🔷 İSTİOT TURŞUSU🔷

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • Salam, hər vaxtınız xeyir , əzizlərim
    ♦️İSTİOT TURŞUSU♦️
    3 kiloluq balon üçün nəzərdə tutulub.
    ♦️UZUN İSTİOT -3kq
    ♦️CƏFƏRİ, NANƏ, KƏRƏVİZ
    ♦️DUZ-3 y/q
    ♦️DƏFNƏ YARPAĞI -3-4 ədəd
    ♦️şəkər tozu-1 y/q
    ♦️SARIMSAQ -3-4 diş
    ♦️ÜZÜM SİRKƏSİ- 0,5st
    ♦️1 kiloluq bankaya
    ♦️Duz-1 y/q
    ♦️Şəkər tozu-1 ç/q- dolu olmasın
    ♦️Üzüm sirkəsi-4-5y/q
    Uzun istiotları birinci yuyuruq. Sonra saplağının yarısını kəsirik. İstiotun ucunu da kəsib bir iki yerdən bıçaqla çəltirik. Qazana su əlavə edib qoyuruq qaynamağa. Qaynayanda üzərinə duz əlavə edirik. 4 litr suya 8 y/q yodsuz duz əlavə edib qarışdırırıq.
    Dərin ləyən götürürük, istiotları əlavə edirik. Üzərinə qaynayan duzlu suyu əlavı edib qarışdırıb üstünü örtürük. İstiotları ara sıra qarışdırırıq. 2-3 saat saxlayırıq, su soyuyur, aşsüzənə yığırıq. Sonra bankaya səliqə ilə düzüb aralarına cəfəri, kərəviz , nanə , sarimsaq, dəfnə yarpağı əlavə edirik .
    üzüm sirkəsi, duz, şəkər tozu, apardığı qədər soyuq su əlavə edirik. 1-2 gündən sonra duzuna nəzarət edirik, sərin yerdə saxlayırıq..
    ♦️3 kiloluq bankaya 3 x.q - duz, 0,5ç/q şəkər tozu, 0,5stəkan üzüm sirkəsi istifadə etdim.
    ♦️1,5 kiloluq bankaya-2 x/q duz, 0,5 ç/q az şəkər tozu, 0,5 st-dan bir barmaq aşağı üzüm sirkəsi istifadə etdim.

КОМЕНТАРІ • 53