91 yaşlı Azərbaycanlı Nənənin CAVANLIQ SİRRİ - Hər Gün 1 QAŞIQ Yeyir

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • #azerbaycan #kənd #kəndhəyatı
    Azərbaycanda uzun ömürlülüyün sirri dağ havası və təmiz qidalanmadır.
    Hər kəs bu düsturu bilir, ancaq əməl edərək uzun ömür yaşamağın sirrini əldə edə bilmir. Demək məsələ bu düsturda göstərilənlərə əməl etməkdən keçir. Azərbaycanda da uzun ömürlüyü ilə məşhurlaşan bölgələrimiz var. Dağ havası və təmiz qidalar - bəli bu 2 şərtə uyğun şərait hansı bölgələrimizdə var?
    Bu gün sizə Azərbaycanın qeyri-adi, sirli təbiəti ilə seçilən,sıx meşələr ətrafında yerləşən, sakit, huzurlu bir kəndi ilə tanış edəcəm.
    Gözəl havası, təbiəti, təmiz qidaları ilə seçilən bölgələrimizdən biri də Astaradır.
    Yolumuz isə Astaranın adı kimi, təbiəti, mənzərəsi, qeyri-adi bulağı ilə seçilən, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən Miki kəndinədir.
    Astara rayonunun Miki kəndi nəinki respublikada, hətta bəzi xarici ölkələrdə də məşhurdur. Bu məşhurluğu Mikiyə kənddə tədarük edilən "bal" gətirib. "Miki balı", demək olar ki, hər yerdə tanınır. Eyni zamanda Miki adlı çox məşhur, qədim bulaq da kənddə yerləşir. Bulağın suyu təmizliyi, müalicəvi əhəmiyyəti ilə seçilir.
    Hər tərəfi dağlarla əhatə olunub, sıx meşəliklər içərisində, cənnətin sanki yerə enmiş bir güşəsidir. Sakitlik, huzur, təmiz hava üçün əvəzolunmaz yerdi.
    Kənddən Miki çayı axır. Kənd sakinlərinin əksəriyyəti arıçılıqla məşğuldur.
    Miki kəndinin ərazisi əvvəllər yaylaq olub. Kənd sakinlərinin sözlərinə görə, dədə-babaları yaylağa köçüblər. Əvvəlcə çadırlarda məskunlaşıblar, sonra isə gildən evlər tikib yaşamağa başlayıblar. Kənd, təxminən, XX əsrin əvvəllərində illərində heyvandarların otlağı olub. Burada 5-6 ev, 2-3 tayfa, onların da 3-4 təsərrüfatı olub. Getdikcə nəsillər artıb və Miki əmələ gəlib.
    Miki kəndinin adına gəlincə isə öyrəndik ki, bununla bağlı iki versiya var. Birinci versiyaya görə, təxminən XII əsrdə Monkin adlı tatar sərkərdə bu ərazilərdə gedən döyüşlərdə həlak olub və kəndin meşə ərazilərində qəbiristanlıqda dəfn edilib. Ehtimal olunur ki, kəndin adı da Monkinin öldüyü yer kimi Miki qalıb.
    Digər variant isə belədir: İranlı alimin "Kadusilər"in tarixi haqqında yazdığı kitabda talışların tarixi barədə məlumat verilib. Orada Miki kənd haqqında da qeyd edilib. Lakin həmin kitabda "Miyanküy" adı ilə yazılıb. "Miyan" talışca "orta", "küy" isə "dağlar" deməkdir. Yəni dağlar ortasında kənd. Sonradan isə tələffüzə uyğun olaraq dəyişdirilərək "Miki"yə çevrilib".
    Kənddə hazırda min nəfərə yaxın əhali yaşayır.
    Mikililərin əsas məşğuliyyəti arıçılıq, maldarlıq və sitrusçuluqdur. Miki balı o qədər məşhurdur ki, Rusiya çarı I Pyotr belə, bu baldan istəyib. Kənddə həyətində 200-300 arı yeşiyi olan kəndlilər var. Həvəskar arıçının belə, azı 20-30 arı yeşiyi var. Ümumilikdə Astarada 37 minə yaxın arı ailəsi var ki, bunun, təxminən, 13 mini Mikidədir.
    Bəli, uzun, sağlam ömür yaşamaq üçün 2 vacib düsturu qeyd etdik - təmiz hava və qidalanma. Gördüyünüz kimi, Astarada, xüsusilə Miki kəndində bu imkan çox yüksəkdir. Burdakı təmiz bal sağlamlıq üçün bir nömrəli vasitədir.
    Kənd sakini arıçı Vidadi Hüseynov deyir ki, arıçılıq ona ata-babadan miras qalıb:
    Dünyada nadir bitən ağaclardan hesab olunan Dəmirağacı və Şimşar ağacları da bu kənddə var. Bu da kəndin təbiətini daha da zənginləşdirir. Ora getmək istəyənlər üçün cəlbedici edir.
    Kənddə diqqət çəkən şeylərdən biri də köhnə qəbiristanlıqlardır. Bu da ərazinin necə qədim, tarixi olduğunu göstərir.
    Astaranın Qarabağ müharibəsindəki ilk şəhidi Teymur Rüstəmov Miki kəndindəndir. Onun adına kənddə məktəb fəaliyyət göstərir.
    Mikidə cır xurma, ağcaqayın, cökə ağacları da var ki, arıçılıq üçün xeyli faydalıdır. Arıçılar may balını süzəndən sonra arıları meşəyə aparırlar. Təqribən, avqustun 20-nə kimi orada saxlayırlar. Miki balını həm dadına, həm keyfiyyətinə, həm də qoxusuna görə fərqləndirən cəhətlərdən biri də elə budur.
    Mikidə cır xurma, ağcaqayın, cökə ağacları da var ki, arıçılıq üçün xeyli faydalıdır. Arıçılar may balını süzəndən sonra arıları meşəyə aparırlar. Təqribən, avqustun 20-nə kimi orada saxlayırlar. Miki balını həm dadına, həm keyfiyyətinə, həm də qoxusuna görə fərqləndirən cəhətlərdən biri də elə budur.
    Sitrusçuluq son illərdə inkişaf etdirilib. Həm gəlirli sahə, həm də sitrus ağaclarının arıçılığa çox xeyri olduğuna görə. Belə ki, arılar sitrus meyvələrinin çiçəklərindən nektar çəkir.
    Heyvandarlıq əvvəllər çox inkişaf etsə də, hazırda çox zəifləyib.
    Kəndə qaz çəkilməyib. Evlərdə odun sobasından istifadə edən kənd əhalisi, əsasən, meşədən yıxılmış və çürümüş ağacları toplayaraq qışa tədarük görürlər.

КОМЕНТАРІ • 40

  • @abayevmurad3898
    @abayevmurad3898 9 місяців тому +12

    Adami olduren kreditler kasibciliqdır basqa hecne🤦

  • @АйнурИбрагимова-ж8м
    @АйнурИбрагимова-ж8м 9 місяців тому +5

    Bal od bahasinadi , millet corek almaga pul tapmir 😢

  • @yeringulagi
    @yeringulagi  9 місяців тому +4

    Azərbaycanda uzun ömür yaşamaq üçün nələr etmək olar?

  • @sevdanova1483
    @sevdanova1483 9 місяців тому +3

    Memurlar bu yerleri görse bilse həmən Insanları ordan köcureder zebt eder yüz faiz

    • @yeringulagi
      @yeringulagi  9 місяців тому +1

      Salam, belə yerləri saxlamaq, qorumaq lazımdır

  • @ШовкатАгаева
    @ШовкатАгаева 9 місяців тому +2

    Dağlara çəkilmək lazımdır,təmiz hava,qida,səs küydən uzaq bir yerə...

    • @yeringulagi
      @yeringulagi  9 місяців тому +1

      Salam, doğru. Sakitlik

  • @samsungtelefon9812
    @samsungtelefon9812 9 місяців тому +3

    Stresdən uzaq olmaq mümkün deyil.

  • @ilqarheseneliyev5671
    @ilqarheseneliyev5671 9 місяців тому +2

    Vidadinin balından qurtarmamış, indidə miki balı çıxdı. Gözünüz aydın.

    • @yeringulagi
      @yeringulagi  9 місяців тому

      Salamlar olsun. Maraqlıdır, bal sevmirsiz?

    • @ilqarheseneliyev5671
      @ilqarheseneliyev5671 9 місяців тому +2

      @@yeringulagi qardaş sevirəm. Sadəcə mediya türk tv. de vidadinin balı deyib xeylam tərif edəndən sonra verlişə başlayırlar. İndi də miki balı xeylam vaxd aparaca😀ASSALAMUALEYKÜM.

  • @littleangel8554
    @littleangel8554 9 місяців тому +3

    Can Astara.❤

  • @Кадуци
    @Кадуци 8 місяців тому +1

    Дюзду гедим Калуси йурду яшасын Азербайджан

  • @IfjdbFjgc
    @IfjdbFjgc 8 місяців тому +2

    Corey wirniyat qrnd yaq yememek

    • @yeringulagi
      @yeringulagi  8 місяців тому +1

      Salam, çörəyə çox bağlıyıq

    • @IfjdbFjgc
      @IfjdbFjgc 8 місяців тому +1

      @@yeringulagi Terkibinde qulitamen var yani arqanizim oyrewir teleb edir corek wokaladlar sirin butun butun niv ne varsa burde maqazin yaqlari bu 3 wey insani oldurur

  • @СевинджАгвердиева
    @СевинджАгвердиева 9 місяців тому +2

    Astara balinin reklami

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 8 місяців тому +2

    👍👍👍

  • @fsanseyidova7882
    @fsanseyidova7882 9 місяців тому +2

    Mamam gilin qonşusu 103 yaşında qadın elə işlər görür ki 😂

    • @yeringulagi
      @yeringulagi  9 місяців тому +1

      Salam. Ciddi deyirsiz? 103 yaşı var?

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 9 місяців тому +3

    Dağ havası. Kənd həyatı, sakitlik

  • @AyNurMusic
    @AyNurMusic 9 місяців тому +2

    Kim 100 il yaşamırsa, günah onun özündədir.

    • @yeringulagi
      @yeringulagi  9 місяців тому +1

      Salam. Məşhur söz. Kimin sözüdü?

  • @nerminmuradova6678
    @nerminmuradova6678 9 місяців тому +2

    Mikini gedib görmək lazımdı

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251 9 місяців тому +2

    Cox maraqlidi!