Це відео не доступне.
Перепрошуємо.

İlhamə Quliyeva - Sevgi Hekayəti (Lyrics)

Поділитися
Вставка
  • Опубліковано 20 чер 2022
  • Söz: Rafael Dadaşov
    Musiqi: Novruz Aslan
    Hazırladı: Toğrul Əhmədov
    Foto: Toğrul Əhmədov
    Durna qatarı uçub gedərsiz,
    Uzaq yerlərə səfər edərsiz,
    Nə olar aparın siz ora şikayətimi..
    Bahar gələndə geri dönərsiz,
    Sevgilim nə deyir, xəbər verərsiz,
    Söylədizmi siz ona siz sevgi hekayətimi?..
    Ayrilmaq aman necə yamandır?
    Sevgisiz həyat gülüm, yamandır,
    Dözmürəm artıq, qayıt, amandır
    Qayıt tez, nə olar, haralarda qalmısan Sən??
    Çağırıram, gəl, gəl mənim eşqimin
    Son yadigarı,
    Gəl,
    Payız gününə gətir baharı
    O uzaq yerlərdən qanad aç, uçub gəl
    Durnalarla, gəl..
    Sənsiz günəşim sönüb,
    Baxıram hey göyə...
    Quşlar geriyə dönüb,
    Sənsiz, bəs niyə?
    Eşqimlə əriyib hər gün,
    Şam kimi sönsəm,
    Ölümlə barışaram, tək səni görsəm,
    AH, SƏNİ GÖRSƏM..
    Bilmirəm harda səni izləyim
    Taqətim yoxdur artıq gözləyim,
    De, necə göndərim mən sənə məhəbbətimi?
    Bir gün dünyadan köçüb getsəm də
    Xəyalından mən üçüb getsəm də
    Durnalar söyləyər bu sevgi hekayətini..
    Ayrilmaq aman necə yamandır?
    Sevgisiz həyat gülüm, yamandır,
    Dözmürəm artıq, qayıt, amandır
    Qayıt tez, nə olar, haralarda qalmısan Sən??

КОМЕНТАРІ • 38

  • @ilhamamuradova3974
    @ilhamamuradova3974 2 роки тому +10

    Qeyri-adi səs,

  • @densaskrv3782
    @densaskrv3782 2 роки тому +7

    Ne gözel ifadir.Tskr, Toqrul kardesim!)

  • @user-oo2ud1de9h
    @user-oo2ud1de9h 8 місяців тому +2

    Шедевр👏👏👏🌺🌺🌺

  • @Sevda884
    @Sevda884 2 місяці тому +1

    Bu mahnını dinləyib ağlamadım olmur. Hər dəfə eyni hisslər… İlhamə xanım necə möhtəşəm ifa edib, ilahi… Ruhun şad olsun🙏🙏🙏

  • @Djaxan_134ECM
    @Djaxan_134ECM Рік тому +9

    Mahninin sonunda danishig uslubu,səsindəki emosiyalar,hisslər o gədər gozəldir ki,o yaxshi aktrisa da ola bilərdi,

  • @SS-pk7qj
    @SS-pk7qj 2 роки тому +11

    Sevirem bu mahnini ....
    Mekani Cennet olsun
    Cox gozel.ifa
    Ilhame xanim kimi ifa eden olmayacag
    O oz mahnilarinin mohurun vurub

  • @user-bk5yt6iw4h
    @user-bk5yt6iw4h 2 роки тому +6

    Mekani cennet olsun.🌹🌹🌹🌹🌹🌹👍👍👍 Efsane ifa.

  • @Djaxan_134ECM
    @Djaxan_134ECM 2 роки тому +15

    Boyuk Sənətkarin urəyinin harayidir,gozəl oxuyur!

  • @dadasdadaszade4962
    @dadasdadaszade4962 2 роки тому +14

    Allah rəhmət eləsin,İlhamə xanıma 🤲🌹🌹❤

  • @rmaharov6428
    @rmaharov6428 5 днів тому +1

    Mohtesem

  • @turbatjabiyeva-gn8vk
    @turbatjabiyeva-gn8vk 11 місяців тому +1

    Unudulmaz senetkar evezolunmaz ifa ve ya eksine😊

  • @ilaheserifova2226
    @ilaheserifova2226 2 роки тому +12

    Azerbaycan estradasının qızıl sesi

  • @togrulahmadov3393
    @togrulahmadov3393 2 роки тому +9

    Sənsiz günəşim sönüb... 😭

  • @xatireyusifzade7248
    @xatireyusifzade7248 11 місяців тому +3

    Möhteshem illerin möhteshem bestesi ve senetkari!❤Bu gun Azerbaycan inceseneti nece ciliz ve yetimdir…Dönub baxanda o illere nelere sahib oldugumuzu ve neleri bu gun itirdiyimizi göruruk ve kederlenirik..Bir tek kelmeyle-heyif o zamanlardan….

  • @aybnizsgrova6531
    @aybnizsgrova6531 2 роки тому +4

    GÖZƏL İFA!!!

  • @67pik17
    @67pik17 8 місяців тому +3

    Novruz Aslanin gozel bestelerinden biri. Ifa ucùn cetin mahnidi, amma rehmetlik ne gozel oxuyub. Çox gòzel

  • @user-kz5gg6gp3z
    @user-kz5gg6gp3z Рік тому +3

    Allah rəhmət eləsin

  • @Islamkure
    @Islamkure 2 роки тому +7

    Senetkarim allah rehmet elesin ilhame xanima

  • @UserUser-qz7ic
    @UserUser-qz7ic 10 місяців тому +3

    Allah rəhmət eləsin. Hökmlü möhürlü xanım xatın səhnənin bəzəyi bir sənətkar idin.

  • @SS-pk7qj
    @SS-pk7qj Рік тому +3

    Будто предчувствовала ...

  • @akayelgezdi5361
    @akayelgezdi5361 2 роки тому +6

    👍👍👍☘️☘️☘️

  • @togrulahmadov3393
    @togrulahmadov3393 2 роки тому +8

    Ayrılmaq aman necə yamandır

  • @SS-pk7qj
    @SS-pk7qj Рік тому +3

    Как же я люблю эту песню.....

  • @user-ll6ui4gr9p
    @user-ll6ui4gr9p Рік тому +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @xalidqarayev6409
    @xalidqarayev6409 Рік тому +2

    👏💔

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 Рік тому +5

    Böyük sənətkar, sənin ölümünə də düşmənin paxıllıq edir.Azərbaycan estradasının əbədiyaşar böyük İlhaməsi,nur içinə yatın.

  • @samsungsamsungova611
    @samsungsamsungova611 2 роки тому +9

    Bəzi insanlar onları çox sevən insanların dəyərini bilmirlər. Allah Rafael Dadaşova rəhmət eləsin. Onun həyat yoldaşı qədrini bilmədi.Onu çox sevən birini buraxıb getdi. Belə qadınlara Allah lənət eləsin. Bu mahnıda həyatını anlatdı Rafael Dadaşov. Nə qədər çox sevdiyini və nə qədər yalnız olduğunu. Çox üzüldüm onun üçün.

  • @shabnammuzaffarova3391
    @shabnammuzaffarova3391 7 місяців тому +1

    😢😢😢

  • @patriotaze6196
    @patriotaze6196 2 роки тому +9

    Sənətkar. Bu Təfael Dadaşova aiddir?, o bədnəxtində arvadı qaçdı sonra da deyirlər yaxşı sənətkar ailəsidir, birinci insan olmaq lazım. Rəfael elə bil öz üreyindın keçənləri ağ vərəqə köçürüb. Durnalar sevgilimə deyin darxmışam 😥😥😥😥😥🖤 heyf atasına qulaq assaydı yaxşı ailəsi olardı

    • @Djaxan_134ECM
      @Djaxan_134ECM 2 роки тому +1

      Elə xanimi sevməyə dəyərmi?

    • @patriotaze6196
      @patriotaze6196 2 роки тому +1

      @@Djaxan_134ECM sevəndə heç məyə baxmır

  • @nigarnigar308
    @nigarnigar308 2 роки тому +2

    Barmaqlarînî tesevvür edirem

  • @eldarjafarov597
    @eldarjafarov597 3 місяці тому +1

    Senetkar

  • @Sevda884
    @Sevda884 2 місяці тому +1

    Sırf bu ifaya ssenari yazıb film çəkmək olar, bu mahnı da soundtreki olmalı

  • @aaliyev2167
    @aaliyev2167 Рік тому +3

    💐💐💐🤍🤍🤍

  • @rmaharov6428
    @rmaharov6428 5 днів тому +1

    Korifey

  • @ilhamequliyeva6523
    @ilhamequliyeva6523 15 днів тому +1

    Darıxan kimi İlhamə Quliyeva musiqilərini dinlədiyim kimi görən sende darıxanda dinleyirsen heç açıb ? Ya heç yadına düşmurem?

  • @afaqzeynalova4817
    @afaqzeynalova4817 Рік тому +3

    Allah rəhmət eləsin