Gecələr - Şəhid Samir Mehdiyeva həsr olunur

Поділитися
Вставка
  • Опубліковано 8 лют 2025
  • Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
    Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
    Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]

КОМЕНТАРІ • 7

  • @LoneyMediya
    @LoneyMediya 2 роки тому +8

    Allah Sehidlermizin ruhunu Sad etsin.
    Ailelerne sebr Dileyrem.

  • @gokceecemelek6228
    @gokceecemelek6228 2 роки тому +3

    Şehitler ölmez Allah anasına sabır versin😢🇹🇷🇦🇿

  • @Rahim_Studio
    @Rahim_Studio 2 роки тому +6

    Şəhid Samirin ruhu şad olsun!

  • @papatya2760
    @papatya2760 2 роки тому +3

    Can şəhidim 😢😢😢

  • @rosariumbaku5652
    @rosariumbaku5652 2 роки тому +4

    Allah anasina sebr versin.Samir kimi ogullarimizi Allah qorusun.Sehidlerimizi hec kim unutmasin

  • @ghydrova9032
    @ghydrova9032 2 роки тому +6

    Ana Allah səbr versin,...söz tapmıram😢

  • @Rahim_Studio
    @Rahim_Studio 2 роки тому +6

    Allah sizə cansağlığı versin Kərbəlayi Həmid!