Salıam Əleykum Müəllim Özünüz Kimi Bu Gözəl Paylaşımıara Görə Sizə Bir Çox Təşəkkürmü Minətdarlıgımı Bildirəm Nəzər Yetirəm Hər Bir Şeyi Haqqı Oldugu Kimi Deyirsiniz Eşq Olsun 👍
Bütün məsləhət,səliqə,səhman,dilimizə hörmətlə yanaşdığınıza görə sağ olun,bircə saçınızın arxadan bu cür bağlanması Azərbaycan cəmiyyətinə yaddı.Düzəlişə ehtiyac var.
Rəyinizə görə təşəkkürlər. Bu "saç" məsələsinə diqqət çəkən izləyicilərimizin sayı gün keçdikcə artır. Uzun saç saxlamağımla bağlı bir çox məntiqli səbəbim var. Belə getsə "Arıçının saçı neçə olmalıdır?" başlıqlı bir video hazırlamalı olacam deyəsən. 😊 İradınızı hörmətlə qarşılayıram və bu mənim xətrimə dəymir. Bir daha təşəkkürlər.
Murad bəy. İl yarımdır salafandan istifadə edirəm, hələki bir problem yaşamadım. Təbii ki, yuvanın aşağıdan havalanması olmalıdır. DÜzdür, yemlik yer tutur. Ancaq altında həmişə ərkək şanı və ərkək yumurtaları olur. Bayızda da arılar ora bal yığırlar və bir növ divar çərçivəsi vəzifəsini görür. Keçən qış yemlikləri çıxarmışdım yer tutmasın deyə. Daha doğrusu tam ballı çərçivələr qoya bilim deyə. Ancaq yazda çıxardığım üçün peşman oldum. Bəzi günlər ani yemləmək lazım gəldi, ancaq yemliklər yerində olmadığı üçün edə bilmədim.
Cox sag ol bəy təşəkkürlər.Mən arı haqqında onu deyə bilərəm ki daim arımız olub 15. 20 ədəd və cox sayda yeşiklər hazırlamışam azda olsa məlumatlıyam əksər arıcıların fikirlərinnən razlaşmıram sən yekanə arıcısan ki danışdıgın hər bir söz dogru həmdə əsaslı oldu cox sag ol var olasan təşəkkürlər
Salam. Onu qəşəng dedin. Məşquliyyətləri yoxdu. Yutub, tik tok, insta və s. Kaş bizimdə belə məşquliyyətimiz olmazdı. Evdə söhbət etməyə adam tapmıram. Hamı girib telefona. ... Dəyərli məsləhət üçün çox sağ olun.
O zaman havalanmanı yaxşı edə bilmirlər yəqin. Yuvanın altından arxa tərəfdən bir-iki dəlik açın. içəridən də üzərinə setka vurun. Havalanma yaxşı ols düzələcək böyük ehtimal.
Gözel insan senin videolarin cox xoşuma gelir ve izleyirem bu günden sene abune olmuşam ve maraqla baxiram .mende istiyirem ariciliqla meşqul olum . Sözün doqrusu qacan arilardan tuturam ve saxlayiram .senede uqurlar deyirem .
ucuncu korpus qoyursan yem qabinida atarsan ucinə 😉Qardaş ariya yem verən vaxdımı Sonrada deyəssiz təmiz baldi Bizlərdə ariya ikinci mərtəbə qoyuldusa yem vermilər cunki o bal olmaz yemləsə pesok olar
Əli bəy. Dediyiniz çərçivədən baxanda, haqlısız. Ancaq saxda bal hazırlamağın min cür üsulu var. Edən onsuz da bunu ustalıqla edir. Bilmirəm, siz arıçısız, ya yox. Ancaq Ustad arıçılar da tövsiyyə edir ki, yarım yemliyi il boyu yuvadan çölə çıxarmayın. Elə mən də əminliklə bu tövsiyyəni edirəm yeni başlayanlara. Elə bu gün, birdən bir həftə davamlı yağış yağsa, 3 mərtəbə qoşun ilə mənim arılarımın çoxusu acından ölər. Təbiətin işini bilmək olmur. Arıçı belə hallar üçün həmişə hazır olmalıdır. Bundan əlavə yarım yemlik, ərkək şanı örmək üçün bir yerdir. Arıçılar zamanla bu üsulla gənəyə qarşı mübarizə aparırlar. Son olaraq onu da deyim ki, bu il heç yemləmə eləmədim. Keçən ildən saxladığım ballı şanlarım var idi. Bu vaxta qədər onlarla gəldim. Amma onlar qurtardı daha. Dediyim kimi, sabah 1 həftə yağış başlasa mən arılarımı ya yemləməliyəm, ya da acından ölməlidirlər. Bal bu il olmasa, gələn il olar. Ancaq arılar ölsə, bal heç vaxt olmayacaq. 😊 Rəyinizə görə də təşəkür edirəm. Bir az uzun yazdım, üzürlü bilin. Bəlkə bu rəyi başqaları da oxuyar və onlar üçün də aydın olar ki, ilin günün bu vaxtı yemliyin nə işi var yuvanın içində.
@@xanusta Uzürlü sayin yazdiqimi pis qəbul etmiyin Sadəcə mən qözümü acandan arimiz olub qörmədiyim ücün soruşdum yemlik barədə Uc korpus indidə dolu arilarim var və aynan yaqiş yaqsada biz ariya mart cixandan sonra yem vermirik Ari özü qücünə baxib yeminə baxıb qoşun artirir bizdə Birdaha xeirli bərəkətli illərdən olsun
Əli bəy. Heç bir narahatçılıq yoxdur. Əksinə, rəyləriniz üçün təşəkkür edirəm. Mən də bu il heç yemləmə eləmədim. Ancaq bu il yağışlı günlərdə və mart ayının son 20 günündə əgər gündəlik yarım stəkan yemləmə edə bilsəydim, indi yeşiklərdə arı sayım 30 faiz daha çox olardı. Amma həmin günlərdə 20 gün bir, 15 gün də bir ana arılar çöldnə gəlir gəlmədiyi üçün yumurtanı kəsdilər. Və arada atm iki nəsil arı doğulmadı.
Arı kaloniyasında ana arı yuvadan heç çıxmaz. İşi gücü yumurta atmaqdır. Ərkəklər heç bir iş görmürlər demək olar ki. Orda yığılanlar işçi dişi arılardır. İşçi arılar doğulandan sonra 22 gün ancaq yuva içindəki işləri bölüşürlər öz yaşlarına görə. Məsələn doğulandan sonra12-18 günlük arıların işi şan örməkdir. Ancaq bəzən elə olur ki, yuvada ya mum örməyə yer olmur, ya da ehtiyac olmur. Belə zamanlardan bu arılar içəridə iş görən arılara mane olmamaq üçün çıxıb yuvanın kənarında gözləyirlər. Yəni, əslində bu davranışları belə bir növ ümumi işə xidmət edir. 23 günlük olduqları zaman çölə bal, su və çiçək tozu gətirmək üçün gedəcəklər.
Burda xam pətəyim yox idi. Ona görə belə etdim. Amma başqa səbəbdən xam pətəyə üstünlük verirəm əslində. Ancaq bundan hələ əmin deyiləm. Əlavə video olacaq bu barədə.
Çox sağol təşəkkürlər mən bücür elədim, deməli sakkal çox idi mənim ari yeşiyimdə sakkalin yanina bir ramka qoydum sakkalda ramkaya keçdilər arilar olari gətirdim zəif yeşiy var idi onun qabiğnda çirpdim bir neçe defe arilar mühacirət etdilər ama səhərsi baxdim 60 70 yaxin ari ölmüşdü mühacirətdən sora nədən ola bilər ?
Bir-birlərini qırıblar. Yəqin birləşdirdiyiniz arı çox zəif olub. Həmişə zəif arını güclüyə birləşdirmək lazımdır. Bir də çalışmaq lazımdır ki, birləşdirərkən çölə işləyən tarlaçı arıları və 19-21 gün arası yaşı olan arıları birləşdirməyəsiz. Bu zaman arılar arasında döyüş olur. Saqqal salxımına toplaşan arıların da əksəriyyəti 19-21 günlük arılar olurlar adətən. Onların işi içərinin havalandırılması və mühafizəsidir. İsti havalarda və bal gələn zaman çox işləri olmadığı üçün mane olmamaq üçün çıxırlar yuvanın önünə. Yəni əslində belə davranmaqla da içərinin daha çox isinməməsini təmin etməyə çalışırlar. Belə arıları birləşdirməmək lazımdır.
Bu videoya bir göz atın, bəy. Əgər yenə də sualınız olsa, videonun altında yazın, əlimdən gəldiyi qədər cavablamağa çalışaram. ua-cam.com/video/GSJN7KBOirg/v-deo.html&ab_channel=XanAr%C4%B1%C3%A7%C4%B1l%C4%B1q
Çox qaradırsa və boşdursa əridib mum kimi saxlaya və sata bilərsiz. Əgər ballıdırlarsa, yaza qədər səbr edin. Yazda o ballı qara çərçivəni yem kimi kənar çərçivə kimi arılara verib, balı təmizlənəndən sonra götürüb əridə bilərsiz.
Səadət xanım. Məsələ burasındadır ki, artıq yem qabı sadəcə arını yemləmək üçün istifadə olunmur arıçılıqda. Arılar yarım yemliyin altına şan örürlər. Bu da adətən ərkək arı gözlü şan olur. Gənələr də yumurtalarını daha çox ərkək pupalarının içinə qoyurlar. Arıçı vaxtaşırı yemliyin altındakı ərkək pupalarını kəsib götürür. Beləcə heç bir zəhərli vasitədən istifadə etmədən arı gənəsi ilə mübarizə aparmaq olur müəyyən qədər. Bundan əlavə, ilin sadəcə bəlli vaxtlarında təbiətdən gəlir gəlir. Bal axımı əgər köç edəriksə, ən çoxu 40 gündür bizim ölkədə. Ondan əlavə vaxtlarda gələn gəlir arının gündəlik təlabatına güc ilə çatır. Bal götürə bilmək üçün güclü arı kaloniyalarına ehtiyac var. Bunun üçün də gərək arıçı təbiətdə gəlir olmadığı vaxtlarda arını az-az da olsa yemləsin. Əks halda ana arı yumurta atmaz və arıçının bal mövsümünə bal toplayacaq güclü arı ailələri olmaz. Bütün il boyu yemliyin yuvanın içində olması məsləhətdir.
Yox, bəy. Arının saqqal buraxması, yəni günün isti vaxtlarında çıxıb yuvanın önündə topalaşması, içəridə gənc arıların həddən artıq çox olmasının əlamətidir. İçəridə çox, və heç bir iş görə bilməyən gənc arı olduqda, ümumi işə mane olmamaq üçün onlar belə edirlər. Ancaq bu cür yuvalarda vaxtında tədbir görülməsə, təbiətin də yaxşı gəlirli vaxtıdırsa, bu cür yuvalar 99 faiz beçə verəcək.
Salam. Hər yerin özünəməxsus florası var. Əgər olduğunuz yerdə hal hazırda gəlir yoxdursa, bu dəqiqə dəniz səviyyəsindən 1200-1500 m. yüksəklikdə Qafqaz dağlarında bal mövsümüdür. Əsas nektar qaynağı olan Cökə ağacları çiçəkləyib. İmkanınız varsa, aparın dağa. Həm yayın istisindən qorumuş olarsız, həm də bal görürə bilərsiz. Dağlarda polen də indi bol və çeşitli olur.
Bu cür yeşikləri düzəldən ustalar demək olar ki, hər bölgədə var. Arıçılıq mağazalarında da hazır yuvalar satılır. Öz bölgənizin arıçılarından soruşsaz, sizə yaxın və uyğun olan ustanı deyərlər yəqin ki.
Əslində bunu edən arıçılar dünyada artıq var. Onlar yuvaya xüsusi sensorlar bağlayırlar. Beləcə uzaqda olanda belə yuvanın içindəki temperatura, nəmişliyə və s. nəzarət edəb bilirlər. 😊
Əgər uyğun temperatur və nəmişlikdə səliqəli bir halda bunu edə bilirsizsə, olar. Ancaq etməmək məsləhətdir. Balal olan çərçivədə o qədər də bal olmayacaq. Olsa belə, o bala arıların özlərinin bizdən çox ehtiyacı var. Arıçı gərək bu bala göz dikməsin.
Salam. Mən yeni ari saxlayiram. Məlumatim azdir. İyul ayini qurdlara ag qurumus səkildə yesikden cixarirdi. Dedilər curumə xəstəliyidi ozu kecəcək. O aridan balda goturə bilmədik. Həmin ari cox zəifləyir. Təbiiki yeni arilarda əmələ gəlməsinə baxmayaraq ag səkildə qurumus qurddar azda olsa yenə rast gəlinir. Mən nə etsəm həmin arini xilas edərəm o xəstəlikdən. Arxanada əlavə 7 arimda var onlarda elə sey musahidə olunmur. Narahat etdiyim ucun təsəkkur edirəm.
Kənan bəy. Arıçılar arasında bu xəstəliyə Kirəcləmə deyirlər. Bütün arıxanalarda bu cür arı ailələri olur. Fərqli müalicə üsulları da var. Ancaq bu müalicələr də həmişə effekt vermir. Şəxsən mən bu cür arıların müalicə etməməyin tərəftarıyam. Adi insanları götürün. Bəzən bir ailədə hər kəs qrip virusuna tutulur, ancaq bir nəfər yox. Ya da sadəcə bir nəfər xəstələnir, başqaları yox. Mənim məsləhətim, bu cür xəstə, zəif arıları çıxdaş etməkdir. Siz sağlam, xəstəliklərə dözümlü arılarınızı saxlayın və çoxaldın ki, gələcəkdə bu cür xəstəliklərlə mübarizə etmək məcburiyyətində qalmayasız. Əgər bu arınızı müalicə edib, bu arıdan nəsil çoxaltsanız, növbəti illərdə daha çox belə xəstə arılarınızı müalicə etməli olacaqsız. Bu bir göbələk xəstəliyidir. Dəqiq və tam müalicəsi də demək olar ki, hələ yoxdur. Arını sıxlaşdırmaq, artıq çərçivələri yuvadan götürmək bir az kömək edir. Bundan əlavə limon suyu və sirkədən istifadə edən arıçılara da rast gəldim. Ancaq mən özüm bu cür arılarımı müalicə etmirəm adətən.
Salam menim bir yeşik Arıma korpus qoymuşam arı sayıda yeteri qeder var Ancaq qoydugum şanı toxumurlar iki defe de beçe verib çıxıb qaytarıb içine yigmişam ana yumurta atır ancaq yenə analıq hörüler men dagıdıram onlarhörür şanın üstünde zincirlenib oturublar ancaq şan hörmür ler ne ede bilerem Neden belə edirlər nə. Məsləhət görürsüz
Beçə psixologiyasına girən arılar adətən işləmirlər. Əsas səbəb sizdə budur. Bir də əgər təbiətdə gəlir yoxdursa, bu zaman da arılar şan örməzlər. Gərək bol yemləyəsiz ki, gəlir olmayanda şan örsünlər. Ən yaxşısı siz o arını 3-4 çərçivə arı həçmi ilə ayrı ailələrə bölün. Hər bölmədə də 2-3 ana üsküyü olmasına diqqət edin. Bir ay sonra yeni ana ilə növbəti il üçün arı ailələriniz olsun. Əks halda bu ailənin nə sizə, nə də özlərinə bir faydası olmayacaq. Bir gün görəcəksiz ki, içində bir ovuc arı qalıb.
Həmin ana o yuvanı tərk etməyənə qədər o ailə normal iş rejiminə başlamayacaq, bəy. Ən azından mən öz təcrübəmdə belə görmüşəm. Belə də edə bilrəsiz: 1. Ana arını 2 çərçivə arı ilə ayıra bilərsiz. Yuvadakı arılar yeni ana üskükləri qoyacaq. Bu üsküklərdən 2-3 ədəd saxlayıb qalanlarını dağıdırsız. Ancaq bu ailə güclüdürsə, bu analar da sağlam çıxarsa, yenə də beçə verə bilərlər. Ona görə də Analar doğulandan sonra birini saxlayıb, digərlərini götürürsüz yuvadan. Bu proses 1 ay sürəcək. O vaxta qədər də çox güman beçə həvəsindən düşəcəklər. 2. Yuvanın yerinə başqa yeşik qoyub, içinə xam təməl pətəkli çərçivələr qoyursuz. Sonra bu yeni yuvanın önünə kisə və ya örtük skoplayıb, bütün arını bu örtüyün üstünə silkələyirsiz. Yumurtalı çərçivələri başqa arılarınıza paylayırsız. Beləcə sünii beçə verdirmiş olursuz və ehtimal var ki, bundan sonra normal fəaliyyətlərinə başlasınlar.
@@xanusta Salam Əleykum Müəllim Sizə Halaldı Dərsi Belə Keçərlər Çox Vidyolara Nəzər Yetirəm Onların Bir Özünə Dərs Keçən Lazımdı Sonrada Ən Çətin Usularla Öyrətirlər Çalışmaq Lazımdır Ki Bu Sənətə Yeni Başlayanlar Bir Şey Anasın Sonradan Çətin Usuları Özü Görüb Öyrənəcək Bir Çox Təşəkkürlər .
Son qənaətim belədir ki, yuva içərisində fərqli yaş qrupu arıların say arasında balans pozulanda bu hadisə baş verir. Qarşısını almaq üçün çox üsuldan istifadə etmişəm. Ancaq bəzən heç nə çömək etmir. Əslində bu təbii bir prosesdir. Yuva içində işi olmayan arılar digərlərinə mane olmamaq üçün bu cür kənara çəkilirlər. Bir müddət sonra isə tarlaçı arılara çevrilib iş dalınca gedirlər. Yəni çox da narahat olmağa dəyəcək bir şey deyil.
Mənim arı yeşiyimə ağ böyük qurlar düşdü buda ramkalarda tor qurub arılarımın hamsını məhv etdi. ilk dəfə arı saxladığım üçün anlamadım nə olduğunu ora necə qurd düşdü.
Əgər yuvanın içində arı olduğu halda yuvaya güvə düşürsə, ya yuvada arı çoxaz olub və boş çərçivələrin sayı çox olub. Ya da arı hansısa səbəbdən öləndən sonra güvə inkişaf edib. Normal halda yuvanın içində sağlam ailə olduğu müddətcə şanlara qurd düşməz.
Salam, bəy. Ötən il eyni təcrübəni yaşadım. Havalar çox istidir. Üstəlik də havanın rütubətililiyi 20-30 faizdir. Bel olanda arılar isti havanı yuvadan qovmaq üçün davamlı vintilyasiya edir. Ancaq çöldən yuvaya gələn hava çox qurudur. Bu quru hava yumurtaları sıradan çıxarır. Yuvanın içində davamlı 34-35 dərəcə temperatur, 70-80 faiz rütubət olmalıdır ki, arılar bala yetişdirə bilsin. Belə vaxtlarda arılar ana arını da öldürə bilirlər. Elə düşünürlər ki, ana arı keyfiyyətsizdir deyə onun yumurtalarından sürfə olmur. Nə edə bilərik? Əgər imkanınız varsa, arıxananı gecədən yaxşıca sulayın ki, gün istisində ordan buxarlanan rütubət arılara kömək etsiz. Ya da yuvanın içərisinə yarım yemlikdə səhət tezdən sərin su qoya bilərik. Bu su gün boyu içəridə həm isinərək içərinin temperaturunu azalda bilər, həm də rütubət yarada bilər. Gecələr də indi çox soyuq olur. Günüz qızan su, gecələr içərinin temperaturunu normallaşdırmaq da da faydalı ola bilər deyə düşünürəm. Ancaq 2-3 gündən bir suyu yeniləmək lazımdır. Əks halda içərisində mamır, şibyə və bəzi bakteriyalar çoxalır.
Toxum tökmüş ramkani başka bir arıya verdim həmən arıda toxuma xidmət etmədi başa duşə bilmədim nədəndir.Rəyinizə görə əvvəlcədən təşəkkür edirəm Zona Qaxrayonu Böyük Qafqaz Sıra Dağlarının ətəyi
Əgər arıxananızda sadəcə bu arıda bu problem varsa, başqa arılarda hər şey qaydasındadırsa, demək bizim bilmədiyimiz bir xəstəlik də ola bilər. Ona görə də bu arının yumurtaları sürfəyə çevrilmir.
Salam qardaş. Siz de Gülem Perga Polen Çiçek tozu Vərəmum Propolis Ari südü olurmu? Sizinle nece elagə yartamaq olar? Şabalid bali nece siz de olurmu? Men heyat yoldaşim xestelenib. Çox oxumuşam maraqlanmişam bu ari mehsullari ile hem de Qurani Kərimdə Ari sürə var. Allahin izni ile inshAllah isterdim ki bu möcüzəvi meshullardan elde edim. Sizə də duaçiyiq qardaş. Allah işinizi avand etsin. Əlinizə sağlik. Video tesadufən rast geldim abune de oldum sizin kanala. Uğurlar.
Salam, bəy. Allah xəstənizə şəfa versin. Təəssüf ki, hal hazırda əlimdə satılıq heç bir arı məhsulu yoxdur. Ancaq ölkədə kifayət qədər dürüst arıçılar var ki, dediyiniz bütün məhsulların təmizindən tapa bilərsiz. Təşəkkürlər.
Mən sentyabr ayında 20 arı ailəsi almışam. Bu neçə həftədə baxıramki arı yeşiklərinin içində rütubətlənmə nəmlənmə getdikcə artmaqdadır .arı yeşiklərinin qarşısında 3 sm dairədə havalandırma deşik qoyulub və arıların girəcək yeri açıqdır qalan yeşiyin üstü altı hər tərəfi bağlıdır .Sizin məsləhətinizə ehtiyacım var. Necə edimki bu qış vaxtı arıların ölümü getdikcə artmasın qarşısını alım ? Zəhmət olmasa ətraflı məlumat verərdiz ?
Salam. Əvvəlcə qapaqlardan və ya yuvanın künclərindən su sızmadığından əmin olun. Belə yerlər varsa, təmir etmək lazımdır. Yuvalarınızın taxtasının qalınlığı 3.5 sm. dən azdırsa, çöldən salafan və ya palatka kimi bir şeylə örtməkdə fayda var. Çünki yuvanın difarları nazik olanda daha çox soyuyur və içəridəki nəmli hava həmin soyuq divara toxunan kimi kondensasiya olub suya çevrilir. Əlavə olaraq yuvanın alt döşəməsindən, arxa trəfə yaxın ən azı 3 dənə 3-35 sm. diametirli deşiklər açın və yuvanın iç tərəfindən setka vurun. Bunlardan əlavə bir də çalışmaq lazımdır ki, arılarımız həmişə güclü olsun.
@@xanusta Çox sağolun geniş məlumat verdiyiniz üçün .qapaqları nazikdir yeşiyin divarları isə qalındır. Olabilər dediyiniz kimi nəmin kiflənmənin olmasının səbəblərindən biridə alt hissədə havalanma üçün deşiklərin olmamasıdır. Yeşiyin ön tərəfində 1 ədəd kiçik deşik var idi onuda arılar içəridən hörüb bağlayıblar .havalanma üçün təkcə arıların giriş hissəsi qalıb.
Salam men 2 gün bundan qabaq bece verib qacan arıları tutub yensiye yerlesdirdim bu gün baxiram ki arılar sanki ana arini yuvadan atır bu niye ola biler ki ?
Salam. Bu barədəki son qənaətim belədir. Əgər yuvanın havalanmasını qaydasına salmısızsa, yuvada xam pətək varsa, yuvanı lazımı qədər genişləndirmisizə, daha narahat olmayın. O toplaşan arılar yuva içərisində o an etibarı ilə heç bir işləri olmayan arılardır. Yuva içərisindəki 22 günlərini bitirdikdən sonra işçi arı olaraq ucacaqlar. Buna görə narahat olmağa dəymir. Qoyun saqqllı gəzsinlər bir müddət.
Bu videoda dediklərimdən başqa edə biləcəyimiz çox şey yoxdur. Bir də belə saqqal buraxan arıdan bölmə almaqla içəridəki cavan arı sayını azaltmaq olar. Belə vəziyyət adətən bal mövsümündən əvvəl olur. Zamanla da hər şey qaydasına düşür.
Beçə vermə də zahirən buna oxşayır. Ancaq beçədə adətən arılar yuvadan çıxıb kənarda bir ağac budağına topalaşırlar. Bir müddət orda gözləyəndən sonra özlərinə uyğun yuva tapıb gedirlər yeni yuvalarına. Ancaq saqqal dediyimiz bu halda günün isti vaxtlarında çölə, yuvanın önünə çıxır, sonra da yenə yuvaya girirlər.
@@terlaneliyev4330 Günü bu gün, 2 ya da 3 arı ailəsi alın. Yeni, bu il doğulmuş ana arısı olan, bu ilin bölməsi. 5 çərçivə arı həcmi ilə. İçəridəki 5 çərçivədən 2 si yem, ortadakı 3 çərçivədə də yumurta, sürfə və pupa halında toxumu olan. Belə bir arı ailəsini yuvasız 100-120 manata ala bilərsiz deyə düşünürəm. Yuva olaraq 10 çərçivəli 23 sm-lik çərçivələrə yığılan arı yeşiklərini seçin. Belə yuvaları da yuvanın özü və üstünə bir mərtəbə ilə 60-80 manata almaq olar. Bu ailələr üzərində işləməklə öyrənməyə başlayacaqsız. Bu 3 ailəyə lazımi qulluğu edərək qışdan yaza çıxara bilsəz, gələn mövsümə sizə məhsul verəcək 3 ailəniz olacaq. Hər şey yaxşı getsə gələn payıza bu 3 ailəni 9 etmək olar. Arını harda saxlayacaqsızsa, o bölgənin arıçılarından yerli arı cinsindən arı almağa çalışın.
Düz deyirlər. Çərçivəni arının ehtiyacına görə vermək lazımdır. Artıq çərçivə aırlar üçün əlavə iş və əziyyətdir. Mən isə burda yuva içərisində fərqli yaş qruplarından olan arılar arasında pozulmuş balansı tənzimləmək niyyəti ilə çərçivə verirəm. Normal halda isə dediyiniz kimi etmək lazımdır. Bir də əgər bal mövsümüdürsə, əlinizdə də örülmüş hazır şanlar varsa, bu zaman da şanları bir dəfəyə çox vermək olar.
Yem qabının əsas vəzifəsi erkən yazda və payızın sonlarından arıların yem əksikliyini tamamlamaq üçün yemləmə zamanı istifadə edilməsidir. Bundan əlavə bəzən yem ilə verilən dərmanların verilməsində də işə yarayır. Əlavə olaraq yarım yem qabının altına örülən erkək şanları vasitəsi ilə arıçılar gənəyə qarşı mübarizə aparırlar və yuvadakı ərkək arı sayını tənzimləyirlər.
Yuvanı vaxtında genişlətmək və vaxtında çərçivə verməklə nəzarətdə saxlamaq olar. Əgər bunlar da kömək etmirsə, bölmə götürməli oluruq. Əks halda aır beçə verə bilər.
Hər şeyə ramən yenə də bu ola bilər. Narahat olmayın. Bu yuvada yaş qruplarına görə say balansının pozulmasından olur. Yəni içəridə həddən artıq gənc arı var. Uzağı 10 günə onlar işçi arı olacaqlar və uçub gedəcəklər iş dalınca.
Vıdyolarnz cox ıwe yararlı olur bılmedymz mesellerde komeklynz deyer ınwallah
Təşəkkürlər.
Maşallah qardaş. Allah bərəkətli eləsin
Minnətdaram, bəy.
Faydalı məsləhətləri nizə görə saqolun,davamı gəlsin
Sağol qardaş, kanal açmaq elə sənə yaraşır. Səsin də, nitqin də, sənətin də gözəldir. Əhsən. Uğurlar. Bərəkətli olsun.
AY MAŞŞALLAH ALLAH BBƏRƏKƏT VERSİN.
Təşəkkürlər, bəy.
Halaldi duz söze ne deyesen
Masallah bereketli olsun.
MaşAllah, Bereketli olsun.
Təşəkkürlər.
Salıam Əleykum Müəllim Özünüz Kimi Bu Gözəl Paylaşımıara Görə Sizə Bir Çox Təşəkkürmü Minətdarlıgımı Bildirəm Nəzər Yetirəm Hər Bir Şeyi Haqqı Oldugu Kimi Deyirsiniz Eşq Olsun 👍
Çox maraqlı bilgilər verdiniz ,Allah sizdən razı olsun!👍👏👏📌
Cox sagolun qardas gozel nesyetlere gore
Minnətdaram, bəy.
Спасибо большое.
Salamun Aleykum. Çox sağol dəyərli məsləhətlərin çəkilişlərin üçün Allah Razı Olsun.
Təşəkkürlər. Aleykum salam.
Çox sağol qardaş.Deyərli məsləhətlərinizə görə.
Faydalı məsləhətə görə təşəkkürlər ALLAH ruzini bol etsin
Minnətdaram, bəy. Təşəkkürlər. Sizin də ruziniz bol olsun.
Bütün məsləhət,səliqə,səhman,dilimizə hörmətlə yanaşdığınıza görə sağ olun,bircə saçınızın arxadan bu cür bağlanması Azərbaycan cəmiyyətinə yaddı.Düzəlişə ehtiyac var.
Rəyinizə görə təşəkkürlər. Bu "saç" məsələsinə diqqət çəkən izləyicilərimizin sayı gün keçdikcə artır. Uzun saç saxlamağımla bağlı bir çox məntiqli səbəbim var. Belə getsə "Arıçının saçı neçə olmalıdır?" başlıqlı bir video hazırlamalı olacam deyəsən. 😊
İradınızı hörmətlə qarşılayıram və bu mənim xətrimə dəymir. Bir daha təşəkkürlər.
Təşəkkür,dostyana məsləhətdi.Söhbət saçın uzunluğundan deyil,arxadan bağlanılmasından gedir
Arının da özünün də saçını qırx
Машаллах Аллах баракат версин
Saqolun .Bərəkətli olsun.
Çox sağ olun, nə gözəl izah edirsiz.
Mən arı saxlamıram, birdən qarşıma çıxdı video.
Sizin kimi insanlara çox ehtiyac var.
Var olun👍🏻
Minnətdaram.
xeyirli uğurlu olsun
Təşəkkürlər.
xeeyirli olsun.klenka istilik yarada biler birdeki yem qabini icinde saxliyanda bir ramkanin yerin tutur
Murad bəy. İl yarımdır salafandan istifadə edirəm, hələki bir problem yaşamadım. Təbii ki, yuvanın aşağıdan havalanması olmalıdır. DÜzdür, yemlik yer tutur. Ancaq altında həmişə ərkək şanı və ərkək yumurtaları olur. Bayızda da arılar ora bal yığırlar və bir növ divar çərçivəsi vəzifəsini görür. Keçən qış yemlikləri çıxarmışdım yer tutmasın deyə. Daha doğrusu tam ballı çərçivələr qoya bilim deyə. Ancaq yazda çıxardığım üçün peşman oldum. Bəzi günlər ani yemləmək lazım gəldi, ancaq yemliklər yerində olmadığı üçün edə bilmədim.
Ma şa Allah
Davamı gəlsin inşəllah.
Allah razı olsun. Cox faydalıydı.
Təşəkkürlər, Süleyman bəy.
Menden 👍👍👍 ve abune oldum.
Təşəkkürlər.
Allah Razı olsun qardaş mənim arılarımda belə olub sizə baxdım indi nə etməli olduğumu bildim
Bereketli olsun qardaş
Təşəkkürlər, bəy.
Əla
sagol Qardaş məlumata göre
Allah bərəkət versin bəy 👍
Gözəl qardaş.Paylaşima davam.bizdə baxaq öyrənək.
Var ol, Qardaş.
Vidioya görə çox sağolun
Cox sagol qardas
Mashallah
Cox sag ol bəy təşəkkürlər.Mən arı haqqında onu deyə bilərəm ki daim arımız olub 15. 20 ədəd və cox sayda yeşiklər hazırlamışam azda olsa məlumatlıyam əksər arıcıların fikirlərinnən razlaşmıram sən yekanə arıcısan ki danışdıgın hər bir söz dogru həmdə əsaslı oldu cox sag ol var olasan təşəkkürlər
Təşəkkürlər. Mən düzü hələ özümə arıçı deməyə çəkinirəm. Daha çox öyrənməyə çalışıram.
Super
Çox marağlı alınıb. 🌟
Аи маладес яша
MaşAllah axırıki bizdədə professional arıçı kanalı əmələ gəldi.İşinizdə ugurlar arzulayıram
Minnətdaram, bəy.
Salam. Onu qəşəng dedin. Məşquliyyətləri yoxdu. Yutub, tik tok, insta və s. Kaş bizimdə belə məşquliyyətimiz olmazdı. Evdə söhbət etməyə adam tapmıram. Hamı girib telefona. ... Dəyərli məsləhət üçün çox sağ olun.
Salam coxsagolun deyerli fikirleriniz ücün.Bir vidyo da örtük haqinda demiwdiz cekecem ne örtek klyonka parca yoxsa mewuqmu?
Çəkəcəm, bəy. İnanın ki, bu video işi çox da asan deyil. Ən azı bir sutkamı alır. Bəzən bir həftəyə başa gəlir.
Cox gözel izah edirsiz
Təşəkkürlər.
Maşallah
Allah bərəkət versin
👍👍👍
Faydalı məsləhət
Salam bereketli olsun.mende arı var mertebededi kifayet qeder bowyer var ama yene saqqal sallayir o nedendi?
O zaman havalanmanı yaxşı edə bilmirlər yəqin. Yuvanın altından arxa tərəfdən bir-iki dəlik açın. içəridən də üzərinə setka vurun. Havalanma yaxşı ols düzələcək böyük ehtimal.
MasAllah usta Allah razı olsun mən sizi takib edirəm davamı gelsin
Manşaallah bərəkallah çox gözəl insan arada sızın söhbətdə qulaq asıram . mən özüm də arıçılıq ilə məşğul oluram
Təşəkkürlər.
maşallah arılarınıza
Təşəkkürlər.
Əhsən.
rəhmətlik müəlliməmin bir xoş sözü yadıma düşdü: saqqallın ağarsın.
Bu əslində bir alxış, xeyir duadır, məncə. Yəni uzun ömürlü olasan, saqqalın ağarana qədər yaşayasan, deməkdir. 😊
Gözel insan senin videolarin cox xoşuma gelir ve izleyirem bu günden sene abune olmuşam ve maraqla baxiram .mende istiyirem ariciliqla meşqul olum . Sözün doqrusu qacan arilardan tuturam ve saxlayiram .senede uqurlar deyirem .
Allah bərəkət versin arılarınıza. Təşəkkürlər.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Salam Aleykum qardaş bes yeri geniş olan arı 4-5ramkalıq vəyaxutda teze bölünmüş arı niye bele etsinler
İçərinin çox isti olması buna səbəb ola bilər.
ucuncu korpus qoyursan yem qabinida atarsan ucinə 😉Qardaş ariya yem verən vaxdımı Sonrada deyəssiz təmiz baldi Bizlərdə ariya ikinci mərtəbə qoyuldusa yem vermilər cunki o bal olmaz yemləsə pesok olar
Yem qabı yarım yemlikdi yəni altına arı şan toxuyub ona görə götürülmür hər halda . Siizənn etmək doğru deyil
Bərəkətli olsun
Əli bəy. Dediyiniz çərçivədən baxanda, haqlısız. Ancaq saxda bal hazırlamağın min cür üsulu var. Edən onsuz da bunu ustalıqla edir. Bilmirəm, siz arıçısız, ya yox. Ancaq Ustad arıçılar da tövsiyyə edir ki, yarım yemliyi il boyu yuvadan çölə çıxarmayın. Elə mən də əminliklə bu tövsiyyəni edirəm yeni başlayanlara. Elə bu gün, birdən bir həftə davamlı yağış yağsa, 3 mərtəbə qoşun ilə mənim arılarımın çoxusu acından ölər. Təbiətin işini bilmək olmur. Arıçı belə hallar üçün həmişə hazır olmalıdır.
Bundan əlavə yarım yemlik, ərkək şanı örmək üçün bir yerdir. Arıçılar zamanla bu üsulla gənəyə qarşı mübarizə aparırlar.
Son olaraq onu da deyim ki, bu il heç yemləmə eləmədim. Keçən ildən saxladığım ballı şanlarım var idi. Bu vaxta qədər onlarla gəldim. Amma onlar qurtardı daha. Dediyim kimi, sabah 1 həftə yağış başlasa mən arılarımı ya yemləməliyəm, ya da acından ölməlidirlər.
Bal bu il olmasa, gələn il olar. Ancaq arılar ölsə, bal heç vaxt olmayacaq. 😊
Rəyinizə görə də təşəkür edirəm. Bir az uzun yazdım, üzürlü bilin. Bəlkə bu rəyi başqaları da oxuyar və onlar üçün də aydın olar ki, ilin günün bu vaxtı yemliyin nə işi var yuvanın içində.
@@xanusta Uzürlü sayin yazdiqimi pis qəbul etmiyin Sadəcə mən qözümü acandan arimiz olub qörmədiyim ücün soruşdum yemlik barədə Uc korpus indidə dolu arilarim var və aynan yaqiş yaqsada biz ariya mart cixandan sonra yem vermirik Ari özü qücünə baxib yeminə baxıb qoşun artirir bizdə Birdaha xeirli bərəkətli illərdən olsun
Əli bəy. Heç bir narahatçılıq yoxdur. Əksinə, rəyləriniz üçün təşəkkür edirəm. Mən də bu il heç yemləmə eləmədim. Ancaq bu il yağışlı günlərdə və mart ayının son 20 günündə əgər gündəlik yarım stəkan yemləmə edə bilsəydim, indi yeşiklərdə arı sayım 30 faiz daha çox olardı. Amma həmin günlərdə 20 gün bir, 15 gün də bir ana arılar çöldnə gəlir gəlmədiyi üçün yumurtanı kəsdilər. Və arada atm iki nəsil arı doğulmadı.
Super ❤️
Dinləməkdən yorulmuram mən təzə başlamisam bir arım var bərəkətli olsun Sizinkide; mənimki də; hamının ki.
Bərəkətli olsun. Arıçı ataların bir sözü var: "Bir arıya az demə, yüz arıya da çox."
😆😆🤣🤣🤣tik tokları yoxdu...😅🤣nə qədər güldüm....orda bir birinə sallamaqdansa niyə təbiətə uçub getmirlərki....üst üstə qonanda da isti olar ..
Arı kaloniyasında ana arı yuvadan heç çıxmaz. İşi gücü yumurta atmaqdır. Ərkəklər heç bir iş görmürlər demək olar ki. Orda yığılanlar işçi dişi arılardır. İşçi arılar doğulandan sonra 22 gün ancaq yuva içindəki işləri bölüşürlər öz yaşlarına görə. Məsələn doğulandan sonra12-18 günlük arıların işi şan örməkdir. Ancaq bəzən elə olur ki, yuvada ya mum örməyə yer olmur, ya da ehtiyac olmur. Belə zamanlardan bu arılar içəridə iş görən arılara mane olmamaq üçün çıxıb yuvanın kənarında gözləyirlər. Yəni, əslində bu davranışları belə bir növ ümumi işə xidmət edir. 23 günlük olduqları zaman çölə bal, su və çiçək tozu gətirmək üçün gedəcəklər.
😂😂🥰
Cox sagolun
🙏
Salam aleykum sizde fikir verdimki ramkalarin ustune cigala qoyubsuz bez cigala rutubet yaratmirki yuvanin icinde
Bu vdeoda sizin sualınızın ətraflı cavabı var, bəy.
ua-cam.com/video/GSJN7KBOirg/v-deo.html&ab_channel=XanAr%C4%B1%C3%A7%C4%B1l%C4%B1q
Men arilari cox sevirem evveller bizde saxlayirdiq ozude elli atmis dene sonra bir bir qirildi
Pətək olmadan boş çərçivə vermə səbəbi nədir?
Burda xam pətəyim yox idi. Ona görə belə etdim. Amma başqa səbəbdən xam pətəyə üstünlük verirəm əslində. Ancaq bundan hələ əmin deyiləm. Əlavə video olacaq bu barədə.
Çox sağol təşəkkürlər mən bücür elədim, deməli sakkal çox idi mənim ari yeşiyimdə sakkalin yanina bir ramka qoydum sakkalda ramkaya keçdilər arilar olari gətirdim zəif yeşiy var idi onun qabiğnda çirpdim bir neçe defe arilar mühacirət etdilər ama səhərsi baxdim 60 70 yaxin ari ölmüşdü mühacirətdən sora nədən ola bilər ?
Bir-birlərini qırıblar. Yəqin birləşdirdiyiniz arı çox zəif olub. Həmişə zəif arını güclüyə birləşdirmək lazımdır. Bir də çalışmaq lazımdır ki, birləşdirərkən çölə işləyən tarlaçı arıları və 19-21 gün arası yaşı olan arıları birləşdirməyəsiz. Bu zaman arılar arasında döyüş olur. Saqqal salxımına toplaşan arıların da əksəriyyəti 19-21 günlük arılar olurlar adətən. Onların işi içərinin havalandırılması və mühafizəsidir. İsti havalarda və bal gələn zaman çox işləri olmadığı üçün mane olmamaq üçün çıxırlar yuvanın önünə. Yəni əslində belə davranmaqla da içərinin daha çox isinməməsini təmin etməyə çalışırlar. Belə arıları birləşdirməmək lazımdır.
Zehmet deyilse mene meslehet vererdiz cigalami yaxşidi yoxsa meşok hansi taada yaxşidi cox saqolun
Bu videoya bir göz atın, bəy. Əgər yenə də sualınız olsa, videonun altında yazın, əlimdən gəldiyi qədər cavablamağa çalışaram.
ua-cam.com/video/GSJN7KBOirg/v-deo.html&ab_channel=XanAr%C4%B1%C3%A7%C4%B1l%C4%B1q
Salam qzrdaş cox gözel başa salırsan.bu qara ramka balla ve bala ilə olanda ne edek
Çox qaradırsa və boşdursa əridib mum kimi saxlaya və sata bilərsiz. Əgər ballıdırlarsa, yaza qədər səbr edin. Yazda o ballı qara çərçivəni yem kimi kənar çərçivə kimi arılara verib, balı təmizlənəndən sonra götürüb əridə bilərsiz.
Xeyirli olsun, maraqliydi. Siz bal satirsiz?
Olanda satırıq, bəy. Ancaq hal hazırda yoxumdur. Bəlkə avqust ayında olar. ))
salam bərəkətli olsun usta yem qabni niyə qoyursan mərtəbəyə
Səadət xanım. Məsələ burasındadır ki, artıq yem qabı sadəcə arını yemləmək üçün istifadə olunmur arıçılıqda. Arılar yarım yemliyin altına şan örürlər. Bu da adətən ərkək arı gözlü şan olur. Gənələr də yumurtalarını daha çox ərkək pupalarının içinə qoyurlar. Arıçı vaxtaşırı yemliyin altındakı ərkək pupalarını kəsib götürür. Beləcə heç bir zəhərli vasitədən istifadə etmədən arı gənəsi ilə mübarizə aparmaq olur müəyyən qədər.
Bundan əlavə, ilin sadəcə bəlli vaxtlarında təbiətdən gəlir gəlir. Bal axımı əgər köç edəriksə, ən çoxu 40 gündür bizim ölkədə. Ondan əlavə vaxtlarda gələn gəlir arının gündəlik təlabatına güc ilə çatır. Bal götürə bilmək üçün güclü arı kaloniyalarına ehtiyac var. Bunun üçün də gərək arıçı təbiətdə gəlir olmadığı vaxtlarda arını az-az da olsa yemləsin. Əks halda ana arı yumurta atmaz və arıçının bal mövsümünə bal toplayacaq güclü arı ailələri olmaz.
Bütün il boyu yemliyin yuvanın içində olması məsləhətdir.
@@xanusta ətrafli məlumata gorə çox sag olun
Salam aleyküm qardaş saqqal uzatmaq beçe vermek demekdi?, Her eytimala qarşi cavab yazdiğiniza göre teşehkür edirem
Yox, bəy. Arının saqqal buraxması, yəni günün isti vaxtlarında çıxıb yuvanın önündə topalaşması, içəridə gənc arıların həddən artıq çox olmasının əlamətidir. İçəridə çox, və heç bir iş görə bilməyən gənc arı olduqda, ümumi işə mane olmamaq üçün onlar belə edirlər. Ancaq bu cür yuvalarda vaxtında tədbir görülməsə, təbiətin də yaxşı gəlirli vaxtıdırsa, bu cür yuvalar 99 faiz beçə verəcək.
Salam qardaş arlarì yaylağa aparmaq meslehetdi ? Ya aran rayonlara? Çoxsaqolun
Salam. Hər yerin özünəməxsus florası var. Əgər olduğunuz yerdə hal hazırda gəlir yoxdursa, bu dəqiqə dəniz səviyyəsindən 1200-1500 m. yüksəklikdə Qafqaz dağlarında bal mövsümüdür. Əsas nektar qaynağı olan Cökə ağacları çiçəkləyib. İmkanınız varsa, aparın dağa. Həm yayın istisindən qorumuş olarsız, həm də bal görürə bilərsiz. Dağlarda polen də indi bol və çeşitli olur.
@@xanusta çoxsağol qardaşm minetdaram deyerli vaxdnzì ayrb yazmsnz
Salam təşəkkür edirəm video üçün , hansı bölgədə arı saxlayırsınız?
Aleykum salam, bəy. Oğuz rayonu.
Salam dəyərli insan mən sizdə oldugu kimi mərtəbəli yeşiklərdən istəyirəm necə əldə etmək olar xahş edirəm cavab yazardız təşəəkkur edirəm
Bu cür yeşikləri düzəldən ustalar demək olar ki, hər bölgədə var. Arıçılıq mağazalarında da hazır yuvalar satılır. Öz bölgənizin arıçılarından soruşsaz, sizə yaxın və uyğun olan ustanı deyərlər yəqin ki.
salam qardaş
Aleykum Salam.
😂😂 sağol qardaş
😊😊👍
Yeşiyin içerisine vayfay çekmek olar?😃
Əslində bunu edən arıçılar dünyada artıq var. Onlar yuvaya xüsusi sensorlar bağlayırlar. Beləcə uzaqda olanda belə yuvanın içindəki temperatura, nəmişliyə və s. nəzarət edəb bilirlər. 😊
Salam qardaş balalı ramkanı göturub balını kəsib balalı yerin yeşikə qoymaq olar?
Əgər uyğun temperatur və nəmişlikdə səliqəli bir halda bunu edə bilirsizsə, olar. Ancaq etməmək məsləhətdir. Balal olan çərçivədə o qədər də bal olmayacaq. Olsa belə, o bala arıların özlərinin bizdən çox ehtiyacı var. Arıçı gərək bu bala göz dikməsin.
Salam. Mən yeni ari saxlayiram. Məlumatim azdir. İyul ayini qurdlara ag qurumus səkildə yesikden cixarirdi. Dedilər curumə xəstəliyidi ozu kecəcək. O aridan balda goturə bilmədik. Həmin ari cox zəifləyir. Təbiiki yeni arilarda əmələ gəlməsinə baxmayaraq ag səkildə qurumus qurddar azda olsa yenə rast gəlinir. Mən nə etsəm həmin arini xilas edərəm o xəstəlikdən. Arxanada əlavə 7 arimda var onlarda elə sey musahidə olunmur. Narahat etdiyim ucun təsəkkur edirəm.
Kənan bəy. Arıçılar arasında bu xəstəliyə Kirəcləmə deyirlər. Bütün arıxanalarda bu cür arı ailələri olur. Fərqli müalicə üsulları da var. Ancaq bu müalicələr də həmişə effekt vermir.
Şəxsən mən bu cür arıların müalicə etməməyin tərəftarıyam. Adi insanları götürün. Bəzən bir ailədə hər kəs qrip virusuna tutulur, ancaq bir nəfər yox. Ya da sadəcə bir nəfər xəstələnir, başqaları yox.
Mənim məsləhətim, bu cür xəstə, zəif arıları çıxdaş etməkdir. Siz sağlam, xəstəliklərə dözümlü arılarınızı saxlayın və çoxaldın ki, gələcəkdə bu cür xəstəliklərlə mübarizə etmək məcburiyyətində qalmayasız. Əgər bu arınızı müalicə edib, bu arıdan nəsil çoxaltsanız, növbəti illərdə daha çox belə xəstə arılarınızı müalicə etməli olacaqsız.
Bu bir göbələk xəstəliyidir. Dəqiq və tam müalicəsi də demək olar ki, hələ yoxdur. Arını sıxlaşdırmaq, artıq çərçivələri yuvadan götürmək bir az kömək edir. Bundan əlavə limon suyu və sirkədən istifadə edən arıçılara da rast gəldim. Ancaq mən özüm bu cür arılarımı müalicə etmirəm adətən.
Salam menim bir yeşik Arıma korpus qoymuşam arı sayıda yeteri qeder var Ancaq qoydugum şanı toxumurlar iki defe de beçe verib çıxıb qaytarıb içine yigmişam ana yumurta atır ancaq yenə analıq hörüler men dagıdıram onlarhörür şanın üstünde zincirlenib oturublar ancaq şan hörmür ler ne ede bilerem Neden belə edirlər nə. Məsləhət görürsüz
Beçə psixologiyasına girən arılar adətən işləmirlər. Əsas səbəb sizdə budur. Bir də əgər təbiətdə gəlir yoxdursa, bu zaman da arılar şan örməzlər. Gərək bol yemləyəsiz ki, gəlir olmayanda şan örsünlər.
Ən yaxşısı siz o arını 3-4 çərçivə arı həçmi ilə ayrı ailələrə bölün. Hər bölmədə də 2-3 ana üsküyü olmasına diqqət edin. Bir ay sonra yeni ana ilə növbəti il üçün arı ailələriniz olsun. Əks halda bu ailənin nə sizə, nə də özlərinə bir faydası olmayacaq. Bir gün görəcəksiz ki, içində bir ovuc arı qalıb.
O biri yeşiklerim şan hörür ancaq hemin yeşiyim hörmür bir ramka hörüb o biri leri hörmür birde men arımı bölmek isdemirem başqa ne ede bilerem
Həmin ana o yuvanı tərk etməyənə qədər o ailə normal iş rejiminə başlamayacaq, bəy. Ən azından mən öz təcrübəmdə belə görmüşəm. Belə də edə bilrəsiz:
1. Ana arını 2 çərçivə arı ilə ayıra bilərsiz. Yuvadakı arılar yeni ana üskükləri qoyacaq. Bu üsküklərdən 2-3 ədəd saxlayıb qalanlarını dağıdırsız. Ancaq bu ailə güclüdürsə, bu analar da sağlam çıxarsa, yenə də beçə verə bilərlər. Ona görə də Analar doğulandan sonra birini saxlayıb, digərlərini götürürsüz yuvadan. Bu proses 1 ay sürəcək. O vaxta qədər də çox güman beçə həvəsindən düşəcəklər.
2. Yuvanın yerinə başqa yeşik qoyub, içinə xam təməl pətəkli çərçivələr qoyursuz. Sonra bu yeni yuvanın önünə kisə və ya örtük skoplayıb, bütün arını bu örtüyün üstünə silkələyirsiz. Yumurtalı çərçivələri başqa arılarınıza paylayırsız. Beləcə sünii beçə verdirmiş olursuz və ehtimal var ki, bundan sonra normal fəaliyyətlərinə başlasınlar.
@@xanusta Salam Əleykum Müəllim Sizə Halaldı Dərsi Belə Keçərlər Çox Vidyolara Nəzər Yetirəm Onların Bir Özünə Dərs Keçən Lazımdı Sonrada Ən Çətin Usularla Öyrətirlər Çalışmaq Lazımdır Ki Bu Sənətə Yeni Başlayanlar Bir Şey Anasın Sonradan Çətin Usuları Özü Görüb Öyrənəcək Bir Çox Təşəkkürlər .
Mende lap saqqalı yere deyir)) ama gecede girmirler
Son qənaətim belədir ki, yuva içərisində fərqli yaş qrupu arıların say arasında balans pozulanda bu hadisə baş verir. Qarşısını almaq üçün çox üsuldan istifadə etmişəm. Ancaq bəzən heç nə çömək etmir. Əslində bu təbii bir prosesdir. Yuva içində işi olmayan arılar digərlərinə mane olmamaq üçün bu cür kənara çəkilirlər. Bir müddət sonra isə tarlaçı arılara çevrilib iş dalınca gedirlər. Yəni çox da narahat olmağa dəyəcək bir şey deyil.
Bu insan bizim kəndəndi adıda bakıxandı özdə çox savadlı insandı bəli saçınada diggət yetirsə yaxşıdı əsas oduki sırga taxmasın
"Sırğa" 😊👍
Mənim arı yeşiyimə ağ böyük qurlar düşdü buda ramkalarda tor qurub arılarımın hamsını məhv etdi. ilk dəfə arı saxladığım üçün anlamadım nə olduğunu ora necə qurd düşdü.
Əgər yuvanın içində arı olduğu halda yuvaya güvə düşürsə, ya yuvada arı çoxaz olub və boş çərçivələrin sayı çox olub. Ya da arı hansısa səbəbdən öləndən sonra güvə inkişaf edib. Normal halda yuvanın içində sağlam ailə olduğu müddətcə şanlara qurd düşməz.
Salam.Sizə bir sualımız olacaq.Ana arı toxum tökür amma qidalandırılmır,toxumu eləcə qalır.Buna səbəb nə ola bilər?
Salam, bəy. Ötən il eyni təcrübəni yaşadım. Havalar çox istidir. Üstəlik də havanın rütubətililiyi 20-30 faizdir. Bel olanda arılar isti havanı yuvadan qovmaq üçün davamlı vintilyasiya edir. Ancaq çöldən yuvaya gələn hava çox qurudur. Bu quru hava yumurtaları sıradan çıxarır. Yuvanın içində davamlı 34-35 dərəcə temperatur, 70-80 faiz rütubət olmalıdır ki, arılar bala yetişdirə bilsin. Belə vaxtlarda arılar ana arını da öldürə bilirlər. Elə düşünürlər ki, ana arı keyfiyyətsizdir deyə onun yumurtalarından sürfə olmur.
Nə edə bilərik?
Əgər imkanınız varsa, arıxananı gecədən yaxşıca sulayın ki, gün istisində ordan buxarlanan rütubət arılara kömək etsiz. Ya da yuvanın içərisinə yarım yemlikdə səhət tezdən sərin su qoya bilərik. Bu su gün boyu içəridə həm isinərək içərinin temperaturunu azalda bilər, həm də rütubət yarada bilər. Gecələr də indi çox soyuq olur. Günüz qızan su, gecələr içərinin temperaturunu normallaşdırmaq da da faydalı ola bilər deyə düşünürəm. Ancaq 2-3 gündən bir suyu yeniləmək lazımdır. Əks halda içərisində mamır, şibyə və bəzi bakteriyalar çoxalır.
Toxum tökmüş ramkani başka bir arıya verdim həmən arıda toxuma xidmət etmədi başa duşə bilmədim nədəndir.Rəyinizə görə əvvəlcədən təşəkkür edirəm Zona Qaxrayonu Böyük Qafqaz Sıra Dağlarının ətəyi
Əgər arıxananızda sadəcə bu arıda bu problem varsa, başqa arılarda hər şey qaydasındadırsa, demək bizim bilmədiyimiz bir xəstəlik də ola bilər. Ona görə də bu arının yumurtaları sürfəyə çevrilmir.
Salam qardaş. Siz de Gülem Perga Polen Çiçek tozu Vərəmum Propolis Ari südü olurmu? Sizinle nece elagə yartamaq olar? Şabalid bali nece siz de olurmu? Men heyat yoldaşim xestelenib. Çox oxumuşam maraqlanmişam bu ari mehsullari ile hem de Qurani Kərimdə Ari sürə var. Allahin izni ile inshAllah isterdim ki bu möcüzəvi meshullardan elde edim. Sizə də duaçiyiq qardaş. Allah işinizi avand etsin. Əlinizə sağlik. Video tesadufən rast geldim abune de oldum sizin kanala. Uğurlar.
Salam, bəy. Allah xəstənizə şəfa versin. Təəssüf ki, hal hazırda əlimdə satılıq heç bir arı məhsulu yoxdur. Ancaq ölkədə kifayət qədər dürüst arıçılar var ki, dediyiniz bütün məhsulların təmizindən tapa bilərsiz. Təşəkkürlər.
Mən sentyabr ayında 20 arı ailəsi almışam. Bu neçə həftədə baxıramki arı yeşiklərinin içində rütubətlənmə nəmlənmə getdikcə artmaqdadır .arı yeşiklərinin qarşısında 3 sm dairədə havalandırma deşik qoyulub və arıların girəcək yeri açıqdır qalan yeşiyin üstü altı hər tərəfi bağlıdır .Sizin məsləhətinizə ehtiyacım var. Necə edimki bu qış vaxtı arıların ölümü getdikcə artmasın qarşısını alım ? Zəhmət olmasa ətraflı məlumat verərdiz ?
Salam. Əvvəlcə qapaqlardan və ya yuvanın künclərindən su sızmadığından əmin olun. Belə yerlər varsa, təmir etmək lazımdır. Yuvalarınızın taxtasının qalınlığı 3.5 sm. dən azdırsa, çöldən salafan və ya palatka kimi bir şeylə örtməkdə fayda var. Çünki yuvanın difarları nazik olanda daha çox soyuyur və içəridəki nəmli hava həmin soyuq divara toxunan kimi kondensasiya olub suya çevrilir. Əlavə olaraq yuvanın alt döşəməsindən, arxa trəfə yaxın ən azı 3 dənə 3-35 sm. diametirli deşiklər açın və yuvanın iç tərəfindən setka vurun. Bunlardan əlavə bir də çalışmaq lazımdır ki, arılarımız həmişə güclü olsun.
@@xanusta Çox sağolun geniş məlumat verdiyiniz üçün .qapaqları nazikdir yeşiyin divarları isə qalındır. Olabilər dediyiniz kimi nəmin kiflənmənin olmasının səbəblərindən biridə alt hissədə havalanma üçün deşiklərin olmamasıdır. Yeşiyin ön tərəfində 1 ədəd kiçik deşik var idi onuda arılar içəridən hörüb bağlayıblar .havalanma üçün təkcə arıların giriş hissəsi qalıb.
Salam men 2 gün bundan qabaq bece verib qacan arıları tutub yensiye yerlesdirdim bu gün baxiram ki arılar sanki ana arini yuvadan atır bu niye ola biler ki ?
Ya yuvada iki və daha çox ana var, ya da mayalanmamış anadır, arılar mayalanması üçün təziq göstərirlər.
Qardaş xahiş edirem deyin.mertebede vermişem ramkada ama yene saqqalı qırxılmır.neyləyim
Salam. Bu barədəki son qənaətim belədir. Əgər yuvanın havalanmasını qaydasına salmısızsa, yuvada xam pətək varsa, yuvanı lazımı qədər genişləndirmisizə, daha narahat olmayın. O toplaşan arılar yuva içərisində o an etibarı ilə heç bir işləri olmayan arılardır. Yuva içərisindəki 22 günlərini bitirdikdən sonra işçi arı olaraq ucacaqlar. Buna görə narahat olmağa dəymir. Qoyun saqqllı gəzsinlər bir müddət.
BİRDƏNƏ PLANŞET ALIN BEKAR OLANDA PABİCİ OYNASINLAR 🤣
😊
Qafqaz arisi hec vaxt saqqal buraxmir buraxirsa demeli qafqaz adi burda serti soylenir
Bizim qapıya gəlib bal arilari saxlamaq qaydasınıda bilmirem..
Yaxınlıqda tanıdığınız bir arıçı varsa kömək istəyin. Bir yuva tapıb yığın içinə. Bunda sonra saxlama qaydasını da yavaş - yavaş öyrənəcəksiz, bəy.
O şərbət qabını da yığışdırın zəhmət olmasa...
Keçən payızdan yığışdırmışdım əslində. Ancaq peşman oldum. Bu barədə ətraflı video olacaq inşaallah. O zaman ümid edirəm ki, haqq verəcəksiz mənə.
Başqa cur nece etmək olar
Bu videoda dediklərimdən başqa edə biləcəyimiz çox şey yoxdur. Bir də belə saqqal buraxan arıdan bölmə almaqla içəridəki cavan arı sayını azaltmaq olar. Belə vəziyyət adətən bal mövsümündən əvvəl olur. Zamanla da hər şey qaydasına düşür.
Yesiklerin ortuyun hava alan parca niye istifade etmirsiz? Salafanla baqlayirsiz onu bilmek isderdim
Bu videoda sualınızın ətraflı cavabı var, Emil Bəy.
ua-cam.com/video/GSJN7KBOirg/v-deo.html&ab_channel=XanAr%C4%B1%C3%A7%C4%B1l%C4%B1q
Biz tərəflərdə arıların bu vəxiyyətinə "beçə"vermək deyirlər
Beçə vermə də zahirən buna oxşayır. Ancaq beçədə adətən arılar yuvadan çıxıb kənarda bir ağac budağına topalaşırlar. Bir müddət orda gözləyəndən sonra özlərinə uyğun yuva tapıb gedirlər yeni yuvalarına. Ancaq saqqal dediyimiz bu halda günün isti vaxtlarında çölə, yuvanın önünə çıxır, sonra da yenə yuvaya girirlər.
Axirinu zir dedin amma internetderi yoxdu😀😀
😊🙏
Allah Malına Bərəkət versin İn şa Allah
Qardaş bu Sənət barədə Mənə öyrədə bilərsiz
Bir Zəhmət Mənə Cavab Yazarsız
Salam, bəy. Əlimdən gələni edərəm.
@@xanusta Cox Sağ olun Var olasız Onda Başdayağ İk Nöbədə nə etməliyəm Bismillahdan soram ?
@@terlaneliyev4330 Günü bu gün, 2 ya da 3 arı ailəsi alın. Yeni, bu il doğulmuş ana arısı olan, bu ilin bölməsi. 5 çərçivə arı həcmi ilə. İçəridəki 5 çərçivədən 2 si yem, ortadakı 3 çərçivədə də yumurta, sürfə və pupa halında toxumu olan. Belə bir arı ailəsini yuvasız 100-120 manata ala bilərsiz deyə düşünürəm. Yuva olaraq 10 çərçivəli 23 sm-lik çərçivələrə yığılan arı yeşiklərini seçin. Belə yuvaları da yuvanın özü və üstünə bir mərtəbə ilə 60-80 manata almaq olar.
Bu ailələr üzərində işləməklə öyrənməyə başlayacaqsız. Bu 3 ailəyə lazımi qulluğu edərək qışdan yaza çıxara bilsəz, gələn mövsümə sizə məhsul verəcək 3 ailəniz olacaq. Hər şey yaxşı getsə gələn payıza bu 3 ailəni 9 etmək olar.
Arını harda saxlayacaqsızsa, o bölgənin arıçılarından yerli arı cinsindən arı almağa çalışın.
Salam.
Belə gördümki siz çox ramka qoydunuz.
Bəs deyirlər ramkanı iki-iki artırın, çox yox...
Bu haqda nə deyə bilərsiniz???
Düz deyirlər. Çərçivəni arının ehtiyacına görə vermək lazımdır. Artıq çərçivə aırlar üçün əlavə iş və əziyyətdir. Mən isə burda yuva içərisində fərqli yaş qruplarından olan arılar arasında pozulmuş balansı tənzimləmək niyyəti ilə çərçivə verirəm. Normal halda isə dediyiniz kimi etmək lazımdır. Bir də əgər bal mövsümüdürsə, əlinizdə də örülmüş hazır şanlar varsa, bu zaman da şanları bir dəfəyə çox vermək olar.
@@xanusta
Təşəkkür edirəm..
Yem qabi nə ücündü
Yem qabının əsas vəzifəsi erkən yazda və payızın sonlarından arıların yem əksikliyini tamamlamaq üçün yemləmə zamanı istifadə edilməsidir. Bundan əlavə bəzən yem ilə verilən dərmanların verilməsində də işə yarayır. Əlavə olaraq yarım yem qabının altına örülən erkək şanları vasitəsi ilə arıçılar gənəyə qarşı mübarizə aparırlar və yuvadakı ərkək arı sayını tənzimləyirlər.
belə bir vəziyyət olmasın deyə nə etməliyəm?
Yuvanı vaxtında genişlətmək və vaxtında çərçivə verməklə nəzarətdə saxlamaq olar. Əgər bunlar da kömək etmirsə, bölmə götürməli oluruq. Əks halda aır beçə verə bilər.
Mən şan atmışa yenədə saqqal atır nə etmək olar
Hər şeyə ramən yenə də bu ola bilər. Narahat olmayın. Bu yuvada yaş qruplarına görə say balansının pozulmasından olur. Yəni içəridə həddən artıq gənc arı var. Uzağı 10 günə onlar işçi arı olacaqlar və uçub gedəcəklər iş dalınca.
Arlnln saqallnan qabaq. Öz saclvl qaydlya qoy