Marneulidən olan 19 yaşlı qızın ürəkləri dağlayan ölümü (KANALA ABONƏ OL!)
Вставка
- Опубліковано 27 січ 2025
- Marneulidən olan 19 yaşlı gənc hamilə qadın dəhşətli ölüm keçirib.
Aktual.ge xəbər verir ki, mərhumənin ailəsi onun ölümündə həkimləri günahlandırır.
Ailənin sözlərinə görə, 19 yaşlı Bəylər kənd sakini Təranə Qəhrəmanova Marneulidəki “Geo Hospitals” klinikasının Doğum Evi və Ambulatoriya Tibb Mərkəzinə doğuş üçün müraciət edib.
Ailə deyir ki, doğuş zamanı həkimlərin səhlənkarlığı səbəbindən qanaxma baş verib və qadının halı pisləşib, bu səbəblə iki ay Tbilisidə klinikada reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatında iki ay ərzində ölümlə-yaşam arasında mücadilə aparan gənc qadın 4 iyul dünyasını dəyişib.
Qeyd edək ki, gənc qadın bir ilə yaxındır ailəli olub və bu, onun ilk hamiləliyi olub.
"Geo Hospitals" Klinikasının Marneulidəki Doğum və Ambulatoriya şöbəsinin rəhbəri İa Sepiaşvili Aktual.ge xəbər portalına açıqlamasında deyib:
"Bununla bağlı bildirmək istərdik ki, klinikamızda doğum edən bu qıza müvafiq tibbi yardım göstərilib və müvafiq briqada tərəfindən xüsusi mərkəzə köçürülüb. Onun multidissiplinar klinikada müalicəyə ehtiyacı var idi, bu qız sonra orada müalicə olundu və təəssüf ki, faciəvi faktdan dünyasını dəyişdi. O qız bizim klinikada dünyasını dəyişməyib, bunu təsdiqləyirəm".
Məlumat üçün bildirək ki, Gürcüstanda ana ölümü son illərlə müqayisədə artıb. Ana ölümlərinə əsas səbəb olaraq qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir.
Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir.