Hər Gün 1 Qaşıq Küncüt Toxumu Yeyin - HƏKİMLƏR ŞOKDA

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • #demədidemə #sağlamlıq #küncüt
    Hələ qədim zamanlardan küncüt kulinariyada və kosmetologiyada geniş istifadə edilib. Ondan hazırlanan piroqlar və şərablar elit təbəqənin süfrəsini bəzəyib. Küncütün vətəni cənub ölkələri sayılır. Çünki o, istilik sevən bitkidir. Ehtimallara görə, mədəni bitki kimi, ilk dəfə Şimali Afrikada əkilib. Yavaş-yavaş Asiyaya yayılıb, beləcə, gəlib Qafqaza da çatıb.
    Geniş əkin sahələrini küncüt üçün ayıran ilk insanlar hindlilər və pakistanlılardır. Bitkinin hündürlüyü 80-110 sm arasında dəyişir. Müxtəlif növləri var. Birillik və çoxilllik bitki kimi əkilir. Çiçəyinin ömrü 1 gündür. Kulinariyada ən geniş yayılmış növü “ağ küncüt”dür. Minerallarla və vitaminlərlə zəngin “qara küncüt” isə tibbdə daha çox istifadə edilir. Onun köməyilə bir çox xəstəlikləri sağaltmaq mümkündür. “Qəhvəyi küncüt” şirniyyatların hazırlanmasında ən uyğun seçimdir.
    Gündə nə qədər küncüt yemək olar?
    Yaxşı olar ki, həddən artıq yeməyəsiniz. Sutkalıq norma 3 xörək qaşığı qədər olmalıdır. Emala məruz qalmış küncüt orqanizm tərəfindən daha asan mənimsənilir. Çiy halda bəzən ürəkbulanma da verir. Yaxşı olar ki, küncütü səhər acqarına qəbul edəsiniz.
    Küncütün faydaları.
    • Saçlara faydası: Tərkibindəki faydalı yağlar sayəsində saçların böyüməyini stimullaşdırır. Mütəmadi olaraq, küncüt qəbul edənlərin saçları tökülmür.
    • Zülal mənbəyi: Bitki mənşəli zülallar əvəzolunmaz amin turşularına malikdir. 100 qr küncütdə 19 qr zülal var. Bu da küncütü əzələlər üçün, dolayısı ilə, bütün orqanizm üçün faydalı edir.
    • Xərçəngin profilaktikasında: Küncütdə yüksək miqdarda maqnium var ki, o, şiş əleyhinə çıxış edir.
    • Qanda şəkərin səviyyəsini aşağı salır: Küncüt qanda qlükozanın səviyyəsinə əla nəzarət edir. Qəfil insulin çatışmazlığının meydana çıxmasının qarşısını alır, halsızlığı aradan qaldırır.
    • Ürək xəstəliklərinin profilaktikasında: Küncüt toxumlarının tərkibində faydalı yağlar var. Bu yağlar pis xolesterinin səviyyəsini aşağı salır, ateroskleroz riskini azaldır.
    • Anemiya zamanı: Küncüt dəmirlə zəngindir. Bu da onun anemiyanın profilaktikasında istifadəsini mütləq edir.
    • Revmatoid artritin müalicəsində köməyi: Bitkinin tərkibində mis və antioksidantlar var. Sözügedən patalogiya zamanı iltihablanmanın azalmasına kömək edir, xəstəhallığı azaldır.
    • Respirator xəstəliklər zamanı: Küncüt toxumları viruslarla, qriplə və soyuqdəymə ilə mübarizə aparmaqda orqanizmin ən yaxın köməkçilərindəndir. Xəstəliyin asan keçirilməsini təmin edir.
    • DNT-ni qoruyur: Tərkibindəki semazol adlı antioksidant ilə hüceyrələrin keşiyində dayanan küncüt onları vaxtsız ölümdən və toksinlərin yetirdiyi xəsarətlərdən qoruyur.
    • Həzm sistemini dəstəkləyir: Küncüt toxumu qida lifi ilə zəngindir. Liflərin bağırsağın işini normallaşdırdığı artıq heç birimizə sirr deyil. Həmçinin, bağırsaq əzələlərini daim elastik olmağa məcbur edən liflər qəbizliyin əmələ gəlməsinə mane olur, köpü yox edir.
    • Sümüklərin sağlamlığına zəmanət verir: Zəngin kimyəvi tərkibi ilə küncüt toxumu sümük toxumalarının böyüməsini və gərilməsini təmin edir. Malik olduğu sink isə sümüklərin özünübərpasında əsl köməkçidir.
    • Ağız boşluğunun sağlamlığının keşiyindədir: Küncüt toxumundakı yağ dişlərin emalını parlaqlaşdırır. Bu isə, öz növbəsində, dişlərin kariesdən qorunmasına və diş ərpinin yığılmamasına xidmət edir.
    Küncüt toxumunun müxtəlif xəstəliklər zamanı istifadəsi.
    Bayaq da qeyd etmişdim ki, bir çox xəstəliklərin müalicəsində küncüt toxumu istifadə edilir. Əksər hallarda, məhsul iltihab əleyhinə vasitə kimi çıxış edir və immuniteti yüksəldir.
     Şəkərli diabet zamanı. Demişdim ki, küncüt qanda şəkərin səviyyəsini nizamlayır. Buna görə də, şəkərli diabetdən əziyyət çəkənlər bu məhsulu rasionlarına daxil etməlidirlər. Onun qlikemik indeksi 35-dir. Sutka ərzində salatlara, yaxud toyuq əti ilə bişirilən yeməklərə 2 çay qaşığı həcmində küncüt toxumu qatmaq olar.
     Pankreatit zamanı. Bu halda 30 qramdan çox küncüt yemək olmaz. O, yetərincə kalorilidir və çətin həzm olunur. Xəstəliyin kəskin halında küncütün qəbulu dayandırılsa, yaxşı olar.
     Qastrit zamanı. Mədə iltihablanması zamanı küncüt toxumundan imtina etmək məsləhətdir. Çünki o, çətin həzm olunduğuna görə, mədədə ağrılara və ürəkbulanmaya səbəb olur.
     Bağırsaqlar üçün. Bağırsaqlara faydalı olan küncüt onun işini normallaşdırmaqla yanaşı, lazımi fermentlərin ifrazını dəstəkləyir. Məhz bu fermentlər qidaların mənimsənilməsini asanlaşdırır, onların lazımi orqanlara çatmasını təmin edir.
     Qəbizlik zamanı. Bu xoşagəlməz problemi də küncütün köməkliyi ilə həll etmək mümkündür. Tərkibindəki qida lifi bağırsaqların elastikliyinə xidmət edir, bağırsaq divarlarında hər hansı problemin əmələ gəlməsinin qarşısını alır. Küncüt toxumları bağırsaqları toksinlərdən təmizləyir.

КОМЕНТАРІ • 40

  • @melaheteliyeva9125
    @melaheteliyeva9125 Рік тому +6

    Çox.sağolun.bizi.biliklendirdiyiniz.üçün.supersiz.eziyetinizi.halal.edin

  • @sehlaquluyeva591
    @sehlaquluyeva591 2 місяці тому

    Maraqlı və faydalı məlumatlar üçün çox təşəkkür edirəm 🙏🏻🥰😊

  • @NergizYusifli
    @NergizYusifli 9 місяців тому +1

    Təşəkkür edirik

  • @aminyaheyderova
    @aminyaheyderova Рік тому +2

    Çox sağolun

  • @azadzulfuqarov1001
    @azadzulfuqarov1001 Рік тому +3

    Cox sag ol deyrli balamiz meslehetlerinize qulaq asiriq var olun Allah sizi qirusun

  • @aygunsalmanova7666
    @aygunsalmanova7666 Рік тому +1

    Teshekkurler melumata gore.

  • @esmerehmedova1044
    @esmerehmedova1044 Рік тому +1

    Çoxsagolun faydalı olduz

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Рік тому +5

    Hansı qaşiq çay ili böyük qaşıq?yazmaq lazımdır

  • @ghfggfggvv1312
    @ghfggfggvv1312 7 місяців тому +1

    Abonə olduq

  • @ayhankbrov3909
    @ayhankbrov3909 Рік тому +4

    Əıa sag olun

  • @user-vw4oo9tw5t
    @user-vw4oo9tw5t Рік тому +2

    МЕН.ХЕРКУН.ИЗЕЙИРЕМ.СИЗИ.👍👍👍

  • @user-cq7nz3bs6b
    @user-cq7nz3bs6b Рік тому +1

    Çox doğru bağışa kömək edir və sairə.hər gün yarım çay qaşığı tünd şokolad ilə qəbul edirəm

  • @elnarealiyeva3099
    @elnarealiyeva3099 Рік тому +2

    👍

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Рік тому +1

    Min bir dərdə dəva küncüt şirniyyatlarn bəzəyi.

  • @durustsoz8637
    @durustsoz8637 Рік тому +1

    Size uģurlar valla evde būtūn telfonlari abune etmişem👍🏻👍🏻

  • @nijatmasimov4957
    @nijatmasimov4957 2 місяці тому +1

    Küncüt qovurub yeməliyik?

    • @G54627
      @G54627 2 місяці тому

      Ən yaxşısı yağıdır.Küncüt yağı apteklərdə satılır

  • @qaratelsirinova9334
    @qaratelsirinova9334 2 місяці тому

  • @rzayeffaydin2331
    @rzayeffaydin2331 Рік тому +1

    😊

  • @elvinmemmedov-ze1wp
    @elvinmemmedov-ze1wp Місяць тому

    Medesi qastrit olana zereri var ?

  • @m.m2607
    @m.m2607 Рік тому +1

    Salam Bahadur bey bu melumati verirsiz saq olun ama melumat bilmirem haradan alirsiz küncüt esasen sümük problemı osteoporoz xəstələrinə 40 yaşdan yuxarı təbəqədə olanlara xeyırdır nədən terkıbı əsasən calcıya 1000 mq olduquna görə . Qardaş mız zad qoymuram sadece özünuz kimyəvi tərkibinə baxın goressız . Incıme ha 🤝👋

    • @samirshekerov9625
      @samirshekerov9625 Рік тому

      Mənədə təəccüblü gələn budur ki, başqa-başqa vidiolarda hər biri küncüdü fərqli orqanlara faydalı olduğunu qeyd edir. Adam çaş-baş qalır. Bilmirsən hansına inanasan.

  • @ghfggfggvv1312
    @ghfggfggvv1312 7 місяців тому

    Uşaülarda yeyə bilər? 6 8 yaşları var

  • @rnakamilhmidlilr3337
    @rnakamilhmidlilr3337 Рік тому

    Normal şekilde "profilaktika"sozunu deyen tapilmadi ??

  • @Mma20q
    @Mma20q Рік тому +3

    Мен де сизден бир хаиш едечем.Текстлери озунуз охуюн.Бу ханыма гулаг аса билмирем.Несе синириме тохунур.Сизи мемуниййетле динлейирдим.

    • @iradliyeva3681
      @iradliyeva3681 11 місяців тому

      Mənim də xoşum gəlmir bu səsdən

  • @user-nv2mn8bt3m
    @user-nv2mn8bt3m Рік тому

    Mən herden marketden künjütli buluçka aliram buluçkani yox onun künjütlerini yiyrem
    He düz herden başima girir qovurub semeçka kimi yiyirem

  • @zohrab8735
    @zohrab8735 Рік тому +3

    🇦🇿👍

  • @user-kc8ie1fy3q
    @user-kc8ie1fy3q 11 місяців тому

    Əvvəldə elə tərifləndi ki,axırda da deyilənlərin tam əksi söylənildi.bu antireklama bənzədi.

  • @yaqutliyeva129
    @yaqutliyeva129 10 місяців тому

    ❤❤❤

  • @AzizAziz-eh4bp
    @AzizAziz-eh4bp 9 місяців тому +2

    Küncüdü her hün yemek olmaz.Çünki qani laxtalandirir.Heftede 2-3 defeden artiq qebul etmek olmaz.

    • @futbroken343
      @futbroken343 7 місяців тому +1

      Limonnan qebul edilsə bəs?

  • @timelessjustice6192
    @timelessjustice6192 Рік тому +1

    Uzadirsize

  • @emilmmmdov5655
    @emilmmmdov5655 8 місяців тому

    Küncüt susamdı?

  • @sabirhaciyev3240
    @sabirhaciyev3240 Рік тому

    cox maraqli deyil.

  • @MirvariNecefova
    @MirvariNecefova 3 місяці тому

    👍