İlhamə Quliyeva - Səni Sevmək Üçün Gəldim Dünyaya (Lyrics)

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2022
  • İlhamə Quliyeva - Səni Sevmək Üçün Gəldim Dünyaya (Lyrics)
    Söz: Zəlimxan Yaqub
    Musiqi: Novruz Aslan
    Hazırladı: Toğrul Əhmədov
    Çöldə çiçək oldum, çəməndə naxış,
    Şimşəkdə od oldum, buludda yağış.
    Sirli bir göz gördüm, nurlu bir baxış,
    Çevrildim çeşməyə, qarışdım çaya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Mən min il əvvəl də gələ bilərdim,
    Min ildən sonra da ölə bilərdim.
    Zamanı başqa cür hesablayardım,
    Vaxtı başqa cürə bölə bilərdim.
    Düşüb sən doğulan həftəyə, aya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Səsini eşitdim, səsdən səs aldım,
    Şaqraq gülüşündən güc, həvəs aldım.
    Sən nəfəsim oldun, mən nəfəs aldım,
    Muştuluq verdilər Günəşə, Aya,
    Səni sevmək üçün gəldim dünyaya.
    Neçə dinsizləri dinə gətirdim,
    Qorudum, sünbülü dənə gətirdim.
    Könlümdə nə varsa, sənə gətirdim,
    Mənim yollarımı kəsə bilmədi
    Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
    Səni sevmək üçün gəldim dünyaya.

КОМЕНТАРІ • 23

  • @muradhuseynov1307
    @muradhuseynov1307 Рік тому +9

    Allah rəhmət eləsin boyuk sənətkarimiza. Öz dəst-xəti, ozuneməxsus səsi olan sənətkarimiz, fonoqrama nədi bilməyən sənətkarımız. Canlı ifaları ilə yadda qalan gozəl muğənnimiz....

  • @Spiritandmusic
    @Spiritandmusic Місяць тому

    🎵🎶🎵🎶🎵❤️👍👍👍👍👍👍
    Bu mahnını Şamo Məmmədovda yaxşı ifa edib

  • @eminekara1691
    @eminekara1691 Рік тому +8

    en çok azeri müziğini seviyorum. şarkı sözleri çok güzel. şarkıyı söyleyen hanımın çok güzel bir sesi var.

    • @orxanaliyev5057
      @orxanaliyev5057 Рік тому +2

      Onun sesi eşsizdir, gerçekten Azerbaycan müziğinin en önder isimlerinden biriydi.

  • @togrulahmadov3393
    @togrulahmadov3393 Рік тому +9

    Sən nəfəsim oldun, mən nəfəs aldım...

  • @xalidmusicmen
    @xalidmusicmen 2 місяці тому +2

    Allah rəhmət eləsin. Belə oxumaq yoxdu. Dincəlirəm hər dinlədikcə.

  • @nezrinaliyeva2908
    @nezrinaliyeva2908 Місяць тому +1

    Səni sevmək üçün gəldim dünyaya🤍...26.05.2024

  • @user-iz1eo1xx9k
    @user-iz1eo1xx9k 2 місяці тому +2

    Любимая певица , Аллах рехмет елесин !!! Красивая , талантливая , харизматичная , неповторимым голосом , нет такой больше и не будет !!!! Не хватает её очень .....

  • @afaqzeynalova4817
    @afaqzeynalova4817 Рік тому +5

    Allah qəni-qəni rəhmət eləsin

  • @orxanaliyev5057
    @orxanaliyev5057 Рік тому +5

    Gerçek Diva👸

  • @togrulmemmedov5974
    @togrulmemmedov5974 Рік тому +4

    Allah rəhmət eləsin

  • @user-vr2dz9ts1c
    @user-vr2dz9ts1c 3 місяці тому +2

    Allah rehmet elesin indi cixdi bu mahni qarwima

  • @FarizEsedov
    @FarizEsedov 5 місяців тому +3

    Ölmez senetkar

  • @saidamustafaeva9508
    @saidamustafaeva9508 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @almazrustamova7420
    @almazrustamova7420 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @saqibemehreliyeva2466
    @saqibemehreliyeva2466 Рік тому +2

    Super ifa

  • @JJ-fg3mv
    @JJ-fg3mv 10 місяців тому +1

    👍harika bir şarkı👍

  • @akayelgezdi5361
    @akayelgezdi5361 Рік тому +4

    🌟🌟🌟🌟🌹🌹🌹

  • @user-gr5qb5iu8p
    @user-gr5qb5iu8p Рік тому +3

    ❤️❤️❤️

  • @metanetmirzoyeva7135
    @metanetmirzoyeva7135 Рік тому +5

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @mkkgulu7013
    @mkkgulu7013 Рік тому +1

  • @tabrizbayrampur
    @tabrizbayrampur 5 місяців тому +1

    ❤Primadonna😢