Bu Qidanı Yeyən kimi Qanda ŞƏKƏRİN MİQDARI AZALIR!

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • #BirBax #Azerbaycan #şəkər
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Son 40 ildə şəkər xəstəliyinə tutulan insanların sayı 4 dəfə artıb. Bunun səbəbi yediyimiz qidalar və həyat təzimizdir. Bu gün marketlərdə vitrinləri bəzəyən dadlı qidalar sizi aldatmasın. Bu videoda şəkər xəstəliyini yaradan və şəkərin səviyyəsini düşürən qidalar haqqında məlumat verəcəm. Diqqətiniz məndə olsun. Videomuz başlayır.
    --------------------------------------------------
    Əvvəlcə, şəkər xəstəliyinə səbəb olan qidaları və digər faktorları gözdən keçirək.
    Şəkər və şirniyyat;
    Rafinə edilmiş karbohidratlar. Yəni, ağ undan bişirilən çörək, xəmir məmulatları, makaronlar kimi qidalar;
    Emaldan keçmiş ağ düyü;
    Şəkərlə zəngin atışdırmalıqlar;
    Trans yağlar;
    Heyvan mənşəli yağlar;
    Pendir, qırmızı ət, emala məruz qalmış ət məmulatları;
    Yumurta;
    Hərəkətsizlik;
    Göründüyü kimi, şəkər xəstəliyinə səbəb olacaq qidalar içərisində karbohidratlarla bərabər, proteinlər və yağlar da var. Bəli, karbohidratlar və şəkər qanda şəkərin səviyyəsini yüksəldir, amma təkbaşına şəkər xəstəliyinin səbəbi deyil. İnsulin müqavimətinin və şəkər xəstəliyinin səbəbi hüceyrə səviyyəsində yağlanmadır. Elmi terminlə desək, Cellular Lipotoxicity. Şəkər xəstəliyinin ən önəmli səbəbləri olan bu qidalar və faktorlardan mümkün qədər uzaq durmaq faydalıdır.
    İndi isə qanda şəkərin səviyyəsini aşağı salan qidalar ilə tanış olaq.
    Brokoli. Olduqca az kaloriyə malik, vitamin, mineral, lif və antioksidantlarla zəngin bir tərəvəzdir. Tərkibindəki liflər bağırsaqlarda şəkərin və xolesterolun mənimsənilməsini əngəlləyir, beləcə, qanda şəkərin miqdarının yüksəlməsinin qarşısını alır. Amma brokolini “super qida” kateqoriyasına aid edən malik olduğu sulforafan molekuludur. Sulforafan molekulunun iltihab əleyhinə, antioksidant, xərçəng əleyhinə xüsusiyyətləri ilə yanaşı, qaraciyərdə şəkər istehsalına mane olmaq kimi özəlliyi də vardır. Brokoli qaraciyərdə və toxumalarımızda insulin müqavimətinin qarşısını alır, yəni, antidiabetik təsir göstərir. Həftədə 2-3 öynə brokoli, yaxud onunla eyni familiyadan olan gül kələmi yeməyə diqqət edin.
    Yulaf əzməsi. Karbohidrat kompleksidir. Bu səbəbdən də, qlisemik indeksi aşağıdır. Bununla belə, liflərlə, beta-qlükanla və antioksidantlarla zəngindir. Beta-qlükan bağırsaqlarda bir kütlə yaradaraq şəkərin mənimsənilməsini ləngidir, xolesterolun mənimsənilməsinin isə qarşısını alır. Həftədə, ən azı, 2-3 dəfə yulaf əzməsi yeməyin orqanizmə faydaları böyükdür.
    Paxlalılar. Lobya, noxud, mərci kimi qidaların qlisemik indeksləri və enerji dəyərləri aşağıdır. Liflər, antioksidant, mineral və vitaminlərlə zəngindirlər. Paxlalılarda olan kompleks karbohidratlar və liflər bağırsaqlardakı faydalı mikroflora üçün qidalandırıcı təsirə malikdir. Bu qidalanma qarşısında probiotik bakteriyaların orqanizmə hədiyyəsi qısa zəncirli yağ turşularıdır. Bu yağ turşuları həm enerji mənbəyidir, həm də beyində aclıq duyğusunun hiss edilməsini gecikdirir. Həftədə 3-4 dəfə süfrənizdə paxlalılardan biri olmasına nəzarət edin.
    Kətan toxumu. “Super qida” kateqoriyasında olan kətan toxumu orqanizmə çox faydalıdır. Gündə, sadəcə, 30 qr, yəni, 1 xörək qaşığı kətan toxumunun qanda şəkərin miqdarını 10%-ədək düşürdüyü elmi araşdırmalar tərəfindən sübut olunub. Kətan toxumunu qatığa qataraq, yaxud tərəvəz və ya meyvə əsaslı salatlara əlavə edərək yeyə bilərsiniz.
    Quru meyvələr və çərəzlər. Tərkiblərindəki doymamış yağlar, minerallar, vitaminlər, antioksidantlar və liflər sayəsində orqanizmin sağlamlığını dəstəkləyirlər. Quru meyvələrdəki, çərəzlərdəki makro və mikro qidalar birlikdə hərəkət edərək qanda şəkərin miqdarını nizamlayır. Və onlar bunu necə edir; bu, hələ də elmə məlum deyil. Amma elmi araşdırmalar gün ərzində 30-50 qr quru meyvə və ya çərəz yeyilməsinin diabetik xəstələrdə qanda şəkərin miqdarını aşağı saldığını müəyyən edib. Gündə 50 qr-dək qarışıq meyvə qurusu, yaxud qarışıq ləpələrdən ibarət çərəz yemək faydalıdır.
    Darçın. “Dünyanın ən güclü antioksidantları” siyahısındadır. Xüsusilə, tərkibindəki sinnamaldehid (cinnamaldehyde) adlı maddənin qanda şəkərin miqdarını önəmli dərəcədə azaltdığı elmi araşdırmalar nəticəsində məlum olub. Bu maddə insulino-tropik kateqoriyasına daxildir. Yəni, insulin balansına faydalıdır. Eyni zamanda, darçının mədənin boşalma prosesini ləngitmək qabiliyyəti də vardır. Beləcə, yeyilən qidaların qanda şəkərin miqdarını qəfildən yüksəltməsinə mane olur. Yaxşı olar ki, şəkər xəstələri gün ərzində yedikləri hər hansı meyvənin üstünə darçın səpsinlər.
    Kofe. Elmi araşdırmalar mütəmadi olaraq kofe içməyin şəkər riskini aşağı saldığını sübut edib. Həmçinin, şəkər xəstələrinin gündə 2 fincan kofe içməsiylə qanda şəkərin miqdarının 10% azaldığı da müşahidələr nəticəsində aşkarlanıb.

КОМЕНТАРІ • 81

  • @firuzehafizova3688
    @firuzehafizova3688 Рік тому +5

    AY ALLAH BU QIZIN SƏSİ DANIŞIĞI NECƏ GÖZƏLDİR.ALLAH SAXLASIN

  • @asifesgerov3284
    @asifesgerov3284 Рік тому +10

    Gozel ses xow sozlr meslehetli veriliw ucun coxlu sag olun .

  • @tahirehuseynova7382
    @tahirehuseynova7382 Рік тому +3

    Cox gözəl. Sarimsaq da qanda şəkərin miqdarin aşağı salır.

  • @qadamkarimova8750
    @qadamkarimova8750 Рік тому +3

    Çox sağ olun dəyərli məsləhətlərə dolu videonuzu izlədim minnətdaram

  • @rvanibrahimov1366
    @rvanibrahimov1366 Рік тому +4

    TƏŞƏKKÜRLƏR

  • @violetline1460
    @violetline1460 Рік тому +1

    Tewekkurler

  • @mmmdovelsn7565
    @mmmdovelsn7565 Рік тому +1

    Təşəkkurlər gözəl məlumatlar üçûn

  • @ilhamemustafazade3440
    @ilhamemustafazade3440 Рік тому +5

    Təşəkkur edirəm məlumatınız ucun,umud edirəm köməyi dəyəcək.

  • @user-dj6xy5xq5e
    @user-dj6xy5xq5e Рік тому +12

    Yumurtanin xeyri var.

  • @samirdavudov145
    @samirdavudov145 Рік тому +5

    Menim boyreyin de damar quruyub stent var damarda o danari nece berpa edim men demiwdim bezi tupoy hekimlerden cox bilirsiz siz

  • @elshadhesenov4033
    @elshadhesenov4033 Рік тому +13

    Mən bunlarin hamisin olduğu kimi Dk.Yavuz Yörükoğlunun videolarinda baxmişam və şəkər xəstəliyim ola-ola onun dediklərinə riayət edib artiq dərman qəbul etmirəm,şəkərim normaldi.Ola bilsin ki siz də ondan maariflənərək yazmisiz.Necə olur olsun yenə də sağolun ki insanlari maarifləndirirsiz.Tamamilə doğrudu yediklerimiz başimiza oyun açir.Xəstəyə nəsildən kecmədir deyib indiyə qədər sağalmasi mumkunsuz kimi gostərilən şəkər xəstəliyi əslində qeyri dužgun yaşam tərzimizdən yaranan bir xəstəlikdir.Xususilə hərəkətsizlik və qidalanma.Ucuz trans yağlar bu millətin sonuna çixacaq.Nazirlik hara baxir bilmirəm,yaziq deyil bu millət?

  • @amilmusayev2710
    @amilmusayev2710 Рік тому +6

    Sag olun mesletlerinizə göre bunları bizlerden esirgəməyin

  • @ehedhasilov438
    @ehedhasilov438 Рік тому +3

    Beyendim

  • @Şəriş
    @Şəriş Рік тому

    Çox sağol əziyyət çəkib hazırlamısan

  • @xanimaliyeva8537
    @xanimaliyeva8537 Рік тому +3

    Çox Sag ol, Allah razı olsun, Amin

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Рік тому +3

    Beli. Hereket cox vacib amildir.

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 Рік тому +5

    Təşəkkurlər!

  • @meleykerustamova4713
    @meleykerustamova4713 Рік тому +2

    Cox saq olun Allah razi olsu .

  • @gulshanquliyeva3738
    @gulshanquliyeva3738 Рік тому +2

    Salam bir dediyin o biri dediyinlə tutmur,nə yesək bir orqana xeyirlidirsə ,o biri orqana zərərlidi indi biz nə edək ,bəlkə heç nə yeməyək

  • @Yashar707a
    @Yashar707a Рік тому +5

    Bütün canlılar bilirlər konkret nəyi yemək lazımdır.
    İnsan yeganə canlıdır ki, gözünə görünən hər şeyi, yəni istənilən qidanı yemək qabiliyyətinə malikdir.
    Tanrı insan üçün konkret qida göstərməyib. Soğanı, sarımsağı insandan başqa heç bir canlı yemir.
    Xanımın məsləhətinə əlavəm odur ki, nə istəyirsiz yeyin, amma az , mədəni heç vaxt tam yükləməyin.
    Stiv Cobs demişkən, " Yeməyi elə yeyin ki, sonradan dərmanı yemək kimi yemiyəsiniz. "

  • @gilagasimova5171
    @gilagasimova5171 Рік тому +7

    Yumurta şəkər qaldırmır yalan deməyin

  • @SI-vm4mo
    @SI-vm4mo Рік тому +1

    Kök cuğundur şirəsi, mayanesli saatlar, köyətri yumurta olar?

  • @user-fu6ij6do6n
    @user-fu6ij6do6n Рік тому +3

    👏👏👏🤗

  • @sairibrahimisrafilsairibra9295

    Saq oluki weker xesdeliynin sebeb olam n qiidalari awaqi duwuruleni deyirsiz

  • @cavidansirinov1760
    @cavidansirinov1760 Рік тому

    Acliq orucu videosu hazirlayin😊

  • @yelizavetakrm2860
    @yelizavetakrm2860 Рік тому +2

    Qarın doyduran və şəkəri yüksəltməyən qidalardan danışın

  • @osmanovelman8203
    @osmanovelman8203 Рік тому +2

    👍🏻

  • @mirbesirmirmehdi5903
    @mirbesirmirmehdi5903 Рік тому +2

    Şəkər xəstəluyin saxalması dünyanı qoruyar. İnsanların düzgün qərarların qəbul edilməsini tezləşdirər.

  • @aidaxalilova4673
    @aidaxalilova4673 Рік тому +1

    Like.

  • @cicekibrahimli5271
    @cicekibrahimli5271 Рік тому +2

    ❤️

  • @nuruisbndiyarov4084
    @nuruisbndiyarov4084 Рік тому +3

    💪🇦🇿🇹🇷💪

  • @user-uz1bp1ou1l
    @user-uz1bp1ou1l Рік тому +1

    👍👍👍🤲🏻🤲🏻

  • @menimdunyam6506
    @menimdunyam6506 Рік тому +2

    Salam hərvaxdınız xeyir
    Bizim həkimimiz bizə yumurta,bütün növ ətlər və yağlar süd məhsulları həmçinin pendiridə çəsləhət gördü. Bunlar qanda şəkəri qaldırmır dedi amma siz deyirsiz yumurta, yağlar, pendir şəkəri yüksəldir biz indi kimə inanaq. Özüdə mənim uşağım şəkərdi özüm olsaydım heç narahat olmazdım

    • @dilbergurbanova489
      @dilbergurbanova489 Рік тому

      Yumurta şəkəri qaldırmır.Men 2tip şəkər xəstəsiyəm,hər gün suda orta bişmiş yumurta yeyirem.Bu videoda çoxlu səhv fikirlər var

    • @ramizabudov770
      @ramizabudov770 Рік тому

      Öz həkiminə İNİN, bunlar hamısı pul qazanmaq üçündür.
      Mən, bir dəfə 2022-nin Sentyabr ayında bir resept yazdım onu axtarıb tapsanız yaxşı olardı.

  • @userusser6666
    @userusser6666 Рік тому +1

    Ən ğüclü şəkəri salan Sarıkök--Kurkumadı ki,bunu demədiniz.

  • @zerinehesenova4871
    @zerinehesenova4871 Рік тому

    Yumurtanin wekere hec bir ziyani yoxdur

  • @gilagasimova5171
    @gilagasimova5171 Рік тому +6

    Quru meyvələrdə şəkəri qaldirir

  • @auto__blogger7007
    @auto__blogger7007 Рік тому

    Fasiləli aclıq haqqında bir video gəlsin.

  • @orxanqasimov2977
    @orxanqasimov2977 Рік тому

    Bes hekim deyir kofe şekeri yüksekdir

  • @user-xb7dj9pf9v
    @user-xb7dj9pf9v Рік тому +1

    Seker xestesi yumurta, et yemek olar axl

  • @user-gu7mo4hg8p
    @user-gu7mo4hg8p Рік тому +1

    Şəkər xəstəliyinə kofe olmaz

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 Рік тому

    Gümüş qaşıqdan istifadə etməyin,gümüşün fayda-n,zərər-ndanışmağınızı xahiş edirik.

  • @Ahmed_Aliyev
    @Ahmed_Aliyev Рік тому

    Ay hara tələsib qaçırsan aramla sakit danışın ki Sizi başa düşək

  • @yelizavetakrm2860
    @yelizavetakrm2860 Рік тому

    Yumurta şəkəri qaldırmır.

  • @user-pd3qv1gl1o
    @user-pd3qv1gl1o Рік тому

    Кэтан что такой.по руски.

  • @SI-vm4mo
    @SI-vm4mo Рік тому

    Şəkərə yumurta olmaz?

  • @lilparqasimova8560
    @lilparqasimova8560 Рік тому

    Əsl,təmiz darçını hardan tapaq? Dükanlarda satılan kassıyadı,darçın deyil. Xeyirdən çox ziyanı var.

    • @Aygun79.
      @Aygun79. Рік тому

      Salam Mən yazacaqdım ki sizin yazdığınızı gördum. Görən hardan əldə etmək olar?

    • @ferideniki7099
      @ferideniki7099 Рік тому +1

      Deyirler monton molun yaninda bir iran nemetleri satilan magaza var naxcivanlilar işledir orda xalis darcin var bir cöpu 2 manatdi mende yorumlardan oxumuşam ve size deyirem

    • @Youtuber___1480
      @Youtuber___1480 Рік тому

      Kassiya nədir? Açıqlama verin,
      Çox xahiş edirəm

  • @nuruisbndiyarov4084
    @nuruisbndiyarov4084 Рік тому +1

    Ac qalsa necə.