Y A N K E Ç İ R ... Harada qalmısan a qara baxtım , Dağılıb dövlətim , varda yan keçir, Gəl ha gəl günümdə can deyən dostum Görür ki , qalmışam darda ,Yan keçir. ------------------------------------ Qəvvas kimi çox dəryaya dalmışam Aslanlar əlindən şikar almışam Çərxi-fələk gör nə günə qalmışam, Yapalaq bəyənmir , sar da Yan keçir. --------------------------------------- Yamana uğradı növcavan vaxtım , Şam kimi alışıb əridim, axdım , Gəlginən haraya vəfasız baxtım , Dağlar üz döndərib , qar da Yan keçir. ------------------------------------ Günəşli gündüzüm olubdur gecə, İtirib əqlimi dönmüşəm gicə , Allahın gözündən düşmüşəm necə , Əcəl yaxın gəlmir , gor da Yan keçir. ---------------------------------- Baxtın yatıb , işin nəsdi MƏZAHİR,. Dostlarda ülfətin kəsdi MƏZAHİR, Köç belə dünyadan bəsdi MƏZAHİR, Qohumlar yad olub yar da YAN KEÇİR. M.Daşqın 1936-cı iı
Ugurlu olsun
Xeyirli olsun🤲🏻😍
Xeyirli uğurlu olsun inşəallah.
Xeyirli olsun.🙌👍👍
Xeyirli olsun 👍
Y A N K E Ç İ R ...
Harada qalmısan a qara baxtım ,
Dağılıb dövlətim , varda yan keçir,
Gəl ha gəl günümdə can deyən dostum
Görür ki , qalmışam darda ,Yan keçir.
------------------------------------
Qəvvas kimi çox dəryaya dalmışam
Aslanlar əlindən şikar almışam
Çərxi-fələk gör nə günə qalmışam,
Yapalaq bəyənmir , sar da Yan keçir.
---------------------------------------
Yamana uğradı növcavan vaxtım ,
Şam kimi alışıb əridim, axdım ,
Gəlginən haraya vəfasız baxtım ,
Dağlar üz döndərib , qar da Yan keçir.
------------------------------------
Günəşli gündüzüm olubdur gecə,
İtirib əqlimi dönmüşəm gicə ,
Allahın gözündən düşmüşəm necə ,
Əcəl yaxın gəlmir , gor da Yan keçir.
----------------------------------
Baxtın yatıb , işin nəsdi MƏZAHİR,.
Dostlarda ülfətin kəsdi MƏZAHİR,
Köç belə dünyadan bəsdi MƏZAHİR,
Qohumlar yad olub yar da YAN KEÇİR.
M.Daşqın 1936-cı iı
Xeyirli uğurlu olsun İnşallah