Göbələkdən 15 Saniyəyə XİLAS OLUN - Hər Kəsin Evində Var
Вставка
- Опубліковано 5 жов 2024
- #DemədiDemə #Göbələk #Yağ
Barmaqlardakı göbələklərdən xilas olmaq.
Onixomikoz dırnağın göbələk xəstəliyinə tutulmasıdır. İnfeksiya yoluxmuş insanla birbaşa təmas vasitəsilə yayılır. Yaxud onun toxunduğu səthlərdən-məişət əşyalarından, gigiyenik əşyalarından, paltar və ya ayaqqabısından istifadə edəndə yoluxma halı baş verir. Əksər hallarda xəstəliyin yayılma arealı ailə mühitini ehtiva edir. Yoluxmanın qarşısını almaq üçün hamam və tualet kimi ortaq istifadə edilən məkanlarda sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl etmək lazımdır.
Xəstəliyin digər-daha geniş yayılma arealı isə ümumi istifadəli üzgüçülük hovuzları, idman zallarının duş kabinələri, hamam-tualetləridir. Hətta yaxşı yuyulmayan restoran qabları və ya ümumi yeməkxanaların aylarla dəyişdirilməyən masa örtüləri, təmizlənməyən stul söykənəcəkləri də dırnaqlarda və barmaqlardakı göbələklərin yayılmasına təkan verə bilər.
Bununla belə, qeyd eləmək vacibdir ki, göbələk hər adamda xəstəlik səviyyəsinə qədər irəliləmir. Bunun da ən ümdə səbəbi güclü immunitetdir.
Bəs, yoluxma necə baş verir? Xəstə insanların dərisindən, dırnağından qopan hissəciklər göbələklərin özünü və sporlarını saxlayır. Məhz belə gizlənən sporlar sonradan digər insanların dərilərinə hopur, xəstəliyi yaradır.
Onixomikozun inkişafı üçün lazımi şərait yarandıqda xəstəliyin həcmi genişləyir və irəliləmə sürəti artır. Məsələn;
• qan dövranının pozulması;
• dırnaq özəklərinin mineral çatışmazlığı;
• şəkərli diabet zamanı;
• narahat, ölçüsü uyğun olmayan ayaqqabıların geyinilməsi;
• məişətdə, yaxud idman hərəkətləri zamanı dırnaqların qırılması və ilkin təmizləmə, tibbi müdaxilə olunmaması;
Gördüyünüz kimi, dırnaqda yaranan, barmaqlara yayılan göbələk xəstəliyi də orqanizmdəki hər hansı problemdən yararlanaraq “yaşayır”.
Onixomikozun simptomları bunlardır:
-daimi qaşınma, xüsusilə də, barmaqlar arasında;
-xoşagəlməz iy;
-dırnağın rənginin dəyişməsi;
-dırnağın deformasiyası;
-dırnaqda xırda çatların yaranması və ya dırnaqların qırılması;
-dırnaq ətrafında suluqların əmələ gəlməsi;
Onixomikozdan, ümumiyyətlə, dırnaq-barmaq göbələyindən xilas olmaq metodları da fərqlidir. İndi isə bunlara baxaq:
1. Gənəgərçək yağı. Bildiyimiz kimi, gənəgərçək yağı tibbdə universal vasitə sayılır. Göbələk infeksiyaları ilə mübarizə aparan gənəgərçək yağının tərkibində linoleik və risin turşuları var. Bunlar ikisi də soyuqdəymə və mikrob əleyhinə vasitədirlər. Dırnaq-barmaq göbələklərindən xilas olmaq üçün gənəgərçək yağının istifadəsi də müxtəlifdir.
Resept I: 1 xörək qaşığı gənəgərçək yağını 1 xörək qaşığı soda ilə qarışdırın. Qarışımı zədələnmiş nahiyələrə çəkin. 20 dəqiqədən sonra ilıq suyla həmin nahiyəni yuyun və həmən qurulayın.
Resept II: Gənəçərgək yağı limonla birgə istifadə edildikdə dərini qidalandırır və gücləndirir. Həmçinin, göbələk xəstəliklərinə qarşı mübarizə aparması üçün dəriyə kömək edir. 10 ml gənəgərçək yağına 1 damla ilanq-ilanq yağı, iki damla qızılgül yağı və 1 kapsul vitamin E əlavə edin. Hamısını qarışdırın. Sonra qarışımın üzərinə bir neçə damla limon suyu sıxın. Hər bir zədəli dırnağa yavaş-yavaş çəkin. 20 dəqiqə sonra yuyun və həmən qurulayın.
Resept III: Gənəgərçək yağı ilə kompres eləmək epidermisin bərpasına kömək edir. Pambıq dəsmal və içi pambıq, üzü polietilen olan əlcək götürün. Gənəgərçək yağını azca isidin, zədələnmiş nahiyələrə çəkin. Əlcəyi geyinin, üstündən pambıq dəsmalla sarıyın. 20 dəqiqə bu şəkildə saxlayın. Sonra açın və ilıq su ilə yuyub qurulayın.
Resept IV: Gənəgərçək yağıyla vanna eləmək dırnaqların bərpasına və uzanmasına kömək edir. 5-10 ml gənəgərçək yağını şüşə qabda isti suyun içinə salın. Orda bədən temperaturunda olanadək isidin. Sonra isə barmaqlarınızı yağın içinə salın. 20 dəqiqə saxlayın. Proseduru həftədə 3-4 dəfə eləyin. Müalicə kursu ay yarım davam etməlidir.
Dəridə şiddətli qurumalar və çatlamalar olanda gənəgərçək yağına zeytun yağı da qatmaq olar. Bir şərtlə ki, yağlar eyni miqdarda olsun. Qarışıma bir neçə damla çay ağacı yağı da əlavə edə bilərsiniz. Alınan məhlul toxumaların bərpasını və inkişafını sürətləndirəcək. Barmağınızın uclarını bu məhlulda 15-20 dəqiqə saxlayın. Sonra ilıq suyla yuyun. Proseduru 3-4 gündən bir eləmək lazımdır. Bir həftədən sonra müsbət yöndə irəliləməni özünüz görəcəksiniz.
2. Sarıkök. Ətri və dadı ilə mətbəximizdə önəmli yerə sahib olan ədviyyatın faydaları haqqında çox danışmışıq. Bu gün isə sarıkökün dırnaq-barmaq göbələyi zamanı da əlçatan vasitə olduğundan xəbər tutacaqsınız.
Bəyəndim. Sizin bütün videolarınız çox əladır. Sağlamlıq üçün ən lazımlı məlumatlara görə təşəkkür edirəm.
Çox bəyəndim. Dah
A çox öyrənçək istərdim. Çox sağolun.❤
Təşəkkürlər paylaşım üçün
FAYDALI VIDEODIR ÇOX SAĞOLUN
Xalqı maarifləndirdiyiniz üçün təşəkkür edirik
Faydalaniram.Təsəkkurlər
Bəyəndim cox faydali məlumatlar verirsiniz
Bəyəndim belə marifləndirici vidolardan çox bəhs edin
Sizin butun paylawimlarinizi izleyirem bu paylawimida beyendim
Beyendim tesekur ederem
Bəyəndim.👍👍👍
Biz sizə təşəkkür edirik. Çox sağ olun
Salam size uğurlar abi
👍👍👍
ALLAH SİZDƏN RAZİ OLSUN AMİN
Beyendim! Sag olun ki bele materiallari bize catdirirsiniz.
Beyendim
Bəyəndim
beyendim tesekkurler melumatiniz ucun
Əla çox sağolun paylaşım üçün
Beyendim cox gozel vidyodu
Çpx sağ olun, təşəkkürlər
Çox sağ olun ,axı 15 san keçə bilmıəz,buna zaman lazımdır
Əla
Təşəkkürlər
Ən yaxşı alma sirkəsidi
Bes nece istifade edilmelidi?
Kandidanın əlamətidir daxilə maliçə etməli cöl maliçə müvəqətidir
Salam Gənəgərçək yağını haradan əldə etmək olar? Məlumata görə təşəkkür edirəm
Aptekden ucuzdu
Bəyəndim .Məndə də var Heç cür qurtula bilmirəm.
Bəyəndim❤❤❤❤❤
Əlbətdəki bəyəndim🎉🎉🎉
Qardaş bunların hamsın eləmişəm. Xeyri yoxdur
Bəyəndim 12:10
🎉beggendim
Bəjənildi bəs mənimdə drnaqlarm belədi
BƏYƏNDİM
Çox sağolun
Beyyenilir
ÇOC BƏYƏNİRƏM VERİLİŞİ.❤
Beyendim
👍👍👍👍
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Bəyəndim
Beyendim
Beyendim
Бейендим