MÜTLƏQ BAXIN! - Qazi və şəhid çəklişlərinin kadrarxası - GÖYÇAY

Поділитися
Вставка
  • Опубліковано 5 кві 2021
  • Demədi Demə kanalı Vətən müharibəsi qəhramanlarını tanıtmaqda davam edir.
    QƏhramanları çəkərkən kadrarxası görüntüləri sizə təqdim edirik\
    "Göyçay" əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Antik dövr müəllifləri Strabon, Ptolomey, Plini və başqaları bu bölgənin təsərrüfat həyatından bəhs edərkən torpaqlarının məhsuldarlığı ilə bərabər burada yaşayan əhalinin taxıl yetişdirdiyini, üzümçülüklə məşğul olduğunu, İberiya ilə Xəzər sahilini birləşdirən Transqafqaz ticarət yolunun bu bölgədən keçdiyini qeyd edib. Göyçay rayonuna məxsus kəndlər ayrı - ayrı tarixi dövrlərdə müxtəlif yerli feodal dövlətlərinin tərkib hissəsi olub. Mənbələrdən Göyçay çayının sağ və sol sahilləri 1025-ci ildən XIV əsrədək Qəbələ mahalına tabe olduğu görünür. Xanlıqlar dövründə Göyçay artıq Şirvanşahların inzibati ərazisinə çevrilib. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. Göyçay inzibati ərazi vahidi olaraq birinci Rusiya işğalı dövründə (1801-1920) Bakı quberniyasının qərbində yerləşən, quberniya ərazisinin çox böyük hıssəsini əhatə edən və quberniyaya daxil edilən, iki məntəqə, 62 kənd icmasından ibarət olan qəza mərkəzi idi. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. 1918-ci ildə burada türk və erməni qoşunları arasında Göyçay döyüşü baş vermişdir. Göyçay qəzası 1929-cu ildə ləğv edilmişdir. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il 8 avqustda Göyçay inzibati rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.
    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göyçaylılar yaxından iştirak etmişlər. Qarabağın Ermənistan silahlı birləşmələrindən azad olunması uğrunda döyüşlərdə göyçaylılar 163 şəhid vermiş, 44 nəfər itkin düşmüş, 106 nəfər əlil olmuşdur.
    Coğrafi mövqeyi - Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayondur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Rayon ərazisi 40°20' ilə 40°50' şimal enlikəri və 47°40' ilə 48°10' şərq uzunluqları arasında yerləşir.
    Göyçay rayonun ərazisi 755,3 km²-dir. Əhalisinin sayı 118271 nəfərdir. (01.01.2017), o cümlədən şəhər əhalisi 32%, kənd əhalisi 68%-dir. İnzibati mərkəzi Göycay şəhəridir ( əhalisi 36,2 min nəfər −2013). Rayon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 42 km məsafədə uzanır. Rayonun mərkəzi Göycay şəhəri Bakı-Qazax magistral yolunun 215 kilometirliyində, Ucar dəmir yol stansiyasının 17,5 km məsafəsindədir.
    Göyçay rayonu Kür - Araz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-qərbdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 25 kənd ərazi dairəsi, 55 kənd yaşayış məntəqələri vardır. Əhalinin orta sıxlığı 157 nəfər/ km². Rayonun ən iri yaşayış məntəqələri Göycay şəhəri, Bığır, Ləkçılpaq, Qaraməryəm, Çərəkə, Çaxırlı, İncə və Qarabaqqal kəndləridir.
    Relyefi
    Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir.
    Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir.
    Rayon iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür.
    Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur.
    MÜTLƏQ BAXIN! - Qazi və şəhid çəklişlərinin kadrarxası - GÖYÇAY
  • Наука та технологія

КОМЕНТАРІ • 60

  • @oktayabdullayev7852
    @oktayabdullayev7852 3 роки тому +7

    Goycayliyam. Heqiqeten duz deyirsiz. Goycaylilar cox qonaqperverdirler. Qonagi urekle qarsilayib ona isti qucaq acirlar.

  • @Sabinamemmedova1359
    @Sabinamemmedova1359 Рік тому +1

    Vetenimin gözel torpaqlari ALLAH şəhidlərimizə rəhmət eləsin qazilərimizədə ALLAH şəfa versin AMIN

  • @user-ug7fd4uf4o
    @user-ug7fd4uf4o 3 роки тому +11

    Cox sağ ol Bahadır bəy minnətdaram , bizə şəhidləri və qaziləri tanıtdığınız ücün ,yorulmayasınız.

  • @sammymousee
    @sammymousee 3 роки тому +9

    Gŏycayin Bigir kendine de gedin zehmet olmasa.Sehidimizin bacisi dunen rak xesteliyinden rehmete getdi.Sehidimiz nisanli idi.5ay erzinde ata ana iki evlad itirib

  • @sosa.official
    @sosa.official 3 роки тому +16

    *Video geldiği anda burada olanları görelim ❤️*

  • @lalasadiqli3611
    @lalasadiqli3611 3 роки тому +7

    Goycayin Potu kəndinədə gəlin kəndimizin 3şəhidi var.onlardan biri qardasim xtq kicik cavuş Əliyev Elnur,Orxan Kərimli,İntizam Qacayev

  • @HeartAche06
    @HeartAche06 3 роки тому +18

    *Yorumlara bakmadan rahat edemeyen kaç kişiyiz?🦇✅*

  • @ALiAlamdar536
    @ALiAlamdar536 3 роки тому +7

    Size rusyadan Perm şeherinden teşekkürlər. 👍👍👍👍👍

  • @yaallah2049
    @yaallah2049 3 роки тому +5

    Canım GÖYÇAYIM 😍🤗 xoş gəlmisiz Bizim göyçaya 😍🤩

  • @ALiAlamdar536
    @ALiAlamdar536 3 роки тому +7

    Narın meskeni, Göyçay, super narı var.

  • @iradebabasova7519
    @iradebabasova7519 3 роки тому +11

    Bahadur bəy Göyçaya getmişkən bizim şəhidimiz haqqında qısa bir video hazırlayasız xahişimi nəzərə alsaz sizə çox minnətdar olaram. Etməsəz də yenə də sag olun.🙏 Ümumiyətlə çox istərdim bütün şəhidləri bütün kanallar işıglandırsın UNUDULMASINlar.

  • @r.elyva2341
    @r.elyva2341 3 роки тому +6

    Həqiqətən çox sağ olun✨

  • @asudismaylova6612
    @asudismaylova6612 3 роки тому +2

    Allah razı olsun qardaş .Allah cəmi şəhidlərimizə rəhmət etsin ,qazilərimizə tezliklə sağlamlıq nəsib etsin inşallah .VerilişiniZ daimi uğurlu olsun .

  • @aminsma8408
    @aminsma8408 3 роки тому +2

    Kadrları tam versiya versəz Kürdəmiş kəndində Fəqan Hilal Tehran 3qazi 1Şəhidi var Rüfət 😪bəli qazimiz Hilal və Fəqan daha ağır dərəcəli yaralıdı ikisinində maddi imkanı çox zəifdi in şa allah qazilərimizə qiymət verilər gedib çəkiliş etdiyinizə görə çox sağ olun

  • @albatros_o_
    @albatros_o_ 2 роки тому

    Ela Goycay

  • @ALiAlamdar536
    @ALiAlamdar536 3 роки тому +5

    Çox sağ ol qardaşım, ne gözəl çekiliş, Göyçay camaatına çox böyük hörmətim var, gözel qonaqpərvər insanlardı, bir daha tesekkurler. 👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @iradebabasova7519
      @iradebabasova7519 3 роки тому

      Minnətdarıq 🙏

    • @ALiAlamdar536
      @ALiAlamdar536 3 роки тому

      @@iradebabasova7519 1982 ci ilde orda dünyaya göz açdım, amma heyat elə getirdiki eldən obadan uzaq düşdük, çox heyif.

    • @iradebabasova7519
      @iradebabasova7519 3 роки тому

      Amma şərhdə yazdıgınızı oxudum elə bildim orda qonag olmusuz)) onda yerliyik məndə orda dogulub böyümüşəm uzun illərdi orda yaşamıram qohumlarım hamısı ordadı imkan oldugca gedirəm. Mənim də yaxınlarım rusiyada yaşayır məcburiyyətdən insanlar eldən obadan didərgin düşüb. Allah bütün qəriblikdə olan həmvətənlərimizi qorusun. 🙏

    • @iradebabasova7519
      @iradebabasova7519 3 роки тому +1

      @@ALiAlamdar536 inşallah nə vaxtsa qayıdarsız mənə görə vətənin yerini heç nə əvəz etmir mənim də rusiyada yaşamag şansım olub amma baxdım ki xarici ölkə mənlik deyil ona görə də yoldaşım 10 ildən sonra hər şeyi atıb məcbur olub geri döndü.

    • @ALiAlamdar536
      @ALiAlamdar536 3 роки тому +1

      @@iradebabasova7519 Helədi yerliyik 😊 mən elə də siz deyən çoxdan çıxmamışam ordan, 2011 de çıxmışam ordan, anam ve bir oğlum orda yaşayırlar, elaqemiz var, tez tez danışıram, 2 nomreli mektebi bitirmişem, sonra 106 peşə mektebinde oxumuşam, sonra biraz evdə problem, elə bura gelməyiminde sebebi boşanmağım olub, yoxsa gelmezdim, heç vaxt Rusiya xeyallarıyla yaşamamışam, düz deyillermiş rasiyya balotaymış, düşdün çıxa bilmirsen, amma inşallah qayıtmaq fikrim var bir az tez bir az gec.

  • @arzu636
    @arzu636 3 роки тому

    Allah sizin de caninizi sag elesin ogul isiglandirirsiz esgerlerimizi sehidlerimizi

  • @nurkanurka3819
    @nurkanurka3819 3 роки тому +1

    Salam Allah sizdən razı olsun lütfən arada Ucar rayon qazi və şəhidlərini cəkin

  • @zuzilulu8597
    @zuzilulu8597 3 роки тому +2

    Allah Sizdən razı olsun çəkilişniz möhtəşəm

  • @agilliolun2400
    @agilliolun2400 2 роки тому

    Tam verliwi verseydiz baxardiq 😔

  • @reqibemahmudova5759
    @reqibemahmudova5759 3 роки тому +4

    Cox sevindim. Var olun Bahadur bəy. Göyçayın Muskurlu kəndində də wehid və qazımız var. Olarda cekseniz lap yaxwi olardı wehidimiz nişanlı idi. Kənddə Göyçayda məhşur kəndi. Ağır pirdi. Birdefe də oranı çəkin nolar di.

  • @sevilnatiqqz.3145
    @sevilnatiqqz.3145 3 роки тому +8

    Nəyə fikir verirəm, insanlar necə səmimidir,necə şirindildirlər..Elə Vətəni canla başla düşməndən azad etməyə gedən oğulların çoxsu bu cür zəhmətkeş ailələrin tərbiyəli vətənpərvər evladlarıdır.Allah sizləri var eləsin..Kamera arxası çəkiliş çox maraqlı alınıb ama,o mahnının zil yerinə niyə qalxmadınız Bahadur bəy 😐

    • @ymnaxundova1247
      @ymnaxundova1247 3 роки тому +2

      zəhmətkeşin çörəyi halal olur halal insanın əməlidə düz olur .haramzadədən necə halal iş çıxar.

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 3 роки тому +3

      @@ymnaxundova1247 Düzdü.. Elə halal çörək yediklərinə görə də haqq yolunda şəhid oldu o qeyrətli oğullar😔 Allah hər birinə rəhmət eləsin.. Qazilərimizi də Allah bu ədalətsiz dünyada kimsəyə möhtac qoymasın. Onlar da qəhraman döyüşçülərimiz də, şəhid ailələridə ən gözəl şəraitdə yaşamalıdırlar, onların haqqı ödənməz hecbirşeylə.

  • @zahireyvazov1884
    @zahireyvazov1884 3 роки тому +1

    ugurlu yollar

  • @mehemmedeliyev1398
    @mehemmedeliyev1398 3 роки тому +1

    Cox sag olun birde yolunuz dusse basqa sehid ailelerin cekersiz Bahadur bey

  • @abdullayevabdullayev5780
    @abdullayevabdullayev5780 3 роки тому

    Allah rehmet elesin cemi wehidlerimize Amin Allah qorusun bizim millatimizi Amin

  • @tunay8330
    @tunay8330 3 роки тому +1

    Bütün qazilər narazıdır və haqlıdır

  • @samsunggalaxya5204
    @samsunggalaxya5204 3 роки тому +1

    Allah seni qorusun

  • @sevilnatiqqz.3145
    @sevilnatiqqz.3145 3 роки тому +3

    Salam, izləyək.. Göyçaya qədər gəlmişkən birdə Qəbələyə də gəlsəniz Bahadur bəy..

    • @demedideme1
      @demedideme1  3 роки тому +1

      Gələrik inşallah

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 3 роки тому +1

      @@demedideme1 İnşallah.

    • @ALiAlamdar536
      @ALiAlamdar536 3 роки тому +2

      Qebele camaatıda Göyçay camaatı kimi qonaqperverdi, çox sevirem beyenirem Göyçay Qebele, İsmayıllı ehlini.

    • @sevilnatiqqz.3145
      @sevilnatiqqz.3145 3 роки тому +1

      @@ALiAlamdar536 Doğru, Çox qonaqpərvər camaatı var hər üç rayonun.. Çox sağolun ,sevginiz üçün varolun,yurdumun bütün insanları qonaqpərvər və cana yaxın.

    • @ALiAlamdar536
      @ALiAlamdar536 3 роки тому +1

      @@sevilnatiqqz.3145 siz yəqin Qebeledensiz.

  • @mayaquliyeva3922
    @mayaquliyeva3922 3 роки тому +2

    Sizi verənə şükür.

  • @nzaktdunyamalyeva410
    @nzaktdunyamalyeva410 3 роки тому

    Cox sagol bahadur oglum qaziləri yada salırsan

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 3 роки тому

    Eşq olsun

  • @2-lrtv310
    @2-lrtv310 3 роки тому

    Allah kömeyniz olsun ama üzldüm qazilerimze münasibete

  • @user-qp3qn2ck9o
    @user-qp3qn2ck9o 3 роки тому

    САЛАМ МАЛЕКУМ 🇦🇿❤

  • @iradebabasova7519
    @iradebabasova7519 3 роки тому

    Veriliş efirə nə vaxt gedəcəy.

  • @user-gl2ge2gp4e
    @user-gl2ge2gp4e 3 роки тому +4

    QAZILƏRIN.ŞIKAYƏTINI.NIYƏ.GÖST.ƏRMIRSƏN

  • @ilhamyansaumyanneslireddol2829
    @ilhamyansaumyanneslireddol2829 3 роки тому +3

    TELEVIZIYALARDA BELE QAZILERI ÇEKMELIDIR QAPI QAPI DUŞUB !!!

  • @user-fs2tl8gm7f
    @user-fs2tl8gm7f 3 роки тому

    Гарабаг.азардайджан.❤👍

  • @reqibemahmudova5759
    @reqibemahmudova5759 3 роки тому

    Bahadur bey hələ siz bizim Muskurlu kəndinə getsəniz görün sizi necə qarwiliyacaqlar