍

  • @ilkinramazanov6654
    @ilkinramazanov6654 2 роки тому

    Çox faydalı👍

  • @minbalakisiyeva8996
    @minbalakisiyeva8996 2 роки тому

    Əmək haqqı statistikasını öyrənmə istəyinin niyə etik olmadığını anlaya bilmirəm😄

    • @minbalakisiyeva8996
      @minbalakisiyeva8996 2 роки тому

      Birbaşa insandan soruşulmamalıdır lakin yenə də necəsə bu məlumat əldə olunmadı ki işimizə dəyər verə bilək