Qeybdən səslər eşitdi, əri onu aldadıb ruhi xəstəxanaya saldırdı, ölümcül xəstəliyə tutuldu

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2023
  • "Həyat birini verəndə birini alır" deyirlər. Ona isə uğurlu sənət yolu verilib, amma ailə xoşbəxtliyi əlindən alınıb. Biri var idi. Sevilən aktrisa Ofeliya Aslan.
    Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıblar. Ömürlərin sonunda isə ayrı yaşamağı qərara alıblar.
    Ofeliya xanım Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra Kukla Teatrına təyinat alıb. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışıb. O, “El bizim, sirr sizin”, “Olmadı belə, oldu elə”, “Təzə gəlin”, “Nənəmin şahlıq quşu”, “Bankir adaxlı” kimi maraqlı səhnə tamaşalarında rol alıb. Aktrisaya ən böyük uğuru isə “Hicran” tamaşasındakı Çarliston obrazı gətirir.
    Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndəriblər. Ofeliya xanım isə orada anasının yanına gedib gəlirmiş. Rejissorlar ona da rol verirlərmiş. Səyavuş Aslan orada Ofeliyanı görüb vurulub. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmayıb. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırıb. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq verməyiblər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edib və istədiyinə nail olub.
    Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edib. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrın paltar sexindən bəylik kostyumu seçib veriblər.
    Onların Çingiz və Eldar adlı iki oğlu olub.
    Ofeliya Aslan 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışıb. Ana olduqdan sonra o, uzun müddət işləməyib. 1997-ci ildən yenidən teatra qayıdıb.
    Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayıb. Münasibətləri gərginləşib. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olub. Aktyor teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayıb. Hadisədən xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamayıb. Bir müddət sonra aktrisanın əsəbləri pozulub, qeybdən səslər eşitdiyini deyib. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparıb...
    O özü bütün bunları belə xatırlayırdı: “... Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək... Orada professorla görüşdüm, bir neçə gündən sonra isə hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram”.
    Deyilənə görə Ofeliya Aslan çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-birləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta “Hicran” tamaşasında oynayanda da küsülü olublar.
    Aktrisa 1998-ci ildə yenidən teatra qayıdıb. “Bankir adaxlı” tamaşasında rol alır. Onunla tərəf müqabili olan aktrisalardan birinə bir gün Ofeliya xanım həyatının yekun mənzərəsini belə izah edib. “Səyavuşla biz ayrılmazdıq, bizi ayırdılar. Teatrın dedi-qodusu bizi ayırdı. Ahıl yaşlarında hər ikisi peşman olublar. Amma heç biri o birinin qarşısında əyilməyib. Ömürlərinin sonuna qədər küsülü qalıblar, qəlbən bərabər, cismən ayrı yaşayıblar.
    Səyavuş Aslanla ayrılsalar da, Ofeliya xanım çox vaxt keçmiş həyat yoldaşının qayğısına qalıb, yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib...
    Sonralar Səyavuş Aslana başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.
    Aktrisa həmişə deyirmiş ki, heç ölmək istəmir. Bir yeri ağrıyan kimi təlaş keçirirmiş. Əslində, sağalmaz xəstəliyə tutulubmuş, amma həkimlər bunu ondan gizlədiblər. Ölənə qədər də bilməyib.
    Beləcə, kədərli günlər yaşayan Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə vəfat edib. Onunla vidalaşarkən göz yaşları axıdan Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında Ofeliya xanımın ölümündən üç il sonra dünyasını dəyişib.

КОМЕНТАРІ • 57

  • @agaaxundov1786
    @agaaxundov1786 6 місяців тому +22

    Gozel cutluk idi,heyf ki, axiri pis qurtardi

  • @solguncicklr1156
    @solguncicklr1156 6 місяців тому +20

    Allah Rəhmət eləsin hər ikisinə. Gözəl sənətkar idilər. 😢eh nədən insanlar sağ ikə yaninda olanin dəyərini bilmirlər

  • @gulzarhumbtova4064
    @gulzarhumbtova4064 6 місяців тому +18

    Allah hər ikisidə rəhmət eləsin məkanları cənnət olsun amin

  • @narsim790
    @narsim790 6 місяців тому +8

    Siyavuşun ölüm xəbərini eşidəndə o qədər ağlamışam ki öz əzizini itirən adam kimi. Onların həyatı mənə çox təsir etmişdi.hər ikisinə allah rəhmət etsin.❤

  • @Xabarman123
    @Xabarman123 6 місяців тому +27

    Allah rəhmət eləsin. Siyavuş Aslanla yaraşırdılar. Bir almanın iki yarısı sanki

  • @sahilemuslumova3902
    @sahilemuslumova3902 6 місяців тому +13

    Cox gözəl istedadlı aktirisa idi

    • @Bilginize
      @Bilginize 6 місяців тому +2

      Həqiqətən də elə olub

  • @Kanal37
    @Kanal37 6 місяців тому +16

    Gözəl aktrisa olub. Heyif ki, sonu, şəxsi həyatı yaxşı gətirmədi

    • @Bilginize
      @Bilginize 6 місяців тому +1

      Təəssüf

  • @abdulayevabdula1158
    @abdulayevabdula1158 6 місяців тому +4

    Çox gözəl aktiyorlar idier. İfalarına baxanda. Çox xoşbəxt oluram.

  • @xumayberenq8283
    @xumayberenq8283 6 місяців тому +4

    АЛЛАН НЕР БИРИНЕ ГЕНИ-ГЕНИ РЕНМЕТ ЕЛЕСИН!😢🌹🌹😢🌹🌹

  • @Elmirahmdova-oo8wc
    @Elmirahmdova-oo8wc 6 місяців тому +4

    Allah ikisinə də rəhmət eləsin cox qözəl akterlar idi

  • @salamsalam-ht3hb
    @salamsalam-ht3hb 6 місяців тому +27

    Allah rəhmət eləsin Allah günahlarını bağışlasın hamımız Allah yanında günahkarıq heç kəs deyə bilməz ki mənim günahım yoxdur hamımız aAllah qarşısında günahkarıq Ofelya Sənani də yarımadı taleyindən Ərinin xəyanəti onu məhv etdi sağalmaz dərdə saldı Xəyanət özü də ailənə qarşı çox pis şeydir Bütün bu xəyanətlərin nəticəsində bu ailə bədbəxt günə qaldı o ailəni bu günlərə salan insan görəsən xəcalət çəkdimi etdiyi hərəkətindənAllaha nə cavab verəcək o dünyada? Ailə dağıtmsq yaxşı iş deyil bəzi qadınlar kişiləri yolfan çıxartırlar onların ailələrini dağıtmalarına səbəb olurlar, ONLARIN VİCDANLARI NECƏ GÖTÜRÜR Kİ BUNU EDİRLƏR? İNSANDA QEYRƏT NAMUS HƏYA YAXŞI ŞEYDİR ƏGƏR BUNLAR YOXSA DEMƏK O İNSAN DEYİL, HEYVANKİMİ BİR ŞEYDİR TÜPÜRÜM ELƏ NADÜRÜST LƏRİNÜZÜNƏ!

    • @qarabagazrbaycandr3185
      @qarabagazrbaycandr3185 6 місяців тому +2

      Məkanı cənnət olsun

    • @Bilginize
      @Bilginize 6 місяців тому +2

      Allah günahlarını bağışlasın

    • @ilkinhuseynli6681
      @ilkinhuseynli6681 6 місяців тому +1

      Siz oqeder gözəl yazmısız ki başqa nəsə yazmağa artıqlıq edər sağılun

  • @sevdazekiyeva5057
    @sevdazekiyeva5057 6 місяців тому +5

    Allah her ikisine rehmet eledin 🤷😢🥀🥀Allsh oz cenneti ile onlari mukàgatlandirsin🤲

  • @esgrvaaa
    @esgrvaaa 6 місяців тому +2

    Sevərdim Ofelya xanımı.Cox yaraşırdılar bir birinə

  • @leylaliyeva1960
    @leylaliyeva1960 6 місяців тому +2

    Ofelya xanum geşeng gozəl sənətkər idi,aktrisa.Menim onda hardasa deqiq deyə bilmərəm 13-14 yaşim olanda tamaşalarda az başladim gorməyə ve sonra bir meclisdə onan sohbet getmişdi.onda eşitdim ki,dedilər xəyənətta tutub ərini ozdə yaxim rəfiqə imiş bilmir rəm aktrisənan.,soz sohbətlərdən sonra onu dəli xanaya saliblar.heyif onan Allah rəhmət eləsin

  • @user-rw3hp3qe6l
    @user-rw3hp3qe6l 6 місяців тому +4

    Allah rəhmət eləsin hər ikisinə.

  • @iradeleleyeva6502
    @iradeleleyeva6502 6 місяців тому +9

    Axırları heç oldu'belə ailələrin övladları da bədbəxt olur 'başları qarışır 'belə şeylərə uşaqların tərbiyəsi də yaddan çıxır' necəki Çingiz Aslanın axırı da puç oldu

  • @user-db2gv1jw1g
    @user-db2gv1jw1g 6 місяців тому +5

    Heyifff sizden

  • @teranemesimova1742
    @teranemesimova1742 6 місяців тому +3

    Qaynananın səsi mutfilim səsidi😅Allah rəhmət etsin hər ikisinədə.

  • @Bilginize
    @Bilginize 6 місяців тому +9

    Yazığın başına gəlməyən qalmayıb

  • @user-lc7ig9nt5u
    @user-lc7ig9nt5u 6 місяців тому +1

    ALLAH OFELYA ASLANİ ÇENNETLİK ETSİN LENKERANA GELMİŞDİ SÖYLEDİKİ MENE ALLAHDAN VERGİ VERİLİB GÖZEL XANİM GÖZEL İNSAN İDİ LENKERANDA ONUN QEBULUNA GELİRDİLER MENDE GETMİŞDİM MUALİÇE EDİRDİ İNSANLARA ELİNİ SURTURDU ÖZUNDE VERGİ VARİYDİ DEDİYİNE GÖRE BİR DEFE OLMUŞDUM OFELYANİN QEBULUNDA OLMUŞAM ALLAH REHMET ETSİN HAYİF OFELYA XANİMDAN

  • @iradenagiyeva6969
    @iradenagiyeva6969 6 місяців тому +1

    ALLAH İKİSİNƏ RƏHMƏT ELƏSİNİ , GƏBİRLƏRİ NURNAN DOLSUN AMİN😢❤🤲🤲🤲🇦🇿

  • @retro_771
    @retro_771 6 місяців тому +10

    Xalq artisti Gülyaz Memmedova haqqında da danışın zəhmət olmasa 💙

  • @zumrud6268
    @zumrud6268 6 місяців тому +1

    Allah hər ikisinə rəhmət eləsin

  • @user-xq8xw9vh7b
    @user-xq8xw9vh7b 6 місяців тому +5

    Ев дагыданын еви дагылсын.Аллах сизлере рехмет етсин.гозел инсанлар.сизи евез еден йох хеятда.гелди гетди.нур ичинде ятын.

  • @AliMusayev-sl9kq
    @AliMusayev-sl9kq 2 місяці тому

    Allah rehmet etsen metleb gabaģiva cexsen Menen delendeyen ser islere cetsen ay delenci amin Lacinin Ehmedli kendeve alarden yolculuģ etmezden !

  • @usr703
    @usr703 6 місяців тому +1

    Bədurə xanim Ofelyanin anasi deyildi, onun anasi başqa gadin olub. Allah günahlarini bağişlasin. Bədurə xanim cox mədəni qadin olub , bir oğlu bir qizi olub, Öfelyani evladlarindan ayirmayib.

  • @esmirasfiyeva1106
    @esmirasfiyeva1106 Місяць тому

    39 deyir ya 99 deyir? Neçənci ildə doğulub?

  • @durdaneyakublucanbaz5362
    @durdaneyakublucanbaz5362 6 місяців тому +2

    Kim imiş o ailə dağıdan

  • @tranqhrmanova4240
    @tranqhrmanova4240 5 місяців тому +1

    Bəs övladları ?

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 6 місяців тому +14

    QONŞUM İDİ BAŞI XARAB OLMUŞDU 10 MANATA FALA BAXIRDI OFELYA .😂😢

    • @agaaxundov1786
      @agaaxundov1786 6 місяців тому +25

      Olen haqqinda bele danismazlar,""basi xarab""idi
      Bu ALLAHin verdiyi derddir,hec kim sabah basina ne geleceyini bilmir...

    • @qarabagazrbaycandr3185
      @qarabagazrbaycandr3185 6 місяців тому +2

      Falçı olub?

    • @ultanuleyman9068
      @ultanuleyman9068 6 місяців тому

      ​@@agaaxundov1786BƏLİ DOĞRUDUR MƏNİM FİKİRLƏRİMİ YAZMISINIZ😔😡

    • @yeganemiralitalibova8570
      @yeganemiralitalibova8570 6 місяців тому +11

      Qonwuna gulme , geler bawiva. Olenin dalinca daniwmasan rahat olmazsanda. Ayiblar olsun

    • @lalbabayeva2447
      @lalbabayeva2447 6 місяців тому +5

      Ofeliya əsil xanım idi , əsilzadə ailəsindən.

  • @elvinetemilamve2367
    @elvinetemilamve2367 Місяць тому

    Очень жаль конечно же офеля заболела от проделок ее сына гадкого и мерзкого он постарался так опозорить отца и довел до болезни а затем до смерти мать свою настоящяя причина развала семьи это наркомания их сына очень жаль что труды и матери и отца он спустил на наркотики светлая память прекрасным артистам

  • @elekberovazeyneb7287
    @elekberovazeyneb7287 6 місяців тому +2

    Сиз йаши саф дединиз

  • @ranakarimova2875
    @ranakarimova2875 Місяць тому

    Hər iki aktyorumuz xalqın sevimliləri olublar və olacaqlar.Bu müzakirəsizdir.Amma burda ailə,qadın kişi münasibəti qabarıq verildiyi üçün mən öz subyektiv fikrimi yazıram.Kişilərin 40 yaşdan sonra,hətta çox sevdiyi,itirəcəyi dən qorxduğu qadınına belə xəyanəti mümkündür.(Təbii ki,mən bunu alqışlamıram.Hətta o kişiləri ürəyimdə qınayıram ki,sən bu yaşda gənc xanım arzuladığın zaman heç düşünmürmüsən ki,birdən mənim xanımımın da ürəyindən gənc kişi keçərsə...)Amma bütün bunlara rəğmən ailəni qorumaq qadına düşər,ərinə görə yox,övladlarına görə və o zaman inanın ki,sonunda qadın heç bir şey itirməyəcək.Xəyanəti bağışlamamaq övladı olmayanlar üçündür və xüsusən də belə böyük sevgi ilə qurulan ailələrdə.Buna xəyanət yox,yolundan azmaq deyərlər və bu situasiyanı düzəltmək müdrik,ağıllı qadına xasdır.Səyavuş Aslan onsuz da etiraf edirdi ki,səhvə yol verib və bu söz söhbətdə adı hallanan Təranə Vəlizadəni müdafiə etdi ki,yazığın adını çixartdılar.Təranə Vəlizadə isə xəyanətə səbəb olan və ona bənzəyən sarışın aktrisanı qeyd etdi,təbii ki,adını söyləmədi.Bütün bu məlumatlar efirdən səsləndirilib,yəni,o dedi ki,bu dedi ki deyil.
    Kaş ki,Ofeliya xanım bir az müdrik olaydı və onlar sonunda biri birilərini sevə -sevə ayrı yaşamazdılar.
    Allah bütün dünyasını dəyişən sənətkarlarımıza rəhmət eləsin,qalanlara sağlıqlı ömür🤲🤲🤲

  • @user-gi7ew7ui4g
    @user-gi7ew7ui4g 6 місяців тому +5

    Necenci ilde anadan olub ,kimse tekrar ede bilermi, zehmet olmasa.