Bu Qidaları Yeyən Kimi Damarlar Açılır!

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024
  • #demədidemə #demədidemə #damar
    Damarları tıxayan qidalar və təmizləyən qidalar
    Bəzi qidalar insult və infarkt riskini artırır. Bu gün sizə məhz bu qidalardan bəhs edəcəyəm. Həmçinin, videonun sonunda damarları təmizləyən qidalardan da danışacağam.
    Artıq hamımız bilirik ki, qeyri-düzgün qidalanma orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına və inkişafına səbəb olur. Müasir zamanda ürəklə bağlı narahatlıqlar yaşamayanların sayı, demək olar ki, azdır. Narahatlıqların əksəriyyəti isə qeyri-düzgün qidalanmadan qaynaqlanır. Bir çox qidaların tərkibində orqanizm üçün, xüsusilə, ürək-damar sistemi üçün təhlükəli sayıla biləcək maddələr var. Duz və pis xolesterin ürək-damar sisteminə zərər vuran qidaların siyahısında liderlərdir. Duz orqanizmdəki maye balansını pozur, yağlanmaya səbəb olur. Nəticədə, ürək yüklənir. Yüksək miqdarda qəbul edilən duz arterial təzyiqi yüksəldir. Xolesterin səviyyəsinin yüksəlməsi isə damarların elastikliyini itirməsinə, ətalətə meyillənməsinə, divarlarının qalınlaşmasına səbəb olur. Bu da ateroskleroz, insult, hətta infarkt riskinin artması deməkdir.
    Damar tıxanıqlığına, dolayısı ilə, insulta və infarkta səbəb olan qidalar.
    Qeyri-sağlam qidalanmanın bütün orqanizmdə problemlərə yol açdığı, ürək-damar sistemində patalogiyalara səbəb olduğu elm tərəfindən çoxdan sübut olunub. Hər gün heyvan mənşəli yağlarla və zülallarla zəngin qidalar qəbul edən insanlar 45-50 yaşdan sonra damar tıxanıqlığı ilə üzləşirlər. Bu cür qidalar qan dövranını pisləşdirir, varikoz, infarkt, insult kimi ciddi xəstəliklərə tutulma riskini artırır. Bunlardan qorunmaq üçün bəzi qidalardan uzaq durmaq lazımdır.
    1. Marqarin. Birmənalı olaraq, marqarinin orqanizmə heç bir faydası yoxdur. Marqarinin hazırlanmasında palma yağından istifadə olunur. Palma yağı insan orqanizmi tərəfindən mənimsənilmir. Üstəlik, marqarinin tərkibində damarları pis xolesterinlə yükləyən trans yağlar da var. Mütəmadi olaraq, hər gün 50 qr-dək marqarin qəbul etmək ateroskleroz, insult və bir çox onkoloji xəstəliklərə tutulma riskini artırır.
    2. Yarımfabrikatlar. Müasir sürətli həyat və onun tələb etdiyi şərtlər insanlara imkan vermir ki, vaxtlı-vaxtında keyfiyyətli yemək hazırlayıb, yesinlər. Buna görə də, insanlar məcbur olur ki, heç olmasa, gündə 1 öynəlik yarımfabrikat yesin. Bura dondurulmuş, yarıbişmiş yeməklər, hazır xəmir məmulatları da daxildir.
    3. Mayonezlər, ketçuplar, souslar. Salatları dadlandırmaq üçün vurulan souslar və bu kimi vasitələr hər bir mağazada satılır. Hamısının da əsas qabiliyyəti yeməklərə əlavə dad qatmaqdır. Amma çox adam bilmir ki, bu kimi əlavələr ürək-damar sisteminə öldürücü təsir edir.
    4.Hisə verilmiş qidalar. Bu cür məhsulların tərkibində pis xolesterinlə zəngin olan toyuq dərisi var. Üstəlik, kolbasa istehsalında kimyəvi əlavələrdən bol miqdarda istifadə edilir.
    5. Şəkər. Tərtəmiz karbohidratdır. Həzm prosesi zamanı o, bağırsağa qlükoza şəklində daxil olur. Gün ərzində orqanizm şəkəri enerji kimi istifadə edir. Ona görə də, mütəxəssislər şəkərli qidaların günün ilk yarısında qəbul edilməyini məsləhət bilirlər. Səbəb kimi, günün ikinci yarısında orqanizmin artıq şəkərdən xilas olmaq fürsəti olduğunu deyirlər. Əks halda, şəkər yağa çevrilir və dərialtı yağ toxumalarında yığılmağa başlayır.
    6. Spirtli içkilər. Alkoqol bütün orqanizm üçün təhlükəlidir. Etanolun insan orqanizminin bütün nahiyələrinə, xüsusilə, damarlarla mənfi təsiri barədə eşitməyən qalmayıb. Spirtin kompleks təsiri orqanizmdə eyni anda müxtəlif proseslərin start götürməsinə səbəb olur. Qısaca desək, etanol insan hüceyrələri və toxumaları üçün zəhərdir.
    7. Qazlı içkilər. Mağazalarda satılan qazlı, şirin içkilər orqanizm üçün zərərlidir. Onların tərkibində dadlandırıcılar və natrium birləşmələri var. 200 ml qazlı içki yüksək miqdarda şəkərə malikdir.
    Ürək-damar sisteminin sağlamlığını qoruyan 5 qida.
    Aktiv həyat tərzi ilə bərabər, düzgün qidalanma da ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.
    1. Alma. Flavonoidlərlə zəngin olan alma ürəyin işemik xəstəliyinin profilaktikasında olduqca faydalıdır. Alma qanda pis xolesterinin səviyyəsini aşağı salır.
    2. Ləpələr və tumlar. Onların tərkibində yüksək miqdarda kalium və maqnium var. Hər iki element qan təzyiqini aşağı salır. Qoz, fındıq, badam ləpəsi, kətan toxumu müntəzəm şəkildə yeyilərsə, ürək-damar problemlərindən yaxa qurtarmağa kömək edər.
    3. Kasnı. Damarları təmizləyir, təzyiqi stabilləşdirir, taxikardiya və ateroskleroz riskini azaldır. Eyni zamanda, artıq xolesterini orqanizmdən təmizləyir. Kasnının tərkibində inulin, fol turşusu, vitaminlər və minerallar var.
    4. Balıq. Skumbriya, farel kimi balıqlarda Omega-3 yağ turşusu yüksək miqdardadır. Omega-3 ürəyin koronar (tac damar) xəstəliyinin əmələ gəlməsinə mane olur. Mütəmadi olaraq, yeyilən balıq miokard infaktı riskini də azaldır.

КОМЕНТАРІ • 15