QOBUSTAN REGİONAL TƏLİM MƏRKƏZİNİN MƏZUNLARI İMTAHAN VERİB

Поділитися
Вставка
  • Опубліковано 25 лип 2018
  • SOCAR-ın Təlim Tədris və Serifikatlaşdırma idarəsinin Qobustan regional TƏLİM-TƏDRİS mərkəzində bu il 100-ə yaxın gənc 8 ixtisas üzrə peşə təhsil alıb. Təhsil müddətində bir neçə aralıq imtahanlar keçirilib və buna uyğun olaraq tələbələrə təqaüdlər verilib. Təhsilini uğurla başa vuran 78 gənc yekun imtahan verərək 3-cü və 4-cü dərəcəli sertifikatlar əldə edib.
    Tədris müddətində tələbələrə nəzəri və praktiki biliklər öyrədilir. İmtahanda məzunların praktiki bacarıqları da yoxlanılır.
    Qeyd edək ki, SOCAR -ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində avtomobil təmiri çilingəri, elektrik qaynaqçısı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, neft və qaz hasilatı üzrə operator və digər ixtisaslar üzrə kadrlar hazırlayır. Mərkəzə qəbul imtahanlarında yaşı 29-dan yuxarı olmayan şəxslər iştirak edə bilər. Təlimləri bitirən məzunların 80-90%-i SOCAR-da işlə təmin olunurlar.

КОМЕНТАРІ •