Anam menim (Dunyanin Xoshbexti Menem)

Поділитися
Вставка
  • Опубліковано 13 вер 2024
  • • Anam menim (Dunyanin X...
    Söz: Qədir İsmayıl
    Musiqi: Qədir İsmayıl
    İfa: Respublikanın Əməkdar Artisti Zakir Əliyev
    Aranjeman: Rəşad Hüseynov
    Bütün anaların şərəfinə
    Dünyanın ən böyük xoşbəxti mənəm,
    Ay üzlü, ağbirçək anam var mənim!
    Qoy hər an, hər zaman xoşbəxt olum mən,
    Huri kimi Mələk anam var mənim.
    Unutmayaq, bizə olan səbrini,
    Hər kəs bilsin gərək ana qədrini.
    Ondan alırıq biz Cənnət ətrini.
    Gül tək təravətli anam var mənim.
    Şükür edim min yol mən hər nəfəsdə,
    Övladına düşgün, qulağı səsdə.
    Xoş günümə, uğuruma, ahəstə,
    Səsizcə sevinən, anam var mənim!
    Biz dünyaya gəlincə,
    Qaldın oyaq hər gecə,
    Bunu unudum necə?
    Bir tək anam var mənim!
    Bizə verdin həyat sən
    Bizimlə bir güləsən.
    Mənim tər çiçəyimsən, sən,
    Çiçək anam var mənim!

КОМЕНТАРІ • 4