Hər şeylərini atıb tərk etdilər - Bura qorxusundan heç kim getmir

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • Hər şeylərini atıb tərk etdilər - Bura qorxusundan heç kim getmir
    10 atılmış yer
    Tərk etdiyimiz hər yerin bir xatirəsi qalır və biz illərlə o xatirələrə ya ovuna bilirik, ya da unutmağa çalışırıq. Tərk edilmiş məkanların romantikasıdı bu. Filmlər, xüsusilə, qorxu janrında olan ekran əsərləri meydana çıxandan sonra isə bu romantika yerini bərəlmiş gözlərə, dəhşətli qorxu hissinə verdi. Belə demək olarsa, romantika bizi tərk etdi...
    İndi insanlar atılmış yerləri, tərk edilmiş binaları nəinki filmlərdə görəndə, bəzən adını eşidəndə belə ürpənir, qorxurlar. Əgər belə bir yerlə qarşılaşsalar, müasir texnologiyanın verdiyi imkanlar vasitəsilə tez kameranı açıb çəkməyə çalışır, həmin qorxu anında belə bir şəkillərinin olmasını istəyirlər. Və bunu “qorxu macərası” adlandırırlar. Son vaxtlar belə macəraların həvəskarları çoxalıb. Əgər tanıdıqlarınız arasında belə qorxulu macəralara həvəsli olanlar varsa, əlinizə qələm-kağız alın və ona təqdim etmək üçün öz siyahınızı hazırlayın. Ya da elə həmin tanışınıza bu videonun linkini göndərin. Planetimizin ən heyrətamiz atılmış məkanlarından danışacağam.
    1. Çinin Kanqbaşi şəhəri. Müasir bir meqapolis təsəvvür edin: hündürmərtəbəli binaları, biznes və ya ticarət mərkəzləri, ofisləri, geniş magistralları... Amma təsəvvürünüzdən insan amilini çıxarın... Qeyri-real görünür, deyilmi? Dünyamızda bu reallıq mövcuddur: Çinin Kanqbaşi şəhəri. Yaxud, dünyanın “ən böyük ruhlar şəhəri”. Yolunuz düşərsə, 1 mln əhali üçün nəzərdə tutulan şəhərin küçələrində yalnız 3-4 nəfərə rast gələrsiniz. Bütün işıqforları işləyən, yolların kənarında daim müasir reklam lövhələri olan, hərdənbir sərnişinsiz avtobusların keçdiyi sakit küçələrin kənarlarında sahibsiz velosipedlər gözə dəyən şəhərdə kitabxana və muzeylər də var. Özü də bu kitabxanalar və muzeylər ziyarətçilərin istifadəsi və ya seyr etməsi üçün lazımi qədər təchiz olunub. Sadəcə, qapını aç, içəri gir... Şəhərdəki atraksion parkı da hər an istifadəyə hazırdır, amma hələ heç kim istifadə etməyib. Müasir tipli yaşayış məhəllələrində, ən çoxu, 2 avtomobil görmək olar. Adda-budda görünən insanlar və bu avtomobillərə baxaraq başa düşmək olar ki, şəhər tərk edilməyib, sadəcə, bu yeni şəhər insanlar tərəfindən tam məskunlaşmayıb. Burda yalnız axşamlar həyat əlaməti görmək mümkündür. Pəncərələrdə işıqlar yanır, bəzi məhəllələrdə kafelər işləyir, küçələrdən keçən avtomobillərin sayı artır. Yox, Kanqbaşi nə vampirlər şəhəri deyil, nə də lənətlənmişlər bura sürgün edilməyib. Sadəcə, insanlar bu yeni yaşayış məskənində layihə müəlliflərinin nəzərdə tutduğu sürətlə məskunlaşmır. Amma onlar umduqları yerdən küsmürlər-çayın o biri sahilində də yeni yaşayış məhəllələri tikməklə məşğuldurlar. Nə deyək, uğur olsun.
    2. Çernobldakı Duqa. Yox, bu fantastik filmlərdən kadr deyil. Çernoblda yerləşən real tikilidir. Bu radiolokasiya stansiyası qitələrarası ballistik raketlərin erkən aşkar edilməsi məqsədilə tikilib. Keçmiş SSRİ-də bu cür cəmi 3 tikili olub ki, onların hamısı da olduqca güclü, tam məxfi hərbi obyekt idi. Çernobldakı qəzadan sonra bu stansiyanı tamamilə bağlayıblar. Hazırda tikilini yalnız radioaktiv təhlükədən qorxmayaraq buraya gələn cəsur turistlər seyr edə bilərlər... Bizə isə ancaq bu kadrlara baxmaq qalır...
    3. Orfey (The Orpheum Theatre) teatrı. Deyirlər, “incəsənət heç vaxt ölmür”. Bu deyimlə mübahisə eləmək çətindir. Təəssüf ki, teatrlar və muzeylər belə ölümsüzlükləriylə seçilmirlər. Onların bir xüsusiyyətləri də tez parlayıb, tez sönmələridir.... Çünki daim qayğıya möhtacdırlar. ABŞ-ın Kaliforniya ştatında yerləşən Orfey teatrının başına da məhz belə hadisə gəlib. 1912-ci ildə açılışı olan teatr yalnız ən varlı insanlar üçün nəzərdə tutulur. Öz zamanında şöhrəti qitə boyu yayılan teatrda biletlər bir ay öncədən satılırdı. Amma buna baxmayaraq, teatrın borcu ildən-ilə çoxalırdı. Elə bu borc da onun sonunu gətirir; 1959-cu ildə teatr bağlanır. Həmin il məlum olur ki, teatrın büdcəsində cari təmir üçün belə pul yoxdur. 1962-ci ildə teatr tütün anbarı kimi işlədilməyə başladı. Bu gün tarixi binanın böyük hissəsində supermarket fəaliyyət göstərir. Qalan hissəsi boşdur, istənilən adam girib bura baxa bilər. Ziyarətçilərin sözlərinə görə, boş dəhlizdə və qaranlıq səhnədə dolaşmaq əsl qorxu filmi effekti yaradır.
    4. Kolmanskop (Kolmannskuppe). Bu “ölü şəhər”in doğulma hekayəsi əsl film ssenarisidir... 1908-ci ildə bir işçi, təsadüfən, yol kənarından çox bahalı daş tapır. Bu tapıntı Namibiyanın bu bölgəsində “almaz ovu”nun başlanğıcı olur. Almaz ovçularının dayanmadan axışdığı bölgədə yeni şəhərin salınması çox çəkmir.

КОМЕНТАРІ • 5

  • @Aliheydar_B
    @Aliheydar_B 3 роки тому +3

    Salam.Videoya gore tesekkur edirem.Zehmet olmasa arxa fon musiqisinin adini deyerdiniz

  • @elnureliyev1084
    @elnureliyev1084 3 роки тому +4

    Pullu bir qiz axdaram evlenmeye