Sizə öz rəşəkkürümü bildirirəm. Allah köməyiniz olsun .Əziyyət çəkirsiz .Haqqınızı halal edin .Çaşıb qalmışdım nə edim .Sağ olun ki, məsləhət verdiniz.
Salam . Çox Saq olun ustaq mənim bir arım var ( 6 ) aydır ğucum çatandan mənə xeyir dua ver çünkü bu mənim 20 --25 illik arzumdur indi yaşım. 60 keçib arzuma qovuşdum allahıma minnətdaram və Sizdə qabaqcadan təşəkkürümü bildirirəm.
Dəqiq deyə bilmərəm ki, konkret bu zərəri var. Çünki heç istifadə etməmişəm. Amma məntiqlə yanaşsaq, arının alışdığı yem şəkli isti vaxtlarda nektar, qışda isə baldır. Yəni baldan daha qatı qidanı istifadə etməkdə çətinlik çəkdiklərini düşünürəm. Qışda çarəsiz qalanda arıları acından öldürməmək üçün məcburiyyətdən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, arının qış yem ehtiyatını vaxtında tamamlayaq.
Hansı ay olmasından asılı olmayaraq yuvanın içində temperatur müsbət 14 dərəcədən aşağı düşdükdə arılar qış salxımına topalaşırlar. Bu da bizdə təbii ki, qış aylarına təsadüf edir. Ancaq bir də havalar elə keçir ki, dekabır, yanvar aylarında da arılar uçuşa çıxır. Yuvanın ağzını isə heç vaxt bağlamaq olmaz. Uçuş bacası həmişə açıq qalır. Sadəcə payız aylarında arılar bir-birləriniə basqın edirlər. Bunun qarşısını almaq üçün uçuş bacasını payızda bir az kiçiltməkdə fayda var. Ancaq tam bağlamaq heç vaxt olmaz.
Salam quba rayonunun bezi kentlerinde alma baglarna dermanlanma baslayacaq buna fikiriniz necedi isci arıların azalmasına sebe ola biler? Biz bal ala bilerikmi
Salam. Bağ sahibləri ilə arıçılar əl birliyi ilə məsləhətləşib işləsələr, hər iki tərəf üçün çox faydalı olar. Bağların dərmanlanması çox vaxt zərərverici həşəratlara qarşı edilir. Arı da bir həşərat olduğu üçün dərmanlar təbii ki, arıya da böyük zərər verir. Əgər belə bir risk varsa, vaxtında arılarınızı ən azı 7 kilometir uzağa aparmağınız məsləhətdir. Əks təqdirdə həm arılarınız məhv ola bilər, ya da məhsulunuza zərərli dərmanlar qarışa bilər.
Salam Rəşəd bəy. Üzürlü bilin ki, rəyinizə gec cavab yazıram. Mənim hal hazırkı qənaətimə görə arılara hansasa əlavə vitamin verməyə ehtiyac yoxdur. Gətirdikləri çiçək tozunda onlara lazım olan hər şey var. Əgər nə isə verəcəksizsə, əlavə çiçək tozu, polen vermək olar.
Salam mellim,size bir sualimda olacaq.Demeli men öz yeşiyimin çöl terefden kenarlarına 3 mm penaplas vurmuşam ki yağiş yeşiyin taxtasin nemlendirmesin. Bu ne derecede duzdur?
Salam. Heç bir zərəri olmayacaq. Əksinə faydası olacaq. Yuvanın yayda sərin, qışda isti olmasına kömək edəcək. Amma nəmdən qorumaq üçün yeşikləri boyamaq daha yaxşıdır. Çöldən vurulan penoplast da bir neçə il sonra ovxalanacaq. Gərək ömrünü uzatmaq üçün penoplastı da boyuyasız. Bir də köçəri arıçılıqda sizə mane ola bilər bu penoplastlar. Daşıma əsnasında qırılıb ovxalanacaq.
Səhv anlamadımsa, yuvanın ağzına çöldən şərbət qoyursuz. Əgər belədirsə, bunu etməsəz yaxşıdır. Düzdür, indi bir-birlərinə basqın etməzlər, amma bu üsul yaxşı deyil. Həm də o şərbəti başqa arılar da daşıya bilər. Əgər yuvanın içində arıların bal ehtiyatı tam azalmayıbsa, yemləri varsa, bu aylarda heç nə vermək lazım deyil. Yox, əgər yuvanın içində yemləri azdırsa o zaman yuvanın içindən yemləmək lazımdır. Ya şərbət, ya da kek ilə.
Salam. Qışda yox, ən yaxşısı qışa qədər vermək lazımdır. Əgər arının yem ehtiyatı kifayət qədər deyilsə, havalar soyuyana qədər yem ehtiyatını bərpa etməlidir bir arıçı. Əlavə olaraq hazır ballı çərçivələri də ehtiyat saxlasa lap əla olar. Erkən yazda əgər arıların yem ehtiyatı tükənərsə, bu ballı çərçivələri verərək həm öz işini, həm də arıların işini asanlaşdıra bilər.
Salam. Arılar ayaqlarında çiçəklərdən rəntli tozlar gətirirlər. Bu tozları şan gözlərinə doldururlar və ağız şirələri, bal və s. ilə qarışdıraraq orda fermentasiya edirlər. Bu arıların protein ehtiyacını qarşılamaq üçündür. Bu məhsula güləm və ya perqa deyilir.
Adətən arılar qış küməsinə girməmişdən əvvəl qoymaq məsləhətdir. İndi tam vaxtıdır məncə. Artıq və boş çərçivələri götürüb kənarlardan penoplast qoymaq olar. Əsas zəif arıların buna ehiyacı olduğunu düşünürəm. Güclü arılar üçün vacib deyil. Hətta mən düşünürəm ki, güclü arıları qışda həddən artıq isti eləmək, onları qışda yumurta atmağa sövq də edə bilər ki, buna ehtiyac görmürəm.
Yuvalarını dəyişəndə heç nə olmur. Ancaq yuvanın yerini dəyişəcəyiksə, bu zaman gərək arıları ən azı 6-7 km. uzağa aparaq. Əks halda işçi arıların çoxu əvvəlki yuvalarının yerinə qayıdacaq.
Salam. arınızın ana arısı sağlamdırsa, vaxtaşırı, müntəzəm şərbət və çiçək tozu ilə bəsləyərək gücləndirə bilərsiz. Ana arısı zəifdirsə, yeni mayalı ana arı almaqla bunu edə bilərsiz.
Bu barədə video hazırlamalıyam. Ancaq bilmirəm nə vaxta olar. Qısaca belə deyim. Şanları streç salafana bükün. Buzluqda -20 dərəcədə bir sutka saxlayın. Çıxarın siçan dəyməyəcək bir yerə qoyun. Yazda lazım olanda salafanı soyun və işlədin.
Salam Bəhram bəy. Arı ölümlərinin bir çox səbəbi ola bilər. Amma şübhəli lenta olduğuna görə, çox güman ki, ya dərmanın dozası həddən artıq çox olub. Ya da istifadə təlimatına tam uyğun tətbiq edilməyib. Çox təəssüf ki, xaricdən bizə gələn dərmanlarda doza problemi olur. Ona görə də həmişə üzərində yazılan istifadə qaydasına dəqiq əməl etmək lazımdır. Bir də dəfələrlə yoxladığımız dərman vasitəsi olsa belə, həmişə bir dərmanı bir-iki arıda test edib, sonra bütün arıxanaya tətbiq etmək lazımdır. Çünki bazarda saxta dərmanlar da olur.
Salam. Arılar ayaqlarında yuvaya rəngli çiçək tozları daşıyıb gətirirlər. Bu onların protein ehtiyacını qarşılayır. Artıq olanı şan gözlərində depoluyur, konservləşdirirlər. Sonra istifadə etmək üçün. Bu konserfləşmiş çiçək polenlərinə güləm deyirik.
Salam öncelikle bele faydalı videolar çekdiyiniz ücün teşekur edirem inanıramki bir çox yeni başlayanlar menim kimi sizi özüne rehber şeçir ve sizden bir xaişim var arı bölme çöxaltma haqındada video çekesiz ve hansı ayda bölünmelidi ana özünden çıxartmaqmı yoxsa almaqmı meslehetdi etrafĺı video çeksez sevinerem.
Salam. Təşəkkürlər, bəy. Hələ tezdir. Bir az da soyuqlar düşsün, arılar yumurta atımını tam saxlasın, yuvadakı qapalı toxumlar çıxsın və arı kümə halında topalaşsın. Ondan sonra müsbət 5 dərəcə temperatur olan bir gündə vermək olar.
Salam. Çox gözəl izahlı danışırsız. Təşəkkür edirəm. bəs oktyabrda bu prosesi aparanda, götürülən ballı çərçivədəki o baldan qida kimi istifadə edilə bilərmi? Avqustun sonundan dərmanlama aparılır ona görə soruşuram.
İndi bu dərmanlama məsələsi mübahisəlidir. Bildiyimi iki vasitə var ki, quzuqulağı turşusu və qarışqa turşusu, bu iki vasitənin insan və arı sağlamlığı üçün dozası aşılmadığı müddətcə heç bir zərəri yoxdur. Balda və mumda bulaşıb qalmır. Balın tərkibində də təbii olaraq hər kiki turşu var. Ancaq başqa böcək öldürücü dərmanlar var ki, məsələn amitras, fluvalinat və s. kimi, bax bu vasitələrlə dərmanlama etmişiksə, bu dərmanlar balda və mumda bulaşıb qalır. İnsan sağlamlığı üçün təhlükəli ola bilər.
Salam balli sanlari soyuducuda saxlamaliyiq? yoxsa dondurmaliyiq? birde hansi sanda gulem var hamsini saxlamaliyiq ariycun cox olsada?zehmet olmasa cavab veredizde cekib gosderereg izah etdiyvizcun cox saq olun ilk ilmizdi ari saxlayiriq sizlerden oyrenirig cox saq olun
Salam Nargile xanım. Çalışacam yaxın günlərdə bununla bağlı bir video hazırlayım. Ballı və ya boş olmasından asılı olmayaraq artıq şanları yuvadan çıxardan kimi mümkün qədər qısa vaxt ərzində streç salafana bükürük. -20 dərəcə və daha aşağı temperaturda bir sutka (24 saat) dondurucuda saxlayırıq. Ondan sonra dondurucudan çıxarıb boş yeşiklərə, boş mərtəbələrə və ya sitədiyiniz bir boş karobkaya yerləşdirərək gün düşməyən, sərin bir yerə qoyuruq. Siçandan da qorumaq lazımdır. Yəni soyuducuda cəmi bir sutka qalırlar. Ondan sonra istədiyiniz yerdə saxlayın. Güləmli çərçivələrə gəldikdə, mümkün qədər onların yuvanın içində saxlamaq lazımdır. Yox, əgər yuvada həddən artıq güləmli çərçivə varsa və siz artığını götürməyə məcbursuzsa, o zaman o çərçivələri davamlı dundurucuda saxlamalıyıq. Əks halda güləmlər öz keyfiyyətini itirəcək.
Salam qardaş necesiz men bu naylon örtü bezini 3 il istifada elədim arılarda tez tez nozema xesteliyi gördüm. Onu atıb kuval istifade etdib xestelik deməy olarkı yoxa kıdı qardaş pis başa düşmə ama mənim praqtikama görə kuval əla örtükdü
Yox, niyə pis başa düşürəm ki. Mən də demək olar bütün örtülərdən istifadə elədim. Bu plyonkadan əvvəl də kisə istifadə eləmişəm. Məndə də ən yaxşı bu plyonka oldu. Ona görə də hələ davam edirəm. Çox güman ki, yerinə görə, arıya görə fərq edir.
Salam, bəy. Ən yaxşı vasitələr Quzuqulağı və Qarışqa turşularıdır. Ancaq Quzuqulağı üçün bir az tezdir. Qarışqa turşusu verə bilsəz, dəqiq öyrənib qaydasını verə bilərsiz. Gənəyə qarşı təsir edən indi çox dərman vasitəsi var. Ancaq onların çoxusu balda və mumda qalır, insan sağlamlığına zərərlidir deyə tövsiyyə edə bilmirəm. Əgər vəziyyət çox ağır deyilsə bir az da səbr edib Quzuqulağı damlatma edə bilərsiz. Bu ən asan, zərərsiz və ucuz üsuldur.
İndi hansı bölgədə olduğunuzu bilmirəm. Arılarınıza baxın. Əgər yumurta atmanı kəsiblərsə, doğulacaq bağlı toxum yoxdursa gecə soyuq vaxtı verə bilərsiz. Burda əsas arıların bir yerə topalaşması və içəridə açıq və ya bağlı toxumun olmaması vacibdir. Damlamanın necə ediləcəyi ilə bağlı kanalda video da var. İstəsəz göz atarsız. Əgər arılarınız azdırsa, məsələn 5-10 arı ailəniz varsa, yeriniz də aran bölgəsidirsə, arılar hələ toxumdan dayanmayıbsa və ən əsası gənə yuvalardan həddən artıq çoxdursa, quzuqulağı turşusunu çərçivələri bir-bir çıxarıb hər iki üzünə püskürtmə də edə bilərsiz. Bu zaman hər arılı çərçivənin bir üzünə 2.5 ml. dən artıq məhlul püskürtməməyə diqqət edin. Yəni əsas doza çərçivə arasına 5 ml. dir. O dozanı aşmamaq lazımdır.
Şəxsən özüm, keçən Yanvar ayının əvvəlində Quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə eləməmişəm. Qarışqa turşusu vermək istəyirdim, amma alınmadı. Yəqin ki, yanvara qədər özüm heç nə etməyəcəm. Məsləhətə gəldikdə quzuqulağı və qarışqa turşusundan başqa tövsiyyə edə biləcəyim başqa dərman yoxdur. Gənəyə qarşı çox dərman var. Ancaq onların tərkibindəki amitraz və fluvalinat kimi təsiredici maddələr mumda və balda bulaşıb qalır. Bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə bu cür dərmanları tövsiyyə edə bilmirəm. Ancaq vəziyyət həddən artıq ciddidirsə, arı gənədən məhv olacaq vəziyyətdədirsə, əlacsızlıqdan istifadə etmək olar.
Salam. Gec cavab yazdığım üçün üzürlü bilin, Çimnaz xanım. Əgər təbiətdə nektar varsa, arılar da bal toplaya bilir. Təbiətdə olmayanda isə biz onlara qulluq eləməli oluruq. Yəni bəzi illər belə olur. təbiidir.
Ağzı bağlı bal çoxdursa, yuvada arı sayı da az deyilsə, narahat olmayın. Arılar özləri lazım olanda açacaqlar. Ancaq arı sayı az olanda, qışda balı isidib aça bilmir arılar. Ona görə də bəzən yazda arını açıb görürük ki, içi bal ilə doludur. Arılar isə boş şan gözlərinə girib ölüblər.
@@xanusta anladım.arisi çoxdur.ama yeşiyin ağzını açanda arıda narahatçılıq hiss elədim.dunen lentə vermişdim bilmedim ondandi yoxsa açıq balı az olmaqindandi.
Lentadan ola bilər. Dərman verəndə dozaya çox diqqət etmək lazımdır. Hər dərman verəndə əvvəlcə bir arıda yoxlayıb, sonra bütün arılara vermək lazımdır.
Qısaca belə deyim. Yuvadakı boş və artıq çərçivələri götürmək lazımdır. Sonra da şəkər şərbəti ilə əksik yem ehtiyatlarını tamamlamaları üçün yemləmək lazımdır.
Salam, bəy. Ramkanı götürəndə yuvaya tərəf üzü aşağı bir iki dəfə silkələyin. Əgər nektar tökülmürsə götürə bilərsiz. Əgər nektar tökülsə, qoyun bir həftə qalsın içərində. Balı arılar qatılaşdıracaqlar. Bundan sonra götürün.
0707442938. Bu nömrənin vatsapına yaza bilərsiz. Ancaq mümükün qədər zəng etməyin. Zənglərə cavab verməyə vaxtım olmur. Ancaq vatsap mesajlarına 24 saat ərzində əlimdən gəldiyi qədər cavab verirəm.
Hörmətli arıçı,təzə arıçıyam pətək nədir çərçivə nədir? Bu bir ikincisi mənim arım beçə verdi qutuya xam pətək qoydu amma arılar çərçivəni qabartmırdı Qapaqda toxuyurdu .Mən qopartdım olar toxudu dalaq dediyiniz.Axırda tələf oldu .Xam pətəyi toxumadılar ki, toxumadılar.Mən deyirəm ki,biz niyə arılara xam pətək veririk.Elə özləri toxusunlar.Təbiətdə olduğu kimi.Məsələn kötük balı kimi.Bağışlayın ki,sizi yoruram.Bilmirəm məni başa düşdünüz yoxsa yox? Yəni dediyim odu ki,çərçivəni qutuya boş qoysaq nə olar?Xahiş edirəm bunu açıqlıyasızÇox sağ olun . Yorulmuyasuz
Salam bəy. Sizin sualınızı başa düşdüm. Geniş mövzudur. Ancaq yenicə kanala video yükləmişəm. Kanala girin və o videonu izləyin. Sualınızın cavabının bir hissəsi elə o videoda var. Əlavə suallarınızı da həmin videonun rəylərində yazarsız.
Mən 23 smlik çərçivələrlə işləyirəm. Arılar isə 30 sm. çərçivələr üçün hazırlanmış yeşik idi. Çərçivələrin altında 7-10 sm boş yer qalır. Bu da bəzən arıların artıq şan örməsi ilə nəticələnir.
Çiçəklərin ərkəkcikləri var. Biz buna polen və ya çiçək tozu deyirik. Arılar bu tozları ayaqlarında yuvaya daşıyırlar. Orda şan gözlərinə dolduraraq fermentasiya edirlər. Bir növ konservləşdirirlər. Bu arının protein qidasıdır. Bəzən də həddən artıq çox toplayırlar bu tozları. Arıçılar da bu cür çiçək tozu ilə dolmuş çərçivələri götürüb hazır məhsulu mumdan ayırırlar. Bu məhsula güləm və ya perqa deyilir.
Ve bir meslehetim var bunuda deyim yutub kanalınızın böyümesi üçün ay ba ay mesel martda neynemek lazımdı aprelde ne etmek lazımdı bele bele hansı aylarda bölme korpus atma veya her ne etmek olursa çekses sevinerem ve inan men dediyim formada inanılmaz şeklide kanal böyuyecek
Salam. Payızdan arıların yemləri yoxdursa şəkər şərbəti ilə yem ehtiyatlarını tamamlatmaq lazımdır. Qışda arılara ümumiyyətlə yem verilməməlidir. Əgər qışın ortasında arıların yemi qurtarıbsa, təbii ki, öləcəklər. Bu zaman hazır balınız varsa nəsik salavan paketdə çərçivə üzərindən vermək məsləhətdir. Yoxdursa, qatı şərbət. O da alınmırsa məcburiyyətdən keklər vermək olar. Ancaq kek arının həzm sistemini pozur.
Basqın edilən arını arıxanadan uzaqlaşdırmaqdan başqa çarə yoxdur. Çöldən nektar gəlmədiyi vaxtlarda ehtiyatlı olmaq lazımdır. Yuvaların ağzını dar tutmaq, çərçivələri yuva içərisində uçuş bacasının önünə düzmək kömək edir. Mən belə vaxtlarda çox vaxt gecələr baxıram arılara.
Noyabrın 8 dəfondon şəkər verdim .Bu düzdürmü? Qeyd edim ki, hər pətəkdə 3 şərçivə var .Bal götürməmişəm Güləmi ümumiyyətlə tanımıram.Mənə məsləhət verin əgər mümkündüsə .Çox sağ olun
Salam. Əgər arılarınınzın içərisindəki çərçivələrin yuxarı hissəsindən ən azı üçdə bir hissəsi qədəri bal ilə doludursa, çox da narahat olmayın. Fondon heç istifadə etməmişəm deyə, bir şey deyə bilmərəm. Çalışın mümkün qədər arıya yeni hazırlanmış şəkər şərbətindən başqa qida ilə bəsləməyin. Əgər qışın ortasında məcbur qalsaz, kek verməli olacaqsız. Ancaq kek quru yem olduğu üçün arının mədə bağırsaq sisteminə mənfi təsir edir.
Salam.sizin bu yewikdə arinin az olmasina səbəb anaya toxum tökməyə ýer olmamasidir.güclü ari olub ramkalari tam balnan doldurub anaya toxum tökməyə yer yoxdu.indidə 2-3 ramkada toxum olmalıdı. Sizin ramkalarda yer yoxdu.havalar isti kecəndə noyabra kimi ana toxum tökur.
Təəssüf ki, yox. Dondurduğumuz zaman şan gözlərinə atılmış güvə yumurtaları məhv olur. Əks təqdirdə salafanın içində o yumurtalar zamanı gələndə dirçəlirlər və şanı məhv edirlər.
Mən elə düşünürəm ki, yumurta atmaq istəyən arı, bütün çərçivələr bal ilə dolu olsa belə özlərinə yer düzəldə bilər. Qafqaz arısı öz təbiətinə bələddir. Əgər yuvada yaza çıxacaq qədər cavan arı sayı varsa, adətən bal mövsümündən sonra yumurta atmağa o qədər də meyilli olmur. Əsas gücünü saxlayır yaza. Çünki bilir ki, ona güclü qoşun yayın ortalarından lazımdır.
Ya uzaqdan gətirirlər çiçək tozunu, yourulurlar. İlin bu vaxtı yuvada olanlar yaşlı arılardır. O qədər də taqətləri olmur. Ya da hava günəşli olsa da, soyuqdur. Üşüyürlər uçuş zamanı. Əgər hansısa bir xəstəlik yoxdursa, normal təbii səbəblər bunlar ola bilər.
Salam. Kandi, kek və s. bu kimi quru yemləri məcbur qalmadıqca arılara verməmək lazımdır. Çünki arı nektar ilə qidalandığı üçün quru yemlər onun həzm sistemində problemlər yaradır. Əgər arılarınızın kifayət qədər yemi varsa, yaza doğru havalar isinib şərbəti götürə biləcəkləri vaxta qədər səbr edin. Yox, əgər arılarınızda heç bal ehtiyatı qalmayıbsa, məcbur kandi verməlisiz. Yəni kandi vermə vaxtını bu cür düşünün; Əgər havalar verəcəyimiz şərbəti arıların götürə bilməyəcəyi qədər soyuqdursa və arılarımızın yem ehtiyatı tam tükənibsə, deməli kandi verməkdən başqa çarəmiz yoxdur. Kandini də arıların toplaşdığı hissədə çərçivələrin üzərinə qoymaq lazımdır.
Çox sağ olun sizdən çox şeylər öyrənirəm təcürbəm azdı axı Amma arıçıları bəziləri bal qışda donur balı az saxlayın əvəzinə şərbət verin deyirlər yəni çətinlik çəkirlər yeyə bilmirlər nəticədə ölürlər zəhmət olmasa sualı cavablayasız təşəkkürlər
Siz sağ olun, Məryəm xanım. Milyon illərdir arı öz balı ilə yaşayır. Son 100 ildir ki, biz ona yem verməyə başlamışıq. Yəni arıya öz balından daha yaxşı yem yoxdur. Əsas yuvada arı sayının çox olmasına diqqət etməliyik. Yuvada arı az olanda qışda öz ballarını isidib açaraq istifadə edə bilmirlər. Acından və soyuqdan tələf olurlar. Ancaq yuvada kifayət qədər arı sayı varsa, məsələn bizim şərtlərdə ən azı 4-5 çərçivənin üzərini örtəcək qədər, hər şey qaydasında olur. Bir də diqqət eləmək lazımdır ki, arıların qış küməsinə toplaşdığı mərkəz hissədə çərçivələrin yuxarısında ağzı bağlı bal kəməri olsun. Əks halda soyuq qış günlərində kümədən çıxıb kənardakı çərçivələrə keçə bilmir arılar.
Kümə. Yəni arıların qışda bir araya doplaşdıqları top şəklindəki yığılmış halları. Adətən yeşiyin ortasında və çərçivələrin aşağı hissəsinə yaxın toplaşırlar. Bir növ qış yuxusu da demək olar buna.
Salam. Çiçəklərin üzərində polen və ya çiçək tozu dediyimiz ərkəkciklər var. Arılar onları toplayıb ayaqlarına yapışdıraraq gətirirlər yuvalarına. Yuvada da şan gözlərinə dolduraraq orda fermentasiya edərək bir növ konserfləşdirirlər. Bu arıların protein ehtiyatıdır. Bu ənənəvi arıçılıqda güləm adlanır. Perqa da deyirlər.
Ən çox xoşuma gələn mütəxəssis bu kişidir.Çox rahat,aydın danışır,göstərir.
Təşəkkürlər.
Salam aleylum altı havaladırma olmayan qutuya qənd meşoxu qoyulsa düz üsuldumu?
Çox sağolun Allah bərəkət versinyaxsi izah edirsiniz biz təzə atıcılığı baslamisiq
Xeyirli və bərəkətli olsun. Minnətdaram.
Bakıxan gardas Allaha bərəkət versin izaha görə minnətdaram
Salam əziz qardaş bərəkətli və xeirli olsun Allah əziyətinizi itirməsin
Aleykum salam, Ədalət əmi. Minnətdaram. Var ol.
Cox ğözəl izah edirsən.Cox saq ol.
Minnətdaram, bəy.
Allah bərəkət versin qardaş.
Təşəkkürlər.
Cox.saqol.bazi.insanlar.qlwa.yem.saxlamlr.qoy.baxslnlar.dars.gotursunlsr
Sizə öz rəşəkkürümü bildirirəm. Allah köməyiniz olsun .Əziyyət çəkirsiz .Haqqınızı halal edin .Çaşıb qalmışdım nə edim .Sağ olun ki, məsləhət verdiniz.
Təşəkkürlər.
_Əvvəlcədən Salam._
Çox teşekkür edirem izaha göre mellim
Minnətdaram, bəy.
Salam . Çox Saq olun ustaq mənim bir arım var ( 6 ) aydır ğucum çatandan mənə xeyir dua ver çünkü bu mənim 20 --25 illik arzumdur indi yaşım. 60 keçib arzuma qovuşdum allahıma minnətdaram və Sizdə qabaqcadan təşəkkürümü bildirirəm.
Bərəkətli olsun. 100 olar inşallah.
Allah bərəkət versin təsərrüfatına.mənimdə varımdı təmiz balı da var satışda köməklik edən olsa çox sevinərəm təmiz bal olmasına şübhə yoxdur
Bərəkətli olsun, bəy. Allah xeyirli müştərilər nəsib eləsin.
@@xanusta çox sağ olun sizədə uğurlar
salam mən almaq istəyirəm bal nömre qeyd edin
@@onlayntvo Salam 070_661_42_21adım layiqdi zəng edin danışaq
Salam Allah razı olsun gözəl insan sağolun
Aleykum salam, bəy. Minnətdaram.
❤
Əhsən haladi size allah köməyiniz olsun. Bu sualı çox verirdim sizə vidyo. Geldi elaa
Aşağıdakı rəyinizə yazdığım cavaba da bir göz atın, bəy. Təşəkkürlər.
Salam bir sualım var zəhmət olmasa deyərdiz arılara fondan şəkər vermənin bir ziyanı varmı?
Dəqiq deyə bilmərəm ki, konkret bu zərəri var. Çünki heç istifadə etməmişəm. Amma məntiqlə yanaşsaq, arının alışdığı yem şəkli isti vaxtlarda nektar, qışda isə baldır. Yəni baldan daha qatı qidanı istifadə etməkdə çətinlik çəkdiklərini düşünürəm. Qışda çarəsiz qalanda arıları acından öldürməmək üçün məcburiyyətdən istifadə etmək olar. Ancaq çalışmaq lazımdır ki, arının qış yem ehtiyatını vaxtında tamamlayaq.
Birdə arılar hansı ayda qış yuxusuna gedirlər yəni arının yuvasının ağzı hansı ayda bağlanır?
Hansı ay olmasından asılı olmayaraq yuvanın içində temperatur müsbət 14 dərəcədən aşağı düşdükdə arılar qış salxımına topalaşırlar. Bu da bizdə təbii ki, qış aylarına təsadüf edir. Ancaq bir də havalar elə keçir ki, dekabır, yanvar aylarında da arılar uçuşa çıxır. Yuvanın ağzını isə heç vaxt bağlamaq olmaz. Uçuş bacası həmişə açıq qalır. Sadəcə payız aylarında arılar bir-birləriniə basqın edirlər. Bunun qarşısını almaq üçün uçuş bacasını payızda bir az kiçiltməkdə fayda var. Ancaq tam bağlamaq heç vaxt olmaz.
Çox gózəl izah etdiniz.Minnətdaram.Hələ belə gözəl izaha rast gəlməmişdim.Zəhmət olmasa arıçı terminlərin işlədəndə mənasını izah edəsiniz.
Təşəkkürlər. Təklifinizi nəzərə alacam.
TŞK.❤💯
Salam qardaş bərəkətli olsun
Aleykum salam. Minnnətdaram, bəy.
Salam quba rayonunun bezi kentlerinde alma baglarna dermanlanma baslayacaq buna fikiriniz necedi isci arıların azalmasına sebe ola biler? Biz bal ala bilerikmi
Salam. Bağ sahibləri ilə arıçılar əl birliyi ilə məsləhətləşib işləsələr, hər iki tərəf üçün çox faydalı olar. Bağların dərmanlanması çox vaxt zərərverici həşəratlara qarşı edilir. Arı da bir həşərat olduğu üçün dərmanlar təbii ki, arıya da böyük zərər verir. Əgər belə bir risk varsa, vaxtında arılarınızı ən azı 7 kilometir uzağa aparmağınız məsləhətdir. Əks təqdirdə həm arılarınız məhv ola bilər, ya da məhsulunuza zərərli dərmanlar qarışa bilər.
Salam mellim munkunduse arilara verilecek vitaminler haqinda danisadniz da munkunduse
Salam Rəşəd bəy. Üzürlü bilin ki, rəyinizə gec cavab yazıram. Mənim hal hazırkı qənaətimə görə arılara hansasa əlavə vitamin verməyə ehtiyac yoxdur. Gətirdikləri çiçək tozunda onlara lazım olan hər şey var. Əgər nə isə verəcəksizsə, əlavə çiçək tozu, polen vermək olar.
Çox sagolun
Təşəkkürlər.
Salam mellim,size bir sualimda olacaq.Demeli men öz yeşiyimin çöl terefden kenarlarına 3 mm penaplas vurmuşam ki yağiş yeşiyin taxtasin nemlendirmesin. Bu ne derecede duzdur?
Salam. Heç bir zərəri olmayacaq. Əksinə faydası olacaq. Yuvanın yayda sərin, qışda isti olmasına kömək edəcək. Amma nəmdən qorumaq üçün yeşikləri boyamaq daha yaxşıdır. Çöldən vurulan penoplast da bir neçə il sonra ovxalanacaq. Gərək ömrünü uzatmaq üçün penoplastı da boyuyasız. Bir də köçəri arıçılıqda sizə mane ola bilər bu penoplastlar. Daşıma əsnasında qırılıb ovxalanacaq.
Salam aleykum ben bu gunku isti hvararda kovanın agzına serbet qoyuram masllah 2 gune dasdlar kovana yene vermek isteyirem bir ziyanı olmaz?
Səhv anlamadımsa, yuvanın ağzına çöldən şərbət qoyursuz. Əgər belədirsə, bunu etməsəz yaxşıdır. Düzdür, indi bir-birlərinə basqın etməzlər, amma bu üsul yaxşı deyil. Həm də o şərbəti başqa arılar da daşıya bilər. Əgər yuvanın içində arıların bal ehtiyatı tam azalmayıbsa, yemləri varsa, bu aylarda heç nə vermək lazım deyil. Yox, əgər yuvanın içində yemləri azdırsa o zaman yuvanın içindən yemləmək lazımdır. Ya şərbət, ya da kek ilə.
Salam qardas, qisda ariya şərbət vermek ne dərəcə duzdu ?
Salam. Qışda yox, ən yaxşısı qışa qədər vermək lazımdır. Əgər arının yem ehtiyatı kifayət qədər deyilsə, havalar soyuyana qədər yem ehtiyatını bərpa etməlidir bir arıçı. Əlavə olaraq hazır ballı çərçivələri də ehtiyat saxlasa lap əla olar. Erkən yazda əgər arıların yem ehtiyatı tükənərsə, bu ballı çərçivələri verərək həm öz işini, həm də arıların işini asanlaşdıra bilər.
bir arı neçə ay yaşaya bilər
Yayda işlədikləri vaxt 40-50 gün. Qışda işləmədikləri vaxt 210 günə qədər sağ qala bilirlər. Ana arılar isə 5 ilə qədər yaşaya bilir.
Salam üstad qardaş güləm nəyə deyirsiniz?
Salam. Arılar ayaqlarında çiçəklərdən rəntli tozlar gətirirlər. Bu tozları şan gözlərinə doldururlar və ağız şirələri, bal və s. ilə qarışdıraraq orda fermentasiya edirlər. Bu arıların protein ehtiyacını qarşılamaq üçündür. Bu məhsula güləm və ya perqa deyilir.
İstiliyi nə vaxt qoyusuz?
Adətən arılar qış küməsinə girməmişdən əvvəl qoymaq məsləhətdir. İndi tam vaxtıdır məncə. Artıq və boş çərçivələri götürüb kənarlardan penoplast qoymaq olar. Əsas zəif arıların buna ehiyacı olduğunu düşünürəm. Güclü arılar üçün vacib deyil. Hətta mən düşünürəm ki, güclü arıları qışda həddən artıq isti eləmək, onları qışda yumurta atmağa sövq də edə bilər ki, buna ehtiyac görmürəm.
👍👋
Qardaş o, arıların yeşiyini dəyişəndə arılar küsüb getməzlərki ?
Ya yerlərini dəyişəndə ?
Yuvalarını dəyişəndə heç nə olmur. Ancaq yuvanın yerini dəyişəcəyiksə, bu zaman gərək arıları ən azı 6-7 km. uzağa aparaq. Əks halda işçi arıların çoxu əvvəlki yuvalarının yerinə qayıdacaq.
@@xanusta çox sag olun.
Salam qardas necesiz men reze ari saxlayiram birdene arim cox azdi onu nece guclendire bilerem zehmet olmasa yazardiz
Salam. arınızın ana arısı sağlamdırsa, vaxtaşırı, müntəzəm şərbət və çiçək tozu ilə bəsləyərək gücləndirə bilərsiz. Ana arısı zəifdirsə, yeni mayalı ana arı almaqla bunu edə bilərsiz.
Salam arıcı qardaş yeşikindən cıxardığımız cərcivələri necə saxlamaq lazımdırki ziyanvericilər icərisinə kecməsin
Bu barədə video hazırlamalıyam. Ancaq bilmirəm nə vaxta olar. Qısaca belə deyim. Şanları streç salafana bükün. Buzluqda -20 dərəcədə bir sutka saxlayın. Çıxarın siçan dəyməyəcək bir yerə qoyun. Yazda lazım olanda salafanı soyun və işlədin.
@@xanusta salam cox sağ olun ancaq cərcivə coxdur onu buzluğa necə qoymaq olar həmidə bizdə elə soyuducu yoxdur
🙏🏻🙏🏻
Allah iwine bereket versin.Varoraya qarwi lenta istifade edib seheri gun arilarin bir coxu telef olub sebeb ne ola biler?
Salam Bəhram bəy. Arı ölümlərinin bir çox səbəbi ola bilər. Amma şübhəli lenta olduğuna görə, çox güman ki, ya dərmanın dozası həddən artıq çox olub. Ya da istifadə təlimatına tam uyğun tətbiq edilməyib. Çox təəssüf ki, xaricdən bizə gələn dərmanlarda doza problemi olur. Ona görə də həmişə üzərində yazılan istifadə qaydasına dəqiq əməl etmək lazımdır. Bir də dəfələrlə yoxladığımız dərman vasitəsi olsa belə, həmişə bir dərmanı bir-iki arıda test edib, sonra bütün arıxanaya tətbiq etmək lazımdır. Çünki bazarda saxta dərmanlar da olur.
Qardas gulem nedirki . Men ari almisam amma basim cixmir arinibsaxlamaqdan
Salam. Arılar ayaqlarında yuvaya rəngli çiçək tozları daşıyıb gətirirlər. Bu onların protein ehtiyacını qarşılayır. Artıq olanı şan gözlərində depoluyur, konservləşdirirlər. Sonra istifadə etmək üçün. Bu konserfləşmiş çiçək polenlərinə güləm deyirik.
Salam öncelikle bele faydalı videolar çekdiyiniz ücün teşekur edirem inanıramki bir çox yeni başlayanlar menim kimi sizi özüne rehber şeçir ve sizden bir xaişim var arı bölme çöxaltma haqındada video çekesiz ve hansı ayda bölünmelidi ana özünden çıxartmaqmı yoxsa almaqmı meslehetdi etrafĺı video çeksez sevinerem.
Aleykum salam, bəy. İnşallah alınsa, mövsümündə bu barədə video hazırlamağa çalışaram.
Salam qardaş nətərsən oksaliti nə zaman
Edək?
Salam. Təşəkkürlər, bəy. Hələ tezdir. Bir az da soyuqlar düşsün, arılar yumurta atımını tam saxlasın, yuvadakı qapalı toxumlar çıxsın və arı kümə halında topalaşsın. Ondan sonra müsbət 5 dərəcə temperatur olan bir gündə vermək olar.
@@xanusta sağol qardaş
Qardaw sizinle nece elaqe saxliya bilerem....?
Artıq əlaqə saxladıq.
Salam. Çox gözəl izahlı danışırsız. Təşəkkür edirəm. bəs oktyabrda bu prosesi aparanda, götürülən ballı çərçivədəki o baldan qida kimi istifadə edilə bilərmi? Avqustun sonundan dərmanlama aparılır ona görə soruşuram.
İndi bu dərmanlama məsələsi mübahisəlidir. Bildiyimi iki vasitə var ki, quzuqulağı turşusu və qarışqa turşusu, bu iki vasitənin insan və arı sağlamlığı üçün dozası aşılmadığı müddətcə heç bir zərəri yoxdur. Balda və mumda bulaşıb qalmır. Balın tərkibində də təbii olaraq hər kiki turşu var. Ancaq başqa böcək öldürücü dərmanlar var ki, məsələn amitras, fluvalinat və s. kimi, bax bu vasitələrlə dərmanlama etmişiksə, bu dərmanlar balda və mumda bulaşıb qalır. İnsan sağlamlığı üçün təhlükəli ola bilər.
Salam balli sanlari soyuducuda saxlamaliyiq? yoxsa dondurmaliyiq? birde hansi sanda gulem var hamsini saxlamaliyiq ariycun cox olsada?zehmet olmasa cavab veredizde cekib gosderereg izah etdiyvizcun cox saq olun ilk ilmizdi ari saxlayiriq sizlerden oyrenirig cox saq olun
Salam Nargile xanım. Çalışacam yaxın günlərdə bununla bağlı bir video hazırlayım.
Ballı və ya boş olmasından asılı olmayaraq artıq şanları yuvadan çıxardan kimi mümkün qədər qısa vaxt ərzində streç salafana bükürük. -20 dərəcə və daha aşağı temperaturda bir sutka (24 saat) dondurucuda saxlayırıq. Ondan sonra dondurucudan çıxarıb boş yeşiklərə, boş mərtəbələrə və ya sitədiyiniz bir boş karobkaya yerləşdirərək gün düşməyən, sərin bir yerə qoyuruq. Siçandan da qorumaq lazımdır. Yəni soyuducuda cəmi bir sutka qalırlar. Ondan sonra istədiyiniz yerdə saxlayın.
Güləmli çərçivələrə gəldikdə, mümkün qədər onların yuvanın içində saxlamaq lazımdır. Yox, əgər yuvada həddən artıq güləmli çərçivə varsa və siz artığını götürməyə məcbursuzsa, o zaman o çərçivələri davamlı dundurucuda saxlamalıyıq. Əks halda güləmlər öz keyfiyyətini itirəcək.
@@xanusta cox saq olun deyerli meslehetlernize gore Allah komegviz olsun
Salam arı saxlayirsız
Salam qardaş necesiz men bu naylon örtü bezini 3 il istifada elədim arılarda tez tez nozema xesteliyi gördüm. Onu atıb kuval istifade etdib xestelik deməy olarkı yoxa kıdı qardaş pis başa düşmə ama mənim praqtikama görə kuval əla örtükdü
Yox, niyə pis başa düşürəm ki. Mən də demək olar bütün örtülərdən istifadə elədim. Bu plyonkadan əvvəl də kisə istifadə eləmişəm. Məndə də ən yaxşı bu plyonka oldu. Ona görə də hələ davam edirəm. Çox güman ki, yerinə görə, arıya görə fərq edir.
maşallah xeyirli olsun qardaş.
sizdən bir xayiş edim zəhmət olmasa deyərdiz varovanı
ən yaxşı nə versəm tökər
arılarımda gənə çoxdu.
Salam, bəy. Ən yaxşı vasitələr Quzuqulağı və Qarışqa turşularıdır. Ancaq Quzuqulağı üçün bir az tezdir. Qarışqa turşusu verə bilsəz, dəqiq öyrənib qaydasını verə bilərsiz. Gənəyə qarşı təsir edən indi çox dərman vasitəsi var. Ancaq onların çoxusu balda və mumda qalır, insan sağlamlığına zərərlidir deyə tövsiyyə edə bilmirəm. Əgər vəziyyət çox ağır deyilsə bir az da səbr edib Quzuqulağı damlatma edə bilərsiz. Bu ən asan, zərərsiz və ucuz üsuldur.
@@xanusta çox sağolun
təşəkkür edirəm cavablandırdıgınız
ücün təxmini necə gün gözləyim
damlatma ücün?
İndi hansı bölgədə olduğunuzu bilmirəm. Arılarınıza baxın. Əgər yumurta atmanı kəsiblərsə, doğulacaq bağlı toxum yoxdursa gecə soyuq vaxtı verə bilərsiz. Burda əsas arıların bir yerə topalaşması və içəridə açıq və ya bağlı toxumun olmaması vacibdir. Damlamanın necə ediləcəyi ilə bağlı kanalda video da var. İstəsəz göz atarsız. Əgər arılarınız azdırsa, məsələn 5-10 arı ailəniz varsa, yeriniz də aran bölgəsidirsə, arılar hələ toxumdan dayanmayıbsa və ən əsası gənə yuvalardan həddən artıq çoxdursa, quzuqulağı turşusunu çərçivələri bir-bir çıxarıb hər iki üzünə püskürtmə də edə bilərsiz. Bu zaman hər arılı çərçivənin bir üzünə 2.5 ml. dən artıq məhlul püskürtməməyə diqqət edin. Yəni əsas doza çərçivə arasına 5 ml. dir. O dozanı aşmamaq lazımdır.
@@xanusta çox sağolun.
Allah razı olsun sizdən
şəkinin özündə yaşayıram
təşəkkürlər.
Salam. Arıları varroradan təmizləmək üçün hansı dərmanlardan istifadə edirsiniz? Nə məsləhət görərsiniz.
Şəxsən özüm, keçən Yanvar ayının əvvəlində Quzuqulağı turşusu vermişəm. Ondan sonra heç nə eləməmişəm. Qarışqa turşusu vermək istəyirdim, amma alınmadı. Yəqin ki, yanvara qədər özüm heç nə etməyəcəm.
Məsləhətə gəldikdə quzuqulağı və qarışqa turşusundan başqa tövsiyyə edə biləcəyim başqa dərman yoxdur. Gənəyə qarşı çox dərman var. Ancaq onların tərkibindəki amitraz və fluvalinat kimi təsiredici maddələr mumda və balda bulaşıb qalır. Bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə bu cür dərmanları tövsiyyə edə bilmirəm. Ancaq vəziyyət həddən artıq ciddidirsə, arı gənədən məhv olacaq vəziyyətdədirsə, əlacsızlıqdan istifadə etmək olar.
Bal kəsiminde korpus qoyulmuş tehnədə 1 qramda bal olmadı nədəndi. ?xaiş edirem çavablandırın
Salam. Gec cavab yazdığım üçün üzürlü bilin, Çimnaz xanım. Əgər təbiətdə nektar varsa, arılar da bal toplaya bilir. Təbiətdə olmayanda isə biz onlara qulluq eləməli oluruq. Yəni bəzi illər belə olur. təbiidir.
Açıq bal az olanda neynemek lazımdır?ağzı bağlı bali çoxdur.
Ağzı bağlı bal çoxdursa, yuvada arı sayı da az deyilsə, narahat olmayın. Arılar özləri lazım olanda açacaqlar. Ancaq arı sayı az olanda, qışda balı isidib aça bilmir arılar. Ona görə də bəzən yazda arını açıb görürük ki, içi bal ilə doludur. Arılar isə boş şan gözlərinə girib ölüblər.
@@xanusta anladım.arisi çoxdur.ama yeşiyin ağzını açanda arıda narahatçılıq hiss elədim.dunen lentə vermişdim bilmedim ondandi yoxsa açıq balı az olmaqindandi.
Lentadan ola bilər. Dərman verəndə dozaya çox diqqət etmək lazımdır. Hər dərman verəndə əvvəlcə bir arıda yoxlayıb, sonra bütün arılara vermək lazımdır.
@@xanusta keçən ildən eyni lentadan istifadə edirəm.sizde de o lentadan görmüşəm yarısını kəsib qoyuram yesiklere ister güclü olsun ister zəif.
Bal kəsiminden sonra arıya neçə qulluq edek
Qısaca belə deyim. Yuvadakı boş və artıq çərçivələri götürmək lazımdır. Sonra da şəkər şərbəti ilə əksik yem ehtiyatlarını tamamlamaları üçün yemləmək lazımdır.
Bir də mütləq gənəyə qarşı mübarizə aparmaq lazımdır.
Salam qardaş nətərsən Allah işini avand eləsin ballı ramkaları götürəndə həmin Ramkada ağzi baglanmamiş bal olur o xarab olmaz ki
Salam, bəy. Ramkanı götürəndə yuvaya tərəf üzü aşağı bir iki dəfə silkələyin. Əgər nektar tökülmürsə götürə bilərsiz. Əgər nektar tökülsə, qoyun bir həftə qalsın içərində. Balı arılar qatılaşdıracaqlar. Bundan sonra götürün.
Oldu təşəkkürlər qardaş
Qardaş hərdən canlı yayım etsəniz əla olar
Arıçı qardaş,sizin nömrənizi hardan tapa bilərik.Sizə necə sual verə bilərik.Çox sağ olun.
0707442938. Bu nömrənin vatsapına yaza bilərsiz. Ancaq mümükün qədər zəng etməyin. Zənglərə cavab verməyə vaxtım olmur. Ancaq vatsap mesajlarına 24 saat ərzində əlimdən gəldiyi qədər cavab verirəm.
1arı ailəsinnən 1ildə nə qədər bal götürmək olur?
0-40 kg arası. Baxır yerə, təbiətə və arının gücünə.
Bu salafanki var, goyursunuz, gışda nəm yığılır yeşiyin alt hissəsində.
2 ildir istifadə edirəm. Məndə olmayıb. Arı zəif olanda isə parça örtəndə də olub.
Niyə yeni videolar çəkmirsiz? Mərtəbə vermə, bölmə işi və sair haqqında olsa əla olar...
Vaxt qıtlığım var, təəssüf ki.
@@xanusta təki sağlıq olsun.
Hörmətli arıçı,təzə arıçıyam pətək nədir çərçivə nədir? Bu bir ikincisi mənim arım beçə verdi qutuya xam pətək qoydu amma arılar çərçivəni qabartmırdı Qapaqda toxuyurdu .Mən qopartdım olar toxudu dalaq dediyiniz.Axırda tələf oldu .Xam pətəyi toxumadılar ki, toxumadılar.Mən deyirəm ki,biz niyə arılara xam pətək veririk.Elə özləri toxusunlar.Təbiətdə olduğu kimi.Məsələn kötük balı kimi.Bağışlayın ki,sizi yoruram.Bilmirəm məni başa düşdünüz yoxsa yox? Yəni dediyim odu ki,çərçivəni qutuya boş qoysaq nə olar?Xahiş edirəm bunu açıqlıyasızÇox sağ olun . Yorulmuyasuz
Salam bəy. Sizin sualınızı başa düşdüm. Geniş mövzudur. Ancaq yenicə kanala video yükləmişəm. Kanala girin və o videonu izləyin. Sualınızın cavabının bir hissəsi elə o videoda var. Əlavə suallarınızı da həmin videonun rəylərində yazarsız.
Usta niyə öz yeşiyində sahlamadız,köçürtdüz başqa yeşiyə??
Mən 23 smlik çərçivələrlə işləyirəm. Arılar isə 30 sm. çərçivələr üçün hazırlanmış yeşik idi. Çərçivələrin altında 7-10 sm boş yer qalır. Bu da bəzən arıların artıq şan örməsi ilə nəticələnir.
salam. güləm nədir?
Çiçəklərin ərkəkcikləri var. Biz buna polen və ya çiçək tozu deyirik. Arılar bu tozları ayaqlarında yuvaya daşıyırlar. Orda şan gözlərinə dolduraraq fermentasiya edirlər. Bir növ konservləşdirirlər. Bu arının protein qidasıdır. Bəzən də həddən artıq çox toplayırlar bu tozları. Arıçılar da bu cür çiçək tozu ilə dolmuş çərçivələri götürüb hazır məhsulu mumdan ayırırlar. Bu məhsula güləm və ya perqa deyilir.
Ve bir meslehetim var bunuda deyim yutub kanalınızın böyümesi üçün ay ba ay mesel martda neynemek lazımdı aprelde ne etmek lazımdı bele bele hansı aylarda bölme korpus atma veya her ne etmek olursa çekses sevinerem ve inan men dediyim formada inanılmaz şeklide kanal böyuyecek
Təşəkkürlər, bəy. Bu video çəkiliş, montaj və s. işlər düzü xeyli vaxt və əziyyət tələb edir. Ancaq əlimdən gələni etməyə çalışacam.
Han usta salam. Mən yeni arı ilə məşgul oluram deyə soruşuram..qışda arıya hansı yem verilməlidir??
Salam. Payızdan arıların yemləri yoxdursa şəkər şərbəti ilə yem ehtiyatlarını tamamlatmaq lazımdır. Qışda arılara ümumiyyətlə yem verilməməlidir. Əgər qışın ortasında arıların yemi qurtarıbsa, təbii ki, öləcəklər. Bu zaman hazır balınız varsa nəsik salavan paketdə çərçivə üzərindən vermək məsləhətdir. Yoxdursa, qatı şərbət. O da alınmırsa məcburiyyətdən keklər vermək olar. Ancaq kek arının həzm sistemini pozur.
Atırdılar bir birinə başın eliyəndə nə eləmək lazımdır
Basqın edilən arını arıxanadan uzaqlaşdırmaqdan başqa çarə yoxdur. Çöldən nektar gəlmədiyi vaxtlarda ehtiyatlı olmaq lazımdır. Yuvaların ağzını dar tutmaq, çərçivələri yuva içərisində uçuş bacasının önünə düzmək kömək edir. Mən belə vaxtlarda çox vaxt gecələr baxıram arılara.
Noyabrın 8 dəfondon şəkər verdim .Bu düzdürmü? Qeyd edim ki, hər pətəkdə 3 şərçivə var .Bal götürməmişəm Güləmi ümumiyyətlə tanımıram.Mənə məsləhət verin əgər mümkündüsə .Çox sağ olun
Salam. Əgər arılarınınzın içərisindəki çərçivələrin yuxarı hissəsindən ən azı üçdə bir hissəsi qədəri bal ilə doludursa, çox da narahat olmayın. Fondon heç istifadə etməmişəm deyə, bir şey deyə bilmərəm. Çalışın mümkün qədər arıya yeni hazırlanmış şəkər şərbətindən başqa qida ilə bəsləməyin. Əgər qışın ortasında məcbur qalsaz, kek verməli olacaqsız. Ancaq kek quru yem olduğu üçün arının mədə bağırsaq sisteminə mənfi təsir edir.
Bu nə vaxt olur?
Adətən sentyabır, oktyabır aylarında.
Siz bal satırsız?
Salam. Olanda satırıq. Ancaq bu il heç balımız olmadı.
Xayiw edirem artiq derecede menle elaqe saxlayin
070 744 29 38 in vatsapına yaza bilərsiz
@@xanusta cox saqol eziz mellim minataram
Coxdandı yeni video yoxdu gəlmir...
Salam. 7 ay fasilədən sonra axır ki, vaxt tapdım. Olacaq inşallah.
Renboya salam
🤔
Salam.sizin bu yewikdə arinin az olmasina səbəb anaya toxum tökməyə ýer olmamasidir.güclü ari olub ramkalari tam balnan doldurub anaya toxum tökməyə yer yoxdu.indidə 2-3 ramkada toxum olmalıdı. Sizin ramkalarda yer yoxdu.havalar isti kecəndə noyabra kimi ana toxum tökur.
Məntiqlidir.
Cox dəyərli məsləhətlər verirsiz.bir dəfə bawima gəlmiwdi ramkalar dolub anaya toxum atmaga yer qalmamiwdı.
_Dondurmasaq olmaz..??_
Təəssüf ki, yox. Dondurduğumuz zaman şan gözlərinə atılmış güvə yumurtaları məhv olur. Əks təqdirdə salafanın içində o yumurtalar zamanı gələndə dirçəlirlər və şanı məhv edirlər.
Yumurta atacaq yeri olmayib ele bil ki. Yoxsa oktyabr ayinda balali ramkalar cox olmali idi
Mən elə düşünürəm ki, yumurta atmaq istəyən arı, bütün çərçivələr bal ilə dolu olsa belə özlərinə yer düzəldə bilər. Qafqaz arısı öz təbiətinə bələddir. Əgər yuvada yaza çıxacaq qədər cavan arı sayı varsa, adətən bal mövsümündən sonra yumurta atmağa o qədər də meyilli olmur. Əsas gücünü saxlayır yaza. Çünki bilir ki, ona güclü qoşun yayın ortalarından lazımdır.
1 Arı ailəsi uçun ən az,3 ramka guləm tozu olmali di
Xan qardas arilar cicek tozu ketirir amma yuvaya kirebilmirler ucur kelirler catanda yere düsürler sonra uca bilmirler
Ya uzaqdan gətirirlər çiçək tozunu, yourulurlar. İlin bu vaxtı yuvada olanlar yaşlı arılardır. O qədər də taqətləri olmur. Ya da hava günəşli olsa da, soyuqdur. Üşüyürlər uçuş zamanı. Əgər hansısa bir xəstəlik yoxdursa, normal təbii səbəblər bunlar ola bilər.
Salam gardaş. Mən aranda yaşayıram. Arılara kandi hansı aydan verməyə başlayıb, hansı aydan dayandırım. Əvvəlcədən təşəkkür edirəm
Salam. Kandi, kek və s. bu kimi quru yemləri məcbur qalmadıqca arılara verməmək lazımdır. Çünki arı nektar ilə qidalandığı üçün quru yemlər onun həzm sistemində problemlər yaradır. Əgər arılarınızın kifayət qədər yemi varsa, yaza doğru havalar isinib şərbəti götürə biləcəkləri vaxta qədər səbr edin. Yox, əgər arılarınızda heç bal ehtiyatı qalmayıbsa, məcbur kandi verməlisiz. Yəni kandi vermə vaxtını bu cür düşünün; Əgər havalar verəcəyimiz şərbəti arıların götürə bilməyəcəyi qədər soyuqdursa və arılarımızın yem ehtiyatı tam tükənibsə, deməli kandi verməkdən başqa çarəmiz yoxdur. Kandini də arıların toplaşdığı hissədə çərçivələrin üzərinə qoymaq lazımdır.
Çox sağ olun sizdən çox şeylər öyrənirəm təcürbəm azdı axı Amma arıçıları bəziləri bal qışda donur balı az saxlayın əvəzinə şərbət verin deyirlər yəni çətinlik çəkirlər yeyə bilmirlər nəticədə ölürlər zəhmət olmasa sualı cavablayasız təşəkkürlər
Siz sağ olun, Məryəm xanım. Milyon illərdir arı öz balı ilə yaşayır. Son 100 ildir ki, biz ona yem verməyə başlamışıq. Yəni arıya öz balından daha yaxşı yem yoxdur. Əsas yuvada arı sayının çox olmasına diqqət etməliyik. Yuvada arı az olanda qışda öz ballarını isidib açaraq istifadə edə bilmirlər. Acından və soyuqdan tələf olurlar. Ancaq yuvada kifayət qədər arı sayı varsa, məsələn bizim şərtlərdə ən azı 4-5 çərçivənin üzərini örtəcək qədər, hər şey qaydasında olur.
Bir də diqqət eləmək lazımdır ki, arıların qış küməsinə toplaşdığı mərkəz hissədə çərçivələrin yuxarısında ağzı bağlı bal kəməri olsun. Əks halda soyuq qış günlərində kümədən çıxıb kənardakı çərçivələrə keçə bilmir arılar.
@@xanusta salam kume nedir? mumkunse deyerdizde
Kümə. Yəni arıların qışda bir araya doplaşdıqları top şəklindəki yığılmış halları. Adətən yeşiyin ortasında və çərçivələrin aşağı hissəsinə yaxın toplaşırlar. Bir növ qış yuxusu da demək olar buna.
@@xanusta cavab verdiyviz ucun cox saq olun
@@xanusta salam xan baba. Atalar misalı var, deyir, arı goyun deyil ki, ona coban lazım olsun, bu məsələ siz necə baxırsız?
Bir adam nömrə vermir k təmiz i bal alaq
😊 Təmiş balı olanların adətən müştəriləri ballarından çox olur. Ona görə də nömrə verməyə ehtiyacları olmur.
Gülən nədir?
Güləm, yuvaya gətirilən çiçək tozlarının arılar tərəfindən fermentasiya edilib bir növ konserfləşdirilmiş halıdır.
Salam Ari ailesini satıram becə arı
Xeyirli müştərilər.
Pətəklərinin yarısı tullantıdır.
Qalan yarısına bərəkət.
Güləm nəyə deyilir
Salam. Çiçəklərin üzərində polen və ya çiçək tozu dediyimiz ərkəkciklər var. Arılar onları toplayıb ayaqlarına yapışdıraraq gətirirlər yuvalarına. Yuvada da şan gözlərinə dolduraraq orda fermentasiya edərək bir növ konserfləşdirirlər. Bu arıların protein ehtiyatıdır. Bu ənənəvi arıçılıqda güləm adlanır. Perqa da deyirlər.
]]pop]]
🤔
Mən özum arı saxlıyırəm o bal elə rəngdədir elə bil 2 3 il qalıb elə olmaz
amma bir dənə də videon yoxdu. Başqasının əziyyətinə hörmət et. Arıllarda ramkalarda lap əla vəziyyətdədir.Sağ olsun
Bəy, ballar fərqli rəngdə olur. Üstündən il keçməsi də balın rəngini dəyişməz. Siz burda şanın rəngini görürsüz əslində.
Birdənə korpuslu arı görmurəm
Faiq bəy. Axı korpuslu arı ilin bütün vaxtlarında olmur.
Qardaş bal cıxardırsız ama pesok qabı ordadır bu demək olur pesok verirsiz o bal deyil qardaş o pesokdur yalan deməyin!
Pesokdan bal düzəldən olsaydım, heç vaxt o yem qabını heç kimə göstərməzdim hər halda.